Məhkəmə qərarları › İş №2(102)-173/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-173/2023

07.02.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında -
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-173/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının Ərizəçi İddiaçı maraqlı şəxs X qarşı iş üzrə QƏRARİ Açar sözlər:hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi 07.02.2023 Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 24 avqust 2022-ci il tarixli, 2(*06)*4*0/2022 saylı qətnaməsindən maraqlı şəxs X verdiyi kassasiya şikayəti üzrə işə 07 fevral 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: İşin halları X ərizəçiyə ünv anladığı 26 oktyabr 202*-ci il tarixli, 2*633*49847 nömrəli məktubundan görünür ki, ərizəçiyə təqdim etdiyi sənədlərdə müxtəlif soyadlar və adlar yazıldığından pensiya təyin olunmasından imtina olunmuşdur. Marışlı kənd inzibati ərazi dairəsinin vermiş olduğu 29 noyabr 202*-ci il tarixli, 667 nömrəli arayışından görünür ki, X əmək kitabçasında adı, soyadı və ata adının səhv yazıldığı qeyd olunmuşdur. 325527* nömrəli, 26 ay *975-ci ildə tərtib olunmuş hərbi biletin surətindən görünür ki, ərizəçinin soyadı X, adı X, ata adı isə X kimi qeyd olunmuşdur. 302 nömrəli kolxozçunun əmək kitabçasının surətindən görünür ki, soyad X, adı X kimi qeyd olunmuş, həmin yazılar üzərindən xətt çəkilməklə mötərizədə X soyadı, adı isə X kimi qeyd olunmuşdur. Eyni zamanda şəxsin doğum tarixi *956-cı ilə düzəliş olunmuşdur. Əmək kitabçasında işçinin əmək fəaliyyəti barədə məlumatlar X vermiş olduğu 09 sentyabr 202*-ci il tarixli, 477 saylı arxiv arayışında qeyd edildiyi kimidir. 06569*60 nömrəli, 08 aprel *975-ci ildə verilmiş komsomol biletinin surətindən görünür ki, ərizəçinin soyadı X, adı X, ata adı isə X kimi qeyd olunmuşdur. Səkkizillik təhsil haqqında şəhadətnamənin surətindən görünür ki, ərizəçinin soyadı X, adı X, ata adı isə X kimi qeyd olunmuşdur. Ərizəçinin şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, soyadı x, adı X, ata adı isə X, doğum tarixi isə 0*.*0.*956-ci il göstərilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Ərizəçi İddiaçı maraqlı şəxs X qarşı "sənədin şəxsə məxsus olmasından ibarət hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi" barəd ə ərizə ilə Salyan Rayon Məhkəməsinə müraciət edərək, X, X2, İddiaçı Xoğlu, İddiaçı X, İddiaçıli X eyni şəxs olması və hüquqmüəyyənedici səndlərin İddiaçı məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla saslandırılmışdır ki, ona məxsus olan bir sıra sənədlərdə, yəni Salyan rayonu Marışlı kəndində fəaliyyət göstərmiş sabiq “X” adına kolxoz tərəfindən 3* dekabr *966-cı ildə adına yazılmış əmək kitabçasında və Saylan rayon X7 tərəfindən verilmiş 09 sentyabr 202*-ci il tarixli 477 nömrəli arxiv arayışında *966-*969-cu illər arasında soyadı X, *970-*974-cü illər arasında x kimi, adı isə *966-*974-cü illər arasında X, *977-ci ildə isə X yazıldığı üçün təqaüdə çıxa bilmir, pensiya hüququndan məhrum olmuşdur. Salyan Rayon Məhkəməsinin 02 mart 202 2-ci il tarixli qətnaməsi ilə (hakim A.H.Səmədov) ərizə qismən təmin olunaraq, X 09 sentyabr 202*-ci il tarixli, 477 saylı arayışı ərizəçinin *970, *97*, *972, *973, *974-cü il və *977-ci illərdə Salyan rayonu, Marışlı kəndində yerləşən “Frunze” adına kolxozda işləməsinə dair hissədə İddiaçı məxsus olması faktının müəyyən edilməsi, ərizənin qalan hissələrdə təmin olunmaması qət edilmişdir. Məhkəmə hesab etmişdir ki, ərizə qismən təmin olunmalıdır. Belə ki, məhkəmə baxışı zamanı aydın olmuşdur ki, ərizəçinin adı bəzi sənədlərdə X3 (məsələn komsomol bileti və səkkiz illik təhsil haqqında şəhadətnamə) kimi qeyd olunduğundan onun Salyan rayonu, Marışlı kəndində yerləşən “Frunze” adına olan kolxozda işləməsi barədə verilmiş X 09 sentyabr 202*-ci il tarixli, 477 saylı arxiv arayışında *970, *97*, *972, *973, *974-cü illər üzrə ərizəçinin adı “X” kimi, *977-ci il üçün isə “İddiaçıli” kimi,*978-*997-ci illər üzrə isə ərizəçinin şəxsiyyət vəsiqəsində qeyd olunduğu “İddiaçı” kimi qeyd olunmuşdur. Ona görə də məhkəmə X 09 sentyabr 202*-ci il tarixli, 477 saylı arayışında ərizəçinin *970, *97*, *972, *973, *974-cü il və *977-ci illərdə X rayonu, Xkəndində yerləşən “Frunze” adına olan kolxozda işləməsi faktı öz təsdiqini tapmış və arayış həmin hissədə İddiaçı məxsus olması faktı müəyyən olunmalıdır. Məhkəmə qeyd etmişdir ki, ərizəçinin *978-*997-ci illərdə Salyan rayonu, Marışlı kəndində yerləşən “Frunze” adına olan kolxozda və Marışlı kənd Aqroservisində işləməsi halı heç bir mübahisə doğurmadığından ərizənin həmin hissədə təmin olunmasına heç bir zərurət yoxdur, müvafiq icra hakimiyyə ti orqanı ərizəçiyə əmək pensiyasının təyin olunması zamanı həmin illərin əmək stajı kimi nəzərə alınmasını müvafiq qanunvericiliyn tələblərinə əsasən həll etməlidir. Məhkəmə hesab etmişdir ki, ərizəçinin *965, *966, *968, *969-cu illər üzrə Salyan rayonu, Marışlı kəndində yerləşən “Frunze” adına olan kolxozda işləməsi inandırıcı deyil, ərizəçi həmin illərdə müvafiq olaraq 9, *0, **, və *2 yaşında olmuş və həmin yaşlarda onun kolxozda işləməsi inandırcı deyildir. Ona görə ərizə həmin hissədə təmin olunmamalıdır. Məhkəmə qeyd etmişdir ki, ərizəçinin təqdim etdiyi əmək kitabçasında əmək kitabçasının məxsus olduğu şəxsin soyadı, adı və doğum tarixində pozuntu və düzəliş olduğundan həmin sənədin hüquqmüəyyənedici sənəd kimi qəbul olunması mümkün deyildir. Ona görə də məhkəmə ərizəçinin arxiv a rayışının müəyyən hissədə qismən ona məxsus olması faktının müəyyən olunmasını daha əsaslı və qanuni hesab edir. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *4.2, 77.*, 307.2.** və 2*7.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsində icraat Birinci instansiya məhkəməsinin qətnaməsindən maraqlı şəxs apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilib, ərizənin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 24 avqust 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər T.S.Kərimov sədrlik edən, məruzəçi, İ.Q.Əsədov və Z.A.Zeynalov) apellyasiya şikayəti təmin edilməyərək, iş üzrə Salyan Rayon Məhkəməsinin 02 mart 2022-ci il tarixli, 2(057)-389/2022 saylı qətnaməsi ape llyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, ərizəçi hüquqmüəyyənedci sənədin ona məxsus olmasından ibarət hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi üçün Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan Qərarının 6-cı bəndində sadalanan halların hər biri işdə mövcuddur. Belə ki, ərizəçinin sənəddə göstərilən adı ilə onun şəxsiyyətini təsdiq edən sənəddəki adı düz gəlmir (üstüstə düşmür), ərizəçinin şəxsiyyətini təsdiq edən sənəddə adı Məmməd olsa da, arxiv arayışında *970-*974-cü illərdə Xamməd, soyadı Mustafayev olsa da, həmin illərdə Əliyev kimi göstərilmişdir. Bundan başqa, arxiv arayışında *977-ci ildə adı Məmmədəli kimi göstərilmişdir. Ərizəçinin ona məxsus olması faktının müəyyən olunma sını istədiyi sənəd, yəni arxiv arayışı hüquqmüəyyənedici sənəddir, ərizəçinin sosial təminat hüquqlarının realizə olunmasında böyük əhəmiyyətə malikdir. Maraqlı şəxs ərizəçiyə həmin sənəddə olan uyğunsuzluq səbəbindən, sənədlə yaranan sosial təminat hüququnu həyata keçirməkdən imtina etmişdir. Həmin sənədi ilkin vermiş “Frunze” adına kolxoz ləğv olunduğundan, ərizəçi tərəfindən həmin sənəddəki səhvin düzəldilməsi mümkün deyildir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iş materiallarına əlavə edilmiş sənədlərlə *7 avqust 202*-ci ildə verilmiş 445 saylı arxiv arayışının *970-*977-ci illərə dair hissəsinin ərizəçiyə məxsus olduğu tam təsdiqini tapır. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Prosessual Məcəllənin 307.2.5, 308-ci maddələrinin və digər maddi, pr osessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin, ona etirazın dəlilləri və işdə iştirak edən şəxslərin izahatları Kassasiya şikayətinin dəlilləri Maraqlı şəxs kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş edib. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsi hüququn tətbiqində və təfsirində səhvə yol verdiyindən hazırkı iş üzrə düzgün olmayan qətnamə qəbul etmişdir. Hazırkı iş üzrə ərizəçi hüquq müəyyənedici sənədi verən X. Amma ərizəçi ona təqdim edilmiş arxiv arayışında ad və soyadının düzəldilməsindən imtin a olunması barədəX alınmış sənəd təqdim etməmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. İşdə iştirak edən şəxslərin izahatları Azərbaycan Respublikası MPM-nin *0.8-* və 4*4-cü maddələrinə əsasən işə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxıldı. Tətbiq edilən hüquq Mülki Prosessual Məcəllə Maddə *4.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.*. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sü butun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 2*7.*. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 2*7.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlımünasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 305.* və 305.*.*. Məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Maddə 305.2. Azərbaycan Respublikasının qanunları ilə xüsusi icraat qaydasında başqa işlərə baxılması da nəzərdə tutula bilər. Maddə 307.*. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Maddə

308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qay dada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 4*6.*. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 4*6.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 4*8.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərində n və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 4*8.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin fakt iki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırki kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maraqlı şəxs tərəfindən tam mübahisələndirildiyindən qətnamənin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Ma raqlı şəxs, kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, ərizənin təmin edilməsi üçün əsasların olmadığını və sair göstərsə də, kassasiya instansiyası məhkəməsi maraqlı şəxsin bu dəlilləri ilə razılaşmır. Belə ki, işdən görünür ki, ərizəçiyə məxsus olan bir sıra sənədlərdə, yəni Salyan rayonu, Marışlı kəndində fəaliyyət göstərmiş sabiq “Frunze” adına kolxoz tərəfindən 3* dekabr *966-cı ildə onun adına yazılmış əmək kitabçasında və Saylan rayon X7 tərəfindən verilmiş 09 sentyabr 202*-ci il tarixli 477 nömrəli arxiv arayışında *966-*969-cu illər arasında soyadı Musayev, *970-*974-cü illər arasında X kimi, adı isə *966-*974-cü illər arasında X, *977-ci ildə isə Xyazıldığı üçün təqaüdə çıxa bilmir, pensiy a hüququndan məhrum olmuşdur. Hazırda ərizəçi, X*, X2, İddiaçı Alışan oğlu, İddiaçı X və İddiaçıli X eyni şəxs olması və hüquqmüəyyənedici səndlərin ona məxsus olması faktının müəyyən edilməsini iddia edir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun *2 aprel 20*9-cu il tarixli 03 saylı Qərarının *.2-ci bəndinə əsasən hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədləri n bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydas ında baxılmasını istisna edir. *.3-cü bəndinə əsasən nəzərə alınmalıdır ki, məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə (mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. Hüquqi əhəmiyyəti olmayan faktın müəyyən edilməsi barədə ərizələrin icraata qəbulundan məhkəm ə MPM-nin *53.2.*-ci maddəsinin tələbinə əsasən imtina etməli, əgər belə ərizə səhvən icraata götürülmüşdürsə, MPM-nin 26*.0.*-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. 6-cı bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlid ir); ikincisi - həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü - məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmamasıbildirilməlidir. 6.*-ci bəndinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüqüqm üəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların biletlərində və sair sənədlərdə olan bütün səhvlər isə belə sənədləri vermiş orqanların (təşkilatların) özləri tərəfindən aradan qaldırıla bilər. Eləcə də, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər. 6.3-cü bəndinə əsasən hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimi n tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir. Apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb haqlı olaraq qeyd etmişdir ki, ərizəçi hüquqmüəyyənedci sənədin ona məxsus olmasından ibarət hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi üçün Azərbaycan Resp ublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan Qərarının 6-cı bəndində sadalanan halların hər biri işdə mövcuddur. Belə ki, ərizəçinin sənəddə göstərilən adı ilə onun şəxsiyyətini təsdiq edən sənəddəki adı düz gəlmir (üst-üstə düşmür), ərizəçinin şəxsiyyətini təsdiq edən sənəddə adı Məmməd olsa da, arxiv arayışında *970-*974-cü illərdə Xamməd, soyadı Mustafayev olsa da, həmin illərdə Əliyev kimi göstərilmişdir. Bundan başqa, arxiv arayışında *977-ci ildə adı Məmmədəli kimi göstərilmişdir. Ərizəçinin ona məxsus olması faktının müəyyən olunmasını istədiyi sənəd, yəni arxiv arayışı hüquqmüəyyənedici sənəddir, ərizəçinin sosial təminat hüquqlarının realizə olunmasında böyük əhəmiyyətə malikdir. Maraqlı şəxs, ərizəçiyə həmin sənəddə olan uyğunsuzluq səbəbindən, sənədlə yaranan sosial təminat hüququnu həyata keçirməkdən imtina etmişdir. Həmin sənədi ilkin vermiş “Frunze” adına kolxoz ləğv olunduğundan, ərizəçi tərəfindən həmin sənəddəki səhvin düzəldilməsi mümkün deyildir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iş materiallarına əlavə edilmiş sənədlərlə *7 avqust 202*-ci ildə verilmiş 445 saylı arxiv arayışının *970-*977-ci illərə dair hissəsinin ərizəçiyə məxsus olduğu tam təsdiqini tapır. Bu baxımdan kassasiya instansiyası məhkəməsi yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, maraqlı şəxsin kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün həmin dəlilləri təkrar araşdırmağa lüzum görmür. Ona görə də iş üzrə apellyasiya insta nsiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 4*6, 4*7 və 4*9cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Maraqlı şəxs X kassasiya şikayəti təmin edilməsin. İş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 24 avqust 2022-ci il tarixli, 2(*06)-*4*0/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar