Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1717/2024 03.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ Açar sözlər: mülki hüquq pozuntusundan irəli gələn zərərin əvəzinin ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu, (məruzəçi) Məmmədov Vidadi Məmməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-651/2024 nömrəli, 15 yanvar 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Mübahisəyə mahiyyəti üzrə baxan məhk əmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər:
2. İddiaçı ailə üzvləri ilə birgə yaşadığı Şəmkir rayonu, Zəyəm qəsəbəsi, M.Vidadi küçəsində yerləşən evə həmin küçə ilə yeraltı çəkilmiş qaz kəmərindən torpağın altı ilə qaz sızaraq dolmuş və 1.03.2013-cü il tarixində səhər saat 08:00 radələrində partlayış baş vermişdir. Bu hadisə iddiaçının alın nahiyəsinin, sol yanağın, hər iki said nahiyəsinin, sağ budun, ayaq pəncəsinin, hər iki əlin ovuc və arxa səthinin termiki yanıqları və onun oğlu X1 alın və üz nahiyəsinin, hər iki yuxarı ətrafların, hər iki kürək nahiyəsinin İİ-İİİ dərəcəli texniki yanıqları ilə müşayiət olunan az ağır dərəcəli xəsarətlər almalarına səbəb olmuşdur. Məhkəmə ekspertizasının xx.xx.2013-cü il tarixli, 4044 saylı rəyinə əsasən, partlayışa səbəb M.Vidad i küçəsi ilə çəkilmiş 76 mm-lik ümumi yer üstü qaz xəttindən, partlayış baş vermiş evə tərəf yer altı çəkilmiş 40 mm-lik ümumi qaz xəttində baş vermiş korroziyadan əmələ gəlmiş dəlikdən yeraltı sızan qazın otaqlara dolması və hər hansı alışdırıcı mənbənin təsirindən alışaraq qaz partlaması olmuşdur;
3. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə baş vermiş hadisə ilə əlaqədar X8 Sahəsinin Qaz kəmərlərinin və avadanlıqlarının istismarı, qəza dispetçer xidmətin xətt baxısıcı X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 225.1-ci maddəsi ilə təqsirli bilinərək 500 manat məbləğində cərimə cəzasına məhkum edilmişdir;
4. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumata əsasən, İddiaçı müddət siz birinci dərəcəli əlillik verilmiş, onun əməyə qadir olmadığı bildirilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı (bundan sonra – iddiaçı) Cavabdehnə (bundan sonra – cavabdeh) qarşı mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən onun xeyrinə 100.000 manat məbləğində mənəvi zərərə görə kompensasiyanın tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, o, qadın olaraq ona dəyən zərərin nə qədər ağır olmasını, aldığı bu xəsarətlərdən nə dərəcədə əziyyət çəkdiyini, mənəvi olaraq nələr yaşadığını, hansı duyğular keçirdiyini kəlimələrlə ifadə edə bilmir. Üzünün və bədəninin yanmış n ahiyələrinin görüntüsü, cəmiyyət içində insanların ona acıyaraq baxışına səbəb olur və onun çəkdiyi iztirabları yenidən canlandırır. İddiaçı ömür boyu yeni tanış olduğu insanlara həmin cavabdeh orqanın məsul vəzifədə çalışan əməkdaşının qanunsuz və hüquqazidd cinayət xarakterli hərəkətlərini yenidən anlatmaq məcburiyyətində qalır və buna da davam etməli olacaq. Bu hadisəni hər dəfə anlatmağa çalışsa da, baş verən partlayış anı və ondan sonrakı dəhşətlər gözünün önündə canlanır. Belə ki, o, Şəmkir rayonu Zəyəm qəsəbəsi M.Vidadi küçəsində yerləşən evdə həyat yoldaşı Məlik Musayev, qızı İnsaf, oğlanları Elçin və Elvin, gəlini Nuranə və nəvələri Aysi və Elmirlə birlikdə yaşayır. 2023-cü il 1 mart tarixində səhər tezdən təxminən saat 8-də mətbəxdə qaz sobasını yandırmış və yataq otağına qayıtmı ş, aradan heç 5 dəqiqə keçməmiş güclü bir partlayış baş vermiş və evin pəncərələri və giriş qapısı partlayışın təsirindən yerindən çıxaraq çölə düşmüşdür. Həyat yoldaşı həyətdə olduğundan yeganə xəsarət almayan şəxs olmuşdur. Həyat yoldaşının və qonşuların köməkliyi ilə onları xəstəxanaya çatdırdılar. Hadisə onun sifət və bədənində silinməz izlər buraxıb, yanmış dərisinin yeri hava dəyişərkən ona ağrılar verir. Bədənindəki izlər və güzgüdə özünü görərkən sifətindəki yanıqlar ona keçirdiyi mənəvi sarsıntını daha da dərinləşdirərək mənəvi iztirablar verir. Baş vermiş cinayət hadisəsi nəticəsində ağır xəsarətlər almağı nəticəsində fiziki xəsarətlər almağının paralelində mənəvi sarsıntı və bundan sonrakı proseslər nəticəsində mənəvi iztirablar keçirməyi mübahisəsizdir və bu hadisə nəticəsind ə və ondan sonrakı proseslər zamanı yaşanan streslər, əzab və əziyyətlər ilə bağlı vurulmuş mənəvi ziyanın ödənilməsini tələb etməkdə hüququ vardır. Məhkəmənin hökmü ilə məhkum edilən vəzifəli şəxs olan X2 öz xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməməsi, yəni səhlənkarlıq etməsi, sağlamlığına və qanuni mənafelərinə mühüm zərər vurulmasına, o cümlədən ağır nəticələrin baş verməsinə səbəb olmuşdur. İş materiallarına əlavə edilmiş məhkəmə ekspertizasının xx.xx.2013-cü il tarixli, 4044 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, partlayışa səbəb M.Vidadi küçəsi ilə çəkilmiş 76 mmlik ümumi yer üstü qaz xəttindən, partlayış baş vermiş evə tərəf yer altı çəkilmiş 40 mmlik ümumi qaz xəttində baş vermiş korroziyadan əmələ gəlmiş dəlikdən yeraltı sızan qazın otaqlara dolması və hər hansı al ışdırıcı mənbənin təsirindən alışaraq qaz partlaması olmuşdur. Hal-hazıra kimi ona aldığı ağır xəsarətlər nəticəsində çəkdiyi iztirablar, streslərə görə çəkdiyi mənəvi zərərə görə hər hansı bir səlahiyyətli orqan və ya şəxs tərəfindən heç bir müraciət belə edilməmişdir. Məhkəmə X3 təqsirli bilib cəza versə də, bu cinayət hadisəsinin baş verməsinə tək səbəb o deyil, həm də onun əməkdaşı olduğu cavabdehdir. Çünki cavabdehin səhlənkar əməkdaşlarının vurduğu zərəri ödəməlidir. Baş vermiş cinayət hadisəsi nəticəsində onun mənəvi sarsıntı keçirməyi mübahisəsizdir və bu hadisə nəticəsində və ondan sonrakı proseslər zamanı yaşanan streslər, əzab və əziyyətlər ilə bağlı vurulmuş mənəvi ziyanın ödənilməsini tələb etməkdə hüququ vardır. Qanunvericilik isə bu halda mənəvi ziyanın pul məbləğində ifadə olunmasını mümkün sayır. Bu baxımdan, birbaşa zərər çəkən olaraq keçirdiyi stres, narahatlıq, məyusluq, mənəvi sarsıntı və s. kimi halları nəzərə alaraq, dəymiş mənəvi zərər cavabdehdən alınaraq ona ödənilməlidir.
7. Birinci instansiya məhkəməsində cavabdehin nümayəndəsi iştirak etməmişdir.
8. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) xx.xx.2023-cü il tarixli e-2(011)-5664/2023 nömrəli qətnaməsi ilə (hakim S.C.Hacıyeva) iddia qismən təmin edilmiş, Cavabdehndən mənəvi zərərə görə 20.000 manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı ödənilməsi qət edilmişdir.
9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının yanıq xəsarətləri almasında cavabdehin işçisinin təqsirli olması qanuni qüvvəsini almış məhkəmə hökmü ilə müəyyən edilmişdir. Məhkə mə hesab etmişdir ki, göstərilən hallar qanuni qüvvəyə minmiş hökmü ilə müəyyən olunduğundan bu, məhkəmə üçün məcburidir.
10. Məhkəmə qeyd etmişdir ki, cavabdehin təqsiri üzündən baş vermiş həmin hadisədən sonra iddiaçının səhhətində problemlər yaranmış, bunun nəticəsi olaraq isə daima digər şəxslərin köməyinə möhtac olmuş və müstəqil olaraq özü-özünü təmin etmək iqtidarında deyildir. Həmçinin onun əllərinin yumulu vəziyyətdə qalması və barmaqlarının açılmaması səbəbindən o, hazırda normal əmək fəaliyyəti ilə də məşğul ola bilmir, habelə, əmək qabiliyyətindən məhrum olmuşdur. Eyni zamanda, qeyd edilməli olan hal ondan ibarətdir ki, iddiaçı üzündə olan yanıqlar üzündən cəmiyyət içinə çıxa bilmir. Bu da onda fiziki və ya psixoloji ağrı və əzabı, sıxıntı, narahatlıq, məyusluq, ədalətsizlik və ya alçalma hissi yarada biləcək faktorlardan biridir.
11. Məhkəmə həmçinin hesab etmişdir ki, iddiaçının mənəvi zərər çəkməsinin müəyyən edilməsinin də iş üçün əhəmiyyəti vardır. Belə ki, iddiaçının bədənin müxtəlif nahiyələrinin yanması nəticəsində o, psixoloji stress, sarsıntı və emosional gərginlik və s. formada mənəvi zərər çəkmişdir. Buna görə də, iddiaçının vurulmuş mənəvi ziyanın ödənilməsini tələb etmək hüququ var. İddiaçının çəkdiyi mənəvi ağrının hər hansı pul vəsaiti ilə azaldılması mümkün olmasa da, mövcud şəraitdə pul kompensasiyası vasitəsilə o təsəlli ala bilər.
12. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 21.1, 21.2, 1096.1, 1096.2, 1097.1, 1099.1, 1115-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 nömrəli 3 noyabr 2008-ci il tarixli qərarına, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 82.4, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
13. Birinci instansiya məhkəməsinin 4.11.2023-cü il tarixli e-2(011)-5664/2023 nömrəli əlavə qətnaməsi ilə (hakim S.C.Hacıyeva) Cavabdehndən 150 manat dövlət rüsumunun alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir. b) Apellyasiya instansiyas ı məhkəməsindəki icraat
14. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Şəmkir Rayon Məhkəməsində baxılmış və mülki iş materiallarına əlavə edilmiş xx.xx.2013-cü il tarixli 1(076)-70/2013 nömrəli hökmün surətinə əsasən, xx.xx.2013-cü il tarixində iddiaçının ailəsinə məxsus mənzildə baş vermiş partlayış nəticəsində iddiaçının özü və oğlu sağlamlığa “az ağır” zərər vurmaya aid yanıq xəsarətləri almışlar (hökmün 7-ci vərəqəsinin 1-2-ci abzasları). 1(076)-70/2013 nömrəli cinayət işinin məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərə maddi və mənəvi kömək olmuşdur. Bunun müqa bilində isə zərərçəkmiş şəxslər təqsirləndirilən şəxsdən şikayətçi olmamışlar. Məhkəmə qətnamə qəbul edən zaman iddiaçı tərəf ilə Cavabdeh İB-nin təqsirləndirilən işçisinin barışmasını, cavabdehin işçi tərəfindən ona maddi və mənəvi kömək göstərilməsini və iddiaçının cavabdehin işçisindən şikayətçi olmamasını nəzərə almamışdır. Xətai Rayon Məhkəməsi zərərvuran şəxsin təqsirinin ehtiyatsızlıqdan baş verməsi kimi işin diqqətəlayiq halını nəzərə almış olsa da, təmin edilmiş zərərin məbləğini qəsdən törədilmiş cinayət hadisələri zamanı vurulan zərər məbləğindən düzgün fərqləndirməmişdir. Xətai Rayon Məhkəməsi mülki iş üzrə zərər məbləğinin həcmini ağlabatan və ədalətli müəyyən etməmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e2(011)-3366/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən müə yyən edilir ki, iddiaçının oğlan övladı X6 da anası kimi həmin hadisə zamanı aldığı az ağır xəsarətlərə görə Cavabdeh İB-ə qarşı 100.000 manat məbləğində mənəvi ziyan tələbi ilə məhkəməyə müraciət etmiş və məhkəmə qətnaməsi ilə Cavabdeh İB-dən X4 10.000 manat məbləğində pul vəsaitinin tutulub verilməsi qət edilmişdir. X6 və Cavabdeh İB həmin qətnamədən şikayətçi olmamış, qətnamə qanuni qüvvəsini alaraq icra vərəqəsi verilmişdir. Nəzərə alınsa ki, eyni hadisədən həm ana, həm də oğul sağlamlığa az ağır zərər vurmaya aid yanıq xəsarətləri almışlar, o cümlədən, X6 barəsində qəbul edilmiş qətnamədən şikayətçi olmamış və 10.000 manat məbləğində pul ilə razılaşmışdır, hər iki zərərçəkmiş şəxs cavabdeh İB-nin təqsirləndirilən işçisi ilə barışaraq cavabdehin işçisindən şikayətçi olmamışdır, belə ol an halda, müvafiq mülki iş üzrə qəbul edilmiş qətnamədə iqtisadi qiymətləndirmə üzrə yaranmış qeyri-mütənasibliyi aradan qaldırmaq məqsədilə ən azından, iddiaçının xeyrinə təmin edilmiş 20.000 manat pul məbləği hissəsində qətnamə dəyişdirilməklə iddia tələbinin həcmi 10.000 manatadək azaldıla bilər. xx.xx.2013-cü il tarixində baş vermiş partlayış hadisəsindən artıq 10 ilə yaxın müddət keçmişdir. Baş vermiş sözügedən partlayış hadisəsindən artıq 10 ilə yaxın müddət keçməsi qəti surətdə belə qənaətə gəlməyə əsas verir ki, İddiaçı hadisənin ilk vaxtlarında keçirdiyi arzuolunmaz mənəvi-psixoloji stressin səviyyəsi ilə hazırkı vaxtda keçirdiyi stressin səviyyəsi eyni deyil və ola da bilməz. Xüsusilə qeyd olunmalıdır ki, iddiaçı ötən 10 il zaman ərzində məhkəməyə müraciət etməmişdir.
16. Bakı Ap ellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-651/2024 nömrəli mülki iş üzrə 15 yanvar 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər M.Ə.Rüstəmli - sədrlik edən və məruzəçi, A.Ə.İsgəndərov və V.N.Sadıqov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.
17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq qeyd etmişdir ki, cavabdehin əməkdaşının vəzifələrini lazımi qaydada yerinə yetirməməsi nəticəsində baş vermiş partlayışla əlaqədar iddiaçı xəsarət alaraq mənəvi sarsıntı keçirdiyinə görə cavabdehdən mənəvi zərərin əvəzinin ödənilməsini tələb etməkdə haqlı olmuşdur.
18. Kollegiya apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, iddiaçının oğlu X4 həmin hadisə ilə bağlı mənəvi zərər olaraq cavabdehdən 10.000 manat məbləğində pul vəsaitinin tutulub verilməsi qət edilsə də, oğlundan fərqli olaraq hazırkı iş üzrə iddiaçı sözügedən hadisə nəticəsində həm də əmək qabiliyyətini itirmişdir. Bu isə o deməkdir ki, iddiaçı əmək fəaliyyəti ilə məşğul olmaq, qazanc əldə etmək, bununla da həyat şəraitini yaxşılaşdırmaq imkanından məhrum olmuşdur və bu hal da özlüyündə iddiaçının iztirablar keçirməsinə səbəb olan haldır.
19. Bundan əlavə nəzərə alınmalıdır ki, baş vermiş hadisədən xeyli müddət ötmüş olsa belə, iddiaçının üzündə və bədəninin digər hissələrində olan yaralar daim ona baş vermiş hadisəni xatırlatmaqla yanaşı digər şəxslərlə ünsiyyət zamanı onda nara hatlıq hissi yaradan amildir.
20. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq, birinci instansiya məhkəməsi tərəfindən mənəvi zərərin əvəzi olaraq müəyyən edilmiş kompensasiyanın məbləğini ədalətli hesab etmişdir.
21. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 21.1, 21.2, 1096.1, 1096.2, 1097.1, 1099.1, 10099.2-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2020-ci il tarixli Konstitusiya Məhkəməsinin Plenum qərarına, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi P lenumunun 7 nömrəli 3 noyabr 2008-ci il tarixli qərarına, MPM-in 14.2, 77.1, 82.4, 88, 217.3, 3284.0.1 və 385.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
22. Cavabdeh (vəkil Nümayəndə) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilməsini, iddiaçı tərəfin sağlamlığına dəymiş az ağır zərərvurma ilə əlaqədar keçirtmiş olduğu mənəvi zərərə görə 10.000 (on min) manat məbləğində pul vəsaitinin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
23. Kassasiya şikayəti apellyasiya şikayəti ilə eynilik təşkil etmiş və əlavə onunla əsaslandırılmışdır ki, iddiaçının oğlu eyni əsasla iddia tələbi ilə məhkəməyə müraciət etdikdən sonra, artıq iddi açının qızı da eyni əsasla məhkəməyə müraciət etməsi onu göstərir ki, iddiaçı və onun ailəsi baş vermiş hadisədən davamlı olaraq maddi qazanc əldə etməyə çalışırlar, hüquqi imkanlardan sui-istifadə edirlər və bu hal onların əsassız varlanmasına yol açır. Bu hal cavabdehin iqtisadi vəziyyətini pisləşdirir, iddiaçı və onun ailəsini isə zənginləşdirir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
24. İddiaçı kassasiya şikayətinə qarşı etiraz göndərərək təmin edilməməsini və apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
25. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə k i, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
26. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
27. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
28. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir.
29. Maddə 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir.
30. Maddə 1099.2. İşçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
31. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdı rmalı və onlardan istifadə etməlidir.
32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
33. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
34. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
35. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş d əlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
36. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
37. Məhkəmə kollegiyası, qətnaməni tərəfin mübahisələndirdiyi hissədə yoxlamışdır. Başqa sözlə, aşağıda aparılan hüquqi dəyərləndirmə kassasiya şikayətinin həddi və dəlilləri ilə bağlıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
38. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
39. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr iş materiallarını araşdıraraq bu qənaətə gəlmişlər ki, cavabdeh təşkilatın əməkdaşının əməli nəticəsində iddiaçıya dəymiş zərərə görə 20.000 manat zərərin əvəzinin tutulması Mülki M əcəllənin 1099-cu maddəsi çərçivəsində qanuni və əsaslıdır. Tutulan zərər məbləği ilə bağlı cavabdehin dəlillərinə apelyasiya məhkəməsi qiymət verərək bildirmişdir ki, İddiaçı hadisə nəticəsində həm də əmək qabiliyyətini itirmişdir. Bu isə o deməkdir ki, iddiaçı əmək fəaliyyəti ilə məşğul olmaq, qazanc əldə etmək, bununla da həyat şəraitini yaxşılaşdırmaq imkanından məhrum olmuşdur və bu hal da özlüyündə iddiaçının iztirablar keçirməsinə səbəb olan haldır. Məhkəmə onu da nəzərə almışdır ki, İddiaçı üzündə və bədəninin digər hissələrində olan yaralar daim ona baş vermiş hadisəni xatırlatmaqla yanaşı digər şəxslərlə ünsiyyət zamanı onda narahatlıq hissi yaradan amildir.
40. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfində n işdəki sübutlar araşdırılmış, onlara və cavabdehin dəlillərinə qanunvericiliyə əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
41. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.
42. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfi ndən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
43. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
44. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-651/2024 nömrəli, 15 yanvar 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.