Məhkəmə qərarları › İş №2(102)-1725/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-1725/2022

25.05.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəl
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1725/2022 25.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: yazılı sübutlar, tərcüməçi, məhkəmə aktının əsaslandırılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı şəxsin sağlamlığına vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7826/2021 nömrəli iş üzrə 23 noyabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı və Cava bdeh2 tərəfindən verilmiş kassasiya şikayətlərinə 25 may 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. X2 Cavabdeh1nə (bundan sonra – MMC) məxsus “Mersedes G63” markalı, 10PP-203 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə 03 avqust 2017-ci il tarixində yol hərəkəti qaydalarını pozması nəticəsində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı İddiaçı (bundan sonra – iddiaçı) və həyat yoldaşı Tekiş Muttalibin sağlamlığına ağır zərər vurulmuşdur.

2. Qəza törədən avtomobilin mülkiyyətçisi olan MMC tərəfindən iddiaçıya və həyat yoldaşı Muttalib Tekişə Azərbaycan Respublikasında və Türkiyə Respublikasında onların müalicə olunmaları ilə bağlı bu günədək yaranmış xərcləri ödədiyi və onların müalicəsinin davam etdirilməsi, bununla əlaqədar zəruri olan bütün sonrakı xərclərin də əvəzini ödəmək öhdəliyi daşıdığı və bu öhdəliyi vaxtı-vaxtında və lazımınca yerinə yetirəcəyi barədə 05 dekabr 2017-ci il tarixli məktub göndərmişdir.

3. X2 atası Cavabdeh2 (bundan sonra – cavabdeh) 08 dekabr 2017-ci il tarixli öhdəlik ərizəsi ilə X2 törətdiyi və iddiaçının, habelə onun həyat yoldaşının xəsarət alması ilə nəticələnən yol qəzasına görə zərərçəkmiş şəxslərə əvvəlcə çəkdiyi xərclərə və ödənişlərə əlavə olaraq maddi və mənəvi ziyan qarşılığında iddiaçıya xx.xx.2017-ci il tarixdə 265.000 ABŞ dolları əlavə ödəyəcəyi və bundan əlavə iddiaçıya indiyə qədər yaranmış və yaranacaq bütün müalicə və qulluq xidmətlərinin xərclərini ödəyəcəyi barədə öhdəlik götürmüşdür.

4. İddiaçı xx.xx.2017-ci il tarixində avtomobil qəzası ilə əla qədar Bakı Ağır Cinayətlər Məhkəməsində baxılan 1(101)-1442/2017 nömrəli cinayət işində təqsirləndirilən şəxs X1 şikayətçi olmadığını, gələcəkdə də ona qarşı qəza ilə bağlı heç bir iddia qaldırmayacağını, cinayət işi ilə əlaqədar təqsirləndirilən şəxslə bağlı bütün iddia və təminat hüququndan imtina etməsi barədə Türkiyə Respublikası Adana 11 saylı Notariat Kontorunda tərtib edilmiş xx.xx.2017-ci il tarixli yazılı imtina vermişdir.

5. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1442/2017 nömrəli, xx.xx.2017-ci il tarixli hökmünə əsasən, X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (CM) 263.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməklə təqsirli bilinmiş və ona 02 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 06 il müddətinə azadlıqdan məhrumetmə c əzası təyin edilmişdir.

6. Cavabdehlər tərəfindən 2019-cu ilin yanvar ayına qədər iddiaçının müalicə və digər xərcləri ödənilmişdir.

7. Türkiyə Respublikası Səhiyyə Nazirliyi Adana Çukurova X4 X11 Əlillik Tibbi Komissiyasının xx.xx.2019-cu il tarixli rəyi ilə iddiaçının müayinəsindən sonra əlillik tibbi komissiyası aşağıdakı nəticəyə gəlmişdir: Diaqnozlar: Pareplaegiya+əməliyyat olunmuş bel fəqərəsinin sınığı+ümumi sidik intoksikasiyası; Əlillik faizi: 80% (səksən): Asılılığın qiymətləndirilməsi: qismi asılılıq. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı MMC-yə və cavabdehə (bundan sonra – cavabdehlər) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sağlamlığıma vurulmuş zərərə görə kompensasiya kimi maddi zərər üçün 1.050.000 ABŞ dolları və 993.932 Türkiyə Lirəsi, mənəvi zərərə görə 500.000 ABŞ dolları olmaqla, ümumilikdə 1.550.000 ABŞ dolları, 993.932 Türkiyə Lirəsi və 22 000 avro vəsaitin cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, X2 03 avqust 2017-ci il tarixində yol hərəkəti qaydalarını pozması nəticəsində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı onun və həyat yoldaşının sağlamlığına ağır zərər vurulmuşdur, Onlar ağır bədən xəsarətləri aldıqlarından əlil olmuşlar. Həmin vaxtdan o, davamlı olaraq xəstəxanalarda qalır, müalicə olunur, əmək qabiliyyətimi itirmiş, ağır xəsarətlərlə yaşamaqdadır, başqasının köməyi olmadan öz həyat fəaliyyətini davam etdirmək imkanından məhrumdur. MMC tərəfindən verilmiş məktuba əsas ən həmin MMC-yə məxsus avtomobilin törətdiyi qəza nəticəsində onların Azərbaycanda müalicəsi, Azərbaycandan Türkiyəyə nəql edilməsi, Türkiyə Respublikasının Ankara və Adana şəhərlərində müalicə olunmaları, onların uşaqlarının yola salınması və uşaqların təhsili ilə bağlı ümumilikdə 189.983 manat MMC tərəfindən ödənilmiş, bundan sonra da yaranacaq müalicə xərcləri və digər tələblərin ödəniləcəyi bildirilmişdir. Bununla yanaşı, MMC 05 dekabr 2017-ci il tarixli əqdlə, cavabdeh isə 08 dekabr 2017-ci il tarixli əqdlə sağlamlıqlarının pozulması ilə bağlı və ondan irəli gələn, habelə ortaya çıxmış və gələcəkdə meydana gələcək bütün zərər və ziyanları ödəməyi öhdələrinə götürmüşlər. Bundan başqa, cavabdeh maddi və mənəvi zərərin əvəzi kimi əlavə olaraq xx.xx.2017-ci il tarixinədək ona 310.000 ABŞ dolları da ayrıca kompensasiya olaraq ödəyəcəyini öhdəsinə götürmüş, o isə xx.xx.2017-ci il tarixinədək cavabdehin oğlu, təqsirləndirilən Allahverdiyev Naildən şikayət etməmək barədə ərizə yazaraq məhkəməyə göndərməklə onun cəzasının yüngülləşdirməsinə köməklik edəcəkdir. Bu məzmunda qarşılıqlı olaraq razılığa gəlmişlər. Razılaşmadan sonra xx.xx.2017-ci il tarixində cavabdeh ona 45.000 ABŞ dolları vermiş və bildirmişdir ki, həmin məbləği beh olaraq verir, xx.xx.2017-ci il tarixinədək də qalan 265.000 ABŞ dollarını ödəyəcək. Buna dair notarial qaydada əqd yazaraq ona vermiş, o da X1 şikayətçi olmadığına dair notarial qaydada təsdiq olunmaqla ərizə imzalayıb cavabdehə vermişdir. Bundan sonra, cavabdeh xx.xx.2017-ci il tarixində ona 265.000 ABŞ dolları deyil, 190.000 ABŞ dolları ödəmiş, qalıq vəsaiti ödəməmişdir. Beləliklə, cavabdeh əlavə və ayrıca ödəməyi vəd etdiyi 265.000 ABŞ dolları puldan ona 190.000 ABŞ dolları ödəmiş, qalan 75.000 ABŞ dollarını bu günədək ödəməmişdir. 265.000 ABŞ dolları ayrıca və əlavə olaraq ödənilməli, yəni həmin məbləğdən göstərilən tarixə qədər olan xərclər çıxılmamalı idi. Bunu cavabdeh xx.xx.2017-ci il tarixli əqddə aydın bəyan etmişdir. Lakin dəfələrlə şifahi və yazılı xəbərdarlıq etməsinə baxmayaraq onlar öz öhdəliklərini yerinə yetirməmişlər. Yol-nəqliyyat hadisəsi nəticəsində sağlamlığına vurulmuş xəsarət onun müalicəyə, müayinələrə, tibbi xidmətlərə, əlavə qidalanmaya, dava-dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə və digər əlaqədar məsrəflər üçün bu günə kimi 200.000 ABŞ dolları m əbləğindən çox xərci çıxmışdır. Bundan əlavə, hazırda onun hər ay baxım və müalicəsi üçün ən az 4000 ABŞ dolları xərci çıxmır. Qulluq edən şəxslər əmək və vaxtının çox hissəsini ona sərf etməli olduğundan onlara aylıq haqq ödəməli olur. Qazancı yoxdur, sağlamlığına vurulmuş ağır xəsarət nəticəsində bundan sonra da işləmək və qazanc əldə etmək imkanı yoxdur, həmçinin əri də onunla eyni vəziyyətdədir, üstəlik müalicə və baxım məsrəfləri, övladlarının xərcləri vardır. Ailələrinin və özlərinin yaşayışı və dolanışığını təmin etmək iqtidarından məhrum olmuşlar. Ona görə də cavabdehlər sağlamlığa vurulmuş zərərə görə ona aşağıdakı miqdarda pul vəsaitlərini ödəməlidirlər (ödəməli olduqları halda bu günədək ödəməmişlər): 1) 75.000 dollar xx.xx.2017-ci il tarixli vəd üzrə ödənilməli olan qalıq məblə ğ; 2) 635.000 TL - 01 fevral 2019-cu il tarixindən 28 fevral 2021-ci il tarixinədək fizioterapiya, nevrofiziologiya və s. reabilitasiya xidmətləri, eləcə də digər tibbi xidmətlər üçün ödənilmiş məbləğ; 3) 16.146 TL - zəruri tibbi avadanlıq və cihazlar (Qlobus Premium 400 Portativ Dijital masaj/ems/tens cihazı - 2789,90 TL, Oxycyccle kond. Vesosipedi - 990 TL, təkərli oturacaq və digər – 13.360 TL) üçün ödənilmiş məbləğ; 4) 180.000 TL - 01 fevral 2019-cu il tarixindən 28 fevral 2021-ci il tarixinədək başqasının qulluğu və köməyi üçün ödənilmiş məbləğ; 5) 85.750 TL - 01 fevral 2019-cu il tarixindən 28 fevral 2021-ci il tarixinədək tibbi xidmət mərkəzlərinə gediş-gəliş üçün sürücü və nəqliyyat xidmətləri xərci; 6) 3412 TL - aviabilet xərcləri (məhkəmədə iştirak edəcək nümayəndəyə aviabilet üç ün ödənilən məbləğ; 7) 22.000 EUR - nevro tronik ayaq biləyi sensorlu xüsusi hazırlanmış yürümə cihazı; 8) Ödənilmiş vəsaitlər üzrə müvafiq faizlər. Qeyd olunanlar bu günə kimi tərəfindən ödənilmiş olan xərclərdir. Bunlardan əlavə, sonrakı müayinə və müalicəsinin, eləcə də tibbi xidmətlərin davam etdirilməsi, habelə həyatının davam etdirilməsi üçün zəruri olan 960.000 dollar və mənəvi zərərə görə kompensasiya kimi 500.000 dollar vəsait də ayrıca ödənilməlidir. Yekun olaraq ona ümumilikdə 1.550.000 ABŞ dolları, 993.932 Türkiyə Lirəsi, 22.000 avro ödənilməlidir. Bunlardan əlavə, özü və azyaşlı övladları zəruri psixoloji müalicə almışlar və almaqda davam edirlər. Müvafiq psixoloji müalicə, dərman müalicəsi, psixiatriya yardımı (seanslar) və məsləhətləri üçün ödəniş etməli olurlar. Muttalib Tekişlə xx.xx.2001-ci il tarixdə nikaha daxil olmuşdur və birgə nikahdan xx.xx.2002-ci il təvəllüdlü Mislina Tekiş, xx.xx.2004-cü il təvəllüdlü X12 və xx.xx.2013-cü il tarixli Mekselina Tekiş adlı övladları dünyaya gəlmişdir. Sağlamlığını itirdiyi vaxt onların müvafiq olaraq 4, 13, 15 yaşları olmuşdur. Onların azyaşlı uşaq kimi ana qayğısına ehtiyacları olduğu vaxt onun sağlamlığı pozulmuş və uşaqların əlil olmuş analarını hər gün görmələri, həm uşaqlar, həm də özləri üçün çox ağır, böyük mənəvi iztirab olmuşdur. Baş verənlər nəticəsində ailəsi və uşaqları ilə bərabər davamlı olaraq stress və depressiyaya məruz qalırlar.

10. İddiaçı iddia tələbinin əsasını təsdiq edən sübut kimi məhkəməyə xx.xx.2017-ci il tarixli, xx.xx.2017-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli qəbzləri, xx.xx.2021-ci il tarixli müstəqil peşə fakturasını, xx.xx.2020-ci il tarixli təqdim edilən malların siyahısını, X16 və Dış Ticarət İrsaliyeli Fakturanı, X7 Protez-Ortez Hazırlama və Tətbiqi Mərkəzinin xx.xx.2019-cu il tarixli arayışını, Elektron biletin çıxarışını, X5 aidiyyəti orqana ünvanladığı xx.xx.2021-ci il tarixli məktubu təqdim etmişdir.

11. İddia tələbinə qarşı cavabdehlərin etirazı onunla əsaslandırılmışdır ki, cavabdehlər tərəfindən iddiaçının və ərinin müalicə olunması ilə bağlı əhəmiyyətli miqdarda pul vəsaitləri nağd şəkildə və bank transferi vasitəsi ilə ödənilmişdir. Onların müalicəsinə, evakuasiyasına (təyyarə və ambulansa), uşaqlarının təhsilinə, ev kirayəsinə və nağd olaraq onların özlərinə 76.352 AZN, 6480 Avro, 670.207 TL, 345.400 ABŞ dolları ödənilmişdir. İ ddiaçı və əri tərəfindən tələblərinin qalmaması barədə Türkiyə Respublikasında notarial qaydada təsdiqlənmiş iltizam təqdim edilmişdir. xx.xx.2017-ci il tarixdə 45.000 ABŞ dolları iddiaçıya nağd olaraq verilmiş və bunun təsdiqi kimi iddiaçı müvafiq iltizama imza etmişdir. İddiaçının iddia ərizəsində istinad etdiyi cavabdehin notariat qaydasında verdiyi xx.xx.2017-ci il tarixli zəmanətdə (Taahhütname) qeyd edilmişdir ki, həmin tarixə qədər, yəni, xx.xx.2017-ci il tarixədək edilmiş bütün ödənişlərdən əlavə olaraq xx.xx.2017-ci il tarixədək 265.000 ABŞ dolları ödəniləcəkdir. Həmin tarixdə, yəni, xx.xx.2017-ci il tarixdə iddiaçı notariat qaydada təsdiqlənmiş yazılı imtina verərək, qəza ilə bağlı heç bir iddia qaldırmayacağını, bütün iddia və təzminat hüquqlarından imtina etdiyini bildirmişdir. xx.xx.2017-ci il tarixdə iddiaçının ərinə 40.000 ABŞ dolları nağd olaraq verilmiş və bunun təsdiqi kimi iddiaçının əri etibarnamə üzrə nümayəndə kimi müvafiq iltizama imza etmişdir. Hazırda isə iddiaçının əri bildirir ki, guya 40.000 ABŞ dolları onun xəsarət alması ilə bağlı ödənilmişdir. Halbuki, cavabdeh iddiaçının əri qarşısında heç bir öhdəlik götürməmişdir. Bundan sonra, cavabdeh tərəfindən X14 vasitəsi ilə iddiaçının həmin bankdakı İBAN TR 94 0006 4000 0026 0120 3883 05 nömrəli hesabına 45.000 ABŞ dolları köçürülmüşdür. Hazırda iddiaçı iddia edir ki, guya həmin pul vəsaiti onun yaxınları tərəfindən ödənilmişdir. Lakin həmin pul vəsaiti Adana şəhərində cavabdeh tərəfindən Türkiyə Respublikasının vəkili Gürşad Karacanın yanında İş bankasının şöbəsində iddiaçının hesabına ödənilmişdir. İddiaçının guya, pul vəsaitlərinin onun qohumları tərəfindən onun hesabına ödənilməsi “dəlili” tamamilə əsassızdır. Belə ki, bu halda məxfi sayılan bank əməliyyatları məlumatı cavabdehdə ola bilməzdi. Bundan əlavə, iddiaçının məhkəməyə təqdim etdiyi sənəddən həmin pul vəsaitinin kim tərəfindən ödənildiyini sübut edən heç bir məlumat yoxdur. Əgər iddiaçı pul vəsaitlərinin onun qohumları tərəfindən ödənilməsini bildirirsə, bunu təsdiq edən sübutu məhkəməyə təqdim etməlidir. Daha sonra, cavabdeh tərəfindən X14 vasitəsi ilə iddiaçının həmin bankdakı İBAN TR 94 0006 4000 0026 0120 3883 05 nömrəli hesabına xx.xx.2017-ci il tarixdə 190.000 ABŞ dolları köçürülmüşdür. Göründüyü kimi, iddiaçının istinad etdiyi xx.xx.2017-ci il tarixli zəmanətin (Taahhütnamenin) 265.000 ABŞ dolları ödəmək barədə öhd əliyi artıqlaması ilə, yəni, 275.000 ABŞ dolları ödənilməklə (45.000+40.000+190.000=275.000) yerinə yetirilmişdir. İddiaçı bildirir ki, guya, xx.xx.2017-ci il tarixdən sonra cavabdeh öhdəlik götürmüşdür. Halbuki, bunu təsdiq edən heç bir əqd mövcud deyil. Həmin zəmanətdəki 265.000 ABŞ dollarına aid edilməyən xərclərə gəldikdə isə qeyd edilməlidir ki, 2017-ci ilin avqust ayından 2019-cu ilin yanvar ayına qədər iddiaçının xəstəxana xərcləri də tam olaraq ödənilmişdir. İddiaçı bildirir ki, guya, müalicə və digər xərclər üçün cəmi 189.983 manat ödənilmişdir. Həmin məbləğ 18 dekabr 2017-ci il tarixli hökmdə göstərilən rəqəmdir. Lakin iddiaçı qeyd etməyi unutmuşdur ki, ümumilikdə iddiaçının 2019-cu ilin yanvar ayına kimi olan bütün müalicə və digər xərcləri də tam olaraq ödənilmişdir. Cavabdeh in verdiyi xx.xx.2017-ci il tarixli zəmanətdən (Taahhütname) sonra iddiaçının müalicə olunması ilə bağlı “Alqomed” xəstəxanasına 530.247 TL ödənilmişdir. İddiaçının nümayəndəsi və vəkili tərəfindən məhkəməyə sonrakı müalicə ilə bağlı yarandığı iddia edilən xərclər barədə saxta sənədlər təqdim edilmişdir. Belə ki, xx.xx.2021-ci tarixdə iddiaçının nümayəndəsi və vəkili tərəfindən şəxsi kabinetə iki sənəd yüklənmişdir – 85.750 TL məbləğinə xx.xx.2021ci il tarixli “X9” adlanan sənəd və 180.000 TL məbləğinə xx.xx.2021-ci il tarixli “Tahsialt makbuzu” adlanan sənəd. Göründüyü kimi, iddiaçı öz əsassız tələblərini “sübut etmək” üçün hətta sənədlərin saxtalaşdırılmasından da çəkinməmişdir. xx.xx.2021-ci il tarixdə verildiyi göstərilən sənədlərin xx.xx.2021-ci il tarixdə məhkəməyə təqdim edilməsi (ş əxsi kabinet vasitəsi ilə yüklənməsi) də bunu təsdiq edir. İddiaçının xx.xx.2017-ci il tarixdə notariat qaydada təsdiqlənməklə verdiyi yazılı imtina ilə bildirdiyi iradə ifadəsi - yəni, X1 şikayətçi olmadığı, gələcəkdə də ona qarşı qəza ilə bağlı heç bir iddia qaldırmayacağı, həmin cinayət işi ilə bağlı olaraq təqsirləndirilən şəxslə bağlı bütün iddia və təzminat hüquqlarından imtina etməsi nəzərə alınmaqla, hazırkı iddianın tamamilə əsassız olduğu aşkardır.

12. Cavabdehlərin etirazı ilə bağlı iddiaçının nümayəndəsi bildirmişdir ki, 2019-cu ilin yanvar ayından etibarən iddiaçı maddi imkanları məhdud olduğu halda öz müalicə və qulluq xərclərini bilavasitə özü ödəməyə məcbur olmuşdur. Həmin tarixdən 2021-ci ilin fevral ayının sonunadək iddiaçının müalicə və qulluq xərcləri 916.896 Türk Lirəs i (635.000 + 16.146 + 180. 000+85.750 = 916.896) və 22.000 avro olmuşdur. Qeyd olunan xərcləri məhdud imkanları ilə ödəməyə çalışan iddiaçı, bir sıra hallarda ƏDV-siz olmaqla nağd ödənişlər edərək, xidmət haqlarının aşağı həddə olmasını təmin etməyə məcbur qalmışdır. Çünki onsuz da ağır maddi vəziyyətdə olan, borc içində olan, gəliri və qazancı olmayan iddiaçının müalicə və tibbi xidmət haqqını ödəmək imkanı olmadığı halda, əlavə xərcləri, o cümlədən ƏDV və sair kimi əlavə ödənişləri həyata keçirmək imkanı olmamışdır. Buna görə də bir sıra tibbi xidmət və qulluq haqqına görə ödənişləri təsdiq edən sənədlərdə ƏDV qeyd olunmamışdır, çünki ödənilməmişdir. Ödənilən məbləğlər, haqlar da, bu qulluğu və ya xidməti həyata keçirənlər tərəfindən təsdiq olunmaqla onlar tərəfindən tərtib edilən sənədl ərlə təsdiq olunur. Cavabdehin nümayəndəsinin ödənişi təsdiq edən sənədlərin və digər sənədlərin leqallaşdırılmalı olmasına dair etirazı ilə bağlı qeyd edilməlidir ki, Türkiyə ilə Azərbaycan arasında sənədlərin leqallaşdırılması tələbi qanunla mövcud deyildir. Türkiyə ilə Azərbaycan həm ikitərəfli müqavilə və sazişlərlə, həm də bu barədə beynəlxalq konvensiyalara qoşulmaqla sənədlərin leqallaşdırılmasını ortadan qaldırmışlar. Cavabdehin nümayəndəsinin bəzi sənədlərdə 28 fevral tarixi qeyd olunmasına baxmayaraq 26 fevral tarixində təqdim edilməsilə bağlı qeyd olunmalıdır ki, xidməti icra edənlər həmin sənədlərdə 28 fevral tarixinin yazılmasının xərclərin 2021-ci il 28 fevral tarixinədək olan xərcləri (haqqı) əhatə etməsi ilə bağlı olduğunu bəyan etmişlər. 26 fevral tarixində tərəflərindən m əhkəməyə hər hansı əlavə sənəd təqdim edilməmiş, sadəcə iddia ərizəsinin dəqiqləşdirilməsi ilə bağlı ərizə təqdim edilmiş, ərizədə xidmət haqlarının miqdarına dair ümumi məlumatlar yer almışdır. Daha sonra bütün sənədlər tərcümə və təsdiq olunmaqla məhkəməyə təqdim edilmişdir. Cavabdehlərin nümayəndəsinin şifahi və yazılı etirazında cavabdehin 08 dekabr 2017-ci il tarixli əqdlə üzərinə götürdüyü öhdəliyin həmin tarixədək olan xərclərə aid olduğunu bəyan etməsi də tamamilə əsassızdır. Belə ki, həmin əqddə açıqca qeyd olunur ki, “İddiaçı xx.xx.2017-ci ildə 265.000 dollar əlavə ödəyəcəyimi və bundan əlavə İddiaçı indiyə qədər yaranmış və yaranacaq bütün müalicə və qulluq xidmətlərinin xərclərini ödəyəcəyimi bəyan edir və öhdəliyimə götürürəm”. Göründüyü kimi, cavabdeh 265.000 dollar əlavə ola raq ödəyəcəyini, bunlardan əlavə də yaranmış və yaranacaq xərcləri ödəyəcəyini ifadə etmişdir. Sözügedən əqddəki söz və cümlələrin həqiqi məzmunu, onların həm hərfi mənası, həm də ağlabatan mühakimə əsasında müəyyən olunur ki, cavabdeh iddiaçının gələcəkdə də müalicə və qulluq xərclərini ödəyəcəyini öz öhdəsinə götürmüşdür. Cavabdehlər üzərilərinə götürdükləri öhdəliklərinə 2019-cu ilin yanvar ayınadək sadiq qalaraq həmin tarixədək müalicə və qulluq xərclərini ödəmişlər (əlavə olaraq iddiaçıya ödənilməli olan məbləğdən qalıq 75.000 dollar istisna olmaqla). Cavabdehlərin nümayəndəsi də şifahi və yazılı izahatında 2017-ci ilin avqust ayından 2019-cu ilin yanvar ayınadək iddiaçının xəstəxana və digər xərclərinin ödənildiyini, həmin vaxtdan sonra ödənişlərin dayandırıldığını bildirmişdir. La kin nə üçün 2019-cu ilin yanvar ayından iddiaçının müalicə və digər xərclərinin ödənilməsinin dayandırılması sualına cavabdehlər cavab verə bilməmişlər. Cavabdehlərin öhdəlik əqdlərində 2019-cu ilin yanvar ayında müalicə və digər xərclərin ödənişlərinin dayandırılmasına dair müddəa yoxdur. Sonradan məlum olmuşdur ki, cavabdehin övladı məhkum Nail Allahverdiyev 2018-ci ilin dekabr ayında həbsdən azad olunmuşdur. Belə çıxır ki, cavabdeh övladı həbsdən vaxtından əvvəl azad olunduğu üçün artıq iddiaçının zərərini ödəməyə lüzum görməmişdir. Yəni cavabdehin məqsədi məhz iddiaçını aldadaraq şikayətinin olmadığı barədə ərizə almaqla övladının aşağı həddə cəza almasına və qısa müddət sonra da vaxtından əvvəl azadlığa çıxmasına nail olmaq olmuşdur. Nail Allahverdiyev həbsdən azad edilən kimi iddiaçı ya edilən ödənişlərin də dərhal dayandırılması bunu təsdiq edir. Bu hal cavabdehin etibardan sui-istifadə etmək və aldatmaq niyyətilə hərəkət etdiyini sübut edir. Cavabdeh 2017-ci ildə qəza baş verən andan 2019-cu ilin yanvar ayınadək hər zaman bəyan etmişdir ki, onun bütün müalicə və digər xərcləri ödəməyə maddi imkanı vardır, o iş adamıdır, biznesmendir. Hesab edir ki, cavabdehin əməlində cinayət tərkibinin olub-olmadığı araşdırılmalıdır, məsələ cinayət hüququnun tətbiqi dairəsindədir.

13. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(005)-852/2021 nömrəli iş üzrə 21 may 2021-ci il tarixli qətnaməsi ilə (hakim S.Ədilova) iddianın qismən təmin edilməsi, cavabdehlərdən sağlamlığa vurulmuş maddi zərərə görə 35.000 ABŞ dolları, 920.308 TL və 22.000 avro vəsaitin (qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə) iddiaçının xeyrinə tutulması, iddia tələblərinin qalan hissədə təmin edilməməsi, mülki iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət olunmuşdur.

14. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, tərəflər arasında xx.xx.2017-ci il tarixdə bağlanmış Öhdəlik ərizəsi üzrə ödənilməli olan 265.000 ABŞ dolları məbləğindən iddiaçının etiraf etdiyi kimi 190.000 ABŞ dolları məbləğində ödəniş edilmişdir. Hazırda iddiaçı qalıq qalmış 75.000 ABŞ dolları məbləğində pulun ödənilməsini tələb edir. Cavabdeh isə X14 vasitəsilə 45.000 ABŞ dolları və iddiaçının nümayəndəsi (əri) Mutallip Tekişə imza etdirilməklə 40.000 ABŞ dolları məbləğində vəsaitin verildiyini qeyd etsə də, mülki iş materialları ilə mübahisəli 45.000 ABŞ dolları vəsaitin cavabdeh tərəfindən X13 ödənilməsi müəyyən edilmir. Belə ki, nağd şəkildə ödənilmiş 45.000 ABŞ dolları qəbzin tarixindən və X8 əldə edilmiş qəbzin tarixlərindən məlum olur ki, hər iki qəbzin ödəniş tarixi eyni günə (xx.xx.2017-ci il) təsadüf edir. Aydın məsələdir ki, öhdəlik üzrə vəsaiti ödəyərkən cavabdehin eyni gündə həm nağd şəkildə, həm də bank vasitəsilə ödəniş etməsi məntiqsizdir.

15. Məhkəmə xx.xx.2017-ci il tarixdə iddiaçının nümayəndəsinə nağd şəkildə ödənilmiş 40.000 ABŞ dolları məbləğində vəsaitin məhz sonuncunun sağlamlığına vurulmuş zərərin əvəzi kimi ödənildiyi barədə iddiaçının mülahizəsi ilə razılaşmamış və cavabdehin etirazı kimi istinad etdiyi dəlillərlə razılaşaraq hesab etmişdir ki, cavabdehlərin iddiaçının əri qarşısında hər h ansı öhdəlik götürməsi istisna olunur. Bu səbəbdən də məhkəmə iddia tələbini 75.000 ABŞ dolları məbləğində pulun tutulması hissəsində qismən əsaslı hesab edərək, cavabdehlərdən 35.000 ABŞ dolları pulun tutulmasını qanuni və ədalətli hesab etmişdir.

16. Məhkəmə mülki iş materiallarında olan çəkilmiş xərclərə dair qəbzləri əsas götürərək hesab etmişdir ki, iddia tələbi cavabdehlərdən iddiaçının xeyrinə 920.308 TL və 22.000 avro (dəqiqləşdirmə ərizəsi üzrə 2,3,4,5,6,7-ci bəndlərdəki xərclər) pulun tutulması hissəsində əsaslıdır.

17. Bundan başqa məhkəmə ödənilmiş vəsaitlərə görə müvafiq faizlərin tutulmasını əsassız hesab edərək qeyd etmişdir ki, iddiaçı iddia ərizəsinin dəlillərinə istinad edərək qeyd olunan faizlərin ödənilməsini cavabdehlər tərəfindən ödənilməli olduğunu bəyan edirsə, is tinad etdiyi bu hala dair məhkəməyə mötəbər sübutlar təqdim etməli və bu halı sübuta yetirməlidir. Məhz bu halla bağlı yalnız onun izahatı mövcuddur ki, həmin izahat da mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilir.

18. Məhkəmə mənəvi zərərlə bağlı qeyd etmişdir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1442/2017 nömrəli, xx.xx.2017-ci il tarixli hökmü ilə X2 əməlinə hüquqi qiymət verilərək, baş vermiş yol-nəqliyyat hadisəsində sonuncunun təqsiri sübuta yetirilmişdir. Hüquqazidd əməlin (sağlamlığa vurulmuş ziyanın) törədilməsində cavabdehlərin birbaşa təqsirləri olmadığından, onlar iddiaçının çəkdiyi iztirabların, sarsıntıların əvəzinin ödənilməsində də hər hansı məsuliyyət daşıya bilməzlər. Çünki hazırkı iddia tələbinin əsasında məhz “Öhdəlik ərizəsi” üzrə cavabdehlə rin üzərilərinə götürdükləri öhdəliklərin yerinə yetirilməsi dayanır. Bu səbəbdən də mənəvi zərərin əvəzinin ödənilməsi hissəsində iddia tələbi təmin edilməməlidir.

19. İddia tələbinin “iddiaçının həyatının davam etdirilməsi üçün zəruri olan 960.000 dolları məbləğində pulun ödənilməsi” hissəsinə münasibətdə məhkəmə qeyd etmişdir ki, iddia tələbi bu hissədə mücərrəd xarakterli olduğu, o cümlədən heç bir hüquqi əsası olmadığı üçün əsassızdır, buna görə də təmin edilə bilməz.

20. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 19, 24, 26, 68-ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 21, 23, 324.1, 324.5, 329.2, 331.1, 334.1, 334.2, 385.1, 427.1, 427.2, 427.3, 428.2, 430.1, 430.2, 439.7, 442, 445.2, 448.1, 1097.1, 1097.3, 1099, 1114.1, 1118.1, 1118.2-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 88, 107, 119.1-cü maddələrinə, Konstitusiya Məhkəməsi Plenumunun qərarlarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

21. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək iddia tələbləri təmin edilməyən hissədə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və həmin hissələrdə də iddia tələbinin tam həcmdə təmin edilməsinə dair yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.

22. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh 40.000 ABŞ dollarını Mütallib Tekişə ödəmişdir. İşin mübahisəsiz halıdır ki, Mütallib Tekiş də iddiaçı ilə birlikdə yol- nəqliyyat qəzası zamanı ağır xəsarət almışdır. Onun da müayinə və müalicə xərclərinin ödənilməsini cav abdehlər öz öhdəsinə götürmüşlər. Sözügedən 40.000 ABŞ dolları xx.xx.2017-ci il tarixində Mütallib Tekişə ödənilərkən onun adına iddiaçı tərəfindən heç bir vəkalətnamə verilməmişdir və o, bu pulu özünün müalicəsinin xərclərinin əvəzi kimi almışdır. Ona görə də işə baxan birinci instansiya məhkəməsi Mütallib Tekişə 11 dekabr 2017-ci il tarixli qəbz əsasında ödənilmiş 40.000 ABŞ dollarının cavabdehlərinin iddiaçıya ödəməli olduqları 75.000 ABŞ dollarının bir hissəsi olması qənaətinə gələrkən səhvə yol vermişdir.

23. Eyni zamanda, birinci instansiya məhkəməsinin qətnaməsindən cavabdehlər apellyasiya şikayəti verərək iddianın təmin edilən hissəsində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

24. Cavabdehlə rin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəflərin qarşılıqlı razılığı ilə pul vəsaitlərinin bir hissəsinin nağd, digər hissəsinin köçürmə yolu ilə ödənilməsinin məntiqsiz olması nəticəsinə gəlsə də, həmin məbləğlərin ödənilməsinə dair məhkəməyə müvafiq təsdiqedici sənədlər təqdim edilmişdir. Cavabdeh tərəfindən X15 vasitəsi ilə iddiaçının həmin bankdakı hesabına 45.000 ABS dolları köçürülmüşdür. Məhkəmə, iddiaçının heç nə ilə sübut edə bilmədiyi absurd dəlilini - guya, həmin pul vəsaitinin onun yaxınları tərəfindən ödənilməsi barədə dəlilini əsas götürməklə, həmin pul vəsaitinin də cavabdeh tərəfindən ödənilmədiyi (ödənilməsini sübut edə bilmədiyi) nəticəsinə gəlmişdir. Həmçinin, nəzərə alınmalıdır ki, iddiaçı 45.000 ABŞ dollarının ona ümumiyyətlə ödənilmədiyini y ox, məhz cavabdeh tərəfindən deyil, öz qohumları tərəfindən ödənildiyini bildirir. Belə olan halda, pul vəsaitlərinin qohumları tərəfindən ödənildiyini sübutetmə yükü məhz iddiaçıya aid edilməli idi. Bundan başqa, iddiaçı tərəfindən 22.000 avro ödənilməsinin təsdiqi kimi təqdim edilmiş “Ankara Teknik” X7 Protez-Ortez Hazırlama və Tətbiqi Mərkəzinin xx.xx.2019-cu il tarixli arayışına istinad edən məhkəmə nəzərə almamışdır ki, pul vəsaitlərinin ödənilməsi arayışla deyil, müvafiq ödənişi təsdiq edən ciddi hesabat blankının əsli və ya notarial qaydada təsdiq edilmiş surəti ilə sübut edilə bilərdi. Belə sübut isə iddiaçı tərəfindən təqdim edilməmişdir. Bununla yanaşı, məhkəmənin iddiaçının 180.000 TL, 365.000 TL və digər məbləğlərin ödənilməsini “təsdiq edən” “X9” və “Tahsilat makbuzu” adlanan sənədlərə də mötəbər sübut kimi istinad etməsi əsassızdır. Belə ki, həmin sənədlər notarial qaydada təsdiq edilməmişdir. Qeyd olunan sənədlər Türkiyə qanunlarına əsasən, həmin ölkənin Maliyyə nazirliyinin tələblərinə uyğun olaraq xüsusi mətbəələrdə çap olunmalı, seriyası, nömrəsi, verilmə tarixi, sənədi verən sahibkarın qeydiyyata alındığı ərazinin kodu (il kodu) göstərilməli, Maliyyə nazirliyinin möhürü (damğası) əks olunmalıdır. İddiaçının təqdim etdiyi sənədlərdə isə bu rekvizitlər yoxdur. Bundan əlavə, həmin sənədlərdən də açıq-aşkar görünür ki, tarixləri müxtəlif göstərilsə də, onların hamısı eyni qələmlə bir dəfəyə yazılmışdır. Həqiqi “X9”-nun nümunələri hazırkı şikayətə əlavə edilir. Bundan əlavə, məhkəməyə sonrakı müalicə və digər xərclər barədə təqdim edilmiş sənədlərin faktiki ol araq saxta sənədlər olmasına, ən azından sübut kimi istinad edilə bilməyən sənəd olmasına əhəmiyyət verilməmişdir. Belə ki, xx.xx.2021-ci tarixdə iddiaçının nümayəndəsi və vəkili tərəfindən şəxsi kabinetə iki sənəd yüklənmişdir – 85.750 TL məbləğinə xx.xx.2021-ci il tarixli “X9” adlanan sənəd və 180.000 TL məbləğinə xx.xx.2021-ci il tarixli “Tahsilat makbuzu” adlanan sənəd. Göründüyü kimi, iddiaçı öz əsassız tələblərini “sübut etmək” üçün hətta sənədlərin saxtalaşdırılmasından da çəkinməmişdir. xx.xx.2021-ci il tarixdə verildiyi göstərilən sənədlərin xx.xx.2021-ci ildə məhkəməyə təqdim edilməsi (şəxsi kabinet vasitəsi ilə yüklənməsi) də bunu təsdiq edir. Məhkəmə bu uyğunsuzluqlarla bağlı belə “əsaslandırma” vermişdir ki, sənədin tarixinin iki gün sonrakı tarix kimi göstərilməsi, məhkəmə ic lasının xx.xx.2021-ci il tarixdə olması və xərclərin həmin tarixədək hesablanması ilə əlaqədar olmuşdur. Lakin həmin sənədlərdən aydın görünür ki, yazılmış tarixlər xidmətlərin hansı tarixə kimi olmasını deyil, məhz sənədin özünün tərtib edilmə tarixini göstərir.

25. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-7826/2021 nömrəli iş üzrə 23 noyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – X.Mərdanova (sədrlik edən və məruzəçi), E.Həsənov və F.Babayev) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, cavabdehlərin apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən – cavabdehlərdən sağlamlığa vurulmuş maddi zərərə görə 35.000 ABŞ dolları, 920.308 TL (qətnamənin icra olunduğu günə olan man at məzənnəsi ilə) iddiaçının xeyrinə tutulması, eləcə də MMC-dən 22.000 avro tutulması hissələrində ləğv edilmiş, həmin hissələrdə iddia tələbləri təmin edilməmiş, qətnamə cavabdehdən 22.000 avro vəsaitin (qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə) iddiaçının xeyrinə tutulması hissəsində dəyişdirilmədən saxlanılmış, məhkəmə məsrəflərinin tərəflərin özlərinə aid edilməsi qət edilmişdir.

26. Apellyasiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını tam və hərtərəfli araşdırmadan tələbin cavabdehdən 22.000 avro məbləğinin tutulması hissəsi istisna olmaqla iddianın təmin edilən hissələri üzrə qərar qəbul edərkən səhv nəticəyə, iddianın təmin edilməyən hissələri üzrə isə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməklə əsaslı nəticəyə gəlmişdir.

27. Məhkəmə qeyd etmişdir ki, birinci instansiya məhkəməsi cavabdehdən 35.000 ABŞ dolları pulun tutulması nəticəsinə gələrkən cavabdeh tərəfindən X14 vasitəsi ilə iddiaçının həmin bankdakı İBAN TR 94 0006 4000 0026 0120 3883 05 nömrəli hesabına 45.000 ABS dolları köçürülməsinə və iddiaçının da özünün etiraf etdiyi kimi, xx.xx.2017-ci il tarixdə iddiaçının nümayəndəsi Mutallib Tekişə nağd şəkildə 40.000 ABŞ dolları məbləğində vəsait ödənilməsinə diqqət yetirməmiş, cavabdehin iddianın qeyd olunan hissəsinin tam əsassız olmasına dair irəli sürdüyü dəlillərə düzgün hüquqi qiymət verməmişdir.

28. Bundan başqa, birinci instansiya məhkəməsi 920.308 TL məbləğinin də cavabdehdən tutulmalı olmasına əsas olan sübutların mötəbərliyinə hüquqi qiymət verməmişd ir.

29. Məhkəmə qeyd etmişdir ki, iddiaçının iddia tələbinin əsasını təşkil edən sənədlər kimi istinad edilən qəbzlər və arayışlar türk dilində olduğu halda, onların heç birinin Azərbaycan dilinə notarial qaydada təsdiq edilmiş tərcüməsi əlavə edilməmiş, iddiaçı yalnız tərcümə bürosunun tərcüməçisinin imzası olan tərcüməni təqdim etmişdir ki, bunlar da iddianın göstərilən hissələri üzrə əsaslı və mötəbər sübut növləri kimi qiymətləndirilə bilməz.

30. Apellyasiya məhkəməsi hesab etmişdir ki, Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından iddiaçı tələbinin 75.000 ABŞ dolları və 920.308 TL məbləğinin cavabdehlərdən tutulmasına dair öz hüquqi mövqeyini sübut edilə bilməmiş və hər hansı mötəbər sübutları məhkəməyə təqdim etməmişdir.

31. Bununla belə, məhkəmə qeyd etmişdir ki, iddiaçının hazırkı sağlıq durumu (hərəkət məhdudluğu) onun qəza nəticəsində malik olduğu yaşam tərzindən məhrum olmaqla fərqli bir yaşam tərzinə düşməsi və həyatının davam etdirilməsinə ciddi təsir göstərə biləcək sözügedən cihazın alınması üçün tələb olunan 22.000 avro vəsaitin ödənilməsi ilə bağlı cavabdehə qarşı iddiası əsaslıdır. Belə ki, baş vermiş qəza nəticəsində iddiaçının həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər alması məhkəmədə tədqiq olunan sübutlarla – məhkəmə hökmü, Türkiyə Respublikası Səhiyyə nazirliyi X10 Xəstəxanasının rəyi, “Algomed” Xəstəxanası tərəfindən verilən xx.xx.2021-ci il tarixli tibbi arayış və digər sübutlarla təsdiqlənir. “Algomed Xəstəxanası” tərəfindən verilən xx.xx.2021-ci il tarixli tibbi arayışda, həmçinin qeyd olunmuşdur ki, iddiaçı bu günədək ümumilikdə 534 gün ərzində 30 günlük dövrlərdə stasionar reabilitasiya proqramına aparılmış, xəstəyə elektroterapiya, nevroloji reabilitasiya, neyrofizioloji məşqlər, oynaq hərəkəti, yerimə hərəkətləri, tarazlıq və koordinasiya məşqləri, robotik reabilitasiya (Lokomat) müalicələri tətbiq olunmuş, ilk gəldikdə oturma və ayaqda durma tarazlığı olmayan, əlil arabası ilə gəzdirilən xəstə 534 günlük müalicə müddətinin sonunda bir çox ortezlərvalker və fizioterapevtlərin köməyi ilə qısa məsafədə yeriməyə başlamışdır. Lakin müalicənin müsbət nəticələrinə baxmayaraq iddiaçı hələ də hər iki ekstremitələrdə distalda üstünlük təşkil edən əzələ atrofıyası mövcud olduğundan əlil ara basında gəzdirilməkdədir və qeyd olunan müalicə xidmətlərinin davam etdirilməsi zəruridir.

32. Məhkəmə hesab etmişdir ki, birinci instansiya məhkəməsinin MMC-dən iddiaçının xeyrinə pul tutulması barədə nəticə düzgün olmamışdır Belə ki, MMC iddiaçı qarşısında heç bir formada öhdəlik götürməmişdir. Belə olan halda, MMC-yə qarşı iddia təmin oluna bilməz.

33. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 21, 1096, 1097.1, 1097.3-cü, MPM-in 9.1, 9.3, 14.2, 88, 106.1, 107, 217.1, 217.3, 217.4, 218.1, 384.0.2, 385.1.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 440.4-cü və “Məhkəmə qərarlarının icrası haqqında” Azərbaycan Respublikası Qanununun 74.1-ci maddələrinə dair” xx.xx.2002-ci il tarixli qərarına istinadla əsaslandırmışdır. Kassa siya şikayətinin və ona etirazın dəlilləri a) İddiaçının kassasiya şikayətinin dəlilləri

34. İddiaçı (Vəkil1) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddianın təmin edilməmiş hissəsində ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

35. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə təqdim edilmiş sübutların bir qisminin türk dilindən Azərbaycan dilinə notarial qaydada tərcüməsinin olmadığı üçün onları mötəbər saymasa da nəzərə almamışdır ki, apostil vurulmuş sənədlər notarial qaydada tərcümə və təsdiq olunaraq məhkəməyə təqdim edilmiş, digər sənədlər isə özəl qurumlar tərəfindən verildiyindən və onlara apostil vurulması qanunvericilikdə nəzərdə tut ulmadığından iddiaçının iradəsindən asılı olmayaraq həmin sənədlərin notarial qaydada tərcümə və təsdiq edilməsi mümkün olmamışdır. Bundan başqa, notarial qaydada tərcümə və təsdiq edilməmiş sənədlərin əsilləri və tərcümə şirkətləri tərəfindən verilmiş Azərbaycan dilinə tərcüməsi məhkəməyə təqdim edilmişdir. Göründüyü kimi, məhkəmə iddiaçının Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli məhkəmə araşdırması hüququnu pozmuşdur.

36. İddia tələbinin 22.000 avro hissəsi təmin edildiyindən və həmin borcun gecikdirilməsi faktı öz təsdiqini tapdığından qeyd edilən borcun gecikdirilməsi üçün faizlər də cavabdehlərdən tutulmalı idi. Apellyasiya instansiyası məhkəməsi bunu nəzərə almayaraq Mülki Məcəllənin 445.7-ci maddəsinin tələblərini pozmuşdur.

37. Məhkəmə avia bilet xərclərinin, faizlərin və mənəvi zərərin tutulmasını rədd edərkən hər hansı hüquq normasına istinad etməmişdir. Həmçinin, məhkəmə qətnamənin 10-cu səhifəsində MMC-nin xx.xx.2017-ci il tarixli məktubla iddiaçının və ərinin müalicəsi ilə əlaqədar zəruri xərcləri ödəmək öhdəliyini götürdüyünü qeyd etsə də, qətnamənin əsaslandırma hissəsində (səh. 16) MMC-nin iddiaçı qarşısında heç bir öhdəlik götürmədiyini vurğulamışdır. Eyni zamanda, məhkəmə 40.000 ABŞ dolları ödənişi heç bir əsas olmadan iddiaçıya verilmiş kimi qəbul etmişdir. Halbuki həmin ödəniş iddiaçıya deyil, onun əri Müttalip Tekişə sonuncunun müalicəsi üçün verilmişdir. Bununla da məhkəmə MPM-in 217-ci maddəsinin tələblərini pozmuşdur.

38. İddiaçının bank hesabından çıxarış və bankdan verilən digər sənədlər tədqiq edilərkən idd iaçının qohumu Bayram Nurlu adlı şəxsin adı qeyd edilən bank sənədi ilə bank hesabından çıxarışdakı ödənişin eyni məbləğ – 45.000 ABŞ dolları olması, ödənişin saatı və dəqiqəsinin bir-biri ilə tam uyğun olması müəyyənləşdirilsə də, məhkəmə qəbul etdiyi qətnamədə bu hala hüquqi qiymət verməmiş, MPM-in 88-ci maddəsinin tələblərini pozmuşdur. b) Cavabdehin kassasiya şikayətinin dəlilləri

39. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddianın təmin edilmiş hissəsində ləğv edilməsini və iddianın rədd edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

40. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən 22.000 avro ödənilməsinin təsdiqi kimi təqdim edilmiş “Ankara Teknik” X7 Protez-Ortez Hazırlama və Tətbiqi Mərkəzinin xx. xx.2019-cu il tarixli arayışına istinad edən məhkəmə nəzərə almamışdır ki, həmin arayış ciddi hesabat blankı kimi ödənişi təsdiq edən sübut deyildir. Belə ki, həmin arayış Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 avqust 2004-cü il tarixli, 118 nömrəli qərarı ilə təsdiq edilmiş “Müəssisə və təşkilatların, habelə sahibkarlıqla məşğul olan fiziki şəxslərin iş xüsusiyyətlərinə uyğun olaraq ciddi hesabat blankının tərtibi və tətbiqi Qaydalarının” 1.3 və 1.4-cü bəndlərinin tələblərinə uyğun deyildir. Ona görə də məhkəmə qeyd edilən arayışı sübut kimi qəbul edərək Mülki Məcəllənin 442, 1097.1, 1097.3-cü, MPM-in 76.1, 81, 217.1 və 217.2-ci maddələrinin tələblərini pozmuşdur. c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

41. Kassasiya şikayətlərinə qarşı yazılı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri

42. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

43. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən iddianın təmin edilməmiş hissəsində, cavabdeh tərəfindən isə iddianın təmin edilmiş hissəsində mübahisələndirildiyindən, həmin məhkəmə aktı tam yoxlanı lır. Tətbiq edilən hüquq

44. Mülki Məcəllə Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Maddə 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Maddə 329.2. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Maddə 331.1. Yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Maddə 334.1. Əqdin notariat qaydasında təsdiqlənməsi bu Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir. Maddə 334.2. Əqdin notarial təsdiqlənməsi qaydası “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyənləşdirilir. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 427.1. Əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kre ditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Maddə 427.2. Əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir Maddə 430.1. Əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Maddə 445.2. Maddələrinin tələblərinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş mü ddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır

45. MPM Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz (maddə 9.3). Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların p rosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (maddə 14.1). Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2). Dilləri bilən, tərcümə etmək üçün zəruri biliyə malik olan və bu Məcəllədə nəzərdə tutulmuş hallarda məhkəmə tərəfindən təyin edilmiş şəxs tərcüməçi hesab olunur (maddə 65.1). Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1). İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər (maddə 77.3). Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qü vvəsi yoxdur (maddə 88). Sədrlik edən məhkəmə icraatının aparıldığı dili bilməyən şəxslərin izahatlarını, ifadələrini, vəsatətlərini tərcümə etmək, həmin şəxslərə isə işdə iştirak edən şəxslərin və şahidlərin ifadələrini, izahatlarını, vəsatətlərini, işdə olan və elan edilən sənədlərin, səsyazmaların, ekspert rəylərinin, mütəxəssis məsləhətlərinin məzmununu, habelə sədrlik edənin sərəncamlarını, məhkəmə qərardad və qətnamələrini tərcümə etmək vəzifəsini ona izah edir (maddə 180.1). Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (maddə 217.4). Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələ rin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir (maddə 407.2). Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Kassasiya instansiyası məhkəməsinin mövqeyi

46. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi cavabdehlərdən sağlamlığa vurulmuş maddi zərərə görə iddiaçının xeyrinə 920.308 TL məbləğində pulun tutulması, habelə iddianın MMC-yə qarşı təmin olunması hissələrində birinci instansiya məhkəməsinin qətnaməsini ləğv etməklə və iddianı həmin hissələrdə təmin etməməklə prosessual hüquq normalarının tələblərini pozmuşdur.

47. Belə ki, məhkəmə 920308 TL maddi ziyan tələbinə münasibətdə mövqeyini onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən 2019-cu ilin yanvar ayınadək mütəmadi olaraq iddiaçının bütün xərclərini qarşıladığı işin mübahisəsiz halıdır. Lakin birinci instansiya məhkəməsi işin araşdırılmış halları ilə cavabdehlərin üzərilərinə götürdükləri öhdəliklərə 2019-cu ilin yanvar ayınadək iddiaçının müalicə və qulluq xərclərini qarşılamalarına qiymət verməmişdir. Buna baxmayaraq qətnaməni həmin hissədə ləğv edən apellyasiya instansiyası məhkəməsi özü də həmin hal üzrə hər hansı araşdırma aparmamış və iddiaçının hazırkı iş üzrə təqdim etdiyi sübutların hansı dövrü əhat ə etdiyinə qiymət verməmişdir.

48. Apellyasiya instansiyası məhkəməsi 920308 TL maddi ziyan tələbinin rədd olunmasını, həmçinin onunla əsaslandırmışdır ki, iddia tələbinin əsasını təşkil edən sənədlər kimi istinad edilən qəbzlər və arayışlar Türk dilində olduğu halda onların heç birinin Azərbaycan dilinə notariat qaydada təsdiq edilmiş tərcüməsi əlavə edilməmiş, yalnız tərcümə bürosunun tərcüməçisinin imzası olan tərcüməni təqdim etmişdir ki, bunlar da iddianın göstərilən hissələri üzrə əsaslı və mötəbər sübut növləri kimi qiymətləndirilə bilməz.

49. Apellyasiya instansiyası məhkəməsi nəzərə almamışdır ki, hazırkı iş üzrə tibbi sənədlərin (qəbzlər, arayışlar və s.) əsilləri iddiaçı tərəfindən məhkəməyə sübut qismində təqdim olunmuşdur. MPM-in yazılı sübutlara dair tələbləri müəyyən edən 89.3-cü maddəsi yalnız yazılı sübutların surətləri təqdim edildiyi halda onların lazımi qaydada təsdiq olunmasını tələb edir.

50. Eyni zamanda nəzərə alınmalıdır ki, MPM-in 77.3-cü maddəsinə əsasən işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər, yaxud məhkəmə tərəfindən zəruri hesab edildiyi hallarda xarici dilləri bilən, tərcümə etmək üçün zəruri biliyə malik olan şəxslər tərcüməçi qismində işə cəlb edə bilər (maddə 65.1). MPM-in 180.1-ci maddəsinə əsasən işdə olan və elan edilən sənədlərin məzmununu tərcümə etmək tərcüməçinin vəzifələri sırasında qeyd edilmişdir (maddə 180.1).

51. İstinad olunan prosessual imkanlardan istifadə etmədən və bununla bağlı tərəflərlə hər hansı müzakirə aparmadan xarici dildə olan v ə sadə (notariat qaydada təsdiq edilməmiş) tərcüməsi işə əlavə edilmiş yazılı sübutların mötəbər sübut kimi qəbul edilməməsi və ümumiyyətlə nəzərə alınmaması prosessual qanunvericiliyin yuxarıda sadalanan tələblərinə uyğun hesab edilə bilməz.

52. Qeyd olunanlarla yanaşı apellyasiya instansiyası məhkəməsi MMC-yə qarşı iddianın rədd olunması barədə mövqeyini də ziddiyyətli dəlillərlə əsaslandırmışdır. Belə ki, apellyasiya instansiyası məhkəməsi iş materialları əsasında qəza törədilmiş avtomobilin mülkiyyətçisi olan MMC-nin iddiaçının müalicəsi ilə əlaqədar zəruri olan bütün sonrakı xərclərin əvəzini ödəmək öhdəliyi daşıdığı və bu öhdəliyi vaxtı-vaxtında və lazımınca yerinə yetirəcəyi barədə 05 dekabr 2017-ci il tarixli yazılı öhdəlik götürdüyünü müəyyən etsə də, yekunda belə nəticəyə gəlmişd ir ki, MMC iddiaçı qarşısında heç bir formada öhdəlik götürməmişdir və belə olan halda birinci instansiya məhkəməsinin qətnaməsi MMC-yə qarşı iddianın qismən təmin edildiyi hissələrdə də əsassız olduğundan rədd edilməlidir.

53. Halbuki MPM-in 9, 14 və 88-ci maddələrinə əsasən tam hüquqlu məhkəmə kimi işə baxan apelyasiya instansiyası məhkəməsi də öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalı, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmalı, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir.

54. Qəbul edilmiş qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəfləri n qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalı, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir (MPM-in 217, 220-ci maddələri).

55. Lakin hazırkı iş üzrə apelyasiya instansiyası məhkəməsi tərəfindən işin araşdırılması və məhkəmə aktlarının tərtib olunmasına dair prosessual qanunvericiliyin sadalanan tələblərinə riayət olunmamışdır.

56. Nəzərə alınmalıdır ki, məhkəmə aktlarının əsaslandırılmış olması iş üzrə tərəflərdə qəbul edilmiş qərarın qanuni v ə ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir.

57. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının birinci bəndində qeyd edilir ki, məhkəmə qətnaməsi mülki və kommersiya mübahisələrindən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.

58. Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2008-ci il tarixli qərarı).

59. Məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onun hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əli yevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarı).

60. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi də məhkəmələr tərəfindən məhkəmə aktlarına münasibətdə irəli sürülən əsaslılıq tələbinə əməl edilməməsini ədalətli məhkəmə araşdırması hüququnun pozulması kimi qəbul edir və özünün bir sıra qərarlarında bununla bağlı hüquqi mövqelərini ifadə etmişdir.

61. Avropa Məhkəməsinin qərarında qeyd edilmişdir ki, milli məhkəmələr tərəfindən öz qərarlarını əsaslandırmaq tələbinə əməl olunmaması ədalətli məhkəmə araşdırması zamanı tərəflərin mövqelərinin bərabərlik prinsipi gözlənilməklə dinlənilməsinin sübuta yetirilməməsi ilə nəticələnir (Kuznetsov və digərlərinin Rusiya Federasiyasına qarşı iş üzrə 21 yanvar 2007-ci il tarixli qərar).

62. Qeyd edilənləri nəzərə almaqla Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi 920308 TL pul tələbinin və iddianın MMC-yə qarşı təmin olunmayan hissələrində prosessual qanunvericiliyin tələblərinə əməl olunmadan qəbul edildiyi və əsaslandırılmadığı üçün ləğv edilməli, iş həmin hissədə yeni apellyasiya baxışına göndərilməli, təkrar apelyasiya baxışı zamanı mübahisə ilə bağlı həm işin faktiki vəziyyəti əlaqəli və mötəbər sübutlar əsasında müəyyənləşdirilməklə, həm də müəyyən olunmuş işin hallarına tətbiq edilməli olan hüquq normaları əsasında qiymət verilməklə əsaslandırılmış məhkəmə aktı qəbul olunmalıdır.

63. Bununla yanaşı Məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən digər hissələrdə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual h üquq normaları düzgün tətbiq olunmuşdur.

64. Kassasiya şikayətlərinin həmin hissələrlə bağlı dəlillərində qeyd olunan hüquqi məsələlərə müvafiq olaraq birinci instansiya məhkəməsi (qüvvədə qalan hissələrdə) və apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və Məhkəmə kollegiyası həmin əsaslandırılmalarla razılaşır.

65. Kassasiya şikayətlərinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.

66. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasın ın 2(103)-7826/2021 nömrəli iş üzrə 23 noyabr 2021-ci il tarixli qətnaməsi maddi ziyana görə 920308 TL pul tələbinin təmin olunmayan və iddianın Cavabdeh1nə qarşı təmin olunmayan hissələrində ləğv edilsin və iş həmin hissələrdə yeni apellyasiya baxışına qaytarılsın. Cavabdeh2 kassasiya şikayəti təmin olunmasın. Qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar