Məhkəmə qərarları › İş №2(102)-1746/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-1746/2024

13.06.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1746/2024 13.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülki iş üzrə QƏRARİ (Açar sözlər: alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və ondan yaranan hüquqi nəticələrin ləğvi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-145/2024 nömrəli, 09 yanvar 2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları: 1. 17 yanvar 2022-ci il tarixdə Cavabdeh1, İddiaçı, X10 və X3 iştirakı ilə tərtib edilmiş 3,5965 ha torpaq sahəsinin Bölgü Planından görünür ki, iştirakçılar 0,7193 ha torpaq sahəsinin 3,5965 ha torpaq sahəsindən naturada ayrılmasını və ölçülərini razılaşdırmaqla yanaşı bölgüyə razılıqlarını, şikayətlərinin olmamasını imzaları ilə təsdiq etmişlər. Həmin sənəd notarial qaydada da təsdiq edilmişdir.

2. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 10 iyun 2020-ci il tarixdə verilmiş ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışına əsasən Yevlax rayonu Qaraməmmədli kəndində yerləş ən 3,5965 ha torpaq sahəsi 0,7193 ha paylarla X4, X10, X3, İddiaçı və Cavabdeh1 mülkiyyətlərinə rəsmiləşdirilmişdir.

3. Bərdə Regional “Asan xidmət” mərkəzində Notariat ofisi tərəfindən 22 fevral 2022-ci il tarixdə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 10 iyun 2020-ci il tarixdə verilmiş ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla Yevlax rayonu Qaraməmmədli kəndində yerləşən 3,5965 ha torpaq sahəsinin 24 fevral 2010-cu il tarixdə vəfat etmiş X5 məxsus hissəsindən İddiaçı 1/2 hissədə irs almalıdır.

4. Bərdə Regional “Asan xidmət” mərkəzində Notariat ofisində 29 mart 2022-ci il tarixdə 4Ə-533 reyestr nömrəsi ilə qeydə alınmış, hədiyyə verənlər X7 və X15 ilə hədiyyə alan İddiaçı arasında bağlanmış daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, X1 rayonu Qaraməmmədli kəndində yerləşən ümumi sahəsi 3,5965 ha olan torpaq sahəsinin paylı mülkiyyət hüququ əsasında ona məxsus 0,7193 ha, X15 isə 1,0789 ha hissəsini İddiaçı hədiyyə etmişlər.

5. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən 13 aprel 2022-ci il tarixdə verilmiş ********* qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışına əsasən Yevlax rayonu Qaraməmmədli kəndində yerləşən 2.8772 ha torpaq sahəsi İddiaçı mülkiyyəti kimi onun adına qeydiyyata alınmışdır. 6. 08 aprel 2022-ci il tarixdə verilmiş ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışına əsasən Yevlax rayonu Qaraməmmədli kəndində yerləşən 0,7193 ha torpaq sahəsi Cavabdeh1 m ülkiyyəti kimi onun adına qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat:

7. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə Cavabdeh2 arasında 07 avqust 2019-cu il tarixdə bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddiaçı tələbini işin yuxarıda qeyd olunan faktiki hallarına istinadən onunla əsaslandırmışdır ki, torpaq islahatı zamanı iddiaçıya və ailə üzvlərinə ümumi birgə torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsində ümumi birgə paylı olan Cavabdeh2 özünə məxsus payını digər mülkiyyətçilərin razılığı olmadan Cavabdeh1 satmışdır. Həmin torpaq sahəsində tərəflərin payı müəyyən olunmamışdır. İddiaçı və digər mülkiyyətçilər 07 avqust 2019-cu il tarixdə alqı-satqı müqaviləsi bağlanarkən məlumatsız olmuşlar. Onların razılığı olmadan həmin müqavilə bağlanmşdır. İddiaçı çıxarış alarkən belə bir əməliyyat olduğunu bilmişdir.

9. Birinci instansiya məhkəməsinə Cavabdeh1 ərizə ünvanlayaraq, iş üzrə iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir.

10. Cavabdeh1 birinci instansiya məhkəməsinin məhkəmə iclasında iddia tələbini qəbul etməyərək izah etmişdir ki, alqı-satqı müqaviləsi qanunla müəyyən edilmiş qaydada notariat ofisində rəsmiləşmişdir. Həmin vaxt notarius tərəfindən iddiaçıya və digər mülkiyyətçilərə telefon vasitəsi ilə məlumat verilmişdir. Həmçinin müq avilə əsasında çıxarış alınarkən 17 yanvar 2022-ci il tarixdə iddiaçı və digər mülkiyyətçilər bölgü planını imzalamışlar. Həmin müqavilə notarius tərəfindən təsdiqlənmişdir. Yəni iddiaçının müqavilədən məlumatı olmuşdur. Müqavilədən bir il keçdikdən sonra məhkəməyə müraciət etmişdir.

11. Cavabdeh2 birinci instansiya məhkəməsinin məhkəmə iclasında izah etmişdir ki, 2019-cu ildə Cavabdeh1 ona torpağın satmasını bildirmişdir. İlk öncə razı olmasa da, sonradan pula ehtiyacı olduğundan 700 manata satmağa razılıq vermişdir. Sənədləşmə işini Cavabdeh1 həll edirdi. Torpaq sahəsini həqiqətən satmışdır. Lakin sənəd işindən başı çıxmır. Notariat ofisində olarkən məbləğ az olduğundan müqavilədə 1800 manat qeyd edilmişdir. Atası həmin vaxt həbsdə idi. Notarius həmin vaxt dedi ki, digər mülkiyyətçilərə də məlumat verilməlidir. Cavabdeh1 orada olan tanışı ilə danışdı və heç kimə məlumat verilmədən müqaviləni bağladı. Torpağı könüllü satmışdır. Ona heç bir təyziq olmamışdır.

12. Yevlax Rayon Məhkəməsinin 04 sentyabr 2023-cü il tarixli, 2(039)-1492/2023 saylı qətnaməsi ilə (hakim R.Əlizadə) Cavabdeh1 ilə Cavabdeh2 arasında 07 avqust 2019-cu il tarixdə bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, 07 avqust 2019-cu il tarixdə bağlanmış alqı-satqı müqaviləsi əsasında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən Cavabdeh1 adına aparılmış qeydin ləğv edilməsi qət edilmişdir.

13. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə ba ğlı qeyd etmişdir ki, Cavabdeh1 ilə Cavabdeh2 arasında 07 avqust 2019-cu il tarixdə bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməli və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Cavabdeh1 adına aparılmış qeyd ləğv edilməlidir. Alqı-satqı müqaviləsi bağlanan zaman mülkiyyətçilərin hər birinə məlumat verilməli idi. İddiaçının və digər mülkiyyətçilərin razılığı olmadan alqı-satqı müqaviləsinin bağlanması onların mülkiyyət hüququnu pozur.

14. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 71-ci maddələrinə, Mülki Məcəlləsinin 5.3 16.1, 140, 149.2, 152.1, 222.2, 351.2, 351.3, 354.1, 354.2, 355.1, 355.2, 357, 358.1, 404.1, 404.2, 560.1, 560.3-cü, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki M əcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 02 aprel 2021-ci il tarixli qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun X.Mirzəliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 17 sentyabr 2021-ci il tarixli Qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 3 mart 2023-cü il tarixli Qərarına və Azərbaycan Respublikası Mülki Pros essual Məcəlləsinin 14.2, 77.1 və 217.4cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat:

15. Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işin hallarını tam olaraq araşdırmamış, işdə olan əhəmiyyət kəsb edən sübutlara qiymət verməmişdir.

17. Məhkəmə qətnaməsi tam qanunsuz olaraq qəbul edilmişdir. O, qanuni əsaslarla notariat orqanına girərək, satıcı ilə razılaşaraq, onun pulunu ödəyərək Cavabdeh2 onun payını notariat orqanında alqı-satqı etmişdir. İddiaçı, Cavabdeh2 bacısıdır. O, qanuni əsaslarla Elçinin torpağını almışdır. İşdən də göründüyü kimi bu barədə tərəflərin alqı-satqı müqaviləsi bağlanmış, o da həmin əmlakın sahibi olaraq adına çıxarış əldə etmişdir. Alqısatqı müqaviləsindən sonra əldə etdiyi müqaviləni 17 saylı Ərazi İdarəsinə gətirərkən ona bildirmişlər ki, digər mülkiyyətçilərin aldığı torpaq sahəsi ilə bağlı razılıqlarının alınması üçün onların hər biri Dövlət Notariat Kontoruna getməli, bölgü ilə bağlı razılıqlarını bildirməlidir. Bu səbəbdən də onlar Bərdə regional “Asan-Xidmət” Mərkəzinə gedərək notarius X2 iştirakı ilə İddiaçı, X10, X8 və onun iştirakı ilə Yevlax rayonu, Qaraməmmədli kəndində yerləşən xx.xx.2020-ci il tarixli **********80 nömrəli dövlət aktı üzrə şəhadətnamənin alqı-satqı müqaviləsinə əsasən 3,5965 ha torpaq sahəsinin Bölgü Planı tərtib edilərək hər bir mülkiyyətçinin yeri könüllü razılıqla m üəyyən edilərək “bölgüyə razıyam, şikayətim, etirazım, əlavəm yoxdur, bölgü planını imzamızla təsdiq edirik. Qeydini edərək hər biri öz imzasını çəkərək xx.xx.2022-ci il tarixində həmin razılığı yuxarıda qeyd etdiyi notariusda təsdiqləmişlər”. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən müvafiq çıxarışı əldə etmişdir. Payları razılıqla bölünmüş, o da həmin torpağı istifadə edir. Burada İddiaçı öz yaxınlarının iştirakı ilə qardaşının, böyüklərinin bilavasitə iştirakı hər birinin razılığı ilə bu bölgünü etmişlər. İddiaçı artıq xx.xx.2022-ci il tarixində imzaladığı bölgü planını təsdiqləməklə, artıq razılığını verməklə bütün bunlardan xəbərdar idi. Şəxs 1 il 4 aydan sonra iddia ərizəsi qaldıraraq Cavabdeh1 ilə Cavabdeh2 arasında xx.xx.2019-cu il tarixdə bağlanmış alqı-satqı müqaviləsini və D aşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışın etibarsız hesab edilməsini xahiş etmişlər. İşin hallarından da görünür ki, iddiaçı həm alqı-satqı müqaviləsini, həm də çıxarışın etibarsızlığını mübahisələndirmişdir. Məhkəmə iddianı tam və yaxud da qismən ləğv etməsi işdə görünmür. Məhkəmə isə qətnamənin qət etdi hissəsində tələbdən tamamilə kənara çıxmışdır. İddiaçı alqı-satqı müqaviləsinin etibarsızlığını mübahisələndirir. Məhkəmə isə həm müqaviləni etibarsız hesab edir, həm də 17 saylı Ərazi İdarəsi tərəfindən Cavabdeh1 adına aparılmış qeydini ləğv edir. Axı iddiaçı bu tələbdə olmadığı halda məhkəmə bütün bunları necə edə bilər. Qətnaməyə diqqət yetirsək iddiaçının belə bir tələbi mövcud deyil. Əgər mövcud olsaydı onların da xəbərləri olmaqla qətnamədə də bu hal öz t əsdiqini tapardı. Bundan başqa əqdlərin etibarsızlığı ilə bağlı qanunda bir il müəyyən olunduğu məhkəməyə bildirilmişdir. Tələbdə əqdin ləğvi ilə bağlı bir cümlə mövcud deyildir. Məhkəmə bunları necə edə bilərdi. Onlar iddia müddətinin tətbiq edilməsini xahiş etmişlər. Çünki bu hal reallıqdır. Bundan başqa məhkəmə işin faktiki hallarına yetərincə qiymət verməmişdir. Axı iddiaçı ona çıxarış verilənədək bölgü ilə razılaşmışdır. Qəbul etsə ki, alqı-satqı müqaviləsində Nəzakət xanımın şəxsi istəyi olsada bəhanə gətirərək guya istəyinin olmadığını bildirir. Bəs bölgü planına nə deyələr? Onlar desinlər ki heç notariusa getməmişlər. Torpağı öz aralarında bölmüşlər. Bunlara da İddiaçı rəsmi razılıq verib. İstək və iradəsini bildirib. Alınan torpaq iddiaçının deyil, qardaşının torpağıdır. Torpağı s atan onun qardaşıdır. Burada onun nə günahı var. Çıxarışı əldə edən zaman tərtib olunan bölgü planında İddiaçı razılığını imzası ilə təsdiq edir. Məhkəmə qətnamə qəbul edərkən iddianı təmin etməməli idi. Bu səbəbdən də hazırki şikayətində maddi hüquq normalarının pozulduğunu bəyan edir. Tərəfindən iddia müddətinin tətbiq edilməsinə dair ərizə ilə müraciət edilmişdir. Mülki Qanunvericilikdə əqdlərin etibarsızlığı ilə bağlı ümumi müddət 1 il nəzərdə tutulmuşdur. Məhkəmə onun bu məsələsinə baxarkən AR MM-nın 354.1-ci maddəsinə istinad edərək yalnış bir mövqe ortaya qoymuşdur. Bu səbəbdən də məhkəmə, hesab edir ki, maddi hüquq normalarını pozmuşdur. Onun fikir və mövqeyinə məhkəməyə təqdim etdiyi bölgü planına, işin faktiki hallarına heç bir halda qiymət verməmişdir. Tələbə qərəzli qaydada bax mış, əsassız olaraq mümkün olmayan bir tələbi təmin etməklə ədalət prinsipini pozmuşdur. Məhkəmə baxılan tələbə bərabər qaydada baxmamış, təqdim etdikləri sübutları heç bir əsas olmadan qətnamədə hansı səbəbdən qəbul edilməməsini əks etdirməmişdir. Tərəflərindən hər bir halda məhkəmə prosesini ədalətli aparılacağına ciddi inamları olsa da çıxarılan nəticə real həqiqəti əks etdirməmişdir. Bu səbəbdən də təqdim etdikləri sübutlar qeyri-obyektiv, qərəzli hüquq normalarına müvafiq olaraq qiymət verilmədən dəyərləndirilməmişdir. AR MPM-nın yuxarıda qeyd etdiyi normaları tam mənada ona münasibətdə pozulmuşdur. Məhkəmə işin faktiki hallarını tam və hərtərəfli araşdırmamışdır. 1-ci tələbdə iddiaçının yalan mövqeyi təqdim etdikləri bölgü planında əks etdirildiyi halda məhkəmə iddiaçının yalanları nı təsdiq etmişdir. 2-ci məhkəmə iddia tələbinin xahiş etdi hissəsini çıxarılmış olduğu qətnaməsinin qət etdi hissəsi ilə uyğunlaşdırmamışdır. İddia tələbi ilə qətnamənin nəticə hissəsi iddiadan kənara çıxmaqdır. Bundan başqa məhkəmə iddia müddətinin tətbiqi ilə bağlı ərizələrini əsaslandırmamış mövqeyilə cavab vermişdir. Məhkəmə iddia tələbinin əsassızlığını gördüyü halda səhv nəticəyə gəlmişdir. İş üçün əhəmiyyət kəsb edən hallar sübuta yetirilməmişdir.

18. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-145/2024 nömrəli, 09 yanvar 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Elçin Mehdiyev (sədrlik edən və məruzəçi), Məcidov Ələddin və Mahir Əsədli) Cavabdeh1 apellyasiya şikayəti təmin edilmiş, Yevlax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(039)-1492/2023 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı Cavabdeh1 ilə Cavabdeh2 arasında xx.xx.2019-cu il tarixdə bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışın ləğv edilməsi tələbinə dair iddiası rədd edilmişdir.

19. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, Yevlax rayonu Aqrar İslahat Komissiyasının 20 iyun 1998-ci il tarixli 32 nömrəli qərarı ilə iddiaçı Hüseynova (Mürsəlova) Nəzakət Rafis qızının, Cavabdeh2, X10, X6, X3 ümumi birgə mülkiyyətinə Yevlax rayonu Qaraməmmədli kəndi ərazisindən 3.60 ha kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsi verilmişdir. Bərdə Regional “Asan xidmət” mərkəzində Notariat ofisində 07 avqust 2019-cu il tarixdə 4Ə-14 56 reyestr nömrəsi ilə qeydə alınmış, satıcı Cavabdeh2 ilə alıcı Cavabdeh1 arasında bağlanmış AN-İ № ******* nömrəli alqı-satqı müqaviləsi əsasında 3.60 ha kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsinin 0.72 ha hissəsi 700 manata Cavabdeh1 satılmış, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 10 iyun 2020-ci il tarixdə verilmiş ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla Yevlax rayonu Qaraməmmədli kəndində yerləşən 3,5965 ha torpaq sahəsi 0,7193 ha paylarla X4, X10, X3, İddiaçı və Cavabdeh1 mülkiyyətlərinə rəsmiləşdirilmişdir. 17 yanvar 2022-ci il tarixdə Cavabdeh1, İddiaçı, X10 və X3 iştirakı ilə 3,5965 ha torpaq sahəsinin Bölgü Planı tərtib edilərək 0,7193 ha ayrılan torpaq sahəsinin naturada ayrılması və ölçüləri razılaşdırılmış, iştirakçılar böl güyə razılıqlarını, şikayətlərinin olmamasını imzaları ilə təsdiq etmişlər. Həmin sənəd notarial qaydada da təsdiq edilmişdir. Bərdə Regional “Asan xidmət” mərkəzində Notariat ofisi tərəfindən 22 fevral 2022-ci il tarixdə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında İddiaçı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 10 iyun 2020-ci il tarixdə verilmiş ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla Yevlax rayonu Qaraməmmədli kəndində yerləşən 3,5965 ha torpaq sahəsinin 24 fevral 2010-cu il tarixdə vəfat etmiş X5 məxsus hissəsindən 1/2 hissədə irs almışdır. Bərdə Regional “Asan xidmət” mərkəzində Notariat ofisində 29 mart 2022-ci il tarixdə 4Ə-533 reyestr nömrəsi ilə qeydə alınmış, hədiyyə verənlər X7 və X15 ilə hədiyyə alan İddiaçı arasında bağlanmış daşınmaz əmlakın bağışlanması müqaviləsi əsasında X1 rayonu Qaraməmmədli kəndində yerləşən ümumi sahəsi 3,5965 ha olan torpaq sahəsinin paylı mülkiyyət hüququ əsasında ona məxsus 0,7193 ha, X15 isə 1,0789 ha hissəni İddiaçı hədiyyə etmişlər. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən 13 aprel 2022-ci il tarixdə verilmiş ********* qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla Yevlax rayonu Qaraməmmədli kəndində yerləşən 2.8772 ha torpaq sahəsi İddiaçı, 08 aprel 2022-ci il tarixdə verilmiş ********** qeydiyyat, **********08 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla Yevlax rayonu Qaraməmmədli kəndində yerləşən 0,7193 ha torpaq sahəsi Cavabdeh1 mülkiyyətinə rəsmiləşdirilmişdir. X7 22 may 2022-ci il t arixdə vəfat etmişdir. Cavabdeh2 tərəfindən Cavabdeh1 satılmış torpaq sahəsinin naturada ayrılması və ölçüləri ölçüləri İddiaçı iştirakı ilə razılaşdırılmasına baxmayaraq, İddiaçı cavabdehlər Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsızlığını və onun əsasında verilmiş çıxarışın ləğvini tələb etmişdir.

20. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, baxılan iş üzrə mübahisə predmeti olan torpaq sahəsi iddiaçının və digərlərinin ümumi birgə mülkiyyətində olmuşdur. Məlum olduğu kimi, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Belə əşyaya sərəncam verilməsi qaydaları Mülki Məcəllənin 222-ci maddəsində tənzimlənir. Həmin maddəyə əsasən, birgə mülkiyyətdə olan əşyaya dair sərəncamçılıq bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir və əmlaka dair sərəncam verilməsi haqqında əqdi mülkiyyətçilərdən hansının bağlamasından asılı olmayaraq bu razılıq ehtimal edilir. Birgə mülkiyyətin hər bir mülkiyyətçisi, əgər bütün mülkiyyətçilərin razılaşmasından ayrı qayda irəli gəlmirsə, ümumi əşyaya dair sərəncam verilməsi haqqında əqdlər bağlaya bilər. Birgə mülkiyyətin mülkiyyətçilərindən birinin ümumi əmlaka dair sərəncam verilməsi ilə əlaqədar bağladığı əqd həmin mülkiyyətçinin lazımi səlahiyyətlərinin olmaması mülahizələrinə əsasən qalan iştirakçıların tələbi ilə yalnız o halda etibarsız sayıla bilər ki, əqdin başqa tərəfinin bunu bildiyi və ya bilməli olduğu sübuta yetirilsin. X19 Xidmət mərkəzində Notariat ofisində 07 avqust 2019-cu il tarixdə 4Ə-1456 reyestr nömrəsi ilə qeydə alınmış alqı-satqı müqaviləsi bağlandığı zaman JN 369 KOD ********* olan Torpağa Mülkiyyət Hüququna dair Dövlət aktında göstərilən 3.60 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin sağ olan digər birgə mülkiyyətçiləri iştirak etməsələr də, 10 iyun 2020-ci il tarixdə verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla mübahisəli torpaq sahəsi tərəflərin paylı mülkiyyəti kimi qeydiyyata alınmış və İddiaçı 17 yanvar 2022-ci il tarixdə torpaq sahəsinin Bölgü Planını imzası ilə təsdiq etməklə sonradan mübahisələndirdiyi 07 avqust 2019-cu il tarixl i alqı-satqı müqaviləsinə öz razılığını ifadə etmişdir. Əqdin bağlanmasına zahirən razılığı olmayan ümumi mülkiyyət sahibi olmuş İddiaçı bu əqddən xəbərdar olması və bəyənməsi işin araşdırılmış halları ilə müəyyən olunur.

21. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, iddia ərizəsindən və iddia tələbinin dəqiqləşdirilməsinə dair sonradan təqdim edilmiş ərizədən görünür ki, iddiaçı, Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsini və Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş çıxarışın ləğv edilməsini xahiş etmişdir. Kollegiya qeyd edir ki, alqı-satqı müqaviləsi əsasında alıcının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparılmış və bunun əsasında da X9 adına daşınmaz əmlakın dövlət reyestrindən çıx arış verilmişdir. Yəni çıxarış daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasını təsdiq edən sənəddir. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Birinci instansiya məhkəməsinin qətnaməsində Bərdə Regional “Asan Xidmət” mərkəzində Notariat ofisinin iş üzrə cavabdeh qismində cəlb edildiyi göstərilsə də iş materiallarından, birinci instansiya məhkəməsinin məhkəmə iclas protokollarından Bərdə Regional “Asan Xidmət” mərkəzində Notariat ofisinin iş üzrə cavabdeh qismində cəlb edilməsi məsələsinin müzakirə edilməsi, iddiaçı tərəfin bununla bağlı vəsatət verməsi, məhkəmənin buna dair təklif irəli sürməsi halları müəyyən edilmir.

22. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 71, Mülki Məcəlləsinin 16.1, 152.5, 213.1, 213.2, 213.6, 222.2, 222.3, 337.1, 337.5, 355.2, 357.6, 358.1, 358.2, 360.2, 567-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 02 aprel 2021-ci il tarixli Qərarına, Daşınmaz Əmlakın Dövlət Reyestri Haqqında Azərbaycan Respublikası Qanununun 8.0.3-cü maddəsinə və MPM-nin 14.2, 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:

23. Qətnamədən iddiaçı (vəkil Nümayəndə) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən araşdırılması üçün apellyasiya instansiya məhkəməsinə qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

24. Kassasiya şikayəti onula əsaslandırılmışdır ki, məhkəmə qətnamə qəbul edərkən düzgün araşdırma aparmamış və buna görə də səhv qənaətə gəlmişdir. Məhkəmənin gəldiyi nət icə belədir ki, guya iddiaçı bölgü zamanı orda olmuş və bölgü sxeminə imza atmaqla əqdi bəyənmişdir. Bu qətiyyən belə deyil. Belə ki, Yevlax rayon Prokurorluğunun böyük müstəntiqi v.m.i.e. Elvin Xasayevin qərarında qeyd olunduğu kimi (Cavabdeh1 izahatı) ərazidə bölgü aparılarkən yalnız Rafis orada olmuş və İddiaçı ümumiyyətlə torpaq sahəsində olmamışdır. Həmçinin notariat kontorunda bölgü sxemi təsdiq olunan zaman yenə də İddiaçı aldadılmış və əvvəllər olduğu kimi notarius Tamaşa Atakişiyeva ilə cinayət əlaqəsinə girərək, onların əvvəlcədən razılaşdığı qaydada - əvvəlcə İddiaçı bölgü sxeminə imza etdirilmiş və sonra Cavabdeh1 imza etmişdir. Notarius sənədin mahiyyətini izah etməmişdir. Xüsusən də əqdin bəyənilməsi üçün şəxs əqd barədə məlumatları, əqdin şərtlərini bilməli və bununla bağlı açıq şəkil iradə ifadəsini bildirməlidir. Qeyd olunan iradə ifadəsinin xüsusi forması yoxdursa belə, alqı-satqı müqaviləsinin şərtlərindən razılıq verən şəxsin mütləq məlumatı olmalıdır. Yoxsa, şəxs razılıq verir, amma bilmir nəyə razılıq verir və nəyi bəyənir. Göründüyü kimi tərəflər arasında bağlanmış əqd (alqı-satqı müqaviləsi) bağlanan zaman qanunun tələblərinə əməl edilmədiyindən, bağlandığı andan etibarsızdır. Yevlax rayon Prokurorluğundan Cavabdeh1 izahatı bütün Şəki Apelyasiya Məhkəməsinin mövqeyini altüst edir. Çünki iddiaçının aldadılıb bölgü sxeminə imza etdirilməsi, naturada bölgüdə iştirak etməməsi cavabdeh tərəfindən açıq-aşkar sübut olunur. Buradan da göründüyü kimi iddiaçının ilk dəfədən sona qədər aldadılmış, ümumiyyətlə əqddən məlumatı olmamışdır, məlumatı olmadığı üçün d ə müddətin hesablanması aldadılmış, ümumiyyətlə əqddən məlumatı olmamışdır, məlumatı olmadığı üçün də müddətin hesablanması çıxarışın əldə olunduğundan hesablanmalıdır. Digər tərəfdən müddətlə bağlı birinci instansiya məhkəməsinin mövqeyi ilə tamamilə razıyıq. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

25. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

26. Maddə 5.3 Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

27. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

28. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibar sızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.

29. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.

30. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

31. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, g örülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

34. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

35. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

36. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

37. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

38. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

39. Maddə 417.1.1 Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

40. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:

41. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

42. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfind ən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

43. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

44. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilik də hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

45. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

46. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-145/2024 nömrəli mülki iş üzrə 09 yanvar 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar