Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1743/2021 09.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı «xxxx» MMC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iş üzrə QƏRARİ iş № 2(102)-*****/21 (Açar sözlər: borc tələbi) Bakı şəhəri, xx xxxx 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı “xxxx” MMC-nin vəkili Vəkil1 və Cavabdeh2 vəkili Vəkil2 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-****/2020 nömrəli iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ndən Cavabdeh2 tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə xx xxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı “xxxx” MMC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada MMCnin xeyrinə 11413,10 manat borc və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı “xxxx” MMC iddia tələbini onunla əsaslandırmışdır ki, MMC ilə sürücü ekspeditor Cavabdeh2 arasında xx.xx.2012-ci il tarixdə müqavilə bağlanılaraq, sonuncu işə götürülmüş, müqaviləyə əsasən satış təmsilçisi vəzifəsində çalışan işçi əmək münasibə tləri prosesində ona verilmiş, cəmiyyətə məxsus əmlakın və digər maddi sərvətlərin salamatlığının təmin olunması üçün tam maddi məsuliyyət daşımalı, işçi ona verilmiş əmlakın salamatlığını təmin etmədiyi təqdirdə MMC-yə vurulmuş əvəzini ödəməyi öhdəsinə götürmüşdür. Cavabdehin anası, digər Cavabdeh1 ilə iddiaçı cəmiyyət arasında xx xxx 2012-ci il tarixdə zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh şirkətdən götürdüyü malları lazımi təşkilatlara çatdırmaqla həmin malların dəyərini onlardan alaraq şirkətin xəzinəsinə ödəməli olduğu halda, yoxlama zamanı cavabdehin satdığı malların dəyərindən bir qisminin cəmiyyətin xəzinəsinə mədaxil etdiyi müəyyən edilsə də, malların dəyərindən 11413,10 manatı satış məntəqələrindən alaraq cəmiyyətin xəzinəsinə mədaxil edilmədiyi məlum olmuşdur. Cavabdeh2 həm in pulları ticarət obyektlərindən alsa da, öz vəzifəsindən sui-istifadə edərək, şirkətin xəzinəsinə ödəməyərək öz ehtiyacları üçün xərclədiyini göstərmiş və yaxın vaxtlarda həmin məbləği ödəməyi öhdəsinə götürsə də, ödəməmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) xx xxxxxx 2015-ci il tarixli 2(001)-****/2015 nömrəli qətnaməsi ilə (hakim – Bəylər Ələkbərov) iddia tələbi qismən təmin edilərək, Cavabdeh2 “xxxx” MMC-nin xeyrinə 11413.10 manat məbləğində pulun tutulması, iddia tələbi üzrə ödənilmiş 30 manat dövlət rüsumunun 50%-i, yəni 15 manatının Cavabdeh2 tutularaq “xxxx” MMC-yə ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, Cavabdeh2 xx.xx.2012-ci il tarixli yazılı sənəddən irəli gələn öhdəlikl ərin icrası zamanı satış məntəqələrindən qəbul etdiyi vəsaiti iddiaçının xəzinəsinə ödəməməklə həmin cəmiyyətə 11413.10 manat məbləğində maddi zərər vurmuşdur. Buna görə də cavabdeh iddiaçıya vurduğu zərərə görə məsuliyyət daşıyır və iddiaçı həmin zərərin əvəzinin ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə hesab edir ki, Cavabdeh2 ilə “xxxx” MMC arasında xx.xx.2012-ci tarixdə cəmiyyətə məxsus əmlakın və digər maddi sərvətlərin müəyyən edilmiş satış məntəqələrinə təhvil verilməsi ilə bağlı tərtib edilmiş yazılı sənədin təminatı olaraq cavabdehin anası, digər Cavabdeh1 ilə iddiaçı cəmiyyət arasında xx.xx.2012-ci il tarixdə zaminlik müqaviləsi bağlanmasına və zamin “xxxx” MMC-nin Cavabdeh2 həvalə etdiyi avadanlığın və malın korlandığı və itirildiyi halda, o cümlədən satılmış malın maliyyə ə skiklərinə və işçinin qulluq etdiyi satış nöqtələrində kredit qalıqlarının əskiklərinə görə məsuliyyəti öz üzərinə götürməsinə baxmayaraq, tərtib edilmiş müqavilə tərəflərin iradə ifadəsini əks etdirmir. Belə ki, müqavilə tərtib edilərkən onun formasına əməl edilməmiş, müqavilə həm “xxxx” MMC, həm də Cavabdeh1 tərəfindən imzalanmalı olduğu halda, müqavilə yalnız Cavabdeh1 tərəfindən imzalanmışdır. Belə olan halda isə tərtib edilmiş sənəd tərəflər arasında mülki hüquq və vəzifələrin yaranmasına əsas ola bilməz. Ona görə də iddia tələbi Cavabdeh1 münasibətdə əsaslı hesab edilə və təmin edilə bilməz. Birinci instansiya məhkəməsi qənaətini Azərbaycan Respublikası Konstitusiyasının 13.1 və 29-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 152.1, 157.2, 324.2, 389.1, 389.2, 405.1, 4 06.1, 442, 443.1, 443.2, 448.2, 471, 472.1, 472.2, 472.3, 529.2, 529.3-cü və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 107, 119.1 və 218.3-cü maddələri ilə əsaslandırmışdır. Qətnamədən narazı qalan Cavabdeh2 apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinni rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Vahid Sadıqov - sədrlik edən və məruzəçi, Qürbət Əsgərov, Azad İmanov) xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli, 2(001)-****/2015 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanması qət edilmişdir. Apelyasiya instans iyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, işdə olan Cavabdeh2 tərəfindən xx.xx.2013-cü il tarixdə tərtib edilərək imzalanmış əlyazma şəklində olan izahatda (iltizamda) göstərilmişdir ki, “Mən, Cavabdeh2 xx.xx.2012-ci il tarixdən “xxxx” MMC şirkətində satış təmsilçisi vəzifəsində işə götürülmüşəm və şirkətlə maddi məsuliyyət daşınma barəsində müqavilə bağlamışam. MMC tərəfindən mənə verilib ərazi, ticarət obyektləri və məhsullar (təbii şirələr) satış məqsədi ilə verilib. xx.xx.2013-cü il tarixində təhvil-təslim vaxtı ərazimdə və ticarət obyektlərində aşkar olundu ki, 11413,10 manat məbləğ çatışmır. Həmin məbləği mən öz işlədiyim vəzifədən istifadə etmişəm və şirkətin xəzinəsinə ödəməmişəm və öz ehtiyacıma xərcləmişəm. Həmin çatışmayan məbləği mən öz öhdəmə götürürəm və ya xın vaxtda şirkətə ödəməyə söz verirəm”. Beləliklə, cavabdeh iddiaçıya vurduğu zərərə görə məsuliyyət daşıyır və iddiaçı həmin zərərin əvəzinin ödənilməsini tələb etməkdə haqlıdır. Odur ki, birinci instansiya məhkəməsinin qənaəti qanuni və əsaslıdır. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri Cavabdeh2 (Vəkil2) kasasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin istinad etdiyi iş materiallarında olan iltizam üzrə o, pulu ödəməyi öz üzərinə götürməmiş, yalnız obyektlər pulu ona ödədikdən so nra MMC-yə təqdim edəcəyini öz üzərinə götürmüşdür. Məhkəmə bu hala düzgün qiymət verməmişdir. İş materiallarında onun ondan əvvəl həmin vəzifəni daşıyan “xxxx” MMC-nin əməkdaşından 11413.10 manat vəsaiti, yəni həmin pul dəyərində malları qəbul etməsi barədə akt yoxdur. MMC məhkəməyə onun qeyd edilən məbəlğdə malı qəbul etməsi barədə aktı təqdim etməmiş, bununla bağlı verilən vəsatəti məhkəmə nəzərə almamışdır. Cavabdeh tərəfindən mağazalarda satılmayıb yararsız hala düşən mallar barədə audit xidmətinə sənəd təqdim edilmiş, lakin bu nəzərə alınmamışdır. b) Kssasiya şikayətinə qarşı etirazın dəlilləri Kasasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 vəkili Vəkil2 kasasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı “xxxx” MMC-nin vəkili Vəkil1 kasasiya şikayətinə etiraz edərək, məhkəmədən şikayətin əsassız olduğundan təmin edilməməsini xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məs ələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün mə suliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 407.2. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kasasiya şikayətində qətnamə tam mübahis ələndirildiyindən məhkəmə aktı tam yoxlanılır. Belə ki, cavabdeh qətnamənin tam ləğv edilməsini xahiş etmişdir. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kasasiya şikayətinin dəlilləri üzrə kasasiya kollegiyası qeyd edir ki, cavabdehin kasasiya şikayətində göstərdiyi xüsusatlar onun iş materiallarında olan özü tərəfindən yazılmış yazılı öhdəliyinin icra edil məməsinin və iddia tələbinin təmin edilməməsinin əsasını təşkil edə bilməz. Kasasiya şikayətində göstərilən hallar apelyasiya kollegiyası tərəfindən maddi və prosessual hüquq normalarının pozuntusu ilə qətnamə qəbul edilməsi demək deyildir. Belə ki, iddia tələbinin əsasını cavabdehin yazılı öhdəliyinin icra edilməməsi təşkil edir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kasasiya şikayətinin dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh2 tərəfindən verilmiş k asasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-****/2020 nömrəli iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.