Məhkəmə qərarları › İş №2(102)-1730/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-1730/2024

14.05.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1730/2024 14.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: özbaşına inşa edilmiş evə köçürülmə tələbi, kassasiya instansiyası məhkəməsinin göstərişlərinə əməl edilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Məmmədov Vidadi Məmməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “övladları ilə birlikdə evə köçürülmə” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7015/2023 nömrəli, 19 dekabr 2023-cü il tarixli qətnaməsindən cavabdeh və maraqlarına toxunan şəxs tərəfindən verilm iş kassasiya şikayətinə 14 may 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1.İddiaçı Cavabdeh ilə 2002-ci ildə evlənmiş, nikahlarını 24 yanvar 2009-cu il tarixdə rəsmiləşdirmişlər. 2.Tərəflərin nikahından 18 iyul 2003-cü il təvəllüdlü Nəzifə, 12 avqust 2004-cü il təvəllüdlü Amin, 16 aprel 2008-cı il təvəllüdlü Qulu və 22 mart 2013-cü il təvəllüdlü Bahar adlı uşaqları var. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat 3.İddiaçı (bundan sonra “iddiaçı”) Cavabdeh (bundan sonra “cavabdeh”) qarşı iddia ərizəsi ilə Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, onun uşaqları - xx.xx.2008-ci il təvəllüdlü X3 və xx.xx.2013-cü il təvəllüdlü X2 ilə birlikdə Bakı şəhəri, Nərimanov rayonu, A.Qər ib küçəsi, 26 B saylı özbaşına tikilidən ibarət fərdi yaşayış evinə köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 4.İddia tələbi belə əsaslandırılıb ki, iddiaçı ailə həyatı qurduqdan sonra cavabdehin yaşadığı ünvan 1 ünvanında yerləşən qarajda yaşamışdır. Daha sonra həmin qarajı söküb yerində fərdi yaşayış evi tikmişlər. Ev tam hazır olandan sonra iddiaçıya məxsus cehiz əşyaları həmin evdə yerləşdirilmişdir və hazırda da sözü gedən evdədir. Cavabdehlə münasibətləri pozulmuşdur və bu səbəbdən nikahın pozulması, uşaqların ananın yanında saxlanılması və aliment tələbinə dair məhkəməyə müraciət etmişdir. Hazırda mülki iş məhkəmənin icraatındadır. Oğlu Amin hazırda atası ilə yaşayır. Lakin digər övladları Qulu və Bahar hazırda onun yanında yaşayırlar. Qızı Bahar “Daun sindromu” xəs təsidir. Hazırda övladları qeydiyyatda olduqları ünvan 1 yaxınlığında yerləşən məktəbdə oxuyurlar. Onların məktəbə gəlib getməsi çətinliklər yaradır. Ona və uşaqlarına məxsus bütün əşyalar köçmək istədiyi evdə yerləşir. 5.Bundan başqa, valideynlərinə məxsus evdə qardaşı öz ailəsi ilə birlikdə yaşadığına görə, öz uşaqları ilə birlikdə orada yaşaması üçün şərait yoxdur. Həmçinin qızı “Daun sindrom”lu olduğuna görə, xüsusi qayğıya ehtiyacı olan uşaqdır. Mübahisə predmeti olan ev özbaşına tikili olmaqla, hüquq müəyyənedici sənədləri yoxdur. Mübahisəli evə dair hüquqlar daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış olsa da, həmin ev mövcuddur və cavabdeh tərəfindən yaşayış sahəsi kimi istifadə olunur. Hazırkı şəraitdə cavabdeh mübahisəli evdə normal şərtlər daxilində yaşadığından, iddiaçı nın və övladlarının da həmin şərtlər daxilində evdə yaşamaq hüququ var. Mübahisəli evdən iddiaçının öz iradəsindən asılı olmayan səbəbdən çıxması onun və uşaqlarının həmin sahədə yaşamaq hüquqlarının itirilməsinə səbəb ola bilməz. Mübahisəli tikilini cavabdehlə birlikdə birgə nikah dövründə əldə etdiyindən, həmin tikilidə cavabdehlə birlikdə yaşadığından və cavabdehlə birgə təsərrüfatın idarə edilməsində iştirak etdiyindən həmçinin mübahisəli ev onun və övladlarının yeganə yaşayış yeri olduğundan, iddia təmin edilməlidir. 6.İddiaçı tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 43cü və Mülki Məcəllənin 27.1 və 27.3-cü maddələrinə istinad etmişdir. 7.Cavabdeh hər hansı dəlil irəli sürmədən iddia tələbini qəbul etmədiyini bildirərək, iddianın rədd olunmasını xahiş etmi şdir. 8.Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 6 iyun 2022-ci il tarixli, 2(005)2029/2022 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. (hakim Kəmalə Əmirxanova) 9.Birinci instansiya məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, qanunvericilikdə özbaşına tikililərə dair mübahisələri həll etmək üçün birbaşa tətbiq edilən maddi hüquq normaları olmadığından, mübahisəli hüquq münasibətləri 2004-cü il tarixdə yarandığından hazırki mübahisəyə 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin qeyd olunan maddi hüquq normaları analogiya üzrə tətbiq edilməlidir.

10. Birinci instansiya məhkəməsi qeyd edilən Mənzil Məcəlləsinin tələblərindən çıxış edərək hesab etmişdir ki, iddiaçının həmin mənzilə köçürülməsi barədə tələbi əsaslıdır. Çünki iddiaçının tələbindən də göründüyü kimi, iddia edilən mənzilin hər hansı hüquq müəyyənedici sənədləri yoxdur. Həmin mənzilin əmlak kimi dövlət reyestrində qeydiyyatı aparılmamışdır. Lakin Mənzil Məcəlləsinin tələblərinə görə cavabdeh hazırda ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində yaşadığından və həmin ev cavabdehin istifadəsində olduğundan onun arvadının – iddiaçının həmin yaşayış evində yaşamaq hüququ vardır.

11. Birinci instansiya məhkəməsi gəldiyi nəticənin hüquqi əsası kimi Mülki Məcəllənin 11.1, 27.1-ci, Mənzil Məcəlləsinin 53 və 54-cü maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

12. Cavabdeh və onun atası Maraqlı şəxs ayrı-ayrılıqda apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş et mişlər.

13. Cavabdeh apellyasiya şikayətini belə əsaslandırıb ki, iddiaçı ilə ailə qurduqda birbaşa atası Maraqlı şəxs məxsus fərdi yaşayış evinə köçmüş və qısa bir müddət (təxminən bir il) yaşadıqdan sonra, mübahisə səbəbindən atasına məxsus olan fərdi yaşayış evindən çıxıb, əvvəlcə Sabunçu rayonu Zabrat qəsəbəsində, daha sonra Neftçilər metrosu yaxınlığında kirayədə yaşamışlar. Lakin sonradan maddi durumları zəif olduğuna görə anasının xahişi və atasının razılığı ilə mübahisəli olan, atasına məxsus fərdi yaşayış evinə köçüblər. Onlar köçən zaman qaldıqları otaqda kirayənişin qalırdı, atası kirayənişin çıxarıb, onların yaşamalarına icazə verib. Mübahisəli fərdi yaşayış evi 1978-1980-ci illərdə atası tərəfindən tikilmiş otaq olub və həmin otaqda da daim kirayənişin yaşamışdır. Həmin yaşayı ş otağını atası sonradan öz hesabına təmir etdirərək genişləndirmişdir. Bu zaman iddiaçı ilə onun maddi imkanı olmadığına görə atası yenə də müvəqqəti olaraq yaşamalarına icazə vermişdir. İddiaçı, ümumiyyətlə, cehiz əşyası gətirməmişdi. Qeyd edilən əşyalar sonradan onun adına alınmış əşyalardır. İddiaçının valideyninə məxsus iki rayonda - Sabunçu rayonu, Maştağa qəsəbəsində və Abşeron rayonu, Xırdalan şəhərində mənzil vardır. İddiaçının qardaşı Almaniyada yaşayır. Mübahisəli fərdi yaşayış evi atasının maddi vəsaiti ilə tikilib, iddiaçının və onun heç bir maddi köməyi olmamışdır. Bütün kommunal ödəniş bildirişlərindən də açıq-aşkar görünür ki, mübahisəli özbaşına yaşayış evi atasının adına yazılmışdır. Hazırda da atasının istifadə və sahibliyindədir. Belə olan halda iddiaçının, nə də onun m übahisəli fərdi yaşayış evinə heç bir hüquqları yaranmır.

14. Maraqlı şəxs apelyasiya şikayəti də cavabdehin apelyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılıb və qeyd olunub ki, mübahisəli fərdi yaşayış evi ona məxsus olduğu halda, məhkəmə onu cəlb etmədən işə baxmışdır.

15. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 10 oktyabr 2022-ci il tarixli, 2(103)-6549/2022 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılmaqla iddia təmin edilməmişdir. (hakimlər Fuad Talışinski (sədrlik edən və məruzəçi), Azad İmanov, Qürbət Əsgərov)

16. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi iş üzrə həqiqi hallara uyğun gəlməmiş, daşınmaz əmlakın mülki hüquqi statusu, evin sahibliyinin və digər hüquqlarının, habelə cavabdehə qarşı yönəlmiş tələbin sonuncuya aidiyyəti müəyyən edilməmiş, sahiblik və istifadə hüquqları olmuş digər şəxslərin hüquqları nəzərə alınmamış, iddiaçının irəli sürdüyü dəlillər sübuta yetirilməmiş və iddiaçının başqa ünvanda qeydiyyatda olması, habelə daşınmaz əmlakın özbaşına tikili olaraq başqa şəxsə məxsus olması müəyyən edilmişdir. Ona görə, hazırki münasibətlərdə iddiaçının və cavabdehin subyektiv hüququ müstəvisində sübutların mövcud olmaması, habelə mübahisənin mülki hüquqi səciyyəsinin müəyyən edilməməsi, analoji mülki münasibətlər baxımından belə iddianın təmin edilməsi üçün əsas olmamışdır. Qeyd edilənlərə əsasən birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia əsassız o lduğundan təmin edilməməlidir. İddiaçının diqqətinə çatdırılmalıdır ki, ilk olaraq hər hansı daşınmaz əmlaka dair hüququların təsbit edilməsi üçün müvafiq icra hakimiyyətinə və ya bələdiyyəyə müraciət etməli, müəyyən edilmiş səlahiyyətə sahib müvafiq icra hakimiyyətində rəsmi qeydiyyatdan keçdikdən sonra hüquqlarının müdafiə edilməsi üçün mübahisə yaranarsa, məhkəməyə müraciət etməkdə haqlıdır. Hazırki mülki hüquq münasibətlərində cavabdehlə nikah mövcud olmadığından və nikah münasibətlərinə daxil olma tarixi maddi hüquq normalarının qeyd edilən müddəalarının analogiya üzrə tətbiqinə belə imkan vermədiyindən, iddianın təmin edilməsi hüquqdan sui-istifadəyə şərait yaradan hal kimi və məhkəmə səlahiyyətindən kənar olaraq yolverilməzdir. Diqqətə çatdırılmalıdır ki, hər hansı şəxsin mənzilə (yaşayış sahəsinə) köçürülməsi üçün, ilk növbədə qeyd edilən mənzil (yaşayış sahəsi) və ora köçmək istəyən şəxsin hüquqları mövcud olmalı və ya bu hüquqların tanınması üçün müraciət olmalıdır. Mövcud olmayan mənzilə (yaşayış sahəsinə) hüququ olmayan şəxsin köçürülməsi səlahiyyətlərdən kənara çıxma kimi qiymətləndirilməlidir.

17. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 13, 63-67-ci, Mənzil Məcəlləsinin 30-cu, Mülki Məcəllənin 6, 11.1, 135-158, 180, 181, 185, 228-ci, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 1, 2, 7-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli Qərarları ilə əsaslandırmışdır. b) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

18. İddiaçı (Vəkil1) kassasiya şikayəti verərək qətnamənin ləğv, iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.

19. Kassasiya şikayəti iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə tərəfindən prosessual və maddi hüquq normaları kobud şəkildə pozulmuşdur. Tərəflər arasında olan mülki hüquq münasibətləri yeni Mənzil Məcəlləsi qüvvə yə minməmişdən əvvəl - 2002-ci ildən yaranmışdır. Bu səbəbdən də hazırkı münasibətlərə köhnə Mənzil Məcəlləsinin 53-54-cü maddəsinin müddəaları tətbiq olunmalıdır. Bundan əlavə, mübahisəli fərdi yaşayış evi tərəflərin birgə nikahı dövründə tikilib. Bunu Nərimanov Rayon Məhkəməsində Cavabdeh şəxsən etiraf etmişdir. Yəni cavabdehin atası Maraqlı şəxs onları evdən qovduğuna görə həmin həyətdə yerləşən qarajı sökərək, hazırki mübahisəli fərdi yaşayış evini tikmişlər. Subyektiv hüquqa gəldikdə isə, evin birgə tikib təmir etdiklərinə görə iddiaçının həmin evə sahiblik və istifadə hüquqları yaranmışdır. Eyni zamanda apellyasiya instansiyası məhkəməsi qanunun analogiyası ilə bağlı qanunun tələblərini pozmuşdur. Bundan əlavə, prosessual hüquq normaları pozulmuşdur. Belə ki, həmin həyətdə 2 fərdi ya şayış evi vardır. Mübahisəli ev hüquq və vəzifələrinə toxunan şəxs Maraqlı şəxs yaşadığı evlə bir həyətdə yerləşir. Cavabdeh və hüquqlarına toxunan şəxs sübutları saxtalaşdıraraq orada bir evin olduğunu qeyd etmişlər. Bu mənada işin faktiki halı araşdırılmamış, evlərə yerli baxış keçirilməmişdir. İşin həmin faktiki halına məhkəmə tərəfindən hüquqi qiymət verilməmişdir. Mahiyyət etibarı ilə hüquq və vəzifələrinə toxunan şəxs Maraqlı şəxs öz evində yaşayır və qətnamə onun hüquq və mənafelərini pozmur. Odur ki, hüquq və vəzifələrinə toxunan şəxsin işə cəlb olunmasının özü belə prosessual qanunvericiliyin tələblərinə ziddir. Yəni iddianın təmin olunması hüquq və vəzifələrinə toxunan şəxsin heç bir hüquq və vəzifələrini mənafelərini pozmamaqla həmin şəxs iddiaya cavab verməli olan şəxs deyildir.

20. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)784/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərar ilə kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işə yenidən baxılması üçün işin Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara almışdır.

21. Kassasiya instansiyası məhkəməsinin mövqeyi belə olmuşdur: - Maraqlı şəxs apellyasiya şikayətinin icraata qəbul olunması zamanı prosessual qanunvericiliyin tələblərinə əməl olunmamışdır; - işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin icraatı üzrə, MPM-nin 357.1-ci maddəsində göstərilən şəxslərin şikayətlərindən fərqli prosessual qayda müəyyən edilib. Belə ki, MP M-nin 364.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti işdə iştirak etməyən şəxslər tərəfindən verildikdə, məhkəmə qəbul edilən qətnamənin onların hüquq və vəzifələrinə toxunmasını, daha sonra isə bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır və bunun nəticəsinə dair qərardad qəbul edir. Bu qərardaddan şikayət verilə bilər; - qanunvericiliyin tələbindən göründüyü kimi işdə iştirak etməyən şəxslər tərəfindən verilmiş apellyasiya şikayəti daxil olduqda, ilk addım qəbul edilən qətnamənin onun hüquq və vəzifələrinə toxunmasını müəyyən etməkdən ibarətdir. Birinci instansiya məhkəməsi bu məsələni araşdırmalı, həmçinin apellyasiya şikayətinin MPM-in 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlamalıdır. Qəbul edilən qətnamənin onun hüquq və vəzifələrinə toxunması müəyyən edilər sə və apellyasiya şikayəti MPM-in tələblərinə uyğundursa, bu barədə qərardad qəbul edilməli və apellyasiya şikayəti işlə birlikdə apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir; - lakin iş materiallarından görünür ki, birinci instansiya məhkəməsi tərəfindən bu qaydaya riayət olunmamışdır. Apellyasiya instansiyası məhkəməsi də apellyasiya şikayətinin mümkün sayılması barədə qərardadında qəbul edilmiş qətnamənin Maraqlı şəxs hüquq və vəzifələrinə toxunmasını əsaslandırmamışdır; - bundan başqa, işin hallarından göründüyü kimi, cavabdeh birinci instansiya məhkəməsinin iclasında iddiaçının irəli sürdüyü dəlillərə (evi birgə nikah müddətində inşa etmələri, həyətdə başqa evlərin də olması və s.) heç bir münasibət bildirməmiş, evin özünə deyil, atasına məxsus olması barədə fikir bildirməmiş, mübahisəli evdə bir yerdə yaşadıqlarını inkar etməmiş, sadəcə iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində isə yuxarıda qeyd olunan dəlilləri irəli sürmüşdür; - birinci instansiya məhkəməsi iddia tələbinə qarşı dəlillərini irəli sürmək üçün MPMnin 14-cü maddəsində nəzərdə tutulan prosessual imkanları cavabdehə təqdim etmiş, lakin cavabdeh bu imkanlardan istifadə etməmişdir; - MPM-nin 47.1-ci maddəsinin tələbinə əsasən, işdə iştirak edən şəxslər, prosessual qanunvericiliklə onlara verilmiş prosessual hüquqlardan vicdanla istifadə etməyə borcludurlar; - MPM-nin 47.1 və 77-ci maddələrinin birgə təhlili o nəticəyə gəlməyə əsas verir ki, cavabdeh ona qarşı irəli sürülmüş dəlillərin məhkəmə tərəfindən onun iştirakı ilə araşdırılması üçün prosessual fəallı q göstərməlidir, məhkəmə iclasında iştirak etməli, iddiaçının tələbinə qarşı mövqeyini açıqlamalı, işin hallarına dair ətraflı izahat verməli, sübutlar təqdim etməlidir. Lazımi şərait yaradılmasına baxmayaraq, cavabdeh tərəfindən sübutlar təqdim edilmədikdə, məhkəmə işdə olan sübutlar əsasında qərar çıxarmaqda haqlıdır. - apellyasiya instansiyası məhkəməsinin iddianı rədd edərkən əsaslandığı “daşınmaz əmlakın mülki hüquqi statusunun müəyyən edilməməsi, habelə daşınmaz əmlakın özbaşına tikili olaraq başqa şəxsə məxsus olmasının müəyyən edilməsi” barədə dəlilləri ziddiyyətlidir; - nəzərə alınmalıdır ki, yaşayış sahəsindən istifadə hüququnun tanınması və yaşayış evinə köçürülməsi barədə iddialara baxılarkən, araşdırılmalı məsələlərdən biri istifadə hüququnun tanınması tələb olunan yerin statu su məsələsidir. Bu baxımdan ilk öncə nəzərə alınmalıdır ki, Mənzil Məcəlləsinin məqsədləri baxımından mənzil hüququnun obyekti yaşayış sahələridir və yaşayış sahəsi dedikdə - Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlak hesab edilən və vətəndaşların daimi yaşaması üçün yararlı olan (müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə (bundan sonra - tələblərə) cavab verən) ayrıca sahə başa düşülür. Yaşayış sahəsi hesab edilməsi qaydası və onun cavab verməli olduğu tələblər bu Məcəlləyə və digər qanunvericilik aktlarına uyğun olaraq müəyyən edilir. Qanunla müəyyən edilmiş qaydada və əsaslarla yaşayış sahəsi yaşamaq üçün yararsız hesab edilə bilər. Yaşayış sahəsinin ümumi sahəsi vətəndaşların yaşayış sahəsində yaşaması il ə əlaqədar onların məişət və digər ehtiyaclarının ödənilməsi üçün nəzərdə tutulan yardımçı sahələrin (balkon və ya eyvanlar istisna olmaqla) sahəsi daxil olmaqla həmin yaşayış sahəsinin bütün hissələrinin sahəsinin məcmusundan ibarətdir (Mənzil Məcəlləsinin 12.112.5-ci maddələri) - hazırki işdə iddiaçı evin özbaşına tikili olmasını bildirir və cavabdeh də bu halı mübahisələndirmir. Özbaşına tikilmiş evlərə köçürülməsi barədə işlərə baxılması təcrübəsi var və bu zaman evin statusu ilə bağlı araşdırma aparılır. Apellyasiya instansiyası məhkəməsi də evin statusunu vurğulamış, lakin evin başqa şəxsə məxsus olması barədə nəticəyə gələrkən məhkəmənin hansı sübuta istinad etməsi göstərilməyib; - iş materiallarına mübahisəli tikilin yerlədiyi ünvanda dair Mənzil İstismar İdarəsi tərəfindən tərtib olunub və möhürlə təsdiqlənmiş eskiz əlavə olunub və həmin evin Maraqlı şəxs məxsus olduğu qeyd olunub. Lakin bu evin yerləşdiyi torpaq sahəsinə kimin hüququ olması müəyyən olunmayıb; - apellyasiya instansiyası məhkəməsi iddiaçıdan bu barədə sübutun olub-olmamasını soruşmuş olsa da, ona həmin sübutu təqdim etməyi təklif etməmiş, bununla bağlı ona vaxt verməmişdir. Halbuki, MPM-in 77.3-cü maddəsinə əsasən, işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Bu halın araşdırılması ona görə əhəmiyyətlidir ki, iddiaçı həyətdə iki ev olduğunu və ikinci evin onun cavabdehlə evləndikdən sonra inşa edildiyini bildirir. Təqdim olunan evə dair eskiz isə 2005-ci ildə tərtib olunub və həmin dövrdəki vəziyyəti əks etdirir; - a pellyasiya instansiyası məhkəməsinin iddianı rədd edərkən “iddiaçının başqa ünvanda qeydiyyatda olmasına” istinad etməsi də əsassızdır. Çünki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 1-ci maddəsinə görə, yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər; - görü ndüyü kimi, yaşayış yeri üzrə qeydiyyat, yaşayış sahəsindən istifadə hüququnun yaranmasına əsas hesab olunmur. - apellyasiya instansiya məhkəməsi qətnamədə qeyd etmişdir ki, “hazırki mülki hüquq münasibətlərində cavabdehlə nikah mövcud olmadığından və nikah münasibətlərinə daxil olma tarixi maddi hüquq normalarının qeyd edilən müddəalarının analogiya üzrə tətbiqinə belə imkan vermədiyindən, iddianın təmin edilməsi hüquqdan suiistifadəyə şərait yaradan hal kimi və məhkəmə səlahiyyətindən kənar olaraq yolverilməzdir.... Mövcud olmayan mənzilə (yaşayış sahəsinə) hüququ olmayan şəxsin köçürülməsi səlahiyyətlərdən kənara çıxma kimi qiymətləndirilməlidir”; - halbuki, tərəflər özləri nikahda olduqlarını, habelə mübahisəli evin mövcud olduğunu inkar etmirlər. Məhkəmə onların arasında nikahın olma masına istinad etmək üçün nikahda olmaması barədə sübutu tələb etməmişdir; - apellyasiya instansiyası məhkəməsi iddia tələbini rədd etməklə yanaşı, qeyd iddiaçının diqqətinə çatdırmışdır ki, ilk olaraq hər hansı daşınmaz əmlaka dair hüquqların təsbit edilməsi üçün müvafiq icra hakimiyyətinə və ya bələdiyyəyə müraciət etməli, müəyyən edilmiş səlahiyyətə sahib müvafiq icra hakimiyyətində rəsmi qeydiyyatdan keçdikdən sonra hüquqlarının müdafiə edilməsi üçün mübahisə yaranarsa, məhkəməyə müraciət etməkdə haqlıdır; - Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Mülki Məcəllənin 178.8-ci maddəsinin şərh edilməsinə dair” 25 oktyabr 2010-cu il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daş ınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır; - tərəflər arasında yaranan mübahisə, iddiaçının mənzil hüquqlarının həyata keçirilməs i üzrə yaranmışdır. Bu baxımdan iddia tələbi işin halları nəzərə alınmaqla Konstitusiyanın mənzil hüququnu təsbit edən 43-cü maddəsi və əlaqəli normalar əsasında yoxlanmalıdır; - Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsində qeyd olunub ki, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni, insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Normanın mənası ondan ibarətdir ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Odur ki, mənzilə və digər bu kimi yerlərə köçürülmə barədə iddialar həll edilərkən ilk növbədə 3 hal aydınlaşdırılmalıdır: 1 ) şəxs köçmək istədiyi yerdə yaşayıbmı; 2) şəxs yaşadığı yerdən məhrum edilibmi; 3) məhrum edilmə qanunidirmi. Hazırkı işdə 1-ci və 2-ci hallar mövcuddur, yəni iddiaçı köçmək istədiyi evdə yaşayıb və yaşadığı evdən məhrum edilib. Ona görə də 3-cü halın mövcud olub-olmadığı aydınlaşdırılmalıdır; - məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, güc tətbiq etməklə mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun; - bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin araşdırması MPM-nin 14-cü maddəsində müəyyən olunmuş işin hərtərəfli, tam və obyektiv tədqiqi prinsipinə cavab vermir. b) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat 2

2. Təkrar apellyasiya baxışında apellyasiya instansiyası məhkəməsinin 07 aprel 2023-cü il tarixli qərardadı ilə hazırki iş üzrə apellyasiyanın mümkünlüyü barədə 06 sentyabr 2022-ci il tarixli və 04 oktyabr 2022-ci il tarixli qərardadlar ləğv edilmiş, qətnamədən iş üzrə tərəf olmadığı üçün birinci instansiya məhkəməsi tərəfindən işin baxılmasına cəlb edilməmiş, lakin iş üzrə qəbul edilmiş qətnamənin onun maraqlarına toxunduğunu bildirən Maraqlı şəxs verdiyi apellyasiya şikayətinin Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 364.2-ci maddəsinin tələblərinə uyğun olaraq qəbul edilməsi məsələsinə baxılması üçün iş Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir.

23. Nərimanov Rayon Məhkəməsinin 12 iyun 2023-cü il tarixli qərardadı ilə Maraqlı şəxs iddiaçı iş üzrə maraqlarına toxunan şə xs qismində tanınmışdır.

24. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 19 dekabr 2023-cü il tarixli, 2(103)-7015/2023 nömrəli qətnaməsi ilə hər iki apellyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 06 iyun 2022-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. (hakimlər Məmməd Məmmədov (sədrlik edən və məruzəçi), Xəyalə Cəmilova, Aytən Oruczadə)

25. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, tərəflər arasında mübahisə doğurmayan işin faktiki hallarına görə iddiaçı ilə cavabdeh xx.xx.2009-cu il tarixdə rəsmi nikaha daxil olmuşlar. Birgə nikahdan onların 4 övladı doğulmuşdur. Sonradan münasibətləri pozulduğu üçün iddiaçı nikahın pozulması, uşaqların onun yanında saxlanılması və aliment tələbi ilə məhkəməyə müraciət etmişdir. İşə Rayon Məhkəməsi tərəfindən baxılan zaman nikahın pozulmasına dair mülki iş Nərimanov Rayon Məhkəməsinin icraatında olmuşdur. Tərəflərin birgə nikahından olan uşaqlardan ikisi yetkinlik yaşına çatmış, Qulu və Bahar isə yetkinlik yaşına çatmamışlar. İddiaçı yetkinlik yaşına çatmayan Qulu və Bahar ilə mübahisəli evi tərk etmişdir. Uşaqlar mübahisəli evin yaxınlığında yerləşən məktəbdə təhsil alırlar. Mübahisəli ev özbaşına tikilidir və cavabdeh hazırda həmin evdə yaşayır. İddiaçı ilə cavabdehin nikahı xx.xx.2023-cü il tarixdə məhkəmə qaydasında pozulmuşdur.

26. Tərəflər arasında mübahisə doğuran hal mübahisəli tikilinin ər-arvad olmuş iddiaçı ilə cavabdehə, yoxsa cavabdehin atası – birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin onun maraqlarına toxunduğunu bildirən Ma raqlı şəxs məxsus olması halıdır. İddiaçı cavabdeh ilə nikaha daxil olub, ailə qurduqdan sonra cavabdehin yaşadığı və ünvan 3 ünvanına gəlin kimi köçməsini və həmin ünvanda həyətdə yerləşən qarajda cavabdeh ilə birlikdə yaşamasını, lakin sonra həmin qarajda yaşamağın mümkünsüz olduğunu anlayaraq, qarajı sökərək yerində mübahisəli evi tikmələrini, ev tam hazır olandan sonra evə köçmələrini bildirir. Cavabdeh və onun atası Maraqlı şəxs isə apellyasiya şikayətində mübahisəli evin 1978-1980-ci illərdə Maraqlı şəxs tərəfindən tikilmiş otaqdan ibarət olmasını, həmin otaqda da daim kirayəçi yaşamasını, yaşayış otağını Maraqlı şəxs sonradan öz hesabına təmir etdirərək genişləndirməsini, evin tikilməsində iddiaçının və cavabdehin heç bir maddi iştirakının olmamasını bildirmişlər.

27. Apellyasiya in stansiyası məhkəməsi göstərib ki, işin mübahisəli halları ilə bağlı Rayon Məhkəməsində işə baxılarkən tərəflər hər hansı sübut təqdim etməmişlər. Cavabdeh Rayon Məhkəməsində işə baxılan zaman məhkəmə hazırlıq və məhkəmə baxışı iclaslarında iştirak edərək iddiaya etiraz etdiyini bildirmiş, lakin etirazını nə ilə əsaslandırması, o cümlədən mübahisəli tikilinin atasına məxsus olması barədə Rayon Məhkəməsinə izahat verməmişdir. Mübahisəli tikilinin iş üzrə tərəflərə deyil, cavabdehin atasına məxsus olması barədə dəlil yalnız qətnamədən verilmiş apellyasiya şikayətlərində ortaya çıxmışdır.

28. Apellyasiya instansiyası məhkəməsi Mülki Prosessual Məcəllənin 14.2, 77.1. 47.1 və 88 maddələrinə istinadən bildirmişdir ki, bu normaların birgə təhlili o nəticəyə gəlməyə əsas verir ki, cavabdeh ona qarş ı irəli sürülmüş dəlillərin məhkəmə tərəfindən onun iştirakı ilə araşdırılması üçün prosessual fəallıq göstərməlidir, məhkəmə iclasında iştirak etməli, iddiaçının tələbinə qarşı mövqeyini açıqlamalı, işin hallarına dair ətraflı izahat verməli, sübutlar təqdim etməlidir. Lazımi şərait yaradılmasına baxmayaraq cavabdeh tərəfindən sübutlar təqdim edilmədikdə, məhkəmə işdə olan sübutlar əsasında qərar çıxarmaqda haqlıdır.

29. Apellyasiya instansiyası məhkəməsi həmçinin cavabdehin mübahisəli evlə bağlı atasına – Maraqlı şəxs məlumat verməməsi, Maraqlı şəxs mübahisəli evlə bağlı məhkəmə mübahisəsinin getməsindən xəbərsiz olmasını inandırıcı hesab etməmiş və bunu onunla əsaslanıdrmışdır ki, hər iki şəxsin verdiyi apellyasiya şikayətinin məzmun etibarilə birbirinin oxşarlığı və dəlillərinin eynili yi də bu qənaəti təsdiq edir.

30. Apellyasiya instansiyası məhkəməsi yuxarıda qeyd edilənlərə əsasən, hesab etmişdir ki, apellyatorların irəli sürdüyü dəlillər və təqdim etdiyi sübutlar yeni hallar və sübutlar hesab edilərək Rayon Məhkəməsinin qətnaməsinin əsaslılığı yoxlanarkən həmin dəlillərə və sübutlara istinad edilməsi yolverilməzdir. Buna görə də kassasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qərarında münasibət bildirdiyi müəyyən məsələlərin dəyərləndirilərək qiymət verilməsi zəruridir.

31. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə yaşayış sahəsinə köçürülmə barədə iddialara baxılarkən, ilk növbədə iddiaçının köçürülməsini xahiş etdiyi yerin statusu müəyyən edilməlidir. Bu baxımdan ilk öncə nəzərə alınmalıdır ki, Mənzil Məcəlləsinin məqsədləri baxımından mənzil hüququnun obyekti yaşayış sahələridir və yaşayış sahəsi dedikdə - Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlak hesab edilən və vətəndaşların daimi yaşaması üçün yararlı olan (müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə (bundan sonra - tələblərə) cavab verən) ayrıca sahə başa düşülür. Yaşayış sahəsi hesab edilməsi qaydası və onun cavab verməli olduğu tələblər bu Məcəlləyə və digər qanunvericilik aktlarına uyğun olaraq müəyyən edilir. Qanunla müəyyən edilmiş qaydada və əsaslarla yaşayış sahəsi yaşamaq üçün yararsız hesab edilə bilər.

32. Bu növ iddiaların həllində həm də mübahisəli yaşayış sahəsinin hüquqi statusu, yəni kimə məxsus olması mütləq müəyyən olunmalıdır. Çünki, mənzil fondu Məcəllədə özəl mənzi l fondu, dövlət mənzil fondu və bələdiyyə mənzil fondu kimi təsnifatlaşdırılmışdır və onların hüquqi rejiminin tənzimlənməsində fərqli cəhətlər vardır. Mənzilin hüquqi statusunun müəyyən olunması bir tərəfdən mübahisə tərəflərinin düzgün müəyyənləşdirilməsi, bununla da prosessual hüquq normalarına əməl olunması baxımından əhəmiyyətlidirsə, digər tərəfdən mübahisənin həlli üçün maddi hüquq normasının düzgün seçilməsi nöqteyi-nəzərindən zəruridir. Yaşayış sahəsinin hüquqi statusunun müəyyən olunmaması və ya düzgün müəyyən olunmaması son nəticədə səhv məhkəmə qərarının çıxarılması (maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi) ilə nəticələnə bilər.

33. Apellyasiya instansiyası məhkəməsi iddiaçı mübahisəli evin özbaşına tikili olduğunu bildirir, cavabdeh də b u halı mübahisələndirmir. İş materiallarına ünvan 5 ünvanda yerləşən yaşayış tikililərə dair Mənzil İstismar İdarəsi tərəfindən 2005-ci il tarixdə tərtib olunub möhürlə təsdiqlənmiş eskiz əlavə olunub və həmin evin Maraqlı şəxs məxsus olduğu qeyd olunub. Lakin bu evin yerləşdiyi torpaq sahəsinə kimin hüququ olması iş materiallarından müəyyən edilmir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hazırki iş üzrə qəbul etdiyi qərarında işdə iştirak edən şəxslərin diqqəti bu məsələyə çəkilsə də, ikinci apellyasiya baxışı zamanı bununla bağlı hər hansı sübut təqdim edilməmişdir.

34. Bundan başqa, iddiaçı, onunla cavabdehin birgə nikahları dövründə mübahisəli tikilinin inşa edildiyi bildirir. Apellyatorlar isə mübahisəli tikilinin 1978-1980-ci illərdə Maraqlı şəxs tərəfindən inş a edildiyini bildirsələr də, bu halı təsdiq edən sübutları Məhkəməyə təqdim etməmişlər. Yuxarıda qeyd edilən “Eskiz” 2005-ci ildə tərtib olunub və apellyasiya baxışı zamanı iş üzrə tərəflərin verdikləri izahatlardan bəlli oldu ki, mübahisəli tikili “Eskizdə” əks olunmamışdır.

35. Göstərilənləri nəzərə alan apellyasiya instansiyası məhkəməsi bildirmişdir ki, iş üzrə tərəflər arasında yaranmış mövcud mülki mübahisə, iddiaçının mənzil hüquqlarının həyata keçirilməsi ilə bağlıdır. Bu hal nəzərə alınmaqla iddiaya Azərbaycan Respublikası Konstitusiyasının mənzil hüququnu təsbit edən 43-cü maddəsinin və əlaqəli normalar əsasında qiymət verilməlidir.

36. Apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi norma olmasını qeyd edərək, göstərmişdir ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Odur ki, mənzilə və digər bu kimi yerlərə köçürülmə barədə iddialar həll edilərkən ilk növbədə 3 hal aydınlaşdırılmalıdır: 1) şəxs köçmək istədiyi yerdə yaşayıbmı; 2) şəxs yaşadığı yerdən məhrum edilibmi; 3) məhrum edilmə qanunidirmi. Hazırkı işdə 1-ci və 2-ci hallar mövcuddur, yəni iddiaçı köçmək istədiyi evdə yaşayıb və yaşadığı evdən məhrum edilib. Ona görə də 3-cü halın mövcud olub-olmadığı aydınlaşdırılmalıdır.

37. Apellyasiya instansiyasının qənaətinə görə Rayon Məhkəməsində işə baxılan zaman etirazının dəlillərini əsaslandırmamış, yalnız iddiaya etiraz etməklə kifayətlənmiş cavabdehin vermiş olduğu izahatı əsas götürm əklə tərəflərin mübahisəyə baxılarkən nikahda olmasını, iddiaçının da cavabdehin arvadı kimi birgə nikah dövründə tikilmiş mübahisəli evə köçürülməsi barədə iddianı əsaslı hesab edərək təmin etməklə Rayon Məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir. İddiaçının və uşaqlarının cavabdeh tərəfindən qanunsuz olaraq məhrum edilməsi onların mənzil hüququnun pozulmasına səbəb olduğu üçün iddiaçı azyaşlı uşaqları ilə birgə mübahisəli evə köçürülməlidir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

38. Cavabdeh və maraqlarına toxunan şəxs Maraqlı şəxs (Vəkil2) birlikdə kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar çıxarılmasını xahiş etmişdir.

39. Kassasiya şikayəti belə əsaslandırılmış: - həm b irinci, həm də ikinci apellyasiya baxışı icraatında təqdim edilən sübutlardan görünür ki, fərdi yaşayış evi Maraqlı şəxs məxsusdur, həmin fərdi yaşayış evində qeydiyyatdadır, kommunal ödənişlər onun tərəfindən aparılır. Bu isə o deməkdir ki, iddiaçı Maraqlı şəxs ailə üzvü sayılmır və onların Maraqlı şəxs fərdi yaşayış evində hüquqları yaranmır; - Mülki Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Mülki Məcəllənin 228.3-cü maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququ alğı-satqının, girovun və icarənin müstəqil predmeti ola bilməz. Yaşayış binasının tərkib hissəsindən ist ifadə hüququ olan şəxs, mülkiyyətçi də daxil olmaqla istənilən şəxsdən həmin yaşayış binasına olan hüququnun pozulmasını aradan qaldırmağı tələb edə bilər. Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır; - Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsində qeyd olunub ki, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz; - məhkəmə qətnaməsində qeyd etmişdir ki, apellyatorlar mübahisəli tikilinin 19781980-ci illərdə Maraqlı şəxs tərəfindən inşa edildiyini bildirsələr də, bu halı təsdiq edən sübutları Məhkəməyə təqdim etməmişlər. Yuxarıda qeyd edilən “Eskiz” 2005-ci ildə tərtib olunub və apellyasiya baxışı zamanı iş üzrə tərəflərin verdikləri izahatlardan bəlli oldu ki, mübahisəli tikili “Eskizdə”əks olunmamışdır; - qeyd edilməlidir ki, iş materialında olan ünvan 5 ünvanda yerləşən yaşayış tikililərə dair Mənzil İstismar İdarəs i tərəfindən 2005-ci il tarixdə tərtib olunub möhürlə təsdiqlənmiş eskiz əlavə olunub və həmin evin Maraqlı şəxs məxsus olduğu qeyd olunduğu açıq şəkildə qeyd edilmişdir. Eyni zamanda da mübahisəli tikilinin əvvəlki vəziyyəti olan bir otaq (iddiaçının bildirdiyi qaraj kimi deyil) kimi də qeyd aparılmışdır; - həmçinin iş materialına sonradan əlavə edilmiş vəkil sorğusuna verilmiş Nərimanov rayon 18 saylı MKİS-nin cavabında da hazırkı mübahisəli ünvan 5 ünvanda yerləşən özbaşına tikilinin giriş hissəsindəki ikimərtəbəli özbaşına tikilinin 2013-cü ildə Maraqlı şəxs tərəfindən inşa edilməsi və hazırda da istifadəsində olması qeyd edilmişdir; - məhkəmə isə qətnaməsində bu arayışın adını, ümumiyyətlə, çəkmir və hətta qeyd edir ki, mübahisəli tikilinin Maraqlı şəxs aid olmasını sübut edən heç bir sənəd əlavə edilməmişdir; - məhkəmənin bu mövqeyi əsassızdır və prosessual pozuntu hesab edilməlidir. Belə ki, maraqlarına toxunun şəxs Maraqlı şəxs məhkəmə qətnaməsindən sonradan xəbərdar olaraq işə qoşulmuş və apellyasiya şikayəti vermişdir. Birinci instansiya məhkəməsində işə qoşulmamış və işə cəlb edilməmişdir. Bu səbəbdən də sübutlarını apellyasiya baxışında təqdim etməsi mümkün olmuşdur. Bu səbəbdən də maraqlarına toxunan şəxsin hüquqları qorunmalı təqdim etdiyi sübutlara qiymət verilməlidir; - bundan əlavə, cavabdeh məhkəmə zalında iddianı qəbul etməmiş, birgə nikah dövründə mübahisəli fərdi yaşayış evini tikdirdiklərini etiraf etməmiş, iddiaya etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Hətta bildirdiyinə görə məhkəmə qısa çəkmiş, evin atasına yəni mənə məxsus olduğunu bildir sə də məhkəmə bu barədə qeyd aparmamış, sübut edilməsi üçün vaxt verməmiş və həmin gündə də qərar çıxarmışdır. Cavabdehin iddiaya yazılı etirazının olmaması və bu barədə qeydlərin olmaması iddianı qəbul etmək kimi qəbul edilə bilməz; - kassasiya qərarında qeyd edilmişdir ki, mübahisəli fərdi yaşayış evinin hüquqi statusu və kimə məxsus olması və s. yenidən araşdırılsın ona uyğun qiymət verilsin. Məhkəmə bu tələbi yerinə yetirərək tərəflərə sübutlar təqdim edilməsini üçün vaxt vermişdir. İddiaçı tərəf nə birinci, nə də apellyasiya instansiyasına bir dənə də olsa sübut təqdim edə bilməmişdir. Apellyator Maraqlı şəxs isə mübahisəli tikilinin ona məxsus olması barədə həm 18 saylı MKİS 2005-ci ildə təsdiq edilmiş eskizi, hansı ki, həmin eskizdə də mübahisəli yaşayış otağının əvvəlki vəziyyəti və Maraqlı şəxs tərəfindən tikilməsi, həm də ki, hazırkı vəziyyətdə olduğu ikimərtəbəli tikilinin də 2013-cü ildə Maraqlı şəxs tərəfindən tikilməsi tam sübut edilmişdir. Hətta məhkəmə öz qətnaməsində belə həmin mübahisəli tikilinin Maraqlı şəxs tərəfindən tikilməsinin müəyyən olduğu qənaətinə gəlir. Sadəcə sübutun birinci instansiya məhkəməsində təqdim edilməməsi üçün əsaslı saymır və sübuta qiymət vermir. Hansı ki, bu sübutların Maraqlı şəxs tərəfindən təqdim edilməsi iştirak etmədiyi və işə cəlb edilmədiyi üçün mümkünsüz olmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

40. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 43 (1). Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikas ının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən ed ir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. K assasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 41 8.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Maddə

420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya baxışının hədləri

41. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəf indən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

42. Kassasiya şikayətində qətnamə tam mübahisələndirilib. Bu səbəbdən kollegiya qətnaməni tam yoxlayır.

43. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

44. Məhkəmə kollegiyası apellyasiya instansiyası mə hkəməsinin gəldiyi nəticə ilə razılaşmır.

45. Apellyasiya instansiyası məhkəməsi bu iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 31 yanvar 2023-cü il tarixli qərarında şərh edilən göstərişlərin birinə – Maraqlı şəxs qətnamə ilə maraqlarına toxunan şəxs olub-olubolmamasına – əməl etsə də, digər göstərişlərinə əməl etməmişdir. Halbuki Ali Məhkəmənin həmin göstərişləri iddia tələbi üzrə tərəflər arasındakı hüquq münasibətlərinin müəyyən edilməsi və mübahisənin qanuni və ədalətli həlli üçün mühüm əhəmiyyət daşımışdır. Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə isə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

46. İşdən görünür ki, iddia tələbi özbaşına hesab edilən yaşayış sahəsinə köçürülmə barədədir. İddiaçı həmin yaşayış sahəsini cavabdehlə (hazırda keçmiş əri ilə) birgə nikah vaxtı özlərinin yaşayış sahəsinə ehtiyaclarını ödəmək üçün tikdiyini bildirmişdir. Qətnamə ilə maraqlarına toxunan şəxs isə müvafiq sübutlar təqdim edərək qeyd edilən yaşayış sahəsinin nə iddiaçıya, nə də cavabdehə aid olmadığını, həmin ünvanda olan mübahisəli fərdi yaşayış evinin 1978-1980-ci illərdə özü tərəfindən tikildiyi otaq olmasını və həmin otaqda da daim kirayənişin yaşamasını bildirmişdir.

47. Apellyasiya instansiyası məhkəməsi Maraqlı şəxs irəli sürdüyü dəlillər və təqdim etdiyi sübutları yeni hallar və sübutlar hesab edərək onlara istinad edilməsinin yolverilməz olduğunu bildirmişdir.

48. Məhkəmə kollegiyası qeyd edir ki, əvvəla, qətnamə ilə maraqlarına toxunan şəxsin təqdim etdi yi sübutların göstərilən əsasla yolverilməz olması barədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə işin halları baxımından prosessual qanunvericiliyə uyğun olmamışdır.

49. Belə ki, işdən görünür ki, Maraqlı şəxs apellyasiya şikayətinin maraqlarına toxunan şəxs kimi mümkünlüyü məsələsi hazırki iş üzrə birinci kassasiya baxışında müzakirə predmeti olmuş və kassasiya instansiyası məhkəməsinin qərarında bu barədə müvafiq göstəriş olmuşdur. Qeyd edildiyi kimi, apellyasiya instansiyası məhkəməsi həmin göstərişə əməl edərək, Maraqlı şəxs apellyasiya şikayətinin icraata qəbul edilməsi barədə qərardadı ləğv etmiş, qətnamənin Maraqlı şəxs maraqlarına toxunub-toxunmaması məsələsinin həlli məqsədilə müvafiq prosessual hərəkətlərin edilməsi üçün işi birinci instansiya məhkəməsinə göndərmi şdir.

50. Birinci instansiya məhkəməsi müvafiq sübutlara əsasən Maraqlı şəxs qətnamə ilə maraqlarına toxunan şəxs kimi tanımış, apellyasiya instansiyası məhkəməsi də qətnamə ilə maraqlarına toxunan şəxs kimi Maraqlı şəxs apellyasiya şikayətini mümkün hesab etmişdir.

51. Mülki Prosessual Məcəllənin 372.2-ci maddəsinə görə yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

52. Göründüyü kimi, prosessual qanunvericilik apellyasiya instansiyası məhkəməsinə yeni sübutlar təqdim edilməsini, bir qayda olaraq qadağan etsə də, bundan istisnanı da nəzərdə tutmuşdur, bu isti sna da ondan ibarətdir ki, işdə iştirak edən şəxslər həmin sübutları birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsınlar.

53. Hazırki işin mübahisəsiz hallarına görə də Maraqlı şəxs birinci instansiya məhkəməsində işə baxılmasına cəlb edilməmişdir. Bu da o deməkdir ki, Maraqlı şəxs obyektiv səbəblərdən iddiaya etirazını və buna dair sübutlarını məhz apelyasiya instansiyası məhkəməsinə təqdim etmişdir.

54. Belə olan halda, Maraqlı şəxs irəli sürdüyü dəlillər və təqdim etdiyi sübutları yeni hallar və sübutlar hesab edərək onlara istinad edilməsinin yolverilməz olması barədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ziddiyyətli olmuşdur: məhkəmə bir tərəfdən həmin şəxsin apellyasiya şikayətini qətnamə ilə maraq larına toxunan şəxs kimi mümkün hesab etmiş, digər tərəfdən də onun təqdim etdiyi sübutları gecikmiş hesab edərək qəbul etməmişdir.

55. Nəticədə Maraqlı şəxs istər birinci, istərsə də ikinci apellyasiya baxışında iddiaya etirazının əsası kimi istinad etdiyi sübutlar qiymətləndirilməmiş, onun şahid dindrilməsi ilə bağlı vəsatəti açıq qalmış, iddia həmin sübutlara və vəsatətə qiymət verilmədən həll edilmişdir.

56. Mülki Prosessual Məcəlləyə görə hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz, məhkəmə yalnız tə rəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. (MPM, 9.3, 14.2, 218.1, 220.4-cü maddələr)

57. Maraqlı şəxs iddiaya etirazının əsası kimi istinad etdiyi sübutlara qiymət verilmədiyi üçün, sübut etmə yükünün bölüşdürülməsində də səhvə yol verilmişdir. Qeyd edildiyi kimi, iddiaçı kömək istədiyi yaşayış sahəsinin cavabdehlə (keçmiş əri ilə) birgə tikməsinə, qeyd edilən ünvanda qətnamə ilə maraqlarına toxunan şəxsə aid olan evdən savayı, başqa bir evin də olmasına istinad etmişdir. Qarşı tərəf orada bir evin olmasını bildirmiş və müvafiq sənədlər təqdim etmişdir. Bu baxımdan, qeyd edilən ünvanda qətnamə ilə maraqlarına toxunan şəxsə aid olan evdən savayı, başqa bir evin də olması və bu evin onunla keçmiş ərinin vəsaiti hesabına tikilməsi halını sübut etmə vəzifəsi iddiaçını üzərində düşmüşdür.

58. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsi nəink i qarşı tərəfin iddiaya etirazına dair sübutlarını araşdırmamış, hətta tələbinin əsası kimi istinad etdiyi hallarla bağlı iddiaçının hansı sübutuna qiymət verdiyini də qətnaməsində göstərməmişdir.

59. Ümumiyyətlə, iddiaçının iddia tələbinin əsas kimi istinad etdiyi hansı halların müəyyən edilməsi, bununla bağlı hansı sübutun araşdırılması da qətnamədən görünmür.

60. Halbuki ikinci apellyasiya baxışı zamanı kassasiya instansiyası məhkəməsinin göstərişlərinə tam edilməklə, işin halları müəyyən edilməli və bundan sonra qanuni və əsaslı qətnamə çıxarılmalı idi. Bu da məhz sübutlara qiymət verilməsi ilə olmalı idi. Lakin apellyasya instansiyası məhkəməsi yuxarıda qeyd edildiyi kimi qarşı tərəfin iddiaya etirazının əsası kimi istinad etdiyi sübutların yol verilməz olduğunu bildirməklə kifayətlən ərək, qətnaməsini əsasən kassasiya instansiyası məhkəməsinin qərarında şərh edilən göstərişlərlə əsaslandırmışdır.

61. Bu da o deməkdir ki, apellyasiya instansiyası məhkəməsi Ali Məhkəmənin hazırki iş üzrə əvvəlki qərarında şərh edilən göstərişlərlə bağlı tam araşdırma aparmadan Ali Məhkəmənin qərarında apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilməli olan hallar kimi qeyd etdiyi məsələləri müəyyən edilmiş hallar kimi göstərərək Ali Məhkəmənin həmin qərarını iddianı təmin etmək üçün formal əsas kimi qəbul etmişdir.

62. Buna görə də məhkəmə kollegiyası mübahisənin həlli ilə bağlı Ali Məhkəmənin qərarına apellyasiya instansiyası məhkəməsinin yuxarıda göstərilən yanaşmasını formal yanaşma hesab edir.

63. Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı iş üzrə Ali Məhkəmənin qərarı m üvafiq olaraq mübahisənin bu və ya digər formada həll edilməsi üçün formal əsas kimi götürülməməlidir. Bütün hallarda konkret iş üzrə Ali Məhkəmənin əvvəlki qərarında şərh edilən göstərişlərə tam şəkildə əməl olunmalı, məhz bundan sonra mübahisə üzrə qanuni və əsaslı qərar qəbul edilməlidir.

64. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yeni apellyasiya baxışına qaytarılmalı, işə yenidən baxan məhkəmə hazırki qətnamənin ləğv olunma əsası kimi yuxarıda şərh edilən pozuntuları aradan qaldırmalı, bundan sonra tərəflərin hüquq münasibətinə və işin müəyyən edilmiş hallarına uyğun gələn maddi hüquq normalarını tətbiq etməklə qanuni və əsaslı qərar qəbul etməlidi r.

65. Yuxarıda göstərilənləri Mülki Prosessual Məcəllənin 416, 417 və 419-421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh və qətnamə ilə maraqlarına toxunan şəxs Maraqlı şəxs kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7015/2024 nömrəli, 19 dekabr 2023-cü il tarixli qətnaməsi ləğv edilsin. İş yeni apelyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar