Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1721/2024 13.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmək müqaviləsinə xitam verilməsinə dair əmrin ləğvi (işə bərpa tələbi) məcburi işə buraxmaya görə əmək haqqının ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə (müstəqil tələb irəli sürməyən üçüncü şəxs A zərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti) qarşı əmrin ləğv olunması, işə bərpa, məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5771/2023 nömrəli, 30 noyabr 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı X8 Cavabdeh ASC-nin Binəqədi rayon Sukanal İdarəsinin Abonentlərlə İş şöbəsi ödənişin təşkili qrupunun su kəməri təsərrüfatında nəzarətçi vəzifəsində işləmişdir.
2. X7 Cavabdeh ASC-nin Binəqədi rayon Sukanal idarəsinə ünvanladığı xx.xx.2023cü il tarixli ərizəsində müxtəlif tarixlərdə nağd şəkildə ödədiyi vəsait ə görə ona təqdim olunan ödəniş çeklərinin sistemdə olmamasının araşdırılmasını və artıq ödədiyi pulların geri qaytarılmasına köməklik göstərilməsini xahiş etmişdir.
3. İddiaçı tərəfindən Cavabdeh ASC Binəqədi rayon Sukanal İdarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən cənab Sultan Əmiraslanova ünvanladığı xx.xx.2023-cü il tarixli izahatında müxtəlif vaxtlarda abonentlərdən ödəniş əvəzi olaraq pul aldığını və həmin vəsaitləri müvafiq hesablara ödədiyini, ödənilməmiş vəsaitlərin qısa zamanda ödəniləcəyini, icra edilməmiş ödənişlərə görə cavabdehlik daşıdığını bildirmişdir.
4. Cavabdeh ASC-nin Binəqədi rayon Sukanal İdarəsinin əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib edilmiş akta əsasən seçmə üsul ilə Binəqədi rayonu 6-cı mikrorayon qəsəbəsində yerləşən 3 ünvana baxış keçiril ən zaman nöqsanlar ortaya çıxmışdır. Belə ki, Abonentlərlə iş şöbəsinin Ödənişin təşkili qrupunun su kəməri təsərrüfatında nəzarətçi İddiaçı xidməti ərazisində yerləşən ünvanlarda yaşayan abonentlərdən əmək müqaviləsi şərtləri və vəzifə öhdəliyinə zidd olaraq külli miqdarda pul vəsaiti alaraq mənimsəmişdir. Bununla bağlı sudan istifadəyə görə abonent Firəddin Hüseynov yaranmış tam borcunu, abonent Adilə Quliyeva yaranmış 700 manat borcunu və abonent Xalid Ağayev yaranmış 300 manat borcunu İddiaçı ödədiklərini bildirmişlər.
5. İddiaçı Cavabdeh ASC Binəqədi rayon Sukanal İdarəsinə ünvanladığı xx.xx.2023cü il tarixli izahatında xx.xx.2023-cü il tarixli aktda qeyd edilən məlumatların yalan olduğunu, göstərilən ünvanlardan heç bir pul vəsaiti almadığını bildirmişdir.
6. Azərsu” ASC-nin Binəqədi rayon Sukanal İdarəsinin əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib edilmiş akta əsasən seçmə üsul ilə Binəqədi rayonu 6-cı mikrorayon qəsəbəsində yerləşən 3 ünvana baxış keçirilən zaman nöqsanlar ortaya çıxmışdır. Belə ki, vətəndaşlar Rəna Quliyeva (300 manat), Məryəm Ömərova (340 manat) və R.Yusifova (300 manat) sudan istifadə ilə bağlı yaranmış borca görə Abonentlərlə iş şöbəsinin Ödənişin təşkili qrupunun su kəməri təsərrüfatında nəzarətçi İddiaçı pul verdiklərini bildirmişdilər. 7. xx.xx.2023-cü il tarixli akta əsasən İddiaçı onunla bağlı xx.xx.2023-cü il tarixdə tərtib edilmiş aktla tanış olmaqdan imtina etmişdir.
8. Cavabdeh ASC-nin Binəqədi rayon Sukanal İdarəsinin xx.xx.2023-cü il tarixli, 33 nömrəli əmrinə əsasən abonentlər Firəddin Hüseynovadan (tam şəkildə), Adilə Quliyevadan (700 manat) və Xalid Ağayevdən (300 manat) sudan istifadə ilə bağlı yaranmış borclarına görə ödənişlərin alınması və abonentlərin hesabına ödənilməməsi səbəbindən Abonentlərlə iş şöbəsi Ödənişin təşkili qrupunun su kəməri təsərrüfatında nəzarətçi vəzifəsində işləyən X3 intizam tənbehi – “töhmət” verilmişdir.
9. Azərbaycan Su Təsərrüfatı X2 Respublika Komitəsinin Binəqədi rayon Sukanal İdarəsinə ünvanladığı “Əmək müqaviləsinə xitam verilməsi haqqında” xx.xx.2023-cü il tarixli məktubunda bildirilmişdir ki, İdarənin məktubu araşdırılmış və nəticədə İddiaçı tərəfindən əmək müqaviləsinin tələblərini kobud şəkildə pozulduğu müəyyən edilmişdir. Bu isə özlüyündə işəgötürən tərəfindən onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsinə əsas verir. Qeyd edilənləri nəzərə alaraq, onun əmə k müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinə etiraz edilmir.
10. X1 tərəfindən Binəqədi rayon Sukanal idarəsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizəsində İddiaçı onun yaşadığı evin su borcuna görə ondan müxtəlif dövrlərdə ümumilikdə 210 manat pulu alaraq, mənimsədiyini, nəticədə xəbəri olmadan adına olan kodda borcun yarandığını bildirmiş və mənimsənilmiş pulun geri qaytarılmasını xahiş etmişdir.
11. Cavabdeh ASC-nin Binəqədi Rayon Sukanal İdarəsinin xx.xx.2023-cü il tarixli, 06/K nömrəli əmrinə əsasən Abonentlərlə iş şöbəsi Ödənişin təşkili qrupunun su kəməri təsərrüfatında nəzarətçi vəzifəsində işləyən İddiaçı ilə bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasə n, əmək vəzifələrini kobud şəkildə pozduğuna görə xx.xx.2023-cü il tarixdən ləğv edilmişdir.
12. X6 Cavabdeh ASC-nin Binəqədi rayon Sukanal idarəsinə ünvanladığı xx.xx.2023-cü il tarixli ərizəsində o, keçən ilin təqribən noyabr ayında idarənin işçisi İddiaçı 300 manat məbləğində suya olan məbləği ödədiyini, lakin həmin məbləğin hesaba köçürülmədiyini göstərmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
13. İddiaçı X8 (bundan sonra - iddiaçı) Cavabdeh ASC-yə (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi və iddia ərizəsinə əlavə ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh ASC-nin Binəqədi Rayon Sukanal İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 06/K saylı əmrin ləğv olunması, onun əvvəlki vəzifəsinə işə bərpa edilməsi, məcburi işburaxmaya görə ona işdən azad edildiyi gündən işə bərpa olunduğu günədək əmək haqqının hesablanıb ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
14. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, o, xx.xx.2011-ci il tarixdən xx.xx.2023-cü il tarixə (işdən azad olunana kimi) kimi, yəni 12 il müddətində Cavabdeh ASC-nin Binəqədi rayon Sukanal idarəsində su təsərrüfatında nəzarətçi vəzifəsində fəaliyyət göstərmişdir. Cavabdeh ASC-nin Binəqədi Rayon Sukanal idarəsinə yeni rəhbər təyin olunmuş Sultan Əmiraslanov işə başladıqdan bir müddət sonra ona öz ərizəsi ilə işdən çıxmağının zəruriliyini, özü könüllü çıxmayacağı təqdirdə isə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə onun işdən çıxarıl acağını bildirmişdir. Ona hər gün edilən təzyiqlər nəticəsində xx.xx.2023cü il tarixdə işdən çıxmaq barədə ərizə yazmış, lakin ərizədə işdən çıxma tarixini qeyd etməmişdir. Sonradan iddiaçı ailə vəziyyəti və öhdəliklərini düşünərək ərizənin etibarsız hesab edilməsi ilə bağlı xx.xx.2023-cü il tarixdə yeni ərizə ilə Binəqədi Sukanal İdarəsinə müraciət etmişdir. Bu hal idarə rəisi Sultan Əmiraslanovun xoşuna gəlmədiyindən o, xx.xx.2023-cü il tarixli, 06/K nömrəli əmrlə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən uzaqlaşdırılmışdır. Həmin əmrdə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyi əsaslandırılmamışdır. Həmin əmr tələsik və formal tərtib edilmişdir. Əmrin forması ilə bağlı tələblərə əməl edilməmişdir. Belə ki, əmrdə onun hansı kobud səhvlərə yol verdiyi göstərilməmiş, bundan əlavə etdiyi hansı kobud hüquq pozuntuları nəticəsində işəgötürənin qanuni mənafeyinə ciddi xələl gətirməsi barədə bir söz belə qeyd edilməmiş – onun işəgötürənə vurduğu ciddi xələlin özünü nədə ehtiva etdiyi əks etdirilməmişdir. Qanunsuz hərəkətləri nəticəsində cəmiyyətə nə qədər ciddi ziyan dəyməsi və bunun nəticəsində cəmiyyətin neçə istehlakçı itirməsi barədə məlumatlar qeyd edilməmiş, bir sözlə əmr qanunvericiliyin tələblərinə uyğun olaraq əsaslandırılmamışdır. Bundan əlavə işəgötürən tərəfindən Azərbaycan Su Təsərrüfatı X2 Respublika Komitəsinə xx.xx.2023-cü il tarixdə əsaslandırılmış yazılı təqdimatla deyil, xx.xx.2023-cü il tarixli məktubla müraciət etmişdir. Həmkarlar ittifaqının iclasına o, dəvət edilməmişdir. Həmçinin, onun barəsində qəbul edilmiş əmrdə “əmr edirəm” sözü qeyd edilməmişdir.
15. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-2783/2023 nömrəli 26 iyul 2023-cü il tarixli qətnaməsi ilə (hakim X9) iddia tələbi təmin edilməmişdir.
16. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, müvafiq əmrin verilməsinə hüquqi əsas təşkil edən həmkarlar ittifaqı təşkilatının rəyi ilə bağlı iddiaçının həmkarlar ittifaqının iclası barədə qanunla müəyyən edilən qaydada və müddətdə xəbərdar edilməməsi, iclasda iştirakının təmin olunmaması və iclasın yekun qərarının iddiaçıya təqdim edilməməsi məsələnin prosessual tərəfləri olmaqla müvafiq əmrin qanunsuz hesab olunmasına dəlalət etmir. Nəzərə almaq lazımdır ki, iddiaçının qeyd etdiyi xüsusatlar (işçinin izahatının alınması xüsusatı) qanunvericiliyin imperativ tələbi olmamış, ayrı-ayrı hüquqşün as alimlərin hüquqi fikirləri olmuşdur. Məhkəmə qeyd etmişdir ki, qanunvericilikdə boşluq və ya kolliziya olduqda hüquqşünas alimlərin hüquqi fikirləri konkret situasiyaya uyğun hüquqi mənbə kimi istisna hallarda qiymətləndirilə bilər. Hazırki iddia tələbi üzrə mübahisə qanunvericiliklə aydın, müəyyən və əsaslı formada tənzimlənmişdir.
17. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmrin forma və məzmununa dair məhkəmə qeyd etmişdir ki, əmr kifayət qədər aydın və anlaşılan formada tərtib edilmişdir. Əmrin giriş, təsviri, əsaslandırıcı və nəticə hissələri ayrı-ayrılıqda başlıq kimi xüsusi qeyd olunmasa da, sözügedən hissələr əmrdə hüquqi baxımdan mövcud olmuşdur. Belə ki, əmrin istər vizual tədqiqi, istərsə də mahiyyəti etibarilə tərtibatı və əsaslandırılması ilə bağlı forma-məzmun tələblə rinə əməl olunmuşdur. Məhkəmə qeyd etmişdir ki, tərtibatdakı dizayn xüsusatları əmrin qanunsuzluğuna və əsassızlığını dəlalət etmir.
18. Məhkəmə qeyd etmişdir ki, hazırki iddia tələbi üzrə müvafiq əmrin verilməsinə əsas kimi iddiaçının xidməti vəzifələrinin icrası ilə əlaqədar olaraq müxtəlif şəxslərdən (abonentlər) ödəniş adı ilə pul vəsaiti alması olmuşdur. İdarənin Abonentlərlə iş şöbəsi Ödənişin təşkili qrupunun su kəməri təsərrüfatında nəzarətçisinin Peşə Təlimatının 2.12.8-ci bəndlərində nəzarətçi vəzifəsində işləyən şəxsin funksiyaları (öhdəlik) qeyd edilmiş, həmin funksiyalarda nəzarətçi tərəfindən abonentlərdən ödənişin alınaraq şəxsən özü tərəfindən icra olunması qaydası müəyyən edilməmişdir. Beləliklə, iddiaçının sözügedən fəaliyyəti qanunsuz olaraq həyata keçirilmişdir.
19. Məh kəmə qeyd etmişdir ki, qanunu (hüququ) bilməmək məsuliyyətdən azad etmir. Nəzərə almaq lazımdır ki, iddiaçı sözügedən münasibətlərdə və qanunsuz fəaliyyətdə (ödəniş adı ilə abonentlərdən pul tələb etməsi) sadə vətəndaş kimi deyil, Cavabdeh ASC-nin vəzifəli şəxsi qismində iştirak etmişdir. İşçi işəgötürənin (xüsusən vətəndaşlarla birbaşa əlaqədə fəaliyyət göstərən xidmət sahəsi kimi Cavabdeh ASC) maraqlarını qorumalı, nüfuzuna zərər vurmamalı, dövlət-vətəndaş münasibətlərində peşəkarlığını, vətəndaşların dövlətə olan etimadını (Cavabdeh ASC qismində) qorumalıdır.
20. Məhkəmə daha sonra qeyd etmişdir ki, iş materiallarında olan abonentlərin şikayət xarakterli ərizələri və tərtib edilmiş aktlarla iddiaçının onlardan pul vəsaitləri alaraq müvafiq ödənişləri həyata keçirməməsi müəyyən edilmişdi r. İddiaçı tərəfindən təqdim edilmiş qəbzlər üzrə ödənişlərin bir hissəsi barəsində intizam icraatı açıldıqdan dərhal sonra və ya gec icra edilməsi görünmüşdür.
21. Bundan başqa qeyd edilmişdir ki, Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi imperativ qayda təşkil etmir və dispozitiv olaraq işəgötürənə əmək müqaviləsinə xitam verilməsinə alternativ imkan verir. Lakin, müqavilə azadlığı prinsipi, dövlət müəssisəsi kimi ictimai reputasiya və digər diqqətə layiq hallar nəzərə alınmaqla işəgötürənin mülki hüquq münasibətlərinin subyekti kimi qanuna əsasən müqavilə münasibətlərinə xitam vermək hüququ vardır. Məhz, hazırki iş üzrə işəgötürən bu hüququndan istifadə etmişdir. Həmin hüquqdan istifadə edilib-edilməməsinə dair işəgötürənin qanuni əsaslarla mülahizə sərbəstliyi olmuşdur. Nəticə etiba rilə, xx.xx.2023-cü il tarixli 06/K nömrəli əmr qanuni və əsaslı olmuşdur.
22. Belə ki, Binəqədi Sukanal İdarəsinin Abonentlərlə iş şöbəsi Ödənişin təşkili qrupunun su kəməri təsərrüfatında nəzarətçisinin Peşə Təlimatının 2.1-2.8-ci bəndlərində nəzarətçi vəzifəsində işləyən şəxsin funksiyaları (öhdəlik) qeyd edilmiş və sözügedən təlimatla iddiaçı tanış olaraq imzalanmışdır. Həmin Təlimatın 3 və 4-cü fəsillərində nəzarətçi vəzifəsində işləyən şəxsin hüquqları və məsuliyyəti müəyyənləşdirilmişdir.
23. Məhkəmə mübahisənin qanuni əsası qismində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi və 72-ci maddəsinin “e” bəndinin dispozitiv şərtləri ilə iddia tələbinin hüquqi və faktiki xüsusatlarının eynilik təşkil etdiyini qeyd etmişdir.
24. Məhkəmənin qənaətinə görə iddiaçı üzərinə düşən sübutetmə fəaliyyətini düzgün təşkil etməmiş, nəticədə, iddia tələbində qeyd etdiyi hallar sübuta yetirilməmişdir.
25. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70, 72-ci; Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
26. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
27. Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, cavabdeh iddiaçını işdən azad edərkən əmək qanunvericiliyinə riayət etməmişdir. Həmkarlar ittifaqı təşkilatı özünün əsaslandırılmış yazılı qərarını protokoldan çıxarış kimi rəsmiləşdirmişdir ki, bunun da hüquqi əsası olmamışdır. İşə bərpaya dair işlərə ərizə məhkəməyə daxil olduğu vaxtdan 2 ay müddətində baxılmalı və işin həllinə dair qətnamə və ya qərardad çıxarılmalıdır. Belə ki, iddia ərizəsi və ona əlavə edilmiş materiallar xx.xx.2023-cü il tarixdə təqdim edilsə də, işin həllinə dair qətnamə 2 ay 16 gün ərzində çıxarılmışdır. İşə baxan məhkəmə belə bir nəticəyə gəlmişdir ki, o, xidməti vəzifələrini yerinə yetirərkən bir sıra şəxslərdən ödəniş adı ilə pul vəsaiti almış, bununla da peşə təlimatı üzrə əmək funksiyalarını kobud surətdə pozmuşdur. Lakin işə baxan məhkəmə bu halı axıra kimi araşdırmamışdır. Ona irad tutulan hal, çalışdığı xidməti ərazi üzrə bir sıra şəxslərdən ödəniş adı ilə pul vəsaiti toplanması olmuşdur. Bu halın baş vermə səbəbləri sudan istifadə edən abonentin işlət diyi suyun ödənişinin növbəti ayın 10-na kimi ödənilməsi tələbi olmuşdur. Bir tərəfdən İdarə rəhbərliyi bunu işçi olaraq ondan tələb etmiş, digər tərəfdən isə bir sıra abonentlər göstərilən tarixə ödəniş etməyərək məsuliyyətsizlik etmişdir. Nəticədə nəzarətçi olaraq xidmət ərazisində qapı-qapı düşərək borclu abonentlərdən davamlı surətdə ödəniş etmə tələbi və bunun qarşılığında abonentin ödəniş etməkdə çətinlik çəkməsini bildirməsi, ödəniş haqqını nəzarətçiyə verərək ondan onun əvəzinə "milliön aparatına" ödəniş etmək və qəbzi növbəti dəfə ondan çatdırma xahişi durmuşdur. Bu hal nəticəsində nə işəgötürənə, nə də abonentə heç bir ziyan dəyməməsi faktı olmuşdur. Onun guya "qanunsuz" hərəkətlərindən şikayət edən "ərizəçilər" məhkəmə iclasına dəvət edilsələr də, məhkəməyə gəlməmiş, bu azmış ki mi onlardan biri - X4 ərizə verərək, ona qarşı heç bir tələbinin olmadığını və əsəbləşərək ərizəni yazdığını bildirmişdir.
28. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5771/2023 nömrəli mülki iş üzrə 30 noyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Fuad Abdıyev (sədrlik edən və məruzəçi), Fərrux Qasımov və Xəyal Sarıyev) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçının apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
29. Apellyasiya instansiya məhkəməsi apellyasiya şikayətinin dəlillərinə və işin hallarına istinad edərək qeyd etməyi zəruri hesab etmişdir ki, ilk olaraq Qafur Hacıyevin müraciəti ilə bağlı iddiaçıdan izahat alınmış, o cümlədən bu abonentə saxta ödəniş qəbzlərinin təqdim edilməsi məsələsinə aydınlıq gətirilməsi xahiş edilmişdir. İddiaçı öz izahatında bütün ödənişlərin edilərək, qəbzlərin verildiyini, hər hansı qəbz üzrə ödənişin köçürülmədiyi təqdirdə tam olaraq, həmin ödənişi bərpa edəcəyini bildirmişdir. Lakin abonent kartına əsasən həmin abonentin hesabına xx.xx.2023-cü il tarixdə 394 manat, xx.xx.2023-cü il tarixdə isə 202 manat məbləğində ödəniş edilmişdir. İddiaçının özünün təqdim etdiyi arayışa əsasən nəticədə bu abonentin hesabında 500 manat məbləğində artıq ödəniş yaranmışdır. Bu ödənişin abonent tərəfindən aparıldığı müəyyən edilməmişdir. Bununla belə, məhkəmə kollegiyası Qafur Hacıyevin xx.xx.2023-cü il tarixli şikayətini, iddiaçının həmin tarixdə verdiyi izahatında qeyd edilənləri, məhz bundan sonra onun abonent hesabına ödənişlərin aparılmas ını nəzərə alıb, belə qənaətə gəlmişdir ki, bu məbləğlər abonent tərəfindən məhz iddiaçıya verilmiş, iddiaçı həmin məbləğləri onun hesabına köçürməmiş və yalnız abonentin şikayətindən sonra köçürmüşdür.
30. Məhkəmə kollegiyası qeyd etmişdir ki, Qafur Hacıyevin şikayətindən sonra cavabdeh tərəfindən seçmə üsulu ilə aparılmış araşdırma nəticəsində iddiaçının, həmçinin, abonentlər Firəddin Hüseynovdan, Adilə Quliyevadan (700 manat) və Xalid Ağayevdən (300 manat) suyun sərfiyatı ilə bağlı yaranmış borca görə şəxsən ödənişlər aldığı və abonentlərin hesabına ödəmədiyi aşkar olunmuşdur. Araşdırmanın nəticələrinə dair cavabdehin əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixdə akt tərtib edilmişdir. Lakin iddiaçı məsələ ilə bağlı yazdığı həmin tarixli izahatında həmin abonentlər tərəfindən verilmiş məlumatların yanlış olduğunu, göstərilən ünvanlardan hər hansı məbləğdə vəsait almadığını bildirmişdir. Buna baxmayaraq, həmin hadisədən sonra, yəni xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə Firəddin Hüseynovun hesabına 206 (100 + 106) manat, xx.xx.2023-cü il tarixdə Adilə Quliyevanın hesabına 400 manat, xx.xx.2023-cü il tarixdə Xalid Ağayevin hesabına 200 manat məbləğində pul köçürülmüşdür. Bu ödənişlərin abonentlər tərəfindən aparıldığı müəyyən edilməmişdir. Nəticədə verilmiş və ödənilmiş məbləğlər arasında fərq yaranmışdır.
31. Məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdehin əməkdaşları tərəfindən seçmə üsulu ilə aparılmış araşdırma nəticəsində iddiaçının, həmçinin, abonentlər Rəna Quliyevadan (300 manat), Məryəm Ömərovadan (340 manat) və R.Yusifovadan (300) manat suyun sərfiyat ı ilə bağlı yaranmış borca görə şəxsən ödənişlər aldığı və abonentlərin hesabına ödəmədiyi aşkar olunmuş və bununla bağlı xx.xx.2023-cü il tarixdə akt tərtib edilmişdir. Həmin aktla tanış olmaqdan iddiaçı imtina etmiş və bu hal cavabdehin əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixdə aktlaşdırılmışdır. Lakin yuxarıda göstərilən abonentlərlə bağlı hallarda olduğu kimi, bu halda da sonradan həmin abonentlərin hesabına ödənişlər aparılmışdır. Belə ki, həmin hadisədən sonra, yəni xx.xx.2023-cü il tarixdə Rəna Quliyevanın hesabına 300 manat, xx.xx.2023-cü il tarixdə R.Yusifovanın hesabına 650 manat məbləğində pul köçürülmüşdür. Bu ödənişlərin həmin abonentlər tərəfindən aparıldığı müəyyən edilməmişdir. Məryəm Ömərovanın hesabına isə hər hansı məbləğdə ödəniş aparılmamışdır.
32. Məhkəmə kolleg iyası qeyd etmişdir ki, iddiaçının işə apellyasiya məhkəməsində baxılan zaman təqdim etdiyi arayışda abonent Adilə Quliyevadan 700 manat ödəniş aldığını və onun su sərfiyatına görə borcu üzrə 400 manat ödəniş etdiyini bildirmişdir. Bu abonent üzrə də 300 manat məbləğində fərq yaranmışdır. Yaranmış fərqlərə aydınlıq gətirərək, iddiaçı öz izahatında həmin məbləğin ödəniş üçün deyil, şəxsən onun özünə verildiyini bildirmiş, həmçinin, bütün bu məsələləri əks etdirən arayışı da məhkəməyə təqdim etmişdir. Lakin hansı səbəbdən onun özünə ödənişlərin edilməsi və ya edilməli olması məsələsinə aydınlıq gətirməmişdir. Məhz bu halların nəticəsində cavabdehin xx.xx.2023-cü il tarixli, 06/K nömrəli əmrinə əsasən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci madd əsinin “ç” bəndinə əsasən xitam verilmişdir.
33. Məhkəmə kollegiyası həmin əmrin məzmununa istinad edərək qeyd etməyi zəruri hesab etmişdir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsi xx.xx.2023-cü il tarixdə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə (Əmək Məcəlləsinin 72-ci maddəsinin “e” bəndinə istinadən) ləğv edilməsinə baxmayaraq, əmrdə cavabdeh (işəgötürən) tərəfindən əmək müqaviləsinin bu əsasla ləğv edilməsinin zəruriliyi əsaslandırılmamışdır. Buna baxmayaraq, bu hal həmin əmrin qanunsuz hesab edilməsi və ləğv olunması üçün əsas ola bilməz. Belə ki, qeyd edilən intizam tənbehi ağırlıq dərəcəsi və öz hüquqi nəticələrinə görə digər tənbeh növlərindən fərqlənmişdir. Bu növün tətbiq edilməsi zəruriliyinin əsaslandırılması da məhz bununla bağlı olmaqla işəgötürən tərəfindən sui-ist ifadə hallarına yol verilməsinin (işçini xaric etmək üçün qərəzli mövqedən çıxış etməsinin) qarşısının alınması, habelə işçiyə təqsirli hesab edilən davranış (hərəkət və hərəkətsizliyinin) barədə tam məlumat almasının təmin edilməsi (müxtəlif məqsədlər, o cümlədən düzgünlüyünə qiymət verməsi, mahiyyətinə uyğun mübahisələndirməsi, müdafiəsini qurması və sair) məqsədini daşımışdır. Lakin cavabdeh əmək qanunvericiliyinin bu tələbinə riayət etməsə də, əmək müqaviləsinin ləğv edilməsinin iddiaçının əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi ilə bağlı olduğunu bildirmiş və bu mövqeyini də konkretləşdirərək, iddiaçının abonentlərdən su sərfiyatına görə yaranmış borc üzrə ödənişlər aldığını və həmin mə bləğləri abonentlərin hesabına mədaxil edilməməsi ilə bağlı olduğunu vurğulamışdır. Başqa sözlə, cavabdeh iddiaçı ilə bağlanmış əmək müqaviləsinin məhz Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv edilməsinin zəruriliyi barədə ətraflı məlumat verməklə (şifahi qaydada əsaslandırmaqla), iddiaçının konkret olaraq hansı kobud pozuntuya yol verdiyini, o cümlədən təqsirli hərəkətlərin nədən ibarət olduğunu göstərmişdir. Onun mövqeyi əmrin qəbul edilməsinə əsas olmuş sənədlərlə və iş materiallarında olan sübutlarla təsdiq edilmişdir. Hətta iddiaçı özü də abonentlərdən şəxsən ödəniş qəbul etdiyini, bəzi hallarda isə verilən pulların ödəniş olmadığını (artıq verildiyini), ona verildiyini (deyirdilər qoy cibinə) etiraf etmişdir. Halbuki, ödəniş qaydası qanunvericilikdə təsbit edilmiş və bu ödənişlərin cavabdehin əməkdaşına verilməsi və ya onun vasitəsi ilə ödənilməsi, habelə bu zaman ona (onun özünə, şəxsi istifadə üçün) ödənişdən daha artıq məbləğdə pulun verilməsi nəzərdə tutulmamışdır. Bu da öz növbəsində iddiaçının abonentlərin elektron qaydada ödənişlər edilməsində texniki çətinliklər çəkməsi və işəgötürən tərəfindən borc ödənişləri üzrə hesabatların tələb olunması dəlillərinin əsassız olduğunu təsdiq etmişdir.
34. Məhkəmə kollegiyası iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsindən əvvəl Azərbaycan Su Təsərrüfatı X2 Respublika Komitəsinin razılığının alınması ilə bağlı qeyd etmişdir ki, cavabdeh məsələ ilə bağlı həmin quruma müraciət etmiş və həmin qurumdan İdarəyə ünvanlanmış “Əmək müqaviləsinə xitam verilməsi haqqında” xx.xx.2023-cü il tarixli məktubda bil dirilmişdir ki, əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinə etiraz edilmir. Bununla belə, hüquqi nəticə etibarı ilə bu məsələ üzrə Əmək Məcəlləsinin 80-ci maddəsinin tələblərinə riayət edilmişdir. Həmin prosedur çərçivəsində cavabdeh tərəfindən məktubun göndərilməsi də məhz əsaslandırılmış təqdimat mahiyyətli, həmin qurumun cavabdehə ünvanlanmış məktubu da qərar mahiyyətli və qüvvəli olmuşdur. Barəsində məsələyə baxılan şəxsin (iddiaçının) həmin komitənin iclasında iştirakının təmin edilməsinin məcburiliyi ilə bağlı isə qanunvericilikdə hər hansı müddəa mövcud olmamışdır.
35. İddiaçıdan izahatın alınmaması ilə bağlı məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı barəsində xx.xx.2023-cü il tarixdə edilmiş ilk şikayətdən və sonrakı araşdırmalardan sonra ondan iki dəfə izahat alınmış, bir dəfə də iddiaçı aktla tanış olmaqdan imtina etmişdir. Bu baxımdan cavabdeh tərəfindən hüquqi nəticə etibarı ilə Əmək Məcəlləsinin 187-ci maddəsinin tələblərinə riayət edilmişdir.
36. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı yuxarıda qeyd edilən əməlləri 8 abonentə münasibətdə yol vermiş, onun tərəfindən buna hər hansı səlahiyyəti olmadan, bu abonentlərdən su sərfiyatına görə yaranmış borcların ödənilməsi adı ilə pulların alınması və sonradan ödənilməməsi, yalnız şikayətlər və buna uyğun araşdırmalar aparıldıqdan sonra natamam ödənişlər aparılması, həmin məbləğlərin bir hissəsinin iddiaçı tərəfindən mənimsənilməsi tam olaraq öz təsdiqini tapmışdır. Digər tərəfdən hazırda mübahisələndirilən və iddiaçının işdən azad edilmə sinə əsas olmuş xx.xx.2023-cü il tarixli, 06/K nömrəli əmr altı ay ərzində iddiaçı barəsində tərtib olunmuş ikinci əmr olmuş və nəticə etibarı ilə əvvəlki əmrin qüvvədə olduğu müddətdə tərtib edilmişdir. Bu da öz növbəsində onun hərəkətlərinin Əmək Məcəlləsinin 72-ci maddəsinin “e” bəndinin tələblərinin pozulması kimi qiymətləndirilməsi və bu baxımdan onunla bağlanmış əmək müqaviləsinə həmin məcəllənin 70 “ç” maddəsi ilə xitam verilməsi üçün əsas yaratmışdır.
37. Məhkəmə kollegiyası apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən işə 2 ay 16 günə baxılması ilə bağlı dəlilinə münasibətdə qeyd etmişdir ki, mülki prosessual qanunvericiliyə görə birinci instansiya məhkəməsinin qətnaməsi yalnız kobud prosessual pozuntulara görə ləğv edilə bilər, qeyd edilən hal isə mülki prose ssual qanunvericiliyə görə kobud prosessual pozuntu hesab edilməmişdir.
38. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10, 19, 70-72, 80, 83, 186, 187, 300-cü; Mülki Prosessual Məcəlləsinin 14.1, 77.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
39. İddiaçı (Vəkil3) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
40. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmələr iddiaçıya qarşı təzyiqlərin olmasını və Əmək Məcəlləsinin 69-cu maddəsinin 7-ci hissəsinin tələblərinin ona münasibətdə pozulmasını nəzərə almamışd ır.
41. Əmək Məcəlləsi işçinin törətdiyi intizam xətasına dair bir intizam tənbehinin verilməsini nəzərdə tutur, eyni əməllərə görə iki intizam tənbehi verilə bilməz. xx.xx.2023cü il tarixdə İdarəyə iddiaçının sözügedən abonentlərdən pul alıb guya onların hesabına ödəməməsi barədə ehtimal olunan intizam xətaları, yəni qanunun tələbini pozan əməlləri barədə məlumat və sənədləşmə mövcud idi. Elə həmin gün İdarə tərəfindən ona xx.xx.2023-cü il tarixli, 33 N-li əmrlə töhmət elan olunmuş, bununla da onun barəsində intizam tənbehi verilmişdir. Lakin, İdarə rəhbərliyi eyni zamanda həmin əməllərə görə 5 gün sonra ikinci intizam tənbehini tətbiq etmişdir. İdarənin rəhbərliyi xx.xx.2023-cü il tarixli, 06/k N-li əmrlə iddiaçı ilə bağlanmış əmək müqaviləsini həmin pozuntuları əsas tutmaqla Əmək Məcəll əsinin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv etmişdir. Bununla da iddiaçıya eyni əməllərə görə iki intizam tənbehi verilmişdir. İşə baxan məhkəmələr işin bu halına qiymət verməmiş, heç bir münasibət göstərməmişlər. Bununla da məhkəmələr qətnamə qəbul edərkən, işin halları baxımından Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin və 189-cu maddəsinin 1-ci hissənin tələblərini kobud formada pozmuşlar.
42. Sudan istifadə edən abonentlərin borc məbləğlərinin bir qədər çox olması həmin abonentlərin abunə haqlarını vaxtında ödəmədiklərini, yaxud bir qədər ləngitdiklərini göstərmiş, İdarədə formalaşmış təcrübə və rəhbərliyin verdiyi tapşırıqlar isə ondan ibarət olmuşdur ki, belə olan halda abonentlərə kömək məqsədilə onlardan abunə haqqını yığıb nəzarətçi özü ödəməli idi. İddiaçı da borcunu İd arəyə ödəməyən, yaxud bir az gecikdirən abonentlərlə danışıb onlara kömək məqsədilə borclarını yığıb onların hesabına ödəmişdir. İddiaçı bu hərəkətləri ilə heç bir halda Cavabdeh ASC və onun yerli qurumu olan İdarənin mənafeyinə xələl gətirməmişdir. Əksinə, abonentlər ondan razı qalmışlar, abonentlərdən bəziləri ərizə verərək iddiaçıdan heç bir şikayətlərinin olmadığını bildirmişlər. İdarə rəhbərliyi iki intizam tənbehi verəndən sonra mövqeyini möhkəmlətmək məqsədilə abonentləri çağırıb iddiaçıdan şikayət ərizələri yazdırmışdır. Bu hərəkətlər qanuna zidd əməllər olmuşdur. Heç bir rəhbər vəzifəli şəxs vətəndaşları işdən azad etdiyi işçisindən şikayət etməyə sövq etməli deyil. Məhkəmələr Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” və 72-ci maddəsinin “e” bəndini düzgün tətbiq etməmişdir.
43. Şika yət Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69, 70, 72, 186, 189-cu, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217-ci maddələrinə istinad edilərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
44. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi
45. Maddə 10 (bənd “a”). Əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək əmək müqaviləsi üzrə işçinin əsas vəzifələrinə aid edilmişdir.
46. Maddə
19. İşçilər arasında heç bir fərq qoyulmadan, işəgötürəndən qabaqcadan icazə alınmadan, sırf könüllülük prinsipləri əsasında həmkarlar ittifaqları təşkilatı yaradıla bilər. İşçilər əmək, sosial, iqtisadi hüquqlarını, qanuni mənafelərini müdafiə etmək üçün müvafiq həmkarlar i ttifaqlarına daxil olub həmkarlar ittifaqlarının fəaliyyəti ilə məşğul ola bilərlər. Həmkarlar ittifaqlarının hüquqları, vəzifələri və səlahiyyətləri «Həmkarlar ittifaqları haqqında» Azərbaycan Respublikasının Qanunu və onların nizamnamələri ilə müəyyən edilir.
47. Maddə 70 (bənd “ç”). Əmək müqaviləsi işəgötürən tərəfindən, həmçinin, işçinin özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda ləğv edilə bilər.
48. Maddə 71.2. Bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetir mədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.
49. Maddə 71.3. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.
50. Maddə 72 (bənd “e”). Əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir.
51. Maddə 80.1. Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsasla rla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir.
52. Maddə 80.2. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir.
53. Maddə 83.2. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzal anmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir.
54. Maddə 186.2. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç ) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək.
55. Maddə 187.1. İntizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir.
56. Maddə 187.2. İntizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir.
57. Maddə 300.1. Əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
58. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
59. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
60. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normal arına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
61. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
62. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
63. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
64. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri
65. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
66. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi
67. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
68. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edi lmir. Həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.
69. İddiaçının kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyə tli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.
70. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət edil miş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, iddianın rədd edilməsi barədə nəticəsi mahiyyəti üzrə düzgündür, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir.
71. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5771/2023 nömrəli 30 noyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.