Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1729/2021 03.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı XXX cavabdehlər Cavabdeh1, Cavabdeh7, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3, Cavabdeh5 və X2 qarşı iş üzrə QƏRARİ iş № 2(102)-1729/21 (Açar sözlər: pul tələbi, hökmlə müəyyən edilmiş məbləğin alınması) Bakı şəhəri, 03 may 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi),Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, Cavabdeh4 və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh7, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3, Cavabdeh5 və X2 qarşı pul tələbinə dair mülki iş üzrə Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4076/2020 nömrəli, 17 sentyabr 2020-ci il tarixli qətnaməsindən Cavabdeh4 kassasiya şikayətinə 03 may 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh7, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3, Cavabdeh5 Mehdixan oğlu və X1 12000 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılıb ki, iddiaçı i ev almaq məqsədi ilə cavabdehlər cavabdehlərə 12000 manat pul vermişdir.
3. Bakı Ağır Cinavətlər Məhkəməsinin 30.05.2013-cü il hökmü ilə cavab dehlər dələduzluq və vəzifə saxtakarlığına görə müxtəlif müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişlər.
4. Hökmə əsasən “xxxx” MMC-nin ünvan 1 ünvanında inşa etdiyi 16 mərtəbəli üç girişli yaşayış binasında 1-ci giriş, 7-ci mərtəbədə yerləşən 48 kv.m sahəsi olan mənzilin 13440 manata satılmasına dair 15.12.2009-cu il tarixli müqavilə bağlanılaraq ondan 2000 manat məbləğində pul alınmış və ona külli miqdarda zərər vurulmuşdur.
5. Həmin hökmlə iddiaçı zərərçəkmiş şəxs qismində tanınmış və vurulmuş maddi ziyanla bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilmişdir.
6. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 157-ci maddəsinə istinad etmişdir.
7. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 12 dekabr 2016-cu il tarixli 2(004)14469/2016 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş, “xxxx” MMC ilə İddiaçı arasında bağlanmış 15 dekabr 2009-cu il tarixli müqaviləyə əsasən ödənilmiş 12000 (on iki min) manat məbləğində pulun cavabdehlər Cavabdeh1, Cavabdeh7, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3, Cavabdeh5 Mehdixan oğlundan və X1 alınıb İddiaçı Sabirovnaya verilməsi qət edilmişdir. (hakim Sərdar Mehrəliyev)
8. Birinci instansiya məhkəməsi iş materiallarında olan sübutlara, o cümlədən qanuni qüvvəyə minmiş hökmə istinadən hesab etmişdir ki, Cavabdeh1 01.05.2006-cı il tarixdə “xxxx” MMC-ni təsis edib özünü həmin cəmiyyətin direktoru təyin edərək tamah niyyəti ilə külli miqdarda özgə əmlakını ələ keçirmək məqsədi ilə Məmmədbəyli Qalib Məmməd oğlu, Cavabdeh7, Cavabdeh2 və Cavabdeh3 ilə qabaqcadan birləşib yaratdığı, 2009-cu ilin yanvarından isə Cavabdeh5 və Cavabdeh6 da cəlb etdiyi cinayətkar qrupmütəşəkkil dəstə halında 732 payçıdan, o cümlədən İddiaçı ilə ünvan 2 ünvanda inşa etdiyi 16 mərtəbəli üç girişli binada 1-ci giriş, 7-ci mərtəbədə yerləşən 48 kv.m sahəsi olan mənzilin 13440 manata satılmasına dair 15.12.2009-cu il tarixli bağlayaraq ondan 12000 manat pulu alaraq dələduzluq etməsi və iddiaçıya ziyan vurulması təsdiq edildiyindən iddia tələbi təmin edilməlidir.
9. Məhkəmə Mülki Məcəllənin 385.1, 442, 448.2, Mülki Prosessual Məcəllənin 82.4-cü maddələrinə istinad etmişdir. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat
10. Cavabdeh4 apellyasiya şikayəti verib, qətnamənin iddia tələbinin ona aid təmin edilən hissədə ləğv edilməsi, iddianın ona münasibətdə rədd edilməsini xahiş etmişdir.
11. Apelyasiya şikayətinin dəlilləri ondan ibarət olub ki, Cavabdeh4 "xxxx" MMC-də ümumiyyətlə işləməmiş, orada heç bir vəzifə tutmamışdır. MMC-nin əməkdaşları tərəfindən cinayətin törədildiyi dövrdə Cavabdeh4 (2005-ci ildən 2011-ci ilədək) "Azərbaycan" Nəşriyyatında işləmişdir. "xxxx" MMC-nin tikdiyi binada mənzillərin satışında heç vaxt iştirak etməmiş, mənzillərin satışı ilə əlaqədar hər hansı bir alıcı ilə ünsiyyətdə olmamış, alıcılar onu, o isə alıcıları tanımamışdır. 12. "xxxx" MMC-nin təsisçisi və direktoru olmuş Cavabdeh1 cinayət işi üzrə aparılan araşdırmalar zamanı öz ifadəsində Cavabdeh4 qeyd olunan şirkətə heç bir aidiyyətinin olmadığı, onlarla əlbir olmadığını, heç bir cinayət törətmədiyini bildirmişdir. Eyni zamanda məhkəmə istintaqı zamanı MMC-nin yeganə təsisçisi və sahibi olan Cavabdeh1 verdiyi ifad ələrdə, eləcə də Azərbaycan Respublikasının müxtəlif orqanlarına ünvanlandığı müraciətlərdə Cavabdeh4 təqsirləndirlən şəxslərlə, ümumiyyətlə zərərçəkmişlərlə hər hansı bir əlaqəsinin olmamasını, onun bu işlə bağlı zərərçəkmişlərlə münasibətdə hər hansı bir hüquq pozuntusuna yol vermədiyi təsdiqlənmişdir.
13. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4076/2020 nömrəli, 17 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 12 dekabr 2016-cı il tarixli 2(004)14469/2016 nömrəli qətnaməsi mübahisələndirilən hissədə Cavabdeh4 münasibətdə dəyişdirilmədən saxlanmışdır. (hakimlər Şərafət Məmmədova(sədrlik edən və məruzəçi), Emin Mehdiyev və Xəyal Sarıyev)
14. Apellyasiya məhkəməsi Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(10 1)-72/2013 nömrəli 30 may 2013-cü il tarixli hökmünə əsasən müəyyən edib ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş İddiaçı cavabdehlərdən Cavabdeh6 tanıdığını göstərsə də (mənzil almaq üçün gedərkən gördüyünü bildirmişdir) izahatında tələb etdiyi pulu birbaşa ona təqdim etməsini bildirməyib. İddiaçı verilən suallara cavab olaraq bildirmişdir ki, tələb etdiyi pulu ayrılıqda cavabdehin hansına verdiyini deyə bilmir. Belə ki, tələb etdiyi pul keçmiş həyat yoldaşı tərəfindən cavabdehlərə verilmişdir. Cavabdehlər birgə məsuliyyət daşıyırlar, belə ki ona birgə zərər vurmuşlar.
15. Apellyasiya məhkəməsi də qeyd edilən halın məhkəmə hökmü ilə öz təsdiqini tapmasına istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Ka ssasiya şikayətinin dəlilləri
16. Cavabdeh4 (Vəkil) kassasiya şikayəti verib, qətnamənin ləğv, iddianın rədd edilməsini xahiş etmişdir.
17. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlilərinə uyğun əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
18. Kassasiya şikayətinə qarşı tərəfin yazılı etiraz daxil olmamışdır. c) Kassasiya icraatı iştirakçılarının izahatları
19. Məhkəmə kollegiyasının iclasında iddiaçı Cavabdeh4 və vəkili Vəkil kassasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini xahiş etdilər.
20. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbər verilsə də, iş üzrə iddiaçı və digər cavabdehlər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 415.3-cü maddəsinə əsasən qeyd edilən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 77.1. Hər bi r tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna ola raq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
21. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
22. Kassasiya şikayətini yalnız Cavabdeh4 vermiş və Cavabdeh4 şikayətdə qətnaməni iddianın yalnız ona qarşı təmin olunan hissəsində mübahisələndirmişdir. Buna görə də hazırki kassasiya baxışının predmeti yalnız mübahi sələndirilən həmin hissədən ibarətdir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
23. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə mübahisələndirilən hissədə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahiəsləndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
24. Kassasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edən apellyasiya şikayətinin dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilib.
25. Baxılan iş üzrə apelyasiya instansiyası məhkəməsi qanuni n əticəyə gəlmişdir.
26. İşin müəyyən qanuni qüvvəyə minmiş məhkəmə hökmünə əsasən müəyyən edilən halına görə Cavabdeh4 CM-in 178.3.1 və 178.3.2-ci maddələri ilə təqsirli bilinib, həmin hökmlə cavabdehin iddiaçıdan 12000 manat pulun alınmasında və iddiaçıya 12000 manat zərər vurulmasında iştirakı təsdiq edilib.
27. Məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh4 iddiaçıdan 12000 manat pulun alınmasında və iddiaçıya 12000 manat zərər vurulmasında iştirak qanunu qüvvəyə minmiş hökmlə təsdiqini tapdığı üçün onun bu faktın təkzibinə yönələn hər hansı dəlili qəbul edilə biməz. Çünki MPM-in 82.4-cü maddəsinə görə də məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsi n həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.
28. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, işin müəyyən edilmiş hallarına əsasən iddianın qeyd edilən hissədə təmin edilməsi Mülki Məcəllənin tətbiq edilən maddələrinə uyğun olmuşdur. İşin müəyyən edilmiş halları Mülki Məcəllənin qeyd edilən normalarının dispozitiv şərtləri ilə üst-üstə düşür.
29. Kassasiya şikayətlərinin digər dəlilləri isə işin faktiki hallarının araşdırılması ilə əlaqəli dəlillərdir. Kassasiya icraatı çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.
30. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.
31. Yuxarıda göstə rilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh4 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4076/2020 nömrəli, 17 sentyabr 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.