Məhkəmə qərarları › İş №2(102)-1734/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-1734/2019

14.06.2019 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1734/2019 14.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Kalbalıyev Aslan Kalbalı oğlu, İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, İddiaçı, vəkili X2, maraqlı şəxsin vəkili X1 katibliyi ilə, İddiaçı Cavabdeh1 qarşı mənzildən çıxarılma tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin MK-nın 12 oktyabr 2018-ci il tarixli qətnaməsindən maraqlı şəxs Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai rayon Məhkəməsinin 03 aprel 201 7-ci il tarixli qətnaməsi ilə (hakim N.Misirzadə) İddiaçı Cavabdeh1 qarşı mənzildən çıxarılma tələbinə dair iddiası təmin edilmiş, cavabdehin ünvan 1 ünvanda inşa edilmiş 14 mərtəbəli yaşayış evinin 11-ci mərtəbəsi, ümumi sahəsi 116.3 kv.metr olan 2-ci blok, 3 otaqdan ibarət olan, 74 nömrəli mənzildən çıxarılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 12 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən E.Kazımov, hakimlər T.Səmədov və İ.Şirinov) Xətai rayon Məhkəməsinin 03 aprel 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. KASSASİYA ŞİKAYƏTİNİN DƏLLİLƏRİ Maraqlı şəxs Cavabdeh2 kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi MK-ya müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxa rkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin MK-nın 12 oktyabr 2018-ci il tarixli qətnaməsinin tamamilə ləğv edilməsini və iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçı Cavabdeh1 qarşı iddia verərək, cavabdehin ünvan 1 ünvanda inşa edilmiş 14 mərtəbəli yaşayış evinin 11-ci mərtəbəsi, ümumi sahəsi 116.3 kv.metr olan 2-ci blok, 3 otaqdan ibarət olan, 74 nömrəli mənzildən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə mübahisə apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və kass asiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materialları ilə müəyyən edilir ki, “xxxx” MMC ilə İddiaçı arasında bağlanmış 10.11.2005-ci il tarixli müqaviləyə əsasən “xxxx” MMC ünvan 2 ünvanda 14 mərtəbəli yaşayış evinin 11-ci mərtəbəsində, ümumi sahəsi 116,3 kv.metr olan, İİ blok, izolə olunmuş 3 otaqlı, 74 saylı mənzili İddiaçı (payçıya) verməyi, iddiaçı isə həmin mənzili qəbul etməyi və müqavilədə göstərilmiş məbləği tamamilə ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqaviləyə əsasən həmin mənzilin ümumi dəyəri 31401 ABŞ dolları məbləğində müəyyən olunmuşdur. İşdə olan “xxxx” MMC tərəfindən verilmiş kassa mədaxil orderinin surətindən görünür ki, İddiaçı 9935540 0 manat (AZM) məbləğində pul vəsaitini “xxxx” MMC-nin kassasına ödənilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 25.12.2012-ci il tarixli qətnaməsi ilə cavabdeh “xxxx” MMC tərəfindən ünvan 3 ünvanında inşa edilmiş 14 mərtəbəli yaşayış binasının 11-ci mərtəbəsində yerləşən ümumi sahəsi 117 kv.metr olan 2 blok 85 saylı, izolə olunmuş 3 otaqlı mənzilinin Cavabdeh1 İnşalla oğlunun sahibliyinə verilməsi vəzifəsinin cavabdeh “xxxx” MMC-nin üzərinə qoyulması, iddiaçı Cavabdeh1 İnşalla oğlunun ünvan 3 ünvanında inşa edilmiş 14 mərtəbəli yaşayış binasının 11-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 117 kv.metr olan 2 blok 85 saylı, izolə olunmuş 3 otaq mənzili üzrə paya mülkiyyət hüququnun tanınması qət edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 25.12.2012-ci il tarixli icra sənədi əsasında i cra məmuru ünvan 4 ünvanda inşa edilmiş 14 mərtəbəli yaşayış evinin 2-ci blok, 11-ci mərtəbəsində, 3 otaqdan ibarət olan, 85 nömrəli mənzili cavabdehə təhvil vermək əvəzinə, iddiaçıya məxsus olan ünvan 4 ünvanda inşa edilmiş 14 mərtəbəli yaşayış evinin 2-ci blok, 11 -ci mərtəbəsində, 3 otaqdan ibarət olan, 74 nömrəli mənzilin kilidini açaraq cavabdehə təhvil vermişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 01.05.2014-cü il tarixli qərarı ilə Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmurunun 25.12.2012-ci il tarixli mülki işin icrası ilə bağlı “xxxx” MMC tərəfindən ünvan 4 ünvanda inşa edilmiş 14 mərtəbəli yaşayış evinin 11-ci mərtəbədə, ümumi sahəsi 116.3 kv.metr olan 2-ci blok, 3 otaqdan ibarət olan, 74 nömrəli mənzilinin Cavabdeh1 İnşalla oğluna təhvil verilməsi hərəkətinin qan unsuz sayılması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 29.05.2015-ci il tarixli qərarı ilə üçüncü şəxsCavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 01.05.2014-cü il tarixli qərarı qismən “iddia qalan hissədə rədd edilsin” hissəsində ləğv edilmiş, qərar qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Eyni zamanda iş materiallarından görünür ki, mübahisəli mənzil boş olduğundan, X mənzilə yenidən daxil olmuş, orada təmir işləri aparmış və kirayəçilər yerləşdirmişdir, Bu səbədən iddiaçı (İddiaçı)mənzilin boşaldılması tələbi ilə Bakı şəhəri Xətai Rayon məhkəməsində iddia qaldırmışdır. Məhkəmənin qətnaməsi ilə iddia təmin edilmişdir. Məhkəmə aktının icrası zamanı təqdim edilmiş sənə dlərdən bəlli olmuşdur ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində həmin binanın 74 nömrəli mənzilinə dair Cavabdeh2 adına daşınmaz əmlakın dovlət reyestrindən çıxarışın verilməsinin DƏDRX Bakı şəhər Ərazi idarəsinə həvalə olunması barədə 24.04.2015-ci il tarixli qərar qəbul olunmuşdur. Həmin qərar əsasında Cavabdeh2 adına reyestrdən çıxarış verilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 20 sentyabr 2017-ci il tarixli qərarı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin icraatında olmuş iddiaçı Cavabdeh2 cavabdeh X Bakı şəhər Ərazisinə qarşı reyestrdən çıxarışın verilməsi tələbinə dair inzibati iş üzrə məhkəmə icraatı bərpa edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 01 noyabr 2017-ci il tarixli qəradadı ilə iş baxılması üçün 2 saylı Bakı İnzibati-İqtisadi Məh kəməsinə göndərilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 28 fevral 2018-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Bundan sonra İddiaçı cavabdeh X və Cavabdeh2 qarşı mənzilə dair reyestrdə Cavabdeh2 adına aparılmış qeydiyyatın ləğv edilməsi tələbi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 25 iyun 2018-ci il tarixli qərarı ilə Bakı şəhəri, Xətai rayonu, R.Məmmədov küçəsi, 20 ünvanında yerləşən binanın 3 otaqdan ibarət 74 nömrəli mənzilinə dair Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat ləğv edilmişdir. Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsub dur. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Göstərilənlərə əsasən apellyasiya instansiyası məhkəməsi hesab etmşdir ki, hazırki iddia tələbinin qanuni əsası Mülki Məcəllənin 157.4-cü ma ddəsinin dizpozisiya şərtlərində nəzərdə tutulmuşdur. İddia tələbinin faktiki əsası isə (faktiki hallar), onun qanuni əsasının dizpozisiya şərtlərinə uyğundur. Çünki, iddianın faktiki halları tələbin qanuni əsasının dizpozisiya əlamətləri ilə uzlaşır. İşin mübahisəli halı ondan ibarətdir ki, qeyd olunan mübahisəli mənzilin qanuni əsaslarla, o cümlədən qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə iddiaçıya məxsus olmasına baxmayaraq, Cavabdeh2 həmin mənzilin nə İddiaçı, nə də Cavabdeh1 heç bir aidiyyətinin olmadığını,həmin mənzilin onun xüsusi mülkiyyətində olduğunu və dövlət reyestrindən çıxarışa əsasən adına rəsmiləşdirildiyini, lakin işə baxan məhkəmələr tərəfindən bu halların nəzərə alınmadığını bildirir. Halbuki, işin hallarından göründüyü kimi, mübahisəli mənzilin xüsusi mülkiyyət hüququ ilə Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasına əsas olmuş məhkəmə qərarı ləğv edilmiş və qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə reyestrdən çıxarışın verilməsi iddiası mümkün sayılmamış, həmçinin 2 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 25 iyun 2018-ci il tarixli qərarı ilə mübahisəli mənzilə dair Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat ləğv edilmiş və həmin qərar qanuni qüvvəsini alaraq 02.10.2018-ci il tarixdə icra edilmişdir. Yuxarıda göstərilənləri, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamənin ləğv edilməsinə əsas olan maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyini əsas tutaraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilmədən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyiş dirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Maraqlı şəxs Cavabdeh2 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 12 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar