Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1741/2022 19.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı1 cavabdehlər X9 və Cavabdeh3 qarşı və İddiaçı3 Cavabdeh1 (İddiaçı1 üçüncü şəxs qismində cəlb edilməklə) qarşı iş üzrə QƏRARİ Açar sözlər: sübutlara MPM-in 88-ci maddəsinin tələblərinə riayət etməklə hüquqi qiymət verilməməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, İddiaçı1 cavabdehlər X9 və Cavabdeh3 qarşı “cavabdehlərin mülkiyyətində olan evdən və torpaq sahəsindən çıxarılması” tələbinə dair və İddiaçı3 Cavabdeh1 (İddiaçı1 üçünc ü şəxs qismində cəlb edilməklə) qarşı evdən çıxarılma” tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-363/2021 nömrəli iş üzrə 26 oktyabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı3 tərəfindən verilmiş kassasiya şikayətlərinə dair işə 19 aprel 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı1 cavabdehlər X9 və X11 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 Xidil qızının, əri Cavabdeh3 və onların ailəsinin X kəndində onun mülkiyyətində olan iki otaqlı yaşayış evindən və həyətyanı torpaq sahəsindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı3 X7 (İddiaçı1 üçüncü şəxs qismində cəlb edilməklə) qarşı iddia ərizəsi ilə məh kəməyə müraciət edərək JN-358A, KOD:61006018 olan şəhadətnamə və 7 saylı Daşınmaz Əmlakın verdiyi çıxarışla Bərdə rayon Yeni Əyricə kəndinə verilmiş 0.22 ha torpaq sahəsində inşa etdirdiyi mənzildən X8 çıxarılmasına və 3-cü tərəfin qanunsuz müdaxiləsinə və ona məxsus sözügedən evə, həyətə köçürülməsinin qadağan edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İşin mübahisələndirilməyən hallarından görünür ki, Bərdə rayonu Yeni Əyricə kəndində yerləşən mübahisəli torpaq sahəsində iki fərdi yaşayış evi mövcuddur və cavabdeh X9 əri Cavabdeh3 ilə birlikdə həmin sahədə olan evlərdən birində yaşayır.
4. Həmçinin o da mübahisə edilmir ki, hazırkı icraatdan əvvəl tərəflər arasında məhkəmə mübahisələri olmuş və Bərdə Rayon Məhkəməsinin 22.10.2007-ci il tarixli, 2761/07 saylı qətnaməsi il ə X9 və qeydlərinin cavabdeh İddiaçı1 qarşı “miras qalmış evə görə cavabdehin adına verilmiş qeydiyyat vəsiqəsinin etibarsız hesab edilməsi, miras əmlakın vərəsələr arasında bölünməsi, paylarına düşən hissəyə mülkiyyət hüququnun tanınması”na dair iddia əsassız olduğundan təmin edilməmişdir.
5. Bundan başqa Bərdə Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 27.02.2007-ci il tarixli, 2-217-2007 saylı qətnaməsi ilə iddia təmin edilmiş, İddiaçı1 ailə üzvləri (arvadı və uşaqları) ilə birlikdə mülkiyyətində olan Bərdə rayonu Yeni Əyricə kəndində yerləşən iki otaqlı mənzilə köçürülməsi qət edilmişdir.
6. Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X4 və Mülkiyyət Hüquqlarının Qeydiyyat idarəsi tərəfindən verilmiş 713 saylı qeydiyyat vəsiqəsindən görünür ki, Bərdə rayonu Yeni Əy ricə kəndində yerləşən iki otaqlı, 36.36 m2 yaşayış sahəsi, 11.04 m2 yardımçı sahəsi, 46.40 m2 ümumi sahəsi olan fərdi yaşayış evi İddiaçı1 adına qeydə alınmışdır. 7. “Torpağın mülkiyyətə verilməsinə dair” JN-358A, KOD 61006018 saylı Şəhadətnamənin surətindən görünür ki, Bərdə rayonu Aqrar İslahat Komissiyasının 25.0.1998-ci il tarixli, 10 saylı qərarına əsasən, Bərdə rayonu Yeni Əyricə kəndində yerləşən 0.22 ha torpaq sahəsi X10 və İddiaçı3 mülkiyyətinə verilmişdir.
8. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 19.02.2019-cu il tarixli Çıxarışın surətindən görünür ki, Bərdə rayonu Yeni Əyricə kəndində 0.22 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 48.4 m2 olan fərdi yaşayış evi İddiaçı3 mülkiyyətindədir.
9. Azərbaycan Respublikası Əmlak Məsələri Döv lət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən İddiaçı3 adına verilmiş, 15.02.2019-cu il tarixdə tərtib edilmiş 21169 inventar nömrəli fərdi yaşayış evinin texniki pasportunun surətindən görünür ki, torpaq sahəsinin planına əsasən həmin sahədə birinin sahəsi 80 m2, digərinin sahəsi 126 m2 olan iki yaşayış evi mövcuddur.
10. Azərbaycan Respublikası Əmlak Məsələri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən verilmiş 15.08.2019-cu il tarixli arayışdan görünür ki, mübahisələndirilən yaşayış evi iki müxtəlif sənədlə həm iddiaçı, həm də cavabdehin, yəni məhkəmə məktubuna əlavə edilmiş 713 nömrəli qeydiyyat vəsiqəsində İddiaçı1 adına, həm də cavabdehin baxış zamanı təqdim etdiyi “Hüquqların dövlət qeydiyyatı haqqında” daşınmaz əmlakın Dövlət reyestrində **********9-10301 reyestr nömrəsi ilə qeydiyyata alınmış Çıxarış və Texniki pasportla cavabdeh İddiaçı3 adına qeydiyyata alındığından mütəxəssis rəyinin verilməsi mümkün olmamışdır.
11. Azərbaycan Respublikası Əmlak Məsələri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən 29.01.2020-ci il tarixli, **********27 saylı məktubla verilmiş rəydən görünür ki, İddiaçı1 adına olan 713 nömrəli qeydiyyat vəsiqəsində göstərilən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi İddiaçı3 məxsus JN-358A, KOD 61006018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə göstərilən torpaq sahəsi ilə üst-üstə düşür.
12. İddiaçı1 bildirir ki, Bərdə rayon 3 saylı DNK-dan götürülmüş 19-127 sa ylı reyestrdə qeydə alınmış 25.03.1993-cü il tarixli notariat işindən görünür ki, Bərdə rayonunun Yeni Əyricə kəndindəki bir mərtəbəli, iki otaqlı, 36.36 m2 yaşayış sahəsi, 11.04 m2 yardımçı sahəsi, 46.40 m2 ümumi sahəsi olan ev Bərdə rayonlararası Texniki İnventar Bürosunun verdiyi 21.01.1993-cü il tarixli, 537 saylı qeydiyyat vəsiqəsinə əsasən, X1nın ayrıca mülkiyyətində olmuş, anası Əqilə Məmmədova evi 25.03.1993-cü il tarixli müqavilə əsasında ona bağışlamışdır. Notariat işində olan Yeni Əyricə kənd icra nümayəndəliyi təfindən verilmiş 25.01.1993-cü il tarixli, 894 saylı arayışdan görünür ki, kolxozun ümumi yığıncağının 03.02.1993-cü il tarixli, 01 saylı protokolundan çıxarışdan görünür ki, X17 tək təsərrüfatçı olmuş, onun təsərrüfatında başqa şəxs olmamışdır. Həmin notariat işində ola n Bakı kolxozunun ümumi yığıncağının 03.02.1993-cü il tarixli, 01 saylı protokolundan çıxarışdan görünür ki, kolxozun ümumi yığıncağı anası Əqilə Məmmədovanın adına olan həyətyanı torpaq sahəsinin onun adına keçirilməsinə razılıq vermişdir. 713 saylı qeydiyyat vəsiqəsindən görünür ki, mübahisəli ev onun xüsusi mülkiyyətində qeydə alınmışdır. X1 16.02.2003-cü ildə vəfat etmişdir. Bacısı Cavabdeh1 Xidil qızı onun mülkiyyətində olan evdə və torpaq sahəsində yaşayır. O isə müvəqqəti olaraq ailəsi ilə birlikdə Samux rayonu Qarayeri qəsəbəsində yaşayır. Orada onun mülkiyyətində yaşayır evi yoxdur. Cavabdehlər Cavabdeh1 Xidil qızı, əri Cavabdeh3 və ailəsi onun mülkiyyətində olan evdə yaşamaqla onu evə buraxmır. Buna görə də o Bərdə rayonu. Yeni Əyricə kəndində yerləşən yaşayış evinə köçürülməsinə dair Bərdə Rayon Məhkəməsində iddia qaldırmışdır. 27.02.2007-ci il tarixdə Bərdə Rayon Məhkəməsi onun iddiasını təmin edərək Bərdə rayonu Yeni Əyricə kəndindəki iki otaqlı mənzilə köçürülməsi barədə qətnamə çıxartmışdır. Hal-hazırkı vaxta qədər cavabdeh bacısı Cavabdeh1 Xidil qızı və əri Cavabdeh3 onun mülkiyyətində olan yaşayış evindən çıxmır. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
13. İddiaçı3 bildirir ki, X9 və İddiaçı1 ona məxsus həyət və evə görə mübahisə aparır, onun şəxsi mülkiyyətindən istifadə etməsinə imkan vermirlər. Belə ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 25.07.1998-ci il tarixli, 10 saylı qərarı ilə 0.22 ha torpaq sahəsi JN-358A nömrəli şəhadətnamə ilə ona və mərhum nənəsi X5 mülkiyyətinə verilmişdir. O, həmin yerə görə Azərbaycan Respubli kası Əmlak Məsələri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsindən texniki pasport və ******* nömrəli çıxarış almışdır. X2 və İddiaçı1 iddia edirlər ki, guya sözügedən 0.22 ha həyətyanı torpaq və orada tikdirdiyi ev onlara məxsusdur. Bu tamamilə yalandır və ondan pul almaq məqsədi güdür. Hal-hazırda Cavabdeh1 ona məxsus evdən və həyətdən çıxarılmasına, İddiaçı1 onun evinə zorla yığışmaq istəməsinin qadağan edilməsinə və X9 və İddiaçı1 tərəfindən həm də mənzilinə qanunsuz müdaxilə mənzilin qanunssuz zəbti kimi qiymətləndirilməlidir.
14. Cavabdeh X9 bildirir ki, həqiqətən əri ilə birlikdə mübahisəli torpaq sahəsi üzərində tikilmiş fərdi yaşayış evlərindən birində yaşayır. Lakin o, uzun müddətdir həmin evdə yaşadığından hər iki iddia rədd e dilməlidir.
15. Cavabdeh3 heç bir üzürlü səbəb göstərmədən işə məhkəmə baxışlarında iştirak etməmiş və işin halları barədə izahat verməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
16. Bərdə Rayon Məhkəməsinin 12.06.2019-cu il tarixli, 2(021)-1038/2019 saylı qərardadı ilə hər iki mülki iş bir icraatda birləşdirilmişdir.
17. Bərdə Rayon Məhkəməsinin 29 yanvar 2020-ci il tarixli, 2(021)-158/2020 saylı qətnaməsi ilə (hakim Ə.Kərimov) İddiaçı1 cavabdehlər Cavabdeh1 Xidil qızı və Cavabdeh3 qarşı “cavabdehlərin mülkiyyətində olan evdən və torpaq sahəsindən çıxarılması” tələbinə dair iddiasının qismən təmin edilməsi, Cavabdeh3 İddiaçı1 məxsus Bərdə rayonu, Yeni Əyricə kəndində yerləşən iki otaqlı, 36.36 m2 yaşayış sahəsi, 11.04 m2 yardımçı sahəsi, 46.40 m 2ümumi sahəsi olan fərdi yaşayış evindən çıxarılması, iddianın qalan hissədə təmin edilməməsi, İddiaçı3 Cavabdeh1 Xidil qızı və üçüncü şəxs İddiaçı1 qarşı “evdən çıxarılma” tələbinə dair iddiasının təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun tərəflərin özlərinə aid edilməsi qət edilmişdir.
18. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, Bərdə rayonu Yeni Əyricə kəndində yerləşən mübahisəli torpaq sahəsində iki fərdi yaşayış evi mövcuddur. Bunlardan biri, ilk İddiaçı1 mülkiyyətində olsa da digəri özbaşına tikili olmaqla hər hansı şəxsin adına qeydiyyata alınmamışdır. Məhkəmə iclasında iştirak edən cavabdeh X9 da əri Cavabdeh3 ilə birlikdə həmin sahədə olan evlərdən birində yaşadığını etiraf etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Bərdə rayonu Ye ni Əyricə kəndində yerləşən iki otaqlı, 36.36 m2 yaşayış sahəsi, 11.04 m2 yardımçı sahəsi, 46.40 m2 ümumi sahəsi olan fərdi yaşayış evi İddiaçı1 mülkiyyətində olduğundan Cavabdeh3 həmin evdən çıxarılmasını tələb etməkdə haqlı olmuşdur.
19. Həmçinin məhkəmə qeyd etmişdir ki, digər cavabdeh X9 İddiaçı1 bacısı olmaqla uzun müddətdir ki, həmin evdə yaşayır. Həmçinin, X6 mülkiyyətində hər hansı fərdi yaşayış evi yoxdur. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh X6 həmin evdən çıxarılması ədalətli və qanunauyğun hesab edilə bilməz.
20. Bundan başqa məhkəmə qeyd etmişdir ki, ilk İddiaçı1 cavabdehlərin eyni zamanda həyətyanı torpaq sahəsindən çıxarılmasını tələb etsə də həmin torpaq sahəsinin öz mülkiyyətində olmasını sübut edə bilməmişdir. Əksinə, iş materiallarında olan “Torpağın mülkiyyət ə verilməsinə dair” JN-358A, KOD 61006018 saylı Şəhadətnamənin surətindən görünür ki, Bərdə rayonu Aqrar İslahat Komissiyasının 25.07.1998-ci il tarixli, 10 saylı qərarına əsasən, Bərdə rayonu Yeni Əyricə kəndində yerləşən 0.22 ha torpaq sahəsi X10 və İddiaçı3 mülkiyyətinə verilmişdir. Göründüyü kimi, Bərdə rayonu Yeni Əyricə kəndində yerləşən mübahisəli 0.22 ha torpaq sahəsi İddiaçı1 deyil, X10 vəfat etdikdən sonra İddiaçı3 mülkiyyətindədir. Odur ki, İddiaçı1 həmin torpaq sahəsinin qanuni mülkiyyətçisi olmadığından iddia tələbi cavabdehlərin və onların ailəsinin həmin torpaq sahəsindən çıxarılması hissəsində təmin edilməməlidir.
21. Məhkəmə İddiaçı3 iddia tələbi ilə bağlı qeyd etmişdir ki, eyni fərdi yaşayış evi müxtəlif tarixlərdə müxtəlif şəxslərin adına qeydiyyata alınmış, həmin hal mü təxəssis rəylərində də müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikası Əmlak Məsələri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən verilmiş 15.08.2019-cu il tarixli arayışdan görünür ki, mübahisələndirilən yaşayış evi iki müxtəlif sənədlə həm iddiaçı, həm də cavabdehin, yəni məhkəmə məktubuna əlavə edilmiş 713 nömrəli qeydiyyat vəsiqəsində İddiaçı1 adına, həm də cavabdehin baxış zamanı təqdim etdiyi “Hüquqların dövlət qeydiyyatı haqqında” daşınmaz əmlakın Dövlət reyestrində **********9-10301 reyestr nömrəsi ilə qeydiyyata alınmış Çıxarış və Texniki pasportla cavabdeh İddiaçı3 adına qeydiyyata alındığından mütəxəssis rəyinin verilməsi mümkün olmamışdır. Həmçinin, Azərbaycan Respublikası Əmlak Məsələri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən 29.01,2020-ci il tarixli, **********27 saylı məktubla verilmiş rəydən görünür ki, İddiaçı1 adına olan 713 nömrəli qeydiyyat vəsiqəsində göstərilən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi İddiaçı3 məxsus JN-358A, KOD 61006018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə göstərilən torpaq sahəsi ilə üstüstə düşür.
22. Həmçinin həmin rəydə qeyd edilmişdir ki, İddiaçı1 adına olan 713 nömrəli qeydiyyat vəsiqəsi elektron baza məlumatlarında və JN-358A, KOD 61006018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə öz əksini tapmadığına görə X10 və İddiaçı3 mülkiyyət hüquqları qeydiyyata alınarkən nəzərə alınması mümkün olmamışdır.
23. Belə olan halda məhkəmə hesab etmişdir ki, eyni fərdi yaşayış ev inin iki müxtəlif şəxsin adına qeydiyyata alınmış olması şübhəsizdir. Lakin hər bir halda məhkəmə qeyd edir ki, bu hal İddiaçı1 təqsirinə görə baş verməmişdir və o, həmin fərdi yaşayış evinin 1993-cü ildən bəri qanuni mülkiyyətçisidir. Belə ki, iş materiallarında olan Bərdə Rayon Məhkəməsinin 2-761/07 saylı qətnaməsinin surətindən görünür ki, həmin fərdi yaşayış evi 21.01.1993-cü il tarixli, 537 saylı qeydiyyat vəsiqəsinə əsasən X5 ayrıca mülkiyyətində olmuş, Əqilə Məmmədova evi 25.03.1993-cü ildə oğlu İddiaçı1 bağışlamışdır. Bundan sonra, İddiaçı1 adına 713 sayı qeydiyyat vəsiqəsi verilərək ev onun adına qeydiyyata alınmışdır. X3 həmin qeydiyyat vəsiqəsinin etibarsız hesab edilməsi və miras əmlakın vərəsələr arasında bölünməsi ilə əlaqədar iddia qaldırmış, Bərdə Rayon Məhkəməsinin 2761/07 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. Bundan başqa, Bərdə Rayon Məhkəməsinin Bərdə Rayon Məhkəməsinin 27.02.2007-ci il tarixli, 2-217-2007 saylı qətnaməsi ilə İddiaçı1 ailə üzvləri (arvadı və uşaqları) ilə birlikdə mülkiyyətində olan Bərdə rayonu Yeni Əyricə kəndində yerləşən iki otaqlı mənzilə köçürülməsi qət edilmişdir. Daha sonra, X9 həmin qətnamədən apellyasiya şikayəti versə də özü ərizə verərək apellyasiya şikayətindən imtina etmiş, apellyasiya şikayəti üzrə icraata xitam verilmişdir.
24. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi, İddiaçı3 özünün inşa etdirdiyini və öz mülkiyyətində olduğunu qeyd etdiyi fərdi yaşayış evi 1993-cü ildən etibarən 713 saylı qeydiyyat vəsiqəsinə əsasən, İddiaçı1 mülkiyyətindədir. Məhkəmə ilk növbədə qeyd edir ki, xx.xx.1990-cı il tarixdə doğulmuş İddiaçı3 1993-cü ildə qeydiyyata alınmış hər hansı fərdi yaşayış evini özünün inşa etdirməmiş olduğu aşkardır. Bundan başqa, məhkəmə hesab edir ki, İddiaçı3 anası X6 həmin qeydiyyat vəsiqəsinin etibarsız hesab edilməsi ilə bağlı məhkəmə iddia qaldırdığı, çıxan qətnamədən apellyasiya şikayəti verdiyi və sonradan şikayətindən imtina etdiyi halda X6 və onun oğlu İddiaçı3 həmin qeydiyyat vəsiqəsindən, dolayısı ilə evin İddiaçı1 mülkiyyətində olmasından xəbərsiz olmaları da qeyri mümkündür.
25. Belə olan halda məhkəmə hesab etmişdir ki, Bərdə rayonu Yeni Əyricə kəndindo yerləşən iki otaqlı, 36.36 m2 yaşayış sahəsi, 11.04 m2 yardımçı sahəsi, 46.40 m2 ümumi sahəsi olan fərdi yaşayış evinin qanuni mülkiyyətçisi İddiaçı1 olduğundan və həmin evdə yaşayan hər hansı şəxsin evdən çıxarılmasını, evə kö çürülməsinin qadağan edilməsini tələb etmək hüququ evin qanuni mülkiyyətçisi kimi İddiaçı1 məxsus olduğundan İddiaçı3 iddiası əsassızdır və iddia tələbi təmin edilməməlidir.
26. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152-ci, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 217.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat
27. Birinci instansiya məhkəməsinin qətnaməsindən İddiaçı3 apelyasiya şikayəti vermişdir.
28. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər A.Bayramov (sədrlik edən və məruzəçi), R.Mamedov və Ə.Abdullayev) 2(104)-363/2021 nömrəli iş üzrə 26 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə Apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bərdə Rayon Məhkəməsinin 29 yanvar 2020-ci il tarixl i, 2(021)-158/2020 saylı qətnaməsi sonrakı iddia üzrə İddiaçı3 aid hissədə dəyişdirilmədən saxlanılmışdır.
29. Apelyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, məhkəmə araşdırmaları zamanı müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X4 və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş 713 saylı qeydiyyat vəsiqəsinə əsasən, Bərdə rayonu, Yeni Əyricə kəndində yerləşən iki otaqlı, 36.36 m2 yaşayış sahəsi, 11.04 m2 yardımçı sahəsi, 46.40 m2ümumi sahəsi olan fərdi yaşayış evi İddiaçı1 adına qeydə alınmışdır. Bundan başqa, tərəflərin birinci instansiya məhkəməsin də verdikləri izahatlardan və Azərbaycan Respublikası Əmlak Məsələri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə ərazi İdarəsi tərəfindən İddiaçı3 adına verilmiş, 15.02.2019-cu il tarixdə tərtib edilmiş 21169 inventar nömrəli fərdi yaşayış evinin texniki pasportunun surətindən görünür ki, torpaq sahəsinin planına əsasən həmin sahədə birinin sahəsi 80 m2, digərinin sahəsi 126 m2 olan iki yaşayış evi mövcuddur. Göründüyü kimi, Bərdə rayonu, Yeni Əyricə kəndində yerləşən mübahisəli torpaq sahəsində iki fərdi yaşayış evi mövcuddur. Bunlardan biri, Bərdə rayonu Yeni Əyricə kəndində yerləşən iki otaqlı, 36.36 m2 yaşayış sahəsi, 11.04 m2 yardımçı sahəsi, 46.40 m2 ümumi sahəsi olan fərdi yaşayış evi İddiaçı1 adına mülkiyyət hüququ əsasında qeydiyyata alınmışdı r.
30. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, İddiaçı3 Cavabdeh1 Xidil qızı və üçüncü şəxs İddiaçı1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, JN-358A, KOD:61006018 olan şəhadətnamə və 7 saylı Daşınmaz Əmlakın verdiyi Çıxarışla Bərdə rayonu, Yeni Əyricə kəndinə verilmiş 0.22 ha torpaq sahəsində inşa etdirdiyi mənzildən X8 çıxarılmasına və üçüncü tərəfin qanunsuz müdaxiləsinə və ona məxsus sözügedən evə, həyətə köçürülməsinin qadağan edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* saylı Çıxarışın surətindən görünür ki, Bərdə rayonu Yeni Əyricə kəndində 0.22 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 48.4 m2 olan fərdi yaşayış evi 19.02.2019-cu il tarixdə İddiaçı3 mülkiyyəti kimi qeydiyyata alınmışdır. Lakin, yenə iş materiallarında olan Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X4 və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş 713 saylı qeydiyyat vəsiqəsinə əsasən, Bərdə rayonu Yeni Əyricə kəndində yerləşən iki otaqlı, 36.36 m2 yaşayış sahəsi, 11.04 m2 yardımçı sahəsi, 46.40 m2 ümumi sahəsi olan fərdi yaşayış evi İddiaçı1 adına qeydə alınmışdır.
31. Birinci instansiya məhkəməsi tərəfindən aparılan araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, eyni fərdi yaşayış evi müxtəlif tarixlərdə müxtəlif şəxsin adına qeydiyyata alınmışdır. Həmin hal mütəxəssis rəylərində də müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikası Əmlak Məsələri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən verilmiş 15.08.2019-cu il tarixli arayışdan görünür ki, mübahisələndirilən yaşayış evi iki müxtəlif sənədlə həm ilkin iddia üzrə iddiaçının, həm də sonrakı iddia üzrə iddiaçının yəni məhkəmə məktubuna əlavə edilmiş 713 nömrəli qeydiyyat vəsiqəsində İddiaçı1 adına, həm də sonrakı iddia üzrə iddiaçının birinci instansiya məhkəməsindəki icraat zamanı təqdim etdiyi “Hüquqların dövlət qeydiyyatı haqqında” daşınmaz əmlakın Dövlət reyestrində **********9-10301 reyestr nömrəsi ilə qeydiyyata alınmış Çıxarış və Texniki pasportla İddiaçı3 adına qeydiyyata alındığından mütəxəssis rəyinin verilməsi mümkün olmamışdır. İş materiallarından göründüyü kimi, Azərbaycan Respublikası Əmlak Məsələri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakı n Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən 29.01.2020-ci il tarixli, **********27 saylı məktubla verilmiş rəydən görünür ki, İddiaçı1 adına olan 713 nömrəli qeydiyyat vəsiqəsində göstərilən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi İddiaçı3 məxsus JN-358A, KOD 61006018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə göstərilən torpaq sahəsi ilə üst-üstə düşür. Həmçinin həmin rəydə qeyd edilmişdir ki, İddiaçı1 adına olan 713 nömrəli qeydiyyat vəsiqəsi elektron baza məlumatlarında və JN-358A, KOD 61006018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə öz əksini tapmadığına görə X10 və İddiaçı3 mülkiyyət hüquqları qeydiyyata alınarkən nəzərə alınması mümkün olmamışdır. Beləlikllə, məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı1 da mübahisələn dirilən əmlakın mülkiyyətçisi olduğundan və işin bu halı müvafiq hüquqmüəyyənedici sənədlərlə, həmçinin qanuni qüvvəyə minmiş məhkəmə aktları təsdiq edildiyindən İddiaçı3 ona qarşı tələbinin təmin edilməsi qanuni hesab edilə bilməz. Odur ki, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini onun təmin edilməsi üçün əsaslı hesab etməmişdir
32. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
33. İddiaçı3 kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
34. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi işin hallarını düzgün araşdı rmamış, maddi və posessual hüquq normalarının tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
35. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri
36. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.
37. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq n ormalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416).
38. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
39. Hazırkı kassasiya şikayətində İddiaçı3 apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiklərindən həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Prosessual Məcəl lə
40. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (maddə 14.2)
41. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (maddə 88)
42. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (maddə 217.1)
43. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. (maddə 217.3)
44. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli oldu ğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. (maddə 218.1)
45. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. (maddə 218.3)
46. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. (maddə 417.1.3)
47. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. (maddə 418.3) Kassasiya instansiyası məhkəməsinin mövqeyi
48. Məhkəmə kollegiyası izahatları dinləyib, kasasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya ş ikayəti təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
49. Belə ki, apelyasiya insansiyası məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmamaqla, iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamışdır. (42-43)
50. Apelyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, Bərdə rayonu, Yeni Əyricə kəndində yerləşən mübahisəli torpaq sahəsində iki fərdi yaşayış evi mövcuddur. Bunlardan biri, Bərdə rayonu Yeni Əyricə kəndində yerləşən iki otaqlı, 36.36 m2 yaşayış sahəsi, 11.04 m2 yardımçı sahəsi, 46.40 m2 ümumi sahəsi olan fərdi yaşayış evi İddiaçı1 adına mülkiyyət hüququ əsasında qeydiyyata alındığından və işin bu halı müvafiq hüquqmüəyyənedici sənədlərlə, həmçinin qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə təsdiq edildiyindən İddiaçı3 ona qarşı tələbinin təmin edilməsi qanuni hesab edilə bilməz.
51. İş materiallarından görünür ki, Bərdə rayonu Yeni Əyricə kəndində yerləşən mübahisəli torpaq sahəsində birinin sahəsi 80 m2, digərinin sahəsi 126 m2 olan iki yaşayış evi mövcuddur.
52. Həmçinin iş materiallarından görünür ki, Bərdə rayonu Yeni Əyricə kəndində yerləşən mübahisəli torpaq sahəsində Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X4 və Mülkiyyət Hüquqlarının Qeydiyyat idarəsi tərəfindən verilmiş 713 saylı qeydiyyat vəsiqəsi əsasında İddiaçı1 adına iki otaqlı, 36.36 m2 yaşayış sahəsi, 11.04 m2 yardımçı sahəsi, 46.40 m2 ümumi sahəsi olan fərdi yaşayış evi, eyni zamanda Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 19.02.2019-cu il tarixli Çıxarış əsasında İddiaçı3 adına ümumi sahəsi 48.4 m2 olan fərdi yaşayış evi qeydiyyata alınmışdır.
53. Göründüyü kimi mübahisəli torpaq sahəsində faktiki olaraq 80 m2 və 126 m2 sahəyə malik iki fərdi yaşayış evləri olsa da İddiaçı1 verilmiş 713 saylı qeydiyyat vəsiqəsində fərdi yaşayış evinin sahəsi 46.40 m2, İddiaçı3 adına verilmiş 19.02.2019-cu il tarixli Çıxarışda isə 48.4 m2 göstərilmişdir.
54. Belə olan halda hazırkı iş üzrə mübahisənin düzgün həll edilməsi üçün Bərdə rayonu Yeni Əyricə kəndində mübahisəli torpaq sahəsində yerləşən sahəsi 80 m2 və 126 m2 olan fərdi yaşayış evlərinin İddiaçı1 və İddiaçı3 verilmiş mülkiyyət sənədlərindəki fərdi yaşayış evinin faktiki sahəsinin artırlmasının nəticəs i olub-olmaması, o cümlədən İddiaçı1 və İddiaçı3 verilmiş mülkiyyət sənədlərindəki fərdi yaşayış evinin sökülərək onların yerində ayrıca tikilinin inşa edilib-edilməməsinin müəyyənləşdirilməsi mühüm əhəmiyyətə malik olsa da apellyasiya instansiyası məhkəməsi qeyd edilən hallara hüquqi qiymət verməmişdir.
55. Belə ki, mübahisəli torpaq sahəsində yerləşən sahəsi 80 m2 və 126 m2 olan fərdi yaşayış evlərinin İddiaçı1 mülkiyyətində olan evə aidiyyəti olmadığı və həmin evlərin özbaşına tikili olduğu müəyyən edildiyi halda sonuncunun həmin evlərə münasibətdə subyektiv hüququnun olub-olmaması araşdırma predmeti olmalı və araşdırılmış hallara hüquqi qiymət verilməklə müvafiq məhkəmə aktı qəbul edilməlidir.
56. Məhkəmə kollegiyası hesab edir ki, qeyd edilən sübutlar hazırkı iş üzrə mübahisənin düz gün həll edilməsi üçün mühüm əhəmiyyətə malik olsa da apelyasiya instansiyası məhkəməsi MPM-in 88-ci maddəsinin tələblərinə riayət etməklə həmin sübutlara məcmu halında hüquqi qiymət verməmişdir.
57. Halbuki, MPM-in 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.
58. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
59. Konstitusiya Məhkəməsinin Plenumunun 12 iyul 2016-ci il tarixli qərarında qeyd edilmişdir ki, işə baxan məhkəmə iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutları qiymətləndirməlidir. Bunun üçün işin konkret halları və həmin halları təsdiq edən, işin həlli üçün əhəmiyyətə malik olan sübutlar müəyyən olunmalıdır.
60. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə görə, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutu, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutları əlaqələndirməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəblərini a ydın göstərməlidir (S.Əliyevanın şikayəti ilə əlaqədar 31 may 2006-cı il tarixli Qərar).
61. Beləliklə işin yuxarıda qeyd edilən hallarından göründüyü kimi, apelyasiya instansiyası məhkəməsi işdə olan sübutlara MPM-in 88-ci maddəsinin tələblərinə riayət etməklə hüquqi qiymət verməmiş, nəticədə apelyasiya məhkəməsinin qətnaməsi prosessual hüquq normalarının pozuntusu ilə çıxarılmışdır və bu düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir.
62. Azərbaycan Respublikası MPM-nin 418.3-cü maddəsinin məzmununa görə prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.
63. Bundan başqa qeyd edilməlidir ki, iş mate rialları ilə eyni fərdi yaşayış evinin müxtəlif tarixlərdə İddiaçı1 və İddiaçı3 adına qeydiyyata alınması öz təsdiqini tapmışdır.
64. Belə ki, Azərbaycan Respublikası Əmlak Məsələri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən verilmiş 15.08.2019-cu il tarixli arayışdan görünür ki, mübahisələndirilən yaşayış evi iki müxtəlif sənədlə həm ilkin iddia üzrə iddiaçının, həm də sonrakı iddia üzrə iddiaçının yəni məhkəmə məktubuna əlavə edilmiş 713 nömrəli qeydiyyat vəsiqəsində İddiaçı1 adına, həm də sonrakı iddia üzrə iddiaçının birinci instansiya məhkəməsindəki icraat zamanı təqdim etdiyi “Hüquqların dövlət qeydiyyatı haqqında” daşınmaz əmlakın Dövlət reyestrində **********9-10301 reyestr nömrəsi ilə qeydiyyata alınmış Çıxarış və Texniki pasportla İddia çı3 adına qeydiyyata alındığından mütəxəssis rəyinin verilməsi mümkün olmamışdır.
65. Belə olan halda işə təkrar baxan apellyasiya instansiyası məhkəməsi MPM-in 265.4-cü maddəsinin tələbləri baxımından həmin sənədlərin verilməsində vəzifəli şəxslərin əməllərində cinayət əlamətlərinin olub-olmamasına da hüquqi qiymət verməlidir.
66. Mülki Prossesual Məcəllənin 265.4-cü maddəsinə əsasən məhkəmə işə baxarkən, proses iştirakçılarının və ya digər şəxslərin əməllərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir.
67. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçı3 kassasiya şikayəti təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-363/2021 nömrəli iş üzrə 26 oktyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.