Məhkəmə qərarları › İş №2(102)-1726/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-1726/2024

16.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1726/2024 16.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi, real zərər, borcun qaytarılması, əssassız varlanma, mülki hüquq pozuntusundan (deliktdən) irəli gələn məsuliyyət. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3838/2023 nömrəli, 18 avqust 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 16 may 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakıları müəyyən etdi. İşin halları

1. Yasamal Rayon Polis İdarəsinin İstintaq şöbəsinin “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2019-cu il tarixli qərarına əsasən, İddiaçı ərizəsi əsasında toplanmış materiallar üzrə cinayət işinin başlanılması rədd edilmişdir.

2. İddiaçı Cavabdeh müxtəlif vaxtlarda pul məbləğləri verdiyi göstərir əv həmin məbləğləri tələb edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh borclu olduğu 30800 (otuz min səkkiz yüz) manat və 25000 (iyirmi beş min) ABŞ dolları borcun, həmçinin 2005-ci ildən borclu olduğu 5800 manata görə 4930 manat (85 %), 2006-cı ildən borclu olduğu 5000 ABŞ dollarına görə 4000 ABŞ dolları (80 %), 2008-ci ildən borclu olduğu 10000 manata görə 7000 manat (70 %), 2011-ci ildən borclu olduğu 15000 manata görə 8250 manat (55 %), 2012-ci ildən borclu olduğu 10000 ABŞ dollarına görə 5000 ABŞ dolları (50 %), 2013-cü ildən borclu olduğu 10000 ABŞ dollarına görə 4500 ABŞ dolları (45 %), cəm olaraq 20180 (iyirmi min yüz səksən) manat və 13500 (on üç min beş yüz) ABŞ dolları faizinin, ümumilikdə isə 50980 (əlli min doqquz yüz səksən) manat və 38500 (otuz səkkiz min beş yüz) ABŞ dolları pulun, eyni zamanda 30800 manat və 25000 ABŞ dolları məbləğində puldan faydalandığına görə qətnamə çıxarılan gün üçün bank uçot dərəc əsi ilə müəyyənləşdirilən faizin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinadla tələbini onunla əsaslandırmışdır ki, "xxxx" MMC-də və "xxxx" MMC-də mühasib kimi fəaliyyət göstərən Cavabdeh onun 25.000 ABŞ dolları və 30.800 manat pulunu etibardan sui stifadə etməklə, müxtəlif yollarla aldadaraq ələ keçirmiş və bu günədək verdiyi vədə əməl etməyərək geri qaytarmamışdır. Belə ki, cavabdeh hazırda qeydiyyatda olduğu evi sataraq əldə etdiyi puldan "xxxx" ASC-nin Nizami rayon filialında depozitə qoyduğu 70.000 ABŞ dolları, həmin bankın “Səbail” rayon filialında depozitə qoyduğu 10.000 ABŞ dolları pulunun olduğunu bildiyindən, 2005-ci ildə maşın almaq adı ilə 1.000 manat, elə həmin il qardaşı Abdalov İxtiyara maşın almaq adı ilə 1.000 manat, yenə həmin il maşınını başqa maşına dəyişmək məqsədi ilə 2.300 manat və Milli Məclisə seçkilər zamanı təbliğat-təşviqat kompaniyasına xərcləmək adı ilə 1.500 manat, 2006-cı ildə Bakı şəhərinin Yasamal rayonunda orta məktəbə direktor təyin ediləcəyi adı ilə 10.000 ABŞ dolları pulu ondan almış, müəyyən müddətdən sonra 5.000 ABŞ dollarını qaytarmış, qalan pulları isə bu günədək qaytarmamışdır. 2008-ci ildə cavabdeh evinin həyətində olan avtomobil qarajı yerini sənədləşdirmək adı ilə ondan 10.000 manat almışdır. 2011-ci ildə o, Mətbuat Şurasının jurnalistlər üçün tikdirdiyi binada ona mənzil ayrılması məqsədilə şuranın rəbərliyində kimlərəsə çatdırılması üçün ondan 15.000 manat pul almışdır. 2012-ci ildə cavabdeh Bakı Kompüter Kollecinə direktor müavin i təyin olunmaq adı ilə ondan 10.000 ABŞ dolları almışdır. Cavabdeh qardaşı İxtiyar Abdalovun güclü kommersiya fəaliyyəti ilə məşğul olduğunu bildirərək, xx.xx.2013-ci il tarixdə ondan daha 10.000 ABŞ dolları pul götürüb qardaşına vermiş və ona narahat olmamağı, bu pula qardaşının cavabdeh olduğunu bildirmişdir. 2014-cü ilin əvvəllərində onun ardıcıl tələblərindən sonra cavabdeh ələ keçirdiyi pullardan yalnız qardaşına kommersiya məqsədilə verdiyi pula görə onun əldə etdiyi mənfəətindən 600 manat və 2.500 ABŞ dolları göndərdiyini deyərək geri qaytarmışdır. Cavabdeh 2005-ci ildə 5.800 manat, 2006-cı ildə 5.000 ABŞ dollar (10.000 ABŞ dollarını alıb, müəyyən müddətdən sonra 5000 ABŞ dollarını qaytarıb), 2008-ci ildə 10.000 manat, 2011-ci ildə 15.000 manat, 2012-ci ildə 10.000 ABŞ dolları, x x.xx.2013-cü il tarixdə 10.000 ABŞ dolları, cəmi 30.800 manat və 25.000 ABŞ dolları məbləğində pulunu müxtəlif yollarla aldadıb vəd verməklə, etibardan sui-istifadə edərək ələ keçirmiş, lakin bu günədək bir manat da olsa ona geri qaytarmamışdır. Cavabdehin ona qarşı etdiyi hərəkətləri dələduzluq əməli hesab etdiyindən, o, polis orqanlarına müraciət edərək, kömək etmələrini və araşdırma zamanı dələduzluq əməllərinin müəyyən edilərək, təsdiqini tapdığı halda onun məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. Lakin uzun araşdırmadan sonra, xx.xx.2019-cu il tarixdə Bakı şəhəri Yasamal RPİ İŞ tərəfindən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Qərarı qismən qəbul edərək, yəni cavabdehlə aralarında olan danışıqların sübuta yetirilməsi üçün istintaqa təqdim etdiyi bir ədəd elektron maqnit daçıyıcısı olan ”CD-R” diskdəki səs yazılarının ona və cavabdehə məxsus olubolmamasının müəyyən edilməsi üçün təyin edilmiş fonoskopik ekspertizanın xx.xx.2019-cu il tarixli, 12311 nömrəli rəyinə əsasən həmin dialoqun ona və cavabdehə məxsus olduğu, bununla da izahatında göstərdiyi halların təsdiqini tapması qeyd edilsə də (qərar: səh. 2, sonuncu 3 abzaslar), yalnız cavabdehin izahatları və müstəntiqin gəldiyi nəticə (qərar: səh. 6, 1-4-cü abzaslar) əsas götürülərək cinayət işinin başlanması rədd edildiyinə görə, yəni əməldə cinayət tərkibinin de-yure və de-fakto sübuta yetirilməsinə baxmayaraq cavabdehlə aralarında olan münasibətlərin mülki xarakterli olması nəticəsinə gəlinməsi onu tam qane etməsə də, həmin halların məhkəmədə mübahisələndirilməsi və cavabdehin t örətdiyi əməllər barədə hüquqi qiymət verilməsi üçün məhkəməyə iddia ərizəsi ilə müraciət etmək qərarına gəlmişdir.

5. Cavabdeh məhkəməyə etiraz ünvanlayaraq bildirmişdir ki, ona qarşı irəli sürülmüş iddia üzrə iddiaçıya 5.000 manat məbləğində borcunun olduğunu qəbul edir, iddianı qalan hissədə qəbul etmir. Həmçinin ərizədə qeyd etmişdir ki, 2004-cü ilin may ayından iddiaçı onunla əmək müqaviləsi bağlamış və əvvəlcə onun rəhbər olduğu "xxxx" MMC-də, sonra isə "xxxx" MMC-də, "xxxx" MMC-də, "xxxx" MMC-də və "xxxx" MMC-də mühasib kimi çalışmışdır. İddiaçı ona əmək müqaviləsi əsasında 2004-cü ilin may ayından 2021-ci ilin sonuna qədər olan müddətdə əmək müqaviləsində nəzərdə tutulmuş əmək haqqını ödəməmişdir. Bu isə təxmini hesablansa: (17x670) x 12=136.680 manat məbləğ deməkdir. Bu məbləği id diaçı ona hələ də verməyibdir. Onun müxtəlif adlarla müəssisələr yaratmasının səbəbi bank hesablarında olan məbləğləri vergidən yayındırmaq, hər müəssisəyə bir qədər vəsait qəbul olunmasını təşkil etmək və beləliklə mənfəət əldə etmək idi. Qanunla nəzərdə tutulmuş əmək haqqı cədvəlinin tərtib edilməsinə icazə vermirdi. Hərdən bir ona müxtəlif məbləğlərdə pul versə də, o, həmin pulları həm özünə xərcləmiş, həm də Dövlət Sosial Müdafiə Fonduna və vergiyə ödəmişdir. O, iddiaçı ilə 17 il birlikdə işləmişdir. Müxətlif vaxtlarda biri-birinə pul vermişdilər. İddiaçının iddia etdiyi məbləğlər yalandır və şişirdilmiş rəqəmlərdir. Onlar heç zaman bir-birlərinə borc adı ilə pul verməmişlər. İddiaçı ev alanda ilk dəfə o, iddiaçıya pul vermişdir (9300 manat). Qeyd etdiyi 5 müəssisədən iddiaçı ona hər a y əmək haqqı formasında 750 manat ödəməli və bu ödənişlər tərtib olunmuş əmək haqqı cədvəlində öz əksini tapmalı idi. Onların münasibətləri də elə buna görə pozulmuşdur. O, dəfələrlə mühasib olaraq əmək haqqı cədvəli tərtib etsə də, iddiaçı həmin cədvəlləri ləğv etmiş və ona 5 aydan bir, 6 aydan bir müxtəlif məbləğlərdə pul vermişdir. O, isə həmin pulları əmək haqqı kimi və qeyd etdiyi dövlət orqanlarına ödəniş kimi istifadə etmişdir. O, bu barədə hüquq mühafizə orqanlarında dindirilən zaman da məlumat vermiş, məsələ ilə bağlı bir neçə dəfə Əmək Müfəttişliyinə də müraciət etmişdir.

6. Bakı şəhəi Yasamal Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(004)-690/2023 nömrəli, 30 mart 2023-cü il tarixli qətnaməsi ilə (hakim Orxan Məmmədli) iddia qismən təmin edilmiş, Cavabde h 5000 (beş min) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

7. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iddiaçı iddiasında göstərdiyi borc məbləğini, iddia tələbinin əsası kimi istinad etdiyi faktları təsdiq edəcək, hər hansı bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir.

8. Məhkəmə hesab etmişdir ki, iddia tələbi cavabdehin etiraf etdiyi həcmdə, yəni 5000 manat məbləğində təmin olunmalıdır.

9. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddia tələbi faizlərin ödənilməsi hissəsində təmin edilə bilməz. Belə ki, iddiaçı vermiş olduğu izahatında da pul vəsaitinin borc kimi yox, məhz dələduzluq yolu ilə ondan alınmasını bildirmişdir. Bundan əlavə, cavabdeh etirazında həm də məhkəmədə vermiş ol duğu izahatında tərəflərin bir-birlərinə dəfələrlə pul alıb verdiklərini və borcun nə vaxt aldığını dəqiq xatırlamadığını bildirmişdir. Həmçinin cavabdehin iddiaçının pul vəsaitindən faydalanması, gəlirin, artım, bəhər və ya sair maddi xeyir qazanması işin materialları ilə sübuta yetirilmədiyindən, iddia göstərilən hissədə rədd edilməlidir.

10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 445.7, 449, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2i, 52.2, 77.1, 106.3, 191.3 və 217.4-cü maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” xx.xx.2009-cu il tarixli qərarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası m əhkəməsindəki icraat

11. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir.

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, məhkəmə tərəfindən işin faktiki hallarının araşdırılması zamanı təqdim etdiyi dəlil-sübutlara obyektiv qiymət verilməmiş, hətta onlar nəzərə alınmamaqla bəziləri (cavabdehin işlədiyi dövrdə aylar üzrə imza edərək aldığı əmək haqları cədvəlləri) qəbul edilməyərək geri qaytarılmış, bununla da cavabdehin əsassız surətdə irəli sürdüyü şəxsi mülahizələrinə əsaslanmaqla, təqdim etdiyi bəzi mötəbər sübutlara münasibət bildirilməmiş, qətnaməni əsasla ndırmamışdır. Məhkəmənin iddiaçının (yəni onun) vermiş olduğu izahatında pul vəsaitinin borc kimi yox, məhz dələduzluq yolu ilə ondan alınmasını əsas gətirərək (məhkəmə iclas protokolları ilə tanış olan zaman iclas katibi (və ya köməkçi) də ona pulun dələduzluq yolu ilə alındığına görə iddianın təmin edilmədiyini, cavabdehin yalnız borc kimi aldığını etiraf etdiyi hissədə təmin edildiyini bildirmişdir) iddia tələbini MM-nin 445.7-ci maddəsinə əsasən faizlərin ödənilməsi hissəsində təmin etməməsi maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsidir. Əgər məhkəmə belə qənaətə gələrək iddia tələbini təmin etmirsə, o zaman MPM-nin 265.4-cü maddəsinə əsasən xüsusi qərardad çıxarmaqla prokurora xəbər verməli idi (iddia ərizəsində bunu məhkəmədən xahiş etmişdir). Bu, prosessual hü quq normalarının pozulması və ya düzgün tətbiq edilməməsidir. Bundan başqa, məhkəməyə təqdim etdiyi audiodiskdə (əsasən 4-cü, “Qolos 008” yazısı) Cavabdeh göstərilən məbləğdə pulları ondan aldığı onun tərəfindən tamamilə etiraf edilir (Həmin səs yazısının başlanğıc 6-7 dəqiqəsində cavabdehə qarşı borclu olduğu barədə səsləndirdiyi fikirlərin hamısını səsi və hərəkəti ilə tamamilə təsdiq edir. Cavabdeh 07:50-ci dəqiqədə deyir ki, "istəyirəm ki, hesabı qurtaraq, çalışıram” 08:02-ci dəqiqədə deyir ki, "verəcəm, verəcəm Zakir, hamısını verəcəm” 09:13 cü dəqiqədə deyir ki, "qoy xoşluğunan qazanım verim"; 08:57-ci dəqiqədə deyir ki, "tutaq ki, məni həbs elədilər, sənə xeyri olacaq?"; ll:00-cu dəqiqədən başlayaraq deyir ki, "mən heç kəsə pul verməmişəm, pulu (və ya bunu) demə, məni o saat tutacaq lar; 12:48-ci dəqiqədə deyir ki, mən səndən borc almışam; 14:40-cı dəqiqədə yenə deyir ki, "mən səndən borc almışam"; 16:16-cı dəqiqədə yenə deyir ki, "mən borc almışam, qaytaracam, artıqlaması ilə qaytaracam, evi banka girov qoyub pul götürüb qaytaracam "; 19:40-cı dəqiqədə deyir ki, “Zakir sabaha, biri günə nə isə verəcəm"; 20:15-ci dəqiqədə deyir ki, “indi təhsil vaxtım başlayıb, 3-4 günə nəyi isə girov qoyub pul götürüb verəcəm "; 21:20-ci dəqiqədə deyir ki, “mən bu köpək uşaqlarının adını çəkə bilmirəm, mən məhkəmədə demişəm ki, mənim pulumu versinlər"; 23:02-ci dəqiqədə deyir ki, "Zakir dözmüşük bir az da döz, nəsə edəcəm. Deyirəm ki, tutulub gedəndən sonra da pulu verməlisən, deyir ki, bilirəm, verəcəm "; 24:56-cı dəqiqədə deyir ki, camaatın (guya pul verdiyi adamların, indi onlar ın əksəriyyəti CM-də cəza çəkir) adını hallandırmayaq; 26:35-ci dəqiqədə yenə də dələduzluq əməllərinə görə qorxaraq deyir ki, “Əyyubun, heç kimin adını çəkməyək. Vüqar Səfərlinin adını çəkməyək"; 27:25-ci dəqiqədə deyir ki, “çalışım bir 20.000- 30.000 tapım verim sənə"; 28:55-ci dəqiqədə deyir ki, “İxtiyara deyəcəm ki, kömək elə Zakir müəllimlə bu işi bağlayım "; 30:50-ci dəqiqədə deyir ki, “Zakir gedim biriki adam var danışım ki, qardaş mənə 20-30 min manat pul düzəldin verin, sənə verəcəm ”; 32:40-cı dəqiqədə deyir ki, “bezmişəm, oturacam, hesablayacam, neyləyəcəm, axır ki, səninlə qurtaracam". Daha sonra israrla deyir ki, sənə 20-30 min verəcəm). Məhkəmənin bu qədər mötəbər sübutları nəzərə almayaraq, yalnız cavabdehin etirafını əsas götürməsi prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsidir. Məhkəmə tərəflndən bu hissədə də MPM-nin qeyd edilən maddələrinə istinad edilməsinə baxmayaraq, cavabdeh tərəfindən heç bir dəlil sübut təqdim edilmədiyi halda, lakin audiodiskdəki səs yazısı ilə təsdiq edildiyinə baxmayaraq (ondan aldığı pulların bir hissəsi ilə cavabdehin İxtiyar adlı qardaşı kommersiya fəaliyyətində faydalanıb) iddianın rədd edilməsi, qanunun səhv təvsir edilməsi ilə maddi hüquq normalarının pozulmasıdır. İclas protokolları və iş materialları ilə tanış olan zaman məhkəmə (hakim: Orxan Məmmədli) tərəfindən qətnamə qəbul edilərkən MPM-nin 385.1.2-385.1.4-cü maddələrinin də kobud şəkildə pozulduğunun şahidi olmuşdur. Belə ki, cavabdehin 9 mart 2023-cü il tarixli iclas protokolunda dediyi “möhtərəm hakim! İddiaçı mənə 650 manat maaş yazır, 1 50 manat verirdi. Mənə verdiyi pulu da mən maaş əvəzinə xərcləyirdim" fikirləri məhkəmə tərəfindən aydınlaşdırılmayıb. Ona görə də hakim əmək haqqı cədvəllərini bilərəkdən qəbul etməyərək geri qaytarmışdı (məhkəmədə təqdim edəcəkdir). Cavabdehin bu fikirləri ilə ondan pul aldığı təsdiqlənir. Bundan başqa, həmin iclas protokolunda cavabdehin ondan 15000 manat alaraq jurnalistlər üçün tikilən binadan mənzil almaq üçün kassaya köçürüb qəbzi ona verməsi, lakin 30 mart 2023-cü il tarixli iclas protokolunda ondan mənzillə bağlı 6500 manat alaraq kassaya köçürüb guya qəbzi ona verməsi, lakin hər iki iclasda qeyd etdiyi kimi qəbzin onda olan zaman itməsi barədə ziddiyyətli fikirlər səsləndirməsi absurddur, uydurmadır və məhkəmə tərəfindən araşdırılmalı olduğu halda araşdırılmayıb. Əgər cavabdeh hə qiqətən qəbzi ona veribsə və onun onu ortaya çıxarmayaraq itirdiyini iddia edirsə, o zaman həmin qəbzin kötüyünün surətini ödədiyi təşkilatdan alıb məhkəməyə təqdim edə bilərdi. Məhkəmə isə bu halın sübuta yetirilməsində maraqlı olmamış və cavabdehin bir dəfə ondan 15000 manat aldığını, daha sonra eyni işlə bağlı 6500 manat aldığını səsləndirərək ziddiyyətli fikirlər ortaya qoymasını aydınlaşdırmamış, yalnız cavabdehin müdafiəçisi kimi onun şəxsi, əsassız mülahizələrini qətnamənin qəbulu zamanı əsas kimi götürmüşdür. Bundan başqa, xx.xx.2023-cü il tarixli iclas protokolunda cavabdehin “möhtərəm hakim, mənə bildirmişdi ki, mənim Yengibar adlı dostum yaşlı adamdır, dövlət qulluğunda işləyir. O, iddiaçıya (yəni mənə) 50000 (əlli min) manat pul vermiş, iddiaçı pulun 30000 (otuz min) manatını m ənə qaytarmışdır. Lakin mən bunu sübut edə bilmirəm" fikirləri də məhkəmə tərəfindən aydınlaşdırılmadan əsas kimi qəbul edilərək cavabdehin ondan aldığı pulların guya onun olmadığı qənaətinə gəlinərək qərar qəbul edilmişdir. Əgər Yengibar hal-hazırda işləyirsə, işə gedib-gələ bilirsə, deməli məhkəməyə də gələ bilərdi və sübut növü olaraq şahid kimi ifadə verə bilərdi. Lakin məhkəmə bu halı da araşdırmadı. Bundan başqa, məhkəmə cavabdehin ondan guya almadığı 136.680 manat əmək haqqı barədə səsləndirdiyi fikirləri də aydınlaşdırmamışdır. Çünki hakim bilərəkdən əmək haqqı cədvəllərini qəbul etməmişdir. Məhkəmənin iddia tələbinin cavabdehin etiraf etdiyi həcmdə təmin etməsi qənaəti formal (şəxsi) mülahizədir. Ona görə ki, Yasamal RPİ İŞ-nin cinayət işinin başlanmasının rədd edilməsi haqqında q ərarında (səh. 2, sonuncu 2 abzaslar) Cavabdeh qarşı irəli sürdüyü iddianın təsdiqini tapdığı aydın şəkildə göstərilmişdir. Məhkəmənin Azərbaycan Respublikası MPM-nin 52.2, 106.3, 191.3-cü maddələrinə istinad etməsi (qətnamə, səh.6, 5-ci, 6-cı, 7-ci abzaslar) prosessual hüquq normalarının düzgün tətbiq edilməməsidir. Göründüyü kimi məhkəmə Azərbaycan Respublikası adından qətnamə qəbul edərkən Azərbaycan qanunlarına deyil, cavabdehin şəxsi mülahizələrinə əsaslanmışdır.

13. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra - apellyasiya instansiyası məhkəməsi) 2(103)-3838/2023 nömrəli, 18 avqust 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – Fuad Abdıyev (sədrlik edən və məruzəçi), Xəyal Sarıyev və Fərrux Qasımov) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhk əməsinin qətnaməsi Cavabdeh tutulan pulun məbləği hissəsində dəyişdirilərək, Cavabdeh İddiaçı xeyrinə 30.200 (otuz min iki yüz) manat və 12.500 (on iki min beş yüz) ABŞ dolları məbləğində pul ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla tutulması, qətnamənin mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.

14. Məhkəmə kollegiyası işin hallarına və apellyasiya şikayətinin dəlillərinə istinad edərək qeyd etmişdir ki, cavabdeh iddiaçı tərəfindən müxtəlif vaxtlarda ümumilikdə ona 20.800 manat məbləğində pulun verildiyini etiraf edir, lakin 5.000 manat hissəsi istisna olmaqla qalan məbləğin borc olmadığını göstərir. Belə olan halda, cavabdehin bu mövqeyi qüvvədə olan qanunvericiliyin tələbləri baxımından idd iaçını artıq bu məbləğlərin verilməsini sübut etmək yükündən azad etməklə, cavabdehin belə bir vəzifəsini yaratmış olur. Lakin cavabdeh öz mövqeyini sübut edə bilməmişdir. Qeyd edilən məbləğlərin ona maddi yardım olaraq və əmək haqqı əvəzi kimi, habelə cəmiyyətin hesabından verilməsini təsdiq edən hər hansı sənədi məhkəməyə təqdim edə bilməmiş, əksinə iddiaçının hüquq mühafizə orqanlarına etdiyi şikayətdən, habelə iddiaçı tərəfindən təqdim edilmiş və onların arasında haqq hesabla bağlı aparılmış söhbətləri əks etdirən audio yazılardan cavabdehin iddiaçıdan avtomobil almaq üçün 1.000 manat, qardaşı İxtiyar Abdalova avtomobil almaq üçün 1.000 manat, avtomobilini dəyişmək üçün 2300 manat, deputatlığa namizədliyi ilə bağlı təbliğat və təşviqat prosesi üçün 1.500 manat, özünə məxsus qaraj yerin in sənədləşdirilməsi üçün 10.000 manat məbləğində pul aldığı və bu məbləğlərin məhz borc olaraq verildiyi öz təsdiqini tapmışdır. Həmin söhbətlər zamanı da cavabdeh bu məbləğlərin iddiaçıya qaytaracağını, hətta bu məqsədlə mənzilini satacağını, sadəcə olaraq alıcının olmadığını bildirir. Hər bir halda, bu məbləğlərin hər hansı hissəsi iddiaçı tərəfindən yardım kimi verilmiş olsa idi, iddiaçı bu məbləği tələb etməzdi, tələb etdiyi təqdirdə belə, cavabdeh ona bu məbləğlərin hansı məqsədlə verildiyini xatırlatmış olardı. Lakin belə bir hallar müşahidə olunmur.

15. Məhkəmə kollegiyası iddiaçı tərəfindən təqdim edilmiş audioyazı ilə bağlı qeyd etmişdir ki, iddiaçının şikayəti əsasında hüquq mühafizə orqanlarında aparılmış araşdırma çərçivəsində təyin edilmiş məhkəmə-fonoskopik ekspertizasının n əticələrinə dair tərtib edilmiş rəydə səs yazılarının məhz iddiaçı və cavabdehə məxsus olduğu göstərilmiş, cavabdehin təzyiq altında və ya məcburiyyət qarşısında həmin söhbətləri apardığı müəyyən edilməmişir. Audioyazı tərəflərin iştirakı ilə məhkəmə iclasında dinlənilən zaman da cavabdeh hər hansı başqa mövqedən çıxış etməmiş, həmin audioyazılar iddiaçı tərəfindən işə birinci instansiya məhkəməsində baxılan zaman təqdim edilmişdir. Bu səbəbdən məhkəmə qeyd edilən audioyazıları mötəbər sübut kimi qiymətləndirərək qəbul etmişdir.

16. Məhkəmə kollegiyası belə qənaətə gəlmişdir ki, tanışlıq münasibətlər çərçivəsində iddiaçı cavabdehə qaytarmaq şərti ilə ümumilikdə 15.800 manat məbləğində pulu borc vermiş, bununla da şifahi borc müqavilələrindən irəli gələn öhdəliklərini yerinə yetirmişdir. La kin cavabdeh həmin məbləği iddiaçıdan alsa da, müqavilələr üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş, iddiaçıya olan borcunu bugünədək qaytarmamışdır. Bununla da müqavilələrin şərtlərini pozmuşdur. Qeyd olunanlara əsasən, onun hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli və cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, yaranmış 15.800 manat məbləğində borcunu razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir.

17. Məhkəmə kollegiyası audioyazıya istinadən onu da qeyd etmişdir ki, cavabdeh iddiaçıdan jurnalistlər üçün tikilmiş binalardan mənzil almaq adı ilə, habelə 2004-cü ildə qardaşı İxtiyar Abdalovla birlikdə k ommersiya fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə hər hansı məbləğdə pul almadığını, üzvlük haqqı olaraq iddiaçıdan cəmi 6.000 manat məbləğində pul aldığını, həmin pulun 4.700 manat hissəsini kassasya keçirdiyini, qalan hissəni özünə xərclədiyini bildirsə də, audioyazıda ilk məsələ ilə bağlı 15.000 manat, ikinci məsələ ilə bağlı isə 10.000 ABŞ dolları aldığını etiraf etmiş, eyni zamanda birinci məsələ ilə bağlı pulun aidiyyəti şəxslərə verdiyini, nəticədə aldadıldığını, lakin verilmiş pulla və mənzilin verilməməsinin səbəbləri ilə həmin şəxslərin sorğu-sual edilməsinin düzgün olmamasını, buna hər hansı zərurətin olmadığını, ikinci məsələ ilə bağlı isə qardaşı ilə əlaqə saxlayıb pul barədə hər hansı dəqiqləşmənin aparılmasına ehtiyac görmədiyini, pulun ondan tələb edilməli olduğunu bildir mişdir. Bununla belə, məhkəmə kollegiyası 26-cı bənddə göstərilən məbləğlərlə bağlı belə qənaətə gəlmişdir ki, hüquqi nəticə etibarı ilə cavabdeh hər hansı qanuni və ya müqavilə əsası olmadan iddiaçıdan 15.000 manat və 10.000 ABŞ dolları məbləğində pul əldə etmiş və sonuncuya məxsus olan bu məbləği ötən dövr ərzində özündə saxlamaqla həmin məbləğ hesabına əsassız olaraq varlanmışdır. Bu səbəbdən, həmin məbləğ də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

18. Məhkəmə kollegiyası Bakı Komputer Kollecinə təsərrüfat müdiri vəzifəsinə təyin olunması adı ilə cavabdehin iddiaçıdan 10.000 ABŞ dolları məbləğində pulun alınması ilə bağlı qeyd etmişdir ki, audio yazıda cavabdeh bu məbləği aldığını etiraf edərək bu əməlinin qanunsuz olduğunu dərk edir.

19. Məhkəmə kollegiyası hesab etmişdir ki, məhz cavabdehin təqsirli, hüquqazidd əməli nəticəsində iddiaçıya birbaşa 10.000 ABŞ dolları məbləğində maddi zərər vurulmuşdur. Belə ki, həmin vaxt qüvvədə olan və məhz bu sahəni tənzimləyən qanunvericilikdə müxtəlif sahələr üzrə işə qəbul proseduru müfəssəl şəkildə təsbit edilmişdir. Cavabdehin təhsil sahəsi üzrə işə qəbul prosedurunda rəsmi olaraq iştirak etməsi və ya hər hansı formada cəlb edilməsi, onun işə qəbulu həyata keçirən hər hansı komissiyanın üzvü olması, ümumiyyətlə belə bir səlahiyyətə malik olması halı müəyyən edilməmişdir. Buna baxmayaraq, cavabdeh nəticə etibarı ilə işlədiyi muhasib vəzifəsindən kadr xidmətləri göstərən şəxsə keçid almış və bununla bağlı öz üzərinə öhdəlik götürərək və adi şəraitdə iddiaçı ilə müzakirələr apararaq, onun qohumunu işlə təmin etmək üçün tədbirlə r görəcəyini vəd vermişdir. Cavabdeh iddiaçıya münasibətdə yol verdiyi təqsirli, hüquqa zidd əməllər nəticəsində ona vurduğu ziyanın məsuliyyətini daşımalı və özünə aid olmayan işin yerinə yetirilməsi vədi ilə ondan aldığı 10.000 ABŞ dolları məbləğində pulu iddiaçıya qaytarmalıdır.

20. Məhkəmə kollegiyası cavabdehin 2006-cı ildə iddiaçıdan Yasamal rayonunda yerləşən məktəblərdən birinə onun qohumunun kitabxana müdiri vəzifəsinə təyin olunması adı ilə 10.000 ABŞ dolları məbləğində pulun alınmasının öz təsdiqini tapmadığını, iddiaçının bu halı təsdiq edən hər hansı sübut təqdim etmədiyini, o cümlədən audioyazıda da bu məsələnin müzakirə edilmədiyini, cavabdehin də belə bir halın baş verməsini etiraf etmədiyini nəzərə alaraq, apellyasiya şikayətinin dəlillərini bu hissədə əsassız hesab edərək belə qənaətə gəlmişdir ki, bu məbləğ cavabdehdən iddiaçının xeyrinə tutula bilməz.

21. Məhkəmə kollegiyası öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 427.2, 442, 443.1, 448.1, 448.2, 739.2, 740, 1091.1, 1091.2, 1092.1, 1093.1, 1096.1, 1096.2, 1097.1 və 115-ci maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.1, 14.2, 77.1, 119.1, 217.4, 216-220, 227, 233 və 360-cı maddələri ilə əsaslandırmışdır.

22. Bundan sonra, İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, iddiaya əsasən Cavabdeh hər gecikdirilmiş ilə görə illik 5 faiz olmaqla 19.670 manat və 7.375 ABŞ dolları məbləğində faiz məbləğinin (qətnamə çıxarılan gün bank uçot dərəcəsi ilə) ödənilməsi barədə əlavə qətnamə çıxarılmasını xahiş etmişdir.

23. Ərizə onunla əsaslandırılmışdır ki, onun iddi a tələbində və apellyasiya şikayətində göstərilməsinə baxmayaraq, apellyasiya instansiya məhkəməsi tərəfindən çıxarılmış xx.xx.2023-cü il tarixli qətnamədə ödənilməsi təmin edilmiş borcun Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.7-ci və 449.1-ci maddələrinə əsasən qətnamə çıxarılan gün bank uçot dərəcəsi ilə müəyyənləşdirilən faizin ödənilməsi hissəsinə münasibət bildirilməmişdir.

24. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 27 oktyabr 2023-cü il tarixli əlavə qətnaməsi ilə (hakimlər – Fuad Abdıyev (sədrlik edən və məruzəçi), Xəyal Sarıyev və Cəmilə Musayeva) İddiaçı apellyasiya şikayəti ərizə ilə bağlı baxılan hissədə qismən təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-690/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi qismən, yəni gecikdirilmiş vaxt üç ün faizin tutulmasının rədd edilməsi hissəsində ləğv edilərək həmin hissədə yeni qətnamə çıxarılmışdır. İddia həmin hissədə qismən təmin edilərək, Cavabdeh xx.xx.2019-xx.xx.2022-ci il tarixlərini əhatə edən dövr üçün illik 5% dərəcəsi ilə hesablanmış 5.159,17 (beş min bir yüz əlli doqquz manat, on yeddi qəpik) manat və 2.135,28 (iki min bir yüz otuz beş ABŞ dolları, iyirmi səkkiz sent) ABŞ dolları ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla İddiaçı xeyrinə tutulması qət edilmişdir.

25. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddia tələbində göstərilməsinə və apellyasiya şikayətində mübahisələndirilməsinə baxmayaraq, apellyasiya instansiya məhkəməsinin iş üzrə çıxarılmış yekun qətnaməsində cavabdehdən iddiaçının xeyrinə tutulmalı məb ləğə görə gecikdirilmiş müddət üzrə illik faizlərin ödənilməsi ilə bağlı tələbə toxunulmamış və bu hissəyə məhkəmə kollegiyası tərəfindən münasibət bildirilməmişdir. Bu da həmin tələbə münasibət bildirilməsi zərurəti ilə əlaqədar əlavə qətnamə çıxarılmasını şərtləndirir.

26. Məhkəmə kollegiyası apellyasiya şikayətinin bu hissədə dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab etmişdir ki, birinci instansiya məhkəməsi illik faiz dərəcəsinin tutulması ilə bağlı hissədə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gələrək, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Qətnamədə bununla bağlı göstərilmiş dəlillər işin hallarına uyğun hesab edilə bilməz. Bu səbəbdən apellyasiya şikayəti bu hissədə qismən təmin edilməli, həmin his sədə yeni qətnamə çıxarılmaqla iddia qismən təmin edilməlidir.

27. Məhkəmə kollegiyası öz mövqeyi ilə bağlı ilk növbədə qeyd etmişdir ki, iddiaçı məhkəmədən əvvəl məsələ ilə bağlı hüquq mühafizə orqanlarına müraciət etmişdir. Belə ki, iddiaçının şikayəti əsasında, Yasamal RPİ-nin İstintaq Şöbəsi tərəfindən qəbul edilmiş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2019-cu il tarixli qərarı ilə onun ərizəsi əsasında toplanmış materiallar üzrə cinayət işinin başlanması rədd edilmişdir. Bununla belə, iddiaçı tərəfindən cavabdehə müxtəlif əsaslarla verilmiş pulun qaytarılması müddəti razılaşdırılmamışdır. Cavabdeh ümumiyyətlə iddiaçıya borcunun olmadığını bildirmişdir. Cavabdehin iddiaçıdan müxtəlif vaxtlarda və müxtəlif əsaslarla müvafiq məbləğlərdə pul götürüb sonradan qaytarı lmaması öz təsdiqini tapmışdır. Bununla da iddiaçının faiz tələb etmək hüququ yaranmışdır. Lakin iddiaçının daha böyük məbləğ tələb etməsinə əsas yaradan hər hansı hal barədə sübut təqdim etməməsi, cavabdehin gecikdirilmiş vaxt üçün yalnız illik beş faiz ödəmək öhdəliyini yaratmış olur.

28. Məhkəmə kollegiyası cavabdehdən tutulmalı olan borc məbləğinin 30.200 manat və 12.500 ABŞ dolları təşkil etdiyini, məsələ ilə bağlı iddiaçının şikayəti üzrə “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarın xx.xx.2019-cu il tarixdə qəbul edildiyini, bu məbləğin bundan sonra da ödənilməməsi səbəbindən cavabdehin gecikdirilmiş vaxt üçün illik beş faiz ödəmək öhdəliyinin yarandığını və hazırkı iddianın xx.xx.2022-ci il tarixdə qaldırıldığını nəzərə alaraq belə qənaətə gəlmişdir ki, yaranmış bor c məbləğinə illik 5 faiz xx.xx.2019-cu (qeyd edilən qərar xx.xx.2019-cu il tarixli olduğundan hesablamanın son tarixinə uyğun olaraq, yuvarlaq şəkildə xx.xx.2019-cu il tarixi hesablamanın əvvəli kimi götürülür) - xx.xx.2022-ci il tarixləri əhatə edən 3 il 5 aylıq müddət üzrə hesablanmalı, həmin dövr üçün də ödənilməli olan faiz məbləği (30.200 x 5% / 100 % = 1.510 – 1 il üzrə, 1.510 / 12 ay x 5 ay = 629,16, 1.510 x 3 il + 629,17 = 5.159,17) 5.159,17 manat və (12.500 x 5% / 100% = 625 – 1 il üzrə, 625 / 12 ay x 5 ay = 260,28, 625 x 3 il + 260,28 = ) 2.135,28 ABŞ dolları təşkil edir.

29. Məhkəmə kollegiyası öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 427.2, 427.3, 442, 445.1, 445.2.1, 445.7, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələ rinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarında nümayiş etdirilmiş hüquqi mövqeyinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair xx.xx.2015-ci il tarixli qərarına istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

30. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək, qətnamənin qismən “Cavabdeh tutulan pulun məbləği hissəsində dəyişdirilməsi,Cavabdeh İddiaçı xeyrinə 30.200 (otuz min iki yüz) manat və 12.500 (on ikimin beş yüz) ABŞ dolları məbləğində pul ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyiməzənnə üzrə manatla tutulması” hissəsində ləğv edilməsi və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023cü il tarixli 2(103)-3838/2023 saylı əlavə qətnaməsinin qismən “Cavabdeh xx.xx.2019-cu xx.xx.2022-ci il tarixləriniəhatə edən dövr üçün illik 5% dərəcəsi ilə hesablanmış 5.159,17 (beş min bir yüzəlli doqquz manat, on yeddi qəpik) manat və 2.135,28 (ikimin bir yüz otuz beş ABŞ dolları, iyirmisəkkizsent) ABŞ dolları ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla İddiaçı xeyrinə tutulması” hissəsində ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

31. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Məhkəmə qətnamə və əlavə qətnamə qəbul etməklə nəzərə almamışdır ki, Cavabdeh iddiaçıya heç bir borcu yoxdur. Ümümiyyətlə borcla bağlı iş materiallarında heç bir mötəbər sübut da yoxdur. Lakin iddiaçı yalan məlumatlar yazmağına baxmayaraq məhkəmə onun əsassız iddiasını təmin etmişdir. İddiaçı və Cavabdeh ilə borcla bağlı heç bir rəsmi bağlanmış müqavilə və ya başqa sənəd olmamışdır. Məhkəmə heç bir müqaviləyə və fakta əsaslanmadan qətnamə qəbul etmişdir. Burada borcdan heç bir söhbət gedə bilməz. Lakin buna baxmayaraq məhkəmə iddianı tamamilə rədd etmək əvəzinə qismən təmin etmişdir, formal mülahizələrlə qətnaməsini əsaslandırmağa calışmışdır. Məhkəmələr iddianı tamamilə rədd etmək əvəzinə iddianı qismən təmin etmişlər. Məhkəmələr nəzərə almamışdır ki, iddiaçı məndən mövcud olmayan bor c pul tələb edir. Məhkəmələr tərəfindən bu hallara lazımi qaydada hüquqi qiymət verilməmişdir, apellyasiya məhkəməsi həmin hallara göz yümmuşdur, sanki görməmişdir. Bakı Apellyasiya Məhkəməsi iş üzrə birtərəfli mövqe tutmuş, obyektivlik və ədalət prinsipi unudulmuşdur. Məhkəmə qətnaməsində yazmışdır ki, “Bu baxımdan ilk növbədə iddiaçı iddia tələbinə uyğun olaraq 30.800 manat və 25.000 ABŞ dolları məbləğində pulun ayrı-ayrı vaxtlarda və müəyyən hissələrlə cavabdehə verilməsini sübut etməli idi. Lakin iddiaçı aralarında səmimi münasibətlərin olması və cavabdehə etibar etməsi səbəbindən bu halları rəsmiləşdirmədiyini (hər hansı iltizam almayıb, sadə formada kağız üzərində qeydiyyat aparılmayıb və s.) bildirir”. Lakin buna baxmayaraq məhkəmə sonda iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edir. Belə ki, o, məhkəmə iclasında iştirak edərək apelyasiya şikayətini qəbul etməyərək bildirmişdir ki, iddiaçıya məxsus "xxxx" MMC, "xxxx" MMC, “HÜQUQ MEDİA”, "xxxx" MMC, "xxxx" MMC olmaqla 5 şirkətin baş mühasibi vəzifəsində çalışmışdır. İddiaçı bu MMC-lərin direktoru, o, isə baş mühasibi işləmişdir. İddiaçı 1 il 6 ay (2012-2013-cü illər) xarici ölkədə olarkən 165000 ABŞ dolları olmaqla valyutanı özü ilə aparmış, ona notarius vasitəsilə etibarnamə vermiş və həmin dövr ərzində ona məxsus olan 5 MMC-nin bütün işlərini o, görmüşdür. Baş mühasib olaraq o, dövlət vergi orqanlarına, Döblət Sosial Müdafiə Fonduna hesabatlar təqdim edərək yuxarıda adları çəkilən MMC-lərin borclarını ödəmişdir. Lakin İddiaçı xarici ölkədən qayıdıb gələndən sonra bu pul vəsaitlərini onun borcu kimi hesabl amış (halbuki o, həmin pulları əmək haqqı və vergilərə sərf etmişdir) və 2017-ci ildən başlayaraq ondan pul tələb etməyə başlamışdır. Tərtib etdiyi əmək haqqı cədvəllərini İddiaçı lazımsız hesab edirdi və əslində ona hər MMCyə görə 250(İki yüz əlli) AZN (Ümumilikdə hər ay 750 manat) ödəməli olduğu halda bu əmək haqqlarını ödəməmişdir. Bakı Appelyasiya Məhəkəməsinə isə saxta tərtib olunmuş əmək haqqı cədvəli təqdim etmişdir. Birinci instansiya məhkəməsində isə həmin əmək haqqı cədvəli yox idi. Həmin əmək haqqı cədvəlləri ekspertizaya göndərilməli və orada onun imzasının olmaması müəyyən olunsun. İddiaçı 165.000 (bir yüz altmış beş min) ABŞ dollarını xarici ölkəyə aparmış və əvəzində oradan (Qazaxıstan) düyü gətirəcəyini demişdir. Lakin həmin vəsait valyuta olaraq ölkədən çıxarılmış, ölkəy ə bu valyutanın əvəzində heş bir mal gətirilməmişdir. Bundan sonra isə MMC-lərdə maliyyə problemi yaranmışdır. Yalnız bundan sonra İddiaçı pul tələb etməyə başlamışdır. Onların çox yaxın münasibətləri olmuşdur. Heç bir borc məbləğini qəbul etmir. Belə ki, iddiaçıdan heç vaxt borc istəməmişdir. Onun verdiyi pulları təyinatı üzrə xərcləsə də, o, vergi xərclərini ödəməkdən yayındırırdı, Baş mühasib olaraq yerinə yetirməli olduğu işlərini düzgün aparmağa imkan vermirdi. İddiaçı 5 MMC-ni ona görə təsis etmişdi ki, vergidən yayınsın. Çünki onun müxtəlif idarələrdən aldığı pullar təyinatı üzrə xərclənmirdi. Əslində onun fəaliyyəti yalnız müxtəlif idarələrdən banka daxil olan pulların nağdlaşdırılməsından ibarət olub. Həm də o, banklardan pulları təsərrüfat xərcləri adı ilə çıxarıb nağdlaşdırırdı. Çünki, 100 minlərlə vəsaiti əmək haqqı kimi bankdan çıxarmaq mümkün deyildi. Əks halda DSMF-yə külli miqdarda pul ödəməli olardı. İddiaçı tərəfindən ona müəyyən məbləğdə pullar verilmişdir, lakin aylıq əmək haqqı verilmədiyi üçün həmin məbləğləri əmək haqqı ödənişi və vergilərə olan borclar, DSMF-yə olan borclar kimi qəbul edərək, istifadə etmişdir. Verilən məbləğlər iddiaçının şəxsi vəsaiti olmamışdır, cəmiyyətin vəsaitindən verilmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması üçün bütün əsaslar mövcuddur. Məhkəmə isə bu hallara lazımi hüquqi qiymət verməmişdir, bu isə əsassız iddianın qismən təmin edilməsi ilə nəti cələnmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 385.1,427.2, 442, 443.1, 448.1, 448.2, 739.2, 740, 1091.1,1091.2,1092.1, 1093.1, 1096.1, 1096.2, 1097.1, 1115-ci maddələrinin bu işdə tətbiq edilməsini yolverilməz hesab edir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(103)-3838/2023 saylı əlavə qətnaməsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1, 445.2.1, 445.7-ci maddələrinə istinad etmişdir, lakin nəzərə almamışdır əsas borcun olmaması səbəbindən ona əlavə faiz dərəcəsi də tutula bilməz. Məhkəmə “Cavabdeh xx.xx.2019-cu - xx.xx.2022ci il tarixlərini əhatə edən dövr üçün illik 5% dərəcəsi ilə hesablanmış 5.159,17 (beş min bir yüz əlli doqquz manat, on yeddi qəpik) manat və 2.135,28 (iki min bir yüz otuz beş ABŞ dolları, iyirmi səkkiz sent) ABŞ doll arı ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla İddiaçı xeyrinə tutulması” hissəsində əlavə qətnamə qəbul etməklə səhv nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14-cü maddəsinin tələblərindən görünür ki, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv təqdiqinə lazımi şərait yaradır. Apellyasiya Məhkəməsi tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin normalarının pozulması, həmçinin bəzi normaların düzgün tətbiq edilməməsi nəticədə apelyasiya instansiya məhkəməsinin düzgün olmayan qətnamə qəbul etməsinə gətirib çıxarmışdır. Qətnaməyə nəzər saldıqda məlum olur ki, qətnamə «ədalətlilik» prinsipinə zidd olaraq Azərbaycan Respublikası MPM-nin müvafiq müddəasının tələblər inin pozulması ilə çıxarılmışdır. Məhkəmə qətnamələri ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2007-ci il tarixli qərarında göstərilir ki, məhkəmə özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın göstərilməlidir. Bakı Apellyasiya Məhkəməsinin qəbul etdiyi qətnaməyə nəzərə saldıqda məlum olur ki, qətnamə «ədalətlilik» prinsipinə zidd olaraq Azərbaycan Re spublikası MPM-nin 217-ci maddəsinin tələblərinin pozulması ilə çıxarılmış və iddia tələbinin tamamilə rədd edilməsi üçün zəruri sübutlar iş materiallarında olduğu halda məhkəmə onlara lazımi hüquqi qiymət verməmişdir. Apellyasiya instansiyası məhkəməsi müəyyən edilmiş hallara və toplanmış sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməməklə və mübahisəli hüquq münasibətinə maddi hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməməklə iş üzrə səhv nəticəyə gəlmişdir. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası MPM-nin tələbləri yerinə yetirilməmişdir ki, bununla da işə baxan hakimlər tərəfindən prosessual hüquq normaları pozulmuşdur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutlar ı araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə iş üzrə iddianı tamamilə rədd etmək əvəzinə iddianı qismən təmin edərək yalnız iddiaçının mövqeyindən cixış etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

32. Kassasiya şikayətinə qarşı iddiaçı tərəfindən etiraz daxil olmuş, etirazda kassasiya şikayəti dəlillərinin əsassız olması qeyd edilməklə apellyasiya məhkəməsinin qətnamələrinin dəyişdrilmədən saxlanılması xahiş edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

33. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

34. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

35. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

36. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları ara sında müqavilə olmalıdır.

37. Maddə 427.2. Əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur.

38. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

39. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

40. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

41. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

42. Maddə 740. (31 may 2016-cı il tarixədək qüvvədə olan redaksiyada) əsasən borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər.

43. Maddə 882.1. Borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkil də etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir.

44. Maddə 882.5. Əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir.

45. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

46. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qay tarma vəzifəsi aşağıdakılara da şamil edilir:

47. Maddə 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya,

48. Maddə 1092.1 Əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə.

49. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

50. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

51. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

52. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

53. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

54. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

55. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

56. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

57. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

58. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

59. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayət in hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır

60. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

61. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansi yası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

62. Hazırkı kassasiya şikayətində qətnamələr cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktları bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

63. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən ləğv edilməli və apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edilməklə, iddia tələbi qismən təmin olunmalıdır.

64. Qeyd edilməlidir ki, prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesi n çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur.

65. İşin halları baxımından iddiaçı iddia tələbinə uyğun olaraq 30.800 manat və 25.000 ABŞ dolları məbləğində pulun ayrı-ayrı vaxtlarda və müəyyən hissələrlə cavabdehə verilməsini sübut etməlidir. Lakin iddiaçı aralarında səmimi münasibətlərin olması və cavabdehə etibar etməsi səbəbindən bu halları rəsmiləşdirmədiyini (hər hansı iltizam almayıb, sadə formada kağız üzərində qeydiyyat aparılmayıb və s.) bildirir.

66. Cavabdeh isə 2005-ci ildə iddiaçı tərəfindən ona avtomobil almaq üçün 1.000 manat, avtomobilini dəyişmək üçün 2.300 manat, deputatlığa namizədliyi ilə bağlı təbliğat və təşviqat prosesi zamanı 1.500 manat məbləğində pulun yardım kimi verildiyini, qeyd edilən avtomobili də cəmiyyətin işləri ilə bağlı istifadə etdiyini, həmçinin həmin avtomobillə iddiaçının özünü də daşıdığını, qaraj yerinin sənədləşdirilməsi üçün iddiaçıdan 10.000 manat aldığını, həmin məbləğin 8 000 manat hissəsini xərclədiyini, 2.000 manat hissəsini geri qaytardığını, habelə iddiaçının ona 6.000 manat üzvlük pulu verdiyini, həmin məbləğin 4.700 manat hissəsini Mətbuat Şurasının kassasına ödədiyini, bu ödənişi təsdiq edən qəbzi də iddiaçıya təhvil verdiyini, sadəcə olaraq iddiaçının həmin qəbzi itirdiyini, qalan 1.300 manat pulu isə özündə saxladığını, iddia edilən digər məbləğlərin isə iddiaçı tərəfindən ona verilmədiyini bildirir.

67. Cavabdeh etirazında eyni zamanda qeyd edir ki, üm umiyyətlə iddiaçıdan heç vaxt hər hansı məqsədlə və məbləğdə borc almamış, iddiaçının direktor olduğu cəmiyyətlərdə mühasib vəzifəsində işləməsinə baxmayaraq, iddiaçı tərəfindən ona aylıq əmək haqqı verilmədiyindən, bu səbəbdən həmin məbləğləri nəticə etibarı ilə yardım və əmək haqqı əvəzi kimi qəbul etmiş və istifadə etmişdir.

68. Cavabdeh birinci instansiya məhkəməsində iddiaçıya 5.000 manat məbləğində borcunun olmasını etiraf etmiş və bununla bağlı isə məhkəməyə ərizə təqdim etmişdir.

69. Qeyd edilməlidir ki, nəticə və məbləğ etibarı ilə cavabdeh iddiaçı tərəfindən müxtəlif vaxtlarda ümumilikdə ona müəyyən olunan məbləğdə pulun verildiyini etiraf edir, lakin 5.000 manat hissəsi istisna olmaqla qalan məbləğin borc olmadığını göstərir. Belə olan halda, cavabdehin bu mövqeyi qüvvədə olan q anunvericiliyin tələbləri baxımından iddiaçını artıq bu məbləğlərin verilməsini sübut etmək yükündən azad etməklə, cavabdehin belə bir vəzifəsini yaratmış olur.

70. Cavabdehə münasibətdə isə aydın olur ki, cavabdeh öz mövqeyini sübut edə bilmir. Qeyd edilən məbləğlərin ona maddi yardım olaraq və əmək haqqı əvəzi kimi, habelə cəmiyyətin hesabından verilməsini təsdiq edən hər hansı sənədi məhkəməyə təqdim edə bilmir. Əksinə iddiaçının hüquq mühafizə orqanlarına etdiyi şikayətdən, habelə iddiaçı tərəfindən təqdim edilmiş və onların arasında haqq hesabla bağlı aparılmış söhbətləri əks etdirən audio yazılardan cavabdehin iddiaçıdan avtomobil almaq üçün 1.000 manat, qardaşı İxtiyar Abdalova avtomobil almaq üçün 1.000 manat, avtomobilini dəyişmək üçün 2300 manat, deputatlığa namizədliyi ilə bağlı təbliğat və təşviqat prosesi üçün 1.500 manat, özünə məxsus qaraj yerinin sənədləşdirilməsi üçün 10.000 manat məbləğində pul aldığı və bu məbləğlərin məhz borc olaraq verildiyi öz təsdiqini tapır. Həmin söhbətlər zamanı da cavabdeh bu məbləğlərin iddiaçıya qaytaracağını, hətta bu məqsədlə mənzilini satacağını, sadəcə olaraq alıcının olmadığını bildirir. Həmin söhbətlər zamanı da bir dəfə olsun belə, bu məbləğlərin hər hansı hissəsinin əmək haqqı əvəzi olaraq ona verildiyini, ümumiyyətlə iddiaçının ona əmək haqqı borcunun olduğunu qeyd etmir. Hər bir halda, bu məbləğlərin hər hansı hissəsi iddiaçı tərəfindən yardım kimi verilmiş olsa idi, iddiaçı bu məbləği tələb etməzdi, tələb etdiyi təqdirdə belə, cavabdeh ona bu məbləğlərin hansı məqsədlə verildiyini xatırlatmış olardı. Lakin belə bir hallar müşahidə olunmur.

71. Məhkəmə kollegiyası iddiaçı tərəfindən təqdim edilmiş audioyazı ilə bağlı qeyd edir ki, iddiaçının şikayəti əsasında hüquq mühafizə orqanlarında aparılmış araşdırma çərçivəsində təyin edilmiş məhkəmə-fonoskopik ekspertizasının nəticələrinə dair tərtib edilmiş rəydə səs yazılarının məhz iddiaçı və cavabdehə məxsus olduğu göstərilmişdir. Cavabdehin təzyiq altında və ya məcburiyyət qarşısında həmin söhbətləri apardığı müəyyən edilmir. Həmin audioyazılardan birmənalı şəkildə belə qənaətə gəlmək olur ki, biribirini xeyli müddətdir tanıyan və yaxşı münasibətdə olan iki şəxs tam sərbəst şəkildə öz aralarında verilmiş pulun məbləği ilə bağlı haqq-hesab aparır və pulun qaytarılması müddətini və məbləğini müəyyən edir. Audioyazı tərəflərin iştirakı ilə məhkəmə iclasında dinlənilən zaman da cavabdeh hər hansı başqa mövqedən çıxış etmir. Həmin audioyazılar iddiaçı tərəfindən işə birinci instansiya məhkəməsində baxılan zaman təqdim edilmişdir. Bu səbəbdən məhkəmə qeyd edilən audioyazıları mötəbər sübut kimi qiymətləndirir və qəbul edir.

72. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, tərəflər biri-birini xeyli müddətdir ki, tanıyır. Cavabdeh iddiaçının direktor olduğu cəmiyyətlərdə mühasib vəzifəsində işləmiş və bu münasibətlər çərçivəsində onların arasında şifahi borc müqavilələrindən irəli gələn münasibətlər yaranmışdır. Həmin münasibətlər çərçivəsində iddiaçı cavabdehə qaytarmaq şərti ilə ümumilikdə 15.800 manat məbləğində pulu borc vermiş, bununla da şifahi borc müqavilələrindən irəli gələn öhdəliklərini yerinə yetirmişdir. Lakin cavabdeh həmin məbləği i ddiaçıdan alsa da, müqavilələr üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş, iddiaçıya olan borcunu bugünədək qaytarmamışdır. Bununla da müqavilələrin şərtlərini pozmuşdur. Buna görə də onun hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli və cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, yaranmış 15.800 manat məbləğində borcunu razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir.

73. Məhkəmə tərkibi audioyazıya istinadən onu da qeyd edir ki, cavabdeh iddiaçıdan jurnalistlər üçün tikilmiş binalardan mənzil almaq adı ilə, habelə 2004-cü ildə qardaşı İxtiyar Abdalovla birlikdə kommersiya fəaliyyəti ilə məşğul olmaq məqsədi i lə hər hansı məbləğdə pul almadığını, üzvlük haqqı olaraq iddiaçıdan cəmi 6.000 manat məbləğində pul aldığını, həmin pulun 4.700 manat hissəsini kassaya keçirdiyini, qalan hissəni özünə xərclədiyini bildirsə də, audioyazıda ilk məsələ ilə bağlı 15.000 manat, ikinci məsələ ilə bağlı isə 10.000 ABŞ dolları aldığını etiraf etmiş, eyni zamanda, birinci məsələ ilə bağlı pulun aidiyyəti şəxslərə verdiyini, nəticədə aldadıldığını, lakin verilmiş pulla və mənzilin verilməməsinin səbəbləri ilə həmin şəxslərin sorğu-sual edilməsinin düzgün olmamasını, buna hər hansı zərurətin olmadığını, ikinci məsələ ilə bağlı isə qardaşı ilə əlaqə saxlayıb pul barədə hər hansı dəqiqləşmənin aparılmasına ehtiyac görmədiyini, pulun ondan tələb edilməli olduğunu bildirmişdir.

74. Bununla belə, məhkəmə tərkibi tələb o lunan məbləğlərlə bağlı belə qənaətə gəlir ki, hüquqi nəticə etibarı ilə cavabdeh hər hansı qanuni və ya müqavilə əsası olmadan iddiaçıdan 15.000 manat və 10.000 ABŞ dolları məbləğində pul əldə etmiş və sonuncuya məxsus olan bu məbləği ötən dövr ərzində özündə saxlamaqla həmin məbləğ hesabına əsassız olaraq varlanmışdır. Bu səbəbdən, həmin məbləğ də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

75. Məhkəmə tərkibi Bakı Komputer Kollecinə təsərrüfat müdiri vəzifəsinə təyin olunması adı ilə cavabdehin iddiaçıdan 10.000 ABŞ dolları məbləğində pulun alınması ilə bağlı qeyd edir ki, audio yazıda cavabdeh bu məbləğin də iddiaçıdan alınmasını etiraf edir və bu məsələnin səsləndirilməməsini (adının çəkilməməsini) xahiş edir. Başqa sözlə, cavabdeh bu məbləği aldığını etiraf edir, eyni zamandfa bu əməlinin qanunsuz olduğunu özü də başa düşür və dərk edir.

76. Nəzərə alınmalıdır ki, mülki qanunvericilik mülki hüquq pozuntusunu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaraq təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməli (hərərəti və ya hərəkətsizliyi) tanıyır. Hüquq pozuntusu üçün şəxsin (və ya şəxslərin) təqsirli davranışı olmalıdır. Yalnız təqsirli davranış hüquq pozuntusu kimi ola bilər. Əgər şəxs təqisrli davranışa yol verməmişdirsə, onda hüquq pozuntusunun yaranmasından söhbət gedə bilməz. Başqa sözlə, hüquqa zidd hərəkətin edilməsində şəxs yalnız təqsirli olduqda həmin hərəkət hüquq pozuntusu sayılır. Bundan əlavə, hüquq pozuntusu hüquqi məsuliyyətə səbəb olmalıdır. Hüquqi məsu liyyətə səbəb olmayan hüquqa zidd davranış, hüquqa zidd əməl hüquqla qadağan edilmiş hərəkət və hərəkətsizlik formasında ola bilər. Vacib amillərdən biri sayılan hüquq pozuntsunun obyektiv cəhəti hüquqla tənzimlənən və mühafizə olunan ictimai münasibətlərə ziyan vuran, hüquqa zidd əməl (hərəkət və ya hərəkətsizlik), habelə hüquqa zidd əməllə onun ictimai-təhlükəli nəticəsinin müəyyən edilməsi səbəbli əlaqə təşkil edir. Hüquq pozuntusunun tərkibini təşkil edən elementlərdən hər hansı birinin (məsələn təqsirin) mövcud olması onun hüquq pozuntusu hesab edilməsinə gətirib çıxarır və qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olmur.

77. Məhkəmə tərkibi onu da qeyd edir ki, zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yax ud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz.

78. Apellyasiya instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, məhz cavabdehin təqsirli, hüquqazidd əməli nəticəsində iddiaçıya birbaşa 10.000 ABŞ dolları məbləğində maddi zərər vurulmuşdur. Belə ki, həmin vaxt qüvvədə olan və məhz bu sahəni tənzimləyən qanunvericilikdə müxtəlif sahələr üzrə işə qəbul proseduru müfəssəl şəkildə təsbit edilmişdir. Cavabdehin təhsil sahəsi üzrə işə qəbul prosedurunda rəsmi olaraq iştirak etməsi və ya hər hansı formada cəlb edilməsi, onun işə qəbulu həyata keçirən hər hansı komissiyanın üzvü olması, ümumiyyətl ə belə bir səlahiyyətə malik olması halı müəyyən edilməmişdir. Buna baxmayaraq, cavabdeh nəticə etibarı ilə işlədiyi mühasib vəzifəsindən kadr xidmətləri göstərən şəxsə keçid almış və bununla bağlı öz üzərinə öhdəlik götürərək və adi şəraitdə iddiaçı ilə müzakirələr apararaq, onun qohumunu işlə təmin etmək üçün tədbirlər görəcəyini vəd vermişdir. Halbuki, onun belə bir səlahiyyətə malik olmamasını anlamaq üçün xüsusi biliyə və ya səriştəyə malik olmaq lazım deyil, anlaqlı olmaq kifayət edir.

79. Bu səbəbdən cavabdeh iddiaçıya münasibətdə yol verdiyi təqsirli, hüquqa zidd əməllər nəticəsində ona vurduğu ziyanın məsuliyyətini daşımalı və özünə aid olmayan işin yerinə yetirilməsi vədi ilə ondan aldığı 10.000 ABŞ dolları məbləğində pulu iddiaçıya qaytarmalıdır.

80. Məhkəmə kollegiyası 2006-cı ildə cavabdehin iddiaçıdan Yasamal rayonunda yerləşən məktəblərdən birinə onun qohumunun kitabxana müdiri vəzifəsinə təyin olunması adı ilə 10.000 ABŞ dolları məbləğində pulun alınması öz təsdiqini tapmadığından bu məbləğ cavabdehdən iddiaçının xeyrinə tutula bilməz.

81. Məhkəmə tərkibi apellyasiya instansiya məhkəməsinin verilməsi əsasından asılı olmayaraq, iddiaçı tərəfindən cavabdehə ümumilikdə 30.800 manat və 20.000 ABŞ dolları məbləğində pulun verilməsinin öz təsdiqini tapması və ötən dövr ərzində bu məbləğin 5.000 ABŞ dolları hissəsinin cavabdeh tərəfindən qaytarılmasının iddiaçı tərəfindən etiraf edilməsi və həmin məbləğin ümumi məbləğdən silinməli olması ilə bağlı gəldiyi nəticəsi ilə razılaşır.

82. Bununla yanaşı apellyasiya instansiyası məhkəməsi tərəflər arasında hər hansı raz ılaşmanın olmasını təsdiq edən sübutun olmadığını nəzərə alıb, cavabdeh tərəfindən ötən dövr ərzində qaytarılmış 600 manat və 2.500 ABŞ dolları məbləğində pulun (iddiaçının etirafı) faiz borcu olması ilə haqlı olaraq razılaşmamış və belə qənaətə gəlmişdir ki, apellyasiya şikayətinin dəlilləri bu hissədə əsassızdır. Məhkəmə tərkibi də qeyd edir ki, həmin məbləğlər də ümumi məbləğdən silinməli və bununla bağlı aparılmış hesablamanın nəticəsi olaraq cavabdeh tərəfindən iddiaçıya qaytarılmalı olan pulun ümumi məbləği (30.800 – 600 = 30.200) 30.200 manat və (20.000 – 5.000-2.500 = 12.500) 12.500 ABŞ dolları məbləğində müəyyən edilməlidir. İddiaçının ödəməkdən azad edildiyi 116 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət gəlirlərinə alınmalıdır

83. Məhkəmə tərkibi apellyasiya ins tansiya məhkəməsinin yuxarıda göstərilən bəndlərdə olan mövqeyi ilə razılaşsa da, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməklə müəyyən olunmuş məbləğin tutulması ilə bağlı nəticəsi ilə razılaşmır.

84. Belə ki, işin hallarında aydın olur ki, birinci instansiya məhkəməsi iddianı yalnız 5000 manat hissəsində əsaslı hesab edərək təmin etmişdir, iddia qalan hissədə isə təmin olunmamışdır.

85. Məhkəmə tərkibi hesab edir ki, apellyasiya instansiya məhkəməsi müəyyən etdiyi hissədə iddianı əsaslı hesab edərək təmin edərkən iddianın rədd olunmuş hissəsinə müdaxilə etmişdir.

86. Məhkəmə tərkibi qeyd edir ki, belə müdaxilə zəruri olduqda apellyasiya instansiya məhkəməsi pulun tutulmasını birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsi yolu ilə deyil, həmin hissədə qətnaməni n ləğv edilərək müəyyən edilən hissədə iddianı təmin etməli idi. Bu baxımdan apellyasiya instansiya məhkəməsi müvafiq olaraq pul tələbinin təmin edilən hissəsində birinci instansiya məhkəməsinin qətnaməsini ləğv etmədən, dəyişdirmə yolu ilə yeni qərar qəbul etməsi prosessual hüquq normalarına uyğun olmamışdır.

87. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Bu Məcəllənin 386-cı maddəsində göstərilən hallarda maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qə rardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. (MPM 418.1, 418.2, 418.3.)

88. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq Qərara aldı: Kassasiya şikayəti qismən təmin olunsun. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 18 avqust 2023-cü il tarixli qətnaməsi əsas borc tələbinə aid hissədə ləğv olunsun və həmin hissə üzrə yeni qərar qəbul edilsin. İddia qismən təmin olunsun. Cavabdeh iddiaçı X1 xeyrinə 30.200 (otuz min iki yüz) manat və 12.500 (on iki min beş yüz) ABŞ dolları məbləğində pul ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla tutulsun. Qətnamənin ləğv olunmuş qalan hissədə təmin olunmasın. Qalan mübahisələndirilən hissədə (o cümlədən əlavə qətnamə ilə faiz borcunun tutulması hissəsində) qətnamə dəyişdirilmədən saxlansın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar