Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1723/2023 08.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh “X5 ” MMC-yə qarşı ilk, “X5 ” MMC-nin cavabdehlər İddiaçı, cavabdeh1, cavabdeh2 və cavabdeh3ə qarşı qarşılıqlı iddia ərizələrinə dair iş üzrə QƏRARİ Açar sözlər: qeyri-yaşayış binasından çıxarılma, əldən çıxmış faydanın ödənilməsi, avadanlıqların qaytarılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər X8 (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və X10 ibarət tərkibdə İddiaçı cavabdehlər “X5 ” MMC-yə, cavabdeh1, cavabdeh2 və cavabdeh3ə qarşı qeyri-yaşayış binasından cavabdehlərin çıxarılması və avadanlıqların qaytarılması tələblərinə dair ilk, iddiaçı “X5 ” MMC-nin cavabdehlər İddiaçı, cavabdeh1, cavabdeh2 və cavabdeh3ə qarşı şirkətə məxsus avadanlıqlara dair müdaxilələrin cavabdehlərə qadağan edilməsi və avadanlıqların şirkətin mülkiyyətində saxlanılması tələbləri barədə qarşılıqlı iddia ərizələri ilə bağlı Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)192/2022 nömrəli iş üzrə 22 dekabr 2022-ci il tarixli qətnaməsindən cavabdeh cavabdeh1in kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. RX ******* nömrəli çıxarışa görə, Bakı şəhəri Nərimanov rayonu X11 ünvanda yerləşən 1 mərtəbəli ümumi sahəsi 1.277,6 kv.m-dən ibarət qeyri-yaşayış sahəsi xx.xx.2013-cü il tarixdən İddiaçı xüsusi mülkiyyətindədir. 2. xx.xx.2015-ci il tarixli icarə müqaviləsinə əsasən, Bakı şəhər i Nərimanov rayonu X11 ünvanda yerləşən 1 mərtəbəli ümumi sahəsi 1.277,6 kv.m-dən ibarət qeyri-yaşayış sahəsi İddiaçı tərəfindən Barış Demiə xx.xx.2015-ci il tarixdən xx.xx.2019-cu il tarixədək icarəyə verilmişdir. 3. 16.03.2017-ci il tarixli Müəssisədəki payın alqı-satqı müqaviləsinə görə, “X5 ” MMC təsisçisi cavabdeh1 cəmiyyətdə sahib olduğu 45% payını, cavabdeh2 50% payını və cavabdeh3 5% payını X1. 4. 15.03.2017-ci il tarixli Kommersiya qurumunun dövlət reyestrindən çıxarışa əsasən, “X5 ” MMC-nin əvvəlki qanuni təmsilçisi cavabdeh2 olmuşdur. Hazırda qanuni təmsilçi və 100% payın sahibi XXXdir.
5. İlk iddiaçının müraciətinə əsasən "xxxx" MMC-nin mübahisəli daşınmaz əmlakın icarəsinin real bazar qiymətlərinin müəyyən edilməsi barədə 105 nömrəli 06 aprel 2018-ci il tarixli rəyinə görə, mü bahisəli daşınmaz əmlak üçün icarə haqqının orta bazar qiyməti 1 ay üçün 16.600 manatdır.
6. Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər DepartamentinİN arayış və məktubuna əsasən, “X5 ” MMC-nin fəaliyyəti qanuni təmsilçi cavabdeh2 tərəfindən xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixədək dayandırılmışdır. 7. “X14” MMC-nin Əmlakın qiymətləndirilməsi barədə hesabatına görə, Bakı şəhəri Nərimanov rayonu X11 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin bir aylıq icarəsinin hazırki dövrə tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti: qeyriyaşayış sahəsinin bir aylıq icarəsinin hazırkı vaxta 1 kv.m. üçün real bazar qiyməti 11 manat təşkil edir; qeyri-yaşayış sahəsinin bir aylıq icarəsinin hazırkı vaxta real bazar qiyməti 14.000 manat t əşkil edir.
8. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2018-ci il tarixli XXX nömrəli ekspert rəyinə əsasən, İddiaçı və X4 adlarından olan xx.xx.2015-ci il tarixli icarə müqaviləsinin sonunda «İcarəyəverən» hissəsində «İmza:» qrafasındakı imza - İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. 9. “X5 ” MMC Bakı şəhəri Nərimanov rayonu X11 ünvanda yerləşən ümumi sahəsi 1.277,6 kv.m. təşkil edən qeyri-yaşayış sahəsində fəaliyyət göstərmişdir.
10. Cavabdeh cavabdeh1 tərəfindən təqdim olunmuş "xxxx" MMC-nin xx.xx.2020-ci il tarixli rəyinə görə, mübahisəli əmlakın 2018-2020-ci illər üçün aylıq icarə haqqı yuvarlaq şəkildə 3850 manat təşkil edir.
11. Yeni apellyasiya baxışı zamanı məhkəmə qərardadı əsasında alınmış "xxxx" MMC-nin xx.xx.2021-c i il tarixli rəyinə əsasən, qeyri-yaşayış sahəsinin aylıq icarə haqqı 13.415 manat, "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli rəyinə görə, mübahisəli əmlakın 2017-ci il üçün icarə haqqı 4.855, 2018-ci il üçün 4.983, 2019-cu il üçün 5110, 2020-ci il üçün 4.982, 2021- ci il üçün 5.494, 2022-ci il üçün 5.749 manat, “X2 ” MMC-nin xx.xx.2022-ci il tarixli rəyinə görə, qeyri-yaşayış sahəsinin aylıq icarə haqqı 2017-ci il üçün 4.200, 2018-ci il üçün 4.400, 2019-2020-ci illər üçün 5.000, 2020-2021-ci il üçün 4.000, 2021-2022-ci illər üçün 5.600 manat təşkil edir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat
12. İddiaçı cavabdehlər “X5 ” MMC-yə, cavabdeh1, cavabdeh2 və cavabdeh3ə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyət hüququ ilə ona məxsus ol an Bakı şəhəri Nərimanov rayonu X11 ünvanda yerləşən qeyri-yaşayış binasını zəbt edən cavabdehlərin qeyri-yaşayış binasından məcburi çıxarılması, qeyri-yaşayış sahəsinin boşaldılaraq onun sahibliyinə və istifadəsinə qaytarılması və adi mülki dövriyyə şəraitində əldə etməli olduğu gəlirlərdən məhrum olmasına görə vurulmuş maddi ziyan kimi 263.000 manat pulun cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməsi, qeyri-yaşayış binasında yerləşən ona məxsus svarka (qaynaq) aparatı, dəmirkəsən aparatlar, metal aksesuarlar, müxtəlif metaldan hazırlanmış məhsulların hazırlanmasında istifadə olunan avadanlıqlar, nərdivan birləşmələri, hazır vaqon ofislər və s. avadanlıqların mülkiyyətinə (sahibliyinə və istifadəsinə) geri qaytarılması və ödənilmiş 20 manat dövlət rüsumunun cavabdeh MMC-dən tut ulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 13. “X5 ” MMC də cavabdehlər İddiaçı, cavabdeh1, cavabdeh2 və cavabdeh3ə qarşı məhkəməyə qarşılıqlı iddia ərizəsi təqdim edərək, şirkətə məxsus avadanlıqlara dair müdaxilələrin cavabdehlərə qadağan edilməsi və svarka (qaynaq) aparatı, dəmirkəsən aparatlar, metal aksesuarlar, müxtəlif metaldan hazırlanmış məhsulların hazırlanmasında istifadə olunan avadanlıqlar, nərdivan birləşmələri, hazır vaqon ofislər və sair avadanlıqların şirkətin mülkiyyətində (sahibliyində və istifadəsində) saxlanılması və ödənilmiş 20 manat dövlət rusumunun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
14. İlk iddianın əsaslarına görə, öz mülkiyyətindən istifadə edə bilmir. Çünki cavabdeh MMC bir müddət öncə ona məxsus qeyri-yaşayış binasının istifadəs i ilə bağlı görüşlər keçirmiş və ilkin razılıq olaraq qərara alınmışdır ki, cavabdeh MMC ilə icarə müqaviləsi yox, birgə fəaliyyət haqqında müqavilə bağlansın və bu müqavilə əsasında cavabdeh həmin qeyri-yaşayış binasından və həmin binada olan ona məxsus svarka (qaynaq) aparatı, dəmirkəsən aparatlar, metal aksesuarlar, müxtəlif metaldan hazırlanmış məhsulların hazırlanmasında istifadə olunan avadanlıqlar, nərdivan birləşmələri, hazır vaqon ofislər və s. avadanlıqlardan istifadəyə görə heç bir haqq ödənilməyəcək və fəaliyyət nəticəsində əldə olunan gəlir 50/50 nisbətində bölünəcəkdir. Cavabdehlə razılaşmaya əsasən onlar onun mülkiyyətində olan qeyri-yaşayış binası və avadanlıqlarla tanış olub əlavə özləri üçün lazım olacaq şəraiti tənzimləmək üçün 1 aydan sonra rəsmi müqavilə bağlanaraq fəa liyyətə başlasınlar. Ancaq artıq 2 aydan çox müddət keçməsinə baxmayaraq, cavabdeh MMC və şirkətin keçmiş təsisçiləri onunla nəinki müqavilə bağlamır və pul ödəmir, hətta onun mülkiyyətinə sahiblənərək həmin qeyri-yaşayış sahəsindən və avadanlıqlardan qanunsuz istifadə edirlər. Dəfələrlə onlara bu barədə xəbərdarlıq etməsinə baxmayaraq, onlar onun heç bir müraciətinə məhəl qoymamışlar.
15. Qarşılıqlı iddianın əsaslarına görə, qeyri-yaşayış binası ilk iddiaçının mülkiyyətində olsa da, bir müddət şirkət olaraq onlar həmin ünvanda fəaliyyət göstərmişlər. Həmin ünvanda fəaliyyət göstərmələri üçün İddiaçı ilə rəsmi icarə müqaviləsi bağlanmasa da, qeyri-rəsmi olaraq razılaşmışlar ki, onlar həmin ünvanda fəaliyyət göstərərək birgə fəaliyyət haqqında müqavilə bağlayacaq və əldə edəcəkləri gəlir ar alarında bölünəcəkdir. Həmin qeyri- yaşayış binasında olan bütün avadanlıqlar MMC-yə məxsusdur. Avadanlıqların nə ilk İddiaçı, nə də ki, şirkətin keçmiş təsisçisi olmuş cavabdeh2ə və onun ailəsinə heç bir aidiyyəti yoxdur. Məhz razılaşma da ona dəlalət edir ki, şirkət avadanlıqları ilə həmin ünvanda faəliyyət göstərəcək və icarə haqqı verilməyəcək, əldə olunacaq gəlir isə 50/50 nisbətində İddiaçıla bölünəcəkdir. Məhz bu razılaşma hətta şirkətdəki təsis payları cavabdehlər cavabdeh2 və ailəsindən alarkən ilkin olaraq onlarla olmuş şirkətin direktoru XXX isə bu söhbətlərdə şirkətin yeni təsisçisi və rəhbəri olaraq davam etdirmişdir. Ancaq o, şirkəti cavabdehlər cavabdeh2 və ailəsindən alarkən şirkətin 310.000 manatdan artıq təminatsız kredit öhdəlikləri olduğundan və şirkətin fəaliyyətini ha zırki iqtisadi vəziyyətdə düzəltmək çətinləşdiyindən, eləcə də şirkətin keçmiş təsisçiləri ilə mübahisələr yarandığından ilk iddiaçı ilə rəsmi qaydada heç bir müqavilə bağlamamış və ona pul ödənilməmişdir. Sonradan şirkətin direktoru XXXin başqa əsaslarla həbs edilməsindən istifadə edən cavabdeh2 və ailəsi şirkəti onun balansında olan bütün avadanlıqlarla birlikdə ona satmalarına baxmayaraq, şirkəti və eləcə də onun bütün avadanlıqlarını ələ keçirmişdir. İlk İddiaçı məxsus qeyri-yaşayış sahəsində də hazırda onlar fəaliyyət göstərirlər. Şirkət olaraq onlar həmin ünvanda olan avadanlıqlardan qanunsuz olaraq məhrum olmuşlar.
16. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-38/2019 nömrəli iş üzrə 14 yanvar 2019-cu il tarixli qətnaməsi ilə (hakim R.Quliyev) ilk iddia qismən təmin edilərək, cavabdehlər “X5 ” MMC, cavabdeh1, cavabdeh2 və cavabdeh3in mülkiyyət hüququ ilə İddiaçı məxsus olan Bakı şəhəri Nərimanov rayonu X11 ünvanda yerləşən qeyri-yaşayış sahəsindən çıxarılması, qeyri-yaşayış sahəsinin boşaldılaraq iddiaçının sahibliyinə və istifadəsinə qaytarılması qət edilmiş, ilk iddia qalan hissədə təmin edilməmiş, qarşılıqlı iddia rədd edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat
17. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşmayan ilk İddiaçı və cavabdehlər cavabdeh2, cavabdeh1 və cavabdeh3 ondan apellyasiya şikayətləri vermişlər.
18. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-14168/2019 nömrəli iş üzrə 11 dekabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər İ.Şirinov, T.Səmədov və E.Kazımov) cavabdehlərin apellyasiya şikayətləri təmin edilməmiş, İddiaçı apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 14 yanvar 2019-cu il tarixli qətnaməsi qismən - “X5 ” MMC-nin iddiaçıya məxsus qeyri-yaşayış binasından çıxarılması və ilk iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilərək, ilk iddia tələbinin qismən təmin edilib, “X5 ” MMC-yə münasibətdə qeyri-yaşayış sahəsindən çıxarılması tələbi rədd edilmiş, qeyri-yaşayış binasında yerləşən iddiaçıya məxsus qaynaq aparatı, dəmirkəsən aparatlar, metal aksesuarlar, müxtəlif metal məhsulların hazırlanmasında istifadə olunan avadanlıqlar, nərdivan birləşmələri, hazır vaqon ofislər və sair avadanlıqların İddiaçı sahiblik və istifadəsinə qaytarılması və əldən çıxmış faydaya görə 263.000 manatın müştərək qaydada cavabdehlər cavabdeh2, cavabdeh 1 və cavabdeh3dən alınaraq İddiaçı verilməsi, qətnamənin cavabdehlər cavabdeh2, cavabdeh1 və cavabdeh3ə münasibətdə (mübahisələndirilən hissədə) dəyişdirilmədən saxlanılması qət edilmişdir. c) Kassasiya instansiyası məhkəməsində birinci icraat
19. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə razılaşmayan cavabdehlər cavabdeh2 və cavabdeh1 ondan kassasiya şikayəti vermişlər.
20. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)5172/2020 nömrəli iş üzrə xx.xx.2020-ci il tarixli qərarı ilə (hakimlər İ.Xələfov (məruzəçi), G.Quliyev, Z.Əliyev) cavabdeh cavabdeh2in kassasiya şikayəti təmin, cavabdeh1in kassasiya şikayəti isə qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 dekabr 2019-cu il tarixli qətnaməsi cavabdehlər cavabdeh2, cavabdeh1 və c avabdeh3in İddiaçı məxsus qeyri-yaşayış sahəsindən çıxarılması, qeyri-yaşayış sahəsində olan avadanlıqların İddiaçı mülkiyyətinə qaytarılması və əldən çıxmış faydaya görə ziyanın ödənilməsi tələbinə dair hissədə ləğv edilmiş, iş həmin hissədə yeni apellyasiya baxışına qaytarılmışdır.
21. Kassasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, “Apelyasiya instansiyası məhkəməsi MMC-nin qeyri-yaşayış sahəsindən çıxarılması barədə İddiaçı iddiasını rədd edərkən MMC-nin həmin qeyri-yaşayış sahəsində hüquqi şəxs kimi mövcud olmamasını (çıxmasını) əsas göstərmiş və həmin nəticəyə iddiaçının nümayəndəsinin, eləcə də MMC-nin nümayəndəsinin izahatları əsasında gəlmişdir. Digər cavabdehlər cavabdeh1, cavabdeh2 və cavabdeh3ya münasibətdə iddianın təmin olunmasını, yəni onların qeyri-y aşayış sahəsindən çıxarılmasını əsaslı sayıb dəyişdirmədən saxlayarkən apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni əsaslandırmamış və onların müəssisəni satdıqları vəziyyətdə qeyri-yaşayış sahəsində qalmağa davam etmələrini təsdiq edən heç bir sübuta istinad etməmişdir. İşdən görünür ki, mübahisə predmeti olan istehsal avadanlıqlarına həm İddiaçı, həm MMC-nin keçmiş təsisçiləri və həm də MMC-nin yeni təsisçisi XXX iddia edirdilər. Lakin apelyasiya instansiyası məhkəməsi həmin avadanlıqlara iddia edənlərin hər birinin dəlillərini və sübutlarını tam və hərtərəfli tədqiq etmədən yalnız İddiaçı sözləri əsasında avadanlıqların ona məxsus olması barədə nəticəyə gəlmişdir.... Apelyasiya instansiyası məhkəməsi əldən çıxmış faydanın ödənilməsinə dair hissədə iddianı cavabdeh1, cavabdeh2 və cavabdeh3ya qarşı münasibətdə təmin edib onlardan 263.000 manatın müştərək qaydada tutulub İddiaçı verilməsini qət edərkən mübahisəli daşınmaz əmlak üçün icarə haqqının orta bazar qiymətinin 1 ay üçün 16.600 manat olmasına dair "xxxx" MMC-nin rəyinə əsaslanmışdır. Halbuki, yuxarıda qeyd olunduğu kimi MMC 2017-ci ilin mart ayına kimi cavabdeh1, cavabdeh2 və cavabdeh3nın, ondan sonra isə XXXin mülkiyyətində olmuşdur. XXXin qarşılıqlı iddia ərizəsindən görünür ki, onun tərəfindən də qeyri- yaşayış sahəsi istifadə olunmuşdur. Apelyasiya instansiyası məhkəməsi İddiaçı dəymiş ziyanın 263.000 manat təşkil etməsi barədə nəticəyə gəlib iddianı həmin məbləğdə təmin edərkən həmin ziyanın məhz hansı müddət üçün hesablanmasını aydınlaşdırmamışdır. İddiaçı iddia ərizəsinin məzmunundan görünür ki, birgə fəaliyyət barədə müqavilənin bağlanması barədə razılaşmadan 2 aydan çox müddətin keçməsinə baxmayaraq şirkət tərəfindən onunla müqavilə bağlanmadığından o, hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tərəfindən iddia ərizəsi isə işdən göründüyü kimi məhkəməyə 14 avqust 2017-ci il tarixdə təqdim olunmuşdur. Belə olduqda ehtimal olunur ki, birgə fəaliyyət barədə razılaşma onların arasında təxminən 2017-ci ilin iyun ayında olmuşdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərardadı ilə isə qeyri-yaşayış sahəsində olan avadanlıqlardan istifadə edilməsi qadağan olunmuşdur. Bu müddət ərzində cavabdehlərin qeyri-yaşayış sahəsindən istifadələrinin qarşısı məhkəmə qərardadı ilə alındığından, apelyasiya instansiyası məhkəməsi işin göstərilən hallarını nəzərə alma qla həmin müddət üçün əldən çıxmış faydaya görə ziyanın tutulmasının mümkünlüyünə qiymət verməli və tələb olunan ziyanın məbləğini dəqiqləşdirməsini təmin etməli idi. Kollegiya hesab edir ki, ekspert rəyində müəyyən olunmuş obyektin aylıq icarə haqqının məbləği özü-özlüyündə, başqa mötəbər sübutlar əldə edilmədən əldən çıxmış faydanın hər ay üçün 16.600 manat təşkil etməsi barədə nəticəyə gəlmək üçün əsas verməmişdir.” d) Apellyasiya instansiyası məhkəməsində ikinci icraat
22. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-192/2022 nömrəli iş üzrə 22 dekabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər R.Həsənov, M.Məmmədov və İ.Kərimli) İddiaçı cavabdehlər cavabdeh1 və cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 14 yanvar 2019-cu il tarixli qətnaməsi qismən ləğv edilmiş, ilk iddia qismən təmin edilmiş, cavabdeh cavabdeh2dən 40.000 manat pulun adi mülki dövriyyə şəraitində əldə etməli olduğu gəlirlərdən məhrum olmasına görə vurulmuş maddi ziyan kimi İddiaçı xeyrinə tutulması, ilk iddianın cavabdeh1 və cavabdeh3in Bakı şəhəri Nərimanov rayonu X11 ünvanında yerləşən qeyri-yaşayış sahəsindən çıxarılması hissəsində rədd edilməsi, cavabdeh cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, qətnamənin apellyasiya şikayətlərinə münasibətdə qalan hissələrdə dəyişdirilmədən saxlanılması qət edilmişdir.
23. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, “Göründüyü kimi, cavabdeh cavabdeh1 özünün verdiyi şikayətdə “bütün sahibkarlıq fəaliyyətinin dayandığı, digər şirkətlərlə bağ ladığı müqavilələr üzrə müqavilə öhdəliklərini vaxtında icra edə bilmədiyini” bildirməklə, 2017-ci ilin avqust ayında qeyri-yaşayış sahəsinin onun istifadəsində olduğunu faktiki olaraq etiraf etmişdir. Halbuki, 2017-ci ilin mart ayından etibarən MMC-nin təsisçiləri təsis payını XXXə satmışlar. Göstərilən dəlillər, cavabdeh1in müəssisəni satdığı vəziyyətdə belə, qeyri-yaşayış sahəsində qalmaqla orada istehsalat fəaliyyətini davam etməsini təsdiq edir. MPM-in 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh cavabdeh1in göstərilən faktları etiraf etməsi iddiaçını mübahisəli qeyri-yaşayış sahəsindən istifadə etdiyi faktını s übut etmək vəzifəsindən azad edir. Kollegiya qeyd edilənlərə əsasən hesab edir ki, iddiaçı cavabdeh cavabdeh1in qeyriyaşayış sahəsindən MMC-dəki təsis payını özgəninkiləşdirdikdən sonra da istifadə etməsini sübuta yetirdiyindən birinci instansiya məhkəməsi cavabdeh1in mübahisəli qeyriyaşayış sahəsindən çıxarılması, qeyri-yaşayış sahəsinin boşaldılaraq iddiaçının sahibliyinə və istifadəsinə qaytarılması hissəsində düzgün nəticəyə gəlmişdir. Lakin Kollegiya Rayon Məhkəməsinin cavabdehlər cavabdeh2 və cavabdeh3nın qeyri-yaşayış sahəsindən çıxarılması hissəsində gəldiyi nəticəni işin hallarına uyğun hesab etmir. Belə ki, işin yeni apellyasiya baxışı zamanı cavabdeh2 4 azyaşlı uşağının olduğunu, onlara qulluq etdiyini, müəssisənin fəaliyyətində iştirak etmədiyini, təsisçilər siyahısında formal olaraq özünün və bacısı cavabdeh3in qeyd olunduğunu, faktiki olaraq müəssisəni həyat yoldaşı cavabdeh1in işlətdiyini, cavabdeh1in hazırda Qarabağda aparılan bərpa işlərində fəaliyyət göstərdiyini bildirmişdir. Cavabdehin göstərilən məzmunda izahatına qarşı tərəf etiraz etsə də, bunun əksini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Belə olan halda, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehlər cavabdeh2 və cavabdeh3in mübahisəli qeyri-yaşayış sahəsindən çıxarılması hissəsində ləğv edilməli, iddia həmin hissədə təmin edilməməlidir. Kollegiya iddiaçının ikinci - qeyri-yaşayış sahəsində olan avadanlıqların mülkiyyətinə qaytarılması tələbinə münasibətdə aşağıdakıları qeyd edir. İşdən görünür ki, mübahisə predmeti olan istehsal avadanlıqlarına həm İddiaçı, həm MMC-nin keçmiş tə sisçisi olmuş cavabdeh cavabdeh1, həm də MMC- nin özü iddia etmişlər. Bununla bağlı kollegiya qeyd edir ki, göstərilən avadanlıqların cavabdeh cavabdeh1ın istifadəsində olmasını iddiaçı mübahisələndirməsə də, bu avadanlıqların ona məxsus olmasını iddia etdiyindən, həmin hissədə iddianı sübut etmək yükü də iddiaçının üzərinə düşür. Lakin iddiaçı həmin avadanlıqların ona məxsus olmasını təsdiq edən hər hansı bir sübutu (onların əldə edilməsinə dair sənədlər, şahid ifadələri, qeyd edilən avadanlıqların cavabdehin istifadəsinə verilməsinə dair yazılı razılaşma və s.) məhkəməyə təqdim edə bilməmişdir. Kollegiya hesab edir ki, avadanlıqların iddiaçıya məxsus qeyri-yaşayış sahəsində olması faktı özü-özlüyündə həmin avadanlıqların binanın mülkiyyətçisinə məxsus olmasını ehtiva etmir. Belə ki, həmi n avadanlıqlar daşınar əşya olmaqla, iddiaçıya məxsus binanın ayrılmaz hissəsi deyil və bir ünvandan digərinə asanlıqla daşınması və quraşdırılması mümkündür. Belə olan halda, kollegiya həmin avadanlıqların iddiaçıya məxsus olması və onun mülkiyyətinə qaytarılması hissəsində iddianı əsassız hesab edir və birinci instansiya məhkəməsinin iddianı həmin hissədə rədd etməsi ilə bağlı gəldiyi nəticəni düzgün desab edir. Kollegiya İddiaçının üçüncü - əldən çıxmış faydaya görə 263.000 manat pulun ödənilməsi tələbinə münasibətdə aşağıdakıları qeyd edir. Birinci instansiya məhkəməsi əldən çıxmış faydanın ödənilməsi hissəsində belə qənaətə gəlmişdir ki, cavabdehlər mübahisəli Bakı şəhəri, Nərimanov rayonu, X11 ünvanda yerləşən qeyri-yaşayış sahəsini zəbt etməmiş, iddiaçının razılığı ilə orada fəali yyət göstərmişlər. Belə olan da, iddiaçının cavabdehlərdən əldən çıxmış fayda olaraq hər hansı məbləği tələb etməsinin hüquqi əsası yoxdur. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyini işin hallarına uyğun hesab etmir. Belə ki, MMC 2017-ci ilin mart ayına kimi cavabdeh1, cavabdeh2 və cavabdeh3nın, ondan sonra isə XXXin mülkiyyətində olmuşdur. XXXin qarşılıqlı iddia ərizəsindən görünür ki, onun tərəfindən də qeyri-yaşayış sahəsi istifadə olunmuşdur. İddiaçı iddia ərizəsinin məzmunundan görünür ki, birgə fəaliyyət barədə müqavilənin bağlanması barədə razılaşmadan 2 aydan çox müddətin keçməsinə baxmayaraq, şirkət tərəfindən onunla müqavilə bağlanmadığından o, hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tərəfindən iddia ərizəsi isə işdən göründüyü kimi məhkəməyə 14 avqust 201 7-ci il tarixdə təqdim olunmuşdur. Belə olduqda ehtimal olunur ki, birgə fəaliyyət barədə razılaşma onların arasında təxminən 2017-ci ilin iyun ayında olmuşdur. Cavabdeh cavabdeh1 2017ci ilin iyun ayından həmin ilin avqust ayınadək (2 aylıq müddət) qeyri-yaşayış sahəsindən istifadə etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərardadı ilə qeyri-yaşayış sahəsində olan avadanlıqlardan istifadə edilməsi cavabdehlərə qadağan olunmuş, həmin qərar dərhal icra olunmaqla, cavabdehlərin qeyri-yaşayış sahəsindən istifadələrinin qarşısı alınmışdır. Yalnız Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli qərarı ilə qeyri-yaşayış sahəsindəki avadanlıqların özgəninkiləşdirilməsi və dağıdılması cavabdehlərə və cavabdeh tərəfdən müstəqil t ələb irəli sürməyən üçüncü şəxslərə qadağan edildikdən və bu qərar icraya yönəldikdən sonra cavabdeh mübahisəli qeyri-yaşayış sahəsindən istifadəni bərpa etmişdir. Qərardan göründüyü kimi cavabdehlərə yalnız avadanlıqların özgəninkiləşdirilməsi və dağıdılması qadağan edilmiş, istifadələrinə məhdudiyyət qoyulmamışdır. İddiaçı xx.xx.2018-ci il ildə iddia ərizəsinə əlavə və dəqiqləşdirilmə təqdim etmiş və tələbin həcmini 263.000 manata artırmışdır. Beləliklə, müəyyən olunur ki, cavabdeh cavabdeh1 qeyri-yaşayış sahəsindən 2017-ci ilin iyun ayından başlamaqla 2 ay ərzində, habelə 2018-ci ilin fevral ayından həmin ilin avqust ayınadək olan 6 aylıq müddət ərzində qanunsuz istifadə etmişdir.... Kollegiya qeyd edilən rəylərin arasında "xxxx" MMC-nin rəyini daha dolğun, mötəbər və işin hallarına uy ğun hesab edir. Belə ki, "xxxx" MMC-nin rəyi oxşar ərazidə, oxşar obyektlərlə müqayisəli tədqiqat əsasında, dəqiq araşdırma aparılmaqla tərtib edilmişdir. Kollegiya iddiaçı tərəfindən təqdim olunmuş "xxxx" MMC-nin rəyində göstərilmiş rəqəmləri şişirdilmiş qəbul edir və iş üzrə təqdim olunmuş digər rəylərlə müqayisədə mötəbərliyini şübhə altına alır. Cavabdeh cavabdeh2 tərəfindən təqdim olunmuş "xxxx" MMC-nin rəyini isə kollegiya işin hallarına uyğun hesab etmir. "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli rəyi və “X14” MMC-nin rəyi eyni mütəxəssis - X7 tərəfindən tərtib edilməsinə baxmayaraq, bu rəylərdə qiymətləndiricinin eyni qeyri-yaşayış sahəsi ilə bağlı eyni zaman kəsiyi üçün icarə qiymətlərini müxtəlif məbləğdə müəyyən eməsini nəzərə alaraq, kollegiya hər iki rəyi mötəbər sübut kimi qiym ətləndirmir. Bu baxımdan Kollegiya "xxxx" MMC-nin rəyinə əsasən qeyri-yaşayış sahəsinin 20172018-ci illər üçün aylıq icarə haqqı müəyyən edilmiş məbləği yuvarlaq olaraq 4970 manat qəbul edir və belə qənaətə gəlir ki, cavabdeh cavabdeh1dan qeyri-yaşayış sahəsindən qanunsuz istifadəyə görə əldən çıxmış fayda kimi (4900 manat x 8 ay=39760) yuvarlaq olaraq 40.000 manat pul tutulmalıdır.” KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
24. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə razılaşmayan cavabdeh cavabdeh2 ondan kassasiya şikayəti verərək, qətnamənin cavabdeh cavabdeh2dən 40.000 manat pulun İddiaçı xeyrinə tutulması hissədə ləğv olunmasını və iddianın rədd edilməsi barədə qərar qəbul etməsini xahiş etmişdir.
25. Kassasiya şikayətinin dəlillər inə görə, “X5 ” MMC-nin nizamnaməsində və Mülki Məcəllədə cəmiyyətin iştirakçılarının onun öhdəlikləri üzrə məsuliyyət daşıması ilə bağlı hər hansı bir müddəa nəzərdə tutulmayıb. Belə olduğu halda istər təsisçisi olduğu dövrdə, istərsə də özgəninkiləşdirildikdən sonra MMC-nin hərəkətlərinə və ya onun hər hansı qeyri-yaşayış sahəsindən çıxarılması və qeyri-yaşayış sahəsindən istifadəyə görə cavabdeh2ə qarşı iddianın təmin edilməsi tamamilə əsassızdır. “X5 ” MMC cavabdehlər siyahsından çıxarılmadığı və ya ona qarşı iddia tələblərindən imtina edilmədiyi halda və iddia ərizəsində ona qarşı da əldən çıxmış fayda kimi tələb olunan pulun müştərək qaydada tutulması tələb edildiyi halda, hansı səbəbdən MMC-dən pulun tutulmamasına qətnamədə ümumiyyətlə münasibət bildirilməyib. Apellyasiya baxışı zam anı məhkəmə qərardadı əsasında rəyi alınmış "xxxx" MMCnin xx.xx.2022-ci il tarixli rəyi sübut qismində qiymətləndirilə bilməz. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
26. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ
27. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə
13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər; Maddə
29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır; İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur; İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına v ə ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir; Maddə
60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. 28. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya: Maddə
6. Ədalətli məhkəmə araşdırması hüququ
1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. 29. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyaya dair Protokol: Maddə
1. Mülkiyyətin müdafiəsi Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır.
30. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.6. Başqa şəxsə zərər vurulması; Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməs ini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər; Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kre ditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; Maddə
442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; Maddə 443.1. Öhdəliyini icra etm əyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur; Maddə 443.2. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir; Maddə 443.4. Əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır; Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqca dan azad etmək olmaz.
31. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər; Maddə 5.1. Hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir; Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır; Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır; Maddə 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.1. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər; Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və p rosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır; Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.
32. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2002-ci il tarixli Qərarı: “Hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur.” KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
33. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilib, işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırmas ı kimi qiymətləndirilməməlidir.
34. Kassasiya şikayəti bir cavabdeh tərəfindən verildiyi və şikayətdə qətnamənin qismən ləğvi xahiş edildiyi üçün, apellyasiya instansiyasının yekun məhkəmə aktı həmin hissədə və qeyd olunan tərəfə münasibətdə kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə yoxlanılır.
35. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən, kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
36. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Həmçinin, iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellylasiya instansiyası məhkəməsinin qətnaməsinin tam yaxud qismən ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
37. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları və apellyasiya şikayətinin dəlilləri üzrə lazımi araşdırma aparılmış, sübutetmə yükü düzgün bölüşdürülmüş, sübutlara hüquqi qiymət verilmişdir.
38. Kassasiya şikayətinə münasibətdə qeyd olunmalıdır ki, şikayətin “X5 ” MMC-nin qeyri-yaşayış sahəsindən istifadəyə görə cavabdeh2ə qarşı iddianın təmin edilməsi barədə dəlilinə apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquqi qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır (Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-192/2 022 nömrəli iş üzrə 22 dekabr 2022-ci il tarixli qətnaməsinin 59-cu bəndi).
39. Şikayətin hansı səbəbdən “X5 ” MMC-dən pulun tutulmamasına dair dəlili də əsaslı deyil. Belə ki, iddiaçı yalnız özünün qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir (MPM-in 4.1-ci maddəsi). Bu mənada, başqa şəxsə qarşı iddianın təmin edilməməsi bu halı mübahisə edən şəxsin qanunla qorunan hüquq və azadlıqlarının, eləcə də maraqlarının hüdudlarından kənarda qalır.
40. Kassasiya şikayətinin "xxxx" MMC-nin rəyinin sübut qismində qiymətləndirilə bilməməsi barədə dəlili isə işin hallarının sübut olunmaması, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydı nlaşdırılmaması və yaxud qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlı olduğu üçün, hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır və onlara qiymət verilmir.
41. Beləliklə, mülki işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən və şikayəti verən tərəfə aid hissədə dəyişiklik edilmədən saxlanılmalıdır.
42. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-192/2022 nömrəli iş üzrə 22 dekabr 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən və cav abdeh cavabdeh1ə aid hissədə dəyişiklik edilmədən saxlanılsın. Cavabdeh cavabdeh2in kassasiya şikayəti təmin edilməsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.