Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1736/2024 16.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh2nə qarşı (Cavabdeh2 X4 Təhsil İdarəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iş üzrə QƏRARİ (Açar sözlər: əmək müqaviləsinə xitam verilməsinə dair əmrin ləğv olunması, işə bərpa edilməsi) Azərbaycan Respublikasının Ali Məhkəməsi Mülki Kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi hakim), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh2nə qarşı (Cavabdeh2 X4 Təhsil İdarəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “əmrin ləğv olunması və işə bərpa edilməsi” tələbinə dair mü lki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(1*3)-83*/2*24 nömrəli, 15 yanvar 2*24-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı 16.1*.2*14-cü il tarixli 144 nömrəli əmrlə *1.1*.2*14-cü il tarixdən Kürdəmir rayonu Carlı kənd tam orta məktəbin direktoru vəzifəsini icra etmişdir.
2. İddiaçı 28.11.2*22-ci il tarixli ərizəsində səhhəti ilə bağlı rəhbər vəzifəni icra edə bilmədiyindən *8.12.2*22-ci il tarixdən işdən azad edilməsini və ixtisası üzrə məktəbdə riyaziyyat müəllimi işləməyinə köməklik göstərilməsini xahiş etmişdir.
3. İddiaçı 29.11.2*22-ci il tarixli ərizəsində Elm və Təhsil Nazirinə müraciət edərək, pensiya yaşını n nəzərə alınaraq ərizəsinin əsassız sayılmasını, pensiya yaşına qədər işdə qalmasına icazə verilməsini xahiş etmişdir.
4. Cavabdeh2 *5.12.2*22-ci il tarixli, K-1432 №-li əmək müqaviləsinə xitam verilməsi barədə əmri ilə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən Kürdəmir rayonu Carlı kənd tam orta məktəbin direktoru İddiaçı ilə bağlanmış əmək müqaviləsinə həmin müəssisədə ixtisası üzrə müəllim saxlanılmaqla *8 dekabr 2*22ci il tarixdən xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı Cavabdeh2nə qarşı əmrin ləğv edilməsi və işə bərpa olunması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək əmək müqaviləsinə xitam verilməsi barədə *5.12.2*22-ci il tarixli, K-1432 nömrəli əmrin ləğv edilməsi və işə bərpa olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 5239 1517 6839 2949
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 2**1-2**5-ci illərdə Kürdəmir rayonun Carlı kənd tam orta məktəbində təlim-tərbiyə işləri üzrə direktor müavini, 2**52*13-cü illərdə Kürdəmir rayonun Quşlar kənd ümumi orta məktəbində direktor, 2*14-cü ildən 2*22-ci ilin dekabr ayının 5-ə kimi isə Kürdəmir rayonun Carlı kənd tam orta məktəbinin direktor vəzifəsində işləmişdir. Hazırda həmin məktəbdə riyaziyyat fənni tədrisi üzrə müəllimlik edir. Əmək fəaliyyəti dövründə heç bir cəzası olmamış, töhmət almamışdır. Əksinə, müəllim və direktor vəzifələrində işləyərkən məktəbin əldə etdiyi yüksək nəticələrə görə bir neçə dəfə rəhbərlik tərəfindən mükafatlandırılmışdır. 2*22-2*23-cü tədris ilində məktəbin tarix müəllimi X1 29.*8.2*22-ci il tarixdən 15.*9.2*22-ci il tarixə kimi üzrsüz səbəbdən işə çıxmadığına görə, məktəb həmkarlar təşkilatının və müəllim kollektivinin iştirakı ilə həmin müəllimin işə gəlmədiyi haqqında akt tərtib olunmuş və üzrsüz səbəbdən iş buraxdığı 18 günə görə ona əmək haqqı hesablanmamışdır. Bundan sonra həmin müəllimin şikayəti əsasında X4 Təhsil İdarəsinin əməkdaşları 18.1*.2*22-ci il tarixdə Carlı kənd tam orta məktəbinə gəlmişlər və şagirdlərin, texniki işçilərin, müəllimlərin işə davamiyyətini və tədrislə əlaqədar digər məsələləri yoxlamış, şagirdlərin davamiyyəti 92 faiz olduğu bildirilmiş və yoxlamaların digər nəticələri barədə məlumat vermədən məktəbi tərk ediblər. 23.1*.2*22-ci il tarixdə Kürdəmir rayon Təhsil Şöbəsinin müdiri iddiaçını yanına çağırmış və 2*15-ci i ldə orta ixtisas təhsilli Asim Məmmədovun məktəbə təlimtərbiyə işləri üzrə direktor müavini vəzifəsinə işə götürülməsinin səbəbini soruşub. Bu barədə iddiaçı Asim Məmmədovun işə götürülməsi səlahiyyətinin direktor kimi ona aid olmadığını və onun Kürdəmir rayon Təhsil Şöbəsinin sabiq müdir əvəzi X.Qurbanovun 14.*9.2*15-ci il tarixli, 128 nömrəli əmri ilə həmin vəzifəyə təyin olunduğunu bildirmişdir. Bundan sonra iddiaçı X4 Təhsil İdarəsinin rəisi Elçin Kərimovun qəbulunda olmuş, sonuncu hər iki əmr kitabı ilə tanış olmuş, direktor olduğu məktəbin fəaliyyəti ilə əlaqədar ona suallar vermiş, o da həmin sualları cavablandırmışdır. Həmin gün rayona qayıtdıqda artıq iş vaxtı başa çatmışdır. Sonrakı gün iddiaçı Rəfail müəllimin yanına Yevlaxda olan işləri ona məruzə etmək üçün getmiş, sonuncu iş yerində olmamışdır. Bundan 2 gün sonra Rəfail müəllim iddiaçını yanına çağırmış və ona bildirmişdir ki, saymamazlıq edir və əsəbi halda bəyan edib ki, “get işlə görüm necə işləyəcəksən”. Bundan sonra ona başa salmağa çalışmışlar ki, əgər vəzidəfən çıxmaq barədə ərizə verməsə onu ləkələyib işdən çıxaracaqlar. Afət xanım iddiaçıya bildirmişdir ki, xəstə olmağı ilə əlaqədar ərizə yazıb işdən çıxmağını Nazirdən xahiş etsin. Gərginlik və biraz da qorxu altında iddiaçı həmin məzmunda 25.11.2*22-ci il tarixli ərizə yazmışdır. Ərizədə *8.12.2*22-ci il tarix qeyd olunmuşdur. İşdən çıxmağı barədə Nazirin adına yazdığı ərizənin səhvən, həyəcan və qorxu altında həyata keçirildiyini başa düşərək 29.11.2*22-ci il, *2.12.2*22-ci və *6.12.2*22-ci il tarixlərdə X2 ərizə və teleqram ünvanlamış və onların məzmununda bildirmişdir ki, verdiyi ərizəni nəzərə almasınlar və onun heç bir xəstəliyi yoxdur, tam sağlamdır və işdən çıxmaq istəmir. Bu müraciətlərinin heç birinə vaxtında cavab verilməmişdir. Nəhayət, Elm və Təhsil Nazirinin *5.12.2*22-ci il tarixli, K1432 nömrəli əmrinə əsasən Kürdəmir rayon Carlı kənd tam orta məktəbinin direktor vəzifəsindən azad olunmuş və həmin məktəbdə riyaziyyat fənni üzrə müəllimlik etməyə başlamışdır. Şərhdən aydın olur ki, işdən azad olunmağı barədə Elm və Təhsil Nazirinin *5.11.2*22-ci il tarixli, K1432 nömrəli əmri Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin tələblərinin pozulması ilə icra edildiyindən, onun əmri ləğv olunmalıdır.
7. Məhkəmə iclasında Cavabdeh2 nümayəndəsi Nümayəndə2 iddia müddətinin tətbiqi barədə ərizə təqdim edərək, iddia t ələbini qəbul etmədiyini və iddiaçının iddia tələbi üzrə iddia müddətinin tətbiq edilməsini bildirmiş və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. Cavabdehin nümayəndəsinin ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçının təqdim etdiyi sənədlərdən göründüyü kimi, o Kürdəmir rayonun Carlı kənd tam orta məktəbinin direktrou vəzifəsində işləmişdir. Onun 25.11.2*22-ci il tarixli ərizəsinə əsasən Cavabdeh2 K-1432 №-li əmək müqaviləsinə xitam verilməsi barədə əmri ilə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinə baxmayaraq, o 2*23-cü ilin may ayında mediasiya təşkilatına müraciət etmişdir. İddiaçı iddia müddətini ötürməklə 6 aydan sonra məhkəməyə ərizə ilə müraciət etmişdir. İddiaçı müddət in üzürlü səbəbdən ötürülməsinə dair məhkəməyə heç bir sənəd təqdim etməmişdir. Belə ki, *8 dekabr 2*22-ci il tarixdə o təhvil-təslim aktını imzalamış və materialların yerində olması barədə izahat yazmışdır. O, təhvil-təslim edərkən artıq onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsini bilirdi və o andan da iddia müddətinin axımı başlamışdır.
9. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(**5)-2755/2*23 saylı, 11 oktyabr 2*23-cü il tarixli qətnaməsi ilə (hakim Mehriban Əfəndizadə) iddia təmin edilməmişdir.
10. Məhkəmə mülki işin hallarını araşdırarkən işə götürən tərəfindən iddia ərizəsində göstərilən pozuntuların həqiqiliyinə dair hər hansı bir hal aşkar etməmişdir. Bununla yanaşı, İddiaçı tərəfindən də bu halların həqiqiliyini təsdiqləyəcək sübutlar məhkəməyə təqdim edilməmişdir. Belə ki, iddiaçı işdən çıxma barədə ərizəni hədə və təzyiq altında yazdığını, məcbur edildiyini bildirsə də, bu halı təsdiq edə biləcək dəlillər müəyyən edilməmişdir.
11. Mülki işin araşdırılmış hallarından görünür ki, İddiaçı 28.11.2*22-ci il tarixdə ərizə ilə müraciət edərək, *8.12.2*22-ci il tarixdən işdən azad edilməsini və ixtisası üzrə məktəbdə riyaziyyat müəllimi işləməyinə köməklik göstərilməsini xahiş etmişdir. Daha sonra iddiaçı 29.11.2*22-ci il tarixli ərizə ilə müraciət edərək, onun pensiya yaşının nəzərə alınaraq, onun ərizəsinin əsassız sayılmasını, pensiya yaşına qədər işdə qalmasına icazə verilməsini xahiş etsə də, həmin ərizənin hansı tarixdə işəgötürənə daxil olması barədə məhkəmədə əsaslı sübutlar mövcud deyildir. Əmək Məcəlləsinin tələblərinə əsasən işçi ərizəsində işdən çı xarılma müddətini qeyd etdikdə həmin müddətə qədər ərizəsini geri götürmək hüququna malikdir. İş materiallarından iddiaçının ilkin ərizəsinin etibarsız sayılması barədə teleqramının *5 dekabr 2*22-ci il tarixdə Elm və Təhsil Nazirliyinə daxil olduğu müəyyən edilir. Eyni tarixli əmrlə iddiaçının əmək müqaviləsinə xitam verilməsi də işin mübahisəsiz halıdır.
12. Məhkəmə iddia müddətinin tətbiqinə etirazla bağlı iddiaçının ərizəsinə münasibət bildirərək qeyd edib ki, iddiaçının ərizəsi əsasladırılmamışdır. İddiaçı iddia müddətinin tətbiq edilməsinə dair ərizəyə etiraz ərizəsində ərizənin təmin edilməməsini xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, məhkəməyə müraciət etmək müddətinin buraxılması birbaşa cavabdehin buraxılmış müddət ərzində müraciətlərinə cavab verməməsi ilə əlaqəda r olmuşdur. Bu səbəbdən də prosessual müddətin buraxılması üzrlü hesab edilməli və ərizə əsasında buraxılmış müddət bərpa edilməlidir. İddiaçı iddia müdddətinin ötürülülməsini hər hansı üzrlü halla əlaqələndirə bilməmişdir. Belə ki, iddia müddətinin ötürülməsini cavabdeh təşkilat tərəfindən müraciətlərə münasibət bildirilməməsi ilə əlaqələndirsə də, mülki işin materiallarında olan Elm və Təhsil Nazirliyinin 3* yanvar 2*23cü il tarixli, 2* fevral 2*23-cü il tarixli, Elm və Təhsil Nazirliyinin X4 Təhsil İdarəsinin 11 yanvar 2*23-cü il tarixli məktubları ilə iddiaçının müraciətlərinin cavablandırıldığı müəyyən edilir. Digər tərəfdən, işəgötürən tərəfindən müraciətlərə cavab verilməmiş olsaydı belə, bu, qanunvericilikdə nəzərdə tutulan iddia müddətlərinin ötürülməsi üçün üzrlü hal hesab edilə bilməz.
13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68, 69, 287, 288, 292, 296-cı maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1-ci maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» 27 dekabr 2**1- ci il tarixli Qərarına, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.*.4-cü maddələrinin şərh edilməsinə dair» *3 iyun 2*13-cü il tarixli Qərarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
14. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Əmək Məcəlləsinin 69-cu maddəsi bir daha təsdiq edir ki, onun işdən çıxmaq barədə Nazirin sözügedən əmrinin heç bir hüquqi əsası yoxdur və həmin əmr ləğv edilməlidir. Həmçinin qanunsuz əmrin ləğv edilməsi barədə cavabdehə ünvanladığı ərizələri nəticəsiz qalmışdır. Həmin müraciətlərinə cavab məktublarında cavabdeh yazılı surətdə bildirmişdir ki, guya məktəbdə xidməti yoxlama aparılmış, bu zaman əmək fəaliyyətində yol verdiyi nöqsanlara görə Nazirliyin məlum əmr ilə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Bununla əlaqədar bildirmişdir ki, məktəbdə bir gün ərzində məktəbin müəlliminin verdiyi ərizə əsasında Regionun apardığı yoxlama nəticələri ona və məktəbin pedoqoji kollektivinə bildirilməmiş, yoxlamanın n əticəsi müzakirə edilməmiş və bu barədə hansı bir sənədin mövcud olması bəlli deyil. Bundan sonra, hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmiş, 2*23-cü ilin iyul-sentyabr aylarında təyin olunan 3 hazırlıq iclasında cavabdehin nümayəndəsi rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq iştirak etməmiş, iddiaya qarşı münasibət bildirməmiş və tələb olunan sənədləri təqdim etməmişdir. Cavabdehin nümayəndəsi 2*.*9.2*23-cü il tarixli məhkəmə iclasında “müddətin tətbiqinə dair” ərizə ilə müraciət edərək tələbin rədd edilməsini xahiş etmişdir. O, isə cavabdehin bu ərizəsinə münasibət bildirərək buraxılmış müddətin üzrlü hesab edilməsi barədə ərizə verərək bildirmişdir ki, iş üzrə iyul-sentyabr 2*23-cü il tarixlərdə təyin edilmiş üç hazırlıq iclasında cavabdehin nümayəndəsi iştirak etməmişdir. İddia müddətinin tətbiq olunmasına dair ərizədə qeyd olunanları sübuta yetirmək üçün adı çəkilən hüquqi aktların hamısı işin hallarına düzgün tətbiq edilməmiş, təhrif olunmuş və izahı səhv şərh edilmişdir. Cavabdeh sözügedən ərizədə qeyd edir ki, onun əmək müqaviləsinə xitam verilməsi aşkar edildiyi gün *5.12.2*22-ci il tarixdə baş verməsinə baxmayaraq, o, mediasiya təşkilatına 2*23-cü ilin may ayında müraciət etmişdir və bu hal Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci bəndinin pozulması deməkdir, yəni müddət buraxılmışdır.
16. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 15 yanvar 2*24-cü il tarixli, 2(1*3)-83*/2*24 nömrəli qətnaməsi ilə (hakimlər – E.C.Kazımov (sədrlik edən və məruzəçi), K.H.Əkbərov və İ.S.Şirinov) apellyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməs inin 11.1*.2*23-cü il tarixli, 2(**5)-2755/2*23 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişidirilmədən saxlanılması qət edilmişdir.
17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin dəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə faktiki hallar tətbiq olunmalı maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşmır, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxdığından iddia haqlı sayılmırdı.
18. İşdən görünür ki, iddiaçı Elm və Təhsil Nazirinin *5.12.2*22-ci il tarixli, K1432 nömrəli əmri ilə işdən azad edilmişdir. İddiaçı 2*23-cü ilin may ayında ilkin mediasya şurasına, 2*.*6.2*23-cü il tarixdə isə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Yəni, iddiaçı qanunla müəyyən edilmiş 1 aylıq iddia müddətini ötürmüşdür. Belə ki, fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqqhesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verild iyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.
19. Göründüyü kimi, iddiaçı hazırki iddia tələbi üzrə məhkəməyə müraciət etmək üçün 1 aylıq idda müddətini heç bir üzrlü səbəb olmadan ötürmüşdür. İddiaçı müddətin üzrlü səbəblərdən buraxıldığını qeyd etsə də buna dair məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Əksinə, işdəki sənədlərdən görünür ki, məhkəməyə müraciət edənədək cavabdeh quruma və digər dövlət orqanlarına dəfələrlə müraciət etmiş və müraciətlərinə cavab verilərkən ona məhkəməyə müraciət etmək hüququ da izah edilmişdir.
20. İşə birinci instansiya məhkəməsində baxılarkən cavabdeh tərəf də iddia müddətinin tətbiqinə dair ərizə vermişdir. İddia müddətinin keç məsi isə məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Belə ki, Mülki Məcəllənin 375.2-ci maddəsinə görə, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
21. Apellyasiya instansiyası məhkəməsi iş üzrə gəldiyi nəticəni Əmək Məcəlləsinin 12, 68.1, 68.2, 69.1, 69.2, 69.3, 69.5, 69.7, 287, 292.1, 296.2, 296.3-cü maddələrinə, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 217.3, 217.4, 372.1, 372.6, 372.7, 384.*, 384.*.1, 385.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
22. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin 15.*1.2*24-cü il tarixli, 2(1*3)-83*/2*24 saylı qətnaməsinin ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
23. Kassasiya şikayəti apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmışdır. Əlavə olaraq qeyd edilmişdir ki, əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur. Məhkəmə iddiaçının hüququnun pozulub-pozulmaması məsələsini ümumiyyətlə araşdırmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
24. Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi
25. Maddə
2. Azərbaycan Respublikası Əmək Məcəlləsinin vəzifələri və prinsipləri...
2. Azərbaycan Respublikasının Əmək Məcəlləsi fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir....
26. Maddə
11. İşəgötürənin əsas hüquqları Əmək münasibətləri sahəsində işəgötürənin aşağıdakı əsas hüquqları vardır:... b) bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilə lərini ləğv etmək;...
27. Maddə
68. Əmək müqaviləsinə xitam verilməsinin əsasları
1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.
2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a. tərəflərdən birinin təşəbbüsü;...
28. Maddə
69. Əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsi qaydası
1. İşçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər.
2. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur.
3. İşçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxi l olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər.
4. Əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin h üquqi qüvvəsi yoxdur.
5. İşçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir.
6. İşçi məzuniyyət hüququndan istifadə etməklə ona müvafiq iş ilinə görə məzuniyyətin verilməsi və məzuniyyət müddətinin qurtardığı gündən əmək müqaviləsinin ləğv edilməsi xahişi ilə işəgötürənə ərizə verə bilər. İşçi məzuniyyət müddəti bitənədək bu maddənin 4-cü hissəsi ilə müəyyən edilmiş qaydada əmək müqaviləsinin ləğv edilməsi barədə ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yazılı müraciət edə bilər. Bu halda işçinin xahişi təmin edilməlidir.
7. İşəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçini n iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır.
29. Maddə
83. Əmək müqaviləsinə xitam verilməsinin sənədləşdirilməsi qaydası
1. Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 7*, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir.
2. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü i lə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir.
30. Maddə
296. Fərdi əmək mübahisələrinin həllində iddia müddətləri
1. Bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər.
2. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.
3. Hüququnun pozulmasının aşkar edildiyi gün, işç iyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür....
7. Mediasiya prosesinin tətbiqi ilə əlaqədar iddia müddətinin axımının dayandırılması məsələsi “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. Qeyd: Bu maddənin altıncı hissəsində iddiaçının «yaxın qohumu» dedikdə, işçinin atası, anası, babası, nənəsi, əri (arvadı), uşaqları, bacıları, qardaşları, qudaları, ərinin (arvadının) valideynləri, qardaşları, bacıları başa düşülməlidir. İşçinin digər qohumlarının vəfatı ilə əlaqədar iddia müddətinin ötürülməsini hakim üzürlü ha l hesab edə bilər.
31. Maddə 3**. Əmək müqaviləsinin ləğv edilməsi qaydalarına işəgötürən tərəfindən əməl olunmamasının hüquqi nəticələri
1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 7*, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkə mə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.... Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
32. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
33. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
34. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
35. Maddə 4*7.2 Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmama sına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
36. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
37. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilm iş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
38. Hazırki kassasiya şikayətinə əsasən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
39. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
40. Belə ki, məhkəmələr tərəfindən müəyyən olunan işin hallarına görə id diaçı Elm və Təhsil Nazirinin *5.12.2*22-ci il tarixli, K1432 nömrəli əmri ilə işdən azad edilmişdir. İddiaçı 2*23-cü ilin may ayında ilkin mediasya şurasına, 2*.*6.2*23-cü il tarixdə isə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
41. İşə baxmış məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçı əmrin ləğv edilməsi barədə iddia ərizəsini vermək üçün iddia müddətini ötürmüşdür və bu səbəbdən iddia təmin edilməməlidir.
42. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə qanunun tələbinə və işin hallarına uyğundur. Belə ki, fərdi əmək mübahisələrinin həlli iddia müddətlərinə tabe tutulur. Çünki fərdi əmək mübahisələrinin həllində iddia müddətlərindən bəhs edən Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə görə, fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğun u aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.
43. Bu normada bəhs olunan “hüququnun pozulmasının aşkar edildiyi gün” dedikdə işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gün başa düşülür.
44. İddiaçı onun işdən azad edilməsi ilə əlaqədar olaraq *8 dekabr 2*22-ci il tarixdə təhvil-təslim aktını imzalamış və materialların yerində olması barədə izahat yazmışdır. O, təhvil-təslim edərkən artıq onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsini bilirdi və o andan da iddia müddətinin axımı başlamış, lakin müddət ötür məklə vermişdir.
45. Kassatorun iddia müddətinin üzürlü səbəblərdən buraxılması barədə ağlabatan sübut təqdim etməmişdir.
46. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
47. Kassasiya şikayətinin dəlilləri əsasən işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və p rosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
48. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(1*3)-83*/2*24 nömrəli, 15 yanvar 2*24-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.