Məhkəmə qərarları › İş №2(102)-1730/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-1730/2022

05.04.2022 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1730/2022 05.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh X6 X5 (SOCAR) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmrin ləğvi, işə bərpa) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-9519/2021 nömrəli iş üzrə 02 noyabr 2021-ci il tarixli qətnaməsindən cavabdeh X6 X7 (SOCAR) tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə 05 aprel 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı cavabdeh X6 X5 (SOCAR) qarşı “pozulmuş hüquqların bərpası, əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh ARDNŞ-nin (SOCAR) X6 X3 08.05.2021-ci il tarixli, SOCAR**********0007002B00573 saylı əmrinin ləğv edilməsi, onun əvvəlki vəzifəsinə bərpa olunmaqla məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, SOCAR-ın X6 X4 1991-ci ildən müxtəlif vəzifələrdə işləmişdir. 2015-ci ildən isə 12 noyabr 2015-ci il tarixli əmək müqaviləsinə əsasən həmin tarixdən zavodun əmtəə benzinlərinin hazırlanması üzrə 7 saylı istehsalatın 4 saylı əmtəə parkında 04-cü dərəcə üzrə əmtəə operatoru vəzifəsində işləmişdir. İşlədiyi müddət ərzində üzərinə düşən vəzifələrin layiqincə icra edilməsinə çalışmışdır. İşə vicdanlı münasibətinə görə əmək kollektivinin hörmətini qazanmışdır. İşlədiyi müddət ərzində heç bir irad, töhmət və digər intizam tənbehinə məruz qalmamışdır. Bütün bunlara baxmayaraq, cavabdeh zavodun rəhdərliyi əsassız olaraq ona təzyiqlər göstərir, onu yaş həddinə görə işdən çıxmaq barədə ərizə yazmağa məcbur edir və bunu müxtəlif əsassız bəhanələrlə əlaqələndirir. O, zavodun rəhbərliyinə müraciət edərək işdə saxlanmağı üçün yeniyetmə qızını, cavan ərini itirdiyini, 90 yaşında psixi cəhətdən xəstə anasına baxdığını nəzərə almaqlarını, işləmək istədiyini bildirmişdir. Zavodun rəhbərliyi on a ünvanladığı 31 mart 2021-ci il tarixli məktubda göstərmişdir ki, zavodun fəaliyyətinin optimallaşdırılması istiqamətində işçilərin təlim və qiyəmtələndirmələrinin təşkili və yeni təşkilati struktura yerləşdirilmələri nəzərdə tutulduğundan təqaüd yaşı tamam olan işçilərin öncədən xəbərdar edilməklə əmək müqavilələrinə xitam verilir. Belə ki, zavodun insan resursları şöbəsi sex rəisinə göndərdiyi məktubunda göstərir ki, İddiaçı təqaüd yaşına çatıb, onunla bağlanan əmək müqaviləsinə 1 ay müddətinə xitam verilməlidir, müddətin başa çatmasına 4 təqvim günü qaldığını nəzərə alaraq Gülnarənin 07 may 2021-ci il tarixində işdənçıxma ilə bağlı ərizə ilə işəgötürənə müraciət etməsinin təmin edilməsi xahiş olunub. 08 may 2021-ci il tarixdə gecə növbəsindən çıxandan sonra kadrlar şöbəsindən ona zəng edib bildirdilər ki, sən işdən çıxmısan. O, bu təzyiqlər qarşısında əsəb və iztirablar keçirdərək səhhətində yaranan problemlərlə bağlı ambulator müalicə almağa məcbur olmuşdur. Hazırda da müalicəsi davam edir. Cavabdeh xəstəlik bülletenində olduğu vaxt onun işdən azad olunması barədə 08 may 2021-ci il tarixli SOCAR**********0007002B00573 saylı əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 75-ci maddəsinin 2-ci hissəsinin “d” bəndi ilə tutduğu vəzifədən azad edilməklə əmək müqaviləsinə xitam verib. Ona görə də pozulan əmək hüquqlarının bərpa olunması və əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəm əsi) 12 iyul 2021-ci il tarixli, 2(007)-2774/2021 saylı qətnaməsi ilə (hakim Fikrət Mirzəyev) iddia tələbi təmin edilərək, SOCAR-ın X6 X3 08 may 2021-ci il tarixli SOCAR**********0007002B00573 saylı əmrinin ləğv olunması, İddiaçı əvvəlki vəzifəsinə bərpa olunmaqla ona məcburi işburaxmaya görə əmək haqqı ödənilməsi qət olunmuşdur. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, iddia əsaslı olunduğundan təmin olunmalıdır.Belə ki, əmək qabiliyyətini müvəqqəti itirən işçilərlə bağlanmış əmək müqaviləsinin ləğvi qanunvericiliklə qadağan olunmuşdur. X2 adına X7 isə qanunun imperativ normasına əməl etmədən 08 may 2021-ci il tarixdən əmək qabiliyyətini müvəqqəti itirən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam vermişdir. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79-cu maddəsi ilə əsaslandırmışdır. Qətnamədən narazı qalan cavabdeh apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər – Qürbət Əsgərovsədrlik edən və məruzəçi, Azad İmanov, Vahid Sadıqov) 02 noyabr 2021-ci il tarixli, 2(103)-9519/2021 saylı qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 12 iyul 2021-ci il tarixli, 2(007)-2774/2021 saylı qətnaməsinin apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanması qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, apelyasiya şikayətinin dəlilləri formal mülahizələrdən ibarətdir və birinci instansiya məhkəməsinin gəldiyi nəticə faktlar nöqteyi-nəzərdən qanuni və əsaslı olduğundan, apelyasiya şikayəti təmin edilməməlidir. Məhkəmə kollegiyasi birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, məhkəmə mübahisəni həll edərkən maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri Cavabdeh X6 X7 (SOCAR) (vəkili Vəkil) kasasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı özü həm birinci instansiya məhkəməsində, həm də apelyasiya instansiya məhkəməsində izahat verərək bildirmişdir ki, ona işlədiyi müəssisədən zəng vuraraq onunla bağlanmış əmək müqaviləsinə xitam verildiyi bildirildikdən sonra onun halı pisləşmiş və həkimə müraciət etmiş, bundan sonra ona xəstəlik vərəqəsi açılmışdır. Yəni iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilən zaman iddiaçı əmək qabiliyyətli olmuşdur. İddiaçı X6 X4 növbəli iş qrafikində gecə növbəsində işləmişdir. 07.05.2021-ci il tarixdə saat 20:00-da iş növbəsini qəbul etmiş və 08.05.2021-ci il tarixdə saat 08:00 da iş növbəsini təhvil vermişdir. İddiaçı iş vaxtının başlandığı gün 07.05.2021-ci il tarixə iş növbəsinin bitdiyi gün isə 08.05.2021-ci il tarixə təsadüf e tdiyindən onun sonuncu iş günü 08.05.2021-ci il tarix hesab olunur. 08.05.2021-ci il tarixdə iş yerindən iddiaçıya onunla bağlanmış əmək müqaviləsinə xitam verildiyi barədə məlumat verilmiş, bu səbəbdən də əmrin surətini və əmək kitabçasını götürməli olduğu bildirilmiş, işçi İddiaçı isə bundan imtina etmişdir. Göründüyü kimi apelyasiya instansiya məhkəməsi Əmək Məcəlləsinin 79-cu maddəsinin 1-ci hissəsinin 3-cü bəndinə hərfi mənada yanaşmış, iddiaçı ilə əmək müqaviləsinə xitam verilən zaman onun əmək qabiliyyətli olmasına diqqət yetirməmişdir. İşə baxan apelyasiya instansiya məhkəməsi məhkəmə iclasında iddiaçıya “əmək qabiliyyətinin olmaması vərəqəsi”nin əslinin iş materiallarında olmadığını, həmin sənədin məhkəməyə təqdim edilməli olduğunu bildirmiş, lakin sənədin birinci instansiya məhkə məsində işə baxılan zaman təqdim edilməməsinin səbəbini aydınlaşdırmamışdır. İddiaçı Mərzəağa qızının 08 may 2021-ci il tarixdən 11 iyun 2021-ci il tarixədək əmək qabiliyyətinin müvəqqəti itirilməsini göstərən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı şəhər Baş Səhiyyə İdarəsi 28 nömrəli şəhər poliklinikası tərəfindən verilmiş Seriya SN ********** saylı “əmək qabiliyyətinin olmaması vərəqəsi”nin kserosurəti birinci instansiya məhkəməsinə təqdim olunmuş, həmin sənədin əsli işə apelyasiya qaydasında baxılan zaman məhkəməyə təqdim edilmiş, iddiaçı işin həlli üçün mühüm və əhəmiyyətli olan “əmək qabiliyyətinin olmaması vərəqəsi”nin hansı səbəbdən birinci instansiya məhkəməsinə təqdim etmədiyini əsaslandıra bilməmişdir. Apelyasiya instansiya məhkəməsində işə baxılmasında iştirak etmiş id diaçının vəkili öz izahatında iddiaçının pensiya yaşına çatması ilə əlaqədar olaraq işdən azad edilməsinə etiraz etməməsi barədə izahatına hüquqi qiymət verilməmişdir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Məhkəməyə kasasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə icraatı yazılı icraat qaydasında keçirildiyindən MPM-in 10.8-1-ci maddəsinə əsasən kasasiya şikayəti üzrə mülki işə məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Kasasiya baxışının hədləri Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kasasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvi xahiş edildiyindən məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Əmək Məcəlləsi: Maddə 68.1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Maddə 79.1. İşəgötürən tərəfindən: hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin; yeganə qazanc ye ri işlədiyi müəssisə olub məktəb yaşınadək uşağını təkbaşına böyüdən işçilərin; əmək qabiliyyətini müvəqqəti itirən işçilərin; işçinin şəkərli diabetlə və ya dağınıq sklerozla xəstə olması səbəbinə görə; həmkarlar ittifaqları təşkilatının və ya hər hansı siyasi partiyanın üzvü olması motivinə görə; öhdəsində sağlamlıq imkanları məhdud 18 yaşınadək və ya İ dərəcə əlilliyi olan ailə üzvü olan işçilərin əmək müqaviləsinin ləğv olunması qadağandır. Maddə 296.1. Bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. Maddə 296.2. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün i şçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Maddə 296.3. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 10.8-1. Bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 3 94-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə 416.1. Kasasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kasasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kasasiya şikayəti nin dəlilləri üzrə qeyd edilməlidir ki, cavabdeh kasasiya şikayətini əsasən üç dəlillə əsaslandırmağa çalışmışdır. Belə ki, onun birinci dəlili iddiaçının işdə olduğu zaman onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsinə, yəni həmin zaman işçinin əmək qabiliyyətli olmasına apelyasiya kollegiyasının fikir verməməsi olmuşdur ki, kasasiya yoxlaması zamanı cavabdehin bu dəlili iş materiallarında olan hər hansı sübutla öz təsdiqini tapmamışdır. Odur ki, cavabdehin bu dəlili apelyasiya kollegiyası tərəfindən maddi hüquq normasının pozuntusuna yol verilməsinin əsası kimi qəbul edilə və apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. Cavabdehin ikinci dəlili əmək qabiliyyətli olmama barədə sənədin əslinin birinci instansiya məhkəməsində işə baxılarkən təq dim edilməməsi, apelyasiya məhkəməsinin isə buna münasibət bildirməməsi ilə bağlı olmuşdur ki, bu dəlillə bağlı bildirilməlidir ki, kasasiya yoxlaması nəticəsində həmin sənədin həqiqətən də surətinin birinci instansiya məhkəməsinə təqdim edildiyi müəyyən edilsə də, həmçinin o da müəyyən edilmişdir ki, həmin sübut əsasında işə mahiyyəti üzrə baxılarkən məhkəmə iclasında cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etmiş, birinci instansiya məhkəməsinin hakimi məhkəmə prosesləri zamanı etiraz və vəsatətlərin olub-olmamasını dəqiqləşdirərkən cavabdehin nümayəndəsi nə həmin sübuta etiraz etmiş, nə də vəsatətlə müraciət edərək, həmin sənədin sübutlar siyahısından xaric edilməsini xahiş etməmişdir. Odur ki, cavabdehin bu dəlili də apelyasiya kollegiyasının prosessual pozuntuya yol verməsi ki mi qiymətləndirilə və bu xüsusda qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. Cavabdehin sonuncu - apelyasiya instansiya məhkəməsində işə baxılmasında iştirak etmiş iddiaçının vəkili öz izahatında iddiaçının pensiya yaşına çatması ilə əlaqədar olaraq işdən azad edilməsinə etiraz etməməsi barədə izahatına hüquqi qiymət verilməməsi barədə dəlili üzrə isə qeyd edilməlidir ki, kasasiya yoxlaması nəticəsində qeyd edilən dəlil də öz təsdiqini tapmamışdır. Belə ki, iddiaçının nümayəndəsi və vəkili olmuş Nümayəndə2 izahatında (səh 69) iddiaçının iddia tələbində göstərdiklərinə uyğun izahat verməsi göstərilmiş, iddiaçının pensiya yaşına çatması ilə əlaqədar işdən azad edilməsinə etiraz etmədiyini bildirməmişdir. Cavabdehin iddia etdiyi, lakin iş materialları ilə müəyyən edilməmiş hər hansı izahat a apelyasiya tərəfindən qiymət verilməsinin gözlənilməsi mümkünsüz haldır. Odur ki, cavabdehin qeyd edilmiş sonuncu dəlil kimi istinad etdiyi hal da apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Göstərilənələrə əsasən kasasiya kollegiyası hesab edir ki, apelyasiya kollegiyası düzgün hüquqi mövqedə olmuş, qətnamə qəbul edərkən hər hansı maddi və ya prosessual hüquq normasının pozuntusuna yol verməmişdir. Odur ki, cavabdehin kasasiya şikayətinin dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayəti təmin olunmamalıdır. Yuxarı da göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh X6 X7 (SOCAR) tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-9519/2021 nömrəli iş üzrə 02 noyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar