Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-172/2020 08.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Allahverdiyev Qəhrəman Əli oğlu (sədrlik edən və məruzəçi) Xələfov İlqar Rəhim oğlu və Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi, iddiaçı x1, iddiaçının vəkili Nuriyev Aqil Abdul oğlu, cavabdehin nümayəndəsi x3, cavabdehin vəkili Orucov Vüsal Əkbər oğlunun iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 27 avqust 2019-cu il tarixli qətnaməsindən iddiaçı x1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 08 yanvar 2020-ci il tarixdə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 06 may 2019-cu il tarixli 2(006)-3079/2019 saylı qətnaməsi ilə (sədrlik edən hakim R.Səmədov) iddia təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 27 avqust 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər R.Qurbanov (sədrlik edən, məruzəçi), E.Nəbiyev və A.Hüseyn, 2(103)9568/2019 saylı mülki iş) hazırki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)3079/2019 saylı mülki iş üzrə qəbul etdiyi 06 may 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları İddiaçı x1 cavabdeh x2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh x2 tərəfindən iddiaçı barəsində verilmiş 06 mart 2019-cu il tarixli, X-359 saylı əmrin ləğv olunması, x2-nin Tikinti Departamentinin 2 saylı Tunel və Ümumi Tikinti işləri üzrə Dəstəsinin 3-cü dərəcəli qazmaçı vəzifəsi nə bərpa olunması və məcburi işburaxma müddəti üçün əmək haqqının cavabdeh tərəfindən ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya şikayətinin dəlilləri İddiaçı x1 apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, düzgün tətbiq edilməmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçı x1, iddiaçının vəkili Nuriyev Aqil Abdul oğlu kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsi barə də qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi x3, cavabdehin vəkili Orucov Vüsal Əkbər oğlu kassasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, x2 ilə x1 22.02.2010-cu il tarixli əmək müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən iddiaçı x1 cavabdeh x2-də üçüncü dərəcəli qazmaçı vəzifəsinə işə qəbul olunmuşdur. x2-nin 14.01.2019-cu il tarixli 27 saylı əmrinə əsasən 1 və 2 saylı Tunel və Ümumi Tikinti işləri üzrə dəstələrinin mövcud ştat cədvəllərində qeyd olunan peşələr üzrə ştat vahidlərinin - 4 nəfər qazmaçı, 1 nəfər çilingər, 3 nəfər fəhlə, 1 nəfər izoləedici, 1 nəfər dağ-mədən fəhləsi, 1 nəfər yera ltı fəhlə, 1 nəfər quraşdırıcı çilingər, 2 nəfər betonçu, 2 nəfər dəmirçi, 1 nəfər operator, 1 nəfər TQMK maşinisti, cəmi 18 ədəd ştat vahidi ixtisar edilmişdir. x2 tərəfindən x1na ünvanlanmış 21.01.2019-cu tarixli bildirişdə x2 ilə x1 arasında bağlanmış 22.02.2010-cu il tarixli əmək müqaviləsinə 6 təqvim həftəsi sonra xitam veriləcəyi işçinin diqqətinə çatdırılmışdır. Metropoliten işçiləri Həmkarlar İttifaqı 22.02.2019-cu il tarixli məktubu ilə Tikinti Departamentinin 1 və 2 saylı Tunel və Ümumi Tikinti işləri üzrə Dəstələrinin mövcud ştat cədvəllərində 18 ədəd ştat vahidinin ixtisar olunması haqqında x2 Sədrinin 14.01.2019-cu il tarixli 27 saylı əmrini nəzərə alaraq, həmin ştat vahidləri üzrə çalışan adları sadalanan işçilərlə bağlanmış əmək müqavilələrinin Azərbaycan Respublikası Əmək M əcəlləsinin 77-ci, 78-ci və 79-cu maddələrinin tələblərinə əməl etməklə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) əsasən ləğv edilməsinə etiraz etməmişdir. x2nin 06.03.2019-cu il tarixli, X-359 saylı əmrinə əsasən Tikinti Departamentinin 2 saylı Tunel və Ümumi Tikinti işləri üzrə Dəstəsinin 3-cü dərəcəli qazmaçısı x1 ilə olan əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən (işçilərin sayı və ştatları ixtisar edildikdə) 07.13.2019-cu il tarixdən ləğv edilmişdir. 01.08.2018-05.03.2019-cu il tarixinədək olan dövr üçün istifadə edilməmiş məzuniyyətə görə 12,25 təqvim günü pul əvəzi ödənilmiş, həmçinin orta aylıq əmək haqqının 1,7 misli miqdarında müavinət ödənilmişdir. İ ddiaçı bildirmişdir ki, əmr verilərkən cavabdeh tərəfindən əmək qanunvericiliyinin tələblərinə tam əməl edilməmişdir. Belə ki, işəgötürən ona qarşı qərəzlik etmiş, ondan sonra işə qəbul olunan, yəni 9 ildən artıq eyni peşədə işlədiyinə, peşəkarlıq səviyyəsinə görə işdə saxlanılan işçilərdən yüksək səviyyədə olmağına baxmayaraq, başqa işçiləri maraqlı olaraq işdə saxlamışdır. Hətta peşəkarlıq səviyyələri eyni olduğu halda belə, onun öhdəsində 2 azyaşlı uşaqlarının olmasını, ailənin yeganə qazanc gətirəni olmağını nəzərə almamışdır. Eləcə qazmaçıların peşəkarlıq səviyyəsinin müəyyən ediləsi barədə heç bir komissiya təşkil olunmamış, heç bir attestasiya keçirilməmişdir. Hətta 2018-ci ildə də ştatların ixtisarı aparılanda onun adı da siyahıya salınmışdır. Bununla əlaqədar olaraq 2018-ci ilin may ayında x2-nin sədrinə ərizə ilə müraciət edərək, ailə vəziyyətinin, yəni öhdəsində 2 nəfər azyaşlı uşaqlarının olmasını nəzərə alaraq adının həmin siyahıdan çıxarılmasını xahiş etmişdir. 22.06.2018-ci il tarixdə cavabdeh tərəfindən ona rəsmi qaydada məlumat verilmişdir ki, öhdəsində iki azyaşlı uşağı olduğu nəzərə alınaraq işçilərin ixtisarı zamanı qanunvericiliyin tələbi gözlənilmiş və işdə saxlanılmağına üstünlük verilmişdir. Lakin həmin vaxtdan 7-8 ay keçdikdən sonra o, yenidən ixtisara düşmüş və qanunsuz olaraq onunla bağlanan əmək müqaviləsi ləğv edilmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Belə ki, Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə görə işçilərin sayı və ya şt atları ixtisar edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 71-ci maddəsinin 1-ci hissəsinə görə işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür. Həmin Məcəllənin 77-ci maddəsinin 1-ci hissəsinə görə işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin «b» bəndi ilə işəgötürən əmək müqaviləsini ləğv etməzdən azı iki ay əvvəl işçini rəsmi xəbərdar etməlidir. Həmin Məcəllənin 80-ci maddəsində isə təsbit olunmuşdur ki, bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarla r ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir (80.1). Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir (80.2). Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, hazırkı işdə də iddiaçının işdən azad olunması barədə əmr verilərkən Əmək Məcəlləsinin yuxarıda qe yd olunan maddələrinin tələbləri pozulmamışdır. Belə ki, iş materiallarından da göründüyü kimi x1nun əmək müqaviləsinə Əmək Məcəllənin 77-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğun olaraq işçini iki ay əvvəl rəsmi xəbərdar etməklə və həmin Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən həmkarlar komitəsinin razılığı alınmaqla 06.03.2019-cu il tarixli əmrlə xitam verilmişdir. İddiaçı əmrlə tanış olunmuş və ona işdənçıxma müavinəti ödənilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Qətnamənin ləğv edilməsi və kassasiya şikayətinin təmin olunması üçün heç bir əsas olmadığından qətnamə dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti təmin edilməməlidir. Şə rh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ İddiaçı x1nun kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın hazırkı iş üzrə 27 avqust 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-172/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-172/2020
08.01.2020 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver