Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1745/2019 18.03.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ İş № 2(102)-1745/2019 18 mart 2019-cu il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, Qılıcova Sevda Mübariz qızının katibliyi, iddiaçının vəkili ***nun və nümayəndəsi X2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09.10.2018-ci il tarixli, 2(103)10193/2018 nömrəli qətnaməsindən İddiaçı kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərə k, Cavabdeh Abşeron rayon X6 10.11.1988-ci il tarixli, 03 saylı qərarına əsasən, ***nun fondundan onun icarəsinə verilmiş *** ərazisində yerləşən 0,5 hektar torpaq sahəsindən çıxarılması barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (hakim Ə.R.Səmədov) 17 iyul 2018-ci il tarixli, 2(008)-1912/2018 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər R.Ə.Qurbanov, E.Q.Nəbiyev və A.N.İmanov) 09.10.2018-ci il tarixli, 2(103)-10193/2018 nömrəli qətnaməsi ilə iddiaçının apelyasiya şikayəti təminolunmamış, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 17 iyul 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı və onun vəkili *** iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09.10.201 8-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermişlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: İddiaçı və onun vəkili *** iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09.10.2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, onun ləğv, işin yeni apellyasiya baxışına qaytarılması barədə qərarın qəbul edilməsini xahiş etmişdirlər. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, məhkəmə işə qeyri-obyektiv və birtərəfli baxmış, işin nəticəsinə təsir edən faktiki halları müəyyən etməmiş, yalnız cavabdeh təqdim etdiyi sənədlərə istinad edərək əsassız, qanunsuz və ədalətsiz qətnamə qəbul etmişdir. Belə ki, Abşeron rayon X6 10.11.1988-ci il tarixli, 03 saylı qərarına əsasən, ***nun fondundan 0,5 hektar istifadə olunmayan əkinə yararlı torpaq sahəsi sovxoz tərəfindən 1989-2009-cu il tarixədək iddiçı İddiaçı icarəsinə verilmişdir. Həmin torpaq sahəsinin iddiaçının icarəsinə verilməsi barədə ***nun direktoru *** arasında müqavilə bağlanmışdır. İcarəyə götürdüyü torpaq sahəsində iddiaçı kartof, qarpız, yemiş, pomidor, badımcan, boranı, xiyar əkib məhsul götürürdü. Orada o müxtəlif növ ağaclar əkmiş, oranı daş hasara almışdır. Həmin torpaq sahəsi uzun illərdir ki iddiaçının dədə-babanın və özünün qanuni istifadəsində olmuşdur. Qonşuların iştirakı tərtib edilmiş və *** qəsəbəsi üzrə nümayəndəliyi tərəfindən təsdiq edilmiş 27.01.2004-cü il tarixli aktından görünür ki, həqiqətən *** qəsəbəsi “***” adlanan sahədə 1500 kv.m. torpaq sahəsi İddiaçı anası X3 şəxsi torpaq sahəsi olmuşdur. Azərbaycan Respublikası Dövlət Tarix Arxivinin 9/952 saylı 08.08.2005-ci il tarixli arayı şından görünür ki, Azərbaycan Respublikası Dövlət Tarix Arxivinin sənədlərində Bakı qradonaçalnikliyinin *** kəndi üzrə istifadələrində həyətbaşı miras qalmış nadel torpaq və bağları olan kənd sakinlərinin 1913-cü ilə dair siyahılarından məlum olur ki, Bala X1 15 desyatinə bərabər olan torpaq sahəsinin sahibi olmuşdur. İstifadəsində olan torpaq ona miras qalmışdır(*** qəsəbəsi üzrə nümayəndəliyinin 27.01.2004-cü il tarixli aktın və Azərbaycan Respublikası Dövlət Tarix Arxivin 9/952 saylı 08.08.2005-ci il tarixli arayışın surəti əlavə olunur). Lakin bütün bunlara baxmayaraq, 2007-ci ildə cavabdeh həmin torpaq sahəsini zəbt etmiş, iddiaçının əkdiyi ağacları buldozerlə sındırıb atmış, ora torpaq töküb hündürə qaldırmış, iddiaçının hasarını söküb yenidən daş hasar çəkmiş və bununla da o İddiaç ı xeyli miqdarda ziyan vurmuşdur. Dəfələrlə cavabdehə həmin torpaq sahəsini ona qaytarılmasını tələb etsə də, o iddiaçının tələbinə məhəl qoymamışdır. Belə olan halda iddiaçı hüquq mühafizə orqanlarına və digər yuxarı orqanlara cavabdehin qanunsuz hərəkətlərindən şikayət etsə də, lakin oradan ona bildirmişlər ki, bununla bağlı o məhkəməyə müraciət etməlidir. Dəfələrlə cavabdehə bildirmişdir ki, torpaq sahəsini ona qaytarsın, lakin o torpaq sahəsini iddiaçıya qaytarmaqdan imtina etmişdir. Ona görə də iddiaçı məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etməyə qərara gəlmişdir. Lakin məhkəmə həmin faktları araşdırmaq və mübahisəli torpaq sahəsinə baxış keçirmək əvəzinə, formal olaraq icarə müqaviləsinin müddəti 2009-cu ildə başa çatdığına istinad etməklə digər şərtlərin mövcudluğunun yo xlanılmasına zərurət olmadığını, torpaq sahəsinin iddiaçının qanuni sahiblik və istifadəsində olması və onun həmin torpaq sahəsinə dair hər hansı bir hüququnun mövcud olmasının müəyyən edilməməsini əsas götürərək əsassız və qanunsuz qətnamə qəbul etmişdir. Digər tərəfdən, məhkəmədə işə baxılan zaman Cavabdeh hərəkətlərində Azərbaycan Respublikasının CM-nin 186 (əmlakı qəsdən məhv etmə və ya zədələmə) və 322 (özbaşınalıq) maddələrinin cinayətin əlamətləri aşkar olunsa da, lakin məhkəmə bu barədə xüsusi qərardad çıxarmamış və prokurora xəbər verməmişdir. Bununla əlaqədar iddiaçı dəfələrlə məhkəməyə vəsatət və ərizə ilə müraciət etsə də, lakin məhkəmə tərəfindən həmin faktlar da araşdırılmamış və bu cür kobud qanun pozuntulara hər hansı reaksiya verilməmişdir. PROSESUAL MƏSƏLƏLƏR: Məhkəmə icl asında iştirak edən iddiaçının vəkili *** kassasiya şikayətini müdafiə edərək onun təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, işin yeni apellyasiya baxışına qaytarılması barədə qərarın qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi X5 vəkilin dediklərinə uyğun izahat verdi. Cavabdeh işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasında onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası qəbul etdiyi 09.10.2018-ci il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayətini təmin etməyib, iş üzrə Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 17 iyul 2018-ci il tarixli qətnaməsini dəyişiklik etmədən saxlayarkən haqlı olmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, Abşeron rayon X6 10.11.1983-ci il tarixli 03 saylı qərarına əsasən ***nun fondundan 0,5 hektar istifadə olunmayan əkinə yararlı torpaq sahəsi sovxoz tərəfindən 1989-2009-cu il tarixədək İddiaçı icarəsinə verilmiş və bununla bağlı İddiaçı ilə * ** arasında icarə müqavilə bağlanmışdır. İddiaçı bildirir ki, həmin torpaq sahəsi uzun illər onun qanuni istifadəsində olmuş, lakin 2007-ci ildə cavabdeh həmin torpaq sahəsini zəbt etmişdir. O, dəfələrlə cavabdehə həmin torpaq sahəsini geri qaytarmasını tələb etsə də, cavabdeh onun tələbinə məhəl qoymamışdır. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, o, “xxxx” MMC-də iş icraçısı işləyən müddətdə rəhbərliyin tapşırığına əsasən sözü gedən ərazilərdə hasarlama işinə baxmışdır. İddiaçının iddia etdiyi torpaq sadəsinin harada olmasını dəqiq bilmir. Həmin torpaq sahəsinə onun heç bir aidiyyəti yoxdur. Torpaq sahəsi hazırda boş ərazidir. Maddi hüquq normalar yoxlanılarkən kassasiya kollegiyası belə nəticəyə gəlmişdir ki, apellyasiya məhkəməsi iddianın qanuni əsaslarını düzgün müəyyən etmişdir. Belə ki, Mülki Məcəllənin 157.2-ci maddəsinin tələblərinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.8-ci maddəsində isə təsbit olunmuşdur ki, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Apellyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, göstərilən maddələrin dispozisiya şərtlərinə görə iddianın əsaslı hesab edilməsi üçün müəyyən edilməlidir ki, mübahisəli torpaq sahəsi iddiaçının qanuni istifadə və sahibliyində olan torpaq sahəsidir və cavabdeh qanunsuz olaraq torpaq sahəsini zəbt etmişdir. Hazırkı işdə isə bu şərtlərin mövcudluğu təsdiq olunmur. Belə ki, işin mübahisəsiz hallarından da göründüyü kimi Abşeron rayon X6 10.11.1983-ci il tarixli, 03 saylı qərarına əsasən ***nun fondundan 0,5 hektar istifadə olunmayan əkinə yararlı torpaq sahəsi sovxoz tərəfindən 1989-cu ildən 2009-cu ilədək İddiaçı icarəsinə verilmiş və icarə müqaviləsinin müddəti 2009-cu ildə başa çatmışdır. Göründüyü kimi 1-ci şərtin mövcud olması, yəni mübahisəli torpaq sahəsinin iddiaçının qanuni sahiblik və istifadəsində olması və onun həmin torpaq sahəsinə dair hər hansı bir hüququnun mövcud olması müəyyən olunmur. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsi düzgün olaraq digər şərtlərin mövcudluğunun yoxlanılmasına zərurətin olmadığını qeyd edərək, iddia düzgün olaraq rədd edilməsi qənaətinə gəlmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassatora aid his sədə ləğvi üçün qanuni əsas deyildir. Kollegiya bir daha qeyd edir ki, iddia tələbinin hüquqi əsasını vindikasiya iddiası, yəni qanuni sahibliyində olan əmlakına sahibliyindən qanunsuz şəkildə məhrum olmuş iddiaçının cavabdehə yönəlmiş əmlakının geri qaytarılması tələbi təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2 və 157.8-ci maddələrinin məzmunundan göründüyü kimi, vindikasiya iddiasının irəli sürülməsi üçün müəyyən şərtlərin eyni vaxtda olması zəruridir. 1.İddiaçının həmin əmlakı tələb etməyə subyektiv hüququ olmalıdır, yəni vindikasiya iddiasına əmlaka sahibliyini itirmiş qanuni sahib malikdir. 2.Əmlaka faktiki sahiblikdən məhrum olunmalıdır; 3.Qanuni sahiblikdən çıxmış əmlak digər şəxsin faktiki sahibliyində olmalıdır. Hazırkı işin halları ilə isə tələb olunan bu 3 k omponentin mövcudluğu öz təsdiqini tapmır. Odur ki, kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, hazırkıişinfaktikihallarını tam, hərtərəflivəobyektivaraşdırmış vətərəflərarasındakımübahisəninhəlliüçüntətbiqedilməliolanmaddivəprosessualhüquqnorm alarınıdüzgüntətbiqetmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellya siya Məhkəməsi Mülki Kollegiyasının 09.10.2018-ci il tarixli, 2(103)-10193/2018 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür Ali Məhkəmənin Sənan Hacıyev hakimi
Məhkəmə qərarları › İş №2(102)-1745/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-1745/2019
18.03.2019 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver