Məhkəmə qərarları › İş №2(102)-1741/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-1741/2021

09.03.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1741/2021 09.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Ərizəçi İddiaçı Maraqlı şəxs DSMF-nin İmişli rayon şöbəsinə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-****/21 (Açar sözlər: iş stajının müəyyən olunması) Bakı şəhəri, xx xxxx 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, Ərizəçi İddiaçı, vəkili Vəkil1 və Maraqlı şəxs1 vəkili Vəkil2 iştirakları ilə, Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-****/2020 nömrəli iş üzrə xx xxxxxxxx 2020-ci il t arixli qətnaməsindən Maraqlı şəxs1 tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə xx xxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Ərizəçi İddiaçı Maraqlı şəxs DSMF-nin İmişli rayon şöbəsinə qarşı iş üzrəqarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, onun 1979-1980 və 1982-1983-cü illərdə İmişli rayonunun ****** adına kolxozunda işləməsi, yəni sosial sığorta stajı olması faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat Ərizə onunla əsaslandırılmışdır ki, o, xx.xx.1961-ci ildə İmişli rayonu Rəsullu kəndində anadan olmuş və orta məktəbi bitirdikdən sonra 19 79-1980-cı və 1982-1983-cü illlərdə İmişli rayonunun M.Qasımov kolxozunda sıravi kolxozçu qismində işləmişdir. Lakin işlədiyi təsərrüfatlarda adına əmək kitabçası açılmamış və kolxozun həmin illərə dair maliyyə sənədlərinin arxivə təhvil verilməməsi səbəbindən iş illəri barədə sənəd ala bilmədiyindən pensiya hüququ məhdudlaşmışdır. Ona görə də, İmişli rayonunun ****** kolxozunda 1979-1980-cu və 1982-1983-cü üzrə əmək fəaliyyəti müddətinin əmək pensiyası təyin edilməsi üçün onun ümumi iş stajına daxil edilməsi faktının müəyyən edilməsi barədə ərizə vermişdir. İmişli Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) xx xxxxxx 2020-ci il tarixli, 2(036)-****/2020 saylı qətnaməsi ilə (hakim Ülvi Qənbərov) ərizə qismən təmin edilərək, ərizəçi İddiaçı İmişli rayonunun ****** kolxo zunda xx.xx.1979-xx.xx.1980-ci və xx.xx.1982xx.xx.1983-cü illər üzrə əmək fəaliyyəti müddətinin onun əmək pensiyası təyin edilməsi üçün ümumi iş stajına daxil edilməsi faktının müəyyən edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, məsələ xx xxxxxx 2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” AR Qanununun müddəaları tətbiq edilməklə həll edilməli və ərizə qismən təmin edilməlidir. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni xx xxxxxx 2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” AR Qanununun 67, 69-cu və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217 və 307.1-ci maddələri ilə əsaslandırmışdır. Maraqlı şəxs1 birinci instansiya məhkəməsinin qətnaməsindən apelyasiya şikayəti ve rərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Şirvan Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – İsmayıl Əhmədov - sədrlik edən və məruzəçi, Etibar Camalov, Rafiq Cəfərov) xx xxxxxxxx 2020-ci il tarixli, 2(106)-****/2020 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməyərək, İmişli Rayon Məhkəməsinin 2(036)******/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanması qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bu da Azərbaycan R espublikasının MPM-nin 384.0.1-ci maddəsinə görə məhkəmənin qətnaməsinin dəyişilmədən saxlanması üçün əsasdır. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Maraqlı şəxs1 (vəkili Vəkil2) kasasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək ərizənin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə mötəbər sübutlar olduğu halda yalnız ərizəçinin müəyyən müddətdə müvafiq Kolxozda işləməsi faktını təsdiq edə bilərdi. Əmək fəaliyyəti müddətinin əmək pensiyası təyin edilməsi üçün ümumi iş stajına daxil edilməsi faktını təsdiqləyərək birinci instansiya məhkəməsi dolayısı ilə inzibati orqanın üzərinə öhdəlik qoymaqla, səlahiyyətlərindən kənara çıxmışdır. Buna baxmayaraq birinci instansiya məhkəməsi ərizəçinin ərizəsini təmin etmiş, qanunun tələblərini nəzərə almadan qətnamə qəbul etmiş, apelyasiya məhkəməsi isə həmin qətnaməni qüvvədə saxlamışdır. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310-cu maddəsinə əsasən, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Göründüyü kimi, apelyasiya instans iya məhkəməsi bu halları araşdırmamış, birinci instansiya məhkəməsinin qətnaməsini təsdiqləməklə kifayətlənmiş, bununla da maddi və prosessual hüquq normalarını pozmuşdur. Bundan əlavə, məhkəmə ərizəçi tərəfindən təqdim olunmuş məhz 4 şahidin ifadəsinə əsaslanaraq, ərizəçinin xx.xx.1979-xx.xx.1980-ci il və xx.xx.1982- xx.xx.1983-cü il tarixədək olan müddətə İmişli rayonu ****** Kolxozunda işləməsi faktını müəyyən etsə də, iş materialında şahidlərin heç birinin özlərinin göstərilən müddətlərdə İmişli rayonu, ****** Kolxozunda işləmələrini təsdiq edən heç bir sübut yoxdur. Apellyasiya məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən qeyd edilən faktiki hala ümumiyyətlə əhəmiyyət verməmişdir. Belə olan halda həmin şahidlərin ifadələri mötəbər sübut kimi qəbul edilə bilməz. 2006-cı ilədək qüvvədə o lmuş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.11,1992-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 17-ci bəndinə əsasən iş stajı barədə sənədlər olmadıqda və idarə, təşkilat və müəssisənin tam ləğvi ilə əlaqədar olaraq, yaxud həmin əsasnamənin 16-cı bəndində göstərilən səbəblərdən başqa digər səbəblər üzündən arxiv sənədlərinin saxlanılmaması nəticəsində onları almaq mümkün olmadıqda, pensiya təyin edilməsi üçün çatışmayan iş stajı ərizəçini bir idarə, müəssisə, təşkilat, kolxoz və ya sistemdə birgə işdən tanıyan və ərizəçinin işini təsdiq etdikləri müddətdə özlərinin işləmələri barədə sənədləri olan iki nəfərdən az olmayaraq şahidlərin ifadələrinə əsasən müəyyən edilir. Normativ sənədin də məzmunundan gö ründüyü kimi şahidlər ərizəçini birgə işdən tanımalı (eyni dövrdə işləməli) və ərizəçidən fərqli olaraq, iddia olunan müddətlər ərzində özlərinin (şahidlərin) işləmələri barədə sənədləri olmalıdır. Bu müddəa Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Qərarında da öz əksini tapmışdır (xx xxxxx 2019cu il, 03 saylı Qərar). Həmin Qərarın 13.4-cü bəndinə görə, əmək stajı məhkəmə qaydasında müəyyən edilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əsasən yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olub-olmamasına, ifadə verən şahidlərin əri zəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (məsələn, əmək kitabçası ilə) təsdiq edilib-edilməməsinə xüsusi diqqət yetirilməlidir. Hazırki iş üzrə məhkəməyə şahid qismində dəvət olunmuş şəxslərin verdikləri ifadələr heç bir mötəbər sənədə və sübuta əsaslanmamış, bu da qanunvericiliyin tələblərinin birbaşa pozulması ilə nəticələnən qətnamənin qəbul edilməsinə səbəb olmuşdur. Qeyd edilən işin faktiki halları Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 62-ci, 80-ci və 106-cı maddələrinin və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli Qərarının 13.1-ci, 13.2,13.3 və 13.4-cü bəndlərinin tələblərinə ziddir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iş tirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs1 vəkili Vəki2l kasasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən ərizəçi İddiaçı və vəkili Vəkil1 kasasiya şikayətinə etiraz edərək, məhkəmədən şikayətin təmin edilməməsini xahiş etdilər. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 407.2. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermi r. Maddə

416. Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kasasiya şikayətində qətnamə iş üzrə maraqlı şəxs tərəfindən tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kasasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə kasasiya şikayəti qismən təmin edilməli, Şirvan Apellyasiya Məhkəməsi Mülki kolegiyasının xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilməli və mülki iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Belə ki, kasasiya yoxlaması həyata keçirilərkən müəyyən edilmişdir ki, iş üzrə şahid qismində dindirilmiş X1, X3 və X2 əmək kitabçalarının surətləri iş materiallarına əlavə edilmiş, həmin əmək kitabçalarının surətindən də g örünür ki, qeyd edilən şahidlər ərizəçi ilə eyni dövrdə ****** kolxozunda işləmişlər və onların işləmə dövrü özlərinə məxsus əmək kitabçasında öz əksini tapmışdır. İşə mahiyyəti üzrə baxmış aşağı instansiya məhkəmələri isə şahidlərin həmin dövrdə ərizəçi ilə bir zamanda işləyib əmək kitabçaları əldə edə bildikləri halda, ərizəçinin həmin dövrdə əmək kitabçasının olub-olmadığı barədə hər hansı araşdırma aparmamışlar və yalnız İmişli Rayon Dövlət Arxivi tərəfindən ərizəçiyə verilmiş xx.xx.2019-cu il tarixli sorğuya cavaba və ərizəçinin nümayəndəsinin ərizəçinin adına əmək kitabçası açılmamasına istinad etməklə kifayətlənmişlər. Əlavə olaraq qeyd edilməlidir ki, ərizəçiyə işlədiyi müəssisədə əmək kitabçası verildiyi halda isə hazırkı iş üzrə icraatın aparılmasına zərurət aradan qalxır. Azərba ycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli ***** nömrəli qərarının 13.2-ci bəndinə əsasən, əmək stajını təsdiq edən sənədlər ( əmək kitabçası, əmək stajını təsdiq edən arxiv arayışı, müəssisənin verdiyi arayış və s.) mövcuddursa, bu halda hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər istisna edildiyindən əmək stajının məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Qeyd edilməlidir ki, ərizəçi də şahid qismində dindirilmiş şəxslərlə eyni dövrdə adıçəkilən kolxozda işlədiyi kimi, o da həmin şahidlər kimi əmək kitabçası əldə etmək imkanına malik olmuşdur. Ərizəçi isə onun adına əmək kitabçasının açılmamasını yalnız sözlə ifadə etmiş, onun adına əmək kitabçasının açılmamasının səbəbini nə sözlə, nə də hər hansı sübutla əsaslandıra bilm əmişdir. Belə olan halda onun adına əmək kitabçasının açılmaması isə inandırıcı görünmür. Bu isə yalnız şahid ifadələrinə istinadən ərizənin təmin edilməsinə əsas verə bilməz. Azərbaycan Respublikası MPM-nin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd edilən normanın tələbindən də aydın olur ki, işə mahiyyəti üzrə baxan məhkəmələr qətnamə qəbul edərkən işin həqiqi halları ilə qətnaməni əsaslandırmalıdırlar. Lakin işə mahiyyəti üzrə baxmış apelyasiya instansiyası məhkəməsi işin həqiqi halını, yəni şahidlərin adına əmək kitabçası açıldığı halda, onlarla eyni dövrdə işləmiş ərizəçinin adına əmək kitabçasının açılmamasının səbəbi barədə hər hansı sübuta istinad etməməsini nəzərə almamışdır. Az ərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə uyğun olaraq qeyd edilməlidir ki, ərizəçinin adıçəkilən kolxozda və iddia etdiyi müddətdə işləməsi faktını sübutetmə yükü ərizəçinin üzərinə düşür. Beləliklə, işdən görünür ki, apelyasiya kollegiyası işin hallarını tam, hərtərəfli, tərəflər arasında mövcud olmuş münasibətlərə uyğun araşdırmamış, ədalət mühakiməsini faktlar əsasında həyata keçirməmiş, işin hallarına və işdə olan sübutlara düzgün hüquqi qiymət verməmiş, sübutların müqayisəli tədqiqatını həyata keçirməmiş, ədalətli məhkəmə araşdırmasının ədalətliliyi ilə bağlı təməl prinsipləri pozmuşdur. Azərbaycan Respublikasının MPM-nin ədalət mühakiməsi çəkiş mə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Kasasiya kollegiyası həmçinin hesab edir ki, prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı h üquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar düzgün qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-in 417.1.3-cü maddəsinə əsasən kasasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apelyasiya instansiyası məhkəməsinə göndərə bilər. Azərbaycan Respublikası MPM-in 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apelyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası MPM-in 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi ü çün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan normaların tələblərini nəzərə alaraq kasasiya kollegiyası hesab edir ki, apelyasiya kollegiyası işə mahiyyəti üzrə baxmağa səlahiyyətli məhkəmə olduğundan, yuxarıda göstərilmiş halların tam, hərtərəfli və düzgün araşdırılması və məhkəmə araşdırmasının ədalətliliyinin təmin edilməsi məqsədilə kasasiya şikayəti qismən təmin edilməli, iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(106)-****/2020 nömrəli qətnaməsi ləğv edilməli və iş yeni apelyasiya baxışına qaytarılmalı, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından dü zgün hüquqi qiymət verməlidir. Azərbaycan Respublikası MPM-in 420-ci maddəsinə əsasən kasasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Marqlı şəxs İmişli rayon DSMF şöbəsi tərəfindən verilmiş kasasiya şikayəti qismən təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-****/2020 nömrəli iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilərək mülki iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar