Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1737/2025 12.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: mənzildən çıxarılma Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1106/2025 nömrəli, 17 fevral 2025-ci il tarixli qətnaməsindən cavabdeh Mirzəyeva (Şahməmmədova) Günel Yusif qızı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 12 iyun 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. xx.xx.2004-cü il tarixli Çıxarışa əsasən, Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi 4-saylı evin 3 saylı mənzili daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə İddiaçı adına qeydə alınmışdır. xx.xx.2004-cü il tarixdən İddiaçı həmin mənzildə qeydiyyatdadır. 2. xx.xx.2009-cu il tarixdə İddiaçı oğlu X2 rəsmi nikah əsasında Mirzəyeva (Şahməmmədova) Günel Yusif qızı ilə ailə qurmuş və onların birgə nikahından xx.xx.2010cu il tarixdə Cəvahir, xx.xx.2012-ci il tarixdə Onur adlı, iki övladları doğulmuşdur. 3. xx.xx.2015-ci il tarixdən Cavabdeh və övladları X3 və X5 Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi 4-saylı evin 3 saylı mənzilinə daimi qeydiyyata alınmışlar.
4. Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(011)-5736/2024 saylı qətnaməsi ilə iddia qismən t əmin edilərək, X2 ilə Cavabdeh arasında bağlanmış nikahın pozulması, xx.xx.2010-cu il təvəllüdlü X3 və xx.xx.2012-ci il təvəllüdlü X4 anaları Cavabdeh yanında saxlanılması, X1 xx.xx.2024-cü il tarixdən başlayaraq uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay, hər uşaq üçün 235 manat olmaqla, ümumilikdə 470 manat sabit pul məbləğində alimentin tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı (bundan sonra- iddiaçı) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh (bundan sonra- cavabdeh) mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi 4-saylı evin 3 saylı mənzilindən çıxarılması, özünün həmin mənzilə köçürülməsi və mənzilin ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını x ahiş etmişdir.
6. İşin faktiki hallarına istinad edərək, iddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh iddiaçının keçmiş gəlinidir. Cavabdeh iddiaçının oğlu ilə 19 iyun 2009-cu il tarixdə ailə qurmuşdur. İddiaçının mülkiyyətində olan mənzilə cavabdeh xx.xx.2015-ci il tarixdə qeydiyyata düşmüşdür, iddiaçı ona müvəqqəti yaşamağa icazə vermişdir. Cavabdeh ilə iddiaçının oğlunun ailə münasibətləri çoxdan bitmişdir. Hazırda iddiaçının xüsusi mülkiyyətində olan mənzil iddiaçının ehtiyacları üçün lazımdır, lakin cavabdeh mənzildən çıxmaq istəmir.
7. Cavabdeh iddiaya qarşı verdiyi etirazını onunla əsaslandırmışdır ki, iddiaçının oğlu X2 ilə xx.xx.2009-cu il tarixdə rəsmi nikaha daxil olmuşlar. Bakı şəhəri, Xətai rayonu, Cavanşır küçəsi 4 saylı evin 3 saylı mənzilinə iddiaçının oğlunun gəlini kimi həmin evə gəlin köçüb, cehizlərini gətirib, evin abadlaşmasında onun valideynlərinin maddi dəstəyi olub. Həmin evdə bu günədək fasiləsiz yaşamışdır. Birgə nikahdan 2 övladı doğulmuşdur. Uşaqları həmin evdən bağçaya indi isə məktəbə gedirlər. İddiaçı həmin evi öz oğul nəvələrinə verərək, həmin evdə yaşamayıb. Bu səbəbdən də iddia əsassızdır, odur ki, iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməlidir.
8. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-6508/2024 nömrəli, 11 oktyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakim Əminə Abbasova) iddia təmin edilərək cavabdehin iddiaçıya məxsus Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi 4-saylı evin 3 saylı mənzilindən çıxarılması, həmin mənzilin iddiaçıya təhvil verilməsi və iddiaçının həmin mənzilə köçürülməsi qət edilmişdir.
9. Birinci instansiya məhkəməsi ilkin olaraq cavabdehin Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi 4 saylı evin 3 saylı mənzildən çıxarılması tələbinə qiymət verərək qeyd etmişdir ki, bu iddianın həlli üçün cavabdehin mübahisəli mənzildən istifadə hüququnun olub-olmaması müəyyən edilməlidir.
10. Məhkəmə qeyd etmişdir ki, işin mübahisəsiz halı ondan ibarətdir ki, həmin mənzilə dair mülkiyyət hüququ xx.xx.2004-cü il tarixində iddiaçının adına qeydiyyata alınmışdır. Cavabdeh isə 2009-cu ildə iddiaçının oğlu ilə ailə quraraq həmin mənzilə gəlin köçmüşdür. Belə olan halda, cavabdehin mənzildə istifadə hüququnun olub-olmaması Mülki Məcəllənin 228-ci maddəsinə əsasən müəyyən edilməlidir.
11. Mülki Məcəllənin 228.1-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın.
12. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir.
13. Məhkəmə qeyd etmişdir ki, sadalanan xüsusatlara və qeyd edilən qanunvericilik aktlarına əsasən, həmin mənzilin mülkiyyətçisi olan iddiaçı ilə cavabdeh arasında nə notariat qaydasında təsdiqlənmiş yazılı razılaşma olmamışdır, nə də istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Beləliklə, cavabdehin qeyd edilən mənzildən istifadə hüququ yaranmamışdır. Belə olan halda, cavabdehin mübahisəli mənzildə istifadə hüququ olmadığından, onun həmin mənzildə yaşamağı üçün hər hansı əsas mövcud deyildir.
14. Digər tərəfdən məhkəmə, mübahisəli mənzilə köçürülməsi ilə bağlı hissədə qiymət verərək qeyd etmişdir ki, mübahisəli mənzil iddiaçının mülkiyyəti olduğuna görə, onun mənzilə sərbəst surətdə sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüququ vardır. O, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
15. Məhkəmə öz hüquqi mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 13cü, Mülki Məcəllənin 152.1,152.5, 157.2, 157.4,228.1, 228.3, 228.4, 228.5-ci, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenmunun 27 iyul 2001-ci il tarixli və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarlarına istinad etməklə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat
16. Cavabdeh apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o iddiaçının oğlu ilə rəsmi nikaha daxil olub, el adəti ilə Bakı şəhəri, Xətai rayonu, Cavanşır küçəsi 4 saylı evin 3 saylı mənzilinə iddiaçının oğlunun gəlini kimi o, vaxtı həmin evə gəlin gəlib, cehizlərini gətirib, evin abadlaşmasında valide ynlərinin maddi dəstəyi olub. Həmin evdə həmin gündən bu günə kimi fasiləsiz yaşayıb. Birgə nikahdan övladları olmuşdur. Uşaqları həmin evdən bağçaya, indi isə məktəbə gedirlər. İddiaçı həmin evi öz oğul nəvələrinə verərək həmin evdə yaşamayıb və indi isə iddiaçı onları küçəyə atmaq istəyir. Təkbaşına öz uşaqlarını saxlayır, maddi vəziyyəti isə çox ağırdır.
18. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1106/2025 nömrəli, 17 fevral 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər Elşən Kazımov sədrlik edən, məruzəçi, İkram Şirinov və Namiq Cəfərov) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
19. Məhkəmə kollegiyası ilk öncə qeyd etmişdir ki, cavabdehin çıxarılmasını istəmədiyi mən zil daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla 2004-cü ildən iddiaçının mülkiyyətindədir, faktiki olaraq mövcuddur və yaşayış sahəsi kimi istifadə olunur. Bunu tərəflərin heç biri mübahisələndirmir, mübahisələndirilən hal həmin mənzilə cavabdehin, yəni iddiaçının oğlu ilə nikahda olmuş artıq keçmiş gəlininin həmin mənzilə hər hansı bir aidiyyətinin olub-olmaması ilə bağlıdır.
20. Məhkəmə kollegiyası qeyd etmişdir ki, qeyd olunan mənzildə faktiki yaşamış olsa belə, bu hallar cavabdehin həmin mənzilə hansısa subyektiv hüquqlarının, o cümlədən istifadə hüququnun yaranması demək deyildir. Çünki cavabdeh həmin mənzildən istifadə hüququna bu şərtlə malik ola bilərdi ki, həmin hüququn əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təs diqlənən yazılı razılaşma ilə müəyyənləşdirilsin və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Ancaq bu hallar müəyyən edilməmişdir.
21. Apellyasiya instansiyası məhkəməsi vurğulamışdır ki, cavabdehin keçmiş qaynanasının mülkiyyətində olan mənzildə yaşaması onun iddia tələbinə etirazının və apellyasiya şikayətinin əsaslı olmasına dəlalət etmir. Çünki cavabdehin qeyd olunan mənzilin mülkiyyətçisi olan keçmiş qayınanasının ailə üzvü, eləcə də ailə qanunvericiliyi əsasında onunla birlikdə yaşamaq və ondan özünün saxlanılmasını tələb etmək hüququ olmadığından çıxmaq istəmədiyi mənzilin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də ola bilməz. Ona görə də, cavabdehin bu istəyi keçmiş ərinin deyil, keçmiş qaynanasının bilavasitə razılığı ilə şərtləndirildiyindən, sonuncunun isə belə r azılığı olmadığından məhkəmənin yekun qənaəti mahiyyət etibarilə düzgün olmuşdur.
22. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, cavabdeh şikayətində mübahisəli mənzildə yaşamaq üçün hüququnun hansı əsasla yarandığını açıqlamır. Qeyd olunan mənzilə 2009-cu ildə gəlin köçməsi və başqa yaşayış yerinin olmadığı həqiqi olsa belə, bu hallar iddianın rədd edilməsi üçün əsas ola bilməz. Çünki bu vəziyyətdə də iddiaçının mülkiyyət hüququ pozulmuş olur.
23. Məhkəmə öz hüquqi mövqeyini Mülki Məcəllənin 152.1,152.5, 157.2, 157.4, 228.1, 228.2. 228.3, 228.4, 228.5-ci, Mənzil Məcəlləsinin 30.1, 30.2, 30.4-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Mənzil Məcəllənin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 08 ok tyabr 2013-cü il tarixli və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli Qərarlarına istinad etməklə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
24. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin tamamilə ləğv edərək, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
25. Kassasiya şikayəti apellyasiya şikayəti ilə eyni dəlillərlə əsaslandırılmış, əlavə olaraq qe yd edilmişdir ki, qətnamə qanuni və əsaslı deyil. Belə ki həmin qətnamə ilə cavabdehin uşaqlarının hüquqları pozulmuşdur. Onlar məhkəməyə çağırılmır, cəlb olunmur, öz hüquqlarını və qanunla qorunan mənafelərini müdafiə olunmaqdan məhrum ediliblər. Məhkəmə qətnamə çıxararkan prosessual tələbləri pozub və eyni zamanda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmayıb. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
26. İddiaçının nümayəndəsi və vəkili kassasiya şikayətinə qarşı etiraz göndərərək, cavabdehin iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 17 fevral 2025-ci il tarixli, 2(103)-1106/2025 saylı qətnaməsindən verdiyi kassasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
27. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
28. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
29. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
30. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
31. Maddə 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın.
32. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə h üququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.
33. Maddə 228.3. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ alğı-satqının, girovun və icarənin müstəqil predmeti ola bilməz. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ olan şəxs, mülkiyyətçi də daxil olmaqla istənilən şəxsdən həmin yaşayış binasına olan hüququnun pozulmasını aradan qaldırmağı tələb edə bilər.
34. Maddə 228.4. Yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notar iat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir.
35. Maddə 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə m indiyi gündən yaranır. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi
36. Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.
37. Maddə 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etmə yə və onun saxlanmasını təmin etməyə borcludurlar.
38. Maddə 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Azərbaycan Resp ublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 08 oktyabr 2013-cü il tarixli Qərarı
39. Yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzi l Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli Qərarı
40. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən not ariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur.
41. Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də, həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Res publikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz. Azərbaycan Respubli kasının Mülki Prosessual Məcəlləsi
42. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
43. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
44. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
45. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
46. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üç ün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
47. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
48. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edi lərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
49. Cavabdeh kassasiya şikayətində qətnaməni tam mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi
50. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassas iya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
51. Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iş üzrə düzgün olmayan qətnamə qəbul etdiyini göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.
52. Belə ki, apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, cavabdehin çıxarılmasını istəmədiyi mənzil daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla 2004-cü ildən iddiaçının mülkiyyətindədir, faktiki olaraq mövcuddur və yaşayış sahəsi kimi istifadə olunur. Bunu tərəflərin heç biri mübahisələndirmir, mübahisələndirilən hal həmin mənzilə cavabdehin, yəni iddiaçının oğlu ilə nika hda olmuş artıq keçmiş gəlininin həmin mənzilə hər hansı bir aidiyyətinin olub-olmaması ilə bağlıdır.
53. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, qeyd olunan mənzildə faktiki yaşamış olsa belə, bu hallar cavabdehin həmin mənzilə hansısa subyektiv hüququnun, o cümlədən istifadə hüququnun yaranması demək deyildir. Çünki cavabdeh həmin mənzildən istifadə hüququna bu şərtlə malik ola bilərdi ki, həmin hüququn əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilsin və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Ancaq bu hallar müəyyən edilməmişdir.
54. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, cavabdehin keçmiş qaynanasının mülkiyyətində olan mənzildə yaşaması onun iddia tələbinə etirazının və apellyasiya şikayətinin əsaslı olmasına dəlalət etmir. Çünki cavabdehin qeyd olunan mənzilin mülkiyyətçisi olan keçmiş qayınanasının ailə üzvü, eləcə də ailə qanunvericiliyi əsasında onunla birlikdə yaşamaq və ondan özünün saxlanılmasını tələb etmək hüququ olmadığından, habelə çıxmaq istəmədiyi mənzilin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də ola bilməz. Ona görə də, cavabdehin bu istəyi keçmiş ərinin deyil, keçmiş qaynanasının bilavasitə razılığı ilə şərtləndirildiyindən, sonuncunun isə belə razılığı olmadığından məhkəmənin yekun qənaəti mahiyyət etibarilə düzgün olmuşdur.
55. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi cavabdehin kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazı rkı işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq etmişdir. Ona görə də kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
56. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdeh Mirzəyeva (Şahməmmədova) Günel Yusif qızının kassasiya şikayəti təmin edilməsi n. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 17 fevral 2025-ci il tarixli, 2(103)-1106/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.