Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1727/2022 05.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və "xxxx" ASC-nin X2 XXXnə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-1727/22 (Açar sözlər: məhkəmə qərarlarının preyudisiallığı) Bakı şəhəri, 05 aprel 2022-ci il Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və "xxxx" ASC-nin X2 XXXnə qarşı "xüsusi mülkiyyətdə olan torpaq sahəsindən cavabdehlər tərəfindən qanunsuz ötürülən elektrik enerjisinin dayandırılması, elektrik naqillərinin kəsilməsi, qanunsuz quraşdırılmış iki ədəd elektrik dayaqlarının cavabdehlə rin hesabına çıxarılıb aparılmaqla torpaq sahəsinin boşaldılması və pul” tələbinə dair Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)1717/2021 nömrəli, 03 noyabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçılar X3 və İddiaçı Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçılara məxsus olan və hal-hazırda cavabdehin istifadəsində olan 1,9171 hektar torpaq sahəsindən son 5 ildə istifadə etməsinə görə 50000 manat maddi ziyanın cavabdehdən tutulması, həmin torpaq sahəsinin tərk etməsi (boşaldılması), 1,9171 hektar torpaq sahəsi üzərində müvafiq icazə olmadan, qanunazidd qaydada, özbaşına quraşdırılmış dəmir-bet on elektrik dirəklərinin, həmin dirəklərlə keçirilmiş və istifadədə olan elektrik xəttinin sökülüb aparılması, 2010-cu ildən cavabdehə məxsus 1 hektar torpaq sahəsi üzərində 1991-1992-ci illərdə əkib-becərilmiş və qulluq etdiyi, iddiaçılara məxsus olan 167 ədəd fındıq ağaclarının ümumi dəyəri 25000 manat olan pul məbləğinin iddiaçıların xeyrinə ödənilməsi, ödəməkdən imtina etdiyi halda həmin 167 ədəd ağacın çıxarılıb onlara qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.
2. Qəbələ Rayon Məhkəməsinin 11 iyun 2021-ci il tarixli, 2(025)-855/2021 nömrəli qətnaməsi ilə (hakim A.Əliyev) ilkin iddia üzrə iddiaçı Cavabdeh1 cavabdeh X3 və üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinə qarş ı “torpaq sahəsinin boşaldılması, torpaq sahəsindən istifadəyə maneələrə son qoyulması və maddi ziyanın ödənilməsi” tələbinə dair ilkin iddia ərizəsinin qismən təmin edilməsi, ilkin iddia üzrə cavabdeh X1 Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********69, qeydiyyat nömrəsi ********** olan Çıxarışa əsasən Cavabdeh1 və onun ailə üzvlərinin xüsusi mülkiyyətində olan 1 ha torpaq sahəsindən çıxarılması və onun tərəfindən törədilən maneələrə son qoyulması,ilkin iddia tələbinin qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddia üzrə iddiaçı X1 Cavabdeh1 qarşı “torpaq sahəsinin boşaldılması, maddi ziyanın ödənilməsi və s.” tələbinə dair qarşılıqlı iddia ərizəsinin qismən edilməsi, ilkin iddia üzrə iddiaçı Cavabdeh1 Hüquqların Dövlət qeydiyyatı ha qqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********31, qeydiyyat nömrəsi ********** olan Çıxarışa əsasən İddiaçı xüsusi mülkiyyətində olan 1,9171 ha torpaq sahəsindən çıxarılması, qarşılıqlı iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
3. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 26 yanvar 2021-ci il tarixli, 2(107)-289/2021 nömrəli qətnaməsi ilə (sədrlik edən – A.Mahmudov, hakimlər – M.Əsədli, V.Məlikov) iddiaçı Cavabdeh1 və cavabdeh X3 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Qəbələ Rayon Məhkəməsinin 11 iyun 2021-ci il tarixli, 2(025)-855/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
4. Həmin məhkəmə mübahisələri bitdikdən sonra İddiaçı cavabdehlər Cavabdeh1 və "xxxx" ASC-nin X2 XXXnə qarşı hazırki iddia ərizəsini i rəli sürməklə yuxarıda qeyd olunan məhkəmə qətnamələri ilə təmin olunmayan tələbi ilə bağlı yenidən mübahisə açmışdır.
5. Belə ki, hazırkı icraatın nəticəsi olaraq müəyyən edilir ki, kassasiya baxışının baxış predmeti olan (özbaşına quraşdırılmış cavabdehlər tərəfindən qanunsuz ötürülən elektrik enerjisinin dayandırılması, elektrik naqillərinin kəsilməsi və qanunsuz quraşdırılmış iki ədəd elektrik dayaqlarının cavabdehlərin hesabına çıxarılıb aparılmaqla torpaq sahəsinin boşaldılması) mübahisəyə yuxarıda qeyd olunan məhkəmə qətnamələri ilə hüquqi qiymət verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehlər Cavabdeh1 və "xxxx" ASC-nin X2 XXXnə qarşı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, AR ƏMDK yanında DƏDRX Hüq uqların Dövlət Qeydiyyatı Haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş reyestr nömrəsi **********31 olan, Seriya MA, ******* №-li Çıxarışa əsasən tam mülkiyyət hüququ üzrə ona məxsus olması barədə 29.01.2011-ci il tarixdə ********** sayla qeydiyyata alınmış, Qəbələ rayonu Həmzəlli kəndi ərazisində yerləşən 1,9171 torpaq sahəsi üzərində müvafiq icazə olmadan, qanunazidd qaydada, özbaşına quraşdırılmış cavabdehlər tərəfindən qanunsuz ötürülən elektrik enerjisinin dayandırılması, elektrik naqillərinin kəsilməsi və qanunsuz quraşdırılmış iki ədəd elektrik dayaqlarının cavabdehlərin hesabına çıxarılıb aparılmaqla torpaq sahəsinin boşaldılması və xüsusi mülkiyyəti olan torpaq sahəsindən icazəsi olmadan istifadə etdiyi hər ay üçün 150 (yüz əlli) manat məbləğdə, ümumilikdə son üç il, yən i son 36 ay üçün cəmi 5.400 (beş min dörd yüz) manat məbləğ pul vəsaitinin Cavabdeh1 tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. Qəbələ Rayon Məhkəməsinin 26 may 2021-ci il tarixli, 2(025)-626/2021 nömrəli qərardadı ilə işə mütəxəssis cəlb olunmuşdur.
8. X2 XXXnin 1/13-1668 nömrəli, 10 iyun 2021-ci il tarixli mütəxəssis rəyinə əsasən İddiaçı mülkiyyətində olan torpaq sahəsində yerləşən, mühafizə zonası zəbt edilmiş 35 kV-luq hava xəttinin trassası dəyişdirilə bilər. Bunun üçün ilk növbədə həmin ərazinin ətrafında yerləşən və xəttin trassasının dəyişdirilməsi üçün şəraiti olan torpaq sahələri kimə məxsusdursa həmin şəxs və ya aidiyyatı orqan tərəfindən boş sahə ayrılmalıdır. Bundan sonra isə, xəttin trassasının dəyişdirilməsi üçün müvafiq layihə-smeta sənədləri hazırlanmalı və hazırlanmış layihə-smeta əsasında podratçı təşkilatla bağlanmış müqavilə əsasında “Elektrik qurğularının quraşdırılması Qaydalar”-na əməl etməklə xəttin trassası dəyişdirilə bilər.
9. Qəbələ Rayon Məhkəməsinin 11 iyun 2021-ci il tarixli, 2(025)-626/2021 nömrəli qətnaməsi ilə (hakim A.Əliyev) iddia rədd edilmişdir.
10. Məhkəmə qeyd etmişdir ki, iddiaçının çıxarılmasını tələb etdiyi elektrik naqilləri və 2 (iki) ədəd elektrik dayaqları X4 Sahəsinin balansında deyildir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 8 saylı, 02.02.2005-ci il tarixli qərarı ilə təsdiqlənmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 9.1-ci bəndinə əsasən elektrik naqilləri və 2 (iki) ədəd elektrik dayaqlarının çıxarılması "xxxx" ASC-dən tələb edilə bilməz.
11. Bundan əlavə, məhkəmə qeyd etm işdir ki, "xxxx" ASC-nin nümayəndəsi təsdiq etmişdir ki, Cavabdeh1 məxsus fındıq zavodunu qidalandıran 35 kV-luq elektrik xətti X4 Sahəsinin balansında deyil, həmin xətt və dayaqlar Cavabdeh1 məxsus qeyriyaşayış sahəsinin balansındadır, xətt və dayaqlar "xxxx" ASC-nin balansında olmadığından iddianın "xxxx" ASC-nə qarşı qaldırılması əsassızdır. Cavabdeh1 təqdim etdiyi texniki şərtdən də göründüyü kimi işıq dirəkləri orda 2000-ci ilə qədər salınmış, torpaq isə iddiaçıların adına dirəklər quraşdırıldıqdan 15 il sonra verilmişdir.
12. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat
13. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-1717/2021 nömrəli, 03 noyabr 2021-ci il tarixli qətnaməsi ilə (sədrlik edən və məruzəçi Ə.Məcido v, hakimlər M.Əsədli və A.Mahmudov) iddiaçı “İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, Qəbələ Rayon Məhkəməsinin 11 iyun 2021-ci il tarixli, 2(025)-626/2021 nömrəli qətnaməsi iddianın təmin olunmamış - Cavabdeh1 qarşı olan quraşdırılmış iki ədəd elektrik dayaqlarının cavabdehin hesabına çıxarılıb aparılmaqla torpaq sahəsinin boşaldılmasına dair hissəsində ləğv edilməsi, iş üzrə həmin hissədə yeni qətnamənin qəbul edilməsi, iddia tələbinin həmin hissədə təmin olunması, AR ƏMDKY DƏDRX Hüquqların Dövlət Qeydiyyatı Haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş reyestr römrəsi **********31 olan, Seriya MA, ******* №-li Çıxarışa əsasən tam mülkiyyət hüququ üzrə iddiaçıya məxsus olması barədə 29.01.2011-ci il tarixdə ********** sayla qeydiyyata alınmış, Qəbələ rayonu Həmzəlli kəndi ərazisində yerləşən 1,9171 torpaq sahəsində quraşdırılmış iki ədəd elektrik dayaqları Cavabdeh1 hesabına çıxarılıb aparılmaqla torpaq sahəsi boşaldılması, qətnamənin mübahisələndirilən qalan hissədə dəyişdirilmədən sаxlаnılması, iddianın təmin olunmuş hissəsi icra edilərkən “Elektrik qurğularının quraşdırılması Qaydaları”-na və “Elektrik enerjisindən istifadə Qaydaları”-na riayət edilməsi üçün "xxxx" ASC X2 XXX Qəbələ Elektrik Şəbəkəsi məlumatlandırılması və onların yardımından istifadə edilməsi qət edilmişdir.
14. Apelyasiya Məhkəməsi mülkiyyətin müdafiəsinə dair maddi hüquq normalarını tətbiq etməklə mübahisəni həll etmişdir.
15. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçı hazırki iş üzrə Cavabdeh1 sonuncuya məxsus iki ədəd elektrik dirəyinin iddiaçının torpaq sahəsindən çıxarıl masını tələb etməkdə haqlıdır. Onun digər tələblərini birinci instansiya məhkəməsi təmin etməməkdə haqlı olmuşdur. Çünki iddiaçı digər tələblərində haqlı olmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir.
16. Məhkəmə kollegiyası həmçinin onu da qeyd etməyi zəruri hesab etmişdir ki, həmin elektrik dirəkləri ilə cavabdehə məxsus Fındıq zavodunu elektrik enerjisi ilə qidalandıran elektrik naqilləri keçir ki, onları təcrid etmədən elektrik dirəklərinin çıxarılaraq torpaq sahəsinin boşaldılması mümkün deyildir. Ona görə, iddianın təmin olunmuş hissəsi icra edilərkən “Elektrik qurğularının quraşdırılması Qaydaları”-na və “Elektrik enerjisindən istifadə Qaydaları”-na riayət eləməsi üçün "xxxx" ASC X2 XXX Qəbələ Elektrik Şəbəkəsi məlumatlandırılmalı və onların yardımından istifadə edilməl idir.
17. Cavabdeh1 həmin qətnamədən kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
18. Cavabdeh1 kassasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmiş və kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, işıq xətti qanunvericiliyin tələblərinə uyğun olaraq çəkilmişdir. Belə ki, "xxxx" ASC-nin icazəsi olmadan heç kəs işıq xətti çəkdirə bilməz. O da öz növbəsində işıq istehlakçısı kimi işıqla təmin olunma barədə müraciət etmiş, müvafiq haqlar ödənilməklə transformator quraşdırmaqla indiki "xxxx" vasitəçiliyi ilə işıq xətti çəkdirmiş, onun tərəfindən isə, müvafiq ödənişlər edilmişdir.. Həmçinin, hazırkı iddia tələbindən əvvəl iddiaçı eyni predmet və eyni əsaslarla iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Həmin mülki iş üzrə Qəbələ Rayon Məhkəməsinin 01.10.2020-ci il tarixli 2(025)-855/2020 nömrəli qətnaməsi ilə iddia tələbi həmin hissədə rədd edilmiş, Şəki Apellyasiya Məhkəməsinin 2(107)-289/2021 nömrəli, 26.01.2021-ci il tarixli qətnaməsi və AR Ali Məhkəməsinin 2(102)-4114/2021 nömrəli, 30.08.2021-ci il tarixli qərarı ilə qətnamələr dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə aktlarından görünür ki, iddia tələbləri arasında heç bir fərq yoxdur. Buna görə də, məhkəmələr prosessual hüquq normalarının kobud pozuntusuna yol vermişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Kassasiya şikayətinə qarşı İddiaçı etirazı daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, kassasiya şi kayətinin dəlilləri əsassız və qanunsuzdur. İddia tələbi xüsusi mülkiyyət hüquqlarının qorunması məqsədi daşıyır. Şəki Apellyasiya Məhkəməsinin qətnaməsi qanuni, əsaslı və ədalətlidir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
20. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
22. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
23. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
24. Mad də 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
25. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
26. Maddə 261.0 və 261.0.3. Eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair xarici dövlətin məhkəməsinin qanuni qüvvəyə minmiş qətnaməsi varsa və həmin qətnamə Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən tanınmış və icraya qəbul edilmişsə, hakim iş üzrə icraata xitam verir.
27. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
28. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
29. Maddə 417.1.5. Kassasiya Məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.3, 259.0.8 və 259.0.10-cu maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya və ya bu Məcəllənin 261.0.1-261.0.7ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər.
30. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair 23 fevral 2016-cı il tarixli qərarı: - Faktın preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının hüquqi təbiətinə əsaslanır və onun subyektiv və obyektiv hədləri ilə müəyyənləşdirilir, tərəflər və işdə iştirak edən digər şəxslər bu hədlərdən kənara çıxa bilməzlər. Bununla yanaşı, yekun məhkəmə qərarlarının preyudisial əhəmiyyəti mütləq deyildir və prosessual qanunla müəyyən edilmiş hədlərə malikdir. Məhkəmə aktının preyudisiallığının tanınması üçün preyudisiallığın obyektiv və subyektiv hədlərinin məcmusu vacib şərtdir. Preyudisiallığın subyektiv həddi əvvəl baxılmış işdə və yeni baxılan işdəki şəxslərin dairəsinin, yəni subyekt tərkibinin eyniliyini şərtləndirir. - Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymət ləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. - Mülki Prosessual Məcəllənin 233.3-cü maddəsinə əsasən, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərinin, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Göründüyü kimi, preyudisiallıq prinsipi yalnız əvvəlki və ya sonrakı proseslərdə iştirak edən tərəflərə, işdə iştirak edən digər şəxslərə və onların hüquq varislərinə aid edilir. Müstəqil tələbi olan üçüncü şəxslər məhkəmə prosesində iştirak etməmişlərsə, müvafiq əsaslar olduqda müstəqil tələblə məhkəməyə müraciət edə bilərlər. Həmin şəxslərə məhkəmə qətnaməsinin preyudisiallığı aid edilmir. Onlar iştirak etmədikləri mülki iş üzrə qəbul edilən qətnamə ilə müəyyən edilmiş faktları mübahisələndirə bilərlər. Əvvəlki məhkəmə qətnaməsinin preyudisiallığı, həmçinin qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə yeni açılmış hallar üzrə baxılmasına da aid edilir. - Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların tə krarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 15 iyul 2015-ci il tarixli Qərarı). Kassasiya baxışının hədləri
31. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməs inin mövqeyi
32. İlk növbədə kollegiya qeyd edir ki, hazırkı kassasiya baxışının predmetini Apelyasiya Məhkəməsinin qətnaməsinin iddianın təmin olunan hissəsi təşkil edir. Həmin hissə “quraşdırılmış iki ədəd elektrik dayaqlarının cavabdehin hesabına çıxarılıb aparılmaqla torpaq sahəsinin boşaldılması” ilə bağlı hissədir.
33. İşin halları bölməsində qeyd olunan və artıq qanuni qüvvəsini almış məhkəmə qərarları ilə həmin tələbə hüquqi qiymət verilmişdir. Belə ki, həmin işdə də iddiaçılar X3 və İddiaçı Cavabdeh1 qarşı iddia tələbi irəli sürərək digər tələblərlə yanaşı 1,9171 hektar torpaq sahəsi üzərində müvafiq icazə olmadan, qanunazidd qaydada, özbaşına quraşdırılmış dəmir-beton elektrik dirəklərinin, həmin dirəklərlə keçirilmiş və istifadədə olan elektrik xəttinin sökülüb aparılması, boşal dılması tələbini irəli sürmüşdülər. Həmin işdə tərəflər eyni idi və iddiaçılar eyni əsaslarla iddianı irəli sürmüşdülər. Onlar tələbin əsası kimi ona istinad edirdilər ki, torpaq sahəsi onların mülkiyyətindədir, cavabdeh onlara məxsus olan torpaq sahəsi üzərində qanunsuz olaraq elektrik dirəkləri quraşdırmışdır və bu onların mülkiyyət hüquqlarını məhdudlaşdırır.
34. Hazırkı işdə də iddia tələbi eyni əsaslarla əsaslandırılmışdır.
35. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələbinə əsasən (§24), eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair xarici dövlətin məhkəməsinin qanuni qüvvəyə minmiş qətnaməsi varsa və həmin qətnamə Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən tanınmış və icraya qəbul edilmişsə, Hakim iş üzrə icraata xitam ve rir.
36. Nəzərə almaq lazımdır ki, hazırkı işdə "xxxx" ASC-nin X2 XXXni cavabdehlər sırasına daxil edilməsi əvvəlki məhkəmə qətnamələrinin preyudisiallığını aradan qaldırmır. Əslində, həmin idarəyə qarşı tələb əsassız hesab olunmuş və Apellyasiya Məhkəməsi iddianı məhz Cavabdeh1 münasibətdə təmin etmişdir. Çünki, elə əvvəlki qətnamələrdə də müəyyən edilirdi ki, qeyd olunan elektrik xətinin həmin idarəyə heç bir aidiyyəti yoxdur.
37. Kollegiya qeyd edir ki, irəli sürülən tələbdə hər-hansı sözün dəyişdirilmiş formada yazılması, və yaxud, həmin tələbə aidiyyəti olmayan şəxslər hesabına işdə iştirak edən şəxslərin siyahısının artırılması həmin işə yenidən baxılması üçün əsas ola bilməz.
38. Preyudisiallığın müəyyən etdiyi qaydalara görə eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir.
39. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməs inə yönəlmişdir (§30).
40. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 15 iyul 2015-ci il tarixli Qərarı) (§30).
41. Mülki Prosessual Məcəllənin 233.3-cü maddəsinə əsasən, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəm ədə eyni iddia tələblərinin, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Göründüyü kimi, preyudisiallıq prinsipi yalnız əvvəlki və ya sonrakı proseslərdə iştirak edən tərəflərə, işdə iştirak edən digər şəxslərə və onların hüquq varislərinə aid edilir. Müstəqil tələbi olan üçüncü şəxslər məhkəmə prosesində iştirak etməmişlərsə, müvafiq əsaslar olduqda müstəqil tələblə məhkəməyə müraciət edə bilərlər. Həmin şəxslərə məhkəmə qətnaməsinin preyudisiallığı aid edilmir. Onlar iştirak etmədikləri mülki iş üzrə qəbul edilən qətnamə ilə müəyyən edilmiş faktları mübahisələndirə bilərlər. Əvvəlki məhkəmə qətnaməsinin preyudisiallığı, həmçinin qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi nə yeni açılmış hallar üzrə baxılmasına da aid edilir (§30).
42. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr iddianın təmin olunan hissəsi ilə bağlı tələbi icraata qəbul edərək baxmaqla prosessual qanunvericiliyin yuxarıda qeyd olunan normalarını pozmuşlar ki, bu da qətnamənin ləğv olunaraq həmin hissədə iş üzrə icraata xitam verilməsi üçün əsasdır.
43. Kassasiya Məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib, MPM-nin 261.0.1-261.0.7ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər (§29).
44. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qismən ləğv edilməli, həmin hissədə iş üzrə icraata xitam verilməlidir.
45. Gös tərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1717/2021 nömrəli, 03 noyabr 2021-ci il tarixli qətnaməsi qismən – iddianın təmin olunduğu hissədə ləğv edilsin, həmin hissədə iş üzrə icraata xitam verilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: İsmayıl Xəlilov Hakimlər: Ələsgər Əliyev Mehparə Əhmədova