Məhkəmə qərarları › İş №2(102)-1736/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-1736/2022

18.04.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1736/2022 18.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı dair iş üzrə QƏRARİ Açar sözlər: çəkişmə prinsipi, sübutetmə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı yaşayış sahəsindən çıxarma tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-9055/2021 nömrəli iş üzrə 28.10.2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərar ı qəbul etdi. İşin halları

1. Abşeron Rayon Məhkəməsinin 2(012)-1250/2021 nömrəli, 18.03.2021-ci il tarixli qətnaməsi ilə İddiaçı (bundan sonra – iddiaçı) ilə Cavabdeh (bundan sonra – cavabdeh) arasında bağlanmış 12.09.2013-cü il tarixli nikah pozulmuşdur.

2. Tərəflərin birgə nikahdan uşaqları olmamış, birgə nikah dövründə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış ünvan 1 ünvanda yerləşən evdə (bundan sonra - mübahisəli ev) yaşamışlar. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdehə qarşı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin ona məxsus mübahisəli evdən çıxarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, mübahisəli evi cavabdehlə nikaha girməmişdə n əvvəl tikdirmiş, orada yaşamaqla pasport qeydiyyatına alınmışdır. Pasport qeydiyyatına alındığından yaşayış sahəsindən istifadə hüququ faktiki olaraq tanınmışdır. Cavabdehin evə heç bir hüququ yoxdur. Nikahda olarkən orada yaşamasına əsası olsa da, nikah pozulduqdan sonra iddiaçının mənzilində yaşamasına heç bir qanuni, nə də mənəvi haqqı qalmamışdır. Çünki, cavabdehin xəyanəti nəticəsində onlar arasındakı nikah pozulmuşdur. Cavabdehdən könüllü olaraq mənzili tərk etməsi tələb olunsa da, bundan imtina etmişdir. Cavabdehin mənzilə pasport qeydiyyatı da yoxdur.

5. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(008)-4209/2021 nömrəli iş üzrə 01 iyul 2021-ci il tarixli qətnaməsi ilə (hakim N.Cəfərli) iddia rədd edilmişdir.

6. Məhkəmə qeyd etmişdir ki, mübahisəli ev özbaşına tikilidir və daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir.

7. Hazırkı mübahisə özbaşına tikili hesab edilən fərdi yaşayış evindən çıxarılma tələbi olsa da, iddiaçının həmin evə qanunla müəyyən edilmiş qaydada hər hansı bir hüququnun olması sübuta yetirilməmişdir. İddiaçı torpaq sahəsini və onun üzərində inşa edilmiş yaşayış evini nikaha girməzdən öncə əldə etdiyini israr etsə də, bu halları təsdiq edəcək hər hansı sübut məhkəməyə təqdim edilməmişdir.

8. Məhkəmə iş üzrə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 139.1, 139.3, 146.1, 146.2, 152.1, 180.1, 180.2-ci maddələrinə istinadla əsaslandırmışdır.

9. Qətnamədən iddiaçı apellyasiya şikayəti vermişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat 1

0. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-9055/2021 nömrəli iş üzrə 28 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – E.Həsənov (sədrlik edən və məruzəçi), X.Mərdanova və F.Babayev) iddiaçının apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia təmin edilmişdir.

11. Apellyasiya instansiyası məhkəməsinin qənaətinə görə, özbaşına tikilidən istifadə ilə bağlı mübahisələrdə başlanğıc prinsip olaraq şəxsin əşya hüquqlarının qorunması əsas götürülməlidir. Ev özbaşına tikili olsa da, şəxs həmin tikiliyə öz vəsaitini xərcləmişdirsə tikilinin barəsində qanuni rejim tətbiq olunana qədər (məsələn, maraqlı şəxsin iddiası ilə məhkəmə qətnaməsi əsasında sökülənə qədər) onun taleyini həll etmək tikintiyə xərc çəkmiş şəxsə məxsusdur. Həmin əşyanı sökmək, ona sərf etdiyi materialı başqa yerdə istifadə etmək, satmaq, bağışlamaq və s. hüquqlar əşya sahibinə məxsusdur. Həmin hüquqlar ona vəsait xərcləməyən (əşyanın maddiləşmiş kütləsində payı olmayan) digər şəxsin hüquqları ilə yüklü edilə bilməz. Müasir dünyada hüququn inkişafı bu istiqamətdədir, ona görə analoji işlərdə də məhkəmələrin mövqeyi əşyanın sahibinin hüquqlarının qorunması istiqamətində olmalıdır.

12. Bundan başqa, məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (“Delcourt Belçikaya qarşı” iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı, "Piersack Belçikaya qarşı” iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı, “X1rşı” iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarı) bunu belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Məhkəmə qərarının ədalətli olması şərtlərindən birincisi tərəflər arasında ədalətli tarazlığın qorunmasıdır.

13. Məhkəmə tərəflərin izahatlarına istinadla müəyyən etmişdir ki, cavabdeh 12.09.2013-cü il tarixdə iddiaçı ilə nikaha daxil olaraq onun yaşadığı mübahisəli evə köçmüş, nikah pozulduqdan sonra iddiaçı cavabdehin evdən çıxmasını istəsə də sonuncu bundan imtina etmişdir. Məhkəmə, həmçinin işin mübahisələndirilməyən halı kimi qeyd etmişdir ki, mübahisəli ev iddiaçı və cavabdehin nikaha girməsindən əvvəl iddiaçı tərəfindən inşa edilmiş (yaxud hazır vəziyyətdə alınmış), iddiaçı və oğlu orada paspo rt qeydiyyatında olmuşdur.

14. Məhkəmə, həmçinin müəyyən etmişdir ki, cavabdeh evin tikilməsində, yaxud cari təmirində hər hansı şəkildə iştirak etməmiş və tikintiyə sərf olunmuş materiallar üzərində hər hansı hüquq əldə etməmişdir.

15. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlməmişdir.

16. Qətnamədən cavabdeh kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

17. Cavabdeh apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, apellyasiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin rədd edilməsinə, bu mümkün olmadıqda isə, işin yenidən baxılması üçün apellyasiya inst ansiyası məhkəməsinə göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.

18. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun olaraq belə əsaslandırılmışdır ki, qətnamə faktlara və sübutlara əsasən deyil, yalnız fərziyyələrə əsaslanmışdır. Apellyasiya məhkəməsi sübutlara düzgün qiymət verməmişdir. İddiaçının mübahisəli evə qanunla müəyyən olunmuş qaydada hər hansı bir hüququ yoxdur. Ev özbaşına tikilidir və dövlət reyestrində qeydə alınmamışdır. Qanunvericiliyin müddəalarından iddia tələbinin əsassız olduğu təsbit edilir. b)

19. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə

20. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəl məsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.

21. Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.

22. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.

23. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülki yyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.

24. Maddə 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (bundan sonra - MPM)

25. Maddə 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlar la, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz.

26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

28. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

29. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

30. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırıl malıdır.

31. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

32. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

33. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

34. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yeni dən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Kassasiya baxışının hədləri

35. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

36. Hazırki kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi aktının tam ləğvi xahiş edildiyinə görə məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

37. Mül ki prosessual qanunvericilik hakimin üzərinə öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmaq öhdəliyi qoyur və öz qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmağı qadağan edir. Qanun tərəflər arasında sübutetmə yükünü müəyyən etməklə yanaşı, işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılması, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməsi qaydasını müəyyən edir (§ 24-27).

38. Həmçinin, nəzərə alınmalıdır ki, prosessual qanunvericilik tərəflərin izahatlarını sübut növlərindən biri kimi qəbul etsə də, MPM-in 106.1-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin izahatları o halda işin hallar ını müəyyən etməyə imkan verən mötəbər sübut kimi hesab oluna bilər ki, həmin izahat iş üzrə toplanmış digər sübutlarla təsdiq olunsun, yaxud qarşı tərəf həmin izahatda ifadə edilən faktiki halları mübahisələndirməsin və bu, işin mübahisəsiz hallarını müəyyən etməyə imkan versin.

39. Baxılan iş üzrə iddia ərizəsi yaşayış evindən çıxarılma tələbi ilə bağlıdır. Evin dövlət reyestrində qeydiyyata alınmadığından özbaşına tikili olması və iddiaçının həmin əmlaka dair hüquq müəyyənedici sənədlərinin olmaması işin mübahisəsiz hallarıdır.

40. İşə birinci instansiyası məhkəməsində baxılması zamanı cavabdehin nümayəndəsi iddianı qəbul etməmiş, mübahisəli evdə təmsil etdiyi şəxsin yaşadığını, kommunal xərclərin onun tərəfindən ödənildiyini, evin cavabdehə və onun ailəsinə məxsus olduğunu, cavabdehin evdə 2013-cü ildən yaşadığını bildirmişdir. Cavabdeh tərəf məhkəməyə, həmçinin mübahisəli evin kommunal ödənişlərinə dair yazılı sübutlar təqdim etmişdir.

41. İddianın rədd olunması barədə birinci instansiyası məhkəməsinin qətnaməsindən iddiaçı apellyasiya şikayəti vermiş, şikayətə hər hansı sübutlar əlavə etməmiş, apellyasiya baxışında tərəflər iştirak etməmişdir.

42. Buna baxmayaraq, apellyasiya instansiyası məhkəməsi mübahisəli evin iddiaçı və cavabdehin nikaha girməsindən əvvəl iddiaçı tərəfindən inşa edildiyinin (yaxud hazır vəziyyətdə alındığının) işin mübahisələndirilməyən halı olduğunu qeyd etmiş, həmçinin müəyyən etmişdir ki, cavabdeh evin tikilməsində, yaxud cari təmirində hər hansı şəkildə iştirak etməmiş və tikintiyə sərf olunmuş materiallar üzərində hər hansı hüquq əldə etməmi şdir.

43. Halbuki, MPM-in 77-ci maddəsi (§ 26) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı ha lları sübut edir.

44. Lakin işə baxmış apellyasiya instansiyası məhkəməsi işin mübahisə edilən hallarını mübahisəsiz hallar kimi təqdim etmiş, sübutetmə yükünü müəyyən etməmiş, işin hallarını yalnız iddiaçı tərəfin bildirdikləri əsasında müəyyən etmişdir.

45. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18.03.2019-cu il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyə görə, iş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir.

46. Qeyd olunanları nəzərə alaraq Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şi kayəti təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. İşə yenidən baxılarkən bu Qərarın əsaslandırıcı hissəsində istinad olunan prosessual hüquq normalarının tələblərinə cavab verən məhkəmə aktı qəbul edilməlidir.

47. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-9055/2021 nömrəli iş üzrə 28 oktyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilsin, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar