Məhkəmə qərarları › İş №2(102)-1725/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-1725/2023

17.05.2023 · İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1725/2023 17.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ İş № 2(102)-1725/2023 (Açar sözlər: borcun tutulması, dəbbə pulu və əldən çıxmış fayda, ipoteka predmeti olan yaşayış evinə və mənzilə tutmanın yönəldilməsi) Bakı şəhəri 17 may 2023-cü il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və X1 ibarət tərkibdə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi, istifadə hüququna xitam verilməsi və fər di yaşayış evindən çıxarılma” tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-198/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə 17 may 2023cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. "xxxx" İKB ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 27-G-10-429-14 saylı kredit müqaviləsi ilə "xxxx" İKB ASC Cavabdeh2 illik 26 % dərəcəsi ilə 36 ay müddətinə 8000 manat məbləğində borc pul vermişdir. 2. xx.xx.2014-cü il tarixli, 27-G-1-0-429-14 saylı ipoteka müqaviləsinə əsasən "xxxx" İKB ASC ilə Cavabdeh2 arasında xx.xx.2014-cü il tarixli, 27- G-1-0-429-14 saylı kredit müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinin təm inatı üsulu kimi ipoteka müqaviləsi bağlanmış və bu müqaviləyə əsasən Cavabdeh2 məxsus ünvan 1 ünvanında yerləşən 0,0104 ha olan torpaq sahəsinin və ümumi sahəsi 52,3 kv.metr, yaşayış sahəsi 15,4 kv.metr, yardımçı sahəsi 15,4 kv.metr olan 3 otaqlı fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. İpoteka ilə yüklü edilmiş əmlakın dəyəri 60000 manat məbləğində müəyyən edilmişdir.

3. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin RX seriyalı, ******* saylı çıxarışa əsasən Cavabdeh2 məxsus ünvan 1 ünvanında yerləşən 0,0104 ha olan torpaq sahəsinin və onun üzərində yerləşən fərdi yaşayış evi xx.xx.2014-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə "xxxx" KB ASC-nin xeyrinə yüklü edilmişdir. 4. “Yelo Bank“ ASC-nin xx.xx.2014-cü il tarixli kassa mədaxil orderinə əsasən Cavabdeh2 tərəfindən İddiaç ı ASC-nin hesabına 8000 manat məbləğində pul ödənilmişdir. 5. xx.xx.2020-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh2 İddiaçı ASC-yə 4749,52 AZN əsas, 5763,99 AZN faiz, 696,76 AZN cərimə və kredit müqaviləsi üzrə xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 838,9 AZN məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 11210,27 AZN borcu vardır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı ASC (əvvəlki adı- "xxxx" İKB ASC) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 İddiaçı ASC-nin xeyrinə 28 noyabr 2014-ci il tarixli kredit müqaviləsi üzrə banka 4749,52 AZN əsas, 5763,99 AZN faiz, 696,76 AZN cərimə və kredit müqaviləsi üzrə xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 838,9 AZN məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 12049,17 AZN və 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının ödənilməsi; tutmanın Cavabdeh2 mülkiyyətindəki Abşeron rayonu, Xırdalan şəhəri, Həsən bəy Zərdabi küçəsində yerləşən, 3 otaqlı, 52,3 kv.m ümumi, 36,9 kv.m yaşayış, 15,4 kv.m yardımçı sahədən ibarət 13A nömrəli fərdi yaşayış evinə və 0,0104 ha torpaq sahəsinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması və borcun satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-yə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmə diyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi; ipotekaya tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh2 və Cavabdeh1 ipoteka əmlaka dair istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh2 və Cavabdeh1 həmin fərdi yaşayış evindən çıxarılmaları, həmin əmlakın boşaldılması və Banka təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. Abşeron Rayon Məhkəməsinin 19 aprel 2021-ci il tarixli, 2(012)-987/2021 saylı qətnaməsi ilə (hakim Elman Məmmədov) iddia qismən təmin edilmiş, Cavabdeh2 İddiaçı ASC-nin xeyrinə 28 noyabr 2014-ci il tarixli kredit müqaviləsi üzrə banka 4749,52 AZN əsas, 5763,99 AZN faiz, 10 AZN cərimə və kredit müqaviləsi üzrə xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 838,9 AZN məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 11362,41 AZN və 30 manat ödənilmiş dövlət rüsumu, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqının ödənilməsi, iddia üzrə tələbin ipoteka predmeti olan Cavabdeh2 mülkiyyətindəki Abşeron rayonu, Xırdalan şəhəri, Həsən bəy Zərdabi küçəsində yerləşən, 3 otaqlı, 52,3 kv.m ümumi, 36,9 kv.m yaşayış, 15,4 kv.m yardımçı sahədən ibarət 13A nömrəli fərdi yaşayış evinə və 0,0104 ha torpaq sahəsinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracdan satılması və ipoteka ilə yüklü edilmiş əmlakın ilkin satış qiymətinin 60000 manat məbləğində müəyyən edilməsi, iddia tələbinin satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi; tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh2 və Cavabdeh1 fərdi yaşayış evinə və torpaq sahəsinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh2 və Cavabdeh1 həmin fərdi yaşayış evindən çıxarılmaları, həmin əmlakın boşaldılması və Banka təhvil verilməsi hissədə rədd edilməsi qət edilmişdir.

8. Məhkəmə qeyd etmişdir ki, Cavabdeh2 xx.xx.2014-cü il tarixli, 27-G-1-0-429-14 saylı kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi, yəni borc məbləğini və ona hesablanmış faizləri kredit müqaviləsinə və ödəmə cədvəlinə uyğun olaraq tam ödəməmiş və bununla da öhdəliyini pozmuşdur. Məhkəmə iş materiallarını araşdırıb belə hesab etmişdir ki, iddiaçı şirkət təqdim etdikləri xx.xx.2020-ci il tarixli maliyyə a rayışında Cavabdeh2 İddiaçı ASC-yə 4749,52 AZN əsas, 5763,99 AZN faiz, 696,76 AZN cərimə və kredit müqaviləsi üzrə xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 838,9 AZN məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 11210,27 AZN borcunun olduğunu göstərmiş, lakin iddiaçı şirkət borcları toplayarkən texniki səhvə yol verərək, Cavabdeh2 ümumilikdə 11210,27 AZN borcunun olduğunu qeyd etmişdir. Məhkəmə hesab edir ki, Cavabdeh2 ümumilikdə 12049,17 AZN borcu vardır.

9. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, iddiaçı təşkilatın cavabdehlərdən öhdəliyi lazımınca icra etmədikləri üçün cərimə pulu almaq tələbinin qanuni əsasları vardır.

10. Məhkəmə hesab etmişdir ki, dəbbə pulu hissəsində də iddia tələbi təmin edilməlidir. Lakin məhkəmə cərimə pulunun yüksək hesablandığı qənaətinə gəlmişdir. Belə ki, hesablanmış 696,76 AZN məbləğində cərimə pulunun azaldılması cavabdehin maddi durumunu yüngülləşdirə bilər. Ona görə də məhkəmə hesab etmişdir ki, cərimə pulu hissəsində iddia tələbi qismən təmin edilməli və bu məbləğ 10 AZN məbləğində olmalıdır.

11. Məhkəmə həmçinin qeyd etmişdir ki, Cavabdeh2 kredit müqaviləsindən irəli gələn öhdəliyini lazımınca yerinə yetirmədiyi üçün iddiaçının tutmanın ipoteka predmetinə yönəldilməsi və ipoteka predmeti olan fərdi yaşayış evinin və yerləşdiyi torpaq sahəsinin açıq hərracdan satılmasını tələb etmək hüququ da vardır. Məhkəmə işin faktiki hallarından və qanunvericilik normalarından çıxış edərək belə nəticəyə gəlmişdir ki, "xxxx" İKB ASCnin Cavabdeh2 məxsus ipoteka ilə yüklü edilmiş ünvan 1 ünvanında yerləşən 0,0104 ha olan torpaq sahəsinə və ümumi sahəsi 52,3 kv.metr, yaşayış sahəsi 15,4 kv.metr, yardımçı sahəsi 15,4 kv.metr olan 3 otaqlı fərdi yaşayış evinə tutmanın yönəldilməsi, bu əmlakın hərracda satılması tələbinin də qanuni əsasları vardır və buna görə də həmin tələblər təmin olunmalıdır. 12. xx.xx.2014-cü il tarixli, 27-G-1-0-429-14 saylı ipoteka müqaviləsindən görünür ki, Cavabdeh2 məxsus ünvan 1 ünvanında yerləşən 0,0104 ha olan torpaq sahəsinin və ümumi sahəsi 52,3 kv.metr, yaşayış sahəsi 15,4 kv.metr, yardımçı sahəsi 15,4 kv.metr olan 3 otaqlı fərdi yaşayış evi 60000 (altmış min) manat qiymətləndirilmişdir. Həmin qiymət məhkəmədə mübahisə predmeti olmadığından məhkəmə hesab etmişdir ki, ipoteka ilə yüklü edilmiş daşınmaz əmlakın ilkin satış qiyməti də həmin həddə müəyyən edilməlidir.

13. Məhkəmə iddia tələbinin satışdan əldə olunmuş vəsaitin qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, fərdi yaşayış evinin hərrac keçirildikdən və o, satıldıqdan sonra bir ay müddətində Cavabdeh1 və Cavabdeh2 həmin fərdi yaşayış evinə və torpaq sahəsinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh1 və Cavabdeh2 həmin fərdi yaşayış evindən çıxarılmaları, həmin əmlakın boşaldılması və Banka təhvil verilməsi hissəsi ilə razılaşmamış və iddianı həmin hissədə rədd etmişdir.

14. Məhkəmə hesab etmişdir ki, iddia tələbinin satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi hissəsi dəqiq və konkret olmadığından iddia tələbi bu hissədə də rədd edilməlidir.

15. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1, 443.1, 445.1, 445.2.1, 448.1, 739.1, 462, 319.1-ci maddələrinə, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33, 34-cü maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

16. Cavabdeh1 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddianın qismən təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

17. Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsini ondan faiz, cərimə və əldən çıxmış faydaya görə tutulan pul məbləği hissəsini və ipoteka predmetinin ilkin satış qiymətini mübahisələndirmişdir.

18. Məhkəmə iclasında iştirak edərkən Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil apellyasiy a şikayətini müdafiə edərək iş üzrə məhkəmə mühasibatlıq və məhkəmə əmtəəşünaslıq ekspertizalarının təyin edilməsi, ekspert rəyləri əsasında qətnamə qəbul edilməsini xahiş etmişdir.

19. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-2937/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərardadı ilə mülki iş üzrə məhkəmə mühasibatlıq və məhkəmə əmtəəşünalıq ekspertizası təyin edilmiş, xx.xx.2022-ci il tarixli, 9/2463 saylı ekspert rəyi ilə kredit müqaviləsi üzrə Cavabdeh2 kredit müqaviləsi üzrə xx.xx.2017-ci il tarixinə əsas borcu 6670,84 manat, faiz borcu üzrə 2798,92 manat müəyyən edilmişdir. xx.xx.2017-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 2209 manat ödəniş edildiyi müəyyən edilsə də, borc xx.xx.2017-ci il tarixə hesablandığından ekspert tərəfindən nəzərə alınmamışdır.

20. Azər baycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri Publik Hüuqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli. **********48 nömrəli məktuba əlavə edilmiş 01/60028 saylı arayışda göstərilir ki, Abşeron rayonu, Xırdalan şəhəri, Həsən bəy Zərdabi küçəsində yerləşən, 3 otaqlı, 52,3 kv.m ümumi, 36,9 kv.m yaşayış, 15,4 kv.m yardımçı sahədən ibarət 13A nömrəli fərdi yaşayış evinə və 0,0104 ha torpaq sahəsinin xx.xx.2022ci il tarixinə likvid dəyəri 35.000 manat müəyyən edilmişdir.

21. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-198/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Lətifə Məmmədova (sədrlik edən və məruzəçi) Gülnarə Tağızadə və Telman Quliyev) apellyasiya şikayəti qismən təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin 19 aprel 2021-ci il tarixli, 2(012)-987/2021 saylı qətnaməsi Cavabdeh2 İddiaçıASC-nin xeyrinə 28 noyabr 2014-ci il tarixli kredit müqaviləsi üzrə 5763,99 AZN faiz borcunun tutulması hissəsində dəyişdirilmiş, cavabdehdən faiz borcuna görə 2798, 92 manat pul tutulması qət edilmişdir. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.

22. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi qeyd olunan iş materiallarına və qanunvericilik normalarına istinadən iddia tələbini faiz, cərimə, əldən çıxmış faydaya dair hissəsində təmin etməklə gəldiyi nəticədə qismən haqlı olmuşdur. Belə ki, tələb olunan faiz məbləği mübahisələndirildiyindən məhkəmə kollegiyasının qərardadı ilə iş üzrə məhkəmə mühasibatl ıq ekspertizası təyin edilmişdir. Məhkəmə kollegiyası ekspert rəyinə əsaslanaraq, belə nəticəyə gəlmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh2 kredit müqaviləsi üzrə 5763,99 AZN faiz borcunun tutulması hissəsində dəyişdirilməli, cavabdehdən faiz borcuna görə 2798, 92 manat pul tutulmalıdır. Bundan başqa məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı bankın cavabdehdən əsas borca görə cərimə borcu tələb etməkdə də haqlı olmuşdur. Bundan başqa dəbbə pulunun ödənilməsini tərəflər müqavilə ilə müəyyən ediblər. İş materiallarından görünür ki, iddiaçı təşkilat 696,76 manat dəbbə pulu tələb etmiş, birinci instansiya məhkəməsi də düzgün olaraq tələb edilən cərimə məbləğinin yüksək olması qənaətinə gələrək cərimə borcunu 10 manat məbləğində müəyyən etmiş, gəldiyi nəticəni Mülki Məcəllənin 467-ci maddəsinə istinad edərək əsaslandırmışdır. Bununla bağlı məhkəmə kollegiyası qeyd etmişdir ki, hər hansı müqavilə, o cümlədən kredit müqaviləsi münasibətlərində dəbbə pulu gəlir vasitəsi kimi çıxış edə bilməz. Dəbbə pulu (cərimə) öhdəliklərin icrasının təmin edilməsi üsulu, öhdəliklərin icra olunmaması halında nəzərdə tutulan maliyyə sanksiyasıdır.

23. Bundan başqa məhkəmə kollegiyası hesab etmişdir ki, kredit müqaviləsi üzrə xx.xx.2017-ci ildən xx.xx.2020-ci ilədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 838,9 manat məbləğində əldən çıxmış faydanın cavabdehdən tutulması barədə məhkəmə haqlı olmuşdur. Bu səbəbdən məhkəmə kollegiyası hesab etmişdir ki, qətnamə qeyd edilən hissədə də dəyişdirilmədən saxlanılmalıdır.

24. Bundan başqa, məhkəmə kollegiyası hesab etm işdir ki, birinci instansiya məhkəməsini qətnaməsi mübahisələndirilən digər hissədə, ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində də dəyişdirilmədən saxlanılmalı, ekspert rəyi əsas sübut kimi qəbul edilməməlidir. Belə ki, iş materiallarında olan tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli ipoteka müqaviləsinə əsasən ipoteka predmetinin ilkin satış qiyməti 60000 manat müəyyən edilmişdir. xx.xx.2014-cü il tarixində əmlakın dəyərinin 60000 manat olduğu halda, xx.xx.2022-ci il tarixindən əmlakın likvid dəyərinin 35000 manat müəyyən edilməsi ağlabatan hesab edilə bilməz. Bu səbəbdən də məhkəmə qətnaməsi qeyd edilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

25. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərinə, iddia tələbinin faiz, cərimə, həmç inin gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış əldən çıxmış fayda hissəsində rədd edilməsinə qiymət verərək qeyd etmişdir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən verilmiş kreditə illik 26% məbləğində pul hesablanmalıdır. Göründüyü kimi götürülmüş kreditə görə faiz, cərimə ödənilməli olması müqavilə ilə şərtləşdirilib.

26. Məhkəmə kollegiyası onu da qeyd etmişdir ki, Azərbaycan Respublikasında bank sisteminin hüquqi bazasının beynəlxalq standartlara tam uyğunlaşdırılması, iqtisadiyyatda bank xidmətlərinin rolunun artırılması, bank əmanətçilərinin və kreditorlarının müdafiəsinin gücləndirilməsi və bütövlükdə bank sisteminin stabil və təhlükəsiz fəaliyyətinin təmin edilməsi məqsədilə bankların təşkili, daxili idarə edilməsi, fəaliyyətinin tənzimlənməsi və ləğv edil məsi prinsipləri, qaydaları və normaları “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununu ilə müəyyən edilir. Həmin Qanunun 36.6-cı maddəsinin tələblərinə görə hər bir bank müştərilərlə bağladığı müqavilədə xidmət şərtlərini, o cümlədən faiz dərəcələrini, komisyon haqlarını və göstərilən bank xidmətləri üçün digər ödənişləri, habelə bank tərəfindən verilmiş kreditlərin ödənişi şərtlərini və qaydalarını müəyyən etməkdə sərbəstdir. Kredit üzrə faizlər bankla müştəri arasında bağlanmış müqavilə şərtlərinə uyğun hesablanır və ödənilir. Həmçinin kreditə görə faizlərin alınması bank fəaliyyətinin mahiyyətini təşkil etməklə onların əsas gəlir mənbəyidir. Buna görə də kreditə hesablanmış faizlərin silinməsi barədə dəlil əsassızdır. Həmçinin gecikdirilmiş borca görə əldən çıxmış faydanın hesa blanması da qanunvericiliyə uyğundur.

27. Cərimə borcunun silinməsi barədə dəlilə gəldikdə məhkəmə kollegiyası qeyd etmişdir ki, cərimə borcunun hesablanması da tərəflər arasında bağlanmış müqavilə ilə tənzimlənir, eyni zamanda qanunvericilikdə cərimə borcunun azaldılması nəzərdə tutulsa da, silinməsi nəzərdə tutulmamışdır. Məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehdən faiz borcunun tutulması hissəsində dəyişdirilməli, qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır.

28. Məhkəmə kollegiyası gəldiyi nəticənin hüquqi əsası kimi Mülki Məcəllənin 385.1, 442, 445.2, 448.1, 462.1, 467-ci maddələrinə, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 39.3.3, 59.1, 59.2, 59.3-cü maddələrinə, “Banklar haqqında” Azərba ycan Respublikasının Qanununun 36.6-cı maddəsinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cı maddələrinin bəzi müddəalarının şərh olunmasına dair” Plenumunun Qərarına istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

29. Cavabdeh1 (Vəkil) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

30. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.3, 14.1, 88-ci maddələrinin tələbləri pozulmaqla qətnamə qəbul edilmişdir.

31. Belə ki, cavabdeh əsas borcla qismən razılaşsa da faiz, cərimə və əldən çıxmış fayda ilə razı deyil. Hesab edir ki, real borcu tələb olunan həcmdə deyil. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizası da faiz borcuna nisbətdə cavabdehin haqlı olduğunu təsdiq etmişdir. Lakin ekspert əldən çıxmış fayda və cərimə hissəsi ilə bağlı fikir bildirməmişdir. Çünki qoyulmuş suallar tam cavablandırılmamışdır. Bununla yanaşı ipoteka predmeti kimi yüklü edilmiş əmlakın ilkin satış qiyməti də cavabdehi qane etməmişdir. Çünki hazırkı bazar dəyəri qətnamədə müəyyən edilmiş ilkin satış qiymətindən iki dəfə bahadır. Belə olan halda əmlakı ucuz satmaq ədalətsizlikdir. Bu səbəbdən təkrar qiymətləndirilmə ilə bağlı vəsatəti məhkəmə əsassız yerə təmin etm əmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

32. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

33. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

34. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür

35. Maddə 443.1. Öhdəliyi icra etməyən borclu kreditor a dəymiş zərərin əvəzini ödəməlidir.

36. Maddə 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranın gecikdirməsi sayılır. 37. 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir.

38. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

39. Maddə

467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu

40. Maddə 39.3.3. ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir; “Banklar haqqında” Azərbaycan Respublikasının Qanunu

41. Maddə 36.6.“Hər bir bank müştərilərlə bağladığı müqavilədə xidmət şərtlərini, o cümlədən faiz dərəcələrini, komisyon haql armı və göstərilən bank xidmətləri üçün digər ödənişləri, habelə bank tərəfindən verilmiş kreditlərin ödənişi şərtlərini və qaydalarım müəyyən etməkdə sərbəstdir.“Azərbaycan Respublikasında pul nişanlarının nominal dəyərinin və qiymətlər miqyasının dəyişdirilməsi (denominasiyası) zamanı köhnə nümunəli pul nişanlarının yeni nümunəli pul nişanlarına dəyişdirilməsinə görə banklar tərəfindən komisyon haqqı və digər ödənişlər tutulmur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cı maddələrinin bəzi müddəalarının şərh olunmasına dair” Plenumunun Qərarı 42. “...Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərd arlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Azad sahibkarlıq və bazar iqtisadiyyatı şəraitində əmlak və əmlakla bağlı qeyri-əmlak münasibətlərindən əmələ gələn öhdəliklərin icrasının böyük iqtisadi-sosial əhəmiyyəti vardır. Müqavilələrdən irəli gələn öhdəliklərin vicdanla yerinə yetirilməsi, ilk növbədə, tərəflərin qanuni maraqlarına və mülki dövriyyənin sabitliyinə xidmət edir. Eyni zamanda, kredit müqaviləsi üzrə öhdəliklərin vaxtında icra edilməsi göstərilən məqsədlərlə yanaşı, dövlətin iqtisadi-maliyyə vəziyyətinin stabil liyinə və inkişafına yönəlir, bu isə banklara əmanətçilər tərəfindən göstərilən etimada müsbət təsir göstərməklə, ölkənin iqtisadi təhlükəsizliyinin qorunması və əhalinin daha da yüksək yaşayış səviyyəsinin təmin edilməsi ilə nəticələnir. Mülki dövriyyənin inkişafı və fəaliyyət göstərməsi üçün əsas şərtlərdən biri mülki hüquq subyektlərinin öz vəzifə və öhdəliklərini vicdanla, lazımınca yerinə yetirmələrindən ibarətdir. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Ö hdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər (MM-in 425-ci maddəsi)....” Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

43. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

44. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

45. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

46. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

47. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

48. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

49. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

50. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

51. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

52. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

53. Hazırkı kassasiya şikayətində qətnamə Cavabdeh1 tərəfindən cərimə, əldən çıxmış fayda və ipotekanın ilkin satış qiyməti hissəsində mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı həmin hissələrdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

54. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən yoxlanılan hissədə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası mə hkəməsinin qətnaməsinin yoxlanılan hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

55. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyrimötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun ol maqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

56. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə, yəni cərimə, əldən çıxmış fayda və ipotekanın ilkin satış qiyməti hissəsində dəyişdirilmədən saxlanılmalıdır.

57. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-198/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə, yəni cərimə, əldən çıxmış fayda və ipotekanın ilkin satış qiyməti hissəsində dəyişdir ilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar