Məhkəmə qərarları › İş №2(102)-1741/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-1741/2025

11.06.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəl
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1741/2025 11.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: təbii qazdan istifadə ilə bağlı mübahisələr, təbii qazdan istifadəyə görə yaranmış borcun və ziyanın ödənilməsi, sübutetmə, mütəxəssis rəyi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “dəymiş maddi zərərin və debitor borcun ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-545/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsindən iddiaçının kassasiya şikayətinə 11 iyun 2025-ci il traxidə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı İB (bundan sonra “iddiaçı” və ya “Birlik”) ilə Cavabdeh (bundan sonra “cavabdeh” və ya “abonent”) arasında xx.xx.2017-ci il tarixdə bağlanmış müqavilə əsasında cavabdehə məxsus fərdi yaşayış evi təbii qazla təchiz edilmişdir.

2. Müxtəlif vaxtlarda iddiaçının əməkdaşları tərəfindən cavabdeh barəsində təbii qazdan qeyri-qanuni yolla istifadə olunması əsası ilə 7 akt tərtib edilmişdir.

3. Mübahisə debitor və aktlar üzrə hesablanmış borcun ödənilməsi ilə bağlı yaranmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı məhkəməyə müraciət edərək, 6782.95 manat məbləğində zərərin, debitor bor c (sayğac vasitəsi ilə istifadə) üzrə 148.20 manat və 89.32 manat ödənilmiş dövlət rüsumunun əvəzinin, ümumilikdə 7020.47 manat pulun cavabdehdən tutularaq onun bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia tələbi belə əsaslandırılıb ki, cavabdeh qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. Cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən fotoçəkilişlərlə lentə alınmış, həmin faktlarla bağlı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Həmçinin, Birliyin əməkdaşları cavabdehin qaz sayğacını dövlət yoxlamasından keçirdikdə qazın sayğacla müəyyənləşdirilən hesabının düzgün aparılmamasına nail olmaq məqsədilə cavabdehin qərəzli şəkildə qaz sayğacına müdaxilə edilməsi faktını aşkar etmiş və yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirmişlər. Cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2017-ci il tarixli akt üzrə 72.40 manat; xx.xx.2021-ci il tarixli akt üzrə 1251.36 manat; xx.xx.2022-ci il tarixli akt üzrə 990.72 manat; xx.xx.2022-ci il tarixli akt üzrə 1883.52 manat; xx.xx.2023-cü il tarixli akt üzrə 1036.80 manat; xx.xx.2023-cü il tarixli akt üzrə 1036.80 manat; xx.xx.2023-cü il tarixli akt üzrə 529.92 manat olmaqla, cəmi 6747.29 manat məbləğində olmaqla iddiaçıya maddi zərərin dəymişdir. Bununla bərabər, cavabdehin 2021-2024-cü illərə aid 148.20 manat debitor borcu da qalmışdır.

6. İddiaçı tələbin hüquqi əsası kimi Mülki Məcəllənin 21, 386, 442, 443.1, 448.2, 1096.1 və 1097.1-ci maddələrinə istinad etmişdir

7. Cavabdeh birinci instansiya məhkəməsinin iclaslarında iştirak etməmişdir.

8. Sabunçu Rayon Məhkəməsinin e-2(008)-3668/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehdən 198 manat dəymiş zərər, 148,20 manat debitor borcu olmaqla, cəmi 346,20 manat məbləğində borc və 30 manat dövlət rüsumun tutularaq iddiaçının bank hesabına ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qərara alınmışdır (hakim Şəbnur Qədirova).

9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdehin sayğacdankənar təbii qazdan qeyri-qanuni istifadə etməsi işin mübahisəsiz halıdır. İşin mübahisəli halı qaz sayğacına qanunsuz qoşulma nəticəsində iddiaçı tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixl i akt üzrə hesablanmış ziyanın həcmi və vurulmuş maddi ziyanın məbləği ilə bağlıdır.

10. Belə ki, dəymiş ziyanın bərpasına dair eyni tarixli tələbnamədən görünür ki, iddiaçı tərəfindən itirilmiş qazın bərpası üçün hesabat qaz işlədicilərinin maksimal saatlıq qaz sərfi müvafiq olaraq 1.2, 1.5 və 1.4 m3 saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə aparılmış və cəmi 6048 m3 qaz sərfinə görə 1251.36 manat dəymiş ziyan hesablanmışdır.

11. Birinci instansiya məhkəməsi bildirmişdir ki, qaz işlədicilərinin orta günlük iş rejiminin 24 saat, hesabat müddətinin 90 gün hesablanması ağlabatan və inandırıcı deyildir. Odur ki, xx.xx.2021-ci il tarixli ******* saylı akta əsasən tərtib edilmiş dəymiş ziyanın bərpasına dair tələbnamədə qaz işlədicilərinin orta günlük iş re jimi 24 saat deyil, 12 saat, hesabat müddəti isə 30 gün qəbul edilməlidir.

12. Belə olan halda, itirilmiş qazın bərpası 1.2x12x30=432 m3, 1.5x12x30=540 m3, 1.4x2x12x30=1008 m3 olmaqla, cəmi 1980 m3 hesablanmalı və həmin rəqəm Tarif Şurası tərəfindən tənzimlənən tarifə əsasən 0.1 (on qəpik) manata vurulmaqla, iddiaçıya dəymiş ziyanın məbləği müəyyən edilməlidir. Belə olduqda xx.xx.2021-ci il tarixli akt üzrə iddiaçıya vurulmuş ziyanın məbləği 198 manat təşkil edir.

13. Birinci instansiya məhkəməsi əlavə etmişdir ki, cavabdeh tərəfindən sonrakı tarixlərdə qaz xəttinə qanunsuz qoşulma halları aşkar edilsə də, paylayıcı tərəfindən qanunsuz qaz xətti şəbəkədən ayrılmamış, qazın verilməsi dayandırılmamış və dəymiş zərərin ödənilməsi cavabdehdən tələb edilməmiş, əksinə qeyd olunan hallarla bağl ı hər dəfə müvafiq aktlar tərtib edilərək dəymiş ziyan hesablanmışdır. Belə olan halda, xx.xx.2022-ci il tarixli akt üzrə 990.72 manat məbləğində ziyanın cavabdehdən tutulması əsassızdır.

14. Birinci instansiya məhkəməsi onu da nəzərə almışdır ki, iddiaçı tərəfindən cavabdehin barəsində təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2022ci il tarixli; xx.xx.2023-cü il tarixli; xx.xx.2023-cü il tarixli; xx.xx.2023-cü il tarixli aktlar “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13.8-1-ci maddəsi qüvvəyə mindikdən sonra tərtib edilmişdir. Həmin normaya görə, xx.xx.2022-ci il tarixdən sonra qaz paylayıcısı tərəfindən sayğaca müdaxilə, habelə qaz xəttinə qanunsuz qoşulma halları aşkar edildikdə bu barədə akt tərtib edilməli və həmin aktın bir nüsxəsi barəsində ak t tərtib edilmiş şəxsə, bir nüsxəsi isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir.

15. Lakin iddiaçı, cavabdehin qaz xəttinə qanunsuz qoşulması ilə bağlı təqsiri müvafiq icra hakimiyyəti orqanının və ya məhkəmənin qərarına əsasən müəyyən edilmədən, birbaşa vurulmuş zərərin ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmiş, bununla da sözügedən normanın tələblərini pozmuşdur. Odur ki, həmin aktlar üzrə borcun tutulması hissəsində də i ddia tələbi təmin edilə bilməz.

16. Bundan başqa, “Qaz təchizatı haqqında” Qanunun 13-cü maddəsinin 9-cu bəndinə əsasən məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehl akçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Bu səbəbdən, qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi cavabdeh deyil, iddiaçı özü daşıdığından, o cümlədən, sayğacın yararsız hala düşməsində cavabdehin təqsiri müəyyən edilmədiyindən, habelə zədələnmiş qaz sayğacının təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi iddiaçı tərəfindən həyata keçi rilməli olduğundan, itirilmiş qazın bərpası məqsədilə iddiaçı tərəfindən xx.xx.2017-ci il tarixli akt üzrə cavabdehin abunə koduna hesablanmış 72.40 manat zərərin tutulması hissəsində iddia tələbi rədd edilməlidir.

17. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 1096.1, 1096.2-ci, “Qaz təchizatı haqqında” Qanunun 6.2, 6.5, 13-8.1-ci, Mülki-Prosessual Məcəllənin 14.2, 106.3-cü maddələri və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın müvafiq bəndləri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

18. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin iddianın təmin olunmayan hissəsinin ləğv, iddianın tam təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

19. Apellyasiya şikayəti belə əsaslandırılıb ki, cavabdehin qeyd olunan dövrdə təbii qazdan qanunsuz istifadə etməsi faktı barədə kifayət qədər sübular birinci instansiya məhkəməsi təqdim edilsə də, rayon məhkəməsi iş üzrə düzgün olmayan qənaətə gəlmiş, iddianı qismən təmin etmişdir

20. Apellyasiya instansiyası məhkəməsi qərardadla müvafiq mütəxəssis rəyinin alınmasını zəruri saymış, rəyin verilməsini Azərbaycan Respublikası Energetika Nazirliyinin X1 Agentliyinə həvalə etmişdir.

21. X1 Agentliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli mütəxəssis rəyinə görə xx.xx.2017-ci il tarixli akt üzrə 49,7 manat; xx.xx.2021-ci il tarixli akt üzrə 308 manat; xx.xx.2022-ci il tarixli akt üzrə 433,5 manat; xx.xx.2022-ci il tarixli akt üzrə 318,6 manat; xx.xx.2023-cü il tarixli akt üzrə 453,6 manat; xx.xx.2023-cü il tarixli akt üzrə 233,28 manat; xx.xx.2023-cü il tarixli akt üzrə 349,92 manat olmaqla 2156,6 manat məbləğində ziyan müəyyən edilmişdir.

22. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-545/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia qismən təmin edilməklə cavabdehdən sayğacdankənar təbii qazdan istifadəyə görə 308 manat və 148,20 manat isə debitor borc olmaqla, cəmi 456,2 manat və 74 manat dövlət rüsumunun əvəzinin alınaraq iddiaçıya verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakimlər İkram Şirinov (sədrlik edən və məruzəçi), Elşən Kazımov, Namiq Cəfərov).

23. Ape llyasiya instansiyası məhkəməsi də razılaşmışdır ki, cavabdeh sayğacdan kənar qeyri-qanuni olaraq təbii qazdan istifadə etmiş və iddiaçıya ziyan vurmuşdur. Hazırda mübahisəli məsələ borcun məbləği ilə bağlıdır.

24. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi tələb olunan debitor borca görə 148 manatı təmin etməkdə, həm də iddia tələbinin xx.xx.2022-ci il tarixli akt üzrə 990.72 manat məbləğində ziyanın cavabdehdən tutulması hissədə təmin etməməkdə haqlı olmuşdur. Belə ki, cavabdeh tərəfindən sonrakı tarixlərdə qaz xəttinə qanunsuz qoşulma halları aşkar edilsə də, paylayıcı tərəfindən qanunsuz qoşulan qaz xətti şəbəkədən ayrılmamış, qazın verilməsi dayandırılmamış və dəymiş zərərin ödənilməsi cavabdehdən həmin vaxt tələb edilməmiş, əksinə, qeyd olunan hallarla bağlı hər dəfə müvafiq aktlar tərtib edilərək dəymiş ziyan hesablanmışdır.

25. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə rayon məhkəməsi iddiaçı tərəfindən cavabdehin barəsində təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2022-ci il tarixli; xx.xx.2023-cü il tarixli; xx.xx.2023-cü il tarixli; xx.xx.2023cü il tarixli aktlar “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13.81-ci maddəsi qüvvəyə mindikdən sonra tərtib edilməsi əsası ilə həmin aktlara aid hissədə də iddia tələbini təmin etməməkdə haqlı olmuşdur.

26. Bununla belə, apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə rayon məhkəməsi yalnız xx.xx.2021-ci il tarixli akta əsasən iddianı təmin etməkdə haqlı olsa da, lakin həmin akta əsasən vurulmuş ziyanın məbləğini (198 manat) düzg ün müəyyən etməmişdir.

27. Belə ki, sayğacdankənar istifadəyə görə xx.xx.2021-ci il tarixli akta əsasən borcun cəmi məbləğinin 308 manat olması mütəxəssis rəyi ilə təsdiq edildiyindən, iddia tələbi qismən əsaslıdır və cavabdehdən sayğacdankənar təbii qazdan istifadəyə görə 308 manat və 148,20 manat debitor borc olmaqla, cəmi 456,2 manat tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir.

28. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Mülki Məcəllənin 21.1, 21.2-ci, “Qaz təchizatı haqqında” Qanunun 8, 13-cü, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 80-ci maddələrinə, “Qazdan istifadə qaydaları” haqqında Nazirlər Kabinetinin xx.xx.2021-ci il tarixli qərarının 4.2, 4.6, 4.7, 4.8 və 4.9-cu bəndləri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasi ya şikayətinin dəlilləri

29. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddia tələbinin təmin olunmayan hissəsində ləğv, iddia tələbinin tam təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.

30. Şikayət onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən təbii qazdan qanunsuz istifadə faktı aşkar olunduqdan sonra, aidiyyəti addımlar atılmış, müvafiq aktlar tərtib olunmaqla qazpaylayıcı şəbəkədən ayrılmış, təbii qazın verilişi isə dayandırılmışdır. Qeyd edilənlərlə bağlı, o cümlədən zərərin vurulması faktının mövcudluğu, zərər vuran şəxsin təqsirli olması, zərərin ödənilməsinə əsas verən halları təsdiq edən sübutlar iş materiallarına əlavə edilsə də, apellyasiya məhkəməsi tərəfindən onlara düzgün hüquqi qiymət verilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

31. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsas lar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərə rin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 13, 8-ci bənd. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcıs ı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz (xx.xx.2022-ci ilədək qüvvədə olan redaksiya). Maddə 13, 8-1-ci bənd. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinay ət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə q aydaları ilə tənzimlənir. “Qazdan istifadə Qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı Bənd 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Bənd 6.5-6.7. Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddət ində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyas ı məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə v ə qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

32. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

33. Kassasiya şikayətində iddiaçı apellyasiya instansiyası məhkəməsinin qətnaməsini iddianın təmin edilməyən hissəsində mübahisələndirdiyi üçün kollegiya qətnaməni həmin hissədə yoxlayır.

34. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

35. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə mübahisələndirilən hissədə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

36. Apellyasiya instansiyası məhkəməsi iddia tələbi və apellyasiya şikayəti üzrə düzgün nəticəyə gəlmişdir.

37. İddia tələbi debitor borcu və 2022-ci ilin may ayınadək və bundan sonrakı tarixlər üzrə tərtib olunmuş aktlar üzrə zərərin əvəzinin ödənilməsi barədədir.

38. Birinci instansiya məhkəməsi 148,20 manat debitor borcuna aid iddianı tam, aktlar üzrə zərərə aid iddianı 198 manat həddində olmaqla qismən təmin etmişdir.

39. Apellyasiya instansiyası məhkəməsi iddiaçının şikayəti əsasında 2022-ci ilin may ayınadək tərtib olunmuş aktlar üzrə zərərə aid iddianı mütəxəssis rəyinə əsasən daha artıq məbləğdə müəyyən etməklə birinci instansiya məhkəməsini qətnaməsini dəyişdirmi şdir.

40. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi 2022-ci ilin may ayınadək tərtib olunmuş aktlar üzrə iddia tələbinə ətraflı hüquqi qiymət vermiş, zərərin məbləğini iddiaçının apellyasiya şikayətinin dəlillərinə əsasən mütəxəssis rəyi ilə müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verməmiş, sübutları MPM-in 88-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmiş, nəticədə qanuni və əsaslı qətnamə qəbul etmişdir.

41. Həmçinin 2022-ci ilin may ayından sonra tərtib olunmuş aktlar üzrə zərərə aid iddianın təmin edilməməsi barədə gəlinən nəticə də əsaslı olmuşdur.

42. İşdən görünür ki, cavabdeh barəsində xx.xx.2022-ci il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli aktlar “Qaz təchizat ı haqqında” Qanununun 13cü maddəsinin 8-1-ci bəndinin qüvvədə olduğu vaxt tərtib olunmuşdur. Həmin aktlar üzrə zərəri tələb etmək üçün cavabdehin təqsirli olmasını təsdiq edən səlahiyyətli orqanın və ya məhkəmənin qərarının olması isə müəyyən edilməmişdir. Halbuki, akt tərtib edilən zaman qüvvədə olan normanın tələbinə görə cavabdehin təqsirli olmasının təsdiqi üçün səlahiyyətli orqanın və ya məhkəmənin qərarı olmalı idi. Apellyasiya instansiyası məhkəməsi də bu xüsusatı qeyd etməklə həmin aktlar üzrə iddianı təmin etməmişdir.

43. Buna görə də hazırda qiymət verilməli olan məsələ kassasiya şikayətinin dəlilləridir.

44. Kassasiya şikayətinin dəlillərinə gəldikdə, bu dəlillər iddia tələbinin və apellyasiya şikayətinin də dəlilləri olmuş və məhz həmin dəlillərə qiymət verməklə apellyasiya ins tansiyası məhkəməsi iddianın qismən təmin edilməsi barədə birinci instansiya məhkəməsini qətnaməsini dəyişdirmişdir.

45. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

46. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-545/2025 nömrəli, 11 fevral 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlansın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar