Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1735/2019 11.03.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Ali Məhkəmənin hakimləri Rüstəmov Əli Məhəmməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Cumazadə Ceyhun Rizvan oğlunun katibliyi, cavabdeh X10 qızının vəkili Vəkil iştrakları ilə, Cavabdeh X10 Bakı Apellyasiya Məhkəməsinin 15 oktyabr 2018-cı il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 25 iyul 2018-ci il tarixli qətnaməsi ilə (hakim: A.B.Əliyev; 2(005)-3216/2018) iddiaçı İddiaçı cav abdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzilə köçrülmə və istifadə hüququnun tanınması tələbinə dair iddiası təmin edilməmiş, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 oktyabr 2018-ci il tarixl, qətnaməsi ilə (hakimlər: İ.K.Xəlilov (sədrlik edən və məruzəçi), A.Q.Hüsenov X.A.Cəmilova; iş 2(103)-10837/2018) İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 25 iyul 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş,iddia tələbi qismən təmin edilərək, İddiaçı uşaqları ilə birlikdə Bakı şəhəri, **************** saylı evə köçrülməsi qət edilmişdir. İddia tələbi qalan hissədə təmin edilməmişdir. İşin halları İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzilə köçürülmə və istifadə hüququnun tanın ması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onu azyaşlı uşaqları X3 və X4 ilə birlikdə Bakı şəhəri,************* saylı evə köçürülməyi və istifadə hüquqlarının tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki,o, Cavabdeh1 ilə 2010-cu ilin aprel ayının 4-də nikah münasibətinə daxil olaraq ailə qurmuş və nikahları 10 yanvar 2011-ci ildə Balakən rayon ****** kənd inzibati ərazi dairəsində 01 № ilə qeyd etdirmişlər. İddiaçı ailə qurduqdan sonra cavabdehin yaşadığı evə köçmüş və cehiz əmlakını həmin evə gətirmişdir. O cavabdehlərlə birlikdə həmin evdə yaşamış və birlikdə ümumi təsərrüfatı idarə etmişlər. Birgə nikahdan 12 fevral 2011-ci ildə anadan olmuş X3 və 13 oktyabr 2012ci ildə anadan olmuş X4 adlı 2 uşağı va r. Onlar bir müddət mehriban yaşamış, lakin sonradan Cavabdeh1 evdə davalar salmağa başlamış və 2016-cı ilin aprel ayında onu mənzildən qovmuşdur. Buna görə də, iddiaçı 2016-cı ilin noyabr ayında cavabdehə qarşı mənzilə köçrülmə və istifadə hüququnun tanınması tələbinə dair Nərimanov Rayon Məhkəməsində iddia qaldırmış, lakin cavabdehlə aralarında razılıq əldə olunduğu və cavabdeh onu mənzilə könüllü köçürtdüyü üçün təkrar mübahisəli mənzildə yaşamağa başlamışdır. Yaşadığı müddətdə evin qaz, işıq və digər xərclərini ödəmişdir.Cavabdeh1 2018-ci ilin mart ayında ailə üzvlərinin gözü qarşısında onu döymüş, təhqir etmiş, təkrar evdən qovmuşdur. Bütün cehiz əşyaları qeyd olunan evdə qalmışdır. Onun yaşamaq üçün başqa yeri yoxdur, keçmiş həyat yoldaşı Cavabdeh1 nə iddiaçı nə də uşaqları barəsndə maraqlanmamışdır. Habuki cavabdehlərin ailə üzvü olduqlarından onların da cavabdehlərlə birlikdə yaşamaq hüququ vardır. İddiaçı daimi yaşamaq üçün mübahisəli evə cavabdehlərin öz razılıqları əsasında gəlin köçürülmüş, cavabdehlərlə birgə yaşamış, birgə təsərrüfat aparmış və birgə nikahdan olan uşaqları həmin evdə anadan olmuşdur. Mənzildə onun cavabdehlərlə bərabər hüququ olduğu halda cavabdehlər onu mənzilə buraxmırlar və hazırda da cehiz əşyalarının vəziyyətindən xəbəri yoxdur. Bununla da cavabdehlər ona maddi və mənəvi zərər vurmaqda davam edirlər. Cavabdehlərin təqsiri üzündən iddiaçı hüququ olan mənzilə köçmək imkanından məhrum olduğundan bunu qanunvercilikdə nəzərdə tutulmuş qaydada məhkəmə qaydası ilə mənzilə köçürülməyi barədə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ka ssasiya şikayətinin dəlilləri Cavabdeh2 kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin rədd edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 386,390-cı maddələrinin maddələrinin tələblərinin pozulması ilə əsassız və qanunsuz qətnamə qəbul edilmişdir. Tərəflərin izahatı Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 vəkili Vəkil kassasiya şikayətininə uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, iddiaçı və cavabdehlər heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəm kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinəəsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətlən dirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır.Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisə ilə əlaqədar qəbul edilmiş hüquqi akta təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən, o cümlədən Balakən rayonu Püstətala kənd İnzibati ərazi dairəsi tərəfindən verilmiş AZ-İİ№ ******** nömrəli nigah haqqında şəhadətnamədən görünür ki, İddiaçı Ca vabdeh1 ilə 10.01.2010-cu il tarixdə rəsmi nikaha daxil olmuşdur. AZ-T ****** nömrəli doğum haqqında şəhadətnamyə əsasən X8 12.02.2011-ci ildə Bakı şəhərində doğulmuşdur. AZ-T *********** nömrəli doğum haqqında şəhadətnamyə əsasən X9 13.10.2012-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı şəhər Baş Səhiyyə İdarəsi 7 saylı uşaq poliklinikası tərəfindən verilmiş, 20.07.2018-ci il tarixli, 238 saylı arayışdan görünür ki, 12.02.2011-ci il təvəllüdlü X8 20.04.2011-ci il tarixdən və 13.10.2012-ci il təvəllüdlü X9 22.10.2012-ci il tarixdən 7 nömrəli uşaq poliklinikasının qeydiyyatındadır. Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 12 iyul 2018-ci il tarixli 2(005)3216/2018 saylı yerli baxış protokoluna əsasən, baxış zamanı müəyyən eilmişdir ki, ev üç ota qdır, evə daxil olarkən soldakı otaqda X1, cavabdeh X5 Bakı şəhərinə gələn zamanlar yaşamışlar, digər otaqlarda Cavabdeh2, digər oğlu, gəlini və uşaqları yaşayırlar. Azərbaycan Respublikasının DİN-in BPQMİ-nin MAPS şöbəsinin 28.10.2016-cı il tarixdə verdiyi arayışdan görünür ki, Cavabdeh1 Bakı şəhəri, ****************** ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsi E.H.Əliyev adına 93 nömrəli tam orta məktəb tərəfindən 05.07.2018-ci il tarixdə verilmiş arayışdan da görünür ki, X6 Bakı şəhəri, ****************** nömrəli tam orta məktəbin 2-ci sinfində təhsil alır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 6.1.1-ci maddəsinə əsasən mülki hüquq subyektlərinin bərabərliyini mülki qanunvericiliyin əsas prinsiplərindən biri kimi müəyyən et mişdir. - 180-cı maddəsinə əsasən şəxslərin özbaşına tikintidə yaşamalarını və oradan istifadə etmələrini birbaşa qadağan edən norma yoxdur. Həmin maddədə yalnız özbaşına tikinti aparmış şəxsin ona mülkiyyət hüququnu əldə etməyəcəyi, onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarının olmadığı təsbit olunmuşdur. - 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İ hissəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Nəzərə alınmalıdır ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır.Mənzildən ə digər yaşayış sahəsindən məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələrin hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, mənzilə buraxmama və nəticələrin hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarılma, mənzilə buraxmama və s) yol verən şəxsin mənzil və digər kimi yerlər üzərində mülkiyyət hüququ, istifadə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa mərhumetmə qanunsuz sayılır. Azərbaycan Re spublikası Konstitusiyasının 25-ci maddəsinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir. Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. Dövlət irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. Heç kəsə bu maddənin İİİ hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilm əz. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. İş üzrə toplanmış sübutları araşdıran apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, iddiaçı iki övladı ilə birlikdə hal-hazırda rəsmi nikahda olduğu Cavabdeh1 rəsmi qeydiyyatda olduğu Bakı şəhəri, *************** ünvanında 2010-cu ildən yaşamışlar, iddiaçımn və azyaşlı uşaqlarının yaşamaq üçün başqa yeri yoxdur. Onların Balakən rayonu, ****** kəndində yerləşən X2 məxsus evdə yaşamasını təsdiq edən sübutlar mövcud deyildir. İşə baxan apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşmayaraq qeyd etmişdir ki, mübahisəli tikili iddiaçı və cavabdehin yaşayış yeridir.C avabdehlərin iddiaçının qeyd olunan özbaşına tikilidə yaşamaqdan məhrum etmək səlahiyyətləri yoxdur və iddiaçının hüquqlarına bu cür müdaxilə qanunsuzdur. İddiaçının qanunsuz müdaxilədən müdafiə olunmaq hüququ var. Qarşı tərəf mübahisəli tikiliyə iddiaçıdan üstün hüquqa malik deyillər. Ona görə də Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinin tələbinə müvafiq olaraq tam hüquqlu məhkəmə kimiiş üzrə toplanmış sübutları tədqiq edib onlara hüquqi qiymət verərək apellyasiya instansiyası məhkəməsi haqlı olaraq hesab etmişdir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin hallarına uyğun olmadığından və maddi hüquq normaları pozulduğundan qətnaməni ləğv edilərək yuxarıda göstərilən qanuni və əsaslı qətnamə qəbul etmişdir. İşin şərh olunan hallarını müzakirə edərək məhkəmə kollegiya sı nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməklə qanuni və əsaslı qətnamə qəbul edildiyinə görə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Kassasiya şikayətinin dəlilləri əsassız olduğu üçün qanuni və əsaslı olan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də kassasiya şikayəti təmin olunmamalıdır. Göstərilənlərəəsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının bu iş üzrə 15 oktyabr 2018-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1735/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-1735/2019
11.03.2019 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver