Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1724/2025 13.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ İş № 2(102)-1724/2025 (Açar sözlər: mənzildən çıxarılma və mənzilə köçürülmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və X3 ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “mənzildən çıxarılma” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-470/2025 nömrəli, 13 fevral 2025-ci il tarixli qətnaməsindən İddiaçı (vəkil Nümayəndə) tərəfind ən verilmiş kassasiya şikayətinə 13 iyun 2025-ci il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. Şirvan Şəhər Məhkəməsinin 2(032)-167/2008 nömrəli, 4 mart 2008-ci il tarixli qətnaməsi ilə Cavabdeh1 azyaşlı uşaqları 1 aprel 2003-cü il təvəllüdlü Cavabdeh2 və xx xxxxxxxx 2004-cü il təvəllüdlü Cavabdeh3 ilə birlikdə Əli Bayramlı şəhəri, N.Nərimanov küçəsində yerləşən 9 saylı evin 5-ci mənzilinə köçürülmələri qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-525/2008 nömrəli, 23 oktyabr 2008-ci il tarixli qətnaməsi ilə Əli Bayramlı Şəhər Məhkəməsinin 4 mart 2008-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
2. Şirvan şəhər Məhkəməsinin 2(032)-548/2012 nömrəli, 6 noyabr 2012-ci il tarixli qətnaməsi ilə X9 ilə Qulamzadə (Həmzəyeva) Rəsmiyyə Nəzir qızı arasında 30 aprel 2004-cü il tarixdə Şirvan şəhər Qeydiyyat şöbəsində 130 nömrə ilə qeydə alınmış nikahları etibarsız hesab edilmişdir.
3. X5 Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş xx.xx.2013-cü il tarixli ******* nömrəli çıxarışa əsasən, Şirvan şəhəri, Nəriman Nərimanov küçəsi, ev 9, mənzil 5 X1 xüsusi mülkiyyətində olmuşdur. 4. 27.03.2014-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən xx.xx.2013-cü il tarixdə vəfat etmiş X1 vərəsəsi Rusiya vətəndaşı olan qızı – İddiaçıdır və o, miras əmlakı bütövlükdə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak Şirvan şəhəri, N.Nərimanov küçəsi, ev 9, 5 saylı mənzildən ibarətdir.
5. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X5 Daşınmaz Əmlakın Dövlət Reyestrind ən verilmiş xx.xx.2014-cü il tarixli ******* nömrəli çıxarışa əsasən, Şirvan şəhəri, Nəriman Nərimanov küçəsi, ev 9, 5 saylı mənzil X2 xüsusi mülkiyyətindədir. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:
6. İddiaçı (bundan sonra iddiaçı) cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 (bundan sonra cavabdehlər, yaxud ad, soyadı) qarşı iddia ərizəsi ilə Şirvan Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehlərin özlərinə məxsus əşyaları ilə birlikdə ona məxsus ünvan 1 ünvanında yerləşən 5 nömrəli mənzildən çıxarılmaları barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Rusiya Federasiyasının vətəndaşı olmaqla Azərbaycan Respublikasında öz evi olmasına baxmayaraq, hal-hazırda yuxarıda göstərilən ünvanda başqa şəxsə m əxsus mənzildə yaşayır. RX seriyalı ******* nömrəli çıxarışdan göründüyü kimi onun xüsusi mülkiyyətində olan ünvan 2 ünvanında 5 nömrəli mənzili vardır. Həmin mənzil ona anasından miras qalmışdır. Lakin cavabdehlər onu həmin evə buraxmırlar. Cavabdehlər həmin evə Əli Bayramlı şəhər Məhkəməsinin 2(032)167/2008 nömrəli, 4 mart 2008-ci il tarixli qətnaməsi əsasında köçürülmüşlər. Həmin vaxt ev anasının mülkiyyətində olmuş və qeyd edilən qətnamədən də göründüyü kimi anasının adına həmin vaxt qeydiyyat vəsiqəsi olmuşdur. Həmin vaxt Cavabdeh1 qardaşının ailə üzvü sayıldığından iş üzrə cavabdehlərdən biri, mərhum anası X4 qeyd edilən qətnamədən apellyasiya şikayəti vermiş, Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-525/08 nömrəli, xx.xx.2008-ci il tarixli qətnaməsinə əsasən apellyasiya şikayəti təmin edilməmişdir. Apellyasiya məhkəməsinin qeyd edilən qətnaməsindən kasassiya şikayəti verilməmişdir. Lakin sonradan Şirvan Şəhər Məhkəməsinin 2(032)-548/2012 nömrəli, xx.xx.2012ci il tarixli qətnaməsi ilə qardaşı X9 ilə birinci Cavabdeh1 arasında 30 aprel 2004-cü ildə Şirvan şəhər Qeydiyyat şöbəsində 130 nömrə ilə qeydə alınmış nikah etibarsız hesab edilmişdir. Bu da onu göstərir ki, birinci Cavabdeh1 heç vaxt onun, anasının və qardaşının ailə üzvü olmamışdır. Beləliklə, faktiki olaraq onun, anasının və qardaşının ailə üzvü olmayan bir şəxs hal-hazırda nə onu, nə də ki qardaşını anasının mülkiyyətində olmuş, indi də onun xüsusi mülkiyyətində olan evə buraxmır. Ümumiyyətlə, cavabdehlərlə hal-hazırda birlikdə yaşamaqları mümkün deyil. Birinci cavabdehin uşaqları olan digər cavabdehlər isə hal -hazırda yetkinlik yaşına çatmışlar. Ona görə də hesab edir ki, onlar mənzildən çıxarılmalıdırlar.
8. Məhkəmə iclasında Cavabdeh1 izahatında bildirmişdir ki, İddiaçı qardaşı X9 ilə 2001-ci ildə el adəti üzrə evlənmiş və onun yaşadığı Əli Bayramlı (indiki Şirvan) şəhəri N.Nərimanov küçəsində yerləşən 9 saylı evin 5-ci mənzilinə gəlin gedərək orada yaşamış və Ramiz Həmzəyevlə birgə təsərrüfat aparmışdır. Onların nikahından 1 aprel 2003-cü ildə Rəmzi və xx xxxxxxxx 2004-cü ildə Rüfət adlı iki uşaqları anadan olmuşdur. Oğlu hərbi xidmətdə olarkən başından zərbə almış, 3 ay hospitalda müalicə almışdır. Hərbi xidmətdən qayıtdıqdan sonra Ramiz onları atıb evdən çıxmışdır. Nikahları pozulsa da Ramizlə bir evdə yaşamışlar. Onu azyaşlı övladları birlikdə mübahisəli mənzildən çıxarmışlar, bu səbəbd ən də evə köçürülmə tələbi ilə məhkəməyə müraciət etmiş, Şirvan Şəhər Məhkəməsinin xx.xx.2008-ci il tarixli qətnaməsi ilə mübahisəli mənzilə uşaqları ilə köçürülməsi qət edilmişdir. İddiaçının anası evi iddiaçıya bağışlanma müqaviləsi ilə versə də, daha sonra həmin bağışlanma müqaviləsi notariusda ləğv etdirilmişdir. Onların qeyd edilən mənzilə köçürülmələri və istifadə hüquqlarının tanınması ilə bağlı məhkəmə qətnaməsi mövcud olduğundan, hazırkı mülki iş üzrə iddia əsassız olduğunudan rədd edilməsini xahiş edir.
9. Məhkəmə iclasında digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 Cavabdeh1 ilə eyni məzmunlu izahat vermişlər.
10. Şirvan şəhər Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 2(032)1434/2024 nömrəli, 17 dekabr 2024-cü il tarixli qətnaməsi ilə (hakim Ceyhun Mustafayev) iddia tələbinin təmin edilməməsi, iddia ərizəsinin verilməsi ilə bağlı ödənilmiş olan dövlət rüsumunun iddiaçıya aid edilməsi qət olunmuşdur.
11. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumun 27 iyul 2001-ci il tarixli qərarında qeyd edilmişdir ki, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin qaydalarına uyğun həll edilməlid ir. Göründüyü kimi Konstitusiya Məhkəməsi yaşayış sahəsi ilə bağlı mübahisənin hansı normativ-hüquqi aktla tənzimlənməsini məhz mübahisəli hüquq münasibətinin yaranma tarixi ilə əlaqələndirmişdir.
12. Məhkəmə onu da qeyd etmişdir ki, hazırkı iş üzrə məhkəmə tərəfindən işin mübahisəsiz qəbul edilmiş hallarından biri də tərəflər arasında hüquq münasibətlərinin 1 sentyabr 2000-ci ildən sonra yaranmasıdır. Sözügedən mülki mübahisəyə Mülki Məcəllənin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifa də hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Həmin Məcəllənin 228.4-cü maddəsinə görə yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. Həmin Məcəllənin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdir lər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Xüsusi mülkiyyətdə olan evə Mülki Məcəllənin 228.2-ci maddəsi ilə əmələ gəlmiş istifadə hüququna kompensasiya verilməklə, 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 123-cü maddəsi ilə əmələ gəlmiş istifadə hüququna isə həm istifa də hüququna malik olan şəxsə kompensasiya verilməklə, həm də istifadə hüququna malik olan şəxsin daimi yaşamaq üçün digər yaşayış sahəsinə köçməsinə görə xitam verilə bilər.
13. Məhkəmə göstərilənləri nəzərə alaraq qeyd etmişdir ki, yaşayış sahəsindən istifadə hüququna malik olan şəxsin istifadə hüququna xitam verilməsi iki əsasla - şəxsin daimi yaşamaq üçün başqa yaşayış sahəsinə köçməsi və mülkiyyətçi tərəfindən kompensasiya verilməsi əsasına görə mümkündür. Hazırkı iş üzrə isə tədqiq edilmiş sübutlardan və tərəflərin mübahisə edilməyən izahatlarından müəyyən olunur ki, cavabdehlər fasiləsiz olaraq mübahisəli yaşayış sahəsində yaşamışlar, daimi yaşamaq üçün başqa yaşayış sahəsinə köçməmişlər. Eyni zamanda, cavabdehlərə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi əvəzində kompens asiya təklif edilməmişdir. Belə olan halda isə cavabdehlər mübahisəli yaşayış sahəsindən istifadə etmək hüququna malik olmuşlar, ona görə də onun mənzildən çıxarılması tələbi əsassız olduğundan təmin olunmamalıdır.
14. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.2, 228.4, 228.5-ci maddələrinə, “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumun 27 iyul 2001-ci il tarixli qərarında ifadə olunmuş mövqeyə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 82.3 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Ape llyasiya instansiyası məhkəməsindəki icraat:
15. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
16. Apellyasiya şikayəti iddia tələbi ilə oxşar məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, Əli Bayramlı Şəhər Məhkəməsinin 4 mart 2008-ci il tarixli qətnaməsi və Şirvan Apellyasiya Məhkəməsinin 23 oktyabr 2008-ci il tarixli qətnaməsi qəbul edilənədək və ondan sonra Cavabdeh1 nə o vaxtkı mülkiyyətçi ilə, nə də hazırkı mülkiyyətçi ilə notariat qaydasında təsdiqlənən yazılı razılaşma bağlamamışdır. Yəni, Cavabdeh1 evə köçürülməsi üçün mülkiyyətçinin razılığı olmamışdır. 4 mart 2008-ci il tarixli qətnaməni qəbul edən məhkəmə razılığın olmasını onunl a əsaslandırmışdır ki, Cavabdeh1 mülkiyyətçinin ailə üzvü ilə nikaha daxil olarkən (yəni onun ailə üzvü olarkən) ev Şaxanım Heybətovanın xüsusi mülkiyyətində olmamış və mənzil 2006-cı ilin fevral ayında özəlləşdirildikdən sonra Şaxanım Heybətovanın mülkiyyətinə keçmişdir. Beləliklə, həmin vaxt məhkəmələr qeyd edilən nəticəyə gələrkən hesab etmişdilər ki, Cavabdeh1 mülkiyyətçinin oğlunun arvadıdır. Lakin iş materiallarında olan Şirvan Şəhər Məhkəməsinin 2(032)-548/2012 nömrəli, 6 noyabr 2012-ci il tarixli qətnaməsindən müəyyən edilir ki, Ramiz Həmzəyev ilə Rəsmiyyə Qulamzadə (Həmzəyeva) arasında 30 aprel 2004-cü ildə Şirvan şəhər Qeydiyyat şöbəsində 130 nömrə ilə qeydə alınmış nikahın etibarsız hesab edilmişdir. Hazırda şikayət verilən qətnamənin əsaslandırıcı hissəsində isə göstərilmişdir ki, Şirvan şəhər Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli, 313111/2-26300/24 saylı cavab məktubundan görünür ki, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 həmin ünvana qeydiyyata düşməsinə səbəb olan sənədlərin saxlama müddəti bitdiyi üçün məhv edilmişdir və həmin şəxs ünvan 3 ünvanında 2017-ci il tarixdən qeydiyyatdadır. Beləliklə, Ramiz Həmzəyev ilə Cavabdeh1 arasında 30 aprel 2004-cü ildə Şirvan şəhər Qeydiyyat şöbəsində 130 nömrə ilə qeydə alınmış nikah etibarsız hesab edildiyi üçün Cavabdeh1 əvvəldən mülkiyyətçinin ailə üzvü olmamış və buna görə də həmin nikahın etibarsız hesab edilməsindən əvvəl qəbul edilmiş Əli Bayramlı Şəhər Məhkəməsinin 4 mart 2008-ci il tarixli qətnaməsinin və Şirvan Apellyasiya Məhkəməsinin 23 oktyabr 2008-ci il tarixli qətnaməsinin əsaslandırıcı hissəsində qeyd edil ənlər hazırkı qətnamənin nəticə hissəsində göstərilənlərə gəlmək üçün əsas ola bilməzdi. Digər tərəfdən qeyd edilməlidir ki, Əli Bayramlı Şəhər Məhkəməsinin 4 mart 2008-ci il tarixli qətnaməsinin və Şirvan Apellyasiya Məhkəməsinin 23 oktyabr 2008-ci il tarixli qətnaməsinin əsaslandırıcı hissəsində yuxarıda göstərilənlər qeyd edilsə də, hər iki məhkəmə Rəsmiyə Həmzəyevanın evdən istifadə hüququnu tanımamışdır. Belə ki, qeyd edilən qətnamələrin giriş hissəsindən də göründüyü kimi Rəsmiyə Həmzəyevanın həmin vaxt tələbi yaşayış sahəsindən istifadə hüququnun tanınması və azyaşlı uşaqları ilə birlikdə mənzilə köçürülməsi barədə olmuş, birinci instansiya məhkəməsi iddianı təmin etdiyini göstərsə də yalnız iddianı “evə köçürmə” hissəsində təmin etmiş, iddiaçının mənzilə istifadə hüququnu tanımamış, apellyasiya instansiyası məhkəməsi də bununla bağlı heç bir düzəliş aparmamışdır. Cavabdehlərin evdən istifadə hüquqlarının olması məhkəmə tərəfindən də tanınmamışdır. Qeyd edilənlər isə onu göstərir ki, istifadə hüququnun yaranması üçün cavabdehlərin mülkiyyətçi ilə yazılı razılığın yoxdur və onların mənzildən istifadə hüququnun tanınması barədə hər hansı məhkəmə qətnaməsi qəbul edilməmişdir. Eyni zamanda, cavabdehlərin belə bir hüquqlarının olması daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış istifadə hüququnun olmasına əsaslanan məhkəmə qətnaməsi qanunvericiliyə ziddir.
17. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) 2(106)-470/25 nömrəli, 13 fevral 2025-ci il tar ixli qətnaməsi ilə (hakimlər – Mahir Əsədli (sədrlik edən və məruzəçi), Tofiq Heydərov və Aytən Novruzova) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
18. Apellyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, şikayətin dəlili ondan ibarətdir ki, Şirvan Şəhər Məhkəməsinin xx.xx.2008-ci il tarixli qətnaməsi qəbul edilənədək və ondan sonra Cavabdeh1 nə o vaxtkı mülkiyyətçi ilə, nə də hazırkı mülkiyyətçi ilə notariat qaydasında təsdiqlənən yazılı razılaşma bağlamamışdır. Yəni Cavabdeh1 evə köçürülməsi üçün mülkiyyətçinin razılığı olmamışdır. Eyni zamanda, Əli Bayramlı Şəhər Məhkəməsinin 4 mart 2008-ci il tarixli qətnaməsi ilə Rəsmiyə Həmzəyevanın evdən istifadə hüququnu tanınmamışdır. Şikayətin bu dəlilləri əsassızdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Əli Bayramlı (indiki Şirvan) şəhər Məhkəməsinin 04 mart 2008-ci il tarixli qətnaməsi ilə Cavabdeh1 azyaşlı uşaqları xx xxxxx 2003-cü il təvəllüdlü Cavabdeh2 və xx xxxxxxxx 2004-cü il təvəllüdlü Cavabdeh3lə birlikdə Əli Bayramlı şəhəri, N.Nərimanov küçəsində yerləşən 9 saylı evin 5-ci mənzilinə köçürülmələri qət edilmişdir. Məhkəmənin sözügedən qətnaməsindən apellyasiya şikayəti verilsə də, Şirvan Apellyasiya Məhkəməsinin 23 oktyabr 2008-ci il tarixli qətnaməsi ilə Şaxanım Heybətovanın apellyasiya şikayəti təmin edilməyərək, iş üzrə Əli Bayramlı şəhər Məhkəməsinin 4 mart 2008-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, hazırkı mülki iş üzrə iddiaçı mənzilin mülkiyyəçisidir. Hazırkı mülki iş üz rə cavabdehlər isə qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə mənzilə köçürülmüş şəxslərdir və həmin şəxslərin mübahisəli mənzilə istifadə hüququnun mövcud olması tanınmışdır. Yəni şikayətin bu dəlili qətnamənin ləğvi üçün əsas ola bilməz.
19. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, yuxarıda qeyd edilən qətnamələrin əsaslandırıcı hissəsində Cavabdeh1 mübahisəli mənzilə istifadə hüququnun tanınması müddəasının qeyd edilməməsi Cavabdeh1 mənzilə olan istifadə hüququnun olmaması anlamına gəlmir. Yəni, Cavabdeh1 mübahisəli mənzilə istifadə hüququnun olması əsası ilə köçürülmüşdür.
20. Məhkəmə kollegiyası daha sonra qeyd etmişdir ki, apellyasiya şikayətinin digər dəlili ondan ibarətdir ki, Ramiz Həmzəyev ilə Cavabdeh1 arasında 30 aprel 2004-cü ildə Şirvan şəhər Qeydiyyat şöbəsində 130 n ömrə ilə qeydə alınmış nikah etibarsız hesab edildiyi üçün Cavabdeh1 əvvəldən mülkiyyətçinin ailə üzvü olmamış və buna görə də həmin nikahın etibarsız hesab edilməsindən əvvəl qəbul edilmiş Əli Bayramlı Şəhər Məhkəməsinin 4 mart 2008-ci il tarixli qətnaməsinin və Şirvan Apellyasiya Məhkəməsinin 23 oktyabr 2008-ci il tarixli qətnaməsinin əsaslandırıcı hissəsində qeyd edilənlər hazırkı qətnamənin nəticə hissəsində göstərilənlərə gəlmək üçün əsas ola bilməzdi. Mənzillərə istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi və ona xitam verilməsi məsələləri Mülki Məcəllənin normalarına müvafiq olaraq tənzimlənir. Başqa sözlə, nikahın bağlanması sırf ailə münasibətləriylə bağlı, mülkiyyətçinin mənzilinə istifadə hüququ ilə əlaqədar məsələlər isə mülki münasibətlərlə bağlı olan məsələdir. Anal oji mübahisələrin düzgün həlli baxımından həmin münasibətlərin fərqləndirilməsinin mühüm əhəmiyyəti vardır. Belə yanaşma “Azərbaycan Respublikası Mülki Məcəllənin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-ci il tarixli Qərarında də təsbit edilmişdir. Həmin Qərarında Məhkəmə qeyd etmişdir ki, Mülki Məcəllənin 228-ci maddəsinin məzmunundan məlum olur ki, həmin maddədə yaşayış binasının tərkib hissəsindən istifadə etmək səlahiyyətini təmin edən hüquq, mülki qanunvericilikdə məhdud əşya hüquqlarına dair nəzərdə tutulan bütün xüsusiyyətləri özündə əks etdirdiyinə görə, məhdud əşya hüququdur. Bu isə o deməkdir ki, Mülki Məcəllənin 228-ci maddəsində nəzərd ə tutulmuş hüququn “ər və arvada” münasibətdə əmələ gəlməsini yalnız nikahla bağlamaq, onu nikahdan asılı etmək düzgün olmazdı. Həmin normanın bu cür təfsiri, hər şeydən öncə, qanunun özünün əsl mahiyyətinə, onun güddüyü həqiqi məqsədlərə, başlıcası isə hüququn ümumi prinsiplərinə zidd olardı. Nəzərə almaq lazımdır ki, ər, arvad, ailə və ailə üzvləri anlayışları birbaşa ailə münasibətlərini tənzimləyən qanunvericilikdən fərqli olaraq, mülki münasibətlərdə, o cümlədən də mənzil hüququ ilə bağlı münasibətlərdə daha geniş məna kəsb edir və daha geniş əhatə dairəsinə malikdir. Qeyd edilməlidir ki, ər, arvad (ər və arvad) sözləri (məfhumları) heç bir vəchlə Azərbaycan Respublikası Ailə Məcəlləsində nəzərdə tutulmuş qaydada müvafiq icra orqanında rəsmi qeydə alınmış nikahda olan kişi və qadın ki mi qəbul oluna bilməz. Hamıya məlum və danılmaz faktdır ki, müvafiq icra hakimiyyəti orqanında nikah bağlamadan, dini kəbinkəsmə qaydasında, bəzən də bunsuz ailə qurub yaşayan xeyli sayda ailələr mövcuddur. Bununla belə, qeyd-şərtsiz olaraq bütün cəmiyyət tərəfindən həmin ailədə kişi və qadın məhz ər və arvad kimi qəbul olunur. Beləliklə də məlum olur ki, ər, arvad (əri, arvadı ) anlayışları təkcə müvafiq icra orqanında nikah bağlamış kişi ilə qadını deyil, həm də bu cür nikah olmasa belə, ailə qurmaq məqsədi ilə ailə qurub yaşayan bütün kişi və qadınları ehtiva edir, onları da nəzərdə tutur.
21. Məhkəmə kollegiyası bundan başqa qeyd etmişdir ki, hazırkı mübahisə tərəfləri arasında münasibətlərin yarandığı vaxt və xx.xx.2009-cu il tarixinədək qüvvədə olmuş (qeyd edilməlidir ki, mübahisəli mənzil 2006-cı il tarixdə mülkiyyət kimi iddiaçının anasının adına qeydə alınmışdır) Mənzil Məcəlləsində icarədarın ailə üzvləri kimi onun əri (arvadı), onların uşaqları və valideynləri qeyd olunmuş, elə orada da icarədarla birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslərin də ailə üzvləri hesab edilə bilməsi, daha sonra isə icarədarın başqa vətəndaşları da ailə üzvləri sifəti ilə yaşayış sahəsinə köçürmək hüququ nəzərdə tutulmuşdur (həmin Mənzil Məcəlləsi, maddə 53-54). Göründüyü kimi, misal olaraq istinad olunan qanunda ailə üzvlərinin dairəsi nəinki konkret şəxslərə münasibətdə məhdud olmayıb, əksinə, hətta ayrı-ayrı təsnifatlandırıla bilən üç müxtəlif kateqoriyaya mənsub və həm də qeyri-müəyyən şəxslərə şamil olunmuşdur. Başqa sözlə, həmin qanunun mənasına görə və onun məq sədləri üçün aşağıdakılar ailə üzvləri hesab olunur: -birincisi, icarədarla qohumluq faktına əsaslanan yaxın qohumlar, ikincisi, icarədarla birlikdə yaşayan və təsərrüfat aparan digər şəxslər, - üçüncüsü, nə birinci, nə də ikincilərə aid olmayan, lakin razılıqla icarədarın mənzilinə köçmüş başqa şəxslər.
22. Məhkəmə kollegiyası bundan başqa qeyd etmişdir ki, iş üzrə cavabdehin mənzilin sahibinin qardaşı ilə mövcud olan nikahlarının etibarsız hesab edilməsi cavabdehlərlə mübahisəli mənzilin sahibinə münasibətdə hər hansı bir hüquqi nəticə yaratmır. İş materiallarında olan Şirvan Apellyaisya Məhkəməsinin 2(106)-525/08 nömrəli, xx.xx.2008-ci il tarixli qətnaməsində göstərilmişdir ki, cavabdeh mübahisəli evə gəlin köçüb, həmin evdə yaşamağa başlayarkən Əli Bayramlı şəhəri, N.Nərimanov küçəsind ə yerləşən 9 saylı evin 5 saylı mənzili cavabdeh Şaxanım Heybətovanın mülkiyyətində olmamış, mənzil 2006-cı ilin fevral ayında özəlləşdirildikdən sonra Şaxanım Heybətovanın mülkiyyətində olmuşdur. Baxılan işdə iş üzrə Cavabdeh1 ilə Ramiz Həmzəyev 2001-ci ildən rəsmi nikahda olmasa belə faktiki nikah münasibətlərində olmuş şəxs kimi, gələcək mülkiyyətçi (qeyd edilməlidir ki, mübahisəli mənzil 2006-cı il tarixdə mülkiyyət hüququ ilə indiki iddiaçının anasının adına qeydə alınmışdır) tərəfindən ailə üzvü kimi mənzilə buraxılmış, cavabdeh 2001-ci ildən mübahisəli mənzilə köçərək burada yaşamış, icarədar ilə bərəbər birgə təsərrüfat aparmış və mənzil mülkiyyət hüququ ilə iddiaçının anasının adına qeydiyyata alındıqdan sonra da bu günə kimi mübahisəli mənzildə yaşayır. Hazırkı iş üzrə digər ca vabdehlər də Cavabdeh1 uşaqları olmaqla onunla birlikdə mübahisəli mənzildə yaşamış, bu gündə artıq yetkinlik yaşına çataraq anaları ilə birlikdə mübahisəli mənzildə yaşayırlar.
23. Məhkəmə tərkibi yekun olaraq hesab etmişdir ki, cavabdehlərin başqa yerdə mənzil tələbatını ödəməyə imkanı olmadığı halda mübahisəli evdən çıxarılma tələbinin təmin edilməsi qanunvericiliyə və ədalət prinsipinə uyğun olmazdı. Çünki heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.
24. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 43-cü, Mülki Məcəllənin 228-ci maddəsinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-ci il tarixli Qərarına və Mülki Prosessual Məcəllənin 82.3, 372.6 və 385-ci maddələrinə istinadla əsaslandırmışdır. Kass asiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:
25. Qətnamədən iddiaçı (vəkil Nümayəndə Seyidli oğlu) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
26. Kassasiya şikayəti apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumun 27 iyul 2001-ci il tarixli qərarında vurğulanmışdır ki, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin qaydalarına uyğun həll edilməlidir. Burdan belə aydın olur ki, hazırkı mübahisə qüvvədən düşmüş Mənzil Məcəlləsinin qaydalarına uyğun həll edilə bilməz. Qeyd edilən maddi hüquq normalarında isə imperativ qaydada göstərilmişdir ki, mülkiyyətçi olmayan şəxslərin (o cümlədən, mülkiyyətçisinin ailə üzvlərinin) yaşayış binasının tərkib hissəsindən istifadə hüququna malik olmaları üçün həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmalıdır. Lakin cavabdehlərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamasına baxmayaraq, birinci və apellyasiya instansiya məhkəmələri onların mənzildən istifadə hüquqlarının olması barədə səhv qənaətə gəlmişdir. Əli Bayramlı şəhər Məhkəməsinin qeyd edilən qətna məsi qəbul edilənədək və ondan sonra Cavabdeh1 nə o vaxtkı mülkiyyətçi ilə nə də hazırkı mülkiyyətçi ilə notariat qaydasında təsdiqlənən yazılı razılaşma bağlamamışdır. Yəni Cavabdeh1 evə köçürülməsi üçün mülkiyyətçinin razılığı olmamışdır. Əli Bayramlı Şəhər Məhkəməsinin 4 mart 2008-ci il tarixli qətnaməsinin və Şirvan Apellyasiya Məhkəməsinin 23 oktyabr 2008-ci il tarixli qətnaməsinin əsaslandırıcı hissəsində yuxarıda göstərilənlər qeyd edilsə də hər iki məhkəmə Rəsmiyə Həmzəyevanın evdən istifadə hüququnu tanımamışdır. Belə ki, qeyd edilən qətnamələrin giriş hissəsindən də göründüyü kimi Rəsmiyə Həmzəyevanın həmin vaxt tələbi yaşayış sahəsindən istifadə hüququnun tanınması və azyaşlı uşaqları ilə birlikdə mənzilə köçürülməsi barədə olmuş, birinci instansiya məhkəməsi iddianı təmin etdiy ini göstərsə də yalnız iddianı “evə köçürmə” hissəsində təmin etmiş, iddiaçının mənzilə istifadə hüququnu tanımamış, apellyasiya instansiyası məhkəməsi də bununla bağlı heç bir düzəliş aparmamışdır. Beləliklə, cavabdehlərin evdən istifadə hüquqlarının olması məhkəmə tərəfindən də tanınmamışdır. Qeyd edilənlər isə onu göstərir ki, istifadə hüququnun yaranması üçün cavabdehlərin mülkiyyətçi ilə yazılı razılığın yoxdur və onların mənzildən istifadə hüququnun tanınması barədə hər hansı məhkəmə qətnaməsi qəbul edilməmişdir. Eyni zamanda, cavabdehlərin belə bir hüquqlarının olması daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış istifadə hüququnun olmasına əsaslanan məhkəmə qətnaməsi qeyd edilən maddi hüquq normalarına ziddir. Yuxarı da da göstərildiyi kimi, həmin qətnamə ilə evə köçürülənlərin mənzildən istifadə hüquqları tanınmamışdır. Yəni şəxslər həmin evə məhkəmənin qətnaməsi ilə köçürülümüş və artıq 17 ilə yaxındır ki, həmin qətnamə əsasında mübahisəli mənzildə yaşayırlar.
27. Məhkəmə qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə düzgün istinad etməmiş və bununla da prosessual hüquq normasının tələblərini pozmuşdur. Belə ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 23 fevral 2016-cı il tarixli Qərarının əsaslandırıcı hissəsində göstərilmişdir ki, preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Əli Bayramlı şəhər Məhkəməsinin 4 mart 2008-ci il tarixli qətnaməsinin qəbul edilməsi ilə nəticələnən işlə hazırkı iş eyni deyil. Həmin qətnamə ilə Cavabdeh1 azyaşlı uşaqları ilə birlikdə Əli Bayramlı şəhəri, N.Nərimanov küçəsində yerləşən 9 saylı evin 5-ci mənzilinə köçürülmələri qət edilmişdir. Yuxarıda da göstərildiyi kimi həmin qətnamə ilə evə köçürülənlərin mənzildən istifadə hüquqları tanınmamışdır. Yəni şəxslər həmin evə məhkəmənin qətnaməsi ilə köçürülümüş və artıq 17 ilə yaxındır ki, həmin qətnamə əsasında mübahisəli mənzildə yaşayırlar. Hazırda isə iddiaçı hesab edir ki, qardaşının azyaşlı uşaqları artıq böyümüşlər və cavabdehlər özlərinə yaşayış üçün başqa mənzil ala və ya kirayəyə götürə bilərlər. Faktiki olaraq mülkiyyətçinin onlarla birlikdə həmin mənzildə yaş amaları isə aralarındakı münasibətlərə görə mümkün deyil və Azərbaycan Respublikasında onun başqa evi yoxdur. Buna görə də cavabdehlərdən bundan sonra onun evində yaşamamalarını tələb edir.
28. Əli Bayramlı şəhər Məhkəməsinin 4 mart 2008-ci il tarixli qətnaməsi qəbul edilərkən X9 ilə Cavabdeh1 arasında 30 aprel 2004-cü ildə Şirvan şəhər Qeydiyyat şöbəsində 130 nömrə ilə qeydə alınmış nikah etibarsız hesab edilməmiş, mülkiyyətçi dəyişməmiş, cavabdehlər mülkiyyətçinin qardaşını evdən çıxarmamış, mülkiyyətçi evinə girmək imkanından məhrum olmamışdır. Cavabdehlərdən birinin iki azyaşlı uşağı var idi, cavabdehlərdən ikisi yetkinlik yaşına çatmamışdı və s. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası.
29. Maddə
29. İİİ. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
30. Maddə
43. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
31. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
32. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkət ləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
33. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
34. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
35. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.
36. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçir ilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.
37. Maddə 228.4. Yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir.
38. Maddə 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. “Azərbaycan Respublikası Mülki Məcəllənin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin ş ərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16.12. 2014-ci il tarixli qərarı. 39. “... Mülki Məcəllənin 228-ci maddəsinin məzmunundan məlum olur ki, həmin maddədə yaşayış binasının tərkib hissəsindən istifadə etmək səlahiyyətini təmin edən hüquq, mülki qanunvericilikdə məhdud əşya hüquqlarına dair nəzərdə tutulan bütün xüsusiyyətləri özündə əks etdirdiyinə görə, məhdud əşya hüququdur. Bu isə o deməkdir ki, Mülki Məcəllənin 228-ci maddəsində nəzərdə tutulmuş hüququn “ər və arvada” münasibətdə əmələ gəlməsini yalnız nikahla bağlamaq, onu nikahdan asılı etmək düzgün olmazdı. “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Mə hkəməsinin 27 iyul 2001-ci il tarixli Qərarı. 40. “...2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir...”. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
41. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
42. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
43. Maddə 76.2. Məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
44. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
45. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
46. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
47. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkə mə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
48. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
49. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
50. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və də lillərindən asılı olmayaraq yoxlanılmalıdır.
51. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
52. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:
53. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
54. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:
55. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətna məsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
56. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessua l hüquqi əsasları düzgün müəyyən edilmişdir.
57. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
58. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prose ssual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. 59. “Məhkəmə qətnaməsi haqqında ” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
60. İzah olunmalıdır ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki P rosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.
61. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.
62. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.
63. Bu səbəbdən, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəy işdirilmədən saxlanılmalıdır.
64. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-470/2025 nömrəli, 13 fevral 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.