Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1721/2025 08.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: nisyə alqı-satqı müqaviləsi; pul tələbi; sübutetmə yükü; sübutların qiymətləndirilməsi. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Həsənov Rəşad Məhəmməd oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(106)-449/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qay dasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Tərəflər arasında qoz ləpəsi məhsuluna dair nisyə alqı-satqı münasibətlərindən yaranan mübahisə mövcuddur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsində icraat
2. İddiaçı məhkəməyə müraciət edərək, xx.xx.1985-ci il təvəllüdlü Ağcabədi rayonu Salmanbəyli kəndində qeydiyyatda olan Cavabdeh 10.315 manat alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı ərizəsini belə əsaslandırmışdır ki, xx.xx.2024-cü il tarixdə Ukrayna Respublikasında yaşayan yaxın qohumu X1 onunla əlaqə saxlayaraq Abşeron Gənclər Şəhərciyində yaşayan cavabdehə 1500 kiloqram qoz ləpəsi lazım olduğunu bildirmiş, ona sonuncunun əlaqə nömrəsini vermişdir. İddiaçı bundan sonra, cavabdehlə telefon vasitəsilə danı şaraq 1500 kiloqram qoz ləpəsinin alqı-satqısı barədə razılığa gəlmişlər. Bu məqsədlə xx.xx.2024-cü il tarixdə avtomobillə cavabdehə 1300 kiloqram qoz ləpəsi apararaq yaşadığı yerdə təhvil vermişdir. Yerdə qalan 200 kiloqramı isə bir neçə günə ona təhvil verməli olmuşdur. Daha sonra cavabdehlə olan razılığa əsasən o, cavabdehə əlavə olaraq 500 kiloqram qoz ləpəsi göndərmiş və beləliklə, o, cavabdehə cəmi 2000 kiloqram qoz ləpəsi vermişdir. Razılığa əsasən cavabdeh yeddi gün ərzində 2000 kiloqram qoz ləpəsinin əvəzinə ona 17315 manat pu verməyi öz öhdəsinə götürmüşdür. xx.xx.2024-cü il tarixdə cavabdeh ona 2000 manat pulu nağd şəkildə vermiş, daha sonra isə xx.xx.2024-cü il tarixdə cavabdeh karta əlavə olaraq 2000 manat köçürtmə etmişdir. 2024-cü ilin iyun ayının ortalarında isə cavabdeh on a əlavə olaraq 3000 manat nağd şəkildə ödəniş etmişdir. Hazırda cavabdehin ona 10315 manat borcu qalmaqdadır. Dəfələrlə cavabdehdən pulunu tələb etsə də, hər hansı nəticəsi olmamışdır. İddia ərizəsinə əlavə etdiyi diskdəki səs yazılarından görünür ki, cavabdehlə çoxsaylı danışıqlar aparmış, müxtəlif vədlər vermiş, lakin heç bir vədini yerinə yetirməmişdir. Bununla bağlı Abşeron Rayon Polis Şöbəsinə şikayət vermiş olsa da, polis şöbəsi tərəfindən müraciətlərinin mülki xarakterli olması ilə əlaqədar ona məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur.
4. Cavabdeh iddia ərizəsinə qarşı etiraz ünvanlayaraq göstərmişdir ki, tələb əsassızdır və rədd edilməlidir. Belə ki, tanışı - Ukrayna Respublikasında yaşayan X2 ilə aralarında olan ticarət münasibətləri ilə əlaqədar sonuncunun ona 22800 manat məb ləğində borcu yaranmışdır. X2 qeyd edilən məbləğdə borcunu qaytara bilmədiyindən ona borcun əvəzi olaraq satmaq üçün Azərbaycan Respublikasında tanışları vasitəsilə 1500 kq qoz ləpəsi göndərəcəyini vəd etmiş, ardınca iddiaçı vasitəsilə ona ümumi dəyəri 17000 manat olan 2500 kiloqram qoz ləpəsi göndərmişdir. İddiaçı qeyd edilən malları nəqliyyat vasitəsilə gətirdikdə malın ödənişi olmadan boşaltmayacağını bildirdikdə isə, o, iddiaçıya bu barədə Ələsgərlə danışmalı olduğunu bildirmişdir. Daha sonra iddiaçı Ələsgərlə telefonla danışdıqdan sonra malları boşaldaraq təhvil verib getmişdir. Onun Ələsgərlə aralarında olan anlaşma 1500 kiloqram olduğu üçün o, digər 1000 kiloqram ləpənin dəyəri kimi 7000 manat pulu iddiaçıya ödəmişdir. Çünki iddiaçı ona bildirmişdir ki, Ələsgərə 1500 kiloqram ləpə v erməli, qalıq 1000 kiloqrama görə isə normal alqı-satqı qaydalarına uyğun olaraq ödənişini etməlisən. O da, bu səbəbdən həmin 1000 kiloqram ləpənin dəyəri iddiaçıya ödəmişdir.
5. Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(017)-1609/2024 nömrəli qətnaməsi ilə iddia təmin olunmuş, Cavabdeh 10315 manat məbləğində borc pul tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir (hakim Sulduz Ləzimov).
6. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, İddiaçı tərəfindən Cavabdeh aralarında olan şifahi razılaşma əsasında 17315 manat qiymət müəyyən edilərək, 2000 kiloqram qoz ləpəsi nisyə satılmış, cavabdeh tərəfindən həmin məbləğdən müxtəlif vaxtlarda bir neçə dəfəyə ümumilikdə 7000 manat məbləğdə ödəniş edilmişdir. Lakin cavabdeh aralarında olan şifahi razılaşmaya əməl etməmiş və iddi açıya nisyə satılmış 2000 kq qoz ləpəsindən 17315 manat dəyərindən yaranan 10315 manat borcu bu günədək qaytarılmamışdır
7. Məhkəmə mövqeyini Konstitusiyanın 29-cu, Mülki Məcəllənin 385.1, 443.1, 600.1, 600.4, 739.1, 740-cı, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 217.4-cü maddələrinə istinad etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
8. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək və iddia tələbinin təmin olunmamasına barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Apellyasiya şikayəti iddia ərizəsinə qarşı verilmiş etirazla eyni məzmunda əsaslandırılmışdır.
10. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında 1500 kq qoz ləpəsini ona Ələsgərin göndərməsi ilə bağlı hər hansı sübutunun olmadığını bildirmişdir.
11. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(106)449/2025 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi həmin şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmışdır (hakimlər: Cahid İmanov - sədrlik edən və məruzəçi, Qasım Əliyev və Tale Kərimov).
12. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
13. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
14. Kassasiya şikayətinin yeganə dəlili ondan ibarət olmuşdur ki, işə ba xan məhkəmə kollegiyası Ukraynada yaşayan Ələsgər adlı şəxsin borcun əvəzində iddiaçı vasitəsilə cavabdehə qoz ləpəsi göndərməsi, bu əsasla cavabdehin iddiaçıya heç bir borcunun olmaması barədə etiraz və izahatında bildirdiklərinə Mülki Prosessual Məcəllənin 9.2, 88-ci maddələrinin tələbi baxımından düzgün qiymət verməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
16. Maddə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləş dirilmiş müddətdə həyata keçirməlidir.
17. Maddə 600.2. Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur.
18. Maddə 600.3. Satıcı əşyanı vermək vəzifəsini icra etmədikdə bu Məcəllənin 441-ci maddəsində nəzərdə tutulan qaydalar tətbiq edilir.
19. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
20. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlid ir.
21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
22. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
23. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
24. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
25. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
26. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsin in faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
27. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi kassasiya şikayəti əsasında tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
28. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
29. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə dair dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməs i Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
30. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxark ən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, iddianın təmin edilməsi barədə nəticələri mahiyyəti üzrə düzgündür, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir.
31. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun poz untularına yol verməmişdir.
32. Qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
33. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-449/2025 nömrəli, 20 fevral 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.