Məhkəmə qərarları › İş №2(102)-1738/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-1738/2025

02.07.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1738/2025 02.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsinə və Seyfullayeva Rəxşəndə İrac qızına qarşı iş üzrə QƏRARİ Açar sözlər: paylı mülkiyyətdə olan əmlakda payların naturada ayrılması, mümkün olmadıqda mənzilin açıq hərracdan satılaraq, satışdan əldə edilmiş pul vəsaitinin paylara uyğun bölgüsü Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (məruzəçi), Əliyev Zaur Əli oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsinə və Cavabde h2 qarşı “paylı mülkiyyətdə olan əmlakda payların naturada ayrılması, mümkün olmadıqda mənzilin açıq hərracdan satılaraq, satışdan əldə edilmiş pul vəsaitinin paylara uyğun bölgüsü” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-159/2025 nömrəli, 5 fevral 2025-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinə 02 iyul 2025-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. ünvan 1 ünvanında yerləşən 14 saylı mənzilin 1 otağı (14.0 kv.m) xx.xx.2011-ci il tarixdə Cavabdeh2, 2 otağı (42.6 kv.m) xx.xx.2021-ci il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır.

2. Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Nazim İsmayılov prospekti 3 saylı evin 14 saylı mənzilinin bazar dəyəri 100.000 manat, likvid dəyəri 90.000 manat təşkil edir. 21-1 nömrəli xx.xx.2023-cü il tarixli hesab-fakturadan görünür ki, hesabatın verilməsi üçün xidmət haqqı 100 manat təşkil edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, paylı mülkiyyətdə olan ünvan 2 ünvanında yerləşən mənzilin açıq hərracdan satılaraq, satışdan əldə edilmiş pul vəsaitinin paylara uyğun 1/3 hissəsinin Cavabdeh2, 2/3 hissəsinin isə İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

4. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qəbul etməmiş və izahatında bildirmişdir ki, iddiaçı payının satılmasını təklif e tsə də, payı satın almaqdan imtina etmişdir. Paylı mülkiyyətdə olan əmlakın açıq hərracda satılaraq satışından əldə olunmuş məbləğin paylara uyğun bölüşdürülməsinə etiraz etmişdir.

5. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-3298/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakim-Şəbnur Qədirova) iddia təmin edilmişdir.

6. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/4048 nömrəli xx.xx.2023-cü il tarixli rəyinə əsasən, Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Nazim İsmayılov küçəsi ev 3 ünvanında yerləşən 14 nömrəli mənzilin paylı mülkiyyətçilər arasında paylarına uyğun olaraq naturada bölünməsi yalnız təcrid mənzillər şəklində aparılmalı, yəni bölgü zamanı tərəflərin hər birinin sərəncamında paylara uyğun ölçüdə yaşayış (yataq) və yar dımçı (mətbəx, dəhliz, ayaqyolu, hamam və s.) otaqların və bu otaqlara ayrı-ayrılıqda giriş-çıxış yolunun olmalı olduğunu nəzərə aldıqda, İnşaat Norma və Qaydalarının 2.08.01.89*-nun 2.2-ci bəndinə və metodik əsasların Məhkəmə Tikinti-X1 Metodlarının tələblərinə uyğun qaydada naturada paylara uyğun Cavabdeh2 1 otaq 14.0 kv.metr və İddiaçı 2 otaq 42.6 kv.metr olmaqla 2 hissəyə bölünməsinin texniki cəhətdən mümkün olmadığı müəyyən edilir. Ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil etmişdir. 7. "xxxx" MMC tərəfindən verilmiş 43 nömrəli xx.xx.2023-cü il tarixli hesabatı ilə, Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Nazim İsmayılov prospekti 3 saylı evin 14 saylı mənzilinin bazar dəyəri 100.000 manat, likvid dəyəri 90.000 manat təşkil edir. 21-1 nömrəli xx.xx.2023-cü il tarixli hesab-f akturadan görünür ki, hesabatın verilməsi üçün xidmət haqqı 100 manat təşkil edir.

8. Məhkəmə qeyd etmişdir ki, iddiaçının iddia tələbi üç hissədən ibarətdir: Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Nazim İsmayılov prospekti 3 saylı evin 14 saylı mənzilin naturada bölünməsi, bu mümkün olmadıqda cavabdehdən onun xeyrinə 60.000 manat məbləğində pulun kompensasiya kimi tutulması, bu da mümkün olmadıqda mənzilin açıq hərracda satılması və əldə olunan pul məbləğinin cavabdehlə aralarında paylarına mütənasib 1/3 və 2/3 nisbətdə bölünməsi.

9. Məhkmə araşdırması zaman cavabdeh ümumiyyətlə, iddiaçıya məxsus mənzilin 2/3 hissəsinin satın alınması müqabilində kompensasiyanın ödənilməsinə, yaxud mənzilin satılmasına qətiyyətlə razı olmadığını bildirmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Nazim İsmayılov prospekti 3 saylı evin 14 saylı mənzildə öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçisi olan cavabdeh tərəfindən iddiaçıya ödənilməsi təklifi müsbət həll olunmadığı üçün iddia tələbinin mənzilin açıq hərracda satılması və əldə olunan pul məbləğinin tərəflər arasında 1/3 və 2/3 nisbətdə bölünməsi hissəsinə hüquqi qiymət verilməlidir.

10. Bununla bağlı məhkəmə qeyd etmişdir ki, qanunvericiliyin yuxarıda göstərilən normalarına əsasən paylı mülkiyyətdə olan payın açıq hərracda satılmasına qədər olan prosessual qaydalara iddiaçı tərəfindən riayət edilmiş, heç bir nəticəsi olmadığından əmlakın açıq hərracdan satışa çıxarılması hazırkı halda qanuni və əsaslıdır.

11. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublik ası Konstitusiyasının 13,29 və 60-cı, Mülki Məcəllənin 220.1, 220.2, 220.3, 220.4, 220.5, 220.6, 221-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 aprel 2014-cü il tarixli Qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

12. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Apellyasiya şikayətində qeyd edilmişdir ki, məhkəmə tərəfindən qətnamədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220-ci maddəsinə istin ad edilmiş, lakin nəzərə almamışdır ki, iddiaçının tələb etdiyi Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Nazim İsmayılov prospekti 3 saylı evin 14 saylı mənzili açıq hərracda satılması və satışdan əldə olunacaq pul vəsaitinin paylara mütənasib 1/3 hissəsi Cavabdeh2, 2/3 hissəsi isə İddiaçı ödənilməsi barədə iddia tələblərinin heç bir əsası yoxdur.

14. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-159/2025 nömrəli, 5 fevral 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər: Fuad Babayev (sədrlik edən və məruzəçi), Cəmilə Musayeva və Fuad Abdıyev) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi əmlakın hərracdan satılması hissəsində dəyişdirilmiş, Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Nazim İsmayılov prospekti 3 saylı evin 14 saylı mənzi l üzrə əvvəlcə qapalı, yəni yalnız paylı mülkiyyətin iştirakçıları üçün nəzərdə tutulan hərrac keçirilsin. Mənzil həmin hərracda mülkiyyətçilərdən biri və ya bir neçəsi tərəfindən əldə edilmədiyi halda isə açıq hərrac keçirilərək satılsın. Əmlakın ilkin satış qiyməti bazar dəyərinə uyğun olaraq 148.700 manat məbləğində müəyyən olunsun. Satışdan əldə olunan pul vəsaitinin paylara mütənasib olaraq 32% hissəsi Cavabdeh2, 68% hissəsi isə İddiaçı ödənilməsi, qətnamənin qalan hissədə (rüsum, ekspertiza və qiymətləndirmə xərcləri hissəsində) dəyişdirilmədən saxlanılması qət edilmişdir.

15. Məhkəmə kollegiyası hər bir halda əşyanın ilkin satış qiyməti ilə bağlı qətnamənin icrası mərhələsində yaranacaq yeni mübahisələrin və tərəflərin sui-istifadə hallarının qarşısının alınması məqsədilə mübahisəli əmlakın real dəyərinin müəyyənləşdirilməsini də zəruri hesab etdiyindən bu barədə ekspertiza təyin etmiş, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/2574 nömrəli, xx.xx.2024-cü il tarixli rəyi ilə, mübahisəli mənzilə yaxın ərazidə yerləşən analoji mənzillərin mövcud orta bazar dəyəri təqribən 148.700 manat, likvid dəyəri isə 133.830 manat müəyyən edilmişdir.

16. Məhkəmə tədqiq edilmiş sübutlara əsaslanaraq və qanunvericiliyin yuxarıda göstərilən normalarını rəhbər tutaraq iddia tələbi üzrə belə nəticəyə gəlmişdir ki, ünvan 3 ünvanında yerləşən mənzildə payın ayrılması ona tənasübsüz zərər vurmadan açıq-aşkar mümkün olmadığından, eləcə də cavabdehin iddiaçıya payının dəyərinə görə kompensasiya vermək fikri olmadığından, qeyd edilən əmlakın satılması və satış pulunun tərəflər arasında paylarına mütənasib surətdə bölüşdürülməsi barədə tələbi əsaslı olmuşdur. Lakin həmin satışın həyata keçirilməsi forması, o cümlədən satış nəticəsində əldə olunan pulun paylara uyğun bölünməsi məsələsinə işin faktiki hallarına uyğun olaraq daha dəqiq münasibət bildirilməlidir. Belə ki, işin hallarından da göründüyü kimi tərəflərin mübahisəli əmlak üzərindəki mülkiyyət hüquqları hansısa ümumi pay nisbətində deyil, mənzilin konkret otaqlarına münasibətdə tanınmış və mənzilin həmin otaqlara keçid təşkil edən digər hissəsi üzrə dəqiq hesablamaların aparılması zəruri olmuşdur. Bu halda kollegiya hesab etmişdir ki, mübahisəli mənzilin satışından əldə olunan gəlirin bölüşdürülməsi zamanı aparılacaq mütənasiblik dəyərin qisməti olaraq deyil, dəqiq faiz nisbətinə u yğun müəyyən edilməlidir. Mənzilin yaşayış sahəsinə aid olan otaqlar üzrə paylar müəyyən olunsa da, yardımçı sahənin bölüşdürülməsi ilə bağlı əlavə hesablamanın aparılması zəruridir.

17. Kollegiya nəzərə almışdır ki, mülkiyyətçilərdən hər hansı birinin əmlaka sahiblik, istifadə və sərəncamla əlaqədar hüquqları digərlərinin hüquqlarından üstün sayıla bilməz. Mülkiyyət hüququnun həyata keçirilməsi imkanı bütün tərəflər üçün bərabər olmalıdır. Buna görə də sözügedən yardımçı sahə, yəni onun da evin tərkib hissəsi kimi satışından əldə edilən gəlir üzrə tərəflərin paylarının bərabər həcmdə müəyyən olunması daha düzgündür. Bu da o deməkdir ki, ölçüləri 22.4 kv.metr olan yardımçı sahənin satışından əldə edilən gəlir üzrə bərabər olaraq 11.2 kv.metr hissəsi iddiaçının, 11.2 kv.metr hissəsi isə cav abdehin payları müəyyən edilməlidir. Beləliklə, mübahisəli mənzilin ümumi sahəsi və qeyd edilən hesablamalar nəzərə alınmaqla İddiaçı aid olan hissəsinin ölçüsü 53.8 kv metr (42.6 + 11.2 = 53.8), Cavabdeh2 aid olan hissəsinin ölçüsü isə 25.2 kv.metr (14 + 11.2 = 25.2) təşkil etməlidir. Bu zaman yuxarıda da qeyd edildiyi kimi yaranacaq ümumi paylı mülkiyyətdə payların nisbətini faizlə müəyyənləşdirilməsi məsələsi həll edilməlidir. Belə ki, adi riyazi hesablama nəticəsində məlum olur ki, mübahisəli mənzilin normalda, yəni 100% həcmdə ölçüsünün 79.1 kv.metr olması nəzərə alınmaqla iddiaçıya məxsus olan pay (53.8 kv.metr) sahə ümumi ölçünün mümkün olan ən yuvarlaqlaşdırımış formada 68%-ni, cavabdehə məxsus olan pay (25.2 kv.metr) sahəsi isə ümumi ölçünün 32%-ni təşkil edir.

18. Beləliklə, koll egiya hesab etmişdir ki, mübahisəli mənzilin satışından əldə olunan pul vəsaitinin paylara mütənasib olaraq 32% hissəsi Cavabdeh2, 68 % hissəsi isə İddiaçı ödənilməlidir.

19. Kollegiya əmlakın satışının keçiriləcəyi hərracın formasına münasibətdə hesab etmişdir ki, mübahisəli əmlakın satışı ilk növbədə qapalı hərrac qaydasında keçirilməli, yalnız bu baş tutmadıqda isə açıq hərracın keçirilməsi təmin olunmalıdır. Həmçinin qeyd edilmişdir ki, işin hallarından da göründüyü kimi iddiaçı həm məhkəmədən öncə, həm də məhkəmə gedişatında cavabdehə məxsus payın alınması üçün təşəbbüslə çıxış etmişdir və bu da bir daha əmlakın ilk növbədə paylı mülkiyyətçilər üçün satışa çıxarılmasınının zəruriliyinin təsdiq edir.

20. Mübahisə predmeti olan əşyanın açıq hərracdakı ilkin satış qiymətinin qətnamə ilə müəyyən edilməli olub-olmamasına münasibətdə isə ilk növbədə qeyd etmişdir ki, mülki qanunvericilikdə əşyanın açıq hərracdan satılması halında ilkin satış qiymətinin qətnamə ilə müəyyən edilməli olması barədə imperativ tələb yalnız ipoteka predmeti olan əşyaya münasibətdə nəzərdə tutulmuşdur (“İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu, 39.3.3-cü maddə). Mülki Məcəllənin 220-ci maddəsində isə paylı mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması barədə qətnamə qəbul edilərkən ilkin satış qiymətinin məhkəmə tərəfindən müəyyən edilməli olması birbaşa göstərilməsə də, Məcəllədə bununla bağlı qadağanedici norma da nəzərdə tutulmamışdır. Odur ki, əşyanın ilkin satış qiyməti ilə bağlı qətnamənin icrası mərhələsində yaranacaq yeni mübahisələrin və tərəflərin sui-istifadə hallarının qarşıs ının alınması məqsədilə məhkəmə paylı mülkiyyətdə olan əşyanın müəyyən etdiyi bazar qiyməti ilə ilkin satış qiymətini qətnamənin icra qaydası kimi onun nəticə hissəsində qeyd və izah etmişdir ki, qətnamənin icrası mərhələsində paylı mülkiyyətdə olan əşyanın bazar qiymətinin əhəmiyyətli dərəcədə dəyişməsi səbəbindən tərəflər MPM-in 231-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamənin icra qaydasının dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ilkin satış qiymətini yenidən müəyyənləşdirə bilərlər.

21. Keçirilən ekspert tədqiqatı nəticəsində əmlakın bazar dəyərinin təqribən 148.700 manat olması öz təsdiqini tapmışdır. Buna görə də kollegiya hesab etmişdir ki, əmlak qapalı hərracda satılmadığı təqdirdə, açıq hərracın seçilməsi zamanı onun ilkin dəyəri kimi 148.700 manat müəyy ən edilməlidir.

22. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 29, 60-cı, Mülki Məcəllənin 144.5, 152.1, 220.2, 220.4, 220.6, 221-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 384.0.3-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

23. Cavabdeh2 (vəkil: Vəkil2) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələblərinin tamamilə rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

24. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsi Mülki Məcəllənin 213.1-213.3-cü maddələrinin tələblərinə zidd qətnamə qəbul etmişdir. Məhkəmə nəzərə almamışdır ki, iddia tələblərinin heç bir əsası yoxdur. Məhkəmələr tərəfind ən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbyacan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarının müddəalar düzgün tətbiq edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin Məcəlləsinin 144.5, 152.1,220.2, 220.3, 220.4, 220.6, 221-ci maddələrinin tətbiqi bu işdə yolverilməzdir. Apellyasiya instansiyası məhkəməsi müəyyən edilmiş hallara və toplanmış sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməməklə və mübahisəli hüquq münasibətinə maddi hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməməklə iş üzrə səhv nəticəyə gəlmişdir. Göründüyü kimi, аpеllyаsiyа instаnsiyаsı məhkəməsi tərəfindən Аzərbаycаn Rеspublikаsı MP M-nin tələbləri yеrinə yеtirilməmişdir ki, bununlа dа işə bахаn hаkimlər tərəfindən prоsеssuаl hüquq nоrmаlаrı pоzulmuşdur. Qətnamədən göründüyü kimi, məhkəmə iş üzrə iddianı tamamilə rədd etmək əvəzinə iddianı təmin edərək yalnız iddiaçının mövqeyindən cixış etmişdir.

25. Məhkəmə tərəfindən qətnamədə Аzərbаycаn Rеspubliкаsı MPM-in 217-ci maddəsinə istinad etmişdir, lakin Аzərbаycаn Rеspubliкаsı Mülкi Prоsеssuаl Məcəlləsinin 217.1, 217.2, 217.3 və 217.4-cü maddələrində nəzərdə tutulmuş normalara lazımi hüquqi qiymət verməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

26. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil edilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

27. Maddə

221. Ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hə rracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

28. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki halla rına uyğun olmamasına istinad etməyə yol verilmir.

29. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

30. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkə məsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

31. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyasının mövqeyi

32. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri mübahisələndirilən qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

33. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Sabunçu rayonu Bakıxanov qəsəbəsi Nazim İsmayılov prospekti ev 3 ünvanında yerləşən 14 saylı mənzil tərəflərin paylı mülkiyyətindədir.

34. Paylı mülkiyyətçilərdən birinin tələbi ilə ümumi paylı mülkiyyət hüquqlarına əmlakın bölünməsi yolu ilə xitam verilməsi qaydası MM-nin 221-ci maddəsində nəzərdə tutulmuşdur.

35. Apellyasiya instansiy ası məhkəməsi mübahisəni həmin normanı tətbiq etməklə və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyalarının “Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə” xx.xx.2024-cü il tarixli qərardadındakı hüquqi mövqe nəzərə alınmaqla düzgün həll etmiş, məhkəmə tərəfindən kassasiya şikayətində qeyd edilmiş normaların pozuntusuna yol verilməmişdir.

36. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

37. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419-cu maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi Qərara aldı Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegi yasının 2(103)-159/2025 nömrəli, 5 fevral 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar