Məhkəmə qərarları › İş №2(102)-1723/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-1723/2025

29.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Bor
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1723/2025 29.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏRARİ (Açar sözlər: pulun tutulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimi Həsənov Vüqar Təvəkgül oğlu (sədrlik edən və məruzəçi), Şəfiyev İspəndiyar Əsəd oğlu və Abbasov Aqil Əzizağa oğlunda ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-207/2025 nömrəli,13 yanvar 2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 29 may 2025-ci il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. xx.xx.2022-ci il tarixli sadə yazılı qəbzə əsasən borcverən İddiaçı (bundan sonra iddiaçı) borcalan Cavabdeh (bundan sonra cavabdeh) kimi qeyd edilmiş müqaviləyə əsasən borcverən borcalana 37.000 manat pul borc vermiş və borcalan isə geri qaytarmağına söz vermişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 37000 manat məbləğində pulun və 201 manat dövlət rüsumunun alınıb iddiaçıya verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

3. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı cavabdehlə 2018-ci il tarixdə kommersiya işləri ilə əlaqdar tanış olmuşdur. Bir müddət sonra cavabdeh iddiaçıya bildirmişdir ki, qı zıl-zinyət əşyalarının alışı və satışı ilə məşguldur. Bu səbəbdən ona borc pul verməsini xahiş etmişdir. İddiaçı cavabdehin səmimiliyinə inanaraq ona hissə-hissə borc pul vermişdir. Cavabdeh iddiaçıdan borcu alış verişdən sonra qaytarmağa söz vermişdir. 2022-ci il tarixində iddiaçı cavabdehdən borcu geri qaytarmağı xahiş etmişdir. Lakin cavabdeh qısa müddətdə borcu qaytarmağa söz vermişdir. Lakin uzun müddət keçməsinə baxmayaraq, cavabdeh borcu qaytarmamış, müxtəlif bəhanələrlə bundan imtina etmişdir. İddiaçı göstərilən səbəbdən ağır vəziyyətə düşmüşdür.

4. Cavabdeh iddia tələbinə qarşı etirazını onunla əsaslandırmışdır ki, iddiaçıdan faizlə 8000 manat pul götürmüşdür. 3 il ərzində hər həftə 170 manat pul vermişdir. İddiaçı 10000 manat faizə pul verib əvəzində 15000 manat alırdı. Ondan baş qa da iddiaçıdan faizlə pul götürənlər var. Onlar da onun dediklərini təsdiq edə bilərlər. Faizi ödədikcə iddiaçı yerdə qalan pula yeni qrafik açıb onların üstünə əlavə faiz gəlmişdir. Bir müddət sonra görmüşdür ki, iddiaçı onu həddindən artıq borc yükləmişdir. Həmin borcun məbləğini qaytarmaq hec cür mümkün deyildir. Bu səbəbdən stresə düşmüş, xəstəxanada yatmış, hətta intihara belə cəhd göstərmişdir. İddiaçı və əri ona hədə-qorxu gəlməklə pulu tələb edirmişlər. İddiaçı ondan evini dəyər dəyməzə satıb onun borcunu ödəməyi tələb edirdi. İddiaçıya borcu yoxdur. Birlikdə işlədikləri vaxtda borclu olan şəxslərin siyahısını iddiaçıya vermişdir. Həmin şəxslər ona bildirmişlər ki, onun borcunu iddiaçıya ödəmişlər, lakin məhkəmə iclasında iştirak etmək istəmirlər. İddiaçının əri ona hədə-qorxu gə ldiyi üçün 37000 manat borcunun olmasına dair qəbz yazmışdır. Sonda cavabdeh iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir.

5. İmişli Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 2(036)1323/2024 saylı mülki iş üzrə 19 avqust 2024-cü il tarixli qətnaməsi ilə (hakim Zaur Pirverdiyev) iddia təmin edilmişdir.

6. Məhkəmə qeyd etmişdir ki, iddiaçı ilə cavabdeh arasında borc münasibətləri olmuş, iddiaçı tərəfindən cavabdehə 37000 manat borc verilmiş, lakin cavabdeh tərəfindən həmin borc məbləği iddiaçıya qaytarılmamışdır.

7. Məhkəmə hesab etmişdir ki, borc müqaviləsinə əsasən bir tərəf digər tərəfə iradə ifadələri ilə razılaşdırdıqları pul məbləğini digər tərəfə verməyə, digər tərəf isə götürülmüş həmin pul məbləğinə görə borc verən qarşısında pulu qaytarmaq öhdəliyi daşıy ır. İddiaçı, cavabdehin ona borclu olmasını aralarında mülki hüquq münasibətlərinin yaranmasına əsas olan borcun mövcud olmasına dair yazılı sənədə (əlyazma) istinad edir.

8. Bundan başqa məhkəmə hesab etmişdir ki, iddiaçı ilə cavabdeh arasında tərtib edilmiş edilmiş qəbzdən, yəni borc müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin öhdəliyə görə cavabdeh borcu iddiaçıya qaytarmağı öhdəsinə götürmüş, bunun nəticəsində iddiaçının cavabdehdən müqavilə üzrə müəyyənləşdirilmiş öhdəliyi tələb etmək hüququ yaranmış, cavabdeh isə müqavilə üzrə öhdəliyi yerinə yetirməmişdir.

9. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 448.1, 739.1, 740.1, 740.2-ci maddəsi, Mülki Prosessual Məcəllənin 14.2, 77-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiy a instansiyası məhkəməsindəki icraat

10. Cavabdeh apellyasiya şikayəti verərək mübahisəli qətnamənin ləğv olunmasını və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

11. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki,birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir.

12. Şirvan Apellyasiya Məhkəməsinin (bundan sonra apellyasiya instansiyası məhkəməsi) 2(106)-207/2025 nömrəli, 13 yanvar 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər Tofiq Heydərov (sədrlik edən və məruzəçi), Mahir Əsədli və Aytən Novruzova) apellyasiya şikayəti təmin edilməmiş, İmişli Rayon 19 avqust 2024 tarixli, 2(036)-1323/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

13. Məhkəmə kollegiyası ilk növbədə qeyd etmişdir ki, məhkəmə iclasında şahid X3 ifadəsində bildirmişdir ki, cavabdehin əridir. İddiaçı həm onunla, həm də arvadı ilə iş görmüşdür. İddiaçı onunla ev tikintisi, arvadı ilə qızıl alqı-satqısı ilə məşğul olmuşlar. Cavabdehin qalan borcuna görə hər ay iddiaçıya 500 manat, cəmi 5000 manat pul ödəmişdir. 38000 manat borc var idi. Müxtəlif şəxslərdə olan borcları yığıb 28000 manat pulu iddiaçıya vermiş, 5000 manatı da özü ödəmişdir. Cavabdehin borcundan iddiaçı və onun ərinin təzyiqi ilə onlara məxsus maşında arvadı borc barədə qəbz vermişdir. Əslində iddiaçıya borc qalmamışdır.

14. X2 ifadəsində bildirmişdir ki, iddiaçını bacısıgildə görmüşdür. Bacısı i lə bir yerdə işləmişlər. İddiaçı pul verirdi, Elnur da ev tikib satırdı. İddiaçı bir yerdə görülən işlərlə bağlı ziyana şərik olmurdu. Ev tikintisi ilə bağlı pul verib, ona çatası xeyri əvvəlcədən alırdı. Dəfələrlə Elnura bu işin nəticəsinin yaxşı olmadığını, onun ziyana düşəcəyini demişdir. Bacısıgildə olanda iddiaçı və onun əri gəlib borcla bağlı mübahisə etmişlər. Əfqan polis formasında gəlib hədə-qorxu gəlmişdir. Aralarında olan borc məbləğinin nə qədər olmasından məlumatı olmamışdır.

15. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı ilə cavabdeh arasında borc münasibətləri mövcud olmuş, iddiaçı tərəfindən cavabdehə 37000 manat borc verilmiş, lakin cavabdeh tərəfindən həmin borc məbləği iddiaçıya qaytarılmamışdır. Cavabdeh apelyasiya şikayətinin dəlillərində iddiaçının tələb etdiyi 370 00 manat pulun əri X3 ilə hər ay 500 manatdan olmaqla 5000 manat, sonradan yığdıqları 28000 manat və sonradan da əri Elnurun ona nağd qaydada verdiyi 5000 manatı iddiaçıya verməklə borclarını tam şəkildə ödəmişdir. Lakin İddiaçı və onun əri olan polis əməkdaşının təzyiqi ilə Məlahətə 37000 manat borcu olması barədə qəbz yazıb verməyə məcbur olmuşdur. Məlahət sələmçilik fəaliyyəti ilə bağlı onun pullarıının ayrı-ayrı şəxslərə verilməsini təşkil etsə də, faizin hesablanmasında səhvə yol vermiş, çünki faizi ödədikcə iddiaçı tərəfindən yerdə qalan pula yeni qrafik açaraq onların üstünə əlavə faiz gətirmiş, bir müddətdən sonra səhvi nəticəsində həddən artıq borc yükü götürdüyünü bilmiş, stresə düşüb xəstəxanada müalicə almış, intihara cəhd göstərmiş, iddiaçı və əri ona hədə-qorxu gəlməklə pul t ələb etmişlər. Bu səbəbdən Bakı şəhər Prokurorluğuna ərizə yazmış, həmin ərizə Sabunçu rayonunda yerləşən 15-ci polis bölməsinə göndərilmiş, lakin bu şikayətlərdə nəticəsiz qalmış, həmin materiallar üzrə məhkəmə baxışında araşdırılma aparılmadan birtərəfli nəticəyə gəlinərək qanunsuz və əsassız qətnamə qəbul etmişdir.

16. Həmçinin məhkəmə kollegiyası qeyd etmişdir ki, işin mübahisəsiz halı kimi tərəflər arasında xx.xx.2022-ci il tarixli qəbzin imzalanmasını hər iki tərəf də qəbul etmişdir. Lakin cavabdeh apellyasiya şikayətinin dəlillərində həmin pulu ayda 500 manat olmaqla 5000 manat, sonradan 20000 manat və nəhayət sonda yenidən 5000 manat şəklində ödədiyini, qeyd edilən qəbzin təzyiq altında yazıldığını, iddiaçı isə həmin pulun ümumiyyətlə ödənilmədiyini bildirir. Əvvəla cavabdeh yuxa rıda qeyd edilən məbləğlər şəklində ödənilməsi barədə fikirlərini təsdiq edəcək sübutları məhkəməyə təqdim edə bilmir, amma belə bir qəbzin tərəfindən imzalandığını lakin təzyiq altında imzaladığını, sonradan bununla bağlı polisə müraciət etdiyini göstərmişdir.

17. Bundan başqa apellyasiya icraatı zamanı Bakı şəhəri Sabunçu rayon polis idarəsinin 15-ci polis bölməsinə sorğu verilmiş və X1 müraciəti əsasında İddiaçı barəsində araşdırma başlanmış və cinayət işinin başlanması rədd edilmişdir. Qeyd edilən təhqiqat materiallarında qeyd edilmişdir ki, Elnur İmanov müraciətində Məlahətlə birlikdə ev tikib satdıqlarını, sonradan Əfqan adlı şəxsin polis formasında ona təzyiq göstərərək, evləri ucuz qiymətə satdırdığını, ona görə də 37500 manat pulu Əfqandan tələb etdiyini bildirmişdir. Göründüyü ki mi yuxarıda qeyd edilən araşdırma materialının hazırkı mübahisə predmeti ilə heç bir hüquqi bağlılığı olmamışdır. Belə ki, cavabdeh apelyasiya şikayətinin dəlillərində də borcunu hissə-hissə qaytardığını (ayda 500 manat olmaqla 5000 manat, sonradan 20000 manat və nəhayət sonda yenidən 5000 manat şəklində) göstərmişdir. Lakin yuxarıda qeyd edilən araşdırma materialı isə hazırkı mübahisə ilə əlaqəli olmamışdır. Hazırki iş üzrə iddiaçı cavabdehə qızıl alqı-satqısı etdiyi üçün 37000 pul verdiyini bildirir, cavabdeh isə həmin pulu hissə-hissə qaytardığını, qəbzi isə təzyiq altında yazıdığını bildirir. İddiaçı öz iddiasını təsdiq edəcək sübutu məhkəməyə təqdim etsə də cavabdeh nə pulun qaytarılması nə də qəbzin təzyiq altında yazdırılması barədə sübutlarını təqdim edə bilməmişdir.

18. Məhkəmə ko llegiyası birinci instansiya məhkəməsinin “beləliklə iddia təmin edilsin. Cavabdeh 37000 manat məbləğində pul və 201 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin” mövqeyi ilə razılaşaraq hesab etmişdir ki, birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmış, gəldiyi nəticə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti isə heç bir sübutla təsdiqini tapmayan formal mülahizədən ibarət olmuşdur.

19. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmış, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlmiş, mаddi və prosessuаl hüqu q normаlаrının tətbiqində səhvə yol verməmişdir, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir və qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

20. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 448.1, 739.1, 740.1, 740.2-ci maddəsi, Mülki Prosessual Məcəllənin 14.2, 77-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

21. Cavabdeh (vəkili Vəkil2 ) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

22. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki,apellyasiya instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 389.1, 390.1, 739.1, 740.1, 740.2-ci maddələrinin tələbləri pozulmuşdur.

23. Belə ki,apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi nəticəsində çıxarıldığına görə ləğv edilməli və iş yenidən baxılması üçün həmin apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli sadə yazılı qəbz yalnız bir tərəfdən imzalandığına, orada borc müqaviləsinin standart şərtləri əksini tapmadığına, ən vacibi isə cavabdehin sərbəst və azad iradə ifadəsinə uyğun borc müqaviləsi qismində qiyməyləndirilə bilmədiyini qeyd etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

24. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq A zərbaycan Respublikasının Mülki Məcəlləsi

25. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

26. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür.

27. Maddə 448.1.Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

28. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

31. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

32. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

33. Maddə 217.3. Qətnam ə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

34. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

35. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

36. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hal lara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

37. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

38. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır.Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad ed ilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

39. Hazırkı kassasiya şikayətində cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

40. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

41. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundament al vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

42. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər, apellyasiya şikayətinin dəlillərini təşkil edirdi və apellyasiya məhkəməsi həmin dəlillərə kifayət qədər ətraflı qiy mət vermişdir. Apellyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

43. Kollegiya bildirir ki, cavabdehin kassasiya şikayətinin dəlilləri mahiyyəti etibarilə bilavasitə sübutetmə ilə bağlıdır. Apellyasiya instansiyası məhkəməsi təqdim olunan sübutları araşdırmış, MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun qiymət vermiş, həmin sübutlara uyğun nəticəyə gəlmişdir. Məhkəmə gəldiyi nəticəni əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəld iyi nəticə və əsaslandırma ilə razılaşır.

44. Qeyd olunmalıdır ki, işin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.

45. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

46. Məhkəmə koll egiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-207/2025 nömrəli, 13 yanvar 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar