Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1744/2025 03.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: işəbərpa olunması, məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı “əmrin ləğvi, işə bərpa olunması, məcburi iş buraxma müddəti üçün əmək haqqının və müavinətin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2025-ci il 10 fe vral tarixli 2(103)-871/2025 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı xx.xx.1977-ci il tarixdən "xxxx" QSC-də müxtəlif vəzifələrdə çalışmış və xx.xx.2023-cü il tarixdə işəgötürənə ərizə ilə müraciət edərək, işdən azad edilməsini xahiş etmişdir. Həmin ərizə əsas götürülməklə xx.xx.2023-cü il tarixdə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verilmişdir.
2. Bundan sonra - xx.xx.2024-cü il tarixdə İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti Bakı şəhər İdarəsinə müraciət edərək, işəgötürən tərəfində n ona son haqq-hesabın düzgün ödənilmədiyini bildirmişdir. Əmək Müfəttişliyi həmin müraciətə xx.xx.2024-cü il tarixli məktubla cavab verərək, xx.xx.2023-cü il tarixdə 2.675,60 manat məbləğində son haqq-hesabın ödənildiyi qeyd edilmiş, habelə "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" 2015-ci il 20 dekabr tarixli, 1410-İVQ nömrəli Azərbaycan Respublikası Qanununa əsasən Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar xx.xx.2024-cü il tarixədək dayandırıldığından müraciətdə göstərilən halların yerində araşdırılmasının mümkün olmadığı, müraciətdə qeyd edilən məsələlərin həlli ilə əlaqədar məhkəməyə müraciət etmək hüququnun olduğu bildirilmişdir.
3. İddiaçı xx.xx.2024-cü il tarixdə mediasiya təşkilatına müraciət etmiş, xx.xx.2024cü və xx. xx.2024-cü il tarixlərdə mediasiya sessiyasının iclası təyin edilmiş və xx.xx.2024cü il tarixdə iddiaçıya “mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayış verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı (bundan sonra - iddiaçı) cavabdeh "xxxx" QSC-yə (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" QSC-nin xx.xx.2023-cü il tarixdə verdiyi 13-1-24/3-10-33001/2023 saylı əmrinin etibarsız hesab edilməsi və onun işə bərpa edilməsi, məcburi iş buraxmaya görə ödənilməyən əmək haqqının ödənilməsi və ya onun əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar Azərbaycan Dəmir Yolçuların X1 arasında 2023-2025-ci il tarixli X4 4.6.2-ci yarımbəndinə əsasən müəssisə daxili qaydalara əsasən əmək haqqın ın beş misli miqdarında və həmin Sazişin 4.8-ci yarımbəndinə əsasən tarif maaşının bir misli miqdarında müavinətin ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı tələbini işin yuxarıda qeyd olunan faktiki hallarına istinadən onunla əsaslandırmışdır ki, 1977-ci ilin avqust ayından cavabdeh müəssisədə fasiləsiz olaraq 2023-cü ilin dekabr ayına kimi müxtəlif vəzifələrdə - fəhlə, briqadir, mühəndis, yol nizamlayıcısı (dispetçer) vəzifələrində çalışmış, işlədiyi müddətdə hər hansı bir nöqsanı olmamış, əksinə yaxşı işlədiyi üçün daim mükafatlandırılmışdır. Hazırda onun əmək qabiliyyətinin yüksək olmasına baxmayaraq, onunla əmək müqaviləsinə xitam verilmiş və bildirilmişdir ki, onun yaşı 66-dan çoxdur. İşlədiyi müəssisədə bir çox işçilərin yaşı 70-dən çox olmasına baxmayaraq, onlarla əmək müqaviləsinə xitam verilmədiyi halda, onunla əmək müqaviləsinə xitam verilməsi əsassızdır. Pensiyaya çıxmasına baxmayaraq, aldığı pensiya onun tələbatını ödəmir və işlədiyi müəssisədə aldığı əmək haqqı ilə dolanmışdır. QSC-nin daxili qaydalarına əsasən yaşa görə işdən azad olunan işçilərə aylıq əmək haqqının beş misli miqdarında və həmin müəssisədə fəaliyyət göstərən Həmkarlar İttifaqı isə işçiyə əmək haqqının iki misli miqdarında kompensasiya ödənildiyi halda, onun işdən azad olunması münasibəti ilə nə müəssisə, nə də Həmkarlar Komitəsi ona hər hansı bir formada kompensasiya ödəməmişdir. Sonradan məlum olmuşdur ki, QSC onu normal olaraq bir il işdə saxlamış və sonradan yaşının çox olması adı ilə ona kompensasiya (müavinət) verilməsindən imtina etmişdir. Onun fiziki və zehni fəaliyyətinin yüksək olmasına baxmayaraq, müəssisədaxili qaydalara əməl edilmədən və ona kompensasiya verilmədən işdən azad edilməsi əsassızdır. Onun Əmək Məcəlləsinin 68-ci maddəsinin 2ci bəndi ilə («b») əmək müqaviləsinin müddətinin qurtarması adı ilə işdən azad olunması əsassızdır. Cəmiyyətin rəhbərliyi onun işdən azad edilməsini, onun nə zaman və hansı hərəkətinin cəmiyyətin fəaliyyətinə ziyan vurduğu əsaslandırmalı idi. İşdən azad olunması barədə əmrin surətini tələb etməsinə baxmayaraq, əmrin surəti ona təqdim edilməmişdir. Onun işdən azad edilməsinin əsaslandırılması ona aydın olmamışdır. Əmək Məcəlləsinə əsasən onun işdən azad edilməsi barədə məsələ müzakirə edilərkən bu barədə onu dəvət etməli olduğu halda, onun işdən azad olunması ilə əlaqədar izahatı alınmamış və müqavilənin ba şa çatması ilə əlaqədar onun işdən azad olunması barədə heç bir bildiriş verilməmişdir. İşdən azad olunması barədə müəssisə daxili Həmkarlar İttifaqı Komitəsi fəaliyyət göstərirsə, təqdimat müzakirə olunmamışdan əvvəl ona bu barədə məlumat verilməli idi. Onun işdən azad edilməsi sırf rəhbərliyin şəxsi təşəbbüsü ilə edilmişdir. Onun işdən azad olunması üçün əsas olmuş təqdimatların hüququ əsası yoxdur. Belə ki, onun işdən azad olunması barədə təqdimatda göstərilən halların heç biri ona aid deyildir. O, müəssisənin nüfuzunu aşağı sala biləcək hərəkətlər etməmişdir. QSC onun işdən azad edilməsi ilə əlaqədar əmr verərkən, onun maddi vəziyyətini işə ehtiyacının olmasını, heç bir nöqsanının olmamasını nəzərə almamışdır.
6. Cavabdehin nümayəndəsi iddianı qəbul etməmiş, iddia müddətinin tətbiq edi lməsi barədə ərizə təqdim etmiş və izahatında bildirmişdir ki, iddia tələbi əsassızdır və rədd olunmalıdır. Belə ki, iddiaçının xx.xx.2023-cü il tarixli ərizəsinə əsasən onunla əmək müqaviləsinə xx.xx.2023-cü il tarixli əmrlə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «a» bəndi ilə xitam verilmişdir. Əmək müqaviləsinin ləğv edilməsi barədə əmri tam qanuni və əsaslıdır. İddiaçı qeyd edir ki, 2023-2025-ci illər üçün X3 4.6.2-ci bəndinə əsasən tarif maaşının beş misli və 4.8-ci bəndinə əsasən tarif maaşının bir misli məbləğində ona ödəniş olunmalı idi. Qeyd olunmalıdır ki, 2023-2025-ci illər üçün X3 4.6-cı maddəsinə əsasən bağlanmış «əmək müqaviləsinin ləğv edilməsinə dair əlavə razılaşma»ya əsasən əmək müqaviləsini öz təşəbbüsü ilə ləğv edən işçilərə tarif (vəzifə) maaşının beş misli məbləğində birdəfəlik müavinət qanunvericiliklə müəyyən edilən qaydada əmək pensiyası hüququ verən yaş həddinə çatan işçilərə pensiya yaşına çatdığı (əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edildiyi) tarixdən 30 iş günü müddətinə verilir. İddiaçı xx.xx.1955-ci il təvvəlüdlü olduğundan, pensiya yaşına xx.xx.2020-ci ildə çatmış, əmək müqaviləsinin öz təşəbbüsü ilə ləğv edilməsi barədə ərizəsini isə xx.xx.2023-cü il tarixdə yazmışdır. Bu səbəbdən Kollektiv sazişinin 4.6-cı maddəsi İddiaçı şamil edilməyib. Kollektiv Sazişinin 4.6-cı maddəsi İddiaçı şamil edilmədiyindən 4.8-ci maddə də şamil oluna bilməz. Həmçinin iddiaçı xx.xx.2023-cü il tarixdə işdən azad olunsa da, məhkəməyə yalnız xx.xx.2024-cü il tarixdə müraciət etmişdir. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi, iddiaçı qanunve riciliklə tələb olunan iddia müddətini ötürmüş, hüquqlarının pozulduğunu bildiyi halda 1 ay ərzində qanunsuz hesab etdiyi əmrin ləğvi barədə məhkəməyə müraciət etməmişdir. Bununla da iddia müddətini ötürmüşdür. İddiaçının əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə xitam verilmişdir. Həmin gündən işçi işə gəlməmiş, yəni əmək müqaviləsinə xitam verildiyi ona məlum olmuşdur. Eyni zamanda, iddiaçı hüquqlarının pozulması barədə xx.xx.2024-cü il tarixdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinə müraciət etmişdir. ADY-yə mediasiya təklifi yalnız xx.xx.2024-cü ildə göndərmiş, xx.xx.2024-cü il tarixdə isə ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışı əldə etmiş, məhkəməyə isə xx.xx.2024-cü il tarixdə müraciət etmişdir. Diqqət yetirildikdə və tarixlər hesablan dıqda iddiaçının 1 aylıq iddia müddətini ötürdüyü görünür.
7. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 23 oktyabr 2024-cü il tarixli, 2(006)- 4711/2024 nömrəli qətnaməsi ilə (hakim Ceyhun Tağıyev) iddia rədd edilmişdir.
8. Məhkəmə iddia tələbinin əmrin etibarsız hesab edilməsi hissəsinə münasibətdə qeyd etmişdir ki, iddiaçı xx.xx.2023-cü il tarixdə imzaladığı ərizəsini cavabdehə təqdim edərək öz xahişi ilə onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsini xahiş etmişdir. İşəgötürən həmin ərizəni nəzərə alaraq, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam vermişdir. Yəni, iddiaçı ilə əmək müqaviləsinə iddia ərizəsində göstərildiyi kimi, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndi ilə, yəni, əmək müqavi ləsinin müddətinin qurtarması əsası ilə xitam verilməmişdir. Göründüyü kimi, işəgötürən tərəfindən iddiaçıya münasibətdə əmək qanunvericiliyinin (69cu maddəsinin) tələbləri pozulmamışdır.
9. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçı barəsində verilmiş əmrin etibarsızlığını xahiş etsə də, ərizəsinin məzmununda sadaladığı hallar əslində əmrin ləğvi ilə bağlı hallardır ki, buna dair tələb olmasa da, araşdırma zamanı əmrin ləğv edilmə əsasları da müəyyən edilməmişdir.
10. Məhkəmə eyni zamanda hesab etmişdir ki, əmrin etibarsız sayılması üçün qanunvericilikdə müəyyən edilmiş əsaslar da hazırki işdə müəyyən edilməmişdir. Belə ki, əmrin etibarsız sayılmasının əsasları Əmək Məcəlləsinin 84-cü maddəsində sadalanmışdır. Lakin iş materiallarından görünür ki, cavabdeh tərəfindən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən qanunvericiliyin tələblərinə riayət olunmuş, müəssisənin adı, hüquqi ünvanı, əmrin sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı, işçinin adı, atasının adı, soyadı, əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı, əmək müqaviləsinin ləğv edilməsinin əsası, həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi, əmək müqaviləsinin ləğv edildiyi gün, ay və il, əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər göstərilmişdir.
11. Məhkəmə hesab etmişdir ki, işəgötürən tərəfindən əmək qanunvericiliyinə riayət etməklə, iddiaçının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “ a” bəndinə əsasən işdən azad edilməsi və onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi əsaslı olmuş, əmək müqaviləsinə xitam verilərkən iddiaçının qanunla qorunan hüquqları pozulmamışdır.
12. Məhkəmə iddia tələbinin işdənçıxmaya görə kompensasiyanın verilməsi hissəsinə münasibətdə qeyd etmişdir ki, təqdim edilmiş sənədlərdən göründüyü kimi, İddiaçı xx.xx.1955-ci il təvvəlüdlüdür, pensiya yaşına xx.xx.2020-ci il tarixdə çatmışdır. Öz xahişi ilə əmək müqaviləsinin ləğv edilməsi barədə ərizə işəgötürənə xx.xx.2023-cü il tarixdə təqdim olunmuşdur. Belə olduğu təqdirdə, həmin sazişin 4.6-cı bəndi, eləcə də 4.8ci bəndi iddiaçıya şamil oluna bilməz. Belə ki, iddiaçının əmək müqaviləsinə xitam verilərkən yaş həddi Sazişin qeyd olunan yarımbəndlərinin tələblərinə uyğun gəlməmişdir. Həmçinin iş materiallarından görünür ki, iddiaçıya xx.xx.2023-cü ildə 2.675,60 manat son haqq-hesab ödənilmişdir. Məhkəmə onu da qeyd etmişdir ki, iddiaçı cavabdeh tərəfindən 2023-2025-ci illər üçün X3 4.6.2-ci və 4.8-ci yarımbəndlərinin tələblərinə əməl edilməməsini göstərməsi də onun işdən azad edilməsi ilə razılaşmasının göstəricisi hesab edilə bilər. Belə ki, sözügedən Sazişin qeyd edilən bəndlərində bağlanmış “əmək müqaviləsinin ləğv edilməsinə dair əlavə razılaşma”ya əsasən əmək müqaviləsini öz təşəbbüsü ilə ləğv edən işçilərə hansı məbləğdə birdəfəlik müavinət verilməsini tənzimləyir.
13. Məhkəmə həmçinin iddianın mübahisələndirilən əmrin etibarsız hesab edilməsi hissəsinin rədd olunması nəticəsinə gəldiyi üçün digər tələblər, yəni, işə bərpa olunması, məcburi iş buraxmaya görə əmək haqqı ödən ilməsinin törəmə tələblər olduğu üçün prosessual qənaət prinsipi baxımından həmin hissələri də əsassız saydığından onlara ayrıca hüquqi qiymət verilməsinə zərurət görməmişdir.
14. Məhkəmə iddia müddətinin tətbiqi barədə ərizəyə də münasibət bildirərək qeyd etmişdir ki, hazırkı mülki iş üzrə iddiaçının subyektiv hüququnun pozulması müəyyən edilmədiyindən və iddia əsassız olması səbəbi ilə rədd edilməli olduğundan məhkəmə tərəfindən iddia müddətinin tətbiqindən imtina edilməlidir.
15. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2.1, 6869, 76, 83-84, 296-cı, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 372.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 80, 106.1, 217.4-cü maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “ N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli qərarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
16. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
17. Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun olaraq onunla əsaslandırılmışdır ki, cavabdeh onu aldadaraq işdən çıxma ərizəsi yazdırmış və o zaman daxili qaydalara uyğun kompensasiya veriləcəyini bildirməsinə baxmayaraq, ona hər hansı bir məbləğdə kompensasiya verilməmişdir. QSC-nin daxili qaydalarına əsasən yaşa görə işdən azad olunan işçilərə aylıq əmək haqqının beş misli miqdarında v ə həmin müəssisədə fəaliyyət göstərən Həmkarlar İttifaqı tərəfindən işçiyə əmək haqqının iki misli miqdarında kompensasiya ödənilməlidir. Lakin onun işdən azad olunmağı münasibəti ilə nə müəssisə, nə də Həmkarlar Komitəsi ona hər hansı bir formada kompensasiya ödəməmişdir. Sonradan məlum olmuşdur ki, cəmiyyət ona kompensasiya ödəməkdən boyun qaçırmaq məqsədi ilə onu formal olaraq bir il işdə saxlamış və daha sonra isə müddətin keçməsi adı ilə ona kompensasiya (müavinət ) verəcəyi adı ilə onu aldadaraq işdən azad etmişdir. Onun işdən azad edilməyi ilə əlaqədar əmrin sürətini tələb etməyinə baxmayaraq, əmrin sürəti ona uzun müddət təqdim edilməmişdir. Qanunla nəzərdə tutulan müddətdə məhkəməyə müraciət etməməyinin əsas səbəbi əmrin surətinin uzun müddət ona verilməməsi olmuşdur.
18. Məhkəmə iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətini qəbul etməmiş və etirazın, habelə iddia müddətinin tətbiqi barədə ərizənin məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
19. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra - apellyasiya instansiyası məhkəməsi) 2(103)-871/2025 nömrəli, 10 fevral 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər - F.Abdıyev (sədrlik edən və məruzəçi), F.Babayev və C.Musayeva) apellyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi “əmrin etibarsız hesab edilməsi, işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının tutulmasının rədd edilməsi” hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnam ə çıxarılmaqla, iddia rədd edilmişdir. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.
20. Məhkəmə tərkibi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddia müddətinin tətbiqi məsələsinə mülki qanunvericilikdə nəzərdə tutulmuş qaydada yanaşmış və iddia tələbini qeyd edilən hissəsində maddi hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Bu baxımdan, məhkəmə kollegiyası cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizənin verildiyini və əmək qanunvericiliyinin bu sahəni tənzimləyən müddəalarını nəzərə alaraq, qeyd edilən iddia tələblərinə ilk növbədə iddia müddətinin tətbiq edilməli olub-olmaması aspektindən qiymət verilməsini zəruri hesab etmişdir.
21. Məhkəmə kollegiyası qeyd etmişdir ki, idd iaçı apellyasiya şikayətində işdən azad edilməsi barədə əmrin ona gec verildiyi mövqeyindən çıxış edərək məhz bu səbəbdən məhkəməyə qanunvericiliklə nəzərdə tutulmuş müddəti ötürməklə müraciət etdiyini bildirmişdir. Halbuki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verildiyi, yəni xx.xx.2023-cü il tarixdə ona son-haqq hesab olaraq 2.675,60 manat məbləğində pul ödənilmiş, həmçinin əmək kitabçası təhvil verilmişdir (əmək kitabçasının iddia ərizəsinə əlavə edilmiş surətində onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndi ilə xitam verildiyi qeyd edilmişdir). Bu hallar iddiaçının xx.xx.2024-cu il tarixdə son haqq-hesabın düzgün ödənilməməsi ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinə e tdiyi şikayətə cavab olaraq həmin qurum tərəfindən ona ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubun məzmunu ilə də öz təsdiqini tapır. Həmin məktubda iddiaçıya həm son haqqhesab olaraq ödənilmiş məbləğ (bank çıxarışı iddiaçının özü tərəfindən təqdim edilmişdir. Bu da ona həm əmək kitabçasının, həm də haqq-hesab sənədlərinin təqdim edildiyini təsdiq edir), həm də onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi əsası barədə məlumat verilmişdir. Müddət etibarı ilə iddiaçı artıq həmin quruma müraciət etdiyi, ən pis halda da bu qurumun cavab məktubunu əldə etdiyi tarixdən onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi əsasını bilmişdir. Maraqlısı ondan ibarətdir ki, iddiaçı həmin müraciətdə əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2023-cü il tarixli ərizəni nəinki aldadılma və ya məcbur etmə nəticəsində yazdığını bildirməmiş (iddiaçı apellyasiya şikayətində biri-birinə zidd olan bu halların hər ikisini qeyd edir), ümumiyyətlə bu məsələyə toxunmamışdır. Mediasiya təşkilatına isə ümumiyyətlə bu müraciətindən 6 ay (məktubu aldıqdan isə 3 ay) sonra müraciət etmişdir. Halbuki, 2024-ci ilin əvvəllərindən iddiaçı hər iş günü artıq səhərlər həmin iş yerinə getmədiyini, iş yerindən əmək haqqı almadığını görmüş, bu faktın mövcudluğunu bilmiş və dərk etmişdir.
22. Bununla belə, iddiaçı onunla bağlanmış əmək müqaviləsinə xitam verildiyi gündən bunun əsası barədə tam məlumatlı olmuşdur. Bu səbəbdən həmin əmrin məhkəmə qaydasında mübahisələndiriməsi ilə bağlı müddət axımının başlanması həmin hadisənin ertəsi günündən hesablanmalıdır. Bununla da bu qəbildən olan iddialar üçün nəz ərdə tutulmuş 1 aylıq iddia müddəti ötürülmüşdür. X2 Xidmətinin cavab məktubunun tarixi əsas götürüldüyü halda belə 1 aylıq iddia müddəti ötürülmüş olur. İddiaçı tərəfindən müddətin ötürülməsinin üzürlü hesab edilməsinə və ötürülmüş müddətin bərpasına dair hər hansı məzmunda ərizə də verilməmişdir. Cavabdeh isə əksinə məhkəməyə iddia müddətinin tədbiq edilməsi barədə ərizə təqdim edərək, iddianın bu əsasla rədd olunmasını tələb etmişdir.
23. Bu səbəbdən məhkəmə kollegiyası hesab edib ki, birinci instansiya məhkəməsi iddianın sübut olunmamağına istinadən iddia müddətini tətbiq etməməklə əmək qanunvericiliyinin bu məsələni tənzimləyən müddəaların tələblərini pozmuşdur. Hazırki iddia üzrə “əmrin etibarsız hesab edilməsi” tələbi məhz iddia müddəti tətbiq edilməklə rədd edilməlidir. Nəzərə alın malıdır ki, iddiaçı əmrin etibarsızlığını tələb etsə də, bu istiqamətdə irəli sürdüyü dəlillər əmrin etibarsızlığı ilə deyil, ləğvi ilə bağlıdır. Lakin bu hal həmin tələbin iddia müddəti tətbiq edilməklə rədd olunmasını yenə də istisna etmir.
24. İddia üzrə irəli sürülmüş “işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının tutulması” tələblərinin “əmrin etibarsız hesab edilməsi” tələbinə münasibətdə törəmə tələblər olması və onların təmin edilib-edilməməsinin bilavasitə bu (əsas) tələbin təmin edilib-edilməməsindən asılı olması onların da rədd edilməsini şərtləndirir.
25. Məhkəmə kollegiyası iddianın “müavinətin ödənilməsi” hissəsinə münasibətdə qeyd etmişdir ki, bu tələbə müddət etibarı (ƏM 296.4-cü maddəsi) ilə iddia müddəti tətbiq edilə bilməz. Birinci instansiya məhkəməsi bu təl əb üzrə öz mövqeyində haqlı olmuşdur. "xxxx" QSC ilə Azərbaycan Dəmiryolçularının X1 arasında bağlanmış 2023-2025-ci illər üçün X3 4.6-cı maddəsinə əsasən həmin sazişin 4.6.2-ci və 4.8-ci maddələri pensiya hüququ verən yaş həddinə çatan tarixdən 30 iş günü müddətində əmək müqaviləsini öz təşəbbüsü ilə ləğv edən işçilərə şamil edilir. İddiaçı isə pensiya yaşına xx.xx.2020-ci il tarixdə çatsa da əmək müqaviləsinə xitam verilməsi barədə ərizəni bu tarixdən 3 ildən artıq müddət keçdikdən sonra yazmışdır. Bu səbəbdən həmin sazişin 4.6.2-ci və 4.8-ci maddələri ona şamil edilə bilməz, iddiaçı bu maddələrin təsiri altına düşən şəxslər sırasından artıq çıxmışdır. Bu da öz növbəsində iddia üzrə bu tələbin və bununla bağlı apellyasiya şikayətinin dəlillərinin əsassız olduğunu təsdiq edir.
26. Məhkəmə öz hüquqi mövqeyini Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndi, 296-cı maddəsinin 2, 3, 4 və 6-cı bəndlərinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin375.2, 377.1-ci maddələrinə istinadən əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
27. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
28. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə istinadən əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
29. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi
30. Maddə 2, 3-cü bənd. Azərbaycan Respublik asının Əmək Məcəlləsi (bundan sonra ismin müvafiq hallarında «bu Məcəllə») əmək münasibətlərində tərəflərin: hüquq bərabərliyinin təmin edilməsi; mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması; maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi; əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi; əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır.
31. Maddə 12, 1-ci bənd. Əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri bunlardır:... c) əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq;...
32. Maddə 68, 1-cu bənd. Ə mək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.
33. Maddə 68, 2-ci bənd. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü;...
34. Maddə 69, 1-ci bənd. İşçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər.
35. Maddə 74, 2-ci bənd: Əgər qanunsuz və ya əsassız işdən çıxarılmış işçi işinə bərpa olunması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərsə və məhkəmə tərəfindən iddiası təmin olunaraq işinə (vəzifəsinə) bərpa edilməsi haqqında qətnamə (qərar) qəbul edilərsə, onda işəgötürən tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) dərhal icra edilərək o, əvvəlki vəzifəsinə və ya razılığı ilə başqa vəzifəyə (işə) bərpa olunmal ıdır.
36. Maddə 296 (2-ci bənd). Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.
37. Maddə 296 (3-cü bənd). Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi və ya əmrin (sərəncamın, qərarın) işçinin elektron informasiya sistemində yaradılan elektron kabinetinə göndərildiyi və bu barədə işçinin məlumatlandırıldığı (elektron poçt və SMS vasitəsilə), həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdə n pozulduğu gündür.
38. Maddə 296 (4-cü bənd). Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir.
39. Maddə 296 (6-cı bənd). Bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər.
40. Maddə
300. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 7 0, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Konstitusiya Məhkəməsi Plenumunun L.İ.Binnətovanın şikayəti üzrə 2008-ci il 8 may ta rixli Qərarı
41. İddia etmək hüququ iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarından ibarətdir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. Bu hüququn həyata keçirilməsi hər hansı iddia müddətinin keçməsindən asılı deyil. Buna görə də, iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəməyə iddianı təqdim etmək mümkündür. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. İddia müddətinin keçməsi məhz bu mümkünlüyün qarşısını alır və məhkəmə tərəfindən iddiadan imtina edilməsinə əsas kimi götürülür. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmamasını və cava bdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” 30 iyul 2021-ci il tarixli Qərarı
42. Konstitusiya Məhkəməsinin Plenumu fərdi əmək mübahisələrinin həlli zamanı tətbiq olunan iddia müddəti ilə əlaqədar müraciətdə qaldırılan məsələlərə aydınlıq gətirilməsi məqsədilə aşağıdakıların qeyd olunmasını zəruri hesab edir.
43. Mülki Məcəllənin 375-ci maddəsinə əsasən, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəf inin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
44. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli Qərarında qeyd etmişdir ki, işin məhkəmə baxışına hazırlığı zamanı hakimin tərəflərdən hər hansı birindən iddia müddətinin keçməsi ilə bağlı sübutları təqdim etməyi və ya izahat verməyi tələb etməsi yolverilməzdir. Əgər maraqlı tərəf, yəni cavabdeh iddia ərizəsinə qarşı verdiyi etirazda iddia müddətinin keçməsinə istinad edərsə, hakim işin məhkəmə baxışına hazırlığı qaydasında işin düzgün və vaxtında həllini təmin etmək üçün tərəflərin hər birinə iddia müddəti ilə bağlı müvafiq sübutların təqdim olunmasını təklif edə bilər.
45. Beləliklə, məhkəmənin öz təşəbbüsü ilə iddia müddətini tətbiq etmək səlahiyyəti olmadığından, iddiaçıdan ötürülmüş müddətin bərpasına dair ərizə verməsini tələb etmək səlahiyyəti də yoxdur. Bu cür ərizənin verilməsi yalnız iddiaçının şəxsi təşəbbüsü ola bilər və bu zaman məhkəmə iddiaçı tərəfindən iddia ərizəsi ilə birlikdə iddia müddətinin üzrlü səbəbdən ötürülməsinə dair təqdim edilmiş sübutları araşdırıb qiymətləndirməlidir.
46. Həmçinin fərdi əmək mübahisəsinə məhkəməyə qədər baxan orqana müraciət edildikdə bu cür ərizənin verilməsi işçinin şəxsi təşəbbüsü olmalıdır. Mübahisəyə baxan orqan iddia müddətinin ötürüldüyünü müəyyən etdikdə, müvafiq sübutların təqdim olunmasını işçiyə təklif edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllə
47. M addə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
48. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
49. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
50. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəm əsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
51. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
52. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yox lanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
53. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən “əmrin etibarsız hesab edilməsi, işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının tutulmasının rədd edilməsi” hissəsində maddi hüquq normasının tətbiqində səhvə yol verilmişdir. Buna görə də apelyasiya instansiyası məhkəməsinin qətnaməsi həmin hissədə ləğv edilməli, iş üzrə məhkəmələr tərəfindən müəyyən edilmiş işin hallarına əsasən həmin hissədə yeni qərar çıxarılmaqla iddia tələbi rədd edilməlidir.
54. Belə ki, birinci insyansiya məhkəməsi tərəfindən işin mahiyyəti üzrə həlli üçün müəyyən olunmuş faktiki halları və iddianı rədd edərkən mövqeyi ondan ibarətdir ki, iddiaçı xx.xx.2023-cü il tarixdə imzaladığı ərizəsini cavabdehə təqdim edərək öz xahişi ilə onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsini xahiş etmiş, işəgötürən həmin ərizəni nəzərə alaraq, Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən iddiaçı ilə əmək müqaviləsinə xitam verməsi əsaslı olmuş, əmək müqaviləsinə xitam verilərkən iddiaçının qanunla qorunan hüquqları pozulmamışdır. Məhkəmə həmçinin əmrin etibarsız sayılması üçün qanunvericilikdə müəyyən edilmiş əsasların olmadığını müəyyən etmişdir. Məhkəmə iddia tələbinin işdənçıxmaya görə kompensasiyanın verilməsi hissəsinə münasibətdə qeyd etmişdir ki, iddiaçı pensiya yaşına xx.xx.2020-ci il tarixdə çatmış, əmək müqaviləsinin ləğv edilməsi barədə ərizəni işəgötürənə xx.xx.2023cü il tarixdə vermişdir. Ərizə verilərkən iddiaçının yaş həddi Sazişlə müəyyən edilən yaş həddinə uyğun olmadığı na görə, həmin Sazişin şərtləri iddiaçıya şamil oluna bilməz. Məhkəmə iddia müddətinin tətbiqi barədə ərizəyə də münasibət bildirərək qeyd etmişdir ki, hazırkı mülki iş üzrə iddiaçının subyektiv hüququnun pozulması müəyyən edilmədiyindən və iddia əsassız olması səbəbi ilə rədd edilməli olduğundan məhkəmə tərəfindən iddia müddətinin tətbiqindən imtina edilməlidir.
55. Apelyasiya instansiyası məhkəməsi isə iddia müddətinin tətbiqi ilə bağlı məsələdə fərqli mövqedən çıxış edərək bildirmişdir ki, birinci instansiya məhkəməsi iddia müddətinin tətbiqi məsələsinə mülki qanunvericilikdə nəzərdə tutulmuş qaydada yanaşmış və iddia tələbini qeyd edilən hissəsində maddi hüquq normalarının tətbiqində səhvə yol vermişdir. İddiaçı onunla bağlanmış əmək müqaviləsinə xitam verildiyi gündən bunun əsası barə də tam məlumatlı olmuş, bu qəbildən olan iddialar üçün nəzərdə tutulmuş 1 aylıq iddia müddəti ötürülmüşdür. Cavabdeh məhkəməyə iddia müddətinin tədbiq edilməsi barədə ərizə təqdim edərək, iddianın bu əsasla rədd olunmasını tələb etmişdir. Bu səbəbdən məhkəmə kollegiyası hesab edib ki, birinci instansiya məhkəməsi iddianın sübut olunmamasına istinadən iddia müddətini tətbiq etməməklə əmək qanunvericiliyinin bu məsələni tənzimləyən müddəaların tələblərini pozmuşdur. Hazırki iddia üzrə “əmrin etibarsız hesab edilməsi” tələbi məhz iddia müddəti tətbiq edilməklə rədd edilməlidir. “İşə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının tutulması” tələblərinin “əmrin etibarsız hesab edilməsi” tələbinə münasibətdə törəmə tələblər olması və onların təmin edilib-edilməməsinin bilavasitə bu (əsas) tələbin təmin edilib-edilməməsindən asılı olması onların da rədd edilməsini şərtləndirir. İddianın “müavinətin ödənilməsi” hissəsinə münasibətdə iddia müddəti tətbiq edilə bilməz. Birinci instansiya məhkəməsi bu tələb üzrə öz mövqeyində haqlı olmuşdur.
56. Məhkəmə kollegiyası, apelyasiya instansiyası məhkəməsinin “müavinətin ödənilməsi” hissəsinə münasibətdə iddia müddəti tətbiq edilmədən, əsassız olması səbəbindən rədd olunması barədə mövqeyi ilə razılaşır və hesab edir ki, iddianın həmin hissədə rədd olunması qanuni və əsaslıdır.
57. Lakin iddia tləbinin “əmrin etibarsız hesab edilməsi, işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının tutulmasının rədd edilməsi” hissəsində iddia müddəti təbiq edilməklə rədd edilməli olması barədə dəlillə razılaşmır. Belə ki, fərdi əmək mübahisə lərinin həlli iddia müddətlərinə tabe tutulur. Çünki fərdi əmək mübahisələrinin həllində iddia müddətlərindən bəhs edən Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə görə, fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.
58. Bu normada bəhs olunan “hüququnun pozulmasının aşkar edildiyi gün” dedikdə işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gün başa düşülür.
59. Göründüyü kimi iddia müddətinin axımının başlanması üçün bu faktlardan birinin mö vcud olması kifayətdir. Məhkəmələr ümumən iddia tələbinin “əmrin etibarsız hesab edilməsi, işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının tutulmasının rədd edilməsi” hissəsi üzrə iddia müddətinin ötürülməsi barədə düzgün nəticəyə gəlib.
60. Lakin nəzərə alınmalıdır ki, iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır.
61. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun L.Binnətovanın şikayəti üzrə 08 may 2008-ci il tarixli qərarda ifadə olunmuş hüquqi mövqeyə görə, iddia müddətinin tətbiqi qaydalarına riayət edilməsi üçün ilk növbədə nəzərə alınmalıdır ki, iddia etmək hüququ iddianı təqdim etmə və iddianın t əmin olunması hüquqlarından ibarətdir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. Bu hüququn həyata keçirilməsi hər hansı iddia müddətinin keçməsindən asılı deyil. Buna görə də, iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəməyə iddianı təqdim etmək mümkündür (MM-in 375.1-ci maddəsi). İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. İddia müddətinin keçməsi məhz bu mümkünlüyün qarşısını alır və məhkəmə tərəfindən iddiadan imtina edilməsinə əsas kimi götürülür (MM-in 375.2-ci maddəsi). İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmamasını və cavabdeh tərəfindən həm in hüququn pozulub-pozulmadığını araşdırmalıdır.
62. Həmin qərarda daha sonra göstərilmişdir ki, iddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulubpozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir.
63. Buna görə də məhkəmə kollegiyas ı hesab edir ki, işə baxmış apelyasiya instansiyası məhkəməsi “əmrin etibarsız hesab edilməsi, işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının tutulmasının rədd edilməsi” hissədə iddia müddətinin tətbiqi qaydalarını pozmaqla hüququn tətbiqində səhvə yol vermişdir.
64. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 386, 418.1 və 418.2-ci maddələrinin tələblərinə əsasən, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, apellyasiya instansiyası məhkəməsi hüququn tətbiq edilməsi ndə səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.
65. Həmin Məcəllənin 417.1.4 və 417.2-ci maddələrində göstərilir ki, kassasiya instansiyası məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər.
66. Hazırki iş üzrə məhkəmələr tərəfindən müəyyən edilmiş hallar və sübutlar, yeni qərar çıxarılmasına imkan verir.
67. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416 - 419-cu maddələrini rəhbər tutaraq qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsini n Mülki kollegiyasının 2025-ci il 10 fevral tarixli 2(103)871/2025 nömrəli qətnaməsi “əmrin etibarsız hesab edilməsi, işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının tutulmasının rədd edilməsi” hissəsində ləğv edilsin. Həmin hissədə iş üzrə yeni qərar çıxarılsın. İddia tələbi “əmrin etibarsız hesab edilməsi, işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının tutulması” hissəsində rədd edilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.