Məhkəmə qərarları › İş №2(102)-1724/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-1724/2021

15.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1724/2021 15.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: icra ödənişi və icra hərəkətlərinin həyata keçirilməsi ilə əlaqədar çəkilən xərclər üzrə pul tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçının vəkili X2, Cavabeh Cavabdeh iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Cavabdeh, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəx slər Bakı şəhəri Nərimanov Rayon İcra və Probasiya Şöbəsinə və “Külək” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı tələbi ilə bağlı Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6690/2020 nömrəli iş üzrə xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli 2(005)190/2017 nömrəli qətnaməsinə əsasən, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “avtomobil krediti müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi qismən təmin edilərək, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağla nmış xx xxxxxxx 2013-cü il tarixli 118426-1-9422 nömrəli “Avtomobil krediti müqaviləsi”nin ləğv edilməsi; Cavabdeh xx xxxxxx 2016-cı il tarixə banka borclu olduğu 21954,63 ABŞ dolları məbləğində əsas borc, 2823,06 ABŞ dolları məbləğində faiz borcu, 10 ABŞ dolları məbləğində cərimə olmaqla, cəmi 24787,69 ABŞ dolları məbləğində (ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla), habelə 30 manat məbləğində dövlət rüsumunun İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması; tutmanın kredit müqaviləsinin təminatı qismində ipoteka ilə yüklü edilmiş, Cavabdeh məxsus “Kia Sportage minik” markalı, **-SR-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi; avtomobilin hərrac yolu ilə satılaraq əldə edilən pul vəsaitinin borcun ödənilməsi üçün İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi; ödəniş həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsinin ipoteka qoyan Cavabdeh qaytarılması; iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir; Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxx 2018-ci il tarixli 2(103)204/2018 nömrəli qətnaməsi ilə Cavabdeh apelyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli 2(005)-190/2017 nömrəli qətnaməsinin ipoteka predmeti olan “Kia Sportage minik” markalı, **-SR-*** dövlət qeydiyyat nişanlı avtomobilin ilkin satış qiymətinin müəyyən edilməməsi hissəsində dəyişdirilməsi və avtomobilin ilkin satış qiymətinin 27000 manat məbləğində müəyyən olunması; qətnamənin cavabdehin apelyasiya şikay ətinə münasibətdə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx xxxxxx 2018-ci il tarixli 2(102)-7853/2018 nömrəli qərarı ilə Cavabdeh kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxx 2018-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır; Hərrac təşkilatçısı “Külək” Məhdud Məsuliyyətli Cəmiyyətinin xx xxxxxxxx 2019-cu il tarixli 215 nömrəli hesab-fakturasının surətindən görünür ki, həmin fakturada Cavabdeh məxsus “Kia Sportage minik” markalı, **-SR-*** dövlət qeydiyyat nişanlı avtomobilin açıq hərracdan satılması ilə əlaqədar 729,34 manat məbləğində xidmət haqqı və 131,28 manat məbləğində vergi ödənişinin (18% ƏDV-əlavə d əyər vergisi) ödənilməsi nəzərdə tutulmuşdur; İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən “Külək” Məhdud Məsuliyyətli Cəmiyyətinin “Nikoyl” X3 Açıq Səhmdar Cəmiyyətində olan hesabına xx xxxxxxxx 2019-cu il tarixli 215 nömrəli hesab-fakturaya əsasən Cavabdeh məxsus “Kia Sportage minik” markalı, **-SR-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərracxidmətinin dəyəri olaraq 729,34 manat ödənilmişdir; xx xxxxxxx 2019-cu il tarixli ********* nömrəli ödəniş tapşırığının sirətindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Dövlət Xəzinədarlıq gentliyinin hesabına Bakı şəhəri Nərimanov Rayon İcra və Probasiya Şöbəsinin xx xxxxxx 2019-cu il tarixli məktubuna əsasən 1204,87 manat məbləğində 7 faiz icra ödənişi köçürülmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhk əməsində icraat İddiaçı ASC Cavabdeh qarşı Bakı şəhəri Nərimanov Rayon İcra və Probasiya Şöbəsi və “Külək” Məhdud Məsuliyyətli Cəmiyyəti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məcburi icra tədbirləri zamanı tələbkar İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən ödənilmiş 1204,87 manat icra ödənişi, 860,62 manat icra hərəkətlərinin həyata keçirilməsi ilə əlaqədar çəkilən xərclər (hərracın keçirilməsi xərci) olmaqla, cəmi 2065,49 manat, həmçinin ödənilmiş 30 manat dövlət rüsumu əvəzinin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nərimanov Rayon İcra və Probasiya Şöbəsinin xx xxxx 2019-cu il tarix li 8313-15 2B nömrəli sifariş məktubuna əsasən Cavabdeh məxsus “Kia Sportage minik” markalı, **-SR-*** dövlət qeydiyyat nişanlı avtomobil hərrac təşkilatçısı “Külək” Məhdud Məsuliyyətli Cəmiyyəti vasitəsi ilə açıq hərraca çıxarılmışdır. Lakin təkrar hərracın baş tutmaması səbəbindən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 43.7-ci maddəsinə əsasən ipoteka predmeti ipoteka saxlayana təklif olunmuşdur. Hərrac təşkilatçısı “Külək” Məhdud Məsuliyyətli Cəmiyyətinin xx xxxxxxxx 2019-cu il tarixli 45/02 nömrəli “Hərracın yekunları barədə Protokolu”na əsasən “İpoteka haqqında” Qanunun 43.7-ci maddəsinə müvafiq olaraq, Cavabdeh məxsus “Kia Sportage minik” markalı, **-SR-*** dövlət qeydiyyat nişanlı avtomobil ipoteka saxlayan İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən əldə edilmişdir. Hərra c təşkilatçısı “Külək” Məhdud Məsuliyyətli Cəmiyyətinin xx xxxxxxxx 2019-cu il tarixli 215 nömrəli hesab-fakturasında Cavabdeh məxsus “Kia Sportage minik” markalı, **-SR-*** dövlət qeydiyyat nişanlı avtomobilin açıq hərracdan satılması ilə əlaqədar 729,34 manat xidmət haqqı və 131,28 manat vergi ödənişinin (18% ƏDV) ödənilməsi nəzərdə tutulmuşdur. xx xxxxxxx 2019-cu il tarixli ********* nömrəli ödəniş tapşırığı ilə müəyyən olunur ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən “Külək” Məhdud Məsuliyyətli Cəmiyyətinin “Nikoyl” X3 Açıq Səhmdar Cəmiyyətində olan hesabına xx xxxxxxxx 2019-cu iltarixli 215 nömrəli hesab-fakturaya əsasən Cavabdeh məxsus “Kia Sportage minik” markalı, **-SR*** dövlət qeydiyyat nişanlı avtomobilin hərrac xidmətinin dəyəri olaraq 729,34 manat ödənilmişdir. xx xxxxxxx 2019-cu il tarixli ********* nömrəli ödəniş tapşırığı ilə müəyyən olunur ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Dövlət Xəzinədarlıq Agentliyinin hesabına xx xxxxxxxx 2019-cu il tarixli EQ seriya EBAA 375717 nömrəsinə əsasən 131,28 manat ƏDV ödənilmişdir. xx xxxxxxx 2019-cu il tarixli ********* nömrəli ödəniş tapşırığı ilə müəyyən olunur ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Dövlət Xəzinədarlıq Agentliyinin hesabına Bakı şəhəri Nərimanov Rayon İcra və Probasiya Şöbəsinin xx xxxxxx 2019-cu il tarixli məktubuna əsasən 1204,87 manat məbləğində 7 faiz icra ödənişi köçürülmüşdür. Qeyd olunan ödəniş tapşırıqlarından göründüyü kimi, 860,62 manat məbləğində hərracın keçirilməsi xərci və 1204,87 manat məbləğində icra ödənişi borclu Cavabdeh əvəzinə tələbkar İddiaçı Açıq Səhmdar Cəmiyy əti tərəfindən ödənilmişdir. Halbuki, qüvvədə olan qanunvericiliyinin tələbinə əsasən həm icra ödənişi, həm də icra hərəkətlərinin həyata keçirilməsi ilə əlaqədar çəkilən xərclər (hərracın keçirilməsi xərcləri) borclu tərəfindən ödənilir. Göründüyü kimi, borclu AbbasovaGülər İmran qızı məcburi icra tədbirləri zamanı icra ödənişi və icra hərəkətlərinin həyata keçirilməsi ilə əlaqədar çəkilən xərcləri ödəməməklə qanunvericiliklə üzərinə düşən öhdəliyi icra etməmiş, həmin ödənişləri onun əvəzinə tələbkar ödəmiş və bunun nəticəsində, borclu AbbasovaGülər İmran qızı tərəfindən tələbkar İddiaçı Açıq Səhmdar Cəmiyyətinə maddi zərər yetirilmişdir. Hesab edilir ki, məcburi icra tədbirləri zamanı tələbkar İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən ödənilmiş icra ödənişi və icra hərəkətlərinin həyat a keçirilməsi ilə əlaqədar çəkilən xərclər Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Bakı şəhəri Nərimanov Rayon məhkəməsinin 2(005)-1604/2020 saylı, 10 iyun 2020-ci il tarixli qətnaməsi ilə (hakim Gültəkin Əsədova) ilə iddia təmin edilərək Cavabdeh 1204,87 manat icra ödənişi, 860,62 manat icra hərəkətlərinin həyata keçirilməsi ilə əlaqədar çəkilən xərclər (hərracın keçirilməsi xərci) olmaqla, cəmi 2065,49 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması qət edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə araşdırması zamanı müəyyən edilmiş ödəniş tapşırıqlarından göründüyü kimi, 860,62 manat məbləğində hərracın keçirilməsi xərci və 1204,87 manat məbləğində icra ödənişi b orclu Cavabdeh əvəzinə tələbkar İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən ödənilmişdir. Halbuki, hazırda qüvvədə olan qanunvericiliyinin tələblərinə əsasən həm icra ödənişi, həm də icra hərəkətlərinin həyata keçirilməsi ilə əlaqədar çəkilən xərclər (hərracın keçirilməsi xərcləri) borclu tərəfindən ödənilir. Borclu Cavabdeh məcburi icra tədbirləri zamanı icra ödənişi və icra hərəkətlərinin həyata keçirilməsi ilə əlaqədar çəkilən xərcləri ödəməməklə qanunvericiliklə üzərinə düşən öhdəliyi icra etməmiş, həmin ödənişləri onun əvəzinə tələbkar ödəmiş və bunun nəticəsində, borclu Cavabdeh tərəfindən tələbkar İddiaçı Açıq Səhmdar Cəmiyyətinə maddi zərər yetirilmişdir. Qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti vermişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər - Elşən Kazımov sədrlik edən və məruzəçi, Akif İsgəndərov, İlham Kərimli) xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilərək iddia tələbi rədd edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı cavabdehdən maddi zərər adı ilə 1204, manat icra ödənişi, 860,62 manat icra hərəkətlərinin həyata keçirilməsi ilə əlaqədar çəkilən xərclər (hərracın keçirilməsi xərci) olmaqla, cəmi 2065,49 manat tələb edir. Maddi zərər vurulması üçün cavabdeh iddiaçıya qarşı təqsirli olaraq mülki hüquq pozuntusu törətməli və iddiaçı bundan zərər çəkməli, həmçinin təqsirli şəxsin hərəkəti yaxud hərəkətsizliyi ilə vurulan zərərin arasında səbəbli əlaqə olmalıdır. Hazırkı iş üzrə cavabdehin məhz bu tələb üzrə iddiaçıya qarşı təqsirli olaraq mülki hüquq pozuntusu törətməsi yaxud iddiaçının cavabdehin təqsirli hərəkəti yaxud hərəkətsizliyi nəticəsində zərər çəkməsi müəyyən edilməmişdir. İddiaçı bu tələb üzrə cavabdehin ona maddi zərər ödəməli olduğunu iddia etsə də, iddiaçının bu tələblər üzrə həm subyektiv hüququ olmalıdır, həm də cavabdehin bu tələblər üzrə ödəniş etməli olması üçün qanuni əsas olmalı və bu hallar sübuta yetirilməlidir. Əksinə, apellyasiya şikayətinin də dəlilləri iddianın əsaslı olduğunu təkzib etmişdir. Bundan başqa apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının tələbi iki hissədən ibarətdir. Birinci hissə icra sənədi könüllü icra üçün mümüəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədiyinə görə icra məmurunun borcludan tutulmalı pul məbləğinin 7 faizi həcmində icra ödənişinin alınması ilə bağlıdır. Bununla bağlı apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, borclunun icra sənədində göstərilən tələblərin borclu tərəfindən icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla(bu müddət notariusun icra qeydi əsasında ipoteka predmetinin açıq bazarda satılmaqla tələbin könüllü icrası üçün müəyyən edilmi ş 2 ay müddətidir), icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir(“İcra haqqında” qanun. m.8.2). İcra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, icra məmuru borcludan tutulmalı pul məbləğinin 7 faizi həcmində icra ödənişinin alınması barədə qərar qəbul edir(“İcra haqqında” qanun m.78.1). Göründüyü kimi, bu tələb üzrə borcluya qarşı iddia irəli sürmək icra qurumuna aiddir. Yəni, borclu könüllü icra üçün müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra sənədini icra etmirsə icra məmuru bu barədə qərar qəbul edir. Hazırki işdə icra məmuru tərəfindən belə bir qərarın qəbul edilməsi görünmür. Bundan əlavə, icra məmurunun borcludan tutulmalı pul məbləğindən 7 faiz həcmində icra ödənişi alması üçün borculunun həmin icra sənədini üzrsüz səbəbdən icra etməməsi tələb olunur. Lakin borclunun, hazırki iş üzrə cavabdehin icra sənədini üzrsüz səbəbdən icra etməməsinə dair məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Bu cür vəziyyətdə cavabdeh tələb edilən məbləği nəinki banka, eləcə də icra məmuruna nə üçün ödəməlidir? Əlbətdə ki, iddiaçı bank həmin ödənişi icra məmurunun depozit hesabına ödəməmişdən qabaq bu məsələləri özü üçün aydınlaşdırmalı idi. Əks yanaşmanın, yəni əsası olmayan bir ödənişi ödəyib, sonradan özünə maddi zərər vurulduğu əsası ilə həmin məbləği borcludan tələb etməyin mütləq ki, qanuni əsası da olmalıdır. Tələbin ikinci hissəsi isə icra hərəkətlərinin təşkilinə və keçirilməsinə sərf olunan xərclərin ödənilməsi ilə bağlıdır və həmin hissə üzrə apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, icra hərəkətlərinin təşkilinə və keçirilməsinə sərf olunan vəsaitlər icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər sayılır. Həmin xərclər icra xidməti icra məmurlarının xüsusi fondunun, habelə icraatda iştirak edən tərəflərin və digər şəxslərin vəsaitləri hesabına ödənilir. İcra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərə borclunun əmlakının daşınmasına, saxlanmasına və satılması xərcləri daxildir (“İcra haqqında” qanun m.79.1; 79.2; 79.2.1). İcra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər borclu dan tutulur. Tutulmuş məbləğ icra xidməti icra məmurlarının xüsusi fonduna köçürülür(“İcra haqqında” qanun m.81.1). Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri İddiaçı (vəkil Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və yeni apelyasiya baxışına göndərilməsini xahiş etmişdir. Kassasiya şikayətində qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, maddi və prosessual hüquq normalarının hazırki mübahisəyə düzgün tədbiq edilməməsi nəticəsində qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. İddia tələbi iddiaçı tərəfindən tam əsaslandırılmış, iddia ərizəsində iddiaçının əsaslandığı hallar göst ərilmişdir. Lakin apellyasiya instansiyası məhkəməsi qanunvericliyin tələblərini pozaraq iddia tələbinin rədd edilməsi barədə səhv nəticəyə gəlmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçının vəkili X4 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdeh X5 Azərbaycan Respublikası 67.1-ci maddəsinə əsasən vəkilsiz iştirak etdiyi üçün onun izahatı dinlənilmədi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən və apellyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. İddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi və kassasiya şikayətində göstərdiyi hallarla apellyasiya instansiya məhkəməsi tərəfindən iddiaçının göstərdiyi dəlillərə hüquqi qiymət verildiyini nəzərə alaraq kollegiya hesab edir ki, maddi və həmçinin prosessual hüquq normalarının tətbiqi ilə bağlı kassasiya şikayətinin dəlillərinə ayrıca qiymət verilməsi və apellyasiya instansiyası məhkəməsinin qətnaməsində göstərilənlərin təkrarlanmasına zərurət yoxdur. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı Bank “xxxx” (Azərbaycan) ASC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6690/2020 nömrəli iş üzrə xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar