Məhkəmə qərarları › İş №2(102)-1727/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-1727/2024

16.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1727/2024 16.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: pulun tutulması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi hakim), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair ilkin, Cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair qarşılıqlı iddiası üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)485/2024 nömrəli iş üzrə 09 yanvar 2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfind ən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı ilə X8 arasında bağlanmış AN-1 ******* seriya nömrəli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-2 küçəsi, 6 nömrəli evin 98 nömrəli mənzili 60.000 manata X1. Müqaviləni satıcı tərəfindən etibarnamə əsasında nümayəndəsi Cavabdeh imzalamışdır.

2. Qəbzlərə görə X8 notariusun hesabına 10.000 manat və 50.000 manat məbləğində pul vəsaiti köçürmüşdür.

3. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(102)-5299/2022 saylı qərarından müəyyən edilir ki, iddiaçı X8 cavabdeh İddiaçı qarşı iddia ərizəsi və sonradan Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqlə şdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçının mülkiyyətindəki Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-2 küçəsi, 6 nömrəli evin 98 nömrəli mənzilinə cavabdehin istifadə hüququna xitam verilməsi, cavabdeh tərəfindən mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı X5 qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-2 küçəsi, 6 nömrəli evin 98 nömrəli mənzilinə dair İddiaçı və X8 arasında bağlanmış 30 oktyabr 2019-cu il tarixli 4Ə-437 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2 noyabr 2020-ci il tarixli, e2(004)2042/2020 nömrəli qətnaməsi ilə ilk iddia təm in edilərək, cavabdeh İddiaçı X4 mülkiyyətindəki Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-2 küçəsi, 6 nömrəli evin 98 nömrəli mənzilinə olan istifadə hüququna xitam verilməsi, cavabdeh İddiaçı tərəfindən mənzilin boşaldılaraq iddiaçı X5 təhvil verilməsi, cavabdeh İddiaçı X5 qarşı “Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-2 küçəsi, 6 nömrəli evin 98 nömrəli mənzilinə dair bağlanmış 30 oktyabr 2019-cu il tarixli 4Ə-437 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddiasının rədd edilməsi qət edilmişdir.

5. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 21 aprel 2021-ci il tarixli, 2(103)3153/2021 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2 noyabr 2020-ci il tarixli, e2(004)-2042/2020 n ömrəli qətnaməsi ləğv edilməklə iş üzrə yeni qətnamə çıxarılmış, iddiaçı X4 cavabdeh İddiaçı qarşı “yaşayış sahəsinə olan istifadə hüququna xitam verilməsi və mənzilin boşaldılması” barədə ilkin iddia tələbinin təmin edilməməsi, qarşılıqlı iddia tələbinin təmin edilərək, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-2 küçəsi, 6 nömrəli evin 98 nömrəli mənzilinə dair İddiaçı ilə X8 arasında bağlanmış 30 oktyabr 2019-cu il tarixli 4Ə-437 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi qət edilmişdir.

6. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 4 oktyabr 2021-ci il tarixli, 2(102)-5048/2021 nömrəli qərarı ilə cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya məhkəməsinin 21 aprel 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılmışdır.

7. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(103)1170/2022 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

8. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(102)- 5299/2022 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)- 1170/2022 nömrəli, 15 fevral 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat

9. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus mənzilin satışından əldə olunmuş 60000 manat pulun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

10. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı 35000 manat vəsaitin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. İlk iddia tələbi belə əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən ona məxsus üç otaqlı mənzili bacısı oğlu Cavabdeh verdiyi etibarnamə əsasında öz bacısı X5 alqısatqı müqaviləsi ilə 60.000 manata satmış, lakin həmin məbləği ona ödəməmişdir. Uzun sürən məhkəmə çəkişmələrindən sonra bu xüsusat məhkəmə qətnamələrində də öz təsdiqini tapmışdır. Cavabdehlə cavabdehin bacısı arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən alıcı əvvəl 10000 manat, sonra isə 50000 manat pulu notariusun depozit hesab ına keçirmiş, satıcı isə həmin məbləği depozitdən çıxararaq özününküləşdirmişdİr. Cavabdeh həmin məbləği onun etibarından sui-istifadə edərək ona ödəməmişdir. Bu halların hamısı məhkəmə qətnamələrində öz əksini tapmışdır.

12. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ondan anası X9 vasitəsilə 35000 manat borc almışdır (borcun alınmasını təsdiq edən yazışmalardan çıxarış əlavə olunur). Bundan əlavə iddiaçı X4 cavabdeh İddiaçı qarşı mənzilin boşaldılması və yaşayış yeri üzrə qeydiyyatdan çıxarılma tələbinə dair ilkin, İddiaçı X5 qarşı alqı-satqı müqaviİəsinin etibarsız hesab edilməsi qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə İddiaçı qarşılıqlı iddiasında, ona 15000 ABŞ dolları borcu olduğunu etiraf etmişdir. Sözügedən fakt Azarbaycan Respublikasının Ali Məhkəməsinin x x.xx.2022-ci İl tarixli 2(102)-5299/2022 nömrəli qərarında da əksini tapmışdır (qərarın surəti əlavə edilir). Göründüyü kimi, İddiaçı 15000 dollar borcunun olması ilə bağlı etiraf etməklə, bu hal məhkəmə qərarlarında əks olunmaqla, onun borcun həmin hissəsini sübut etmək vəzifəsini aradan qaldırmışdır. Bundan əlavə, işə əlavə edilən telefon yazışmalarından çıxarışdan da göründüyü kimi, İddiaçı 35000 manat borcu qəbul etmişdir. Bundan sonra borcun qaytarılmasında çətinlik yaşadığına göra borcun əvəzi olaraq ona mülkiyyətində olan evin satılması üçün etibarnamə vermişdir.

13. Birinci instansiya məhkəməsində şahid qismində ifadə vermiş X9 bildirmişdir ki, 2018-ci ilin yanvar ayında qardaşı Ağayev Ayçın ona müraciət edərək kömək etməsini xahiş etmişdir. Qeyd etmişdir ki, banka girov qoyduğu ev i əlindən alırlar, 35000 manat pul lazımdır ki, evi girovdan çıxarsın. O, uşaqları ilə danışmış, oğlu Tamerlan bir az pul yığmış, bildirmişdir ki, həmin pulun üstünü də düzəldib versinlər ki, qardaşı küçədə qalmasın. Əvvəllər də bir neçə dəfə ona kömək etmişdir. Şərtlər belə idi ki, borcu artıqlaması ilə, bir ay ərzində qaytaracaqdır. O zaman hələ Bakıda idi, krediti də burda, Nikoyl Bankdan götürmüşdür. Bu günə kimi də həmin borcu qaytarmamışdır, ancaq elə məhkəmələrə müraciət edir. Qardaş-bacı olduqları üçün gedib hansısa notariusda müqavilə bağlamağı düşünməmişdir. Üzərindən bir il, bəlkə də ondan artıq keçdikdən sonra qardaşına borcu qaytarmağını bildirmişdir. Qardaşı da evi etibarnamə ilə verməyi, satıb pulunu götürməklərini təklif etmişdir. ASAN xidmətə gedərək Tamerlana etibarnamə v ermişdir. Ondan sonra bir müddət evi satmamışlar, gözləmişlər. Lakin sonradan qardaşının nömrələrinə zəng çatmamışdır. Bir ilə yaxın gözlədikdən sonra onunla əlaqə itmiş, tapa bilməmişlər. Etibarnamənin bitmə müddətinə az qaldığından məcbur olub evi satmışlar. Qızı alqı-satqı müqaviləsi əsasında evi almışdır. Bundan əlavə pulu verdikdən sonra da ona aliment və digər məsələlərdə kömək etmişdir. Sədrlik edənin sualına cavab olaraq bildirmişdir ki, 2018-ci ilin yanvar ayında Ağayev Ayçın ona müraciət edərək banka girov qoyduğu evin əlindən almaq üzrə olduqlarını, evi girovdan çıxarmaq üçün 35000 manat pul lazım olduğunu demişdir. Əsas pulu oğlu vermiş, o, az, təxminən 500 manat pul vermişdir. Qardaş-bacı olduqları üçün notariusda müqavilə bağlamağı fikirləşməmişdir. İlkin iddia üzrə iddiaçı nın nümayəndəsi və vəkilinin sualına cavab olaraq bildirmişdir ki, İddiaçı evi girovdan çıxarmaq üçün 35000 manat lazım olduğunu demişdir. Onda 35000 manat olmadığından, o, oğlundan xahiş etmişdir ki, həmin pulu versin.

14. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 03 avqust 2023-cü il tarixli 2(004)-2687/2023 nömrəli qətnaməsi ilə (hakim Toğrul Axundov) ilkin iddia tələbi təmin edilmiş, Cavabdeh 60000 manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi, iddiaçı Cavabdeh İddiaçı qarşı «pul tələbi»nə dair qarşılıqlı iddia tələbinin rədd edilməsi qət edilmişdir.

15. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, Cavabdeh ona verilmiş etibarnamə əsasında Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-2 küçəsi, 6 nömrəli evin 98 nömrəli mənzilini 60.000 mana ta X3, həmin məbləğ Cavabdeh tərəfindən notariusun depozit hesabından götürülsə də, İddiaçı verilməmiş, beləliklə də İddiaçı maddi ziyan vurulmuşdur. Eyni zamanda cavabdehin nümayəndəsi və vəkili də qeyd edilən halları məhkəmə iclası zamanı izahatında təsdiq etmiş və iddiaçının ona olan 35000 manat məbləğində borcunun əvəzinə evi satdığını bildirmiş və iddia tələbinin qismən təmin edilməsini xahiş etmişdir.

16. Qarşılıqlı iddia tələbinə münasibətdə məhkəmə göstərmişdir ki, qarşılıqlı iddiaçı cavabdehə 35000 manat pul verməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir.

17. Məhkəmə eyni zamanda 35.000 manat pul vəsaitinin İddiaçı verilməsi ilə bağlı şahid ifadəsinə tənqidi yanaşaraq qeyd etmişdir ki, şahid X9 qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh anasıdır, yəni yaxın qohumluq münas ibətləri vardır, həmçinin həmin ifadə iş üzrə toplanmış digər sübutlarla öz təsdiqini tapmır.

18. Məhkəmə eyni zamanda qarşılıqlı iddiaçının nümayəndəsi-vəkilinin cavabdehin əvvəlki məhkəmə mübahisələrində borc müqaviləsinin olmasına dair etirafının olması barədə dəlillərinə münasibətdə qeyd etmişdir ki, iş materiallarından görünür ki, həmin iş üzrə cavabdehin hazırki iş üzrə İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 bildirmişdir ki, iddiaçının (X4) istinad etdiyi müqavilə etibarsızdır, əslində tərəflər arasında cavabdehin borcunun təminatı üçün pərdələnmiş əqd bağlanmışdır, həm də həmin müqavilə təzyiq nəticəsində bağlanmışdır, alıcı tərəfindən mənzilin dəyəri kimi banka köçürülmüş 60.000 manat pul vəsaiti də satıcının nümayəndəsi (o, həm də alıcının qardaşdır) olmuş Cavabdeh tərəfindən İd diaçı verilməmişdir. Eyni zamanda həmin iş üzrə iddiaçı Suadə Məmmədovanın nümayəndəsi və vəkili Nümayəndə2 bildirmişdir ki, tərəflər arasında hər hansı borc münasibəti olmamışdır, müqavilənin bağlanmasının təzyiq altında olması da əsassızdır, tərəf buna dair heç bir sübut da verməmişdir, mənzilin alğı-satqı müqaviləsi qanunla müəyyən olunmuş qaydada notariat ofisində bağlanmış, mənzilin razılaşdırılmış qiyməti də bankda köçürmə üsulu ilə satıcıya verilmiş, satıcı tərəf də həmin vəsaiti almışdır, demək ki, daşınmaz əmlakla bağlı qanunvericiliyin tələblərinə uyğun etibarlı müqavilə bağlanmışdır. Həmçinin sözügedən işlə bağlı qəbul edilmiş Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(103)-1170/2022 nömrəli qətnaməsi ilə müəyyən edilmişdir ki, iddiaçı müqavil ə üzrə öhdəliyini yerinə yetirərək mənzilin müəyyən edilmiş 60000 manat dəyərini tam şəkildə satıcı İddiaçı ödənilməsi üçün notariusun depozit hesabına ödəsə də, cavabdeh öhdəliyini yerinə yetirməmiş mənzili hazırkı vaxta kimi boşaldaraq iddiaçıya təhvil verməmişdir. Bu isə alıcının mülkiyyət hüquqlarının pozulmasına səbəb olmuşdur. Alqı-satqı müqaviləsi bağlanarkən qanunvericiliyin tələblərinə əməl edilmiş, müqavilənin etibarsız hesab edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Cavabdeh qarşılıqlı iddia ərizəsində iddiaçıya olan 15000 ABŞ dolları borcunun əvəzində, alqı-satqı müqaviləsi bağlamağa məcbur edildiyini iddia etsə də, bu halı təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Göründüyü kimi qanuni qüvvəsini almış məhkəmə aktları ilə alq ı-satqı müqaviləsinin etibarlılığı sübuta yetirilmiş, müqavilənin etibarsız hesab edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Həmçinin İddiaçı 15000 ABŞ dolları borcunun olması da öz təsdiqini tapmamışdır.

19. Məhkəmə eyni zamanda təqdim olunmuş “Whatsapp” yazışmalarına münasibətdə qeyd etmişdir ki, həmin yazışmalar rus dilindədir. Bundan başqa həmin yazışmaların kimlər arasında, hansı nömrələr vasitəsilə aparılmasını müəyyən etmək mümkün olmadığından mötəbər hesab edilə bilməz və sübut qismində qəbul edilə bilməz.

20. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 14.2, 21.1, 359.1, 362.1, 425.1, 778.1, 782.1, 740, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 80, 82.3, 106.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b)Apellyasiya instansiyası məhkəməsində icraat

21. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək onun ləğv edilməsi, ilkin iddianın rədd edilməsi, qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

22. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, təqdim etdiyi sübutlar tədqiq olunmamış, hakim həmin sübutlar barədə şifahi mülahizələrə əsaslanmaqla onları qəbul etməmişdir. Belə ki, əsas istinad etdiyi hallardan biri İddiaçı ona 15000 ABŞ dolları borcu olduğunu etiraf etməsidir. Sözügedən fakt Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(102)-5299/2022 nömrəli qərarında da əksini tapmışdır. Lakin Məhkəmə bu məsələyə sadəcə bir cümlə ilə (mübahisələndirilən qətnamənin 8-ci səhifəsi, 4-cü abzas) “borcun olması öz təsdiqini tapmamışdır” ifadəsi ilə münasibət bildirmişdir. Təqdim e tdiyi digər sübut Whatsapp yazışmaları ilə bağlı olmuşdur, həmin yazışmaların rəsmi tərcüməsi təqdim edilsə də məhkəmə bu hala da diqqət ayırmamış, eyni zamanda bu sübutu tədqiq etməmiş və yalnız fərdi mülahizələrlə bu sübutun mötəbərliyini qəbul etməmişdir. Məhkəmə prosesində şahid X7 ifadəsini isə məhkəmə onun anası olması faktını əsas gətirməklə qəbul etməmişdir, halbuki işin hallarından mübahisənin yaxın qohumlar arasında olduğu aydındır və bu halda şahidin ifadəsini yalnız anası olduğuna görə qəbul etməmək işin hallarına ziddir.

23. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-485/2024 nömrəli iş üzrə 09 yanvar 2024-cü il tarixli qətnaməsi ilə (V.Sadıqov (sədrliyi və məruzəsi ilə), hakimlər A.İsgəndərov və M.Rüstəmli) cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2687/2023 nömrəli iş üzrə 03 avqust 2023-cü il tarixli qətnaməsi qismən – qarşılıqlı iddia tələbinin rədd edilməsi hissəsində ləğv edilmiş və həmin hissədə yeni qətnamə qəbul edilərək, qarşılıqlı iddia tələbinin təmin edilməsi, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı 35.000 manat məbləğində pul vəsaitinin qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh xeyrinə tutulması, hər iki tələb üzrə tutulan məbləğlər əvəzləşdirilərək, nəticə etibarı ilə Cavabdeh 25000 manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulması qət edilmişdir.

24. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı aşağıdakıları qeyd etmişdir:

25. Göründüyü kimi xx.xx.2019-cu il tarixli 4Ə-437 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən İddiaçı xx.xx.2014-cü il tarixli çıxarışa əsasən xüsusi mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-2 küçəsi, 6 nömrəli evin 98 nömrəli mənzilini 60.000 manata X2. Alqı-satqı müqaviləsini İddiaçı əvəzində, onun verdiyi xx.xx.2019-cu il tarixli 9286 reyestr nömrəli etibarnamə əsasında səlahiyyətli nümayəndəsi Cavabdeh imzalamışdır. Qəbzlərə görə X8 notariusun hesabına 10.000 manat və 50.000 manat məbləğində pul vəsaiti köçürmüşdür.

26. Qanuni qüvvəsini almış məhkəmə qərarlarına əsasən həmin alqı-satqı müqaviləsi etibarlı müqavilə hesab edilmişdir.

27. İddiaçı hazırda həmin mənzilin satışından əldə olunmuş 60000 manat pulun cavabdehdən tutulmasını tələb etmiş, cavabdeh tərəf də mənzilin satılmasından əldə edilmiş 60000 manat pulu götürdüyünü etiraf etmişdir.

28. Cavabdeh iddiaçının ona 35000 manat borcunun olduğunu, həmin borcu qaytarmadığı üçün mənzilin satıldığını bildirərək, iddiaçıdan 35000 manat borcun tutulmasını tələb etmişdir.

29. İddiaçının ona 35.000 manat borcunun olmasını təsdiq etmək üçün iddiaçının adına qeydiyyatda olan telefon nömrəsi ilə aparılmış “Whatsapp” yazışmalarını təqdim etmişdir.

30. Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi-vəkili tərəfindən təqdim edilmiş telefonda olan yazışmalara (İddiaçılə Cavabdeh anası arasında), həmçinin səsli mesajlara baxış keçirilmişdir və iddiaçı ona 35000 manat lazım olduğunu, bir aydan sonra 40.000 manat qaytaracağını bildirmişdir. Danışıqlardan müəyyən edilir ki, iddiaçı həmin pulu almış, lakin qaytarmamış, digər tərəf də ondan pulun qaytarılmasını tələb etmiş, evi satmasını, etməyəcəksə baş etibarnamə verməsini, satmasa ona borclu o lduğu 35.000 manatın əvəzinə özünün satacağını bildirmişdir. İddiaçı hər zaman etibarnamə verə biləcəyini qeyd etmişdir.

31. Beləliklə qeyd olanan yazışma və səsli mesajların məzmunundan aydın olur ki, iddiaçı cavabdehdən 35.000 manat borc almış və hazırki vaxtadək qaytarmamışdır.

32. Belə olan halda cavabdeh haqlı olaraq həmin pul məbləğini iddiaçıdan tələb edir.

33. Cavabdeh qeyd olunan sübutu birinci instansiya məhkəməsində də təqdim etsə də, məhkəmə həmin sübutun ətraflı araşdırılmasını təmin etməmiş, formal olaraq ona tənqidi yanaşmışdır.

34. Cavabdeh apellyasiya şikayətində İddiaçı ona 15000 ABŞ dolları borcu olduğunu etiraf etməsinin Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(102)5299/2022 nömrəli qərarında da əksini tapdığına istinad etmişdir.

35. Bununla b ağlı Kollegiya qeyd edir ki, istinad edilən əvvəlki mülki iş üzrə iddiaçı X8 olmuşdur və həmin iş üzrə cavabdeh olan İddiaçı həmin iş üzrə iddiaçı olan X5 15.000 ABŞ dolları borclu olduğunu bildirmişdir. Yəni, istinad edilən məhkəmə qərarına əsasən, cavabdehin istinad etdiyi kimi İddiaçı ona 15.000 ABŞ dolları borcunun olmasını etiraf etməmişdir. Ona görə də həmin qərar ilə müəyyən edilmiş hal kimi hazırki iş üzrə preyudisial əhəmiyyət kəsb etmir.

36. Kollegiya onu da qeyd etmək istəyir ki, əvvəlki işdə Cavabdeh işə üçüncü şəxs qismində cəlb edildiyi üçün MPM-nin 82.3-cü maddəsində nəzərdə tutulmuş “işdə iştirak edən şəxs” hesab olunur və həmin iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar hazırki məhkəmə prosesində onun tərəfindən mübahisələndirilə bilməz. An caq nəzərə almaq lazımdır ki, həmin işdə İddiaçı qarşılıqlı tələbi ona yox, Suadə Məmmədovaya qarşı yönəlmiş və qarşılıqlı tələbin əsasını da İddiaçı məhz Suadə Məmmədovaya 15.000 ABŞ dolları məbləğində borcunun olması və s. hallar təşkil etmiş, sonuncu da bu halı inkar etmişdir. Yəni, həmin işdə İddiaçı Cavabdeh hər hansı məbləğdə borcunun olması müzakirə predmeti olmamışdır.

37. Qanunvericiliyə əsasən borc müqaviləsinin həm şifahi, həm yazılı formada bağlana bilməsi nəzərdə tutulsa da, borc müqaviləsinin predmetinin məbləği üç min manatdan çox olduğu hallarda yazılı formada bağlanılmalı olması göstərilmişdir. Hazırki iş üzrə 35.000 manat məbləğində pul vəsaiti borc verildiyindən, tərəflər arasında yazılı əqd bağlanmalı olduğu halda, belə əqd bağlanmamışdır. Həmin məbləğdə pulun borc veri lməsi barədə şifahi razılaşma (əqd) isə qanunvericiliyin tələbinə əsasən etibarsız hesab edilir.

38. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

39. Belə olan halda, İddiaçı 35000 manat pulu əhəmiyyətsiz əqd üzrə əldə etməklə əsassız varlanmışdır, ona görə də, Mülki Məcəllənin 337.5-ci maddəsinin tələbinə görə, əldə etdiklərini qaytarmalıdır.

40. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 359.1, 362.1, 778.1, 782.1, 385.1, 442, 329.1, 739.1, 740, 337.4, 337.5, MPM-nin 14.2, 77.1, 88-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

41. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

42. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, vəkalət alan verilməsini gecikdirdiyi pulun üstünə faizlər hesablamağa borcludur. İndiki halda isə cavabdeh nəinki mənzil satışından əldə etdiyi pulun faizini, heç əsas məbləği də iddiaçıya-vəkalət verənə qaytarmamışdır. Apellyasiya instansiyası bu vacib dəlilə əhəmiyyət verməmişdir.

43. Vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməli dir. Hazırki işdə isə cavabdeh iddiaçının verdiyi vəkalət əsasında ona məxsus olan mənzili 60.000 manata satmış, lakin vəkalət verənə heç bir pul vəsaiti ödəməmişdir. Apellyasiya instansiyası MM-nin bu tələbini qiymətləndirməmişdir.

44. Vəkalət alan tapşırığın icrası nəticəsində əldə olunanların hamısını vəkalət verənə verməyə borcludur. Bu işdə isə cavabdeh mənzilin satışından əldə olunan 60000 manatı vəkalət verənə - iddiaçıya geri qaytarmamışdır.

45. Ali Məhkəmə xx.xx.2022-ci il tarixli 2(102)-5299/2022 saylı işdə Cavabdeh və Məmmədova Suadə arasında bağlanmış daşınmaz əmlakın alqı satqı müqaviləsini etibarlı hesab etmişdir. Lakin hazırki işdə apellyasiya instansiyası Ali Məhkəmənin qiymətləndirdiyi bu halı nəzərə almamışdır. Ali Məhkəmənin bu qərarında tərəflərin bir birinə olan borc m ünasibəti müəyyən edilmədiyi halda Apellyasiya instansiyası qanunsuz olaraq borc münasibətinin olması qənaətinə gəlmiş və tərəflər arasında əsassız əvəzləşmə aparmışdır. Apellyasiya instansiyası öz qətnaməsində borc müqaviləsinin 3000 manatdan yuxarı olan halda yazılı müqavilənin zəruriliyini göstərsə də özü bu hala qiymət verməyərək, tərəflər arasında guya şifahi müqavilə olması qənaətinə gəlmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

46. Cavabdeh kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək onun rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya baxışının hədləri

47. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

48. İddiaçı kasasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlüklə mübahisələndirdiyindən, hazırki kasassiya baxışının predmetini həmin məhkəmənin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

49. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

50. Maddə 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır.

51. Maddə 337.1, 337.3 və 337.4 Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

52. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

53. Maddə 359.1. Əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola b ilər.

54. Maddə 362.1. Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər.

55. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

56. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düş ülür.

57. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

58. Maddə

740. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.

59. Maddə 778.1. Vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir.

60. Maddə 782.1. Vəkalət ala n tapşırığın icrası nəticəsində əldə olunanların hamısını vəkalət verənə verməyə borcludur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

61. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

62. Maddə 76.1 Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

63. Maddə 76.2 Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

64. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

65. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

66. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

67. Maddə 416.2 Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

68. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

69. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni ə sas ola bilməz.

70. Cavabdehin kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

71. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, iddianın təmin edilməsi barədə nəticələri mahiyyəti üzrə düzgündür, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir.

72. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir.

73. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 9 yanvar 2024-cü il tarixli 2(103)-485/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar