Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1722/2023 17.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-1722/2023 Açar sözlər: cavabdehin mənzildən çıxarılması, mənzilə istifadə hüququnun tanınması, kassasiya instansiya məhkəməsinin göstərişlərinin məcburiliyi Bakı şəhəri, 17 may 2023-cü il tarixli Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Vəliyeva Elşanə Rafiq qızı, Şamayev Elşad Yaquboviç və X2 ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 05 oktyabr 2022-ci il tarixli, 2(103)-1271/2022 nömrəli qətnaməsindən iddiaçı tərəfindən ve rilmiş kassasiya şikayəti üzrə mülki işə 17 may 2023cü il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları: 1. "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2006-cı il tarixli, 105 saylı müqavilə ilə satıcı Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2935A ünvanda tikiləcək yeni hündürmərtəbəli binanın 2-ci blok, 3-cü və 4-cü mərtəbələrində sahələri 57,47 kv.metr olan 2 ədəd 1 otaqlı mənzilləri alıcıya təhvil verməyi, alıcı həmin mənzilləri qəbul edərək qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqını ödəməyi öhdəsinə götürmüşdür. Mənzillərin dəyəri İddiaçı tərəfindən tam ödənilmişdir. 2. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2006-cı il tarixli müqavilə ilə satıcı Bakı şəhəri, Xətai rayo nu, Gəncə prospekti, 2935A ünvanda tikiləcək yaşayış binasının 2-ci blok, 2-ci mərtəbəsində sahəsi 57,47 kv.metr olan 1 otaqlı mənzili alıcıya təhvil verməyi, alıcı həmin mənzili qəbul edərək qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqını ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh tərəfindən mənzilin dəyəri tam ödənilmişdir. 3. "xxxx" MMC-nin direktoru K.Kazımzadə dələduzluq cinayəti törətməsi səbəbindən həbs edildiyindən yaşayış binasının tikintisinin tamamlanması Bakı şəhər İcra Hakimiyyəti tərəfindən "xxxx" MMC-yə həvalə edilmişdir. 4. xx.xx.2013-cü ildə "xxxx" MMC "xxxx" MMC ilə İddiaçı arasında olan 105 saylı, xx.xx.2006-cı il tarixli müqavilədən İqbal Cəfərova “keçid müqaviləsi adlanan müqavilə əsasında Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 29/35 A ünvanda 12 mərtəbəli yaşayı evinin 2-ci blok, 3-cü mərtəbəsində ümumi sahəsi 57,47 kv.metr olan 1 otaqlı mənzili X1.
5. İddiaçı cavabdehlər "xxxx" MMC və X7 qarşı xx.xx.2013-cü il tarixli müqavilənin etibarsız hesab edilməsi, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2935A ünvanda tikiləcək yeni hündürmərtəbəli binanın 2-ci blok, 3-cü və 4-cü mərtəbələrində sahələri 57,47 kv.metr olan 2 ədəd 1 otaqlı mənzillərin ona təhvil verilməsi və həmin mənzillərə dair istifadə hüququnun tanınması barədə iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət etmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2014cü il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər "xxxx" Şirkətinə (MMC-yə) və X7 qarşı müqavilənin etibarsız hesab edilməsi, müqavilə üzrə əldə edilmiş daşınmaz əmlakların təhvil verilməsi və mənzillərə istifadə hüquql arının tanınması tələbinə dair iddiası təmin edilərək cavabdehlər arasında bağlanmış xx.xx.2013-cü il tarixli müqavilənin etibarsız hesab edilməsi, Bakı şəhəri, Gəncə prospekti, 2935 “A” ünvanında yerləşən yaşayış binasının 2-ci blok 3-cü mərtəbəsində olan 1 otaqlı 101 saylı mənzilinin və 2-ci blok 4-cü mərtəbələrindəki ümumi sahəsi 57,47 kv.metr olan 1 otaqlı mənzilinin iddiaçıya təhvil verilməsi və həmin mənzillərə dair iddiaçının istifadə hüquqlarının tanınması qət edilmişdir.
6. Bakı Apellyasiya Məhkməsi Mülki kollegiyasının 26 avqust 2014-cü il tarixli, 2(103)-4307/2014 nömrəli qətnaməsi ilə cavabdeh "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2014cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a)Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2935 “A” saylı evin 2-ci blok, 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 57,47 kvadrat metr olan 1 otaqlı mənzilindən çıxarılması, mənzilin özünün sahibliyinə və istifadəsinə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddia tələbi işin yuxarıda qeyd olunan faktiki hallarına istinad edilməklə onunla əsaslandırılmışdır ki, binanın tikintisi başa çatdıqdan sonra şəxsi vəsaiti hesabına ona məxsus olan 3-cü mərtəbədə olan 1 otağa və onun üzərində 4-cü mərtəbədə yerləşən digər 1 otağa dəmir qapılar qoymuşdur. "xxxx" MMC ilə X9 arasında bağlanmış “xx.xx.2013-cü iltarixli "xxxx" MMC ilə onun arasında olan 105 saylı, xx.xx.2006-cı il tarixdə bağlanmış müqavilədən İqbal Cəfərova oğluna keçid müqaviləsi adlanan saxta müqavilə əsasındə ona məxsus mənzillərdən biri ünvan ünvanda yerləşən yaşayış evinin 2-ci blok, 4-cü mərtəbəsində yerləşən, sahəsi 57, 47 kvadrat metr olan bir otağı İ.Cəfərova satılmışdır. Bundan xəbər tutandan sonra həmin keçid müqaviləsinin etibarsız hesab edilməsi, mənzillərin ona təhvil verilməsi və həmin mənzillərə istifadə hüququnun tanınması barədə iddia ərizəsi ilə Xətai rayon məhkəməsinə müraciət etmiş, məhkəmənin xx.xx.2014-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Maddi imkanı olmadığından mənzillərdə təmir işləri aparıb köçə bilməsə də, mütəmadi olaraq mənzillərinə baş çəkmişd ir. 2018-ci ilin fevral ayında onun mənzillərdə yaşamamasından istifadə edən Cavabdeh ona məxsus mənzillərdən birinin, 3-cü mərtəbədə yerləşən 1 otaqlı mənzilin dəmir seyf qapısının qıfılını sındıraraq mənzilə daxil olmuş, zəbt edərək mənzilin qapısına yeni qıfıl qoymuşdur. Cavabdehin bu özbaşına, qanunsuz hərəkətlərindən xəbər tutandan sonra dəfələrlə mənzili boşaltmasını və özünə qaytarılmasını tələb etsə də, cavabdeh onun tələblərinə məhəl qoymur, mənzili qaytarmır.
9. Məhkəmə iclasında cavabdeh iddia tələbini qəbul etməyərək bildirmişdir ki, iddiaçının ona məxsus mənzilə heç bir aidiyyatı yoxdur. Onun mənzili binanın 2-ci yaşayış mərtəbəsində yerləşir, onun nömrəsi 94-dür. Binanın birinci iki mərtəbəsi qeyri-yaşayış mərtəbələridir, binanın ümumi 3-cü mərtəbəsi birinci yaşayış mərtəbəsi dir. Beləliklə, yaşayış mərtəbələri binanın ümumi 3-cü mərtəbəsindən başlanır. Onun mənzili binanın ümumi 4-cü mərtəbəsində, yəni 2-ci yaşayış mərtəbəsindədir. İddiaçının mənzili isə onun mənzilindən bir mərtəbə yuxarı, yəni binanın ümumi 5-ci mərtəbəsində yerləşir və həmin mənzilin nömrəsi 101-dir. Onunla bağlanmış müqavilədən də görünür ki, onun mənzili binanın 2-ci mərtəbəsindədir. İddiaçı ilə bağlanmış müqaviləyə əsasən ona məxsus mənzil binanın 3-cü mərtəbəsindədir. Beləliklə, onun 94 saylı mənzili və Məlikovanın 101 saylı mənzili eyni mənzil deyil, bu, ayrı-ayrı mənzillərdir.
10. İş materiallarına əlavə edilmiş xx.xx.2016-cı il tarixli ekspert rəyi ilə Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 2935A ünvanında inşa olunan yaşayış binasında binanın layihəsinə və mövcud vəziyyətinə əsa sən yaşayış sahəsi kimi nəzərdə tutulmuş mənzillərin binanın 2 qeyri-yaşayış mərtəbəsinin üzərindən başladığı müəyyən edilmişdir.
11. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) (hakim: S.Mehrəliyev) 2(011)-2645/2019 nömrəli, 02 aprel 2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh İddiaçı olan Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2935 “A” saylı evin 2-ci blok, 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 57,47 kvadrat metr olan 1 otaqlı mənzilindən çıxarılması və həmin mənzil iddiaçının sahibliyinə və istifadəsinə qaytarılması qət edilmişdir.
12. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmə baxışı zamanı aradırılmış sübutlarla Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2935A ünvanda tikiləcək yeni hünd ürmərtəbəli binanın 2-ci blok, 3-cü və 4-cü mərtəbələrində sahələri 57,47 kv.metr olan 2 ədəd 1 otaqlı mənzilləri alqı-satqısına dair "xxxx" MMC ilə iddiaçı arasında bağlanmış xx.xx.2006-cı il tarixli, 105 saylı müqavilənin bağlanması, mənzillərin müqavilə ilə nəzərdə tutulmuş qiymətinin alıcı tərəfindən tam olaraq ödənilməsi, Bakı Apellyasiya Məhkəməsinin icraatında olmuş 2(103)-1342/2016 saylı mülki iş üzrə təqdim olunmuş ekspert rəyi ilə Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 2935A ünvanında inşa olunan yaşayış binasında binanın layihəsinə və mövcud vəziyyətinə əsasən yaşayış sahəsi kimi nəzərdə tutulmuş mənzillərin binanın 2 qeyriyaşayış mərtəbəsinin üzərindən başladığının müəyyən edilməsi, "xxxx" MMC ilə cavabdeh arasında bağlanmış xx.xx.2006-cı il tarixli, 179 saylı müqavilə əsas ında alıcıya verilməsi nəzərdə tutulan mənzilin 2-ci mərtəbədə yerləşməsi, bununla da, cavabdeh tərəfindən iddiaçıya məxsus mənzilin qanunsuz və əsassız olaraq zəbt edilməsi müəyyən olunmuşdur.
13. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə, 29, 60-cı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.2, 157.8, 521-ci, Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 2.1, 4.1, 14.2, 77.1, 78.1, 80, 81, 119, 217.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat
14. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
15. Apellyasiy a şikayəti iddiaya etirazın məzmununa uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, iddiaçı ona binanın 4-cü yaşayış mərtəbəsində (faktiki olaraq binanın ümumi 6-cı mərtəbəsində) məxsus olmuş mənzili başqa fiziki şəxsə satmışdır. Birinci instansiya məhkəməsi heç bir hüquqi əsas olmadan nəzərə almamışdır ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 24 oktyabr 2013-cü il tarixli qətnaməsi ilə iddiaçının "xxxx" şirkətinə qarşı onların binalarında 101 saylı mənzilə və onun üzərindəki mənzilə mülkiyyət hüququnun tanınması barədə iddiası rədd edilmişdir. Bu qətnamənin surəti işə əlavə edilmək üçün iddiaçıdan tələb olunmamışdır. Məhkəmə həmçinin, onu da nəzərə almamışdır ki, 27 dekabr 2012-ci il tarixdə iddiaçı ilə "xxxx" şirkəti arasında barışıq sazişi bağlanmışdır. Həmin sazişin şərtlər inə əsasən, şirkət iddiaçıya 34000 manat ödəməni yerinə yetirdiyi halda, iddiaçı şirkətə qarşı 2 mənzilə sahiblik hüququ barədə iddiasından imtina edir. Bundan əlavə, qeyd olunmuşdur ki, göstərilən məbləğdən başqa 4000 manat iddiaçıya ödənilmişdir. Xüsusən bildirmişdir ki, o, özünə məxsus 94 saylı mənzil üzrə mülkiyyət hüququnu əldə etmişdir.
16. Məhkəmə tərəfindən təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27 yanvar 2020-ci il tarixli ekspert rəyinə əsasən Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2935 “A” ünvanında yerləşən mövcud binaya dair "xxxx" MMC-nin adına tərtib olunmuş layihəyə əsasən binanın yaşayış sahəsi kimi nəzərdə tutulmuş mənzilləri binanın 2 qeyr-yaşayış mərtəbəsinin üzərindən (-+0.0 00 səviyyəsindən) başlayaraq yerləşir. Layihəyə əsasən iddiaçıya məxsus Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2935 “A” saylı evin, 2-ci blok, 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 57,47 kvadrat metr olan 1 otaqlı mənzil, hal-hazırda cavabdehin faktiki yaşadığı mənzil olduğu müəyyən edilmişdir. Layihəyə əsasən iddiaçıya məxsus Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2935 “A” saylı evin, 2-ci blok, 3-cü mərtəbəsində yerləşir, cavabdehə məxsus yaşayış evi Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2935 “A” saylı evin, 2-ci blok, 2-ci mərtəbəsində yerləşir.
17. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 17 iyun 2020-ci il tarixli, 2(103)-323/2020 saylı qətnaməsi ilə (hakimlər: X.Sarıyev (sədrlik edən və məruzəçi), E.Mehdiy ev və Ş.Məmmədova) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin yoxlanılan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.
18. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab etmişdir ki, qeyd edilən məhkəmə ekspertizasının rəyi mülki prosessual qanunvericiliyin və Dövlət məhkəmə ekspertiza fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tərtib olunmuş, ekspert qarşısında qoyulmuş suallar üzrə tam və hərtərəfli tədqiqat aparılmış və rəyin tədqiqat hissəsi ilə nəticə hissəsi uyğundur.
19. Beləlilkə, qeyd olunanlar, eyni zamanda ekspertiza tədqiqatlarını aparan ekspertin vəzifəsi, təhsili və ekspertiza sahəsində iş təcrübələri də nəzərə alınaraq, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının r əyi mötəbər sübut kimi qiymətləndirilməlidir.
20. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci, 29-cu maddəsinin 1 və 2-ci hissələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.2, 157.8-ci, Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 14.2, 77.1, 88, 101.3, 217.2, 372-ci maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsi haqqında” 25 oktyabr 2010-cu il tarixli qərarına istinad etməklə əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsində birinci icraat
21. Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəb ul edilməsini xahiş etmişdir.
22. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi bina ilə bağlı 3 analoji mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə aktlarını nəzərə almamışdır. Həmçinin, bildirmişdir ki, binanın 1-ci mərtəbəsi kürsü mərtəbənin üzərində yerləşir, yəni binanın mərtəbələri aşağıdan yuxarıya doğru sayanda zirzəmi, kürsü və 1-ci mərtəbə kimi inşa edilmiş, binanın zirzəmi mərtəbəsi 1-ci mərtəbə sayıla bilməz, binanın layihəsində mərtəbələr arasında 1A və 12B adlandırılan mərtəbələr layihələndirilməmişdir, binanın eskiz layihəsin əsasən binanın ilk 3 mərtəbəsi qeyri-yaşayış sahəsidir. Layihədə 2 qeyri-yaşayış sahəsi və 12 yaşayış mərtəbəsi nəzərdə tutulduğundan binanı tikən şirkət 3-cü qeyri-yaşayış mərtəbəsinin bir hissəsini yaşayış mərtəbə si edərək mənzillərə bölmüş və həmin mərtəbə 1A mərtəbəsi, yuxarıda əlavə edilmiş 2 yaşayış mərtəbəsi isə 12A və 12B mərtəbələri adlandırılmışdır. Binanın yaşayış sahələri faktiki olaraq 4-cü mərtəbədən başlayır. Belə ki, 3-cü mərtəbə qeyri-yaşayış sahəsi kimi tikilsə də, onun bir hissəsi yaşayış sahəsi kimi mənzillərə bölünərək satılmışdır. Qeyri-yaşayış sahəsinin 3-cü mərtəbəsinin bir hissəsi mənzillərə bölündüyündən və 1-ci mərtəbədən 12-ci mərtəbəyə kimi mənzillər artıq satıldığından həmin mərtəbə 1A mərtəbəsi adlandırılaraq satılmışdır. Belə ki, məhkəmə kollegiyası iddiaçıya aid mənzilin mərtəbəsinin müəyyən edilməsi ilə bağlı işin faktiki hallarını tam araşdırmamış, cavabdehin mənzilə aid mülkiyyət hüququnu pozmaqla düzgün hüquqi qiymət verməmişdir.
23. Azərbaycan Respublikası Ali Mə hkəməsinin Mülki kollegiyasının (bundan sonra –kassasiya instansiyası məhkəməsi) 2(102)-363/21 saylı, 26 yanvar 2021-ci il tarixli qərarı (hakimlər: İ.Dəmirov (sədrlik edən və məruzəçi), Ə.Əhmədov və V.Həsənov) ilə kassasiya şikayəti qismən təmin edilərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv olunmuş və mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır.
24. Kassasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, Xətai Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 02 aprel 2014-cü il tarixli qətnaməsi ilə isə Bakı şəhəri, Gəncə prospekti 2935 “A” ünvanında yerləşən yaşayış evinin 2-ci blok üçüncü mərtəbəsində ümumi sahəsi 57,47 kv.metr olan 1 otaqlı 101 saylı mənzili və Bakı şəhəri, Gəncə prospekti 2935 “A” ünvanın da yerləşən yaşayış evinin 2-ci blok 4-cü mərtəbəsində, ümumi sahəsi 57,47 kv.metr olan 1 otaqlı mənzilinin İddiaçı təhvil verilməsi qət olunmuşdur. Yəni qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə 101 saylı mənzilin Bakı şəhəri, Gəncə prospekti 2935 “A” ünvanında yerləşən yaşayış evinin 2-ci blokunun 3cü mərtəbəsində yerləşdiyi qeyd olunsa da, apellyasiya instansiyası məhkəməsi həmin qətnamə ilə artıq müəyyən olunmuş və hal-hazırda iddiaçının sahibliyində olan 101 saylı mənzilin qeyd olunan binanın 3-cü mərtəbəsində, digər mənzilin isə 4-cü mərtəbəsində yerləşməsinə qiymət vermədən düzgün hüquqi nəticəyə gəlməmişdir.
25. Həmçinin məhkəmə kollegiyası qeyd etmişdir ki, apelyasiya instansiyası məhkəməsi qanuni qüvvəyə minmiş analoji işlər üzrə qeyd olunan binanın yaşayış sahələri üzrə mərtə bələrinin necə müəyyən olunmasına dair cavabdehin apelyasiya şikayətinin əsaslı dəlillərinə hüquqi qiymət verməmiş, yalnız formal mülahizələrə əsaslanmaqla qeyd olunan ekspert rəyinə istinad etmişdir. Buna görə apelyasiya instansiyası məhkəməsi tərəfindən MPMnin 103.1-ci maddəsinin tələbləri pozulmuşdur.
26. Bundan əlavə iş materiallarına əlavə edilmiş Bakı Ağır Cinayətlər Məhkəməsinin 29 iyul 2013-cü il tarixli hökmünə əsasən, binanın 2-ci blok 4-cü mərtəbəsindəki eyni bir otaqlı, ümumi sahəsi 57,47 kv.m. olan nömrəsiz mənzil həm X3, həm də İddiaçı qanunsuz satıldığına görə onların hər ikisi zərərçəkən şəxs kimi qeyd olunmuşdur. Lakin apelyasiya instansiyası işin bu halına və bununla əlaqədar qanuni qüvvəsini almış Xətai Rayon Məhkəməsinin 02 aprel 2014-cü il tarixli qətnaməsinin həmin qətnamədə qeyd olunan 4-cü mərtəbədəki bir otaqlı mənzilə aid hissədə nəyə görə icra olunmamasının səbəblərini araşdırmamışdır.
27. Kassasiya instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci, 29-cu maddəsinin 1 və 2-ci hissələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.2, 157.8-ci, Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 407.2, 416, 418.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. d) Apellyasiya instansiyası məhkəməsində ikinci icraat
28. Apellyasiya instansiyası məhkəməsinin 2(103)-4005/2021 nömrəli, 05 may 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər: F.Babayev (sədrlik edən və məruzəçi), X.Mərdanova və E.Həsənov) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilməklə iddiaçının cavabdehə qarşı “cavabdehin mənzildən çıxarılması, mənzilin özünün sahibliyinə və istifadəsinə qaytarılması” tələbinə dair iddiasının təmin edilməməsi, iddia ərizəsinin, həmçinin apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumlarının tərəflərin özlərinə aid edilməsi qət edilmişdir.
29. Məhkəmə kollegiyası mövqeyini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi mübahisənin həlli üçün mülki qanunvericilikdə nəzərdə tutulmuş maddi hüquq normalarına düzgün olaraq istinad etsə də, tərəflərin qarşılıqlı münasibətlərini səhv təvsir etmiş, formal mülahizələrə əsaslanmaqla yuxarıda qeyd olunan ekspert rəyinə istinad etmiş, işin faktiki hallarını tam araşdırmamışdır.
30. Kassasiya instansiyası məhkəməsinin müzakirə olunmasına göstəriş verdiyi məhkəmə aktlarından aydın olur ki, binanın 1-ci mərtəbəsi kürsü mərtəbənin üzərində yerləşir, yəni binanın mərtəbələri aşağıdan yuxarıya sayanda zirzəmi+kürsü+1-ci mərtəbə kimi inşa edilmiş, binanın zirzəmi mərtəbəsi 1-ci mərtəbə kimi sayla bilməz, binanın layihəsində mərtəbələr arasında 1A və 12B adlandırılan mərtəbələr layihələndirilməyib, binanın eskiz layihəsinə əsasən binanın ilk 3 mərtəbəsi qeyri-yaşayış sahəsidir. Lahiyədə iki qeyri-yaşayış sahəsi və 12 yaşayış mərtəbəsi nəzərdə tutulduğundan binanı tikən şirkət 3-cü qeyri-yaşayış mərtəbəsinin bir hissəsini yaşayış mərtəbəsi edərək mənzillərə bölmüş və həmin mərtəbə 1A mərtəbəsi adlandırılmışdır. Yuxarıda əlavə tikilmiş 2 yaşayış mərtəbəsi isə 12A və 12B mərtəbələri adlandırılmışdır. Binanın yaşayış sahəl əri faktiki olaraq 4-cü mərtəbədən başlayır. Belə ki, 3-cü mərtəbə qeyri-yaşayış sahəsi kimi tikilsə də, onun bir hissəsi yaşayış sahəsi kimi mənzillərə bölünərək satılmışdır. Qeyri-yaşayış sahəsinin 3-cü mərtəbəsinin bir hissəsi mənzillərə bölündüyündən və 1-ci mərtəbədən 12ci mərtəbəyə kimi mənzillər artıq satılıdığından həmin mərtəbə 1A mərtəbəsi adlandırılaraq satılmışdır.
31. Qanuni qüvvəsini almış Xətai Rayon Məhkəməsinin 02 aprel 2014-cü il tarixli qətnaməsi ilə isə Bakı şəhəri, Gəncə prospekti 2935 “A” ünvanında yerləşən yaşayış evinin 2-ci blok üçüncü mərtəbəsində ümumi sahəsi 57,47 kv.metr olan 1 otaqlı 101 saylı mənzili və Bakı şəhəri, Gəncə prospekti 2935 “A” ünvanında yerləşən yaşayış evinin 2-ci blok 4-cü mərtəbəsində, ümumi sahəsi 57,47 kv.metr olan 1 otaqlı mənzilinin İddia çı təhvil verilməsi qət olunmuşdur. Yəni qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə 101 saylı mənzilin Bakı şəhəri, Gəncə prospekti 2935 “A” ünvanında yerləşən yaşayış evinin 2-ci blokunun 3-cü mərtəbəsində yerləşdiyi qeyd olunmuşdur.
32. Təkrar apellyasiya baxışı zamanı müəyyən edilmişdir ki, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının qanuni qüvvəsini almış 2(103)-7818/2017 saylı 24 avqust 2017-cu il tarixli qətnaməsinə əsasən analoji işdə məhkəmə tərəfindən keçirilmiş yerli baxış zamanı binanın 1A mərtəbəsindəki mənzillərin yerləşməsinə görə yuxarı mərtəbədəki mənzillərdən tamamilə fərqləndiyi və 1A mərtəbəsinə aid sahələrin məhz qeyri-yaşayış sahələrinə aid olduğu, sonradan onların bir qisminin mənzil kimi istifadəyə verildiyi müəyyən edilmişdir.
33. Məhkəmə kollegiyası yuxar ıda qeyd olunan məhkəmə aktlarını nəzərə alaraq qeyd etmişdir ki, mübahisəli mənzilin yerləşdiyi binanın birinci üç mərtəbəsi qeyri-yaşayış mərtəbələridir, Binanın ümumi 4-cü mərtəbəsi 1-ci yaşayış mərtəbəsidir. Binanın yaşayış mərtəbələri Binanın ümumi 4-cü mərtəbəsindən başlanır. M. Abasova məxsus mənzil Binanın ümumi 5-ci mərtəbəsində, yəni binanın 2-ci yaşayış mərtəbəsindədir və onun mənzili 94 nömrəli mənzildir. Z. Məlikovaya məxsus mənzil isə M. Abasova məxsus mənzildən bir mərtəbə yuxarıda, yəni evin ümumi 6-cı mərtəbəsində yerləşir və həmin mənzilin, yəni Z. Məlikovaya məxsus mənzilin nömrəsi 101-dir.
34. Göründüyü kimi işi halları ilə müəyyən edilir ki, M. Abasova məxsus 94 saylı mənzil və Z. Məlikovaya məxsus 101 saylı mənzil mənzillər ayrı-ayrı mənzillərdir.
35. Apellyasiya inst ansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iddiaçı ilə cavabdehə satılmış mənzillər ayrı-ayrı mənzillərdir bu isə o deməkdir ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmamaqdadır. Həmçinin, apellyasiya baxışı zamanı iddiaçının iddia etdiyi mənzilin xüsusi mülkiyyət hüquqi əsasında cavabdehə məxsus edildiyi müəyyən edildiyindən, iddiaçının hazırki iddia tələbini irəli sürməkdə subyektiv hüququ da olmamışdır.
36. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1 və 3-cü hissələrinə, 29-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.2, 157.8-ci, Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 4.1, 82.3, 103.1, 233.3, 385-ci madd ələrinə istinad etməklə əsaslandırmışdır. e) Kassasiya instansiyası məhkəməsində ikinci icraat
37. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
38. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2935A ünvanda yerləşən binanın 2-ci blokunun 1 otaqlılar yerləşən hissəsi, o cümlədən mübahisə predmeti olan mənzil binanın ön hissəsinə düşür və həmin hissədə binanın mərtəbələri ilə bağlı layihəyə heç bir dəyişiklik edilməmişdir. Sonradan təşkil olunmuş 1 “A” mərtəbəsi isə binanın həyət tərəfində 2-3 otaqlı mənzillər yerləşən hissəsində bir mərtəbənin 2 hissəyə bölünməsi ilə yaradılmışdır. Həmçinin apellyasiya instansiyası mə hkəməsi istinad etdiyi Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının qanuni qüvvəsini almış 24 avqust 2017-ci il tarixli qətnaməsinin binanın 2-3 otaqlı mənzillər yerləşən hissə ilə bağlı olmasına diqqət yetirməmiş, həmin qətnamənin hazırkı mübahisəyə preyudisiallığını müəyyən etmişdir. Halbuki, həmin qətnamənin hazırkı mübahisəyə aidiyyəti yoxdur. Bundan başqa, Xətai Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2014-cü il tarixli və xx.xx.2015-ci il tarixli qətnamələri ilə Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2935A ünvanda yerləşən binanın 2-ci blokunda yerləşən 1 otaqlı mənzillərin hansı mərtəbədə yerləşməsi müəyyən edilmişdir. Belə ki, həmin qətnamələrlə iddiaçıya məxsus 4-cü mərtəbədə yerləşən 1 otağın üzərindəki 5-ci mərtəbənin yaşayış evinin layihəsində və müqavilədə gös tərildiyi kimi X5, 6-cı mərtəbənin isə X4 məxsus olması öz təsdiqini tapmışdır. Göründüyü kimi qeyd edilən qətnamələr təsdiq edir ki, iddiaçıya məxsus mənzillərin üstündə yerləşən 5-6-cı mərtəbələr layihə və müqavilədə göstərilən 5-6-cı mərtəbələrdir və onların altında layihəyə və müqaviləyə uyğun olaraq iddiaçıya məxsus 1 otaqlı mənzil 4-cü və mübahisə predmeti olan mənzil isə 3-cü mərtəbədə yerləşir.
39. Kassasiya instansiyası məhkəməsinin 2(102)-5330/2021 saylı, 11 noyabr 2021-ci il tarixli qərarı ilə (hakimlər: Ə.Əliyev (sədrlik edən və məruzəçi),M.Əhmədova və İ.Xəlilov) ilə kassasiya şikayəti qismən təmin edilərək apellyasiya instansiyası məhkəməsinin 2(103)-4005/2021 nömrəli iş üzrə 05 may 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi, işin yenidən baxılması üçün apellyasiya baxışı na göndərilməsi qərara alınmışdır.
40. Kassasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iş materiallarından göründüyü kimi, 4-cü mərtəbədə yerləşən mənzil hal-hazırda iddiaçının sahibliyindədir. Hazırda iddiaçının sahibliyində olan 4-cü mərtəbədə yerləşən mənzilin altında yerləşən mənzilin də iddiaçıya məxsus olması həm xx.xx.2006-cı il tarixli müqavilə ilə, həm də Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2014-cü il tarixli qətnaməsi ilə təsdiq olunduğu halda apellyasiya instansiyası məhkəməsi bu halı nəzərə almamışdır.
41. Bundan başqa, Xətai Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2014-cü il tarixli və xx.xx.2015-ci il tarixli qətnamələri ilə Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2935A ünvanda yerləşən binanın 2-ci blokunda yerləşən 5-ci mərtəbənin yaşayış evinin layihəsində və müqavilədə göstərildiyi kimi X5, 6-cı mərtəbənin isə X4 məxsus olması, 5-6-cı mərtəbələrin layihə və müqavilədə göstərilən 5-6-cı mərtəbələr olması öz təsdiqini tapmışdır. Ona görə də qeyd edilən qətnamələrə hüquqi qiymət verilməsi hazırkı iş üzrə mübahisənin düzgün həll edilməsi üçün mühüm əhəmiyyətə malik olsa da, apellyasiya instansiyası məhkəməsi həmin qətnamələrə hüquqi qiymət verməmişdir.
42. Məhkəmə kollegiyası həmçinin, bildirmişdir ki, kassatorun kassasiya şikayətində qeyd etdiyi kimi Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2935A ünvanda yerləşən binanın 2-ci blokunun 1 otaqlılar yerləşən hissəsi, o cümlədən mübahisə predmeti olan mənzil binanın ön hissəsinə düşür və həmin hissədə mərtəbələrin dəyişdirilməsi ilə bağlı layi həyə heç bir dəyişiklik edilməmişdir. Sonradan təşkil olunmuş 1 “A” mərtəbəsi isə binanın həyət tərəfində 2-3 otaqlı mənzillər yerləşən hissəsində bir mərtəbənin 2 hissəyə bölünməsi ilə yaradılmışdır. Göründüyü kimi qeyd edilən halın araşdırılması hazırkı iş üzrə mübahisənin düzgün həll edilməsi üçün mühüm əhəmiyyətə malikdir. Ona görə də işə təkrar baxan apellyasiya instansiyası məhkəməsi qeyd edilən halı araşdırmalı mübahisəyə müvafiq araşdırmanın nəticəsində uyğun hüquqi qiymət verməlidir.
43. Bundan əlavə, kassasiya instansiyası məhkəməsi hesab etmişdir ki, hazırkı iş üzrə mübahisənin düzgün həll edilməsi üçün Dövlət Arxitektura Komitəsinin nümayəndələri cəlb olunmaqla, həmin binanın layihə sənədləri əsas götürülməklə işə təkrar baxan apelyasiya instansiyası məhkəməsi tərəfindən yerli baxış keçirilməli, yerli baxışın nəticəsinə uyğun olaraq mübahisə predmeti olan mənzilin binanın neçənci mərtəbəsində yerləşməsi və qeyd edilən əsasa görə iddiaçıya məxsus olub-olmaması müəyyən edilməlidir.
44. Kassasiya instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.2-ci, Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 14.2, 77.1, 82.3, 88, 217.1, 218.1, 417.1.3, 418.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. f) Apellyasiya instansiyası məhkəməsində üçüncü icraat
45. Mülki işə təkrar apellyasiya icraatı zamanı baxılarkən Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nümayəndəsinin iştirakı ilə mübahisəli mənzilə yerində baxış keçirilmişdir.
46. Yerində baxış zamanı müəyyən edilmişdir ki, binanın layihəsind ə iki qeyriyaşayış sahəsi və 12 yaşayış mərtəbəsi nəzərdə tutulduğundan binanı tikən şirkət 3-cü qeyri-yaşayış mərtəbəsinin bir hissəsini yaşayış mərtəbəsi edərək mənzillərə bölmüş və həmin mərtəbə 1A mərtəbəsi adlandırılmışdır. Yuxarıda əlavə tikilmiş 2 yaşayış mərtəbəsi isə 12A və 12B mərtəbələri adlandırılmışdır. Binanın yaşayış sahələri faktiki olaraq 4-cü mərtəbədən başlayır. Belə ki, 3-cü mərtəbə qeyri-yaşayış sahəsi kimi tikilsə də, onun bir hissəsi yaşayış sahəsi kimi mənzillərə bölünərək satılmışdır. Qeyri-yaşayış sahəsinin 3-cü mərtəbəsinin bir hissəsi mənzillərə bölündüyündən və 1-ci mərtəbədən 12-ci mərtəbəyə kimi mənzillər artıq satılıdığından həmin mərtəbə 1A mərtəbəsi adlandırılaraq satılmışdır. Binaya kənardan baxdıqda cavabdehin yaşadığı mənzilin binanın qeyri-yaşayış sa hələrindən yuxarıda ikinci mərtəbədə yerləşdiyi görünür. Yerində baxış zamanı müəyyən edilmişdir ki, mübahisəli mənzil təmir olunmuşdur, həmin mənzildə cavabdeh ailə üzvləri ilə birlikdə yaşayır.
47. Apellyasiya instansiya məhkəməsinin 2(103)-1271/2022 nömrəli, 05 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər: İ.Kərimli (sədrlik edən və məruzəçi), A.İsgəndərov və E.Kazımov) cavabdehin apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə çıxarılması, iddiaçının cavabdehə qarşı mənzildən çıxarılma, mənzilin iddiaçının sahibliyinə və istifadəsinə qaytarılması tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir.
48. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, tərəflər arasında mübahisə məhz tikinti ş irkətinin layihədən kənara çıxması nəticəsində yaranmışdır. Qüvvədə olan məhkəmə qətnaməsinə əsasən, "xxxx" Şirkəti Bakı şəhəri Xətai rayonu Gəncə prospekti, 2935A ünvanında tikiləcək yaşayış binasının 2-ci blokunda 2-ci mərtəbədə yerləşən, sahəsi 57,47 kv.metr olan 1 otaqlı mənzili iddiaçıya təhvil vermək öhdəliyi daşıyır və bu öhdəliyi icra etməyə borcludur. Nəticə etibarilə, iddiaçı ona təhvil verilməli olan mənzilin məhz cavabdehin yaşadığı mənzil olmasını sübut edə bilmədiyinə görə iddia tələbi əsassızdır.
49. Həmçinin, məhkəmə kollegiyası gəldiyi nəticə ilə bağlı bildirmişdir ki, cavabdehin həmin mənzildə yaşaması binanı idarə edən “Xətai-6” mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin 08 may 2019-cu il tarixli arayışı ilə də təsdiq olunur. Cavabdeh yaşadığı çoxmənzilli binanın id arə edilməsi ilə bağlı “Xətai-6” mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti ilə 18 noyabr 2017-ci il tarixli müqavilə imzalamışdır. 50. “Xətai-6” mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti tərəfindən verilmiş 05 avqust 2019-cu il tarixli A-17/2019 saylı arayışa əsasən, cavabdehin yaşadığı mənzil 94 saylı olmaqla binanın ikinci mərtəbəsində, iddiaçıya məxsus mənzil isə 101 saylı olmaqla binanın üçüncü mərtəbəsində yerləşir. Cavabdehin yaşadığı mənzilin aşağısında 1-ci mərtəbədə X6 məxsus 87 saylı mənzil, ondan aşağı 1A saylı mərtəbədə isə X8 məxsus 87A saylı mənzil yerləşir. Binanın 8-ci mərtəbəsində Abbasov X10 məxsus 136 saylı mənzil vardır. X19 məxsus mənzilə dair daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2017ci il tarixli RX seriyalı ******* saylı çıxarış və texniki pasport verilmi şdir. Mənzilin texniki pasportunda da mənzilin 8-ci mərtəbədə yerləşməsi qeyd olunmuşdur.
51. Yerində baxış zamanı mənzillərin “Xətai-6” mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti tərəfindən verilmiş 05 avqust 2019-cu il tarixli A-17/2019 saylı arayışda qeyd olunan mərtəbələrdə yerləşməsi müəyyən olunmuşdur.
52. Məhkəmə kollegiyası iş materiallarında olan ekspert rəyləri ilə bağlı qeyd etmişdir ki, həmin rəylər mənzilin eskiz layihəsinə uyğun verilsə də, mənzillərin faktiki yerləşmə vəziyyətini əks etdirmir. Buna görə də, həmin ekspert rəylərini iddia tələbinin əsası kimi istinad edilən halı təsdiq edən sübut kimi qəbul edilmir.
53. Məhkəmə hesab etmişdir ki, tərəflər arasında mübahisə məhz tikinti şirkətinin layihədən kənara çıxması nəticəsində yaranmışdır. Qüvvədə olan məhkəmə qətnaməs inə əsasən, "xxxx" Şirkəti Bakı şəhəri Xətai rayonu Gəncə prospekti, 2935A ünvanında tikiləcək yaşayış binasının 2-ci blokunda 2-ci mərtəbədə yerləşən, sahəsi 57,47 kv.metr olan 1 otaqlı mənzili İddiaçı təhvil vermək öhdəliyi daşıyır və bu öhdəliyi icra etməyə borcludur. Nəticə etibarilə, məhkəmə kollegiyası hesab etmişdir ki, İddiaçı ona təhvil verilməli olan mənzilin məhz Cavabdeh yaşadığı mənzil olmasını sübut edə bilmədiyinə görə iddia tələbi əsassızdır.
54. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1 və 3-cü hissələrinə, 29-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.2, 157.8-ci, Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 77.1, 88, 217.3, 217.4, 384.0.2, 385.1.1, 385.1.4, 390-cı maddələrinə is tinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
55. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsi və ya işin yenidən apellyasiya baxışına qaytarılması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
56. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xətai rayonu, Gəncə prospekti, 2935A ünvanında tikilmiş hündürmərtəbəli binanın 2-ci blokunda 3-cü mərtəbədə yerləşən, sahəsi 57,47 kv.metr olan 1 otaqlı mənzilə mülkiyyət hüququ və istifadə hüququ artıq qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə 2014-cü ildə iddiaçıya verilmişdir. 2018-ci il tarixdə cavabdehin o mənzili zəbt etməsi faktdır və binanın layihəyə uyğun tikili b-tikilməməsi mübahisə mövzusu olmamışdır ki, apellyasiya instansiyası məhkəməsi burada da da öz səlahiyyətlərini aşaraq həm çəkişmə prinsipinin tələblərini pozmuş, həm də tələb edilməyən bir iddia üzrə öz mülahizəsini yeridərək qanunsuz qətnamə çıxarmışdır. Göründüyü kimi, iddiaçı onun mülkiyyətində olan əmlaka sahib ola bilmir, həmin mülkiyyətdən istifadə edə bilmir və üzərində sərəncam vermək hüquqularından məhrum edilir.
57. Məhkəmə nəticəyə gələrkən bu mənzil ilə bağlı 2014-cü ildən hal-hazıradək keçirilmiş məhkəmə prosesslərinin nəticələri ilə tanış olmamış, qanuni qüvvəsini almış məhkəmə aktlarında artıq sübuta yetirilmiş məslələri yenidən, fərqli bir şəkildə və həqiqətə uyğun olmayan bir nəticə ilə sübuta yetirməyə cəhd etmişdir. Belə ki, 4-cü mərtəbədə yerləşən mənzilin altında ye rləşən mənzilin iddiaçıya məxsus olması həm xx.xx.2006-cı il tarixli müqavilə ilə, həm də Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2014-cü il tarixli qətnaməsi ilə təsdiq olunduğu halda apellyasiya instansiyası məhkəməsi bu halı nəzərə almamışdır. Həmçinin, Xətai Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2014- cü il tarixli və xx.xx.2015-ci il tarixli qətnamələri ilə Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2935A ünvanda yerləşən binanın 2-ci blokunda yerləşən 5-ci mərtəbənin yaşayış evinin layihəsində və müqavilədə göstərildiyi kimi X5, 6cı mərtəbənin isə X4 məxsus olması, 5-6-cı mərtəbələrin layihə və müqavilədə göstərilən 5-6-cı mərtəbələr olması öz təsdiqini tapmışdır. Belə ki, məhkəmələrin qanuni qüvvəsini almış qətnamə və qərarları hər hansı bir çıxarı ş və arayışa münasibətdə üstün qüvvəyə malikdir.
58. Digər tərəfdən, məhkəmə statusunu müəyyən etmədiyi bir cəmiyyətin arayışı və mübahisələndirilə biləcək bir çıxarış ilə, qanuni qüvvəsini almış məhkəmə aktında qeyd edilən və artıq mübahisələndirilməyən məsələlərin önünü pərdələmək üçün istifadə etmişdir. Məhkəmə bu qanunsuz hərəkətləri ilə iddiaçının öz mülkiyyətini başqasının qanunsuz sahibliyindən tələb etmə hüququnu məhdudlaşdırmışdır.
59. İş materiallarından göründüyü kimi, 4-cü mərtəbədə yerləşən mənzil iddiaçının sahibliyindədir. Məhkəmə də bunu qəbul edir və öz mövqeyində göstərir ki, iddiaçının həmin binanın 4-cü mərtəbəsində yerləşən mənzili o başqa şəxsə satmış, halhazırda mübahisə 3-cü mərtəbədə yerləşən mənzillə bağlı yaranmışdır. Cavabdeh də bunu inkar etmir və buna etiraz b elə etmir. Məhkəmə 4-cü mərtəbədə yerləşən mənzilin iddiaçıya aid olmasını sübut edilmiş kimi qiymətləndirmiş, lakin, onun bir mərtəbə aşağısında olan mənzilin iddiaçıya aid olmasının sübuta yetirilmədiyi qənaətinə gəlmişdir. Yuxarıda qeyd edilən qanuni qüvvəsini almış məhkəmə aktları ilə iddiaçının hər iki mərtəbə üzrə mülkiyyət hüququ tanınmasına baxmayaraq, məhkəmə kollegiyası qərəzli yanaşma sərgiləmişdir.
60. Bundan başqa, məhkəmə kollegiyası iki mötəbər sübut sayılan ekspertiza rəyinə etimad etməmişdir. Bunun qarşılığında məhkəmə özü yerində baxış keçirmiş və bunu etdiyi zaman isə Ali Məhkəmənin xx.xx.2021-ci il tarixli qərarında qeyd edilən məsələni nəzərə almamışdır. Belə ki, qərarda qeyd edilir ki, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2935A ünvanda yerləşən binanın 2-ci b lokunun 1 otaqlılar yerləşən hissəsi, o cümlədən mübahisə predmeti olan mənzil binanın ön hissəsinə düşür və həmin hissədə mərtəbələrin dəyişdirilməsi ilə bağlı layihəyə heç bir dəyişiklik edilməmişdir. Sonradan təşkil olunmuş 1 “A” mərtəbəsi isə binanın həyət tərəfində 2-3 otaqlı mənzillər yerləşən hissəsində bir mərtəbənin 2 hissəyə bölünməsi ilə yaradılmışdır. Göründüyü kimi, qeyd edilən halın araşdırılması hazırkı iş üzrə mübahisənin düzgün həll edilməsi üçün mühüm əhəmiyyətə malikdir. Lakin, apellyasiya instansiya məhkəməsi işə təkrar baxarkən qeyd edilən halı araşdırmayaraq mübahisəyə müvafiq araşdırmanın nəticəsinə uyğun hüquqi qiymət verməmişdir. Həmçinin, məhkəmə dəfələrlə qeyd etdiyi “Xətai-6” mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin statusunu müəyyən etməmiş, əsas olaraq araşdırmalı olduğu bina layihəsini yekunlaşdıran və layihə sahibi olan "xxxx" MMC ilə əlaqəyə keçməmişdir.
61. Kassator şikayətini Azərbaycan Respublikasının Konstitusiyasının 25, 29, 60, 125-ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.2-ci, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 1.3, 9, 14.2, 76.2, 77.1, 77.3, 80, 88, 217.1, 217.4, 372.6, 384.0.2, 385.1, 385.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
62. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri
63. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yox lamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
64. Kassator apellyasiya instansiyası məhkəməsinin qətnaməsini tam mübahisələndirdiyindən, hazırki kassasiya baxışının predmetini kassasiya şikayətinin dəlillərinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası
65. Maddə 13 (hissə 1). Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
66. Maddə 13 (hissə 3). Mülkiyyətdən insan v ə vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz.
67. Maddə
29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyaclarıvə ya ictimai ehtiyaclarüçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər Azərba ycan Respublikası Mülki Məcəlləsi
68. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
69. Maddə 152.5. Mülkiyyətçiqanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqlamüəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
70. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyində n öz əmlakını geri tələb edə bilər.
71. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
72. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
73. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
74. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
75. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəld iyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
76. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
77. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
78. Maddə 418.1 Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması ap ellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır.
79. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.
80. Maddə
420. Kasasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
81. Məhkəmə kollegiyası iş materiallarını və kasasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli və mülki iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə gönd ərilməlidir.
82. Belə ki, kasSasiya yoxlaması nəticəsində müəyyən edilmişdir ki, apellyasiya kollegiyası işə təkrarən baxarkən işə daha əvvəl baxmış kassasiya kollegiyasının göstərişlərinə tam əməl etməmiş, eyni binanın iddiaçının mənzilinin yerləşdiyi 2-ci blokdakı mənzilləri ilə bağlı Xətai Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2014-cü il tarixli və xx.xx.2015-ci il tarixli qətnamələrindəki hüquqi mövqeləri nəzərə almamış, eyni blokdakı mənzillərə dair analoji mübahisələr üzrə məhkəmə qərarlarında mənzillərin mərtəbələr üzrə yerləşməsi ilə bağlı fərqli mövqe nümayiş etdirmişdir.
83. Halbuki həmin məhkəmə aktlarında binanın 2-ci blokunda yerləşən 5-ci mərtəbənin yaşayış evinin layihəsində və müqavilədə göstərildiyi kimi X5, 6-cı mərtəbənin isə X4 məxsus olması, 5-6-cı mərtəbələ rin layihə və müqavilədə göstərilən 5-6-cı mərtəbələr olması öz təsdiqini tapmışdır. Belə olan təqdirdə, binanın 2-ci blokunun 2-ci və 3-cü mərtəbələrindəki mənzillərlə bağlı məhkəmənin fərqli mövqeyi hüquqi müəyyənlik prinsipinin pozulmasına səbəb olmuşdur.
84. Hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamal ıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).
85. Həmçinin apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən qüvvədə saxlamaqla, apellyasiya şikayətində irəli sürülən dəlillərə heç bir münasibət bildirməmiş, işdə olan ekspertiza rəylərinin nəticələri ilə razılaşmadığı halda, təkrar məhkəmə ekspertizasının keçirilməsinin zəruriliyini müzakirə etməmişdir. Bu isə Konstitusiyada və mülki prosessual qanunvericilikdə təsbit olunmuş tərəflərin bərabərliyi və çəkişmə prinsiplərinin mahiyyəti ilə uzlaşmır və nəticədə mübahisəli məsələ üzrə işin məhkəmələr tərəfindən düzgün və ədalətli həll edilməsini istisna edir.
86. Halbuki Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsinə görə, məhkəmə icraatı həqi qətin müəyyən edilməsini təmin etməli, 129-cu maddəsinin İİİ hissəsinə əsasən isə məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır.
87. Qeyd olunmalıdır ki, Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmənin həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli olmasını şübhə altına alır. (Konstitusiya Məhkəməsi Plenumunun F.Cavadov və V.Aslanovun şikayəti üzrə 2008-ci il 30 dekabr tarixli, X.Xəlilovun şikayəti üzrə 2009-cu il 16 yanvar tarixli, N.Manafovunşikayətiüzrə2009-cu il 13 iyul tarixli, A.Şoşanovun şikayəti üzrə 2015-ci 11 fevral tarixli Qərarları).
88. Göründüyü kimi, işə təkrar baxmış apelyasiya kollegiyası kassasiya kollegiyasının bu göstərişlərinin hər hansı birinə əməl etməmiş, işin hallarını, işdə olan sübutları tam, hərtərəfli araşdırmamış, ədalət mühakiməsini faktlar əsasında həyata keçirməmiş, işin hallarına və işdə olan sübutlara düzgün hüquqi qiymət verməmiş, sübutların müqayisəli tədqiqatını həyata keçirməmiş, Azərbaycan Respublikası MPM-nin 420-ci maddəsinin tələblərini və ədalətli məhkəmə araşdırması ilə bağlı təməl prinsipləri pozmuşdur.
89. Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
90. Beləliklə, işin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan normaların tələblərini nəzərə alaraq kasasiya kollegiyası hesab edir ki, apellyasiya kollegiyası işə mahiyyəti üzrə baxmağa səlahiyyətli məhkəmə olduğundan, işin hallarının və işdə olan sübutların tam, hərtərəfli və düzgün araşdırılması, tərəflərin bərabərliyinin və ədalətli məhkəmə araşdırmasının təmin edilməsi məqsədilə iddiaçının kassasiya şikayəti qismən təmin edilməli, q ətnamə ləğv edilməli və mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Çünki, yeni qərarın qəbul olunması üçün Azərbaycan Respublikası MPM-nin 417.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslar hazırki iş üzrə mövcud deyildir.
91. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 05 oktyabr 2022-ci il tarixli, 2(103)1271/2022 nömrəli qətnaməsi ləğv edilsin və iş yeni apellyasiya baxışına göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir