Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-174/2022 01.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı: İddiaçı cavabdeh və digərlərinə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-174/22 (Açar sözlər: alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (sədrlik edən və məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Əzimova Səbinə Yaşar qızının katibliyi, İddiaçı: İddiaçı vəkili Vəkil1, Cavabdeh: Cavabdeh1 vəkili Vəkil2, Cavabdeh: Cavabdeh2 vəkili Vəkil3 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 02 iyul 2021-ci il tarixli, 2(103)6080/2021 saylı qə tnaməsindən İddiaçı kassasiya şikayəti üzrə işə 01 fevral 2022-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İşin hallarına görə, İddiaçı məhkəmədə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia qaldıraraq, təsisçisi olduğu “Kaskad” firmasının ünvan 1 ünvanda yerləşən daşınmaz əmlaka dair Cavabdeh1la Cavabdeh2 arasında notarial qaydada bağlanmış 02 iyul 2016-cı il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin daşınmaz əmlaka dair Cavabdeh2 adına verilmiş Çıxarışın ləğv edilməsi, təsisçisi olduğu “Kaskad” firmasına dair onun adına Çıxarışın verilməsi barədə qətnamə qəbul edilməsini, habelə Cavabdeh1, Olqa Qasımova və Cavabdeh2 əməlində cinayət tərkibinin əlamətlərinin olması barədə xüsusi qərardad çıxarılma sını xahiş edib. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 22 may 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən, hakim İ.Ş.Rüstəmli) iddia rədd edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, “Kaskad” firması 04 oktyabr 1994-cü il tarixdə dövlət qeydiyyatına alınıb. 11 dekabr 2013-cü il tarixli Çıxarışa əsasən ünvan 2 ünvanda, dövlətin istifadəsində olan 0,02275 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 149,7 kv.metr olan qeyri-yaşayış binası “Kaskad” firmasının mülkiyyətində olub. 02 iyul 2016-cı il tarixli notarial qaydada təsdiq edilmiş alqısatqı müqaviləsinə əsasən “Kaskad” firmasının təsisçisi Cavabdeh1 sözügedən qeyriyaşayış binasını 50.000 manata Cavabdeh2 satıb. 01 iyul 2016-cı il tarixli ərizəyə əsasən Cavabdeh1 arvadı Olqa Qasımova qeyri-yaşayış binasının Cavabdeh2 satılmasına yazılı razılıq verib. 01 iyul 2016-cı il tarixli kassa mədaxil orderinə əsasən Cavabdeh2 50.000 manat pul vəsaitini notariusun depozit hesabına köçürüb. Alqı-satqı müqaviləsi notarial qaydada təsdiq edilərkən qeyri-yaşayış binasının həbsdə və yüklü olmasına dair daşınmaz əmlakın dövlət reyestrində hər hansı qeydiyyat mövcud olmayıb. Yəni, alqı-satqı müqaviləsi Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmamaqla bağlanıb və həmin müqavilənin etibarsızlığı üçün əsaslar yoxdur. Ona görə də iddia rədd olunmalıdır. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 152.1, 152.5, 337.1-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. İddiaçı apellyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddia tələblərinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Apellyasiya instansiyası məhkəməsində birinci icraat Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 18 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər E.C.Kazımov sədrlik edən, məruzəçi, T.S.Səmədov və İ.S.Şirinov) apellyasiya şikayəti təmin edilərək, iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 22 may 2019-cu il tarixli qətnaməsi ləğv edilib, iddia təmin edilərək, “Kaskad” firmasının adından təsisçi kimi Cavabdeh1la Cavabdeh2 arasında ünvan 2 ünvanda yerləşən, ümumi sahəsi 149,7 kv.metr olan qeyri-yaşayış binasına dair notarial qaydada bağlanmış 02 iyul 2016-cı il tarixli alqı-satqı müqaviləsinin etibarsız h esab edilməsi, həmin qeyri-yaşayış binasına dair Cavabdeh2 adına verilmiş Çıxarışın (qeydiyyatın) ləğv edilməsi, habelə etibarsızlığın nəticələrinin tətbiq olunmaqla, 02 iyul 2016-cı il tarixli alqı-satqı müqaviləsi üzrə tərəflərin hüquqi statusunun ilkin vəziyyətə qaytarılması və Cavabdeh1 50.000 manat pulun tutulub Cavabdeh2 qaytarılması qət edilib. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 225.6, 337.5, 340.1-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Cavabdeh2 kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş edib. Kassasiya instansiyası məhkəmə sində birinci icraat Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 28 fevral 2020-ci il tarixli qərarı ilə (hakimlər Ə.Ə.Əliyev sədrlik edən, məruzəçi, A.K.Kalbalıyev və V.Ə.İbayev) kassasiya şikayəti təmin edilərək, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 oktyabr 2019-cu il tarixli qətnaməsi ləğv edilib, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılıb. Apellyasiya instansiyası məhkəməsində ikinci icraat Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 avqust 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər V.N.Sadıqov sədrlik edən, məruzəçi, Q.A.Əsgərov və A.N.İmanov) apellyasiya şikayəti təmin edilərək, iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 22 may 2019-cu il tarixli qətnaməsi ləğv edilib, yeni qətnamə çıxarılmaqla iddia təmin edilib, “Kaskad” firmasının adından təsisçi kimi Cavabdeh1la Cavabdeh2 arasında ünvan 2 ünvanda yerləşən, ümumi sahəsi 149,7 kv.metr olan qeyri-yaşayış binasına dair notarial qaydada bağlanmış 02 iyul 2016-cı il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin qeyri-yaşayış binasına dair Cavabdeh2 adına verilmiş Çıxarışın (qeydiyyatın) ləğv edilməsi, habelə etibarsızlığın nəticələrinin tətbiq olunmaqla, 02 iyul 2016-cı il tarixli alqı-satqı müqaviləsi üzrə tərəflərin hüquqi statusunun ilkin vəziyyətə qaytarılması və Cavabdeh1 50.000 manat pulun tutulub Cavabdeh2 qaytarılması qət edilib. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 337.1, 337.4, 358.1-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Cavab dehlər Cavabdeh1 və Cavabdeh2 eyni məzmunlu kassasiya şikayətləri verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddia tələblərinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş ediblər. Kassasiya instansiyası məhkəməsində ikinci icraat Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 14 aprel 2021-ci il tarixli qərarı ilə (hakimlər G.A.Quliyev sədrlik edən, məruzəçi, İ.R.Xələfov və Z.Ə.Əliyev) kassasiya şikayətləri qismən təmin edilərək, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 avqust 2020-ci il tarixli qətnaməsi ləğv edilib, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılıb. Apellyasiya instansiyası məhkəməsində üçüncü icraat Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 02 iyul 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər N.Ş.Cəfərov sədrlik edən, məruzəçi, A.Ə.İsgəndərov və İ.Ə.Kərimli) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 22 may 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə düzgün nəticəyə gəlib, maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 49.3, 398ci maddələrinin, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 9.3-cü maddəsinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyas ı məhkəməsində üçüncü icraat Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçı kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddia tələblərinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edib. Kassasiya şikayəti belə əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub və iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında İddiaçı vəkili Vəkil1 kassasiya şikayətində göstərilənlərə uyğun olaraq izahat verdi. Cavabdeh1 vəki li Vəkil2 və Cavabdeh2 vəkili Vəkil3 məhkəmə iclasında kassasiya şikayətinin dəlilləri ilə razılaşmayıb izahatlarında iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Mülki Məcəllənin 140-cı maddəsinə əsasən, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəni nkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Həmin Məcəllənin 149.2-ci maddəsində göstərilir ki, əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Həmin Məcəllənin 178.1-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Həmin Məc əllənin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqdin etibarlı olması üçün Mülki Məcəllə ilə müəyyənləşdirilmiş formaya riayət edilməsi zəruridir. Bu məcəllədə göstərilmiş hallarda əqdlərin notariat qaydasında təsdiqlənməsi məcburidir. Daşınmaz əşyaların (o cümlədən yaşayış mənzilinin) alqı-satqısı haqqında müqavilə yazılı formada bağlandıqda və notariat qaydasında təsdiqləndikdə etibarlı sayılır. Əqdin notariat qaydasında təsdiqlənməsi Mülki Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir. Əqdi n notarial təsdiqlənməsi qaydası notariat haqqında qanunla müəyyənləşdirilir (Mülki Məcəllənin 329.1, 334.1, 334.2, 334.3.1 və 647.1-ci maddələri). Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla, bu Məcəllənin tələblərinə uyğun gəlməyən və ya onunla müəyyənləşdirilmiş qaydaları və qadağanları pozan əqd, habelə hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəfə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqd etibarsız sayıla bilər (Mülki Məcəllənin 337.1, 338 və 339-cu maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. H əmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi). Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apllyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416-cı maddəsi). Kassasiya baxışı nın hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apllyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. İddiaçının kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş olunduğundan, qətnamənin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın təmin edilməsi üçün əsasların olduğunu göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tə rəfindən müəyyən edilmiş hallarına görə, “Kaskad” firması 04 oktyabr 1994-cü il tarixdə dövlət qeydiyyatına alınıb. 11 dekabr 2013-cü il tarixli Çıxarışa əsasən ünvan 2 ünvanda, dövlətin istifadəsində olan 0,02275 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 149,7 kv.metr olan qeyri-yaşayış binası “Kaskad” firmasının mülkiyyətində olub. 02 iyul 2016-cı il tarixli notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsinə əsasən “Kaskad” firmasının təsisçisi Cavabdeh1 sözügedən qeyri-yaşayış binasını 50.000 manata Cavabdeh2 satıb. 01 iyul 2016-cı il tarixli ərizəyə əsasən Cavabdeh1 arvadı Olqa Qasımova qeyri-yaşayış binasının Cavabdeh2 satılmasına yazılı razılıq verib. 01 iyul 2016-cı il tarixli kassa mədaxil orderinə əsasən Cavabdeh2 50.000 manat pul vəsaitini notariusun depozit hesabına köçürü b. Apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb, iddiaçının kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərini araşdırıb qeyd etmişdir ki, sözügedən alqı-satqı müqaviləsinin etibarsız sayılması üçün iddiaçı iddia ərizəsində iki dəlilə istinad edib. Birincisi, qeyri-yaşayış binası dəyərindən dəfələrlə ucuz qiymətə satılıb; ikincisi, həmin qeyri-yaşayış binasına dair alqı-satqı müqaviləsi bağlanarkən notariusa təqdim edilən reyestrdən Çıxarış qüvvədə olmayıb. Apellyasiya instansiyası məhkəməsi, iddiaçının birinci dəlili ilə bağlı qeyd etmişdir ki, mübahisəli qeyri-yaşayış binasının dəyərindən aşağı qiymətə satılması alqı-satqı müqaviləsinin etibarsız sayılmasına əsas ola bilməz. Belə ki, M ülki Məcəllədə əqdin etibarsızlığına səbəb olan hallar müəyyən edilib, lakin həmin halların sırasında qiymətlə bağlı hal nəzərdə tutulmayıb. Qiymətlə bağlı qayda Mülki Məcəllənin 398-ci maddəsinə müəyyən edilib: qiymət müqavilə azadlığına uyğun olaraq tərəflərin razılaşması ilə müəyyən olunur. Apellyasiya instansiyası məhkəməsi, eyni zamanda iddiaçının ikinci dəlili ilə bağlı qeyd etmişdir ki, mübahisəli qeyri-yaşayış binasına dair alqı-satqı müqaviləsi bağlanarkən notariusa təqdim edilən, həmin qeyri-yaşayış binasına mülkiyyət hüququnu təsdiq edən sənədin (reyestrdən Çıxarışın) qüvvədə olub-olumamasının hazırki mübahisənin düzgün həlli üçün heç bir əhəmiyyəti yoxdur. Belə ki, alqı-satqı müqaviləsi üzrə satılan qeyri-yaşayış binası hüquqi şəxsin, yəni “Kaskad” firmasının mülkiyyətində olub, həmin müqavilənin tərəfi (satıcı) “Kaskad” firması olub və Cavabdeh1 həmin firmanın qanuni nümayəndəsi (hüquqi şəxsin təsisçisi) kimi alqı-satqı müqaviləsini bağlayıb. Əvvəlki, reyestr Çıxarışı (qüvvədən düşmüş) və yeni reyestr Çıxarışı (qüvvədə olan) mahiyyətcə eyni sənəddir. Yəni hər iki reyestr Çıxarışı eyni şəxsin, yəni “Kaskad” firmasının eyni əmlakı, yəni ünvan 3 ünvanda yerləşən qeyriyaşayış binasının üzərində eyni hüququnu- mülkiyyət hüququnu təsdiq edir. Bundan başqa, iddiaçı, iddia ərizəsində qeyd etmişdir ki, “Kaskad” firması onun mülkiyyətindədir və Cavabdeh1 onun mülkiyyətində olan “Kaskad” firmasının əmlakını ondan xəbərsiz satıb. Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və iddiaçının kassasi ya şikayətində göstərdiyi alqı-satqı müqaviləsinin etibarsızlığı ilə bağlı dəlilini əsassız hesab edib belə qənaətə gəlir ki, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilir. Həmçinin əqdlərin etibarlı olması üçün qanunda nəzərdə tutulmuş dörd qrup şərtin (tələbin) olması zəruridir: əqdin subyektiv tərkibinə aid edilən şərt; əqdin məzmununa aid edilən şərt; əqddə iradə və iradəni if adə etmənin vəhdətinə aid edilən şərt; əqdin formasına aid edilən şərt. Bu şərtlərin hamısı olduqda, müvafiq əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri hüquqi nəticələr doğurur. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur. Əqdin etibarsızlığı dedikdə, tərəflərin əqd bağladıqları zaman arzu etdikləri hüquqi nəticənin baş verməməsi və əmələ gəlməməsi başa düşülür. Bu halda əqd kimi həyata keçirilən hərəkətlər hüquqi nəticə doğurmaq qabiliyyətinə malik olan hüquqi fakt kimi çıxış edə bilmir. Başqa sözlə, əqdin etibarsızlığı əqdin etibarlı olması şərtlərinin pozulmasından asılıdır. Bu şərtlərdən birinə riayət edilməməsi etibarsız əqdlərin əmələ gəlməsinə səbəb olur. E tibarsız əqdlər tərəflərin arzu etdikləri hüquqi nəticəyə səbəb olmur. Onlar qanunda nəzərdə tutulan mənfi nəticələrin yaranmasına səbəb olur. Etibarsız əqdlər hüquqa zidd, qeyri-hüquqi hərəkətdir. Etibarsız əqdlər elə hüquqa zidd hərəkətlərdir ki, bu hərəkətlər əqdin etibarlı olması şərtlərindən, heç olmazsa, birinə uyğun gəlmədiyinə görə arzu edilən hüquqi nəticəyə səbəb olmur. Bu cür əqdlər mülki hüquq və vəzifələrin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitam olunması ilə nəticələnmir (Mülki Məcəllənin 329.1, 334.1, 334.2, 334.3.1 və 647.1-ci maddələri). Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla, bu Məcəllənin tələblərinə uyğun gəlməyən və ya onunla müəyyənləşdirilmiş qaydaları və qadağanları pozan əqd, habelə hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, h ədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəfə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqd etibarsız sayıla bilər (Mülki Məcəllənin 337.1, 338 və 339-cu maddələri). Daha sonra, apellyasiya instansiyası məhkəməsi, sadalanan maddələrin tələbləri baxımından iddia tələblərini əsassız sayıb qeyd etmişdir ki, mülki qanunvericiliyin tələblərinə görə, hüquqi şəxs heç kimin mülkiyyətində ola bilməz. Hüquqi şəxs subyektdir, subyekt mülkiyyətdə olmur, özü mülkiyyətçi olur. Belə olan halda “Kaskad” firmasının adından sözügedən alqı-satqı müqaviləsini onun qanuni nümayəndəsi (təsisçisi) kimi Cavabdeh1 bağlayıb. Həmin vaxt məhz Cavabdeh1 adı hüquqi şəxs “Kaskad” firmasının dövlət reyestrində qanuni təmsilçi kimi qeyd olunub, lakin bu qeydə əsa s olan hal faktiki olaraq aradan qalxıb. Buna baxmayaraq alqı-satqı müqaviləsi etibarsız sayıla bilməz. Belə ki, sözügedən qeyri-yaşayış binasını alqı-satqı müqaviləsi ilə əldə edən şəxs (alıcı) Cavabdeh2 və həmin müqaviləni təsdiq edən şəxs (notarius) məhz reyestr məlumatının həqiqiliyinə inanıb və etibar edib. Mülki Məcəllənin 140-cı maddəsinə əsasən, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Həmin Məcəllənin 149.2-ci maddəsində göstərili r ki, əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Həmin Məcəllənin 178.1-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Eyni zamanda, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 9.3-cü maddəsinə əsasən, hüquqi şəxslərin dövlət reyestrində qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi yalnız dövlət qeydiyyatına alındıqdan sonra qüvvəyə minir. Nə qədər ki, yeni qanuni t əmsilçi barədə məlumat qeyd alınmayıb, bu o deməkdir ki, əvvəlki qanuni təmsilçilik qüvvədədir. Hazırda “Kaskad” firmasının qanuni təmsilçisi iddiaçıdır. Əgər Cavabdeh1, yəni firmanın əvvəlki qanuni təmsilçisi təmsilçilik funksiyasını lazımi qayada yerinə yetirməyibsə (hüquqi şəxsin əmlakını dəyərindən aşağı qiymətə satıbsa, müqavilə üzrə əldə etdiyi pulu hüquqi şəxsin hesabına köçürməyibsə və s.), bunun nəticəsində “Kaskad” firmasına zərər vurulubsa, firma zərərin əvəzinin ödənilməsi üçün Cavabdeh1 qarşı iddia qaldıra bilər. Mülki Məcəllənin 49.3-cü maddəsinə əsasən, “hüquqi şəxs adından çıxış edən şəxs, o cümlədən hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxs təmsil etdiyi hüquqi şəxsin mənafeləri üçün vəzifələrini yerinə y etirərkən vicdanla, peşəkar qaydada və məntiqlə hərəkət etmək, hüquqi şəxsin və onun bütün iştirakçılarının maraqlarına sadiq olmaq və hüquqi şəxsin maraqlarını öz maraqlarından üstün tutmaq, ehtiyatlı olmaq, habelə qərarların qəbulu zamanı ədalətli və qərəzsiz olmağa borcludur. Həmin şəxs, bu vəzifələrin hüquqi şəxsin maraqlarına uyğun olaraq yerinə yetirilməsi üçün məsuliyyət daşıyır. Hüquqi şəxsin nizamnamə kapitalında ən azı 5 faiz paya (səhmə) malik olan iştirakçısının (iştirakçılarının) tələbi ilə o, vəzifələrini pozduğu halda, pozuntu nəticəsində hüquqi şəxsə dəymiş zərərin əvəzini ödəməlidir”. Kassasiya instansiyası məhkəməsi yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, iddiaçının kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin digər dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün, həmin dəlilləri təkrar araşdırmağa lüzum görmür. Ona görə də iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 02 iyul 2021-ci il tarixli, 2(103)-6080/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-174/2022
Ali Məhkəmə Qərar — İş №2(102)-174/2022
01.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver