Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1731/2024 16.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh1 və digərlərinə qarşı mülki iş üzrə QƏRARİ (Açar sözlər: apelyasiya şikayətinin qeyri-mümkünlüyü barədə) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu(məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-609/2024 nömrəli, 27 fevral 2024-cü il tarixli qərardadından Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 16 may 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq aş ağıdakı qərarı qəbul etdi: İşin halları
1. İddiaçı QSC (bundan sonra – iddiaçı) cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “kredit müqaviləsi üzrə borcun ipoteka predmetinə yönəldilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(006)-115/2017 nömrəli qətnaməsi ilə cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması qət edilmiş, ümumilikdə cəmi 63.278,23 manat borcun və ödənilmiş dövlət rüsumunun əvəzi 30 manat vəsaitin, eyni zamanda hazırkı iddia ilə məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının ipoteka predmetinə tutma yönəldilməsi üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının ipoteka predmeti olan Cavabdeh 1 mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən 0.0414 ha torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli 276.9 metr kv.metr sahədən ibarət fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması, satışdan əldə olunan vəsait hesabına iddiaçıya olan borcun ödənilməsi, həmin torpaq sahəsi və orda yerləşən fərdi yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1 həmin əmlakdan çıxarılması, əmlakın boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları
2. Sabirabad Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 06 iyul 2023-cü il tarixli, 2(056)-5/2023 nömrəli qətnaməsi ilə iddia təmin edilərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(006)-115/2017 saylı qətnaməsi üzrə tutulması qət edilmiş ümumilikdə 63.278,23 manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat, iddia ilə məhkəməyə müraciət edilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat və 20 manat xidmət haqqı, ipoteka predmetinə tutma yönəldilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 10 manat və 20 manat xidmət haqqı üzrə ödəmənin xx.xx.2014-cü il tarixli, 00016 saylı alqı-satqı və ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş Cavabdeh1 mülkiyyət hüququ ilə məxsus ünvan 2 ünvanda 0,0414 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə yönəldilməsi, həmin fərdi yaşayış evinin (torpaq sahəsi ilə birlikdə) 175.000 manat məbləğində ilkin satış qiyməti ilə açıq hərraca çıxarılaraq satılması, satışdan əldə edilən pul vəsaitinin yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi məbləğində iddiaçıya ödənilməsi, satışdan əldə olunmuş pul vəsaitinin qalan (tələbdən artıq məbləğ) hissəsinin Cavabdeh1 verilməsi, ipoteka predmeti olan torpaq sahəsində yerləşən fərdi yaşayış evinin açıq hərracda satıldıqdan 1 ay sonra Cavabdeh1 evi boşaldaraq evdən çıxarılması və evin hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi, "xxxx" MMC tərəfindən aparılmış xx.xx.2022-ci il tarixli əmtəəşünaslıq ekspertiza tədqiqatının dəyərini təşkil edən 400 manat vəsaitin Cavabdeh1 tutulub həmin MMC-nin hesabına köçürülməsi, “X1” MMC tərəfindən aparılmış xx.xx.2022-ci il tarixli əmtəəşünaslıq ekspertiza tədqiqatının dəyərini təşkil edən 250 manat vəsaitin Cavabdeh1 tutulub həmin MMC-nin hesabına köçür ülməsi qət olunmuşdur (hakim Nurəddin Bağırov).
3. Cavabdeh1 apellyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunaraq yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(106)333/2024-saylı qərardadı ilə birinci instansiya məhkəməsinin qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinin MPM-nin 361.1.4. və 361.2-ci maddələrinin tələblərinə uyğun tərtib olunmamasına görə qeyri-mümkün hesab edilməsi və apellyasiya şikayətinin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki işin birinci instansiya məhkəməsinə qaytarılması qərara alınmışdır (hakimlər S.İ.Mayılov (sədrlik edən və məruzəçi), İ.Q.Əsədov, T.X.Heydərov).
5. Sabirabad Ray on Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(056)-5/2023 saylı qərardadı ilə apellyasiya şikayəti geri qaytarılmışdır.
6. Cavabdeh1 yenidən apellyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(106)609/2024-saylı qərardadı ilə birinci instansiya məhkəməsinin qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti müddət ötürülməklə verildiyindən və müddətin bərpasına dair ərizə verilmədiyindən apellyasiyanın qeyri-mümkün hesab edilməsi qərara alınmışdır (hakimlər İ.Q.Əsədov (sədrlik edən və məruzəçi), S.İ.Mayılov,T.X.Heydərov).
8. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırılmış dır ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin surəti cavabdehin iş materiallarında olan ünvanına 25 oktyabr 2023-cü il tarixdə göndərilmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixdə apellyasiya şikayətini qanunla müəyyən edilmiş müddətdə birinci instansiya məhkəməsinə təqdim etmiş, mülki iş baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Cavabdeh yenidən xx.xx.2024-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə apellyasiya şikayəti ilə məhkəməyə müraciət etmiş, bu zaman qətnamədən apellyasiya şikayəti vermə müddəti ötürülsə də şikayətə apellyasiya şikayəti vermək üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizə əlavə etməmişdir. Belə olan halda cavabdeh tərəfindən apellyasiya şikayəti vermək üçün qanunla müəyyə n edilmiş müddət ötürülmüş və işə apellyasiya qaydasında baxılması üçün əsas yoxdur. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
9. Cavabdeh1 (Vəkil) kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və apelyasiya şikayətinə baxılması üçün həmin məhkəməyə göndərilməsini xahiş etmişdir.
10. Cavabdeh1 kassator şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiya məhkəməsi tərəfindən qərardad qəbul olunarkən mülki prosessual pozuntunun nədən ibarət olması və düzgün tətbiq edilmədiyi iddia olunan maddi hüquq norması göstərilməmişdir. Bundan başqa işə qərəzli yanaşılmış, cavabdeh məhkəmə prosesində doğru düzgün dinlənilmədiyini və dəlillərinə düzgün qiymət veilmədiyini qeyd etmişdir.
11. Kas sasiya şikayətində hüquqi əsas kimi Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə, Mülki Məcəllənin 17.1-ci maddəsinə, habelə Mülki Prosessual Məcəllənin 217-ci maddəsinə istinad edilmişdir. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
13. Maddə10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. 1
4. Maddə 10-1.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada təqdim edilmiş sənədlərin digər qaydada verilməsi tələb oluna bilməz.
15. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.
16. Maddə 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.
17. Maddə 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələr də mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəs ilə elektron qaydada (elektronpoçt, SMS və s. vasitəsilə) çatdırılır.
18. Maddə
360. Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər.
19. Maddə 363.1.3. Apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə geri qaytarılır
20. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
21. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərin dən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
22. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
23. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qərardadı tam mübahisələndirildiyindən, məhkəmə aktı bütovlükdə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi
24. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən prosessual hüquq normalarının tələblərini hazırkı mübahisəli məsələyə düzgün tətbiq edib və işdə kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadının kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
25. Cavabdeh1 kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən prosessual hüquq normalarının tələblərini pozduğunu, apellyasiya şikayəti üzrə apellyasiyanın qeyri-mümkün hesab edilməsi üçün əsasların olmadığını göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.
26. Belə ki, apellyasi ya instansiyası məhkəməsi mülki iş materiallarını araşdırıb qeyd etmişdir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin surəti cavabdehin iş materiallarında olan ünvanına 25 oktyabr 2023-cü il tarixdə göndərilmişdir. Cavabdeh 23 noyabr 2023-cü il tarixdə apellyasiya şikayətini qanunla müəyyən edilmiş müddətdə birinci instansiya məhkəməsinə təqdim etmiş və mülki iş baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir.
27. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdeh yenidən 29 yanvar 2024-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə apellyasiya şikayəti ilə məhkəməyə müraciət etmiş, bu zaman qətnamədən apellyasiya şikayəti vermə müddəti ötürülsə də, şikayətə apellyasiya şikayəti vermək üçün buraxılmış pros essual müddətin bərpasına dair ərizə əlavə etməmişdir. Belə olan halda cavabdeh tərəfindən apellyasiya şikayəti vermək üçün qanunla müəyyən edilmiş müddət ötürülmüş və işə apellyasiya qaydasında baxılması üçün əsas yoxdur.
28. Belə ki, mülki prosessual qanunverciliyə görə apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər və apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə və prosessual müddətin bərpası barədə ərizə verilməmişdirsə apellyasiya şikayəti geri qaytarılmalıdır.
29. Göstərilənlərə əsasən kassasiya instansiyası məhkəməsi Cavabdeh1 kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi onun birinci instansiya məhkəməsinin qətnaməsindən verd iyi apellyasiya şikayəti üzrə apellyasiyanı qeyri-mümkün hesab edərkən düzgün nəticəyə gəlib və yuxarıda sadalanan mülki prosessual normaların tələblərini hazırkı mübahisəli məsələyə düzgün tətbiq edib. Ona görə də iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır.
30. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. İş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 27 fevral 2024-cü il tarixli, 2(106)-609/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.