Məhkəmə qərarları › İş №2(102)-1722/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-1722/2021

05.04.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1722/2021 ALİ MƏHKƏMƏ İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: alimentin tutulması 05.04.2021 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Şahvələdov Ümüd Nadir oğlunun katibliyi, iddiaçı və onun vəkili X1, cavabdeh və onun vəkili Vəkil iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-2349/2020 nömrəli iş üzrə 22 oktyabr 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 05 aprel 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları Hacıqabul Rayon Məhkəməsinin 2(071)-73/2020 saylı iş üzrə 04 fevral 2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh (bundan sonra – cavabdeh) 23 aprel 2016-cı il təvəllüdlü X2 atası olması faktı müəyyən edilmiş və əvvəli 07 yanvar 2020-ci il tarixdən hesablanmaqla həmin uşağın yetkinlik yaşlarına çatanadək saxlanılması üçün ondan hər ay 160 manat sabit pul məbləğində alimentin alınaraq İddiaçı (bundan sonra - iddiaçı) verilməsi qət edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin faktiki nikahdan doğulmuş 25.02.2020-ci il təvəllüdlü XXX adlı uşaqlarının atası olması faktının müəyyən ediməsi və uşağın yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 170 manat sabit pul məbləğində alimentin və 50 manat əlavə xərcin cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh əmisi oğludur və onlar 2015-ci il tarixdə el adəti ilə qeyri-rəsmi ailə həyatı qurmuşlar. Birgə qeyri-rəsmi nikahlarından 23 aprel 2016-cı il təvəllüdlü X5, daha sonra isə 25 fevral 2020-ci il təvəllüdlü X6 anadan olmuşdur. Birinci uşağa atalıq məhkəmə qaydasında müəyyən edilmiş, lakin cavabdehlə rəsmi nikah münasibətində olmadığından ikinci uşağa doğum haqqında şəhadətnamə ala bilməmişdir. Cavabdeh uşağa atalığın müəyyən edilməsi ilə bağlı razılıq verməmişdir. Hacıqabul Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(071)-286/2020 saylı iş üzrə 30 iyun 2020-ci il tarixli qətnaməsi ilə (hakim H.Əzizov) iddia qismən təmin edilmiş, cavabdehin 25 fevral 2020-ci il təvəllüdlü X3 atası olması faktı müəyyən edilmiş, əvvəli 04 iyun 2020-ci il tarixdən hesablanmaqla cavabdehdən uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 170 manat sabit pul məbləğində alimentin alınaraq iddiaçıya verilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra – Ailə Məcəlləsi) 75, 78.1 və 100.2-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 217.4 və 307.2.10-cu maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi ) 2(106)-2349/2020 nömrəli iş üzrə 22 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – F.Sultanov (sədrlik edən və məruzəçi), T.Heydərov və T.Kərimov) apellyasiya şikayəti təmin olunmamış, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə - aliment tələbinin təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, cavabdehlə iddiaçı 2015-ci ildə faktiki nikah münasibətinə girmiş və ailə qurmuş, 2020-ci ilin yanvar ayınadək ailə münasibətləri zəminində yaranmış mübahisələr səbəbindən ayrılmışlar. Cavabdeh XXXin atalığının inzibati qaydada müəyyən edilməsindən imtina etmişdir. Hazırda cavabdeh XXX adlı həmin uşağın atası olmasını etiraf edir. Məhkəmə hesab etmişdir ki, iddiaçının uşaqlara baxması ilə əlaqədar hə r hansı bir işgüzar fəaliyyətlə məşğul olması imkanları məhduddur. Eyni zamanda uşaqların qanunla müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Bu baxımdan cavabdehin həmin uşaqlardan birinə 160 manat aliment ödəməsi, onu 10 aylıq olan digər uşağı da qanunla müəyyən edilmiş yaşayış minimumu həddində maddi təminatla, yəni alimentlə təmin etmək vəzifəsindən azad etmir. Cavabdehin hazırda işləməməsi də uşaqlara qanunla müəyyən edilmiş yaşayış minimumundan da az məbləğdə aliment təyin olunmasına əsas vermir. Bundan başqa məhkəmənin aliment qismində müəyyən etdiyi alimentin məbləği yalnız uşağın saxlanması üçün qanunla nəzərdə tutulmuş yaşayış minimumu həddinə uyğundur ki, bu da uşağın saxlanması üçün tələb olunan digər, əlavə xərclərin ödənilməsin i əhatə etmir. Digər xərclər isə məhz himayəsində uşağı saxlayan ananın üzərində qalmış olur. Göstərilənlərə əsasən Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərini əsassız hesab etmişdir. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 17 və 34-cü, Ailə Məcəlləsinin 75.1, 75.4 və 78.2-ci maddələrinə, «Azərbaycan Respublikasında yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin alimentin sabit pul məbləğində tutulması hissəsində ləğv olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmış dır ki, “xxxx” MMC-də poladəridən köməkçisi işləyir, 300 manat əmək haqqı alır. Məhkəmə bu halı, habelə digər uşaq üçün də 160 manat aliment ödədiyini nəzərə almamışdır. Kassasiya şikayətinin əsası kimi Ailə Məcəlləsinin 75.1, MPM-in 77.1, 88, 220.4-cü maddələrinə istinad olunmuşdur. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən kassator və vəkili ayrı-ayrılıqda kassasiya şikayətinin təmin edilməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasını xahiş etdilər. İddiaçı və onun vəkili ayrı-ayrılıqda apellyasiya instansiyası məhkəməsi qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul olunmasını xahiş etdilər. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bil ər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiya məhkəməsinin aktı iddiaçının şikayəti əsasında yalnız alimentin tutulması hissəsin də yoxlanıldığından mübahisələndirilən qətnamə tam yoxlanılır. Tətbiq edilən hüquq Ailə Məcəlləsi Valideynlər uşaqlarını saxlamağa borcludurlar (maddə 75.1). Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişkən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər (maddə 78.1). Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir (maddə 78.2). Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya dü zgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarıldığı ümumi ifadələrlə qeyd edilsə də, bunun nədən ibarət olması əsaslandırılmamışdır. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Apellyasiya şikayətində sadalanmış eyni məzmunlu dəlillərə apellyasiya instansiyası məhkəməsi tərəfindən əsaslandırılmış qiymət verilmişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəz ərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-2349/2020 nömrəli iş üzrə 22 oktyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar