Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1730/2025 03.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehə qarşı iş üzrə QƏRARI Kateqoriya (açar sözlər): əmək müqaviləsinə xitam verilməsinə dair əmrin ləğvi) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi hakim), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “əmrin ləğv edilməsi" tələbinə dair iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 19 dekabr 2024-cü il tarixli 2(106)-1986/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. Cavabdeh hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olur (səh. 83).
2. X2 işəgötürən Cavabdeharasında bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə əsasən işə götürülmüş, işəgötürənə məxsus "Aran” marketdə adminstrator inzibatçı vəzifəsində işləmiş və 27 may 2024-cü il tarixli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad edilmiş. Əmr onunla əsaslandırılmışdır ki, işçi işəgötürənə maddi ziyan vurmaqla öz əmək vəzifələrini kobud pozmaqla, işəgötürənə məxsus cəmi 55311.80 manat məbləğində ərzaq və qeyri-ərzaq mallarını mənimsəmişdir (səh. 7, 28). İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edə rək, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad edilməsinə dair 27 may 2024-cü il tarixli əmrin ləğv edilməsi və onun cavabdeh fiziki şəxs Cavabdeh məxsus "Aran” marketdə adminstrator – inzibatçı vəzifəsinə bərpa edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının işdən azad edilməsinə dair 27 may 2024-cü il tarixli əmrdə əsas olaraq işəgötürənə maddi ziyan vurmaqla öz əmək vəzifələrini kobud pozmaqla, işəgötürənə məxsus cəmi 55311.80 manat məbləğində ərzaq və qeyri-ərzaq mallarını mənimsədiyi göstərilmişdir. Hesab edir ki, həmin əmr qanunsuzdur. Belə ki, iddiaçı işəgötürənə məxsus ərzaq və yaxud qeyri-ərzaq məhsullarını mənimsəməmişdir. Marketdə müşahidə kameralarının çəkilişlərinə nəzarət edən işçilər və mühafizə xidməti vardır. Necə ola bilər ki, iddiaçı 13 yanvar 2023 - 12 aprel 2024-cü illərdə 55311 manat 80 qəpik dəyərində ərzaq və qeyri-ərzaq məhsullarını mənimsəsin, amma bu, marketdə işləyən onlarla işçinin gözündən yayınsın. İnsanın gözündən nəyisə yayındırmaq olsa da, kamera görüntülərindən yayınmaq mümkün deyil. Maraqlıdır ki, işəgötürən iddiaçıdan başqa da bir işçini eyni məbləğdə mənimsəmədə ittiham edir. Cavabdehin 27 may 2024-cü il tarixli 271 sayı əmrindən çıxarışdan görünür ki, əmrin verilməsinə əsas Azərbaycan Respublikasınin Əmək Məcəlləsi olmuşdur. Halbuki, belə bir əmrin verilməsi üçün izahatları alınması, üzləşmə aktları, maliyyə arayışı və sair sənədlər əmrə əlavə olunmalı idi ki, maddi ziyanın mövcudluğuna dair dəlillər olsun. Qeyd edilənlər onu göstə rir ki, iddiaçı işdən qanunsuz çıxarılmışdır və onun əmək hüquqları pozulmuşdur. Ədalətin bərpa edilməsi üçün isə əmrin ləğv edilməsi və iddiaçının işə bərpa olunmasına dair məhkəmə qətnaməsinin çıxarılması xahiş edilmişdir.
7. Cavabdeh tərəf 10 oktyabr 2024-cü il tarixli vəsatətlə məhkəməyə müraciət edərək iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsini xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, işəgötürənə maddi ziyan vurulması ilə əlaqədar zərərin həcminin müəyyən edilməsi üçün ekspertizanın keçirilməsi zəruridir.
8. Biləsuvar Rayon Məhkəməsinin 10 oktyabr 2024-cü il tarixli qərardadı ilə ekspertizanın təyin edilməsi barədə vəsatət məhkəmənin hazırlıq iclasında nəzərdə tutulduğu halda, cavabdeh tərəfindən işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşdıqdan sonr a müvafiq vəsatətlə məhkəməyə müraciət edilməsi əsası ilə təmin edilməmişdir.
9. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti Şirvan-Salyan regional şöbəsinin 7 avqust 2024-cü il tarixli məktubundan görünür ki, iddiaçı mübahisəli məsələ ilə bağlı Müfəttişliyə müraciət etmiş, araşdırma zamanı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və Məşğulluq” altsisteminə baxış keçirilərkən İddiaçılə fiziki şəxs Cavabdeh arasında 2 sentyabr 2020-ci il tarixdə əmək müqaviləsinin bağlandığı, həmin əmək müqaviləsinə 27 may 2024-cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verildildiyi məlum olmuşdur. 3 iyul 2021-ci il tarixdə Cavabdeh ilə İddiaçı arasında "Tam maddi məsuliy yət haqqında fərdi müqavilə” bağlanmışdır. Bununla yanaşı, əmək haqqı üzrə bank çıxarışına əsasən işdən çıxan gün (xx.xx.2024-cü il) İddiaçı son haqq-hesabın ödənilməməsi halı aşkar edilmisdir. Sözügedən hüquq pozuntularına yol verməklə, fiziki səxs Cavabdeh Azərbaycan Respublikasi İnzibati Xətalar Məcəlləsinin 192.4-cü (işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə) və 192.6-cı (ışçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə) maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Bu səbəbdən, fiziki şəxs Cavab deh barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4.-cü və 192.6-cı maddələrinə əsasən 12 iyul 2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilmiş, inzibati xəta haqqında iş üzrə icraata başlanılmışdır.
10. Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(022)-929/2024 saylı (hakim Mədinə Rəsulova) qətnaməsi ilə iddia təmin edilərək, İddiaçı barəsində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsi haqqında cavabdeh X1 27 may 2024-cü il tarixli, 271 nömrəli əmrinin ləğv edilməsi, 100 manat məbləğində dövlət rüsumunun cavabdehə aid edilməsi qət edilmişdir.
11. Birinci instansiya məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının audit yoxlaması nəticəsində əmək funksiyaların ın icrası ilə əlaqədar pozuntulara yol verməsinin müəyyən olunmasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi üçün əsas ola bilməsinin müəyyən edilməsi üçün, ilk olaraq işəgötürənin həmin intizam tənbeh tədbirini tətbiq edərkən özünün Əmək Məcəlləsinin tələblərinə riayət edib-etməməsi araşdırılmalıdır.
12. Mübahisəsizdir ki, əmək münasibətlərinə işəgötürənin təşəbbüsü ilə xitam verilməsi özü-özlüyündə işçi üçün ağır məhrumiyyətlərə səbəb olur. Belə ki, bunun nəticəsində o, işini, ümid etdiyi gəliri itirir. Bu tədbirin isə Əmək Məcəlləsinin 70-ci maddənin “ç” bəndi əsası ilə tətbiq edilməsi işçiyə ən ağır məhrumiyyətləri yaradır, o, gələcəkdə başqa iş tapmaqda da çətinlik çəkir. Bu səbəbdən tətbiq olunan maddi hüquq normasının işin hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması hazırkı halda xüsusi əhəmiyyət kəsb edir. Bu baxımdan həmin tənbehin tətbiqinin qanunauyğunluğunun yoxlanılması daha geniş hüquqi araşdırma tələb edir.
13. Məhkəmə işçinin işdən azad edilməsi zamanı işəgötürən tərəfindən qanunvericiliyin tələblərinə riayət edilməsi ilə bağlı qeyd etmişdir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi üçün kifayət qədər əsaslar mövcud olmamışdır. İşəgötürən əmək qanunvericiliyinə riayət etməməklə, həmçinin işçi tərəfindən yol verilmiş intizam pozuntusunu müəyyən edilmiş əsaslar çərçivəsində qiymətləndirməməklə əmək müqaviləsinə xitam vermiş və iddiaçını işdən azad etmişdir.
14. Məhkəmə hesab etmişdir ki, iddiaçının əmək müqaviləsinə xitam verilməsinin səbəbi kimi göstərilmiş 13 noyabr 2023-cü il tarixdən 12 aprel 2024-cü il tarixə kimi iddiaçının göstərilən vəzifədə işlədiyi dövr ərzində işəgötürənə məxsus 55311.80 manat məbləğində ərzaq və qeyri-ərzaq mallarınının mənimsəməsi və bunun nəticəsində işəgötürənə hər hansı formada ziyan dəyməsi sübutlarla təsdiq olunmur.
15. Cavabdeh iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsini yalnız maddi ziyanın vurulması ilə əlaqələndirmişdir ki, bununla bağlı məhkəmə qeyd etmişdir ki, Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi iki hissədən (1. işçinin özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi və 2. bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozması) ibarət olmaqla bir-birindən “yaxud” bağlayıcısı ilə ayrılır.
16. Cavabdehin işçinin yol verdiyi pozuntular nəticəsində müəssisəyə maddi ziyan vurması dəlili bunun üçün kifayət qədər əsaslar olduğu və tətbiqinə əmək qanunvericiliyinin imperativ tələbləri baxımından yol verildiyi təqdirdə 70-ci maddənin “ç” bəndinin ikinci hissəsi ilə, yəni bu Məcəllənin 72-ci maddəsində sadalanan (təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması) hallarda əmək vəzifələrini kobud şəkildə pozması əsası ilə həmin maddənin tətbiqi üçün əsas ola bilərdi ki, hazırkı halda əmək qanunvericiliyinin aşağıda göstərilən tələblərinin işəgötürən tərəfindən pozulması həmin hissənin də iddiaçıya münasibətdə tətbiqini istisna edir.
17. Göstərilənlər onu deməyə əsas verir ki, hazırkı işdə işəgötü rən tərəfindən əmək müqaviləsinə xitam verilərkən iddiaçının vurduğu zərərin məhz onun tərəfindən törədilməsinin sübut edilməməsi cavabdehin qanunvericiliyin tələblərinə əməl etməyərək qanunsuz olaraq iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddənin “ç” bəndi ilə xitam verilməsi ilə nəticələnmişdir. Belə ki, İddiaçı əmək müqaviləsinə xitam verilməsinə dair 2024-cü il 27 may tarixli 271 saylı əmrdən çıxarışda "İddiaçı tərəfindən 13 noyabr 2023-cü il tarixdən 12 aprel 2024-cü il tarixədək olan dövrdə mənimsəmə edilərək mülkiyyətçiyə maddi ziyan vurulduğu” göstərilmiş və bu hal əmək vəzifələrinin kobud şəkildə pozulması kimi qiymətləndirilmişdir.
18. Məhkəmə qeyd etmişdir ki, İddiaçı əmək müqaviləsinə xitam verilməsinə səbəb olmuş hallar, hüquqi faktlar işəgötürən Cava bdeh tərəfindən hər hansı yetərli sübutla əsaslandırılmamışdır. Belə ki, işlədiyi dövrdə İddiaçılə tam maddi məsuliyyət müqaviləsi bağlanılsa da, İddiaçı vəzifə öhdəliklərindən irəli gələn intizam hüquqpozmasını, habelə işəgötürənin qanunla qorunan mənafelərinə ziyan vurmuş olduğunu müəyyən etməyə əsas verən hər hansı sənəd (sübut) məhkəməyə təqdim edilməmiş, İddiaçı təqsirli olması sübuta yetirilməmişdir. Həmçinin, intizam pozuntusu aşkara çıxarıldığı gündən, yəni 15 aprel 2024-cü il tarixdən bir aydan artıq vaxt keçdikdən sonra İddiaçı əmək müqaviləsinə xitam verilmişdir.
19. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci, 71-ci, 72-ci, 80-ci, 186-cı, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 217. 4-cü maddələri, Eyni zamanda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 05 iyul 2011-ci il tarixli Qərarı ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
20. Cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın rədd edilməsini xahiş etmişdir.
21. Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən işə baxılarkən və qətnamə çıxarılarkən maddi və prosessual hüquq normaları pozulmuş və qanunsuz qətnamə çıxarılmışdır. İddiaçı ilə aralarında 2 sentyabr 2020-ci il tarixdə əmək müqaviləsi bağlanmışdır. 3 iyul 2021-ci il tarixdə İddiaçılə aralarında “Tam maddi məsuliyyət haqqında fər di müqavilə” bağlanmışdır. 13 noyabr 2023-cü il tarixdən 12 aprel 2024-cü il tarixə kimi “Aran” marketdə adminstrator – inzibatçı vəzifəsində işlədiyi dövr ərzində işəgötürənə məxsus 55311.80 manat məbləğində ərzaq və qeyri-ərzaq mallarını mənimsəmişdir. Həmçinin tərəfindən məhkəməyə 10 oktyabr 2024-cü i tarixli məhkəməmühasibatlıq ekspertizası təyin edilməsi barədə vəsatət verilərək, işəgötürənə maddi ziyan vurulması ilə əlaqədar zərərin həcminin müəyyən edilməsi üçün ekspertizanın keçirilməsini xahiş etsə də, qeyd olunan vəsatət məhkəmə tərəfindən təmin edilməmişdir. İddiaçı işlədiyi dövr ərzində maddi məsul şəxs olaraq öz təqsirli hərəkətləri ilə işəgötürənə maddi zərər vurmaqla öz əmək vəzifələrini kobud şəkildə pozduğundan, tərəfindən 27 may 2024cü il tarixdə 271 nömrəli əmrə əsasən b ağlanmış əmək müqaviləsinə işəgötürənin təşəbbüsü ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir.
22. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyası 2(106)-1986/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakimlər - Mahir Əsədli (sədrlik edən və məruzəçi), Tofiq Heydərov və Aytən Novruzova) apelyasiya şikayəti təmin edilməmiş, Biləsuvar Rayon Məhkəməsinin 10 oktyabr 2024-cü il tarixli 2(022)-929/2024 nömrəli qətnaməsi cavabdehin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
23. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, iddiaçı tərəfindən ona məxsus 55311.80 manat məbləğində ərzaq və qeyri-ərzaq mallarının mənimsənildiyinə dair hər han sı bir sübut növü təqdim edilməmiş və birinci instansiya məhkəməsi iş üzrə nəticəyə gələrkən mübahisəyə qanunvericiliyin tələbləri baxımından düzgün hüquqi qiymət vermiş, gəldiyi nəticəni iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırmış, təqdim edilmiş sübutlara sübutetmənin əsaslarını müəyyən edən qanunvericiliyin tələbləri baxımından qiymətləndirmiş və həqiqəti müəyyən etmək vəzifəsini yerinə yetirmişdir.
24. Məhkəmə kollegiyası iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsinə dair vəsatətin təmin edilməməsi ilə bağlı apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd etmişdir ki, qanunverici işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün ekspertiza təyin ediməsini məhkəmə üçün vəzifə kimi deyil, hüquq kimi tanımışdır. Yəni qeyd edilən dəlil birin ci instansiya məhkəməsinin qanuni və əsaslı qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz.
25. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2 (3-cü hissə), 14, 68 (1-ci hissə), 70, 71, 80, 84-cü (1-ci hissə), Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77, 372.1, 372.6, 372.7 və 384-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 15 iyul 2011-ci il tarixli qərarına istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
26. Cavabdeh (Vəkil Akif oğlu) kassasiya şikayəti verərək, Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-1986/2024 saylı, xx.xx.2024-cü il tarixl i qətnaməsini ləğv edərək, işi yenidən baxılması üçün apellyasiya instansiyası mərhələsinə qaytarılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.
27. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, mövcud sənədlər və videogörüntülərlə xx.xx.2023 - xx.xx.2024-cü il tarixləri üçün mağazada alış qiyməti ilə 40040.74 manat dəyərində, satış dəyəri ilə isə 55311.80 manat dəyərində ziyan vurması öz təsdiqini tapır. Bu qədər ziyan isə cinayət əməlinin mövcudluğundan xəbər verir. İşçinin əməlində cinayət tərkibinin əlamətləri olduğundan konkret olaraq bu iş üzrə Əmək Məcəlləsinin 187.2-ci deyil, 187.3-cü maddəsinin tələbləri tətbiq olunmalıdır. Bu baxımdan işəgötürənin əmrinin qanunsuz sayılması maddi hüquq normalarının yalnış tətbiq olunması kimi qiymətləndirilməlidir. İddiaçı öhdəsində olan mallarda çatışmamazlığın mövcudluğunu onun iştirakı ilə tərtib edilmiş aktda imzası ilə təsdiq etmiş, məhkəmədə isə işəgötürənə ziyan vurmadığını bildirmişdir. Əmək Məcəlləsinin 192.2-ci maddəsinin tələbinə uyğun olaraq, iddiaçı cavabdehlə tam maddi məsuliyyət müqaviləsi bağladığı üçün adminstrator – inzibatçı işlədiyi mağazada aşkar edilmiş çatışmamazlığa görə təqsirli olmadığını sübut etməlidir. Belə ki, onunla bağlanılmış əmək müqaviləsi və tam maddi məsuliyyət müqaviləsinə görə adminstrator - inzibatçı mağazada anbardan qəbul etdiyi mallara cavabdehdir. Məhkəmə tərəfindən iddiaçının iştirakı ilə tərtib olunmuş xx.xx.2024-cü il tarixli 24/04/01 saylı yoxlama aktı, sərbəst auditor Ş.Bəşirovun xx.xx.2024-cü il tarixli, 52 saylı auditor rəyi, tərəflər arasında bağlanmış tam maddi məsuliyyə t müqaviləsi nəzərə alınmamış, həmçinin ekspertizanın keçirilməsinə dair vəsatət əsassız olaraq təmin edilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
28. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Əmək Məcəlləsi
29. Maddə 2 (3-cü hissə). Azərbaycan Respublikası Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması prinsiplərinə əsaslanır.
30. Maddə
14. Əmək münasibətlərinin tənzimlənməsi sahəsində qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanları öz səlahiyyətləri çərçivəsində qanunvericiliyin tələblərinə əmək münasibətlərinin subyektləri tərəfindən hər yerdə eyni qaydada və dürüst əməl olunmasını; sağlam və təhlükəsiz əmək şəraitinin təmin olunmasını; işçilərin və işəgötürənlərin hüquqlarının pozulmasının qarşısının alınmasını; işçilərin və işəgötürənlərin pozulmuş hüquqlarının bərpa olunmasını; səlahiyyətləri çərçivəsində əmək qanunvericiliyinin təkmilləşdirilməsini; əmək münasibətləri sahəsində Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyən edilmiş insan hüquqları və azadlıqları prinsipləri əsasında dövlət siyasətinin həyata keçirilməsini təmin etməlidirlər.
31. Maddə 68 (1-ci hissə). Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.
32. Maddə 70 (ç bəndi). İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda;
33. Maddə
71. Bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun;
34. Maddə
80. Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edil ir;
35. Maddə 84 (1-ci bənd). Əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinin ləğv edilməsinin əsası; həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsi ləğv edilən gün, ay və il; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər göstərilir:
36. Maddə 84 (2-ci bəndi). Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hə r hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 15 iyul 2011-ci il tarixli qərarı
37. İşçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşçinin əmək haqqı, bir qayda olaraq, onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir. İşəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilati-sərəncamverici səlahiyyətlərə malik olur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
38. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onl ardan istifadə etməlidir.
39. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
40. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
41. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
42. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
43. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktik i hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
44. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
45. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
46. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsi n. Kassasiya baxışının hədləri
47. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
48. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
49. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya i nstansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
50. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məz ahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
51. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər, apelyasiya şikayətinin dəlillərini təşkil edirdi və apellyasiya məhkəməsi həmin dəlillərə kifayət qədər ətraflı qiymət vermişdir. Apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində ətraflı şər h olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
52. Bununla yanaşı, məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri sayır.
53. Cavabdeh iddiaçı ilə əmək müqaviləsinə xitam verilməsini işçinin işəgötürənə maddi ziyan vurmaqla öz əmək vəzifələrini kobud pozmaqla, işəgötürənə məxsus cəmi 55311.80 manat məbləğində ərzaq və qeyri-ərzaq mallarını mənimsədiyinə istinad etmişdir.
54. Nəzərə alınmalıdır ki, əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar (ƏM 191-ci mad. 1-ci bəndi).
55. Əmək Məcəlləsinin 191-ci maddəsinin 2-ci hissəsinə müvafiq olaraq, aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda.
56. Göründüyü kimi, işəgötürənin və işçinin bir-birinə ziyan vurması məsələsi həll edildikdə ziyanın həqiqi olması müəyyən edilməlidir. Əmək Məcəlləsinin 239-cu maddəsinə münasibətdə həqiqi (real) zərər işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması və yaxud onun həlak olmasında ifadə olunur.
57. Əmək müqaviləsi üzrə tərəflərin qanunazidd hərəkət və ya hərəkətsizliyi əmək qanunvericiliyində nəzərdə tutulan qaydaların pozulmasında, vəzifələrin yerinə yetirilməməsində və yaxud lazımınca yerinə yetirilməməsində özünü göstərir. Əmək Məcəlləsinin 215-ci maddəsində işəgötürənin əməyin mühafizəsi sahəsində konkret vəzifələri müəyyən edilmişdir. Həmin vəzifələrin yerinə yetirilməməsi (lazımınca yerinə yetirilməməsi) Əmək Məcəlləsinin 239-cu maddəsinin məzmununa əsasən işəgötürənin maddi məsuliyyət daşımasına səbəb ola bilər.
58. İşəgötürən və işçinin qarşılıqlı maddi məsuliyyətinin şərti kimi səbəbli əlaqənin məzmunu ondan ibarətdir ki, ziyan işəgötürənin və işçinin qanuna zidd olan əməli nəticəsində baş vermiş olur. Bu zaman səbəbli əlaqə bilavasitə və yaxud vasitəli ola bilər. Bilavasitə əlaqə olmadığı hallarda tərəflərin məsuliyyəti istisna edilmir. Məhkəmə yanakı sübutların məcmusundan istifadə etməklə məsuliyyəti müəyyən edə bilər.
59. MPM-in 77-ci maddəsi baxımından əmrin düzgünlüyünü cübut etmə yükü işəgötürənin üzərinə düşür. Lakin cavabdeh işəgötürən olaraq, işçinin ziyan vurmasına dair sübutları məhkəməyə təqdim etməmişdir.
60. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
61. Kassasiya şikayətinin digər dəlilləri mahiyyəti etibarilə, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəti cələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır. Qeyd olunmalıdır ki, işin faktiki halları ilə bağlı dəlillər üzrə kassasiya icraatında araşdırma aparılmır, onlara qiymət verilmir. Çünki kassasiya icraatı yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət verilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.
62. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə la zımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
63. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 19 dekabr 2024-cü il tarixli 2(106)1986/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.