Məhkəmə qərarları › İş №2(102)-1720/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-1720/2019

01.03.2019 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1720/2019 01.03.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Kalbalıyev Aslan Kalbalı oğlu, İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1 iştirakı ilə, Ərizəçi maraqlı şəxs X qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsinin MK-nın 11 oktyabr 2018-ci il tarixli qətnaməsindən Ərizəçi tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Yevlax rayon Məhkəməsinin 30 aprel 2018-cı il tarixli qətnaməsi ilə (hakim V.Mə likov) Ərizəçi maraqlı şəxs X qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair ərizəsi təmin edilmiş, Ərizəçi 02 iyul 1986-cı il tarixdən 03 may 1999-cu il tarixədək Yevlax şəhər İctimai İaşə Birliyinin 30 nömrəli yeməkxanada xadimə kimi əmək fəaliyyətində olması faktının müəyyən edilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin MK-nın 11 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən M.Əsədli, hakimlər Ə.Məcidov və İ.Quliyev) Yevlax rayon Məhkəməsinin 30 aprel 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilmiş, Ərizəçi maraqlı şəxs X qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair tələbi təmin edilməmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLLİLƏRİ Ərizəçi kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi MK-ya müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Şəki Apellyasiya Məhkəməsinin MK-nın 11 oktyabr 2018-ci il tarixli qətnaməsinin tamamilə ləğv edilməsini və işin yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Ərizəçi ərizə verərək, onun 02 iyul 1986-cı il tarixdən 03 may 1999-cu il tarixədək Yevlax şəhər İctimai İaşə Birliyinin 30 nömrəli yeməkxanada xadimə kimi işləməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə mübahisə apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materialları ilə müəyyən edilir ki, Ərizəçi qızı 02 iyul 1986-ci il tarixdən 03 may 1999-cu il tarixədək Yevlax şəhər İctimai İaşə Birliyinin 30 nömrəli yeməkxanasında xadimə işlədiyini, həmin illərin əmək kitabçası ilə rəsmiləşdirilmədiyini, iş stajının əmək haqqı cədvəlləri ilə müəyyən edilməsinin mümkün olmadığını, nəticədə ona əmək pensiyasının təyin edilməsinin mümkün olmadığını göstərərək hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.1-ci maddəsində g östərilir ki, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.11-ci maddəsində göstərilir ki, məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa hüquqi əhəmiyyəti olan digər faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310-cu maddəsində göstərilir ki, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədləri n bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. İş materialları ilə müəyyən edilir ki, iddiaçı iş stajını təsdiq edən sənədlərin başqa qaydada alınmasının qeyri-mümkün olmasına dair sübut təqdim etməmişdir. Yuxarıda göstərilənləri, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamənin ləğv edilməsinə əsas olan maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyini əsas tutaraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilmədən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Ərizəçi kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin MK-nın 11 oktyabr 2018-ci il ta rixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar