Məhkəmə qərarları › İş №2(102)-1718/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-1718/2021

15.02.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1718/2021 15.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı1, İddiaçı2 Rəşad qızı, İddiaçı3 Cavabdeh2, Cavabdeh3 qarşı iş üzrə cavabdehlər Cavabdeh1, QƏRARİ (Açar sözlər:mülkiyyət hüququnun müdafiəsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçı1 və onun nümayəndəsi və vəkili X2 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 oğlu cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X3 qarşı torpaq sahəsində inşa edilmiş tikilinin sök ülməsi və cavabdehlərin torpaq sahəsindən çıxarılaraq təhvil verilməsi tələbi ilə bağlı Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-1655/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh X5 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin X9 tərəfindən ******* saylı çıxarışla Cəlilabad rayonu, Maşlıq kənd ərazisində 0,4999 ha torpaq sahəsi iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 oğlunun mülkiyyətinə verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçılar cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X4 qarşı iddia ər izəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 qanunsuz tikdiyi tikilinin sökülərək torpaq sahəsindən çıxarılması, həmçinin digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 mülkiyyətində olan torpaq sahəsindən çıxarılaraq həmin torpaq sahəsinin ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respgblikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında DƏDRX-nin X9 tərəfindən verilmiş 23. 06.2017-ci il tarixli, RX ******* saylı Çıxarışa əsasən 0,4999 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi onların mülkiyyətinə verilmişdir. Mülkiyyətçilərdən X8 xx xxxx 2013-cü ildə ölmüşdür. Cavabdehlərdən Cavabdeh1 onların (iddiaçıların) mülkiyyətində olan 0,4999 ha torpaq sahəsinin bir hissəsini zəbt edərək, fərdi yaşayış evi inşa etdirmiş və h azırda həmin evdə yaşayır. Digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 da həmin torpaq sahəsinin bir hissəsini zəbt edərək, əkib-becərirlər. Cavabdehlərdən dəfələrlə mülkiyyətlərində (iddiaçıların) olan torpaq sahəsini zəbtdən azad etmələrini və boşaltmalarını tələb etsələr də, cavabdehlər onların haqlı tələblərinə riayət etməmişlər. Buna görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. xx.xx.2019-cu il tarixli, 2727 saylı ekspert rəyindən müəyyən edilir ki, İddaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 **********55 reyster nömrəli çıxarışın torpaq sahəsinin planı və ölçüsünə əsasən Cəlilabad rayonunun Maşlıq kəndində mülkiyyətinə verilmiş 0,4999 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin hüdudları daxilində şimal-şərq istiqaməti hissəsində yerləşən cavabdeh X6 tərəfindən gil dən tikilmiş yaşayış tikilisinin 23 kv.metr hissəsi iddiaçıların torpağı ilə üst-üstə düşür. Cəlilabad Rayon Məhkəməsinin (hakim Qalib Paşayev) 2(073)-38/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mübahisəli torpaq sahəsi iddiaçıların adına dövlət reyestrində qeydə alınmış və bununla da iddiaçılar mülkiyyətçi kimi həmin əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüququna malikdir ki, onların bu hüquqları cavabdehlər tərəfindən hər hansı şəkildə məhdudlaşdırıla bilməz. İş materiallarında olan ekspert rəyi ilə sübuta yetirilmişdir ki, Cavabdeh1 tərəfindən gildən tikilmiş yaşayış tikilisinin 23 kvadrat metr hissəsi iddiaçıların torpağı ilə üst-üstə düşür. On a görə də məhkəmə hesab etmişdir ki, iddia tələbi əsaslıdır, təmin edilməlidir. Cavabdeh3 apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddianın təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Zəki Babayev sədrlik edən və məruzəçi, Nüsrət Mirzəyev, Qəzənfər Kərimov) xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, cavabdehin apelyasiya şikayəti əsassız olduğu üçün təmin oluna bilməz. Cavabdeh apelyasiya şikayətinin dəlillərini əsaslandıra bilməmişdir. Cavabdeh iddiaçının mübahisəli torpağa dair sənədərinin saxta olduğunu, onun həmin torpaq sahəsində inşa etdiyi tikilinin sökülməsinin qanunsuz olduğunu qeyd etsə də, buna dair hər hansı bir sübut təqdim etməmişdir. Onun bu dəlili iş materialları ilə, o cümlədən iş üzrə keçirilmiş ekspert rəyi ilə təkzib olunmuşdur. Qətnamə qanuni və əsaslı olduğundan cavabdeh Polad Fərzəliyevə münasibətdə dəyişdirilmədən saxlanılmalı, apelyasiya şikayəti isə təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Kas sasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Cavabdeh P.Fərzəliyev (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün həmin məhkəməyə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məzmunu apellyasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, maddi və prosessual hüquq normalarının hazırki mübahisəyə düzgün tədbiq edilməməsi nəticəsində qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhk əmə icraatı iştirakçılarının izahatları İddiaçı1 və vəkili X15 oğlu məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin əsassız hesab edərək rədd edilməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdehlər gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasının: Maddə

13. Mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; Maddə

29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiy yətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz; Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 407.2. Kassasi ya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olu nmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində qətnamə iş üzrə cavabdeh P.Fərzəliyev tərəfindən tam mübahisələndirildiyindən və apellyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisələndirilən hissədə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə qeyd ed ilən hissədə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin maddi və prosessual hüquq normalarının pozulması ilə bağlı dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynidir və məhkəmə kollegiyası həmin hallar üzrə apellyasiya instansiyası məhkəməsinin əsaslandırılması ilə razılaşır. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma a parılmır, onlara qiymət verilmir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh3 Tural oğlunun kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-1655/2020 nömrəli iş üzrə 07 iyul 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar