Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1734/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh oğluna qarşı iş üzrə QƏRARİ (Açar sözlər: borcun tutulması) 15.02.2021 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Həsənov Vüqar Vətəkgül oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçının vəkili X5, Cavabehin və onun vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh X4 qarşı borcun tutulması tələbi ilə bağlı Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6598/2020 nömrəli iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən veri lmiş kassasiya şikayəti üzrə işə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Bakı şəhəri 15 saylı notariat kontorunda xx xxxxxx 2018-ci il tarixdə “Nissan Primera” minik markalı **-FV-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi Cavabdeh həmin nəqliyyat vasitəsini idarə etmək üçün İddiaçı xx.xx.2019-cu ilədək istifadə edilməsi haqqında etibarnamə vermişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı İddiaçı Cavabdeh oğluna qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh X6 maşın alveri ilə məşğuldur. xx xxxxxx 2018-ci il tarixdə ona məxsus “Nissan” markalı, **-FV-*** dövlət qeydiy yat nişanlı avtomobili 1 il 6 ay müddətinə hər ay 400 manat ödəmək şərti ilə cəmi 7200 manat pul ödəyəndən sonra alqı-satqı edəcəklərinə razılaşmışlar. O, cavabdeh X4 inanmış və ona etibar etmişdir. Cavabdeh heç bir kredit müqaviləsi bağlanmasına imkan verməmişdir. Sonradan başa düşmüşdür ki, o, etibarından sui-istifadə edərək onu aldatmışdır. Belə ki, cavabdeh Vüqar Əbdürəhimov notarial qaydada ona Bakı şəhəri 15 saylı notariat kontorunda xx xxxxxx 2018-ci il tarixli nəqliyyat vasitəsinin xx.xx.2019-cu ilədək istifadə edilməsi haqqında etibarnamə vermişdir. Aralarında olan şifahi razılıq əsasında “Nissan” markalı avtomaşına görə o, 7 müddətinə hər ay cavabdeh Vüqar Əbdürəhimova terminal, bank və poçt vasitəsi ilə köçürmə yolu ilə 400 manat, cəmi 2800 manat pul ödəmişdir. Vüqar Əbdürəhimov həmin pulları özünə məxsus kartla, bank və poçt vasitəsi ilə götürmüşdür. Səkkizinci ayda 400 manat verilməsində bir neçə gün gecikmə olduğu üçün Vüqar Əbdürəhimov onu aldadaraq özünə məxsus ***-***-**-** nömrəli mobil telefonla istifadəsində olan ***-***-**-** nömrəli telefona zəng edərək ona çox şirin dillər tökərək maşının pulunu ödənilməsində çətinlik varsa maşını gətirməsini və satdıqdan sonra onun pulunu qaytaracağı və öz pulunu da götürəcəyini bildirmişdir. O, işləmək üçün Rusiya Federasiyasına getmək fikrinə düşdüyündən və cavabdehə inandığından avtomaşını Elçin adlı tanışı ilə Gəncədən Bakı şəhərinə aparıb ona təhvil vermişdir. Cavabdeh söz vermişdir ki, maşını satıb 2800 manat pulunu ödəyəcəkdir. Hətta, cavabdeh Vüqar Əbdürəhimov bir neçə dəfə telefonla da ona bu barədə bildirmi şdir. Ancaq maşını satdıqdan sonra da, bu günə kimi pulunu qaytarmadığından məcbur olub onun hərəkətlərindən polisə ərizə ilə şikayət etmişdir. İşə baxan Bakı şəhəri Nizami Rayon 23cü Polis Bölməsinin baş təhqiqatşısı, polis kapitanı X7 cavabdehin əməllərində cinayət tərkibi olmamasını və iş mülki xarakterli olduğuna görə xx.xx.2019-cu il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında qərarla cinayət işinin başlanmasını rədd etmiş və məhkəməyə müraciət etməyi məsləhət görülmüşdür. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (hakim Samir Talıbov) 2(008)-4577/19 saylı xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Cəfərov X3 Vüqar Əli oğluna sonuncunun mülkiyyətində olan «NİSSAN PRİME RA MİNİK» markalı, **-FV-*** dövlət nömrə nişanlı avtomaşının alınması məqsədi ilə 2800 manat məbləğində pul vermişdir. Bu hal iddiaçının məhkəməyə təqdim etdiyi qəbzlərlə, cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarda, həmçinin cavabdehin məhkəmə icasında verdiyi izahatla öz təsdiqini tapmışdır. Cavabdehin avtomaşının iddiaçıdan alaraq əlavə xərc çəkdikdən sonra maşını 4200 manat sataraq satıb üstünə də bir qədər məbləğ özü qoyduqdan sonra avtomobili pulunu qaytarması dəlilləri məhkəmə iclasında öz təsdiqini tapmamış və cavabdeh izahatının əsaslılığı ilə bağlı mötəbər sübutlar təqdim etməmişdir. Qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti vermişdir. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – E lşən Kazımov sədrlik edən və məruzəçi, Tofiq Səmədov, İkram Şirinov) 25 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia təmin edilməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, məhkəmə iddianı təmin edərkən Mülki Məcəllənin 739.1 və 740-cı maddələrinə istinad etsə də, tərəflər arasında borc (kredit) münasibətlərinin yarandığı işdən görünmür. Belə ki, iddia ərizəsindən və işdə olan digər sənədlərdən görünür ki, tərəflər arasında mübahisə predmeti olmuş avtomobilin nisyə satışından yaranan mülki hüququ nünasibətlər olmuşdur. Ona görə də, tərəflər arasında yaranmış həqiqi münasibətləri dəqiq müəyyənləşdirmədən iddianı rədd e tməklə maddi və prosessual hüquq normalarını da pozmuşdur. Belə ki, cavabdeh mülki dövriyyədə formalaşan bu təcrübəyə əsasən avtomobilini özgəninkiləşdirməyə razılaşmışdır. Əlbətdə ki, iddiaçı da avtomobil bazarında avtomobillərin bu cür əlverişli şərtlərlə satıldığını, yəni dəyərinin hissə-hissə ödəniləcəyini bilərək cavabdehlə bu sövdələşməyə getmişdir. Göründüyü kimi, iddiaçının həmin vaxt avtomobil əldə etmək istəyi və arzusu olmuş, daha doğrusu özü üçün də sərfəli olan bir vəziyyətdə, yəni dəyərini hissə-hissə cavabdehə ödəməklə, ödənişi başa çatdırdıqdan sonra isə avtomobilin tam olaraq xüsusi mülkiyyətinə keçirmək marağı olmuşdur. Çox yəqin ki, cavabdehin də həmin avtomobili bu şərtlərlə özgəninkiləşdirməyə razılığı olmuşdur. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, hazı rda cavabdeh bu münasibətləri lizinq münasibətləri kimi qiymətləndirir və hesab edir ki, bu münasibətləri lizinq münasibətlərini tənzim edən normalar tətbiq edilməlidir. Bununla yanaşı, cavabdehin iddiaçının hesabına əsassız varlandığı təsdiq olunmur. Belə ki, əsassız varlanan o şəxs sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin hesabına əmlak əldə edir. Yəni, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. İddiaçı cavabdehin onun hesabına əsassız varlandığını zənn etsə belə, bu hal da iş materialları ilə təsdiq olunmur. Çünki, iddiaçı qeyd olunan avtomobilə görə cavabdehə 2800 manat ödəsə də, bunun əvəzində 9 aya yaxın cavabdehin mülkiyyətində olan avtomobildən istifadə etmiş və bundan yararlanmışdır. Əlbətdə ki, bu mü ddət ərzində avtomobilin istismar edilməsi nəticəsində onun dəyərdən düşməsi, yararsız hala salınması labüddür. Bundan əlavə, avtomobilin nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Lakin hissə-hissə ödəmə şərti ilə müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Göründüyü kimi, mübahisə predmeti olan avtomobil rəsmi reyestrdə qeydə alınması tələb edilən daşınar əşya olduğundan Mülki Məcəllənin 650-ci maddəsinin imperativ tələbinə əsasən ona daşınmaz əşyaların alqı-satqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilməlidir. Bu o deməkdir ki, tərəflər həqiqətən də mübahisə predmeti olan avtomobilə dair nisyə alq ı-satqı müqaviləsi bağlamaq istəyirdilərsə, bu müqavilə notariat qaydasında təsdiq olunmalı və daşınar əşyanın dövlət reyestrində qeydə alınmalı idi. Lakin bu hallar baş verməmiş, o cümlədən avtomobilin qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri hansısa yazılı müqavilədə öz əksini tapmamışdır. Düzdür iddiaçı iddia ərizəsində mübahisə predmeti olan avtomobili 1 il 6 ay ərzində, hər ay 400 manat ödəmək şərtilə, cəmi 7200 manat ödəyəcəyi şərtilə almalı olduğunu iddia edir, cavabdeh isə apellyasiya şikayətində həmin avtomobili 1 il ərzində, hər ay 625 manat ödəməklə, cəmi 7500 manata iddiaçıya satmalı olduğunu razılışdırdıqlarını bəyan edir. Bu cür vəziyyətdə kimin haqlı olduğunu sübut etmək vəzifəsi, yəni bəyan etdiklərini sübut etmək yükü onların üzərinə düşür. Lakin bəlli olan odur ki, bu cür vəziyyətdə də öhdəliklərini icra etdiyini iddiaçı sübut etməlidir. Amma mübahisəli avtomobilə görə cavabdehlə qeyri-rəsmi razılaşdıqları məbləğin qalan hissəsini ödəmək istəmir, lakin 9 aya yaxın istifadə etdiyi həmin avtomobilə görə ödədiyi 2800 manatı tələb edir. Bu hal da ona dəlalət edir ki, iddiaçı aralarında laızımı qaydada bağlanmamış müqavilənin şərtlərinə də əməl etmək istəmir, ona görə ödənilmiş məbləği də tələb edə bilməz. Apellyasiya məhkəməsi həmçinin vurğulamışdır ki, iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etsə də, onun iddia tələbinin faktiki əsası qanuni əsasının dizpozisiya əlaməti ilə açıq-aşkar uzlaşmır. Çünki yaranmış vəziyyətdə cavabdeh nə iddiaçının hesabına əsassız varlanmamış, nədəki iddiaçı ilə aralarında yaranmış münasibətlər üzrə onun hansı sa öhdəliklərini yerinə yetirmədiyi təsdiq olunmur. İddiaçı qətnamədən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və birinci instansiya məhkəməsinin qətnaməsinin qüvvədə qalması barədə qərar qəbul edilməsini xahiş etmişdir. c) Kassasiya instansiya məhkəməsində birinci icraat Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının (hakimlər – Elşanə Vəliyeva - sədrlik edən və məruzəçi, Elşad Şamayev, Aqil Abbasov) xx xxxx 2020-ci il tarixli, 2(102)-1769/2020 saylı qərarı ilə kassasiya şikayəti qismən təmin olunaraq Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2(103)13208/2019 nömrəli qətnaməsi ləğv olunmuş və iş yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilmişdir. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, ape llyasiya instansiyası məhkəməsi tərəfindən mübahisələndirilən qətnamə qəbul edilərkən maddi hüquq normaları pozulmuşdur. Belə ki, iddiaçının cavabdehlə aralarında lazımı qaydada bağlanmamış müqavilənin şərtlərinə də əməl etmək istəmədiyindən ödənilmiş 2800 manat məbləği də tələb edə bilməməsinə dair nəticəsini apellyasiya instansiyası məhkəməsi düzgün əsaslandırmamış, hazırki mübahisəni həll edərkən mülki qanunvericilik müddəalarının tətbiqi (təfsiri) zaman hər bir müddəanın hərfi mənasının deyil, onun normalar sistemindəki yeri, mülki qanunvericiliyin ümumi prinsipləri (məqsəd və vəzifələri), insan hüquq və azadlıqlarının sosial təbiəti, mülki münasibətlərdə müqavilə azadlığı fəlsəfəsi, qanunda nəzərdə tutulduğundan artıq hüquqların məhdudlaşdırılmasının, sui-istifadə və hökmranlığının yo lverilməzliyi, ədalət, insaf və humanizm baxımından təfsir edilməli olmamasını nəzərə almamışdır. d) Apellyasiya instansiyası məhkəməsində ikinci icraat Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Şeyda Məhərrəmova sədrlik edən və məruzəçi, Məmməd Məmmədov, Rəşad Həsənov) xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin olunmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmuş, yeni qətnamə qəbul edilərək, iddia tələbinin qismən təmin edilməsi, 1960 manat məbləğində pulun və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzinin cavabdeh X2 tutularaq İddiaçı xeyrinə verilməsi qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsi kassasiya məhkəməsinin qərarındakı göstərişləri nəzərə alaraq qeyd etmişdir ki, tərəflər həqiqətən də mübahisə predmeti olan avtomobilə dair alqı-satqı münasibətləri ilə bağlı niyyətləri olduğu halda buna dair nisyə alqı-satqı müqaviləsini notariat qaydasında təsdiq etməli və bu daşınar əşyanın dövlət reyestrində qeydə alınmalı idi. Lakin bu hallar baş verməmiş, o cümlədən avtomobilin qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri hansısa yazılı müqavilədə öz əksini tapmamışdır. Lakin tərəflər arasında hər hansı müqavilə bağlanmasa da, faktiki olaraq cavabdehin əməllərində əsassız varlanma halları mövcuddur. Belə ki, işin müəyyən edilmiş hallarına əsasən, Cəfərov X3 Vüqar Əli oğluna sonuncunun mülkiyyətində olan “NİSSAN PRİMERA MİNİK” markalı, **-FV-*** dövlət nömrə nişanlı avtomaşının alınması məqsədi ilə 2800 manat məbləğində pul vermişdir. Bu hal iddiaçının məhkəməyə təqdim etdiyi qəbzlərlə, cinayə t işinin başlanmasının rədd edilməsi barədə qərarda, həmçinin cavabdehin məhkəmə iclaslarında verdiyi izahatlarla öz təsdiqini tapır. Bununla belə apellyasiya instansiyası məhkəməsi cavabdehdən iddiaçının xeyrinə “NİSSAN PRİMERA MİNİK” markalı, **-FV-*** dövlət nömrə nişanlı avtomaşının alınması məqsədi ilə ödənilmiş 2800 manatın tam olaraq tutulmasını ədalətli hesab etməmişdir. Belə ki, təkrar apellyasiya baxışı zamanı apellyasiya instansiyası məhkəməsi avtomobilin iddiaçının istismarında olduğu müddətdə aşınma səviyyəsini müəyyən etməkdən ötrü mütəxəssis dəvət etmiş, “xxxx” MMC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli Arayışda qeyd edilmişdir ki, “NİSSAN PRİMERA MİNİK” markalı, **-FV-*** dövlət nömrə nişanlı avtomaşının 2018-ci ilin yanvar ayından avqust ayınadək amortizasiya norması 14% (6000 manat - 14% = 5160) təşkil edir. Mübahisəli avtomobilin 7 ay ərzində iddiaçının istifadəsində olduğundan və həmin müddətdə aşınma dərəcəsi nəzərə alınaraq iddiaçının ödədiyini tərəflərin mübahisələndirmədiyi 2800 manatdan amortizasiya məbləği çıxılaraq arada qalan fərq cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Ödənilmiş 2800 manatdan avtomobilin istismar edildiyi dövrdə amortizasiya məbləği çıxıldıqdan sonra yerdə qalan məbləğ (6000 manat - 14% = 5160; 2800 – 840 = 1960 manat) 1960 manat təşkil edir. Qeyd edilənlərə əsasən apellyasiya instansiyası məhkəməsi iddia tələbini yuxarıda göstərilən qaydada qismən təmin etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Cavabdeh (Vəkil) kassasiya ş ikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məzmunu apellyasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, maddi və prosessual hüquq normalarının hazırki mübahisəyə düzgün tədbiq edilməməsi nəticəsində qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Ekspertrəyi məhkəmə üçün məcburi deyildir, məhkəmə rəyi digər sübutlarla yanaşı qiymətləndirməyərək iş üzrə səhv nəticəyə gəlmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Cavabdeh (Vəkil) kassasiya şikayət i verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Məzmunu apellyasiya şikayətində qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, maddi və prosessual hüquq normalarının hazırki mübahisəyə düzgün tədbiq edilməməsi nəticəsində qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabeh və onun vəkili Vəkil məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdilər. İddiaçının vəkili X8 məhkəmə kollegiyasının iclasında kassasi ya şikayətini əsassız hesab edərək təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 1091. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddia ətləbi qismən təmin edilmiş, iddiaçı tələbin rədd edilən hissəsindən şikayət verməmişdir. Hazırkı kassasiya şikayətində qətnamə iş üzrə cavabdeh tərəfindən iddia tələbinin təmin edilməsi hissədə mübahisələndirildiyindən və apellyasiya instansiyası məhkəməsinin aktının həmin hissədə ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı mübahisələndirilən hissədə yoxlanılır. Kassasiya instansiyası məhk əməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisələndirilən hissədə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Mə hkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6598/2020 nömrəli iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov