Məhkəmə qərarları › İş №2(102)-1739/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-1739/2022

05.05.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1739/2022 05.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və ƏMDK yanında DƏDRX-in 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-1739/22 (Açar sözlər: məhkəmə aidiyyəti) Bakı şəhəri, 5 may 2022-ci il Hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Xələfov İlqar Rəhim oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və ƏMDK yanında DƏDRXin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı “fərdi yaşayış evinin texniki pasportu və torpaq sahəsinin plan və ölçü sənədinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhk əməsinin Mülki kollegiyasının 2(104)-1587/2021 nömrəli, 21.06.2021-ci il tarixli qətnaməsindən İddiaçı2 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Gəncə Apellyasiya Məhkəməsinin 10 iyul 2018-ci il tarixli, 2(104)-1777/2019 nömrəli qətnaməsi ilə İddiaçı2 və X4 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Tovuz Rayon Məhkəməsinin 05 aprel 2018-ci il tarixli, 2(062)-394/2018 saylı qətnaməsinin ləğv edilməsi, yeni qətnamə qəbul edilməsi, iddia tələbinin təmin edilərək, İddiaçı2 və X1 3 nəfər yetkinlik yaşına çatmayan uşaqları ilə birlikdə Cavabdeh1 mülkiyyətində olan Tovuz Rayonu Böyük Qışlaq kəndində yerləşən evdən çıxarılmaları, onların həmin evə qanunsuz müdaxilə sinə son qoyulması qət edilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 18 noyabr 2019-cu il tarixli, 2(102)-7011/2019 nömrəli qərarı ilə İddiaçı2 və X4 tərəfindən verilmiş birgə kassasiya şikayəti təmin edilməmiş, Gəncə Apellyasiya Məhkəməsinin 10 iyul 2018-ci il tarixli, 2(104)-1777/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmış, Gəncə Apellyasiya Məhkəməsinin 20 may 2019cu il tarixli icra vərəqəsi ilə icraya yönəldilmişdir.

2. Həmin məhkəmə aktları ilə müəyyən olunmuşdur ki, İddiaçı2 atası mərhum Rəşid Quliyevin adına Tovuz rayonu Böyük Qışlaq kəndində 0,25 ha həyətyanı torpaq sahəsi və ümumi sahəsi 45 kv metr olan fərdi yaşayış evi olmuşdur. Rəşid Quliyev həmin evdə öz ailə üzvləri ilə birlikdə yaşamışdır. Cavabdeh1 və İddiaçı2 atası mərhum Rəşid Quliyev arasında tərtib edilmiş 28.0 7.1979-cu il tarixli akta əsasən Rəşid Quliyev öz bacısı, yəni Cavabdeh1 ayrılarkən aktda sadalanan əmlakları Cavabdeh1 təhvil vermiş, o da həmin əmlakları təhvil alaraq özü ilə aparmışdır. X7 ailə üzvləri ilə birlikdə ünvan 1 ünvanda yaşamış və 02 noyabr 1985-ci ildə vəfat etmişdir. Bundan sonra, Tovuz rayonu Böyük Qışlaq kəndində yerləşən mübahisəli fərdi yaşayış evinə dair Cavabdeh1 adına 1989-cu ildə texniki pasport tərtib olunmuş, Tovuz rayon Aqrar İslahat Komissiyasının 20.08.1996cı il tarixli 15 nömrəli qərarı ilə Cavabdeh1 1707,29 kv metr həyətyanı torpaq sahəsi ayrılmış və həmin qərar əsasında Cavabdeh1 adına torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib olunmuşdur. Həmçinin, araşdırmalar zamanı müəyyən olunmuşdur ki, Rəşid Quliyevin sağlığında təxminən 1979-cu ildə onlar ailəlik cə mübahisəli evdən Tovuz şəhərinə köçmüşlər. İddiaçı2 orta məktəbə Tovuz şəhərində getmiş və atası vəfat etdikdən sonra da Tovuz şəhərində yaşamağa davam etmişlər. Mübahisəli evə isə 2017-ci ildə köçmüşlər. Atası öldükdən sonra mübahisəli torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinin idarəsi, sərəncamı və istifadəsi, onun lazımi vəziyyətdə saxlanması, vergilərin və digər ödəmələrin ödənməsi üzrə hər hansı hərəkət etməmişdir. İşin bu halı, yəni Rəşid Quliyevin sağlığında ailəlikcə mübahisəli fərdi yaşayış evindən Tovuz şəhərinə köçməsi iş materiallarında olan Tovuz rayon Mənzil İstismar sahəsi tərəfindən verilmiş 28.03.2019-cu il tarixli arayışla da öz təsdiqini tapır. Həmin arayışdan görünür ki, Rəşid Quliyev 09.06.1976-cı il tarixdən 02.11.1985-ci il tarixədək Tov uz şəhəri M.Ə.Rəsulzadə küçəsi 33 saylı evdə qeydiyyatda olmuş, 02.11.1985-ci ildə vəfat etmişdir. Göründüyü kimi, fərdi yaşayış evi 1980-1982-ci illərdə təsərrüfatbaşına kitabında Rəşid Quliyevin adına qeydə alınsa da, onun ölümündən sonra miras qalmış mübahisəli fərdi yaşayış evi və onun yerləşdiyi torpaq sahəsini həmin vaxt qüvvədə olan qanunvericiliklə müəyyən edilmiş müddət ərzində qəbul etməmiş, nəticədə 1986-cı ildə təsərrüfatbaşına kitabında mübahisəli fərdi yaşayış evi və həmin evin yerləşdiyi torpaq sahəsi iddiaçının adına qeyd olunmuş və 1989-cu ildə Respublikada aparılan kütləvi inventarlaşdırma zamanı mübahisəli fərdi yaşayış evində Cavabdeh1 yaşadığı müəyyən edildiyindən evin texniki pasportu onun adına tərtib olunmuş, həmçinin Tovuz rayon AİK-in 20.08.1996-cı il tarixli 15 s aylı qərarı ilə mübahisəli fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi iddiaçıya verilmiş və hazırda da iddiaçının adına verilmiş sənədlər qüvvədədir.

3. Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 20 sentyabr 2018-ci il tarixli, 2-1(83)1314/2018 nömrəli qərardadına əsasən, İddiaçı1 cavabdeh DƏDRX-in 15 saylı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs Cavabdeh1) texniki pasportun etibarsız hesab edilməsi, torpaq sahəsi və fərdi yaşayış evi ilə bağlı hüquqların tanınması və mülkiyyət hüququnun qeydə alınması tələbinə dair iddiası mümkün sayılmamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı əvvəlcə iddia ərizəsi, sonra is ə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 adına Tovuz rayon İnventarlaşdırma bürosu tərəfindən 25 iyul 1989-cu il tarixdə tərtib edilmiş fərdi yaşayış evinin texniki pasportunun, həmçinin ləğv olunmuş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Tovuz rayon şöbəsi tərəfindən 16 iyun 2**9-cu il tarixdə tərtib edilmiş torpaq sahəsinin planı və ölçüsü sənədinin etibarsız hesab olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı1 əri X5 02 noyabr 1985-ci ildə vəfat etdikdən sonra mirası qəbul edərək evə sahibliyi İddiaçı1 etmişdir. Rəşid Quliyevin bacısı olan cavabdeh 1979-cu ilə qədər həmin evdə yaşamış, sonralar ailə quraraq əşyalarını da götürərək həmin evi tərk etmişdir. Lakin, bir müddət sonra cavabdeh iddiaçıların həmin evdə daimi yaşamamasından istifadə edərək, evi və torpaq sahəsini qanunsuz yollarla öz adına sənədləşdirmişdir.

6. Tovuz Rayon Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli, 2(062)-1756/2020 nömrəli qətnaməsi ilə (hakim Q.Baxşıyev) iddia rədd edilmişdir.

7. Məhkəmə tərəfindən işin faktiki halları ilə müəyyən olunmuşdur ki, torpaq islahatı zamanı həmin təsərrüfatda iddiaçılar yaşamamışdır. “Torpaq islahatı” haqqında Qanuna əsasən mübahisə olunan torpaq sahəsini Cavabdeh1 qanuni əsaslarla əldə etmişdir. Həmin torpaq sahəsi pay kimi islahat zamanı qanuni istifadəçi Cavabdeh1 olduğundan ona verilmiş və bu barədə plan və ölçü tərtib olunmuşdur.

8. Məhkəmə hesab etmişdir ki, mübahisə olunan fərdi yaşayış evi barədə qanuni qüvvəsində olan qətnamə var və qətnamədə sübut olunan faktlar mübahisələndirilə bilməz. Həmçinin, iddiaçılar fərdi yaşayış evinə dair tərtib olunmuş texniki pasportun qanunsuz hazırlanmasına dair məhkəməyə mötəbər sübut təqdim edə bilməmişdir. Halbuki, mülki prosessual qanunvericiliyə əsasən mülki mühakimə icraatı zamanı iddia tələbini sübut etmək vəzifəsi iddiaçıların üzərinə düşür.

9. Məhkəmə iş üzrə gəldiyi nəticəni Mülki Prosessual Məcəllənin 14.2, 76.1, 77.1, 82.3, 88, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat

10. Qətnamədən iddiaçılar İddiaçı1 və İddiaçı2 apellyasiya şikayəti vermişlər Şikayəti belə əsaslandırmışlar ki, birinci instansiya məhkəməsi iş üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparmadan, maddi və prosessual hüquq normalarının tələblərini pozaraq qə tnamə çıxarmışdır. Mərhum əri X3 işi ilə bağlı Tovuz şəhərində bir otaqlı kommunal mənzil verilmişdir. 1985-ci ildə həmin yaşayış sahəsinə köçsələr də, Tovuz rayonu, Böyük Qışlaq kəndində yerləşən 0,25 həyətyanı torpaq sahəsində 2 otaqdan, 45 kv.m sahədən ibarət olan fərdi yaşayış evinə gedib-gəlmişlər. Cavabdeh1 ərə gedəndən sonra özünə başqa yaşayış yeri seçmişdir. Cavabdeh1 qanunsuz yolla mübahisəli daşınmaz əmlakı ələ keçirmişdir.

11. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər- R.Muradov (sədrlik edən və məruzəçi), F.Mehtiyev və Ə.Məmmədov) 2(104)-1587/2021 nömrəli, 21.06.2021-ci il tarixli qətnaməsi ilə iddiaçıların apellyasiya şikayəti təmin edilmədən, Tovuz Rayon Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli, 2(062)-1756/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxl anılmışdır.

12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmış və apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab etmişdir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyil. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərə, yəni arxiv arayışına əsasən müəyyən olunur ki, mübahisəli torpaq sahəsi Cavabdeh1 qızma verilmiş, mərhum X2 adma isə heç bir hüquqmüəyyənedici sənəd aşkar olunmamışdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, tələbin əsaslı və qanuni olmasını subut etmə yükü iddiaçıların üzərinə düşür. Buna baxmyaraq iddiaçılar İddiaçı1 və İddiaçı2 tələblərinin əsaslı olmasına dair hər hansı mötəbər sübut təqdim etməmişlər. Halbuki, mülki prosessual qanunvericiliyə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri

13. İddiaçı2 apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.

14. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçıların qanuni vərəsəliklə onlara məxsus əmlaka dair öz istədikləri kimi sahib olmaq, ondan istifadə etmək və ona da ir sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqlarının reallaşmasına əngəl olur. Rəşid Quliyev 1985-ci ildə vəfat etdikdən sonra onun miras əmlakı vərəsələrin hər biri tərəfindən qəbul edilmiş, evə faktiki sahiblik həyata keçirilmişdir. Həyətyanı torpaq sahəsinin plan-ölçüsü sənədinin möhürü yoxdur. Lakin, məhkəmə həmin sənədi sübut qismində qəbul etmişdir. Məhkəmələr iddiaçıların sübutları üzrə araşdırma aparmadan, hüquqi qiymət vermədən qətnamə qəbul etmişdir. Buradan belə çıxır ki, cavabdeh tərəfin təqdim etdiyi sübutların məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi var. Cavabdeh bir neçə dəfə evli olmuş və fərqli-fərqli ünvanlarda yaşamışdır. Mübahisəli evi onun miras əmlak kimi qəbul etməsi barədə gəlinən nəticə yanlış, onun adına tərtib olunmuş sənədlər isə qan unsuzdur. c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

16. Maddə 24.1. Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir.

17. Maddə 31.1. Aidiyyət qaydalarının pozulmasına yol verilmir.

18. Maddə 32.3. Hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər.

19. Maddə 261.0.1. İş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir.

20. Maddə 410.3. Kassasiya instansiyasında icraata xitam verilməsi barədə kassasiya məhkəməsi qərar çıxarır.

21. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

22. Maddə 417.1.5 apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.3, 259.0.8 və 259.0.10cu maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya və ya bu Məcəllənin 261.0.1-261.0.7-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu:

23. Maddə 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir.

24. Maddə 2.0.1. İnzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir.

25. Maddə 2.0.2. İnzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi:

26. Maddə 1.1. Bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir.

27. Maddə 1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər.

28. Maddə 2.1. Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Kassasiya baxışının hədləri

29. Kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi aktının tam ləğvi xahiş edildiyinə görə məhkəmə aktı tam yoxlanılır.

30. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

31. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı iddia tələbinə ümumi məhkəmədə baxmaqla mülki prosessual qanunvericiliyin tələblərini pozmuşdur.

32. B elə ki, iddiaçılar tərəfindən mübahisə predmeti olan daşınmaz əşyalara dair mülki hüquqların tanınması və s. kimi mülki hüquqi tələblər irəli sürülməmişdir.

33. İddia ərizəsindən görünür ki, iddiaçıların tələblərinin əsasını inzibati orqanlar tərəfindən verilmiş inzibati aktların etibarsız hesab olunması təşkil edir. Belə ki, iddiaçının tələbi Cavabdeh1 adına Tovuz rayon İnventarlaşdırma bürosu tərəfindən 25 iyul 1989-cu il tarixdə tərtib edilmiş fərdi yaşayış evinin texniki pasportunun, həmçinin ləğv olunmuş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Tovuz rayon şöbəsi tərəfindən 16 iyun 2**9-cu il tarixdə tərtib edilmiş torpaq sahəsinin planı və ölçüsü sənədinin etibarsız hesab olunması barədədir.

34. Bu məzmunda iddia inzibati orqana qarşı yönələn tələblərdir. Belə ki, etibarsız hesab olu nması tələb olunan sənədlər müvafiq inzibati orqan tərəfindən verilmişdir və onların verilməsi publik fəaliyyətdir. Həmin sənədlərin qanuni və ya qanunsuz verildiyini, başqa sözlə, onları verən inzibati orqanın publik sahədəki fəaliyyətini yoxlamaq səlahiyyəti inzibati məhkəməyə aiddir.

35. Eyni zamanda, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsinin 25.06.2018-ci il tarixli məktubundan görünür ki, mübahisə edilən torpaq sahəsinin planı və ölçüsü Tovuz rayon Aqrar İslahat Komissiyasının qərarı əsasında tərtib edilmişdir. Odur ki, mübahisələndirilən plan-cizgi sənədinin əsasında dayanan qərar da inzibati akt olduğu üçün həmin sənədlərlə bağlı tələblərə inzibati məhkəmə tərəfindən baxıla bilər.

36. Kollegiya onu da qeyd edir ki, sözügedən mübahisə predmetləri ilə bağlı inzibati tələblərə baxılmasının mümkün sayılmaması barədə müvafiq inzibati məhkəmənin qərarı (ondan şikayət verilməməsi və s.) həmin tələblərə mülki mühakimə icraatında baxılmasına əsas ola bilməz.

37. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 10.04.2015-ci il tarixli qərarının 6.1-ci bəndinə əsasən, torpaq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən nəzərə alınmalıdır ki, dövlətin və bələdiyyələrin mülkiyyətində olan torpaqların fiziki və hüquqi şəxslərin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməsi dövlət orqanının və ya bələdiyyənin qərarı ilə həyata keçirildiyindən fiziki və hüquqi şəxslərlə hakimiyyət səlahiyyətlərinin subyektləri olan həmin orqanlar arasında onların torpaqla bağlı qərarlarından, hərəkətlərindən (hərəkətsizliklərindən) verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır.

38. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, hazırkı iş üzrə iddia tələblərinə müki mühakimə qaydasında baxılması mümkün deyil. Bu hal isə mülki iş üzrə icraata xitam verilməsi üçün əsasdır. Ona görə də kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir (§ 20, 23).

39. Göstərilənlərə əsasən və MPM-in 261, 410.3, 417.1.5-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-1587/2021 nömrəli, 21.06.2021-ci il tarixli qətnaməsi ləğv edilsin, iş üzrə icraata xitam verilsin. İddiaçıya izah olunsun ki, həmin tələblərlə aidiyyəti inzibati məhkəmədə iddia qaldıra bilər. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Hakimlər: Zaur Əliyev Abiddin Hüseynov İlqar Xələfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar