Məhkəmə qərarları › İş №2(102)-1744/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-1744/2020

09.06.2020 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1744/2020 09.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi) Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi ilə, Gəncə Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 09 iyun 2020-ci il tarixdə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bərdə Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(021)-1116/2018 saylı qətnaməsi ilə (hakim C.Tağıyev) ilkin iddia tələbinin təmin edilməsi, Cavabdeh İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evindən və 0,047 ha torpaq sahəsindən çıxarılması, qarşılıqlı iddianın təmin edilməməsi qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin MK-nın 20 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər İ.Şəfiyev (sədrlik edən, məruzəçi), R.Mamedov və A.Hüseynzadə, 2(104)-254/2019 saylı mülki iş) hazırki iş üzrə Bərdə Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(021)-1116/2018 saylı qətnaməsi cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh aid hissədə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyət hüququ üzrə ona məxsus olan, Bərdə şəhərinin xxx evdən və həyətyanı torpaqdan cavabdehin çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda Cavabdeh məhkəməyə qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsi tərəfindən İddiaçı adına xx.xx.2017-ci il tarixdə verilmiş, ******* nömrə ilə qeydiyyata alınmış çıxarışın və **********21 -10301 nömrə ilə qeydə alınmış texniki pasportun ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya şikayətinin dəlilləri: Mübahisə predmeti olan evin torpaq sahəsi X10 tərəfindən təhkim aktı əsasında xx.xx.2002-ci il tarixdə mərhum X2, xxx 2003-cü ilin mart-aprel aylarında X8 məxsus təhkim aktı əsasında mübahisəli torpaq sahəsini 800 ABŞ dollarına X3. xxx isə həmin təhkim aktı əsası nda torpaq sahəsini onun həyat yoldaşı mərhum X1. Həyat yoldaşı ilə birlikə həmin torpaq sahəsində ev inşa etmişlər. Məhkəmələr mübahisəni həll edərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişlərona görə qətnamənin ləğv edilməsini, işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Prosessual məsələlər: Məhkəmə kollegiyasının iclasında İddiaçı, onun vəkili və nümayəndəsi Mənsimzadə Rəfail Alı oğlu kassasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İddiaçı əlavə olaraq bildirmişdir ki, mübahisəli torpaq sahəsi vaxtı ilə onun vəsaiti hesabına alınmış, ev onun vəsaiti hesabına inşa edilmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və ye ri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddənin tələbinə görə iclasın vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxsdən hər hansı birinin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdı rmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Mübahisə ilə bağlı kassasiya məhkəməsinin mövqeyi: İşin faktiki halları ondan ibarətdir ki, ünvan 1 ünvanda yerləşən 0,047 ha torpaq sahəsi ayrıc aktına əsasən X8 fərdi yaşayış evi inşa etmək üçün ayrılmışdır. xxx həmin torpaq sahəsini qeyrirəsmi olaraq xx.xx.2002-ci il tarixdə X4, xxx 2003-cü ilin mart-aprel aylarında torpaq sahəsi ni 800 ABŞ dollarına X5, xxx isə həmin təhkim aktı əsasında torpaq sahəsini X1. Bütün alqı-satqı əməliyyatları qeyri-rəsmi, müvafiq sənədləşmə olmadan aparılmışdır. xxx iş üzrə cavabdehin həyat yoldaşı olmuşdur. 2017-ci ildə X11 vəfat etdikdən sonra hazırkı mübahisə başlamışdır. Mərhumun qardaşı torpaq sahəsini və orada inşa edilmiş evin X6 adına rəsmiləşməsi və sonra isə öz mülkiyyətinə keçirilməsinə nail olmuş və hazırkı iddianı irəli sürmüşdür. Cavabdeh isə iddiaçının adına verilmiş xx.xx.2017-ci il tarixli Çıxarışın və **********21 -10301 nömrə ilə qeydə alınmış texniki pasportun ləğv edilməsi barədə qarşılıqlı iddia vermişdir. Hazırkı iş apelyasiya icraatında olarkən cavabdeh Bərdə Rayon Məhkəməsində iddiaçıya qarşı başqa iddia qaldıraraq onunla X10 arasında bağlanmış alqı-satqı müqav iləsinin ləğv edilməsini xahiş etmişdir. Gəncə Apelyasiya Məhkəməsinin qətnaməsi ilə həmin iddia rədd edilmişdir o əsasla ki, iddiaçı müqavilə tərəfi olmadığı üçün həmin əqdi mübahisələndirməkdə haqlı deyil. Bundan sonra hazırkı iş üzrə icraat təzələnərək işə mahiyyəti üzrə baxılaraq qətnamə dəyişdirilmədən saxlanmıdır. İşə baxan məhkəmələr mülkiyyətin müdafiəsinə dair maddi hüquq normalarını rəhbər tutaraq ilk iddianı təmin etmişlər. Məhkəmə kollegiyası mubahisə ilə bağlı apelyasiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Beləki, Mülki Məcəllənin 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 140-cı maddəsinə reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyridəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bi lər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Hazırkı iş üzrə qarşılıqlı iddinanın təmin olunması üçün əsaslar olmamışdır. Cavabdehin irəli sürdüyü tələblər ilk növbədə təmin oluna bilməz ona görə ki, o, ilkin özəlləşmənin etibarsızlığını, yəni torpaq sahəsinin və evin X6 adına keçməsi halını mübahisələndirmədən iddiaçının adına verilmiş çıxarışın etibarsızlığını tələb etmişdir. Hansıki həmin Çıxarışın verilməsinin əsası tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi olmuşdur. Eyni zamanda cavabdeh başqa işdə yenə də, ilkin özəlləşmənin etibarsızlığını, yəni torpaq sah əsinin və evin X6 adına keçməsi halını mübahisələndirmədən yenə də düzgün olmayaraq alqı-satqı müqaviləsinin ləğv olunması tələbini irəli sürmüşdür. Nəticə etibarı ilə məhkəmələr həmin iddianı da təmin etməmişdir. Cavabdehin irəli sürdüyü tələblər əsasında ilk iddianın rədd edilməsi əsasları müəyyən edilmədiyindən apelyasiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı hesab olunmalıdır. Çünki iddiaçının adına verilmiş Çıxarışın əsasını X10 ilə İddiaçı arasında bağlanmış alqi-satqı müqaviləsi təşkil edir ki, həmin müqavilənin etibarsızlığı ilə bağlı mübahisə olmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Qətnamənin ləğv edilməsi və kassasiya şikayətinin tə min olunması üçün əsaslar olmadığından qətnamə dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin MK-nın hazırkı iş üzrə xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar