Məhkəmə qərarları › İş №2(102)-1735/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-1735/2025

11.06.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1735/2025 11.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: özbaşına tikilidən çıxarılma) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “evdən çıxarılma” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-640/2025 nömrəli, 5 fevral 2025-ci il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə 11 iyun 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin h alları

1. Ramana Bələdiyyəsi tərəfindən verilmiş yerli (bələdiyyə) büdcənin vergi ödəyicisi olan fiziki şəxsin uçota alınması haqqında şəhadətnaməyə əsasən İddiaçı xx.xx.2019-cu il tarixdən vergi ödəyicisi kimi uçota alınmışdır. ünvan 1 küçəsində yerləşən ona məxsus 138 kv.m torpaq sahəsi və 99 kv.m əmlakı Ramana Bələdiyyəsində qeydiyyatdan keçmişdir.

2. Ramana Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışa əsasən İddiaçı bələdiyyədə 2019-cu ildə vergi ödəyicisi kimi qeydiyyatdan keçmişdir. 20192025-ci illər arası heç bir əmlak və torpaq vergisi ödəməmişdir.

3. Cavabdeh İddiaçı keçmiş kürəkənidir. 4. ünvan 1 küçəsində yerləşən yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir.

5. İş üzrə qəbul edilmiş məhkəmə aktları a Birinci instansiya məhkəməsind ə icraat b İddiaçı (bundan sonra “iddiaçı”) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh (bundan sonra “cavabdeh”) ona məxsus olan ünvan 1 küçəsində yerləşən yaşayış evindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. c İddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçı hazırda ünvan 1 ünvanında yaşayır. İddiaçının ünvan 2ndə yaşayış evi vardır. Sözügedən yaşayış evinə kifayət qədər hüquq müəyyənedici sənədləri vardır və həmin sənədləri də dövlət orqanları tərəfindən tanınır. Lakin cavabdeh iddiaçının evinə daxil olub oradan çıxmır. İddiaçı dəfələrlə cavabdehə evindən çıxmasını bildirmiş, cavabdeh hər dəfə müxtəlif bəhanələr gətirməklə bundan imtina etmişdir. Hazırda iddiaçı əmlakından məhrum olmuşdur, cavabdehin təqsiri ucbatından iddiaçı ev üzərində sahiblik, istif adə və sərəncam hüquqlarını həyata keçirə bilmir. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. d Cavabdeh iddiaya etiraz edərək göstərmişdir: • iddiaçı cavabdehin keçmiş qayınanasıdır. Cavabdeh iddiaçının qızı ilə rəsmi nikahda olmuş, bu yaxınlarda Salyan Rayon Məhkəməsinin qətnaməsi ilə nikahları pozulmuşdur. Nikahlarının pozulmasına səbəb iddiaçı olmuşdur. Bundan sonra iddiaçı cavabdehlə düşmənçiliyə başlamış, dəfələrlə onun haqqında polisə şikayət etmişdir; • iddiaçının deməsinə görə cavabdeh guya onun evinə daxil olmuşdur. Əvvəla, cavabdeh Suraxanı rayonundakı Ramana qəsəbəsini tanımır. Digər tərəfdən, kimsə kiminsə evinə daxil olub oranı zəbt edə bilməz. ünvan 1 küçəsində cavabdehin istifadəsində fərdi yaşayış evi var, ev özbaşına tikilidir, heç bir hüquq müəyyənedi ci sənədi yoxdur. Evi cavabdeh öz maddi vəsaiti hesabına tikmişdir. Cavabdeh özü ustadır, tikintiyə aid hər şeyi bacarır. Buna görə də usta xərci çıxmamışdır. Qonşuları və yaxınları evin tikintisində fəhlə kimi cavabdehə kömək etmişlər. İddiaçı evin tikintisində heç vaxt iştirak etməmiş, həmin evdə bir gün də yaşamamışdır; • evin yerləşdiyi torpaqlar neft şirkətinin balansında olan torpaqlardır və bütün tikililər qanunsuz tikililərdir. Hətta bu ünvanı qeydiyyata da almırlar; • cavabdehin şəxsiyyət vəsiqəsində problem olduğu üçün qaz, işıq və su sayğacı iddiaçının adına sənədləşmişdir. Gələcəkdə problem ola biləcəyini nəzərə almayaraq, cavabdeh buna əhəmiyyət verməmişdir. İddiaçının halhazırda cavabdehin yaşadığı evlə hər hansı bir əlaqəsi yoxdur. Evdə iddiaçıya məxsus hər hansı bir əşya da yoxdur. e Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4085/2024 nömrəli, 9 sentyabr 2024-cü il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. (hakim Şəbnur Qədirova) f Birinci instansiya məhkəməsinin mövqeyinə görə iddiaçının hazırkı tələbinə qiymət vermək üçün ilk öncə onun bu barədə iddia qaldırmağa subyektiv hüququn sahibi olub-olmamasını müəyyən etmək vacibdir. g Birinci instansiya məhkəməsi göstərmişdir ki, iddiaçı ünvan 1 küçəsində yerləşən evin onun mülkiyyətində olmasına, bu hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməsinə dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. h Birinci instansiya məhkəməsi qeyd edilənləri ümumiləşdirərək belə nəticəyə gəlmişdir ki, ünvan 1 küçəsində yerləşən ev xüsusi mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində qey diyyata alınmadığından və iddiaçının evə mülkiyyət hüququ olmadığından, onun cavabdehin həmin evdən çıxarılması tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ olmamışdır. iBirinci instansiya məhkəməsi mövqeyini Mülki Məcəllənin 139, 152, 178, 180-ci maddələrə istinad edərək əsaslandırmışdır. j Apellyasiya instansiyası məhkəməsindəki icraat

6. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış apellyasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, hazırkı evin hüquq müəyyənedici qismində bələdiyyə sənədinin çıxış etməsi iddiaçının subyektiv hüququ olmasına dəlalət edir. Məhkəmə iddia tələbinə hüquqi qiymət verən zaman bu kimi halları nəzərə alma mışdır. Fərdi yaşayış evinin dövlət qeydiyyatına alınmadığı halda belə, cavabdeh tərəfindən iddiaçının mülkiyyət hüquqlarının pozulmasına yol verilə bilməz.

8. Apellyasiya baxışında şahid X5 bildirmişdir ki, iddiaçının qonşusudur. Torpaq sahəsində tikinti işləri aparılan zaman zəruri xərclər iddiaçı tərəfindən qarşılanmışdır. Həmçinin, tikinti üçün nəzərdə tutulan vasitələri də şəxsən iddiaçı qarşılamışdır. Lakin cavabdeh həmin evin tikintisində bilavasitə usta kimi çalışmışdır.

9. Apellyasiya baxışında şahid X2 bildirmişdir ki, iddiaçının iki övladından, qızı ilə dostluq münasibətləri olmuşdur. Hazırda ünvan 3 ünvanında yaşayır və artıq 10 ildən çoxdur ki, göstərilən ərazidə məskunlaşmışdır. Fərdi yaşayış evini usta kimi cavabdeh tikmişdir. Lakin cavabdehin tikinti üçün zəruri xərcləri çə kməsinə dair hər hansı məlumatı yoxdur. Torpaq sahəsinin alınması iddiaçı tərəfindən həyata keçirilmişdir. Həmçinin iddiaçının qızı ilə söhbət əsnasında ona aydın olmuşdur ki, əlavə xərclərdən azad olmaq üçün cavabdeh usta qismində çalışmışdır.

10. Apellyasiya baxışında şahid X6 bildirmişdir ki, cavabdehi tanıyır, onunla qonşudur. Tikinti üçün zəruri xərclərin kim tərəfindən qarşılanmasından xəbərdar deyildir. Lakin evdə cavabdeh və ailəsi məskunlaşmışdır. Tikinti üçün nəzərdə tutulan materialların nəqliyyat vasitələri ilə fərdi yaşayış evinə gətirilən zaman, avtomobillər cavabdeh tərəfindən qarşılanmış, iddiaçı bu proseslərdə iştirak etməmişdir.

11. Apellyasiya baxışında şahid X1 göstərmişdir ki, cavabdehlə 5 ildən artıqdır ki, bir-birilərini tanıyırlar. Ramana qəsəbəsində mağazada çalışı r. Cavabdeh peşəkar ustadır, həm onun evinin tikintisində, həm də hazırda mübahisələndirilən evin tikintisində şəxsən çalışmışdır. Evin xərclərinin bütövlükdə kimin çəkdiyi barədə xəbərdar olmasa da, müəyyən vaxtlarda tikinti xərclərinin qarşılanması üçün cavabdeh ondan borc istəmiş, o da öz növbəsində qeyd olunan məqsədlə cavabdehə borc vermişdir. İddiaçının bu proseslərdə iştirakını müşahidə etməmişdir.

12. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-640/2025 nömrəli, 05 fevral 2025-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətinin qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmuş, yeni qətnamə çıxarılmaqla iddia tələbinin təmin olunmaması qət edilmişdir (hakimlər Fuad Babayev (sədrlik edən və məruzəçi), Fuad Abdıyev, Cəmilə Musayeva).

13. Ape llyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin iddiaçının subyektiv hüququnun olmaması ilə bağlı mövqeyi ilə razılaşmayaraq və “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarına istinadən göstərmişdir ki, apellyasiya şikayətinin qeyd olunan subyektiv hüquqlarının mövcudluğu əhatəsində, daha dəqiq, iddiaçının indiki iddia tələbi ilə çıxış etmə səlahiyyəti vardır.

14. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, hər hansı yaşayış sahəsinə dair hüquq müəyyənedici sənədlərin olmaması orada yaşayan və istifadə edən şəxslərə münasibətdə Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin tətbiqinə maneə yaratmır. Təsadüfi deyildir ki, özbaşına tikinti və onun nəticələrini tənzimləyən Mülki Məcəllənin 180-ci maddəsində də şəxslərin özbaşına tikintidə yaşamalarını və oradan istifadə etmələrini birbaşa qadağan edən norma yoxdur. Həmin maddədə yalnız özbaşına tikinti aparmış şəxsin ona mülkiyyət hüququnu əldə etməyəcəyi, onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarının olmadığı təsbit olunmuşdur.

15. Qanunvericiliyin mahiyyətindən də göründüyü kimi mülkiyyətin 3 forması vardır ki, bunlar da müvafiq olaraq, sahiblik, istifadə və sərəncam hüquqlarıdır.

16. Apellyasiya instansiya məhkəməsi diqqətə çatdırmışdır ki, hazırki iş ü zrə mübahisəli ev bələdiyyə tərəfindən vergi ödəyicisi kimi qeydiyyata alınmaqla iddiaçının istifadəsinə verilmişdir. İddiaçı öz növbəsində analoji qaydada bu hüquqdan irəli gəlməklə həm evin təsərrüfatını aparmaqla, həm də vergi və digər mükəlləfiyyətlərini icra etməklə əmlaka faktiki sahiblik və istifadə hüquqlarını həyata keçirir ki, bu da mülkiyyət hüququnun komponentlərindən biridir. Beləliklə, iddiaçının qeyd olunan iddia tələbi ilə çıxış etməsinə dair subyektiv hüququnun mövcudluğuna münasibətdə kifayət qədər əsaslar mövcuddur.

17. Apellyasiya şikayətinin və iddia tələbinin cavabdehin ünvan 2ndə yerləşən fərdi yaşayış evindən çıxarılmasına dair hissəsində isə apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir.

18. Belə ki, fakti ki olaraq mövcud olan və istifadə edilən mübahisəli evdən cavabdehin çıxarılması ilə bağlı tələbin həlli baxımından, onun həmin evlə bağlı hər hansı hüququnun (yaşamaq hüququ və s.) yaranıb-yaranmaması məsələsi araşdırılmalıdır. Bu məqsədlə əmlakdan istifadə hüququna dair normalar nəzərdən keçirilməli, tərəflər arasında münasibətlərin yaranma əsasları, özbaşına tikilidə faktiki yaşayanlarla cavabdehin əlaqəsi, cavabdehin mübahisələndirilən evdə faktiki yaşamaq hüququnun mövcudluğu əsası araşdırılmalıdır.

19. Apellyasiya instansiya məhkəməsi iş materiallarına, şahid ifadələrinə istinadən müəyyən etmişdir ki, fərdi yaşayış evi faktiki olaraq, cavabdehin istifadəsindədir və onun tərəfindən tikilmişdir. Hətta iddiaçının da izahatlarında, eləcə də iddia tələbində qeyd olunmuşdur ki, iddiaçı ünv an 2ndə yerləşən fərdi yaşayış evində hazırda məskunlaşmır və həmin evdə müvafiq olaraq cavabdeh yaşamışdır. Digər tərəfdən iddiaçı özü də bildirmişdir ki, həmin evi usta olduğu üçün məhz cavabdeh tikmişdir. Nəzərə aldıqda ki, mənzil üzərində sərəncam vermə hüququna münasibətdə hər iki tərəfin səlahiyyəti yoxdur, mübahisəyə sahiblik hüququ məfhumundan irəli gələn hallara əsasən baxılmalıdır.

20. Bu zaman da aydın olur ki, tərəflərin sahiblik hüququna münasibətdə hüquqları ekvivalent təşkil etməkdədir. İddiaçı tərəfindən irəli sürülən məqamlar faktiki olaraq mülkiyyət hüququnun elementləri ilə əhatə olunsa da, iş materiallarına əsasən cavabdehin də müvafiq sahiblik hüququnun mövcudluğu işin təkzibedilməz halıdır.

21. Apellyasiya instansiya məhkəməsi onu da qeyd etmişdir ki, mənzildən və y a digər bu kimi yerlərdən məcburi çıxarılmaya dair iddialar həll edilərkən, araşdırılmalı olan digər məsələ şəxsin yaşadığı yerdən məhrum edilməsinin qanuni olubolmamasıdır. Məhrumetmə o halda qanuni ola bilərdi ki, məhrumetmə ilə nəticələrə yol verən şəxsin mənzilə və ya digər bu kimi yerlər üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa, məhrumetmə qanunsuz sayılır.

22. Apellyasiya instansiya məhkəməsinin əqnaətinə görə cavabdehin mübahisəli ev üzərində hüquqları olduğunu təsdiq edən sübutlar məhkəmədə təsdiq edildiyindən iddiaçının cavabdehə qarşı irəli sürdüyü mənzildən çıxarılma tələbinin hər hansı qanuni və ya hüquqi əsası mövcud deyildir. Buna görə də necə ki, iddiaçı mübahisəli evdə normal şərtlər daxili ndə yaşamaq hüququna malikdir, bərabərlik prinsipinə uyğun olaraq cavabdehin də həmin evdə yaşamaq hüququ vardır.

23. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 43-cü, Mülki Məcəlləsinin 6, 139, 152, 178, 180-ci maddələri ilə əsaslandırmışdır.

24. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a Kassasiya şikayətinin dəlilləri b İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. c Kassasiya şikayəti iddia ərizəsi və apellyasiya şikayətinin məzmununa uyğun əsaslandırılmışdır. d Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

25. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 43 (hissə İİ). Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.

2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Maddə 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Maddə 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Maddə 180.2. Özbaşına tikinti apar mış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətind ə irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri

34. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya i nstansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

35. Kassasiya şikayətində qətnamə tam mübahisələndirilib. Bu səbəbdən məhkəmə kollegiyası qətnaməni tam yoxlayır.

36. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

26. Məhkəmə ko llegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

27. Apellyasiya instansiyası məhkəməsi iddia tələbi və apellyasiya şikayəti üzrə qanuni nəticəyə gəlmişdir.

28. İddiaçının tələbi özbaşına tikinti hesab edilən evdən keçmiş kürəkən olan cavabdehin çıxarılması barədədir. İddiaçı iddia edir ki, sözügedən yaşayış evinə kifayət qədər hüquq müəyyənedici sənədləri vardır və həmin sənədləri də dövlət orqanları tərəfindən ta nınır. Lakin cavabdeh onun evinə daxil olub oradan çıxmamış, dəfələrlə ona evindən çıxmasını bildirmiş, cavabdeh hər dəfə müxtəlif bəhanələr gətirməklə bundan imtina etmişdir. Hazırda o, əmlakından məhrum olmuşdur, cavabdehin təqsiri ucbatından evi üzərində sahiblik, istifadə və sərəncam hüquqlarını həyata keçirə bilməmişdir.

29. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilən halına görə isə fərdi yaşayış evi faktiki olaraq, cavabdehin istifadəsindədir və onun tərəfindən tikilmişdir. Hətta iddiaçının da izahatlarında, eləcə də iddia tələbində qeyd olunmuşdur ki, iddiaçı ünvan 2ndə yerləşən fərdi yaşayış evində hazırda məskunlaşmır və həmin evdə müvafiq olaraq cavabdeh qalmışdır. Digər tərəfdən iddiaçı özü də bildirmişdir ki, həmin evi usta olduğu üçün məhz cavabdeh tikmi şdir. Həmçinin evin hüquq müəyyənedici sənədləri yoxdur.

30. Məhkəmə kollegiyası qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəflərin təqdim etdikləri sübutları ətraflı araşdırmış, hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğunu prosessual normalara əsasən müəyyən etmiş, bu barədə gəldiyi nəticəni əsaslandırmış, düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsaslarını düzgün müəyyən etmişdir.

31. İşin məhkəmələr tərəfindən müəyyən edilən halına əsasən evin tikintisində cavabdehin iştirakı onun həmin əmlaka faktiki sahibliyinin əmələ gəlməsinə səbəb olmuşdur.

32. Nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 159-cu maddəsinə görə sahiblik əşya ya faktiki sahibliyə nail olmaqla əldə edilir.

33. Bu baxımdan, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni əsaslı və qanuni hesab edir.

34. Kassasiya şikayətinin dəlillərinə gəldikdə, işdən görünür ki, apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edən həmin dəlillərə apellyasiya instansiyası məhkəməsi qiymət verib, məhkəmə kollegiyası həmin qiymətləndirmə ilə razılaşdığı üçün əlavə şərhə zərurət görmür.

35. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

36. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-640/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlansın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar