Məhkəmə qərarları › İş №2(102)-1736/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-1736/2025

08.07.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1736/2025 08.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh X3 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mənzildən çıxarılma) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, Həsənov Rəşad Məhəmməd oğlu (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh X3 qarşı “mənzildən çıxarılma” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-817/2025 nömrəli, 6 fevral 2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin hall arı

1. İddiaçı və X6 23 iyul 2007-ci il tarixdə rəsmi nikaha daxil olmuş, birgə nikahdan 14 avqust 2009-cu il təvəllüdlü X5 və 26 sentyabr 2011-ci il təvəllüdlü X4 doğulmuşdur.

2. İddiaçı və X6 birgə nikah dövründə mübahisə predmeti olan ünvan 1 ünvanında yerləşən mənzildə yaşamışlar.

3. Həmin mənzil 13 iyul 2022-ci il tarixli “Daşınmaz əmlakın bağışlanması” müqaviləsinə əsasən “hədiyyə verən” X7 tərəfindən “hədiyyə alan” İddiaçı bağışlanmış, mənzilə iddiaçının hüquqları xx.xx.2022-ci il tarixdə qeydə alınmışdır.

4. İddiaçı və X6 arasında nikah 2024-cü il tarixdə pozulmuşdur.

5. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2001/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən Bakı şəhəri, Yasamal rayonu A.M.Şərifzadə küçəsi, ev 174, 235 nömrəli (yeni qaydalarla Bakı şəhəri, Yasamal rayonu X9 küçəsi 620, M 7, m3) mənzilin üzərində ½ hissəsinə İddiaçı və ½ hissəsinə X1 payları müəyyən edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdeh X3 qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən mənzildən cavabdeh X2 çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, cavabdeh qeyd olunan mənzildə yaşamır, hal-hazırda iddiaçıya məxsus ünvan 1 ünvanda yerləşən mənzildə qalır. Cavabdeh ilə ailə münasibətləri uzun müddətdir ki, bitmişdir, ayrı-ayrı ünvanlarda yaşayırlar. Qeyd edir ki, 2(004)-2001/2024 saylı qətnaməyə ə sasən cavabdehin 1/2 hissə payı müəyyən olunan mənzildə qalmağına heç bir etirazı yoxdur, lakin cavabdehin onun iradəsinə zidd olaraq hal-hazırda iddiaçıya məxsus olan mənzildə qalmaqla, onun mülkiyyətçi kimi hüquqlarını pozur. Cavabdehin iddiaçıya məxsus mənzildə qaldığı halda o, öz mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən mənzildən sərbəst istifadə edə və mənzil üzərində sərəncam verə bilmir.

8. Birinci instansiya məhkəməsində cavabdeh iddiaya etiraz verərək göstərmişdir ki, iddiaçı ilə ailə qurduğu ilk gündən Bakı şəhəri, Yeni ünvan 3 ünvanında yerləşən mənzildə yaşamışlar, onun və övladlarının qeydiyyatı həmin mənzilədir, uşaqlar həmin mənzilin yaxınlığında yerləşən məktəbə gedirlər. İddiaçı ilə aralarında olan nikah pozulandan və birgə nikah dövründə əldə olunmuş mənzilə pay hüquql arı müəyyən olunduqdan sonra da, iddiaçı iddia ərizəsində qeyd etdiklərinin tam əksi olaraq və onu incitmək, bu və ya digər formada ona mənəvi iztirablar, əziyyətlər vermək üçün bu cür yollara əl atır, onu və uşaqları psixoloji təzyiqlər altında saxlayır, məqsədi isə onu gərginlikdə saxlamaqla nələrəsə nail olmaqdır. Dəfələrlə iddiaçıya payları müəyyən olunmuş mənzilin satılmasını və ya hər hansı birinin hissəsinə düşən payı ödəməklə digər hissədən imtina edilməsinə dair təkliflər versə də, o, hər dəfə bir bəhanə ilə bunu etməkdən yayınmışdır. Çünki bilir ki, onunla birgə bir otaqlı mənzildə yaşamaları qeyri-mümkündür. Cavabdeh dəfələrlə iddiaçıya paylı mülkiyyətdə olan mənzili satıb mənzildən əldə olunmuş vəsaitin paylara uyğun bölünməsini və ya onun payını ödəməklə mənzildən onun xeyrinə imtina etməyi təklif etsə də, o, bunların heç birisi ilə razılaşmayaraq, hazırkı mübahisəli mənzili satıb onun satışından əldə olunan vəsaitlə ona pul verilməsini bildirmiş, lakin həmin mənzili də satmaq üçün cavabdehin mənzildən çıxmağını, əks təqdirdə mənzili satmayacağını bildirmişdir. Göründüyü kimi iddiaçı hüquqdan sui-istifadə edərək, bilərəkdən, qəsdən cavabdehə əzablar verir, psixoloji, mənəvi zərbələr vurur. Əlavə olaraq onu da qeyd edir ki, hazırda Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi ev 174, 235 nömrəli (yeni qaydalarla Bakı şəhəri, Yasamal rayonu, X9 küçəsi, 620, m3) mənzilin naturada bölgüsü, bu mümkün olmadıqda mənzilin açıq hərracdan satılması və satışdan əldə olunan pulun paylara uyğun olaraq bölünməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və hazırda iş Yasamal Rayon Məhkəməsinin icraatındadır.

9. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-4492/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, cavabdeh X6 İddiaçı məxsus Bakı şəhəri, Yasamal rayonu, Yeni ünvan 3 ünvanında yerləşən mənzildən çıxarılması qət olunmuşdur.

10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, mübahisə predmeti olan mənzil iddiaçının mülkiyyətindədir, cavabdeh isə iddiaçının keçmiş ailə üzvüdür, cavabdehin mülkiyyətində digər daşınmaz əmlak vardır. Hazırkı iddia predmeti olan mənzil isə birgə nikah dövründə əldə edilmiş əmlak kimi mübahisələndirilməmişdir. Hal-hazırda iddiaçı öz əmlakı barəsində sərbəst sərəncam vermək iqtidarındadır, lakin cavabdehin həmin ünvanda yaşaması iddiaçıya bu hüququndan istifadə etməyə mane yarad ır.

11. Birinci instansiya məhkəmə hesab etmişdir ki, mübahisəli mənzil iddiaçının mülkiyyətində olduğundan, cavabdeh iddiaçının keçmiş ailə üzvü olduğundan və onun mülkiyyətində digər daşınmaz əmlak olduğundan, iddiaçı ona məxsus əmlakdan istifadə edə və üzərində sərəncam verə bilmədiyindən, iddia əsaslıdır və təmin edilməli, cavabdeh X6 İddiaçı məxsus Bakı şəhəri, Yasamal rayonu, Yeni ünvan 3 ünvanında yerləşən mənzildən çıxarılmalıdır.

12. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Mülki Məcəllənin 152.1-ci, “F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il tarix li Qərarına, MPM-in 107 və 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

13. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, aralarında olan nikah pozulandan və birgə nikah dövründə əldə olunmuş mənzilə pay hüquqları müəyyən olunduqdan sonra da iddiaçı iddia ərizəsində qeyd etdiklərinin tam əksi olaraq və onu incitmək, bu və ya digər formada ona mənəvi iztirablar, əziyyətlər vermək üçün bu cür yollara əl atır, onu və uşaqları psixoloji təzyiqlər altında saxlayır, məqsədi isə onu gərginlikdə saxlamaqla nələrəsə nail olmaqdır. Dəfələrlə iddiaçıya paylarının müəy yən olunmuş mənzilin satılmasını və ya hər hansı birinin hissəsinə düşən payı ödəməklə digər hissədən imtina edilməsinə dair təkliflər versələr də o hər dəfə bir bəhanə ilə bunu etməkdən yayınmışdır. Çünki bilir ki, onunla birgə bir otaqlı mənzildə yaşamaqları qeyrimümkündür. Cavabdeh dəfələrlə iddiaçıya paylı mülkiyyətdə olan mənzili satıb mənzildən əldə olunmuş vəsaiti paylara uyğun bölünməsini və ya onun payını ödəməklə mənzildən onun xeyrinə imtina etməyini təklif etsə də, o bunların heç birisi ilə razılaşmayaraq, hazırkı mübahisəli mənzili satıb onun satışından əldə olunan vəsaitlə ona pul verilməsini bildirmiş, lakin həmin mənzili də satmaq üçün cavabdehin mənzildən çıxmağını əks təqdirdə mənzili satmayacağını bildirmişdir. Göründüyü kimi iddiaçı hüquqdan sui-istifadə edərək, bilərək dən, qəsdən cavabdehə əzablar verir, psixoloji, mənəvi zərbələr vurur. Əlavə olaraq onu da qeyd etmişdir ki, hazırda Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi ev 174, 235 nömrəli (yeni qaydalarla Bakı şəhəri, Yasamal rayonu, X9 küçəsi, 620, m3 mənzilin naturada bölgüsü bu mümkün olmadıqda mənzilin açıq hərracdan satılması və satışdan əldə olunan pulun paylara uyğun olaraq bölünməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edilmiş və hazırda mülki iş Qusar Rayon Məhkəməsinin icraatında baxılmaqdadır.

15. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-817/2025 nömrəli mülki iş üzrə 06 fevral 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər G.T.Axundova (sədrlik edən və məruzəçi), F.H.Qasımov və X.Ə.Sarıyev) apellyas iya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləğinin cavabdehə aid edilməsi qət edilmişdir.

16. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, 2022-ci ildə mübahisə predmeti olan mənzil iddiaçının mülkiyyətinə keçmişdir. Tərəflər nikahda olduqları dövrdə həmin mənzildə birgə yaşamışlar. Yəni, ailə münasibətlərində olduqları dövrdə cavabdehin həmin mənzildən istifadə etmək hüququ olmuşdur. Lakin hazırda tərəflərin nikahı pozulmuşdur. Hazırda cavabdeh iddiaçının keçmiş ailə üzvüdür, onun həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır.

17. Mənzil Məcəlləsinin 30.4-cü maddəsində qeyd edilir ki, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Lakin hazırkı işin halları odur ki, cavabdehin paylı mülkiyyətində mənzil vardır. İddiaçı övladları ilə həmin mənzildə yaşayır. Cavabdeh isə hazırda mü bahisə predmeti olan daha böyük sahəsi olan mənzildə tək yaşayır.

18. Apellyasiya instansiyası məhkəməsi belə olan halda hesab etmişdir ki, cavabdehin mübahisə predmeti olan mənzildən müəyyən müddətə istifadə hüququnun saxlanmasına əsas verən müstəsna hal da mövcud deyil.

19. Cavabdeh paylı mülkiyyətində olan mənzilin bölünməsi ilə bağlı müraciət etdiyini, həmin məsələ həll olunanadək mübahisə predmeti olan mənzildə yaşamasını xahiş etmişdir.

20. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, mübahisə predmeti olan mənzil iddiaçının mülkiyyətindədir. İddiaçı öz mülkiyyətindən istifadə etmək istəyir. Cavabdeh isə öz paylı mülkiyyətində olan mənzildən istifadə edə bilər.

21. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Mənzil Məcəlləsinin 30.4-cü, Mülki Məcəllənin 152.1, 157.2, 157.4-cü, MPM-in 14.2, 77.1 və 384.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

22. Cavabdeh (Vəkil3) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

23. Kassasiya şikayəti MPM-in 82.3, 387.2, 417.1.3 və 418.4-cü maddələrinə istinad edilməklə onunla əsaslandırılmışdır ki, Bakı şəhər Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(004)-517/2024№li qətnaməsinə əsasən yetkinlik yaşına çatmayan 14 avqust 2009-cu il təvəllüdlü X5 və 26 sentyabr 2011-ci il təvəllüdlü X4 iddiaçı (ana) Cavabdeh yanında saxlanılmışdır, hazırda da onunla birlikdə mübahisəli mənzildə yaşayırlar və orada qeydiyyatdadırlar. Apellyasiya instansiya məhkəməsi işin bu faktiki halını bildiyi halda onu nəzərə almamış, üçüncü şəxsləri işə cəlb etməmiş və nəticədə qanunsuz qətnamə qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

24. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

25. Maddə

13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

26. Maddə

29. Xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi

27. Maddə 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam ve rildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

28. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquq udur.

29. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

30. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə, mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

31. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

33. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilm əli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

34. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

35. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

36. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

37. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

38. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kas sasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

39. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

40. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

41. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

42. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdiri lməsi üçün əsas yoxdur.

43. Kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı, iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.

44. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı m addələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

45. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə y ol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, iddianın təmin edilməsi barədə nəticələri mahiyyəti üzrə düzgündür, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir.

46. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir.

47. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-817/2025 nömrəli, 6 fevral 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar