Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1746/2025 03.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Kateqoriya (açar sözlər): mənzildən çıxarılma, qanuni qüvvəyə minmiş məhkəmə aktının preyudisiallığı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1373/2025 nömrəli, 10 fevral 2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aş ağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Neftçilər küçəsində 0.0175 ha torpaq sahəsində yerləşən 4 nömrəli, 1 mərtəbəli binada 63 kv.m ümumi, 38 kv. metr yaşayış sahəsindən ibarət 3 otaqlı, 2 nömrəli mənzil X6 (1 otaq - 11.2 kv.metr), X4 (1 otaq - 13.68 kv.metr, bundan sonra – mübahisəli mənzil) və X7 (1 otaq - 13.1 kv.metr) paylı mülkiyyətində olmuşdur. X1 Qızılgül Alışan qızının (bundan sonra – iddiaçı) bacısı, Cavabdeh (bundan sonra – cavabdeh) isə keçmiş arvadıdır. Mənzilin mübahisəli hissəsi onun adına xüsusi mülkiyyət kimi xx.xx.2000-ci il tarixdə qeydiyyata alınmışdır.
2. X9 özünə məxsus mübahisəli mənzili xx.xx.2007-ci il tarixdə iddiaçıya bağışlamış, mənzil bağışlanarkən cavabdehin razılığı alınmışdır. Sonradan cavabdehlə arvadı ar asında olan nikah münasibətləri pozulmuş, cavabdeh bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və mülkiyyətin əvvəlki statusa qaytarılması tələbi ilə məhkəməyə müraciət etmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-424/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia rədd edilmiş, qətnamə qanuni qüvvəsini almışdır.
3. Hazırda cavabdeh mübahisəli mənzildə tək yaşayır. Cavabdehin xüsusi mülkiyyətində başqa yaşayış sahəsi (ünvan 1 ünvanında yerləşən 28 nömrəli mənzil) mövcuddur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı məhkəməyə müraciət edərək cavabdehin mənzilin ona məxsus hissəsindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, bacısı cavabdehlə birlikdə pas port qeydiyyatında olmadan bir neçə il ərzində həmin mənzildə yaşamışlar. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə bacısı ilə cavabdeh arasında olan nikaha xitam verildikdən sonra onun tərəfindən cavabdehdən mənzili boşaldaraq təhvil verilməsi tələb olunsa da, o, mənzildən çıxmaqdan imtina etmişdir və mülkiyyətçinin mülkiyyət hüquqlarını pozaraq həmin mənzildə pasport qeydiyyatı olmadan yaşamağa davam etmişdir. Cavabdeh əslində ünvan 2 ünvanda pasport qeydiyyatında olmasına baxmayaraq, öz qeydiyyat yeri üzrə yaşamır. Mübahisəli mənzilin paylı mülkiyyət hüququ üzrə özünə məxsus 13.68 kv.m-dən ibarət 1 otağına dair mülkiyyət hüquqlarından tam şəkildə istifadə edə bilmir, onun bu hüquqdan istifadə imkanı məhdudlaşdırılmış və o, mülkiyyət hüququndan məhrum e dilməsə də, həmin hüquqların tam həyata keçirilməsinə cavabdehin həmin otaqdan çıxmaması maneçilik törədir.
6. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, mübahisəli mənzili özü almışdır. Lakin həmin dövrdə hərbi qulluqçu kimi ev növbəsində olduğundan mənzili keçmiş arvadı Xuraman Həsənovanın adına rəsmiləşdirmiş, o da mənzili keçmiş baldızına, yəni hazırkı iş üzrə iddiaçıya bağışlamışdır. Mübahisəli mənzil rəsmi olaraq iddiaçının adına olsa da, mənzilin əsl sahibi özü olmuşdur. Ona görə iddiaçının onu öz mənzilindən çıxarması əsassızdır. Qeyd olunanlara əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir.
7. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-270/2024 nömrəli, 6 noyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakim Şəbnur Qədirova) idd ia tələbi təmin edilmişdir.
8. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onun əsaslandırmışdır ki, məhkəmə qərarlarına əsasən xx.xx.2007-ci il tarixli bаğışlаmа müqаviləsi ilə X3 mübahisəli mənzilin yаşаyış sаhəsi 13.68 kv.m. olаn bir otаğını bacısı İddiaçı Əlişan qızına bağışlamışdır. Mənzil cavabdeh və iddiaçının bacısının birgə nikah dövründə əldə edilən əmlak olduğundan özgəninkiləşdirilərkən cavabdehin yazılı razılığı alınmışdır. Sonuncu, qeyd edilən müqavilənin görünüş üçün bağlandığına və yalançı əqd olduğuna istinad edərək, bağışlama müqaviləsinin etibarsız olduğuna istinad etmişdir. Məhkəmələr hesab etmişlər ki, tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və həmin münasibətlər çərçivəsində hazırkı mübahisə üzrə tərəflər arasında bağlanmış daşı nmaz əmlakın bağışlanmasına dair müqavilənin etibarlılığını şübhə altına alan hallar müəyyən edilməmiş və bağışlama müqaviləsi bu cür bir əqdin həyata keçirilməsi üçün qanunla müəyyən edilmiş qaydada həyata keçirilmişdir.
9. Məhkəmə Mülki Məcəllənin 139.1-ci maddəsinə əsasən qeyd etmişdir ki, cavabdehin adına iddiaçıya məxsus olan mənzilin bir otağına dair mülkiyyət hüququnun belə qeydiyyatı mövcud deyildir. Bundan başqa, məhkəmə araşdırması zamanı cavabdehin mübahisəli mənzildən istifadə hüququnun olması da müəyyən edilməmişdir.
10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 13 və 29cu, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 152.5, 157.2 və 157.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
11. Cavabdeh ape llyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia ərizəsində cavabdehin qanunsuz olaraq mənzili zəbt etməsi qeyd olunmuşdur. Halbuki, həmin mənzili cavabdeh 2000-ci ildə hərbçi kimi ağır işdə dövlətə qulluq edəndə yığdığı pul vəsaiti və valideynlərinin maddi köməkliyi ilə alqı-satqı müqaviləsi yolu ilə o vaxt arvadı olan X2 adına almışdır. Sonradan 2007-ci ildə məlum səbəblər üzündən mənzil baldızı olan iddiaçıya bağışlanmışdır. İddiaçının sözügedən mənzilə mülkiyyət hüququ yalnız formal xarakter daşıyır. Belə ki, mənzil sonuncuya bağışlanandan sonra bir gün də olsun orada yaşamamış, heç vaxt həmin mənzilin iddiasın da olmamışdır. Çünki bilirdi ki, bu müqavilə cavabdehin mənzil növbəsindən çıxarılmaması üçün formal olaraq bağlanmışdır. Qətnamə icra edildiyi təqdirdə cavabdeh, evsiz-eşiksiz, kirayədə qalmağa məcbur olacaq. Cavabdehin təqdim etdiyi sübutlara məhkəmə qeyri-obyektiv və birtərəfli yanaşmış, heç bir qiymət verməmişdir.
13. Bakı Apellyasiya Məhkəməsi Mülki 2(103)-1373/2025 nömrəli iş üzrə 10 fevral 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər – Elşən Kazımov (sədrlik edən və məruzəçi), Namiq Cəfərov və İkram Şirinov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
14. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası hesab etmişdir ki, mübahisə predmeti olan mənzilin onun vəsaiti ilə əvvəllər keçmiş arvadının adına alınması mənzil növbəsində olduğu üçün formal olaraq keçmiş baldızına bağışlanması ilə bağlı olmuşdur. Ancaq bu dəlillər, o cümlədən bağışlama müqaviləsinin etibarlılığı artıq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən yoxlanılmışdır və hazırkı iş üzrə də preyudisial əhəmiyyət daşıyır. Mübahisəli mənzilin cavabdehin keçmiş arvadı tərəfindən iddiaçıya bağışlanması və hazırda mülkiyyət hüququ əsasında sonuncuya məxsus olmasının qanuniliyinin yoxlanılması hazırkı işin və apellyasiya icraatının predmeti olmasa da, bu bir fakt olaraq qalır. Çünki cavabdeh bundan əvvəl ayrıca məhkəmə icraatında, hər üç instansiya məhkəməsini keçməklə mənzilə dair bağışlama müqaviləsinin etibarsızlığına və mənzilin əvvəlki vəziyyətinə qaytarılmasına dair iddia ilə məhkəməyə müraciət etmiş və iddia tələbi rədd edilmişdir. Demək ki, qeyd olunan iş üzrə çıxarılan məhkəmə aktları hazırkı iş üzrə preyudisial əhəmiyyət daşıyır.
15. Məhkəmə kollegiyası iş üzrə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1, 146.1, 146.2, 148.2, 152.1, 152.5, 157.2 və 178.1-ci, “Daşınmaz Əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.3-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
16. Cavabdeh (Vəkil3) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
17. Kassasiya şikayəti apellyasiya şikayəti ilə analoji məzmunda əsaslandırılmaqla ə lavə olaraq qeyd edilmişdir ki, iş materiallarında olan 73 saylı Mənzil Kommunal İstismar sahəsinin xx.xx.2023-cü il tarixli 7 nömrəli məktubundan məlum olur ki, mübahisəli mənzil 3 qat paylı mülkiyyətdədir, yaşayış sahəsi 13,68 kv.metr olan otaq isə İddiaçı məxsus olmaqla göstərilən mənzildə 2000-ci ildən hal-hazıradək Cavabdeh yaşayır, bu mənzildə X3 (iddiaçının bacısı və cavabdehin keçmiş arvadı) özü, 2 qızı və 1 oğlu qeydiyyatdadır, Cavabdeh kommunal xidmətlərinin ödənişini təmin edir. Bu hallar məhkəmə kollegiyasının bağışlama müqaviləsinin eibarsızlığına dair qəbul edilmiş preyudisal əhəmiyyətli məhkəmə qərarlarında məyyən edilmişdir. Nəzərə alınmalıdır ki, cavabdeh 2000-ci ildən bu günə kimi həmin mənzildə yaşayır, mənzilin bütün şəraitindən istifadə edir. Bu səbəbdən hesab edir ki, cavabdehin bu otağa faktiki olaraq istifadə hüququ vardır və onun bu hüququna məhkəmə tərəfindən heç bir qiymət verilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
19. Maddə 13 (1-ci bənd). Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
20. Maddə 29 (3-cü bənd). Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi 21.Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdu dlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.
22. Maddə 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). 23.Maddə 148.2. Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. 24.Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz is tədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 25.Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 26.Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 27.Maddə 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əs aslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. 28.Maddə 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. 29.Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Azərbaycan Respubl ikasının Mülki Prosessual Məcəlləsi 30.Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 31.Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 32.Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 33.Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 34.Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan b ütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. 35.Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri 36.Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. 37.Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi 38.Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 39.Məhkəmə kollegiyası qeyd edir ki, i ddiaçının öz tələblərinin əsası kimi istinad etdiyi halların (bağışlama müqaviləsinin formallığı və mübahisəli mənzilin onun özünə məxsus olması) əsassızlığına dair qanuni qüvvədə olan məhkəmə qətnaməsi mövcuddur. MPM-in 82.3-cü maddəsinə görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Bu baxımdan məhkəmələr əsaslı olaraq MPM-in 82.3-cü maddəsinə istinad etməklə iddianı rədd etmişlər. 40.Həmçinin cavabdehin mübahisəli mənzilə dair istifadə hüququnun olması ilə bağlı dəlilləri də işin halları ilə təkzib edilmişdir. Belə ki, qanuni qüvvəsini almış yuxarıda göstərilən qətnamədən, həmçinin o da müəyyən olunmuşdur ki, mənzilin iddiaçının adına özgəninkiləşdirilməsinə cavabdehin notarial qaydada razılığı olmuşdur, həmin əqd əsasında istifadə hüququna xitam verilmişdir. Sonradan mənzilin yeni mülkiyyətisi olan iddiaçı ilə cavabdehin arasında istifadə hüququnun olması ilə bağlı notarial razılıq olmamış, belə bir hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Halbuki, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir (MM 228.1 və 228.2-ci maddələr). Göründ üyü kimi bu hissədə də məhkəmələr tərəfindən maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmişdir. 41.Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi hüquqi və faktiki əsaslara söykənmiş, kassasiya şikayətinin dəlilləri isə əsasən işin faktiki təkrar qiymətləndirilməsinə yönəlmişdir ki, bu da Mülki Prosessual Məcəllənin 407.2-ci maddəsinin tələblərinə ziddir. 42.Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. 43.Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mül ki kollegiyasının 2(103)-1373/2025 nömrəli, 10 fevral 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.