Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1730/2023 08.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2 BOKT MMC-yə, Cavabdeh1nə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ ərazi idarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: hərracın nəticələrinə dair protokolun və alqı-satqının, çıxarışın ləğv edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər X2 (məruzəçi), Əliyev Zaur Əli oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə İddiaçı cavabdehlər Cavabdeh2 Bank Olmayan Kredit Təşkilatı məhdud məsuliyyətli cəmiyyətinə, Cavabdeh1nə və Azərbaycan Respublikası Əmlak Məsələ ləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (hazırda Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs) 9 saylı Qəbələ ərazi idarəsinə qarşı hərracın nəticələrinə dair protokolun və alqı-satqının, çıxarışın ləğv edilməsi tələblərinə dair iddia ərizəsi ilə bağlı Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1162/2022 nömrəli iş üzrə 06 dekabr 2022-ci il tarixli qətnaməsindən iddiaçının kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Qəbələ Rayon Məhkəməsinin 2(025)-550/2011 nömrəli iş üzrə 10 noyabr 2011-ci il tarixli qətnaməsinə görə, Nümayəndə1 ilə Cavabdeh2 B OKT QSC arasında xx.xx.2010-cu il tarixli CAGab 55557/10 №-li kredit müqaviləsindən irəli gələn ödənilməmiş 31.435 manat əsas borc, 9.487 manat faiz borcu, gecikdirməyə görə 3.000 manat dəbbə pulu borcu, həmçinin iddianın qaldırılması üçün ödənilmiş 20 manat dövlət rüsumu, bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat məbləğdə dövlət rüsumu və 20 manat xidmət haqqı, cəmi 10 noyabr 2011-ci il tarixə 43.972 manat borc, ipotekaya qoyulmuş İddiaçı mülkiyyət hüququ əsasında məxsus ünvanndə 0,84 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 4 otaqlı 81,1 kv.m. yaşayış, 36.8 kv.m. köməkçi sahədən ibarət fərdi yaşayış evinə (0,84 ha torpaq sahəsi ilə birlikdə) yönəldilərək açıq hərracda satılması, ipoteka ilə yüklü edilmiş torpaq sahəsinin hərracda ilkin satış qiyməti 30.000 manat məbləğdə müəyyənl əşdirilməsi, satışdan əldə olunan vəsait borcun həcmi məbləğində Cavabdeh2 BOKT QSC-nin xeyrinə ödənilməsi, hərrac keçirildikdən sonra 1 ay müddətində girov qoyulmuş yaşayış evinin boşaldılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
2. Qəbələ rayon İcra Qrupu tərəfindən "xxxx" MMC-nə ünvanlanmış 13 mart 2012-ci il tarixli XXX nömrəli Sifarişə görə, Qəbələ rayon Məhkəməsinin 13 dekabr 2011-ci il tarixli 2(025)-550 nömrəli icra sənədi üzrə icraatda borclu Nümayəndə1 məxsus ipotekaya qoyulmuş əmlak barədə hərracın keçirilməsi xahiş edilmişdir. 3. "xxxx"nin Y-921 nömrəli xx.xx.2012-ci il tarixli Hərracın yekunları barədə protokola əsasən, İddiaçı məxsus fərdi yaşayış evi (0,84 ha torpaq sahəsi ilə birlikdə) Qəbələ Rayon Məhkəməsinin 2(025)-550/2011 nömrəli xx.xx.2011-c i il tarixli icra vərəqəsinin, Qəbələ rayon İcra Qrupunun XXX nömrəli xx.xx.2012-ci il tarixli sifariş məktubunun icrasına əsasən hərrac təşkil olunmuşdur. Əmlakın ilkin hərrac qiyməti 30.000 manat, əmlakın təkrar hərracdakı satış qiyməti 19.125 manat olmaqla, qalib alıcı Cavabdeh2 BOKT QSCyə satılmışdır. 4. “Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə” 09 iyul 2012-ci il tarixli müqaviləyə görə, Cavabdeh2 BOKT QSC Qəbələ Rayon Məhkəməsinin 2(025)-550/2011 nömrəli xx.xx.2011-ci il tarixli icra vərəqəsi və "xxxx"nin Y-921 nömrəli xx.xx.2012-ci il tarixli hərracın yekunları barədə protokoluna əsasən İddiaçı məxsus ünvan 3ində yerləşən fərdi yaşayış evini (0,84 ha torpaq sahəsi ilə birlikdə) 19.125 manata almışdır.
5. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyes trindən RX ******* nömrəli çıxarışın surətinə görə, ünvan 3ində yerləşən 0,84 ha torpaq sahəsinin və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 117.9 kv.m. olan fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə Cavabdeh2 BOKT QSC-nin adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2012-ci ildə qeydiyyata alınmışdır. 6. xx.xx.2021-ci il tarixli Akta əsasən, Qəbələ Rayon Məhkəməsinin 2(025)-550/2021 nömrəli xx.xx.2011-ci il tarixli icra sənədi üzrə ünvan 3ində yerləşən 0,84 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 117.9 kv.m. olan fərdi yaşayış evi borclular tərəfindən yaşayış evində olan bütün əşyalar boşaldılaraq, özləri tərəfindən aparılmış, qeyd olunan yaşayış evi boşaldılaraq tələbkara təhvil verilmiş, eyni zamanda giriş qapılarının açarları dəyişdirilərək, tələbkarın etibarnam ə üzrə nümayəndəsinə verilmiş, aktın doğruluğunu Cavabdeh1 icra məmuru, borclu Nümayəndə1, borclu İddiaçı, tələbkar Cavabdeh2 BOKT MMC-nin etibarnamə üzrə nümayəndəsi və borcluların ailə üzvü Nümayəndə4 imzası ilə təsdiq etmişlər.
7. Bakı şəhəri 53 saylı notariat ofisi tərəfindən 02 fevral 2022-ci il tarixdə 1195 reyestr nömrəsi ilə qeydə alınmış AN-İ ******* nömrəli «Daşınmaz əmlakın alqı-satqı müqaviləsi»nə görə, Cavabdeh2 BOKT MMC ünvan 3i ünvanda yerləşən ümumi sahəsi 117.9 kv.m, yaşayış sahəsi 81.1 kv.m, yardımçı sahəsi 36.8 kv.m olan 4 ortaqlı fərdi yaşayış evini və 0,84 ha torpaq sahəsini X1 mülkiyyətinə vermişdir. Satılan torpaq sahəsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən reyestr nömrəsi **********47-10301, qeydiyyat nömrəsi ********** qeydiy yat tarixi xx.xx.2012 olan çıxarışla Cavabdeh2 BOKT MMC-yə (satıcıya) məxsusdur. Satıcı fərdi yaşayış evini və torpaq sahəsini 40.000 manata satmış, alıcı isə həmin qiymətə almışdır.
8. AR ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2022-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli **********4710301 daşınmaz əmlakın reyestr nömrəli çıxаrışa əsasən XXXndə yerləşən ümumi sahəsi 117.90 kv.m. olan fərdi yaşayış evi və 0,84 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə X1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat
9. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 3ində yerləşən 0,84 ha torpaq sahəsinin və hə min torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 117.9 kv.m. olan fərdi yaşayış evinə dair Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzinin hərracın nəticələrinə dair 09 iyul 2012-ci il tarixli Y-921 nömrəli protokolunun və alğı-satqı müqaviləsinin ləğv edilməsi, Cavabdeh2 BOKT MMC-nin adına verilmiş ********** nömrəli qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi və iddiaçının mülkiyyət hüququnun bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. İddianın əsaslarına görə, xx.xx.2010-cu il tarixdə BOKT ilə oğlu Nümayəndə1 arasında bağlanmış təminatlı kredit müqaviləsinə görə sonuncuya illik 26% olmaqla 30 ay müddətinə 33.000 manat məbləğdə kredit verilmişdir. Öhdəliyin icrasının təmin olunması məqsədilə ona mülkiyyət hüququ əsasında məxsus ünvanndə 0,84 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 4 otaqlı 81,1 kv.m. yaşayış, 36.8 kv.m. köməkçi sahədən ibarət fərdi yaşayış evi ipotekaya qoyulmuşdur. Ödənişlər vaxtında həyata keçirilmədiyi üçün BOKT Nümayəndə1 və onu məhkəməyə vermiş, Qəbələ Rayon Məhkəməsinin 10 noyabr 2011-ci il tarixli 2(025)-550/2011 nömrəli qətnaməsinə əsasən iddia qismən təmin edilmişdir. Qəbələ Rayon Məhkəməsinin 10 noyabr 2011-ci il tarixli 2(025)-550/2011 nömrəli icra vərəqəsinə əsasən icra hərəkətləri aparılmış və ona məxsus əmlak satışa çıxarılmışdır. Onun hərraclar barədə məlumatı olmamışdır. Yaşlı adam olduğundan məhkəmə işləri və sənədləri ilə bağlı hər hansı hüquqi savadı yoxdur. Dəyəri 120.000 manatdan olan daşınmaz əmlakın 19.125 manat qiymətləndirilməsi ilə onun mülkiyyət hüquqları kəskin şəkildə pozulmuşdur. Hərracların keçirilməsi ilə b ağlı əmlakların mülkiyyətçinə, yəni ona qanunla müəyyən olunmuş qaydada bildirişlər göndərilməmiş və onun həmin hərraclar barədə məlumatı olmamışdır. Eyni zamanda, xx.xx.2021-ci il tarixdə evinə bir qrup şəxslər gələrək ona akta imza etdirmişlər.
11. Qəbələ Rayon Məhkəməsinin 2(025)-724/2022 nömrəli iş üzrə qəbul etdiyi 15 iyul 2022-ci il tarixli qətnaməsi ilə (hakim A.Əliyev) iddia rədd edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat
12. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşmayan iddiaçı ondan apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilib, iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
13. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1162/2022 nömrəli iş üzrə 6 dekabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər G.Cavad ova (sədrlik edən və məruzəçi), E.Hüseynov və V.Məlikov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
14. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin əsaslarına görə, “Bununla yanaşı Məhkəmə müəyyən etmişdir ki, iddiaçının məhkəmə qətnaməsi ilə oğlu Nümayəndə1 tutulması qət edilmiş kredit borcunun iddiaçıya məxsus fərdi yaşayış evinə yönəldilməsindən məlumatlı olmuşdur. Belə ki, BOKT, iddiaçıya və Cavabdeh1nə ünvanladığı xx.xx.2019-cu il tarixli 1928/19 №-li bildirişdə(iş vər.52) bildirir ki, XXXndə yerləşən 0,84 ha torpaq sahəsi və fərdi yaşayış evi artıq uzun müddətdir ki, MMC-yə məxsusdur. Qəbələ Rayon Məhkəməsinin qətnaməsinə əsasən iddiaçının və həmin ünvanda onunla birgə qeydiyyatda olan digər şəxslərin həmin yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilmiş və yaşayış sahəsindən çıxarılmaları qət edilmişdir. Lakin iddiaçı və evdə yaşayan digər şəxslər qanuni qüvvəsini almış məhkəmə qətnaməsini icra etmək və evi boşaltmaqdan imtina edir və evdən istifadə etməkdə davam edirlər. Qeyd olunanları nəzərə alaraq BOKT iddiaçıya həmin evi almağı (ilkin olaraq evin bazar dəyərinin 15-20% ödənilməsi, qalan məbləğin isə 24-36 ay müddətində hissə-hissə ödəmək şərti ilə) iddiaçıya təklif etmişdir. BOKT-un təklifinin qəbul edilmədiyi halda isə evdə yaşayan şəxslərin əşyalarla birlikdə evdən çıxarılacağı barədə iddiaçıya xəbərdarlıq olunmuşdur. Sözügedən bildirişə torpaq sahəsinə və fərdi yaşayış evinə dair BOKT-un adına verilmiş çıxarış əlavə edilmişdir. MMC-nin həmin bildirişini və bildirişə əlavə olu nmuş Çıxarışı xx.xx.2019-cu il tarixdə iddiaçı ilə birlikdə mübahisəli evdə yaşayan oğlu Nümayəndə1 qəbul etmiş və bu barədə bildirişə imza etmişdir. Bundan başqa, iddiaçının digər oğlu Nümayəndə4 məhkəməyə verdiyi izahatından müəyyən edilir ki, BOKT-da işləmiş Nümayəndə4 bütün bu proseslərdən ( qardaşı Müşviqin BOKT-dan kredit götürməsi, krediti qaytara bilməməsi, evin hərracdan “aşağı qiymətə” satılması, evin faktiki boşaldılmaması və sair) məlumatlı olmuşdur. Nümayəndə4 yaranmış mübahisəni həll etmək üçün dəfələrlə MMC-yə hisə-hissə pul aparmış, lakin BOKT borcun birdəfəlik bağlanmasını tələb etmişdir. Bundan əlavə işdə olan sənədlərdən və tərəflərin məhkəmələrə bildirdiklərindən məlum olur ki, xx.xx.2021-ci il tarixdə Qəbələ Rayon Məhkəməsinin 2(025)-550/2021 saylı xx.xx.2011-ci il tar ixli icra sənədinə əsasən ev boşaldılmış, evin kilidi dəyişdirilmiş, açarlar MMC-nin nümayəndəsinə təhvil verilmişdir. Bununla bağlı xx.xx.2021-ci il tarixdə müvafiq akt tərtib edilmiş, aktı icra hərəkətlərində iştirak edən digər şəxslərlə yanaşı iddiaçı və övladları Müşviq və Mahmud da imzalamışlar. Göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, iddiaçının evin hərraca çıxarılması, hərracdan satılması, BOKT-un evi əldə etməsindən məlumatlı olmaması barədə bildirdikləri inandırıcı sayıla bilməz.” KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
15. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə razılaşmayan iddiaçı ondan kassasiya şikayəti verərək, qətnamənin ləğv edilib, iddianın təmin olunmasını xahiş etmişdir.
16. Kassasiya şikayətinin dəlillərinə gö rə, hərracın nəticələrinin etibarsızlığına dair məlumatları məhkəmənin özünün sorğusu ilə əldə etdiyi məlumatlardan sonra iddiaçı müəyyən etmişdir. Bu faktı Şəki Apellyasiya Məhkəməsi də nəzərə almamışdır. İstənilən halda məhkəmə nəticəsində iddiaçıya məlum olan hərracın yekunlarına dair etibarsızlıq iddiası tam haqlı və qanunidir və hüquqi əsaslar var. Digər alıcının olması belə etibarsızlığa haqq qazandıran amil deyil, məhkəmə qətnaməsini əsaslandıra bilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ 18. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə
41. İpoteka predmetinin satış üsulları 41.1. İpoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda satıla bilər; 41.2. Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru məhkəmə icraçısı tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. Məhkəmə icraçısı hərracın keçirilməsini əmtəə birjalarının nəzdində yaradılmış ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) sifariş verir; 41.3. Hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir; 41.5. Hərrac açıq auksion formasında keçirilir; 42.5. Ən yüksək qiymət təklif etmiş şəxs hərracı udmuş sayılır; 42.6. Hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun keçirildiyi gün hərracın nəticələri haqqında müqa vilə qüvvəsinə malik olan protokol imzalayırlar. Protokolun imzalanmasından imtina edilməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 415-ci maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur; Maddə
44. Hərracın etibarsız sayılması Bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur.
19. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur; Maddə 269.4. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmas ıdır; Maddə 269.7. Girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın; Maddə 270.1. Girov və ipoteka müqavilə üzrə əmələ gəlir; Maddə 415.2. Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanun vericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir; Maddə 416.1. Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər; Maddə 416.2. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. 20. “İcra haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
53. Üzərinə həbs qoyulmuş əmlakın satılması 53.1. Üzərinə həbs qoyulmuş əmlak, qanunla dövriyyədən çıxarılmış və ya dövriyyəsi məhdudlaşdırılmış əmlak istisna olmaqla, həbsin səbəblərindən, əmlakın növündən və mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunver iciliyi ilə başqa hal nəzərdə tutulmamışdırsa, tələbkara təklif olunur. Tələbkar imtina etdikdə həmin əmlak tələbkarın imtina etdiyi gündən üç ay müddətində satılmalıdır; 53.2. Borclunun əmlakı, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır; 53.3. Əmlak satılmadıqda həmin əmlak yenidən tələbkara təklif olunur. Tələbkar əmlakdan imtina etdikdə əmlak borcluya, icra sənədi isə icra sənədini vermiş məhkəmə və ya digər orqana qaytarılır.
21. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyət li olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir; Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır; Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır; Maddə 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.1. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər; Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır; Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.
22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarları “F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mulki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli q ərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli Qərarı: “Hər iki hərracın vaxtı, yeri, forması, keçirilmə qaydası barədə B. Rüstəmovun ən geci 30 gün qabaqcadan xəbərdar edilməməsi, ona yazılı bildiriş göndərilməməsi, hərracların onun iştirakı olmadan keçirilməsi, mənzilinin qiymətləndirilməsindən iki il sonra satılması bu məhkəmə tərəfindən MM-in 414-cü və 415.2-ci maddələrinin tələblərinin pozulması kimi qəbul olunmuşdur. Hərrac və onu udmuş şəxslə bağlanmış müqavilə də bu Məcəllənin 416-cı maddəsinə əsasən etibarsız hesab edilmiş, alındıqdan sonra mənzilin F. Cavadov tərəfindən təmir olunduğu müəyyənləşdirilərək qanunsuz hərəkətlər nəticəsində onun da hüquqlarının pozulduğu göstərilmiş, F. Cavadovla V. Asla nov arasında mənzilə dair bağlanmış alqı-satqı müqaviləsi isə MM-in 340.1-ci maddəsinə əsasən hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış uydurma əqd kimi etibarsız hesab edilmişdir.... MM-in 415.2-ci maddəsində göstərilmişdir ki, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikdə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, bu maddənin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur.” “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli Qərar: “... ipoteka əlavə (aksessor) öhdəlik kimi onunla təmin edilmiş öhdəliklərin yerinə yetirilmədiyi və ya yerinə yetirilməsinin gecikdirildiyi hallarda əmlakdan real məhrum olma təhlükəsi yaratdığından, borclunu əsas öhdəliyin vaxtında icrasına sövq edir.” KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
23. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilib, işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
24. Kassasiya şikayətində qətnamənin ləğvi xahiş edildiyi üçün, apellyasiya instansiyasının yekun məhkəmə aktı şikayətdə irəli sürülmüş dəlillər üzrə tam yoxlanılır.
25. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən, kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİ NİN MÖVQEYİ
26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Həmçinin, iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellylasiya instansiyası məhkəməsinin qətnaməsinin tam yaxud qismən ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
27. Kassasiya şikayətinə gəldikdə, şikayətin hərracın nəticələrinin etibarsızlığına dair məlumatları məhkəmənin sorğu ilə əldə etdiyi məlumatlardan sonra iddiaçının müəyyən etməsi barədə dəlil əsassızdır. Belə ki, sözügedən dəlillə bağlı işin faktiki hallarına apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquqi qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırma ilə razılaşır. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, iddiaçının məhkəmə qətnaməsi ilə oğlu Nümayəndə1 tutulması qət edilmiş kredit borcunun iddiaçıya məxsus fərdi yaşayış evinə yönəldilməsindən məlumatlı olmuşdur. Bundan başqa, iddiaçının digər oğlu Nümayəndə4 məhkəməyə verdiyi izahatından müəyyən edilir ki, BOKT-da işləmiş Nümayəndə4 bütün bu proseslərdən (qardaşı Müşviqin BOKT-dan kredit götürməsi, krediti qaytara bilməməsi, evin hərracdan “aşağı qiymətə” satılması, evin faktiki boşaldılmaması və sair) məlumatlı olmuşdur. Nümayəndə4 yaranmış mübahisəni həll etmək üçün dəfələrlə MMC-yə hisə-hissə pul aparmış, lakin BOKT borcun birdəfəlik bağlanmasını tələb etmişdir.
28. Bu anlamda, şikayətin istənilən halda məh kəmə nəticəsində iddiaçıya məlum olan hərracın yekunlarına dair etibarsızlıq iddiası tam haqlı və qanunidir məzmunda ilk dəlili təkrarlayan dəlili də əsaslı deyil.
29. Kassasiya şikayətinin məhkəmənin qətnaməsini əsaslandıra bilməməsi barədə dəlili də əsassızdır. Belə ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən görünür ki, həmin məhkəmə tərəfindən işin faktiki halları və apellyasiya şikayətinin dəlilləri üzrə lazımi araşdırma aparılmış, sübutetmə yükü düzgün bölüşdürülmüş, sübutlara hüquqi qiymət verilmişdir.
30. Beləliklə, mülki işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.
31. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1162/2022 nömrəli iş üzrə 06 dekabr 2022-ci il tarixli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. İddiaçı kassasiya şikayəti təmin edilməsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.