Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1742/2023 27.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər "xxxx" Açıq Səhmdar Cəmiyyətinə və "xxxx" Açıq Səhmdar Cəmiyyətinin X4 və Satış İdarəsinə qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ ( Açar sözlər: elektrik enerjisindən istifadəyə görə yaranmış borcun silinməsi ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər "xxxx" ASC-yə və "xxxx" ASC-nin X4 və Satış İdarəsinə qarşı “cavabdeh tərəfindən tərtib olunmuş akt əsasında əsassız hesablanmış borcun silinməsi” tələbi barədə mülki i ş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)1426/2022 nömrəli, 13 dekabr 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 27 aprel 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. xx.xx.2022-ci il tarixdə "xxxx" ASC-nin əməkdaşları tərəfindən Qəbələ rayonu Nohurqışlaq kəndində yerləşən İddiaçı məxsus fərdi yaşayış evinə quraşdırılmış elektrik hesablaşma sayğacına baxış keçirilmiş, baxış zamanı elektrik sayğacının işləmədiyi, işlədicilərin bir başa qoşularaq istifadə olunduğu və elektrik sayğacının keçən yükü qeyd etmədiyi aşkar edilmişdir. Aşkar edilmiş pozuntu ilə əlaqədar “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.32 bəndinin tələbinə uyğun olaraq xx.xx.2022-ci il tarixli, R0281108 saylı akt tərtib olunmuşdur. Tərtib edilmiş akta əsasən xx.xx.2022-ci il tarixində qüsur aşkar olunmuş sayğac yenisi ilə əvəz edilərək möhürlənmiş və bununla bağlı ******* saylı protokol tərtib olunmuşdur.
2. Laboratoriyanın xx.xx.2022-ci il tarixli, 002590 saylı protokolu ilə elektrik sayğacının daxili qüsur nəticəsində dövrədən axan yükü qeyd etmədiyi barədə rəy verilmişdir. xx.xx.2022-ci il tarixli, R028108 saylı akta əsasən "xxxx" ASC-nin akt komissiyası tərəfindən xx.xx.2022-ci il tarixdə itirilmiş enerjinin bərpası məqsədilə abonentə sayğacdan kənar xətdən keçən yükə uyğun 30 gün üçün 0,08 manatla 200 kvt.s (dəyəri 16.00 manat), 0,09 manatla 100 kvt.s (dəyəri 9.00 manat) və 0,13 manatla 87900 kvt.s (dəyəri 11427.00 manat) toplamda 11452.00 manat dəyərində itiril miş enerji hesabatı aparılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdehlər "xxxx" Açıq Səhmdar Cəmiyyətinə və "xxxx" Açıq Səhmdar Cəmiyyətinin X14 Təchizatı və Satışı İdarəsinə qarşı “elektrik enerjisindən istifadəyə görə qanunsuz yazılmış aktın etibarsız hesab edilməsi və hesablanmış enerji sərfiyyatı borcunun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASCnin Nəzarət Departamentinin Satışa Nəzarət İdarəsinin əməkdaşları tərəfindən tərtib olunmuş 31 mart 2022-ci il tarixli, NDM 028108 №-li AKT-ın etibarsız hesab edilməsi və əsassız hesablanmış 11.452 (11427+16+9) (on bir min dörd yüz əlli iki) manat borcun Qəbələ rayonu, Nohurqışlaq kəndində adına olan **********00717 saylı abonent kodun dan silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1954-cü il tarixində Qutqaşen (indiki Qəbələ) rayonu, Vəndam kəndində anadan olmuşdur. 1986-cı il tarixində Çernobil AES-də baş vermiş qəzanın aradan qaldırılmasında iştirak etmiş və İİ qrup Çernobil əlilidir. 2013-cü il tarixində Qəbələ rayonu, Nohurqışlaq kənd sakini Şahvələd adlı şəxsdən ona məxsus həmin kənddə yerləşən 2,14 ha torpaq sahəsini alqı-satqı edərək almışdır. Həmin tarixdən də başlayaraq torpaq sahəsində fərdi yaşayış evi və bir neçə digər tikililər inşa etdirmişdir. Fərdi yaşayış evinə müvafiq qaydada texniki şərt və lazımi sənədləşmə aparılmaqla, sayğac quraşdırılmış və elektrik xətti çəkilmişdir. Elektrik xəttinin çəkildiyi və sayğac quraşdırıldığ ı vaxtdan hal-hazıradək elektrik enerjisi sərfiyyatına görə bütün ödənişlər sayğac göstəricilərinə və şəbəkə tərəfindən verilmiş bildirişlərə uyğun olaraq vaxtlı-vaxtında ödənilmiş, tərəfindən sayğaca heç bir müdaxilə edilməmiş, o cümlədən sayğacdan kənar hər hansı xətt çəkilməklə şəbəkəyə qoşulma kimi hallar olmamışdır. Özü Sumqayıt şəhərində yaşamasına baxmayaraq mövsümü olaraq hərdən ailəsi ilə birlikdə Qəbələ rayonu, Nohurqışlaq kəndində yaşayır. Lakin kənddəki evdə daimi yaşamadığından oraya qohumu Rahim adlı şəxs nəzarət edir. xx.xx.2022-ci il tarixində "xxxx" ASC-nin Nəzarət Departamentinin Satışa Nəzarət İdarəsinin bir qrup əməkdaşları fərdi yaşayış evində quraşdırlmış elektrik sayğacına baxış keçirərək, sayğacın işləmədiyini bildirərək NDM №028108 akt tərtib etmişlər və akta eti raz olaraq qohumu onu imzalamaqdan imtina etmişdir. xx.xx.2022-ci il tarixində isə Qəbələ EŞ-nin əməkdaşları gələrək №1731300 protokol tərtib edərək sayğacı yenisi ilə əvəz etməkdən ötrü çıxarıb aparmışlar. Bir neçə gündən sonra tərtib edilmiş NDM № 028108 akta görə 87900 Kvt, 11427 manat (EİQ pozulması 0,13), 200 Kvt, 16 manat (AKT-ın yeni tarifi 0,08), 100 Kvt, 9 manat (EİQ pozulması 0,09) ümumilikdə 11452 manat elektrik enerjisindən istifadəyə görə borc (cərimə) yazılmışdır. Qeyd olunan akt iştirakı olmadan, hal şahidlərinin iştirakı təmin edilmədən tərtib edilmiş, sayğacın işləməməsi və birbaşa qoşulması barədə aktda göstərilənlər ilə əlaqədar isə hər hansı foto, video çəkiliş aparılmamış, ümumiyyətlə göstərilən pozuntunun mövcudluğunu təsdiq edən heç bir sübut əlavə edilməmişdir. Bunu nla da Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə qaydaları”nın tələbləri pozulmuşdur. Qeyd etdiyi elektrik enerjisindən istifadəyə görə əsassız yazılan aktın və hesablanmış borcun ləğv edilməsinə dair Rayon Elektrik Şəbəkəsinə müraciət etmiş, lakin qeyd olunan aktın ləğv edilməsi və akta görə hesablanmış borcun məhkəmə qərarı əsasında ləğv edə və borcu silə biləcəklərini bildirmişlər. Ona görə də məhkəməyə müraciət etməli olmuşdur.
5. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X8 birinci instansiya məhkəməsinə etiraz ərizəsi təqdim edərək göstərmişdir ki, iddiaçının iddia tələbi əsassızdır və buna görə də rədd olunmalıdır. Belə ki, iddiaçıya məxsus Qəbələ rayonu Nohurqışlaq kənd ində yerləşən fərdi yaşayış evi (fərdi yaşayış evi adı altında restoran) "xxxx" ASC-nin enerji satış bazasında İddiaçı adına olmaqla **********00717 saylı kod altında istehlakçı kimi qeydiyyatdadır. xx.xx.2022-ci il tarixdə "xxxx" ASC-nin əməkdaşları V.Cəlilov, X.Hacıbabayev, X.Abdullayev, T.Əzizov, F.Cavadov və R.Musayev tərəfindən Qəbələ rayonu Nohurqışlaq kəndində yerləşən İddiaçı məxsus fərdi yaşayış evinə (fərdi yaşayış evi altında restoran) quraşdırılmış elektrik hesablaşma sayğacına iddiaçının nümayəndəsinin iştirakı ilə “Elektrik enerjisindən istifadə Qaydaları”na uyğun baxış keçirilmişdir. Baxış zamanı elektrik sayğacının işləmədiyi, işlədicilərin bir başa qoşularaq istifadə olunduğu və elektrik sayğacının keçən yükü qeyd etmədiyi aşkar edilmişdir. Aşkar edilmiş pozuntu ilə əlaqəd ar “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.32 bəndinin tələbinə uyğun olaraq, yuxarıda adları qeyd olunan əməkdaşlar tərəfindən xx.xx.2022-ci il tarixli, R0281108 saylı akt tərtib olunmuşdur. Tərtib edilmiş akta əsasən xx.xx.2022-ci il tarixində Şimal-Qərb RETSİ-nin əməkdaşları tərəfindən qüsur aşkar olunmuş sayğac yenisi ilə əvəz edilərək möhürlənmiş və bununla bağlı ******* saylı protokol tərtib olunmuşdur. Laboratoriyanın xx.xx.2022-ci il tarixli, 002590 saylı protokolu ilə elektrik sayğacının daxili qüsur nəticəsində dövrədən axan yükü qeyd etmədiyi barədə rəy verilmişdir. xx.xx.2022-ci il tarixli, R028108 saylı akta əsasən "xxxx" ASC-nin akt komissiyası tərəfindən xx.xx.2022-ci il tarixdə itirilmiş enerjinin bərpası məqsədilə abonentə sayğacdan kənar xətdən keçən yükə uyğun 30 gün üçün 0,08 manatla 200 kvt.s (dəyəri 16.00 manat), 0,09 manatla 100 kvt.s (dəyəri 9.00 manat) və 0,13 manatla 87900 kvt.s (dəyəri 11427.00 manat) toplamda 11452.00 manat dəyərində itirilmiş enerji hesabatı aparılmışdır. Müəyyən edilmiş qüsurun xarakteri təsadüfi olmamış, iddiaçını faydalandırmaq niyyəti ilə məqsədli şəkildə edildiyi aşkardır və iddiaçıya hesablanmış məbləğ istehlak etdiyi, lakin dəyərini ödəmədiyi elektrik enerjisinin əvəzi olmuşdur. Sayğac uçot dəstinə baxış və nöqsanın aşkar edilməsi əməkdaşlar tərəfindən video çəkilişlə qeydə alınmış və aşkar edilmiş nöqsan video çəkilişdə açıq aşkar öz əksini tapır.
6. Məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək, eyni zamanda məhkəməyə təqdim etdiyi etiraz ərizəsində göstərilənləri nəzərə alaraq, iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
7. Məhkəmə iclasında X1 şahid qismində ifadə verərək göstərmişdir ki, o, “X13” restoranının iş icraçısıdır. Əsasən yay aylarında işləyirlər. Tarix yadında deyil, bir gün əvvəl üç, sonra daha üç nəfər gələrək vəsiqələrini təqdim edib, Azərişıqdan gəldiklərini və transformatora baxmaq istədiklərini bildirmişlər. Onun iştirakı ilə transformatora baxmışlar. O, sayğacın işləmədiyindən məlumatlı olduğunu bildirmişdir. Təqribən iyirmi gün olarmış ki, təmir işləri ilə məşğul imişlər. Onlar yoxlayıb getmişlər və ona heç nə deməmişlər. Sonradan 11500 manata yaxın cərimə yazmışlar. Orada sayğaca kənar xəttin kimin qoşmasından məlumatı yoxdur. O, heç işləyəndə belə transformatrın için açıb baxmamışdır.
8. Məhkəmə iclasında X7 şahid qism ində verdiyi izahatında göstərmişdir ki, o,"xxxx" ASC-nin Satışa Nəzarət İdarəsinin mühəndisi vəzifəsində işləyir. Onlar 3 mühəndis qrup şəklində yoxlamalar keçirirmişlər. Gedib həmin istirahət mərkəzinə çıxmışlar. Həmin yerdə onları obyektin icarədarı qarşılamışdır. Həmin icarədara nə üçün gəldiklərini demişlər. İcarədar onları tranformatorun yanına aparmışdır. Onlar tranformatorun yerini bilmirmişlər. Transformatora açdıqdan sonra görmüşlər ki, içərisində elektrik sayğacı var. Sayğaca baxanda görmüşlər ki, sayğac qoşulu deyil. Başqa tərəfə baxanda görmüşlər ki, işıq birbaşa qoşulmuşdur. Ölçü aparmışlar və ölçü aparan zaman müəyyənləşdirmişlər ki, A fazasından 18 amper, B fazasında 0, C Fazasından 13-14 amper yük keçir. Onlar icarədardan həmin vaxt soruşanda demişlər ki, işlədicilərdir, b irbaşa qoşulmuşdur. Həmin vaxt sayğac da dövriyyədən kənarlaşdırılmışdır. Özünün iştirakı ilə video çəkmişlər. Həmin vaxt onlar icarədardan soruşanda demişlər ki, onun heç nədən xəbəri yoxdur, yenicə icarəyə götürmüş və hələ işə başlayasıdır. Onlar gedəndə aprel-may ayları imiş. Onlar gördükləri barədə idarəyə məlumat vermişlər. Onlara idarədə geniş şəkildə videonu çəkməyə, bir də qüsur nədən ibarətdirsə onu da çəkməyi bildirmişlər. Videonu dedikləri kimi çəkib idarəyə göndərmişlər. Sonra onlara məlumat vermişlər ki, dayanıb gözləsinlər və digər qrup da həmin yerə gəlsin. Sonra yenidən birlikdə çəkiliş aparmışlar, ölçülər aparmışlar. Həmçinin onlara bildirmişlər ki, digər qrup Şəkidədir. Onlar da icazə istəyib ətrafdakı obyektləri yoxlamağa getmişlər. Sonra o biri qrup da gəlmiş və yenidən baxış keçirmişlər. Yenidən əvvəlki kimi video çəkilişlə baxış keçirmişlər, ölçü işləri aparmışlar, sonra akt tərtib etmişlər. İcarədar imza etməmiş və demişdir ki, o buranın yiyəsi deyildir.
9. Məhkəmə iclasında X2 şahid qismində verdiyi izahatında göstərmişdir ki, o,"xxxx" ASC-nin Satışa Nəzarət İdarəsinin mühəndisidir. Onlar 3 nəfər sayğaca baxış keçirmişlər, baxış keçirən zaman müəyyənləşdirmişlər ki, sayğac dövriyyədən kənarlaşdırılmış və birbaşa qoşularaq istifadə olunur. Yükləri ölçmüşlər, bir fazada 18, birində 13, birində 0 olmuşdur. Ondan sonra video çəkib, baş idarəyə videoçəkiliş şəklində məlumat vermişlər. Onlarda 2 qrup var. Baş idarədən onlara demişlər ki, gözləyin o biri qrup da gəlsin. Onlar obyektə yaxınlaşanda qapısı açıq olmuş və işçilər olmuşdur. Yaxınlaşıb vəsiqəni gö stərərək özlərini təqdim etmişlər. 2 qrupun gəlməsinə səbəb obyektin böyüklüyü ilə bağlı olmuşdur. Belə ki, obyekt böyük olanda yoxlamanı 2 qrup birlikdə edirlər.
10. Məhkəmə iclasında X3 şahid qismində verdiyi izahatında göstərmişdir ki, o,"xxxx" ASC-nin Satışa Nəzarət İdarəsinin mühəndisi vəzifəsində işləyir. Qrup şəklində 3 nəfər birlikdə obyektə getmişlər. Yaxınlaşıb özlərini təqdim etmişlər, həmin obyektin icarədarı ilə birlikdə gedib sayğaca baxış keçirmişlər. Obyektin icarədarı özü də onlara sayğacın işləməməsi barədə məlumatlı olduğunu bildirmişdir. Onlar da Bakıdan gəldiklərini və gördükləri qüsuru yazıb verməli olduqlarını bildirmişlər. Qüsur aşkarlanan kimi Vidadi adlı əməkdaşları rəhbərliyə məlumat vermişdir. Aşkarladıqları qüsur sayğacın keçən enerjini qeyd etməməsi olmuşdur.
11. Qəbələ Rayon Məhkəməsinin (hakim A.Əliyev) 29 sentyabr 2022-ci il tarixli, 2(025)728/2022 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir.
12. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi hallar sübut olunmur. Tərtib olunmuş aktdan, həmçinin cavabdehin "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş “CD” diskə baxış keçirilərkən istehlakçının, yəni İddiaçı məxsus Qəbələ rayonu Nohurqışlaq kəndində yerləşən fərdi yaşayış evində (fərdi yaşayış evi adı altında restoran) elektrik sayğacının işləmədiyi, işlədicilərin birbaşa qoşularaq istifadə olunduğu və elektrik sayğacının keçən yükü qeyd etmədiyi müəyyən edilmişdir. Bunun nəticəsində də "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən “Ele ktrik enerjisindən istifadə Qaydaları”nın 8.32-ci bəndinin tələbinə uyğun olaraq xx.xx.2022-ci il tarixli, R0281108 saylı akt tərtib olunmuşdur. Beləliklə, İddiaçı xx.xx.2022-ci il tarixli, R0281108 saylı aktın qanunsuzluğunu sübut edə bilməmişdir.
13. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 77.2 və 217.3-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
14. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir.
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 2013-cü il tarixdə Qəbələ rayonu, Nohurqışlaq kənd sakini Şahvələd adlı şəxsdən 2.14 ha torpaq sahəsini alqı-satqı edərək almış və həmin tarixdən də başla yaraq torpaq sahəsində fərdi yaşayış evi və bir neçə digər tikililər inşa etdirmişdir. Fərdi yaşayış evinə müvafiq qaydada texniki şərt və lazımi sənədləşmə aparılmaqla, sayğac quraşdırılmış və elektrik xətti çəkilmişdir. Elektrik xəttinin çəkildiyi və sayğac quraşdırıldığı vaxtdan hal-hazıradək elektrik enerjisi sərfiyyatına görə bütün ödənişlər sayğac göstəricilərinə və şəbəkə tərəfindən verilmiş bildirişlərə uyğun olaraq vaxtlı-vaxtında ödənilmiş, borcu qalmamış və tərəfindən sayğaca heç bir müdaxilə edilməmiş, o cümlədən sayğacdan kənar hər hansı xətt çəkilməklə şəbəkəyə qoşulma kimi hallar olmamışdır. Lakin kənddəki evdə daimi yaşamadığından oraya qohumu Rahim, Naməddin adlı şəxslər nəzarət eləyir. xx.xx.2022-ci il tarixdə "xxxx" ASC-nin Nəzarət Departamentinin Satışa Nəzarət İdarəsin in bir qrup əməkdaşları fərdi yaşayış evində quraşdırılmış elektrik sayğacına baxış keçirərək, sayğacın işləmədiyini bildirərək ND №028108 AKT tərtib etmişlər. AKT-a etiraz olaraq onu imzalamaqdan imtina edilmişdir. xx.xx.2022-ci il tarixdə isə Qəbələ EŞ-nin əməkdaşları gələrək №1731300 protokol tərtib edərək sayğacı yenisi ilə əvəz etməkdən ötrü çıxarıb aparmışlar. Bir neçə gündən sonra tərtib edilmiş NDM № 028108 AKT-a görə 87900 Kvt, 11427 manat (EİQ pozulması 0.13), 200 Kvt, 16 manat(AKT-ın yeni tarifi 0.08), 100 Kvt, 9 manat (EİQ pozulması 0.09) ümumilikdə 11452 manat elektrik enerjisindən istifadəyə görə ona borc (cərimə) yazılmışdir. Bildirir ki, qeyd olunan AKT iştirakı olmadan, hal şahidlərinin iştirakı təmin edilmədən tərtib edilmişdir. Sayğacın işləməməsi və birbaşa qoşulması ba rədə isə video çəkilişin nə vaxt və nə cürə aparılmasından isə məlumatsız olmuş və iştirakı təmin edilməmişdir. Bununla da enerji təchizat müəssisəsinin əməkdaşları tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə qaydaları”nın tələbləri pozulmuşdur. Məsuliyyət abonentin o zaman ola bilər ki, sayğaca müdaxilə olunsun və müdaxilə nəticəsində sayğac işləməsin. Qeyd olunanlara əsasən əgər sayğac işləmədiyi aşkar olunarsa elektrik şəbəkəsi sayğacı yenisi ilə əvəz etməli və itirilmiş elektrik enerjisinin sərfiyyatını 1 aydan çox olmamaq şərti ilə əvvəlki sayğac işlədiyi günlərin sərfiyyatı nəzərə alınmaqla müəyyən edilməlidir. 11452 manat elektrik enerjisindən istifadəyə görə ona yazılan bo rc isə ümimiyyətlə sayğac quraşdırılandan yəni 2015-ci il tarixindən istifadə edilən elektrik enerji sərfiyyatından 2 dəfə çox olmaqla, hətta kəndin 1 aylıq elektrik enerjisindən istifadəyə görə sərfiyyatından çox olmaqla, real olmayan astronomik bir elektrik enerjisindən istifadəyə görə yazılan borcdur.
16. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər-A.A.Mahmudov (sədrlik edən və məruzəçi), Ə.T.Məcidov və M.A.Əsədli) 2(107)-1426/2022 nömrəli, 13 dekabr 2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallardan tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş materialları və ya digər sübutlarla təsdiq edilmir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün heç bir hüquqi əsas yoxdur.
18. Belə ki, işin faktiki halları ilə müəyyən edilmişdir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən iddiaçıya məxsus olan Qəbələ rayonu Nohurqışlaq kəndində yerləşən fərdi yaşayış evinə quraşdırılmış elektrik sayğacına baxış keçirilmiş, baxış zamanı sayğacının işləmədiyi, işlədicilərin bir başa qoşularaq istifadə olunduğu və elektrik sayğacının keçən yükü qeyd etmədiyi aşkar edilməsi barəsində xx.xx.2022-ci il tarixli, R0281108 saylı akt tərtib olunmuşdur.
19. İddiaçı həm birinci instansiya məhkəməsinə ünvanladığı mülahizəsində, həm də apellyasiya şikayətinin dəlillərində Elektrik enerjisindən istifadə Qaydalarının 8.33-cü bəndinə istinad edərək, “Akt”ın qaydalara uyğun tərtib olunmadığını bildirmişdir.
20. Kollegiya apellyasiya şikayətinin dəlilləri ilə bağlı bildirmişdir ki, iddiaçının mübahisələndirdiyi elektrik enerjisindən istifadə Qaydalarının 8.33-cü bəndi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 aprel 2022-ci il tarixli 155 saylı qərarı ilə ləğv edilmişdir.
21. İddiaçı tərəf gah həmin xəttin ümumiyyətlə çəkilmədiyini, gah da onun tərəfindən çəkilmədiyini, cavabdeh təşkilatın nümayəndələrinin onunla qərəzli münasibətdə olduğunu bildirsə də, bunu məhkəmə iclasında əsaslandıra bilməmişdir.
22. İddiaçı tərəf məhkəmə araşdırması zamanı həmin ünvanda yaşayış olmadığını qeyd etsə də, təqdim olunmuş fotoşəkil və video görüntülərdən həmin yerin iaşə obyekti kimi fəaliyyət göstərildiyi məlum olmuşdur. Sorğu-sual zamanı iddiaçının nümayəndəsi həmin obyektin yay aylarında fəaliyyət göstərdiyini bildirmişdir.
23. Elektrik enerjisindən istifadə qaydalarının 10.18. və 10.18.9-1-ci bəndlərinin tələbinə görə Elektrik qurğularının etibarlı və təhlükəsiz istismarını və elektrik enerjisindən qənaətlə istifadə olunmasını təmin etmək üçün enerji təchizatı müəssisəsi elektrik şəbəkəsinə qanunsuz qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə on iki ayda bir dəfəd ən az olmayaraq, paylayıcı qurğulara baxış keçirməyə borcludur.
24. Apellyasiya instansiyası məhkəməsi iş üzrə gəldiyi nəticənin hüquqi əsası kimi “Elektrik enerjisindən istifadə Qaydaları” nın 4, 8 və 10-cu maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
25. İddiaçı (Vəkil1) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və işin yenidən araşdırılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
26. Kassasiya şikayətində qeyd olunmuşdur ki, iddiaçı ilə enerjitəchizatı müəssisəsi arasında elektrik enerjisinin verilişi barədə hər hansı müqavilə bağlanmamışdır. Mübahisəli akt iddiaçının və hal şahidlərinin iştirakı olmadan tərtib edilmişdir. Sayğacın işləməməsi və bi rbaşa qoşulması barədə iş materiallarında olan video çəkilişin nə vaxt və nə cürə aparılmasından iddiaçı məlumatsız olmuş və onun iştirakı təmin edilməmişdir. Bununla da enerjitəchizat müəssisəsinin əməkdaşları tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2015-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə qaydaları”nın tələbləri pozulmuşdur. Məhkəmə qeyd edilən bu halları araşdırmamış, maddi və prosessual hüquq normalarının pozulması ilə nəticələnən qətnamə çıxarmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
27. Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Tətbiq edilən hüquq “Elektrik enerjisidən istifadə Qaydaları” 28. 4.1. Enerjitəchizatı müəssisəsi tərəfindən bütün istehlakçılara, o cümlədən məişət abonentlərinə elektrik enerjisinin verilməsi bu Qaydalara uyğun tərtib edilmiş elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. 29. 8.1. Dövlət elektroenergetika müəssisəsindən enerjitəchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır. 30. 8.14. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma dövründə ona buraxılmış elektrik enerjisinin haqqını enerjitəchizatı müəssisəsi tərəfindən ödəmə sənədi təqdim edildikdən sonra bir ay müddətində ödəməlidir. 31. 8.16. İstehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozuldu qda, elektrik enerjisi sərfinin hesabatı enerjitəchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya uçot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerjitəchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır. 32. 8.17. İstehlakçı (o cümlədən məişət abonenti) tərəfindən elektrik enerjisinin talanması məqsədilə hesablaşma elektrik sayğacları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), sayğacların qoşulma sxemləri pozulduqda, enerji təchizat müəssisəsi tərəf indən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla, pozuntu aradan qaldırılmalı və bu Qaydaların 10.18.9-2-ci yarımbəndinə uyğun olaraq elektrik sayğaclarına və onların qoşulma sxeminin işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə keçirilmiş sonuncu baxış tarixindən üç aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. 33. 8.17-1. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə al ınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınma qla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. 34. 8.17-2. İstehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. 35. 8.18. İstehlakçı, o cümlədən məişət abonenti tutduğu ərazidən, binadan köçdükdə, öz fəaliyyətini dayandırdıqda və ya ləğv edildikdə o, on gün əvvəl enerjitəchizatı müəssisəsinə elektrik enerjisinin alqı-satqı müqaviləsinin ləğv olunması barədə müraciət etməli və sonuncu günə qədər istifadə etdiyi elektrik enerjisinin haqqını ödəməlidir. Yeni istehlakçının, o cümlə-dən məişət abonentinin elektrik şəbəkəsinə qoşulması və sənədləşdirilməsi bu Qaydalara uyğun aparılır. 36. 8.19. İstehlakçı (məişət abonenti istisna olmaqla) elektrik enerjisinin alqı-satqı müqaviləsindəki enerji sərfinin göstəricilərini artırmaq və ya azaltmaq istədikdə, o bu barədə enerji-təchizatı müəssisəsinə bir ay əvvəl müraciət etməlidir. Enerjitəchizatı müəssisəsi istehlakçının müraciətinə on gün ərzində baxır və razılıq verdikdə elektrik enerjisinin alqısatqı müqaviləsində uyğun dəyişikliklər edir. 37. 8.20. Yaşayış binasının mülkiyyətçisi və ya mənzil kommunal təşkilatı binanın ümumi ehtiyacları və texniki məqsədlərə (həyətin, küçənin, pilləkənlərin işıqlandırılması, nasosxanalar, liftlər və s.) sərf olunan elektrik enerjisinə görə enerjitəchizatı müə ssisəsi ilə elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlayır.
38. Yaşayış binasının mənzil kirayəçisi, yaxud mülkiyyətçisi ilə, həmçinin xüsusi yaşayış evinin mülkiyyətçisi (məişət abonenti) ilə enerjitəchizatı müəssisəsi arasında elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanılır, enerjitəchizatı müəssisəsi onların adına şəxsi hesab açır. 39. 8.34. Enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri istehlakçının, o cümlədən məişət abonentinin hesablaşma elektrik sayğacına baxış keçirmək və göstərişini yazmaq üçün elektrik sayğacı quraşdırılmış yerə maneəsiz buraxılmalıdırlar. Enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri istehlakçının, o cümlədən məişət abonentinin tələbi ilə xidməti vəsiqəni təqdim etməyə borcludurlar. 40. 10.18. Elektrik qurğularının etibarlı və t əhlükəsiz istismarını və elektrik enerjisindən qənaətlə istifadə olunmasını təmin etmək üçün enerjitəchizatı müəssisəsi aşağıdakıları yerinə yetirməyə borcludur: 41. 10.18.9-1. Elektrik şəbəkəsinə qanunsuz qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə on iki ayda bir dəfədən az olmayaraq, paylayıcı qurğulara baxış keçirməyə. Mülki Prosessual Məcəllə
42. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
43. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
44. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcada n müəyyən edilmiş qüvvəsi yoxdur.
45. Maddə 407.2 Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
46. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
47. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətb iq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
48. Hazırkı kassasiya şikayətinə əsasən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
49. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən ed ilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
50. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
51. Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət o lması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
52. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
53. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
54. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1426/2022 nömrəli mülki iş üzrə 13 dekabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.