Məhkəmə qərarları › İş №2(102)-1743/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-1743/2019

14.03.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1743/2019 14.03.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Ə.Ə.Şadiyev (sədrlik edən və məruzəçi), Q.Ə.Allahverdiyev və İ.R.Xələfovdan ibarət tərkibdə, Ş.Ə.Allahverdizadənin katibliyi, İddiaçı, Cavabdeh MMC-nin vəkili Xnun iştirakları ilə, Cavabdeh MMC-nin və vəkili Xnun Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 oktyabr 2018-ci il tarixli qətnaməsindən verdikləri kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri, Yasamal rayon məhkəməsinin 28 avqust 2017-ci il tarixli qətnaməsi ilə (H.A.Səfərov, iş 2(004)-6374/17) ilkin iddianın qismən təmin edilməsi, ** AE *** dövlət qeydiyyat nişanlı “xxxx” markalı minik avtomobilin dəyərində olan (2014-cü il buraxılışlı, sedan tipli, həmin avtomobillə eyni işlək səviyyədə olan) avtomobilin Cavabdeh MMC-dən alınıb İddiaçı verilməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi və Avtomobil Cavabdeh MMC-dən İddiaçı verildikdən sonra 7462 manat məbləğində pulun 14 ay ərzində hər ay bərabər hissələrlə İddiaçı tutulub Cavabdeh MMC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 dekabr 2017-ci il tarixli qətnaməsi ilə (F.Ş.Talışinski (sədrlik edən və məruzəçi), R.Ə.Eyvazov və S.F.Hacıyev, iş 2(103)-11609/17) Bakı şəhəri, Yasamal rayon məhkəməsinin 28 avqust 2018-ci il tarixli, 2(004)-6374/2017 saylı qətnaməsinin ləğv olunması, iş üzrə yeni qətnamənin qəbul olunması, ilkin və qarşı lıqlı iddianın təmin olunmaması qət olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 05iyun 2018-ci il tarixli qərarı ilə (İ.K.Dəmirov (sədrlik edən və məruzəçi), A.Ə.İsgəndərov və Ə.A.Əhmədov, iş 2(102)-3889/18) Bakı Appellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04.12.2017-ci il tarixli, 2(103)-11609/2017 saylı qətnaməsinin ləğv olunması və mülki işin baxılması üçün həmin məhkəməyə qaytarılması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə (İ.Ş.Vəliyev (sədrlik edən və məruzəçi), X.A.Mərdanova və E.M.Həsənov, iş 2(103)-9537/18) Bakı şəhəri, Yasamal rayon məhkəməsinin 28 avqust 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İlkin iddia üzrə Cavabdeh MMC və Xkassasiya şikayəti verib q ətnamənin ləğv edilməsi və işin yeni apellyasiya baxışına göndərilməsini xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında ilkin iddia üzrə Cavabdeh MMC-nin vəkili X kassasiya şikayətinin məzmununa uyğun izahat verib şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İlkin iddia üzrə İddiaçı məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyindən onun izahatı dinlənilmədi. İŞİN HALLARİ: İddiaçı cavabdeh “Cavabdeh" MMC-yə qarşı ilkin iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək “X” markalı, 2014-cü il buraxılış ili olan, ** AE *** dövlət qeydiyyat nişanlı avtomobilin dəyərində digər avtomobilin Cavabdeh MMC-dən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh MMC İddiaçı qarşı q arşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı ilə ilkin iddia üzrə cavabdeh arasında bağlanmış 03.11.2014-cü il tarixli, 929.A saylı alqı-satqı müqaviləsinin dərhal icra edilməsi üçün qalan 14 ay öhdəliyin icrası üçün 7462 manat əsas borcun, ödənişin ödənilmədiyi hər gecikdirilən günə görə hesablanmış cərimə aylıq ödəniş məbləğinin 1% miqdarında 425 günə görə 2350 manatın, cəmi 9812 manat məbləğində pulun və məhkəməyə ödənilmiş 30 manat məbləğində rüsumun tutulub "Cavabdeh" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Cavabdeh MMC və vəkili X kassasiya şikayətini onunla əsaslandırmışlar ki, Bakı ApellyasiyaMəhkəməsitərəfindənişəbaxılanzaman maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur. Məruzəçi ni, Cavabdeh MMC-nin vəkili Xnu dinləyib, şikayətin dəlillərini və iş materiallarını müzakirə edən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, qətnamədəyişdirilmədənsaxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual normalarını düzgün tətbiq edib-etməməsini yo xlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. İş materiallarında olan Bakı şəhəri, Nizami rayon məhkəməsinin 2(007)-5271/2016 saylı, 30 sentyabr 2016-cı il tarixli qətnaməsindən məlum olur ki, "Cavabdeh" MMC ilə İddiaçı və X3 arasında bağlanmış 03.11.2014-cü il tarixli, 929.A nömrəli alqı-satqı müqaviləsinə əsasən tərəflər arasında razılaşdırılmış qiymətə və dəyəri ödəniş cədvəlinə uyğun olaraq ödənilmək şərti ilə ** AE *** dövlət qeydiyyat nişanlı, “xxxx” markalı minik avtomobili “Cavabdeh" MMC tərəfindən İddiaçı satılmışdır.Müqavilənin mü ddəti tərəflərin üzərlərinə düşən öhdəliklərini müqavilə şərtlərinə müvafiq qaydada tam şəkildə yerinə yetirildiyi gün bitir, ödəniş cədvəlinə uyğun olaraq avtomobilin dəyəri olaraq müəyyənləşdirilmiş 18.655 manat 36 aya bərabər hissələrə bölünməklə hər ay 533 manat ödənilməli olmuşdur. İddiaçı həmin müddətdə və qaydada müəyyənləşdirilmiş məbləğin vaxtı-vaxtında ödənilməsini öhdəsinə götürmüşdür. İşdə olan Bakı şəhəri, Nizami rayon məhkəməsinin 2(007)-5271/2016 saylı, 30 sentyabr 2016-cı il tarixli qətnaməsi ilə Cavabdeh MMC-nin cavabdehlər İddiaçı və X2 qarşı müqavilənin ləğv, edilməsi və vurulmuş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi qismən təmin edilmiş, 03.11.2014-cü il tarixli, 929.A nömrəli alqı-satqı müqaviləsi üzrə 3198 manat ziyan, həmin ziyanın ödənilmədiyi hər gecikdiri lən günə görə hesablanmış cərimə aylıq ödənış məbləğinin 1% miqdarında 30 günə görə 50 manat, qalan 150 günə görə gecikdirilmiş hər günə görə gecikmə məbləğinin 2% 150 manat olmaqla, cəmi 3398,00 manat pul və ödənilmiş 30,00 manat dövlət rüsumunun əvəzi İddiaçı və X1 müştərək qaydada tutularaq Cavabdeh MMC-yə ödənilməsi qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuşdur ki, qarşılıqlı iddia üzrə iddiaçı "Cavabdeh" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı arasında bağlanmış 03.11.2014-cü il tarixli, 929A nömrəli alqı-satqı müqaviləsinə əsasən qarşılıqlı iddiaçı tərəfindən İddiaçı 36 ay müddətində, aylıq 533 manat ödəmək şərti ilə qeydiyyat nişanı ** AE ***, modeli “xxxx”, buraxılış ili 2014, tipi universal, rəngi qara olan avto mobil MMC tərəfindən İddiaçı satılmışdır. Sonuncu avtomobilin dəyərini həmin müddət ərzində alqı-satqı müqaviləsinin şərtlərinə uyğun vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüş və müqavilənin predmeti olan avtomobili istifadəyə yararlı vəziyyətdə iddiaçıdan təhvil almışdır. Avtomobil 2016-cı ilin noyabr ayından iddiaçının sahibliyindən alınaraq digər şəxsə satılmışdır. Beləliklə, tərəflərin müqavilə ilə üzərlərinə götürdükləri öhdəliklər üzrə vəzifələrinin icra olunmaması müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqav iləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. -442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. -448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. -567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. -600.1-ci maddəsinə görə alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. -600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş ma lın qaytarılmasını tələb edə bilər. -598.4-cü maddəsinə görə əgər alıcı alğı-satqı müqaviləsini pozmaqla əşyanı qəbul etməkdən və ödəməkdən imtina edirsə, satıcı öz seçimi ilə əşyanın ödənilməsini tələb edə bilər və ya müqavilənin icrasından imtina edə bilər. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuşdur ki, tərəflər aralarında bağlanmış 03.11.2014-cü il tarixli, 929A nömrəli alğı-satqı müqaviləsinin icrasını tələb edirlər və müqavilə qüvvədə olduğu üçün və yuxarıda sadalanan qanunvericilik normalarının tələbinə əsasən həmin müqaviləni bağlamaqla öz üzərinə götürüdükləri öhdəlikləri icra etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Göründüyü kimi, hər iki tərəf müvaqilə üzrə öhdəliklərini yerinə yetirməmiş və müqvilə şərtlərini icra etməmişlər. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, satıcı tərəf müqavilə üzrə öhdəliyini pozaraq 2016-cı ilin noyabr ayından alıcının qanuni sahibliyindən avtomobili alaraq onun ödənişləri gecikdirməsinə səbəb olan hərəkətlərə yol vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -458.1-ci maddəsinə əsasən əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündə n baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. -458.2-ci maddəsinə görə bu Məcəllənin 458.1-ci maddəsinin qaydaları bu Məcəlləyə və ya müqaviləyə görə borclunun öz təqsirindən asılı olmayaraq öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün məsuliyyət daşıdığı hallarda da müvafiq surətdə tətbiq edilir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, ilkin iddia üzrə cavabdeh yalnız öz üzərinə düşən öhdəliklərini icra etdikdən sonra qarşı tərəfin müqavilə öhdəliklərinin icr asını tələb etmək hüququna malikdir.Alğı-satqı müqaviləsi qüvvədə olduğundan İddiaçı tərəfindən avtomobilin qiyməti üzrə qalıq məbləğin ödənilməsi müqabilində “Cavabdeh" MMC 99AE 866 dövlət qeydiyyat nişanlı modeli "xxxx", buraxılış ili 2014, tipi universal, rəngi qara olan avtomobilin dəyərində olan avtomobil vermək öhdəliyini icra etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 437.2-ci maddəsinə əsasən əgər borclu fərdi-müəyyən əşyanı verməyə borcludursa, o, orta tipli və keyfiyyətli eyni əşyanı verməlidir. Əgər borclu həmin əşyanın verilməsi üçün zəruri olan özündən asılı hər şeyi etmişdirsə, borc öhdəliyi bu əşya ilə məhdudlaşır. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyində n, eləcə də tərəflər arasında bağlanmış müqavilənin icrasını tələb etdiyindən və müqavilə qüvvədə olduğundan hər iki tərəf müvaqilə üzrə öhdəliklərini yerinə yetirməmiş və müqavilə şərtlərini icra etməmişlər.Belə ki, satıcı tərəf müqavilə üzrə öhdəliyini pozaraq 2016-cı ilin noyabr ayından alıcının qanuni sahibliyindən avtomobili alaraq onun ödənişləri gecikdirməsinə səbəb olan hərəkətlərə yol vermişdir. İddiaçı tərəfindən avtomobilin qiyməti üzrə qalıq məbləğin ödənilməsi müqabilində Cavabdeh MMC 99AE 866 dövlət qeydiyyat nişanlı modeli "xxxx", buraxılış ili 2014, tipi universal, rəngi qara olan avtomobilin dəyərində olan avtomobil vermək öhdəliyini icra etməlidir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi ilkin iddianın qismən təmin edilməsi, ** A E *** dövlət qeydiyyat nişanlı “Changan Eado SC 7169 C” markalı minik avtomobilin dəyərində olan (2014-cü il buraxılışlı, sedan tipli, həmin avtomobillə eyni işlək səviyyədə olan) avtomobil Cavabdeh MMC-dən alınıb Novruzov Bəhruz Baxşəli oğluna verilməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, avtomobil Cavabdeh MMC-dən alınaraq İddiaçı verildikdən sonra 7462 manat məbləğində pul 14 ay ərzində hər ay bərabər hissələrlə İddiaçı tutulub Cavabdeh MMC-nin xeyrinə ödənilməsinə dair nəticəyə gəlməkdə haqlı olmuşdur. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan normaların tələblərini nəzərə alan kassasiya kollegiyası Apellyasiya Məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi qətnamə ilə razılaşır və hesab edir ki,Bakı ApellyasiyaMəhkəməsiningəldiyi nəticə düzgündür. İşdə qətnamənin ləğ v edilməsi üçün əsaslar olmadığından qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Kassasiya şikayətinin dəlilləri əsassızdır. Bakı Apellyasiya Məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının bu iş üzrə olan 24 oktyabr 2018-ci il tarixli, 2(103)-9537/18 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərarqəbuledildiyiandanqüvvəyəminir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar