Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1732/2025 23.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: təbii qazdan istifadəyə görə əsassız hesablanmış borcun silinməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), X2, Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1635/2025 nömrəli 25 fevral 2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı ünvan 1 ünvanda quraşdırılmış qaz sayğacına Cavabdeh İB- nin əməkdaşları tərəfindən keçirilmiş baxış zamanı **********00000 nömrəli abonent İddiaçının istifadəsinə verilmiş sayğacdan kənar təbii qazdan qeyri-qanuni kənar istifadə etməsi qeyd edilmiş, təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli xx.xx.2022ci il tarixli, ******* nömrəli xx.xx.2023- cü il tarixli aktlar tərtib olunmuşdur. ******* nömrəli xx.xx.2022-ci il tarixli akta əsasən itirilmiş qaz sərfiyyatının 15120 m3, ******* nömrəli xx.xx.2023-cü il tarixli akta əsasən itirilmiş qaz sərfiyyatının 34560 m3 olması hesablanmışdır. **********00000 saylı abonentin saldosunun surətindən görünür ki, İddiaçı 2021-ci ilin dekabr ayında qalıq 6,42 manat, 2022-ci ilin dekabr ayında qalıq sərfiyyat üzrə 5,16 manat borc, akt üzrə 1814,40 manat borc, 2023-cü ilin sentyabr ayın da qalıq sərfiyyat üzrə 0,12 manat, akt üzrə 4148,04 manat borc hesablanmışdır. Cəmi 11,7 manat sərfiyat üzrə qalıq, 5962,44 manat akt üzrə borc hesablanmışdır. **********00000 saylı abonentin saldosunun surətindən görünür ki, İddiaçı 2010-cu ilin dekabr ayında qalıq 45,20 manat, 2011-ci ilin dekabr ayında qalıq 11,50 manat, 2018-ci ilin dekabr ayında qalıq akt üzrə 388,80 manat, 2021-ci ilin dekabr ayında qalıq 6,42 manat, 2022-ci ilin dekabr ayında qalıq sərfiyyat üzrə 5,16 manat borc, akt üzrə 1814,40 manat borc, 2023-cü ilin sentyabr ayında qalıq sərfiyyat üzrə 0,12 manat, akt üzrə 4148,04 manat borc hesablanmışdır. Cəmi 68,4 manat sərfiyat üzrə qalıq, 6351,24 manat akt üzrə borc hesablanmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdeh İB-nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən iddiaçının hesab koduna yazılmış 6240.74 manat məbləğin hesab kodundan silinməsinə barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh əməkdaşları tərəfindən 2022-ci ildə iddiaçı X1 yaşadığı ünvan 2 ünvanda abonent kodu G4 markalı **********8 olan qaz sayğacı quraşdırılmışdır. Bu akta qeyd olunan prosedurların zədələnmiş qaz sayğaclarındada eyni qyadada tətbiq olunduğu azəriqaz əməkdaşları tərəfindən ona bildirilmədiyi və məlumatlandırılmadığı üçün vaxtında sayğacın təchizatçı tərəfindən ödənişsiz quraşdırılması barədə müvafiq məhkəmə qərarını azəriqaza təqdim etməyi mümkün olmamışdır. İddiaçı tərəfindən sayğaca heç bir müdaxilə edilməmiş və heç bir əlavə xətt qoşu lmamışdır. Çünki belə olacağı reqlamentlərin və qaydaların hüquqi qüvvəsi onları təsdiq edən normativ hüquqi aktın hüquqi qüvvəsi ilə müəyyən edilir. “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin strukturunun təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 24 yanvar 2003-cü il tarixli, 844 N-li Fərmanına əlavələr və dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 22 aprel 2010-cu il tarixli 258 N-li Fərmanı ilə SOCAR-ın Nizamnaməsinə edilmiş dəyişiklikərə görə, istehsalın səmərəliyinin yüksəldilməsi, enerjiyə və material ehtiyyatlarına qənaət siyasətinin həyata keçirilməsi, sahə üzrə texnoloji itki və digər normaların işlənib hazırlanması və vaxtaşırı təkmilləşdirilməsi SOCAR-ın fəaliyyət növü kimi müəyyən edilsə də cərimələrin tətbiq edilməsi barəd ə qeyd göstərilməmişdir. “İstehlakçılarının Hüquqlarının Müdafiəsi Haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 Ns li qərarında “Qazdan istifadə” Qaydalarının alqı-satqı müqaviləsinin 3.1-ci və 3.2-ci bəndlərinin tələblərinə əsasən yaranmış mübahisə münasibətləri Azərbaycan Respublikası Mülki Məcəlləsinin və Mülki Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq məhkəməyə müraciət edə bilmələri qeyd olunmuşdur. Göründüyü kimi qanunvericilikdə fiziki şəxslərin evlərinə quraşdırılmış qaz sayğaclarının qorunmasına və işlək vəziyyətdə saxlanılmasına görə qaz paylayıcısı cavabdehlik daşıyır və həmçinin qaz sayğacının dövlət yoxlamasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılmasının qaz pa ylayıcısı tərəfindən həyata keçirilməsi nəzərdə tutulmuşdur. Bundan əlavə, iddiaçı tərəfindən qaz sayğacına, küçədəki qaz kəmərinə müdaxilə olunmasına dair cavabdehin heç bir sübutu yoxdur. İddiaçıya məxsus fərdi yaşayış evində təbii qazdan sayğacdan kənar qanunsuz istifadə olunması faktı da cavabdeh tərəfindən sübut edilməmişdir.
4. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06 aprel 2024-cü il tarixli 3-16-16/2-3/356 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilən borunun üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədə aşkar edilmədi. Aparılmış tətqiqatın dəyəri 65 manat müəyyən edilmişdir.
5. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-623/2024 nömrəli 15 iyul 2024cü il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh İB tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli xx.xx.2022-ci il tarixli, ******* nömrəli xx.xx.2023-cü il tarixli aktlara əsasən **********00000 saylı abonent İddiaçı qanunsuz olaraq hesablanmış 6351,24 manat olan borcun silinməsi, 65 manat ekspertiza xərcinin iddiaçı Cavabdeh İB-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə ödənilməsi qət edilmişdir (hakim Nilufər Cəfərli).
6. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-623/2024 nömrəli 29 avqust 2024-cü il tarixli qərardadı ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-623/2024 nömrəli 15 iyul 2024-cü il tarixli qətnaməsində yanlışlıq aradan qaldırılaraq iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh İB tərəfindən **********00000 sa ylı abonent İddiaçı qanunsuz olaraq hesablanmış ******* nömrəli xx.xx.2022-ci il tarixli aktə əsasən 1814.40 manat, xx.xx.2023-cü il tarixli, ******* nömrəli xx.xx.2023-cü il tarixli akta əsasən 4147.20 manat cəmi 5961.60 manat borcun silinməsi, 65 manat ekspertiza xərcinin iddiaçı Cavabdeh İB-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə ödənilməsi qət edilmişdir (hakim Nilufər Cəfərli).
7. Birinci instansiya məhkəməsi xx.xx.2022-ci il tarixli ******* nömrəli aktə əsasən hesablanmış 1814.40 manat borcun və xx.xx.2023-cü il tarixi aktə əsasən hesablanmış 4147.20 manat borcun silinməsi hissəsinə müasibətdə qeyd etmişdir ki, ekspert rəyinə əsasən tədqiqata təqdim edilən borunun üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədə aşkar edi lmədiyindən, iddia tələbi həmin hissədə əsaslıdır və təmin edilməlidir.
8. Məhkəmə daha sonra qeyd etmişdir ki, iddiaçı məhkəməyə müraciət edərək 6240.74 manat borcun silinməsini xahiş etsə də, məhkəmə araşdırılması zamanı **********00000 nömrəli abonent İddiaçı istifadəsinə verilmiş sayğacdan kənar təbii qazdan qeyri-qanuni kənar istifadə etməsi barədə tərtib edilmiş aktlardan və bunun əsasında itirilmiş qazın həcmi 49680 kubmetr hesablanaraq dəymiş zərərin isə 5961.60 manat olduğu müəyyən edildiyindən iddia tələbi həmin hissədə təmin edilməlidir.
9. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096, 1097, “Qaz təchizatı haqqında” Qanunun 6.2, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifad ə Qaydaları»nın 6.5, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 115, 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
10. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd olunmasına dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azəriqaz” İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş aktların bir nüsxəsi istehlakçıya (nümayəndəsinə) təqdim edilmişdir və istehlakçının həmin aktları imzalamaqdan imtinası həmin aktların qanunsuz olduğuna dəlalət etmir. Bundan əlavə, aktlar tərtib olunarkən çəkilən fotoşəkillərdən də açıq-aşkar görünür ki, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulma mövcuddur. Belə olan hal da Cavabdeh İB-nin ona vurulmuş maddi zərərin əvəzinin tam ödənilməsini tələb etmək hüququnun olmasına, həmçinin iddiaçı tərəfindən qaz xəttinə qanunsuz qoşulmaya dair sübutların olmasına baxmayaraq, 1-ci instansiya məhkəməsi iddia tələbini təmin etməklə səhv nəticəyə gəlmiş, qeyd olunan maddi hüquq normalarının tələblərini pozaraq, düzgün olmayan qətnamə qəbul etmişdir. Trasoloji ekspertiza rəyindən də məlum olduğu kimi ekspert yalnız sayğaca və sayğacın giriş-çıxış xətlərinə baxış keçirməklə rəy vermişdir. Halbuki, iş materiallarına əlavə edilmiş fotoşəkillərdən məlum olur ki, sayğacdan kənar qoşulma sayğacın giriş-çıxış xəttindən yox, başqa yerdən olmuşdur. Lakin ekspert tədqiqatı iş materiallarında olan sənədlərlə müqayisəli şəkildə aparmamış, qanunsuz birləşmənin mövcud olduğu yerləri tədqiq etməmişdir. Bu səbəbdən də ekspert rəyi ilə iş materiallarında olan digər sübutlar, xüsusilə də fotoşəkillər arasında kifayət qədər ziddiyyətlərin, həmçinin də ekspert rəyinin mötəbərliyi ilə bağlı kifayət qədər şübhələrin olmasına baxmayaraq məhkəmə təkrar ekspertiza təyin etməmişdir.
12. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1635/2025 nömrəli 25 fevral 2025-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi 6351,24 manat əsassız hesablanmış borcun silinməsi hissəsində dəyişdirilmiş, Cavabdeh İB tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli xx.xx.2022-ci il tarixli, ******* nömrəli xx.xx.2023-cü il tarixli aktlara əsasən **********00000 saylı abonent İddiaçı abonent hesabından silinməli olan borcun məbləği 5961,6 müəyyən edilmiş, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmışdır (hakimlər Akif İsgəndərov - sədrlik edən və məruzəçi, Səadət Səlimova və Məhəmməd Rüstəmli).
13. Məhkəmə kollegiyası qeyd etmişdir ki, apellyasiya şikayətinin dəlillərində sadəcə sayğacın saldolarının, aktların, tələbnamələrin və fotoşəkillərin sübut qismində araşdırlmaması qeyd edilmişdir. Cavabdeh tərəfindən qeyd olunan bu hallar iddia tələbinin əsaslılığını təkzib edə biləcək mötəbər sübut kimi qiymətləndirilə bilməz. Çünki, abonentin saldosu hesablanmış və ödənilmiş borcları, tərtib olunmuş akt keçirilmiş yoxlamanın nəticələrini, tələbnamə dəymiş ziyanı göstərir. Həmin sənədlər onsuz da iddiaçı tərəfindən mübahisələndirilir və onların qanuniliyi şübhə altındadır. Cavabdeh tərəfindən təqdim olunmuş fotoşəkillərdə isə mübahisənin nəticəsi üçün kifayət qədər əhəmiyyət kəsb edəcək hallara rast gəlinmir.
14. Məhkəmə kollegiyası daha sonra qeyd etmişdir ki, birinci instansiya məhkəməsində işə baxılarkən MPM-in 218.3-cü maddəsinin tələbi pozulduğundan və aktlar üzrə yazılan borcların cəmi düzgün hesablanmadığından apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə 6351,24 manat borcun silinməsi hissəsində dəyişdirilməli və həmin məbləğ 5961,6 manat müəyyən edilməlidir.
15. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni ““Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qa zdan istifadə Qaydaları»na; Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
16. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 fevral 2025-ci il tarixli 2(103)-1635/2025 nömrəli qətnaməsinin qismən, iddia tələbinin təmin olunan hissəsində ləğv edilməsi və iddia tələbinin həmin hissədə də rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
17. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiya məhkəməsi Mülki Məcəllənin 386-cı maddəsinin tələblərini nəzərə almamış, istehlakçının təqsirli və qanunazidd hər əkətləri nəticəsində cavabdeh təşkilata vurulmuş maddi zərər üzrə hesablanmış borc məbləğini qanunsuz olaraq silmiş, iş üzrə əhəmiyyətli halları düzgün müəyyən etməmiş, iş üzrə düzgün olmayan qətnamə qəbul edərək iddiaçı tərəfi mülki hüquqi məsuliyyətdən və zərərin əvəzini tam şəkildə ödəmək vəzifəsindən qanunsuz olaraq azad etmişdir. Daha sonra qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 21, 1096, 1097-ci maddələrini düzgün tətbiq etməmiş, yanlış nəticəyə gəlmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu (yeni redaksiyada)
19. Maddə 13.8-1. Qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib e tməli və həmin aktların bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə, bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraatın başlanması məsəlsəinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısını vurulmuş zərəin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurumuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta günlük qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri və qaz sayğacın ın markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»
20. Bənd 4.2. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir.
21. Bənd 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.
22. Bənd 4.9. İstehlakçının təqsiri olmadan zədələnmiş q az sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki b axışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
23. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
25. Maddə
81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz
26. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
27. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sü but olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
28. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
29. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşa ğı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
30. Məhkəmə kollegiyası, qətnaməni tərəfin mübahisələndirdiyi hissədə yoxlamışdır. Odur ki, aşağıda aparılan hüquqi dəyərləndirmə kassasiya şikayətinin həddi və dəlilləri ilə bağlıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
31. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmi r. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 32. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, Qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktların bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə, bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraatın başlanması məsəlsəinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısını vurulmuş zərəin ödənilməsini istehlakçıdan tələb etməlidir (§ 19).
33. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanuna və ya digər normat iv hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz (§ 24-25).
34. Mübahisəyə mahiyyəti üzrə baxan apellyasiya məhkəməsi iş materiallarını araşdıraraq bu qənaətə gəlmişdir ki, cavabdeh iddiaçının 5961,6 manat borcunun mövcudluğunu sübuta yetirə bilməmişdir. Belə olan halda həmin məbləğdə borcun silinməsi qanunvericiliyə uyğun olmuşdur.
35. Sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və cavabdehin dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razı laşır.
36. O da qeyd edilməlidir ki, işin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.
37. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
38. Ona görə də kassasiya şikayəti təmin olunm amalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
39. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1635/2025 nömrəli 25 fevral 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.