Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1722/2025 12.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı X2 Cavabdehə qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: işə bərpa və məcburi işburaxma günləri üçün əmək haqqının ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-394/2025 nömrəli, 5 mart 2025-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 12 iyun 2025-ci il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etd i. İşin halları
1. X1 01 sentyabr 2000-ci il tarixdə ixtisaslı kadr gələnə qədər ibtidai sinifdə 6 saat “əmək dərsləri”nin aparmasına icazə verilməsi barədə, Şirvan şəhəri, N.Quliyev adına 9 saylı tam orta məktəb üzrə 27 iyun 2024-cü il tarixli, 151 saylı əmrə əsasən, 08 iyun 2024cü il tarixdə keçirilmiş təkrar sertifikatlaşdırmanın nəticəsi və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin 27 iyun 2024-cü il tarixli, 3-29-69/3-2-14F/2024 saylı əmrinə əsasən, təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlığının yoxlanılması məqsədi ilə 08 iyun 2024-cü il tarixdə keçirilmiş təkrar sertifikatlaşdırmada “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsil verənlərə münasibətdə digər təhsil müəssisəslərində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası” ilə müəyyə n olunmuş keçid balını toplaya bilməyən Şirvan şəhəri, N.Quliyev adına 9 saylı tam orta məktəbin ibtidai sinif müəllimi X3 təkrar sertifikatlaşmadan keçməmiş hesab edildiyi üçün, onunla bağlanmış əmək müqaviləsinə 27 iyun 2024-cü il tarixdən xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsindəki icraat
2. İddiaçı (bundan sonra- iddiaçı) cavabdeh Şirvan şəhəri, N.Quliyev adına 9 saylı tam orta Məktəbə (bundan sonra- cavabdeh) qarşı “əmrin ləğv edilməsi və işə bərpa” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sonradan isə iddia tələbinə dair dəqiqləşdirmə verərək, Şirvan şəhəri, N.Quliyev adına 9 saylı tam orta Məktəb üzrə verilmiş 27 iyun 2024-cü il tarixli əmrin ləğv edilməsi, işə bərpa olunması və məcburi iş buraxma günləri üçün əmək haqqının ö dənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixdə Şirvan şəhəri, 1 saylı Liseydə müəllimlərin (ibtidai sinif üzrə) sertifikasiya imtahanında iştirak etmişdir. Ali təhsilli müəllimədir, imtahan başlamazdan öncə pin-giriş kodunda texniki nasazlıqlar səbəbindən 4 cəhd uğursuz olmuşdur. Daha sonra imtahan keçirilərkən kompüter proqramlarında nasazlıq səbəbindən hesablama və cavabların qeydiyyatında nasazlıqlar olmuşdur. İmtahanın nəticələri 24 balla qiymətləndirilmiş və imtahanın sullarının cavabları texniki nasazlıq səbəbindən qeydə alınmamışdır. Sualların cavablarını qeyd etdiyi halda cavablar qeydə alınmamışdır. Texniki nasalıqlar barədə nəzarətçilərə bildirmişdir. Qeyd edilən halların araşdırılması məqsədi ilə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Apellyasiya Şurasına müraciət etmişdir. Müraciətinə cavab olaraq bildirilmişdir ki, Şirvan səhəri, N.Quliyev adına 9 saylı tam orta məktəbin rəhbərliyi bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 aprel 2020-ci il tarixli, 155 saylı Qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsil verənlərə münasibətdə digər təhsil müəssisələrində) işləyən təhsil verənlərin sertifikatlaşdırma Qaydası”nın 5.4-cü bəndinə əsasən, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndini rəhbər tutaraq təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlığının yoxlanılması məqsədi ilə 08 iyun 2024-cü il tarixdə keçirilmiş təkrar serlifikallaşdırmada “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası” ilə müəyyən olunmuş keçid balını toplaya bilməyən Şirvan şəhəri, N.Quliyev adına 9 saylı tam orta məktəbin ibtidai sinif müəllimi X3 təkrar sertifikatlaşmadan keçməmiş hesab edildiyi üçün, onunla bağlanmış əmək müqaviləsinə 27 iyun 2024-cü il tarixdən xitam verilmişdir. Digər tərəfdən çalışdığı müddət ərzində barəsində heç bir intizam məsuliyyəti tətbiq edilməmişdir. Çalışdığı müddət ərzində kollektivdə və təhsil verdiyi şagirdlər arasında yüksək nüfuz və hörmət qazanmışdır. Daima əmək müqaviləsi üzrə öhdəlikləri vaxtında və dəqiq icra etmişdir. İşində ciddi və məsuliyyətli olmaqla tələbələrinin dərs davamiyyəti, təhsil mərkəzi tərəfindən qoyulmuş öhdə lik və tapşırıqlar layiqincə icra edilmişdir. Cavabdehin qanunsuz əmri nəticəsində əmək fəaliyyətini davam etdirə bilməmişdir. İşdən azad edilməsi ilə bağlı cavabdehin vermiş olduğu əmr qanunsuz və əsassız olduğundan ləğv edilməlidir.
4. Birinci instansiya məhkəməsində cavabdehin nümayəndəsi Nümayəndə izahatında bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 aprel 2020-ci il tarixli, 155 saylı “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsil verənlərə münasibətdə digər təhsil müəssisəslərində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”nın 5.4-cü bəndində göstərilir ki, təkrar sertifikatlaşdırmadan keçməyən təhsilverənlərlə bağlanılmış əmək müqaviləsi sertifikatlaşdırmanın keçirildiyi tədris ilinin sonunda Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7 0- ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilmişdir.
5. Şirvan Şəhər Məhkəməsinin 3 dekabr 2024-cü il tarixli qətnaməsi ilə (hakim Etibar Hümbətov) iddia təmin edilməmişdir.
6. Məhkəmə qeyd etmişdir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsi barədə işəgötürənin 27 iyun 2024-cü il tarixli, 151 saylı əmri əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq çıxarıldığından qanunidir, onun ləğv edilməsi üçün qanuni əsaslar müəyyən edilmədiyindən iddia rədd edilməlidir.
7. Məhkəmə öz hüquqi mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 67-1ci, 70-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 aprel 2020-ci il tarixli, 155 saylı “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsil verənlərə münasibətdə digər təhsil müəss isəslərində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”na, habelə MPM-in 14.2 və 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat
8. İddiaçı apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi sübutlara düzgün hüquqi qiymət verməyərək düzgün olmayan nəticəyə gəmişdir. Belə ki, Əmək Məcəlləsinin 71.3-cü maddəsinə əsasən, işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Qanunvericiliyin tələblərindən göründüyü kimi, iddiaçının əmək müqaviləsinə xitam verilməsinin səbəbi kimi göstərilən hər hansı formada kobud səhvi, yaxud işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi şərtdir. Məhz sadalanan halların mövcudluğu, işçi tərəfindən yol verilən pozuntunun Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndi çərçivəsində qiymətləndirilməsinə və həmin Məcəllənin tələblərinə əməl (xüsusilə 71-72-ci maddələrinə) olunması şərtilə onun əmək müqaviləsinə xitam verilməsinə yol aça bilər prosessual pozuntu ilə icraata qəbul edilmiş iddia tələbi üzrə yekun məhkəmə aktı çıxarılır və həmin məhkəmə aktı birbaşa onun Konstitusion hüquqlarını pozur (əmək hüqunu). Tutmuş olduğu vəzifəsinin öhdəsindən daima layiqincə gəlmiş, heç bir zaman əmək intizamını pozmamış, kollektiv arasında yüksək nüfuz qazan mışdır. Barəsində heç bir zaman intizam tənbehi təyin edilməmişdir. İşlədiyi uzun müddət ərzində ona məktəb rəhbərliyi tərəfindən intizam tənbehi heç vaxt verilməmişdir.
10. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-394/2025 saylı, 5 mart 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər- A.N.Novruzova (sədrlik edən və məruzəçi), T.X.Heydərov və M.A.Əsədli) apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
11. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, əmək münasibətləri cəmiyyətin iqtisadi və sosial strukturunun əsasını təşkil edən münasibətlərdən biridir. Bu münasibətlər işçi ilə işəgötürən arasında əmək müqaviləsi əsasında tənzimlənir və qarşılıqlı hüquq və vəzifələri müəyyən edir. Əmək intizamı is ə əmək münasibətlərinin effektivliyini və nizamlı fəaliyyətini təmin edən mühüm elementlərdən biridir. Əmək intizamı işçinin öz vəzifələrini yerinə yetirməsi, müəssisənin daxili qaydalarına riayət etməsi və müəyyən olunmuş normativ çərçivədə fəaliyyət göstərməsi deməkdir. Əmək intizamına riayət olunması:
1. İş prosesinin stabil və fasiləsiz aparılmasını təmin edir.
2. İstehsal və xidmət keyfiyyətini artırır.
3. İşçilər arasında əməkdaşlıq və qarşılıqlı hörmət mühitini formalaşdırır.
4. Müəssisənin və təşkilatın ümumi strateji məqsədlərinə çatmasına kömək edir. Aydındır ki, işçi və işəgötürən hüquqi münasibətlər baxımından faktiki olaraq bərabər mövqedə deyillər. İşçi əmək münasibətlərində daha zəif tərəf hesab edilsə də, bu amil işçinin üzərinə düşən əmək funksiyalarını və vəzifə öhdəliklə rini icra etmək məsuliyyətini aradan qaldırmır. Əmək hüququ balans prinsipinə əsaslanır və işçinin zəif tərəf olması ona hüquqdan sui-istifadə etmək imkanı yaratmamalıdır. Bununla yanaşı, işçi əmək münasibətlərinin icrası zamanı vəzifə öhdəliklərini kobud şəkildə pozduğu və ya tutduğu vəzifəyə uyğun gəlmədiyi halda, işəgötürən qanunvericilik çərçivəsində onunla əmək müqaviləsinə xitam vermək hüququna malikdir. Əmək münasibətlərində işçinin maraqlarının qorunması mühüm prinsip olsa da, bu prinsip əmək intizamının pozulmasını, işəgötürənin qanuni maraqlarına ziyan vurulmasını və ya müəssisənin normal fəaliyyətinə maneələrin yaradılmasını əsaslandıran bir mexanizm kimi istifadə olunmamalıdır.
12. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar qeyd etmişdir k i, əvvəla, iddiaçı imtahan başlamazdan öncə pin-giriş kodunda texniki nasazlıqlar səbəbindən dörd cəhdin uğursuz olmasına, daha sonra imtahan keçirilərkən kompüter proqramlarında nasazlıq səbəbindən hesablama və cavabların qeydiyyatında nasazlıqlar olmuşdu əsaslansa da, bununla bağlı məhkəməyə mötəbər sübut təqdim edə bilməmişdir. Həmçinin iddiaçının çalışdığı müddət ərzində barəsində heç bir intizam məsuliyyəti tətbiq edilməməsi, çalışdığı müddət ərzində kollektivdə və təhsil verdiyi şagirdlər arasında yüksək nüfuz qazanması, daima əmək müqaviləsi üzrə öhdəlikləri vaxtında və dəqiq icra etməsi, 27 iyun 2024-cü il tarixli Əmrin qanuni və əsaslı olmamasına dəlalət etmir. Nəzərə alınmalıdır ki, hazırki mübahisənin predmeti iddiaçının bilavasitə iş yerində əmək funksiyasının keyfiyyəti ilə ba ğlı deyil, məhz keçirilmiş sertifikasiya imtahanının nəticələri ilə bağlı verilmiş qərar əsasında qəbul edilmiş əmrin ləğvi ilə bağlıdır. İkincisi iddiaçının şəxsi müşahidələri, eləcə də sübut olunmayan formal mülahizələri mötəbər sübut kimi qəbul edilə bilməz.
13. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının təqdim etdiyi məlumatlar subyektiv müşahidələrə və şəxsi qənaətlərə əsaslanır. Hüquqi baxımdan, sübutlar yalnız obyektiv əsaslarla təsdiqlənmiş, qanunla müəyyən edilmiş formada əldə olunmuş və məhkəmə tərəfindən mötəbər hesab edilən faktlara əsaslanmalıdır. Buna görə də, iddiaçının irəli sürdüyü subyektiv fikirlər və hüquqi cəhətdən sübuta yetirilməmiş formal mülahizələr iş üzrə etibarlı sübut hesab edilə bilməz. Üçüncusü iddiaçı sertifikasiya nəticələrindən narazı olduğu üçün Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Apellyasiya Şurasına müraciət etdiyini bildirir. Kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi inzibati orqanların qərarlarının yoxlanılması prosesində həmin orqanların səlahiyyətlərini əvəz etməməli, yalnız həmin qərarlardan verilmiş şikayətin və ya müraciətlərin nəticələrini digər sübutlarla yanaşı qiymətləndirməlidir. Dördüncüsü iddiaçı apellyasiya şikayətində hazırkı mübahisəyə tətbiq edilməli olmayan maddi hüquq normalarına istinad etmişdir. O, həmçinin birinci instansiya məhkəməsinin də bu normalara istinad etdiyini iddia etmişdir. Lakin məhkəmə kollegiyası bildirmişdir ki, bu dəlil əsassızdır və birinci instansiya məhkəməsi iş üzrə tətbiq olunmalı olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmi şdir.
14. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Əmək Məcəlləsinin 67-ci maddəsinə əsasən, işçilərin və iş yerlərinin attestasiyasının nəticələrinin tənzimlənməsi qaydaları sertifikasiya prosesinə aid deyil və hazırkı iş üzrə tətbiq edilməməlidir. Bundan əlavə, birinci instansiya məhkəməsi həmin norma əsasında qərar qəbul etməmişdir. İşə bərpa tələbi qanuni əsaslarla irəli sürülməlidir. Lakin işdən çıxarılma əmri qanuni qüvvəyə malikdir və onun ləğv edilməsi üçün təqdim olunan dəlillər yetərsizdir. Əmək qanunvericiliyinə əsasən, işə bərpa üçün işçinin qanunsuz çıxarıldığını sübut edən hüquqi faktlar təqdim olunmalıdır.
15. Apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, məhkəmə iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmış, gəldiyi nəticə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı qətnamə qəbul etmişdir.
16. Apellyasiya instansiyası məhkəməsi öz hüquqi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 35, 60, 125, 129-cu, Əmək Məcəlləsinin 2.1, 67.2, 68.1, 68.2, 70-ci, habelə MPM-in 14.2, 77.1, 88, 217.1, 217.3, 372 və 384.0.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
17. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
18. Kassasiya şikayəti Əmək Məcəlləsinin 51, 53-cü, maddələrinə, habelə M PM-in 88, 106.1, 217.1- 217.4, 220.4, 220.5, 372-ci maddələrinə istinad edilməklə onunla əsaslandırılmışdır ki, həm birinci instansiya məhkəməsinə, həm də apellyasiya instansiyası məhkəməsinə müraciət edərək imtahan zamanı qeyd edilən nasazlıq barədə iradını bildirməyi, imtahanın nəticələrinin təkrar araşdırılması və imtahan keçirilən müddət ərzində ona nisbətdə video müşahidə kameralarının görüntülkərinin təqdim edilməsi və görüntülər əsasında müvafiq ekspertizanın keçirilməsini xahiş etmişdir. Məhkəmələr tərəfindən təqdim edilmiş vəsatləri təmin edilməmişdir. Belə ki, qeyd edilən texniki nasazlıq səbəbindən imtahan suallarına düzgün cavab verməyinə baxmayaraq nəticələr qənaətbəxs çıxarılmamışdır. Bütün imtahan suallarına cavablar və imtahan gedişatında qeydlər imtaha aparılan müddətdə ap arılmışdır. Məhkəmənin istinad olunan hüquqi mövqeyində əmək qanunvericiliyi səhv təfsir olunaraq, işin faktiki halları üzrə düzgün tətbiq olunmamışdır. Apellyasiya instansiyası məhkəməsi qanunvericiliyin tələblərinə riayət etməmiş, mübahisənin maddi-hüquqi əsasını düzgün müəyyən etməmiş, işin hallarını tam və hərtərəfli aydınlaşdırmamış, işdəki sübutları müqayisəli şəkildə tədqiq etməmiş, bununla da işin faktiki hallarına uyğun olmayan nəticəyə gəlmişdir, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
20. Maddə
35. Əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Azərbaycan Respublikasının Əmək Məcəlləsi
21. Maddə 67-2. Azərbaycan Respublikasında dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə həmin işçilər “Təhsil haqqında” Qanunda nəzərdə tutulmuş qaydada sertifikatlaşdırmaya cəlb edilirlər.
2. Hamilə qadınların, uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra bir ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınların (uşağını təkbaşına böyüdən kişilərin) sertifikatlaşdırılması keçirilmir.
3. İlk dəfə işə qəbul olunanlar üç il müddətin də, eləcə də azı üç dəfə sertifikatlaşdırmadan keçmiş şəxslər sertifikatlaşdırmaya cəlb edilmirlər. 3-1. 60 və daha yuxarı yaşda olan şəxslərin sertifikatlaşdırmada iştirakı könüllüdür. 4. “Təhsil haqqında” Qanununa uyğun olaraq sertifikatlaşdırmadan təkrar keçməyən işçinin pedaqoji fəaliyyətə buraxılmaması onunla bağlanmış əmək müqaviləsinin bu Məcəllənin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilməsi üçün əsasdır.
22. Maddə 68.1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.
23. Maddə 68.2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: tərəflərdən birinin təşəbbüsü, əmək müqaviləsinin müddətinin qurtarması, əmək şəraitinin şərtlərinin dəyişdirilməsi, müəssisənin mülkiyyətçisinin dəyişmə si ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər), tərəflərin iradəsindən asılı olmayan hallar, tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar.
24. Maddə
70. Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə.
25. Maddə 71.2. Bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının n ormal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.
26. Maddə 71.3. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.
27. Maddə
72. Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içk iləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi.
28. Maddə 80.1. Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Maddə 80.2. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ə n geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir.
29. Maddə 300, 1-ci hissə. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası” haqqında 30 aprel 2022-ci il tarixli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı
30. Bənd 5.2. Üzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikatlaşdırmadan keçməyən şəxslər 1 (bir) il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək hüququna malikdirlər. Təkrar sertifikatlaşdırmada iştirak etməyən şəxslər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar.
31. Bənd 5.3. Təkrar sertifikatlaşdırmada bu Qayda ilə müəyyən olunmuş keçid balını toplaya bilməyən təhsilverənlər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar.
32. Bənd 5.4. Təkrar sertifikatlaşdırmadan keçməyən təhsilverənlərlə bağlanılmış əmək müqaviləsi sertifikatlaşdırmanın keçirildiyi ildə yeni tədris ili başlayanadək Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
33. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
34. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
35. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun m əhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
36. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
37. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
38. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
39. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
40. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
41. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
42. Hazırkı kassasiya şik ayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi
43. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
44. İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozdu ğunu, iş üzrə düzgün olmayan qətnamə qəbul etdiyini göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.
45. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, iddiaçı, 01 sentyabr 2000-ci il tarixdən cavabdehdə ixtisaslı kadr gələnədək “ibtidai sinif”də 6 saat əmək dərsi fənini tədris etmişdir. 08 iyun 2024-cü il tarixdə iddiaçı, ibtidai sinif üzrə sertifikatlaşdırma imtahanında iştirak edərək 24 bal toplamışdır. Bundan sonra, işəgötürənin 27 iyun 2024-cü il tarixli əmri ilə iddiaçı, 08 iyun 2024-cü il tarixdə keçirilmiş təkrar sertifikatlaşdırmanın nəticəsinə əsasən keçid balını toplaya bilmədiyi üçün (təhsilverənin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması) onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəl ləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən xitam verilmişdir.
46. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 67-2-ci maddəsinin 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikasında dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə həmin işçilər “Təhsil haqqında” Qanunda nəzərdə tutulmuş qaydada sertifikatlaşdırmaya cəlb edilirlər.
47. Həmin Maddənin 4-cü hissəsində göstərilir ki, “Təhsil haqqında” Qanuna uyğun olaraq sertifikatlaşdırmadan təkrar keçməyən işçinin pedaqoji fəaliyyətə buraxılmaması onunla bağlanmış əmək müqaviləsinin bu Məcəllənin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğ v edilməsi üçün əsasdır.
48. Həmin Məcəllənin 70-ci maddəsinin “c” bəndinə görə, peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər.
49. Apellyasiya instansaiyası məhkəməsi, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq müəyyən etmişdir ki, peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə iddiaçı, “Təhsil haqqında” Qanunda nəzərdə tutulmuş qaydada sertifikatlaşdırmaya cəlb edilmiş, lakin sertifikatlaşdırmadan keçmədiyi üçün onunla bağlanmış əmək müqaviləsinə işəgötürən tərəfindən Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən xitam verilmişdir.
50. Görü ndüyü kimi, peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə, iddiaçının tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilmişdir və işdə, işəgötürənin əmrinin ləğv edilməsi üçün əsaslar yoxdur.
51. Apellyasiya instansiyası məhkəməsi, iddiaçının kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd etmişdir ki, əvvəla, iddiaçı imtahan başlamazdan öncə pin-giriş kodunda texniki nasazlıqlar səbəbindən dörd cəhdin uğursuz olmasını, imtahan keçirilərkən kompüter proqramlarında nasazlıq səbəbindən hesablama və cavabların qeydiyyatında nasazlıqlar olmasını göstərsə də, bu barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir.
52. Həmçinin, iddiaçının çalışdığı müddət ərzində barəsində heç bir intizam məsuliyyəti tətbiq edilməməsi, çalışdığı müddət ərzində kollektivdə və təhsil verdiyi şagirdlər arasında yüksək nüfuz qazanması, daima əmək müqaviləsi üzrə öhdəlikləri vaxtında və dəqiq icra etməsi, işəgötürənin 27 iyun 2024-cü il tarixli əmrinin qanuni və əsaslı olmamasına dəlalət etmir.
53. Nəzərə alınmalıdır ki, hazırki mübahisənin predmeti iddiaçının bilavasitə iş yerində əmək funksiyasının keyfiyyəti ilə bağlı deyil, məhz keçirilmiş sertifikatlaşdırma imtahanının nəticələri ilə bağlı verilmiş qərar əsasında qəbul edilmiş əmrin ləğvi ilə bağlıdır. İkincisi, iddiaçının şəxsi müşahidələri, eləcə də sübut olunmayan formal mülahizələri mötəbər sübut kimi qəbul edilə bilməz.
54. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının təqdim etdiyi məlumatlar subyektiv müşahidələrə və şəxsi qənaətlərə əsaslanır. Hüquqi baxımdan, sübutlar yalnız obyektiv əsaslarla təsdiqlənmiş, qanunla müəyyən edilmiş formada əldə olunmuş və məhkəmə tərəfindən mötəbər hesab edilən faktlara əsaslanmalıdır. Buna görə də, iddiaçının irəli sürdüyü subyektiv fikirlər və hüquqi cəhətdən sübuta yetirilməmiş formal mülahizələr iş üzrə etibarlı sübut hesab edilə bilməz. Üçüncusü, iddiaçı sertifikatlaşdırmanın nəticəsindən narazı olduğu üçün Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Apellyasiya Şurasına müraciət etmiş, lakin bunun da heç bir nəticəsi olmamışdır.
55. Apellyasiya instansiyası məhkəməsi bununla bağlı qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi inzibati orqanların qərarlarının yoxlanılması prosesində həmin orqanların səlahiyyətlərini əvəz etməməli, y alnız həmin qərarlardan verilmiş şikayətin və ya müraciətlərin nəticələrini digər sübutlarla yanaşı qiymətləndirməlidir. Dördüncüsü iddiaçı apellyasiya şikayətində hazırkı mübahisəyə tətbiq edilməli olmayan maddi hüquq normalarına istinad etmişdir. O, həmçinin birinci instansiya məhkəməsinin də bu normalara istinad etdiyini iddia etmişdir. Lakin, bu dəlil də əsassızdır və birinci instansiya məhkəməsi iş üzrə tətbiq olunmalı olan maddi və prosessual hüquq normalarını hazırkı əmək mübahisəsinə düzgün tətbiq etmişdir.
56. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Əmək Məcəlləsinin 67-ci maddəsinə əsasən, işçilərin və iş yerlərinin attestasiyasının nəticələrinin tənzimlənməsi Qaydaları sertifikatlaşdırma prosesinə aid deyil və hazırkı iş üzrə tətbiq edilməməlidir. Bundan əlavə, biri nci instansiya məhkəməsi həmin norma əsasında qərar qəbul etməmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilmədən, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
57. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi iddiaçının kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq etmişdir. Ona görə də kassasiya şikayəti təmin edilməd ən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
58. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 5 mart 2025-ci il tarixli, 2(106)-394/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.