Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1740/2019 06.03.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və X1 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10.10.2018-ci il tarixli 2(103)10904/2018 saylı qətnaməsindən Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamenti tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 18 iyul 2018-ci il tarixli qətnaməsi ilə (hakim R.N.Quliyev, iş № 2(005)-3861/2018) Azərbayc an Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin ərizəsi təmin edilərək “xxxx” MMC-nin dövlət büdcəsinə olan 2.393.060,73 manat məbləğində vergi borcunun ödənilməsini təmin etmək üçün onun icra orqanının rəhbəri olan Maraqlı şəxs ölkədən getmək hüququnun “xxxx” MMC-nin vergi öhdəliyinin tam yerinə yetirilənədək məhdudlaşdırılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər: A.Q.Hüseynov, X.A.Cəmilova və İ.K.Xəlilov) Maraqlı şəxs apellyasiya şikayəti təmin edilərək Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 18 iyul 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş və Bakı şəhəri Lokal Gəlirlər Departamentinin ərizəsinin təmin olunmamasına dair qətnamə qəbul edilmişdir. İşin halları: “xxxx” M MC 08 iyun 2007-ci il tarixdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmaqla onun icra orqanının rəhbəri Maraqlı şəxsdur. MMC-nin öz vergi öhdəliklərini müəyyən edilmiş müddətdə yerinə yetirməməsi səbəbindən cəmi 2.393.060,73 manat məbləğində vergi borcunun yaranmasını əsas göstərməklə Bakı şəhəri Lokal Gəlirlər Departamenti MMC-nin icra orqanının rəhbəri Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair qətnamə qəbul edilməsi üçün ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamenti kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin ərizəni rə dd edərkən Maraqlı şəxs məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə 04 oktyabr 2010-cu il tarixdən işdən azad edilməsinin müəyyən olunmasına baxmayaraq faktiki olaraq həmin vəzifəni icra etməklə MMC-nin sənədlərini imzalamasını əsas göstərməklə qətnamənin ləğv edilməsini və Azərbaycan Respublikası MPM-nin 355-5.1-ci maddəsinin tələbinə müvafiq olaraq ərizənin təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında ərizəçinin nümayəndəsi və vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq maraqlı şəxs məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi məsələ lər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti qismən təmin olunmalı, qətnamə ləğv edilərək iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair Lokal Gəlirlər Departamentinin ərizəsini rədd edərkən Bakı şəhəri Nizami rayon məhkəməsinin qanuni qüvvəyə minmiş 26 yanvar 2018ci il tarixli qətnaməsi ilə Maraqlı şəxs 04 oktyabr 2010-cu il tarixdən “xxxx” M MC-nin direktoru vəzifəsindən azad olunması və həmin tarixdən əmək müqaviləsinə xitam verilməsinə dair əmrin, əmək kitabçasının və son haqq-hesabın ona verilməsi barədə cavabdeh “xxxx” MMC-nin üzərinə vəzifə qoyulmasına istinad etmişdir. Kollegiya hesab edir ki, məhkəmə həmin nəticəyə səthi yoxlanılmış və qiymətləndirilmiş sübutlar əsasında gəldiyindən qətnamə qanuni sayıla bilməz. İş materiallarından görünür ki, Maraqlı şəxs 2018-ci ilin yanvar ayında iddia ərizəsi ilə Nizami rayon məhkəməsinə müraciət edərək 04 oktyabr 2010-cu il tarixdən “xxxx” MMC-nin direktoru vəzifəsindən azad olunması və həmin tarixdən onunla əmək müqaviləsinə xitam verilməsinə dair əmrin, əmək kitabçasının və son haqq-hesabın ona verilməsi barədə cavabdeh “xxxx” MMC-nin üzərinə vəzifə qoyulmasını xahiş etmiş və məh kəmənin 26 yanvar 2018-ci il tarixli qətnaməsi ilə iddia təmin olunmuşdur. Apellyasiya instansiyası məhkəməsi həmin qətnaməyə əsaslanaraq Departamentin ərizəsini rədd edərkən nəzərə almamışdır ki, həmin qətnamənin mövcudluğu hazırkı iş üzrə mübahisənin həlli üçün preyudisial əhəmiyyətə malik olmamışdır. Departamentin məhkəməyə təqdim etdiyi MMC-nin şəxsi hesab vərəqəsindən görünür ki, iddia olunan vergi borcu 2008-ci ilin fevral ayından 2018-ci ilin may ayına kimi yaranmışdır. Maraqlı şəxs isə müəyyən olunduğu kimi 2010-cu ildən faktiki olaraq işdən azad olunması barədə qətnamə qəbul edilməsi üçün məhkəməyə təxminən 8 il sonra müraciət etmişdir. Müəyyən olunduğu kimi Departament 16.11.2017-ci il tarixdə MMC-yə vergi borcunun ödənilməsi təklifi ilə bildiriş göndərmiş, Maraqlı şəxs isə bunda n sonra işdən azad olunması tələbi ilə məhkəməyə müraciət etmişdir. Belə olan vəziyyətdə Maraqlı şəxs işdən azad olunmasının, əmək kitabçasının ona verilməməsinin səbəbləri araşdırılmalı, bu məqsədlə MMC işə cəlb olunmalı, Maraqlı şəxs direktor kimi vəzifədən kənarlaşdırılmasının həqiqiliyi yoxlanılmalı, direktorun fəaliyyətinə dair həmin dövr üçün tərtib olunmuş sənədlər tələb edilməli olduğu halda həmin hərəkətlərin heç biri edilməmiş, 2010-cu ildən sonra MMC-nin direktoru vəzifəsinin kimə həvalə olunması və bunu təsdiq edən sənədlər, o cümlədən əmək haqqının hesablanmasına və verilməsinə dair mühasibat sənədləri tələb edilməmişdir. Eləcə də işin həqiqi hallarının müəyyən olunması məqsədi ilə müəssisənin təsis sənədləri və mülkiyyət hüququnu təsdiq edən sənədlər tələb edilməmiş, həmin sənədlərdə müəssisənin qanuni təmsilçisinin kim olması və qanuni təmsilçinin işdən çıxarılmasının qanuni qaydası araşdırılmamışdır. İşin yuxarıda göstərilən yoxlanılmamış halları mübahisənin qanuni və obyektiv həlli üçün mühüm əhəmiyyət kəsb etdiyindən və həmin hallar araşdırılmadan iş üzrə konkret nəticəyə gəlmək mümkün olmadığından, kollegiya hesab edir ki, qətnamə Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinin tələblərinə müvafiq olaraq ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan 10 oktyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilsin. İş ye nidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1740/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-1740/2019
06.03.2019 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver