Məhkəmə qərarları › İş №2(102)-1747/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-1747/2023

24.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Bor
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1747/2023 24.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ İş № 2(102)-1747/23 Açar sözlər: işçinin vurduğu maddi ziyanın ödənilməsi tələbi, sübutetmə yükü, iddia müddəti Bakı şəhəri 24 may 2023-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yakuboviç və X1 ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-810/2023 nömrəli, 11 yanvar 2023-ci il tarixli qətnaməsindən İddiaçı MMC tərəfindən verilmiş kassasiya şikayətinə 24 may 2023-ci il tarixdə Ali Məhkəmənin İnzib ati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı (bundan sonra – iddiaçı) ilə Cavabdeh (bundan sonra - cavabdeh) arasında bağlanmış xx.xx.2017-ci il tarixdə əmək müqaviləsinə əsasən cavabdeh MMC-də ekspeditor vəzifəsinə işə qəbul edilmişdir.

2. Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndinə əsasən əmək müqaviləsinə xx.xx.2020-ci il tarixdə xitam verilmişdir. 3. xx.xx.2020-ci il tarixli “Qarşılıqlı üzləşmə Aktı”na əsasən Cavabdeh 61.724 manat borcu olmasını təsdiq edərək imzalamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi və tələbin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehdən 53527,60 manat və ödənilmiş 260,89 manat dövlət rüsumu al ınaraq iddiaçının xeyrinə verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı işin faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, cavabdehin vəzifəsi iddiaçıdan ət və ət məhsulları qəbul etməklə məhsulları Bakı şəhəri ərazisində yerləşən bir çox marketlərə satmaq, satışdan əldə edilmiş vəsaiti iddiaçının hesabına köçürmək olmuşdur. Cavabdeh iddiaçıda xx.xx.2020-ci il tarixə kimi işləmiş, həmin tarixdə isə onunla bağlanmış xx.xx.2017-ci il tarixli Əmək Müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bıı Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) əsasən xitam verilmişdir. Cav abdeh ilə bağlanmış Əmək Müqaviləsinə xitam verildikdən sonra cavabdehin fəaliyyəti və qalıq borcun müəyyən edilməsi məqsədi ilə yoxlama aparılmış, xx.xx.2020-ci il tarixdə “Qarşılıqlı üzləşmə Aktı” tərtib edilmişdir, həmin vaxtı borclunun 61.724 manat borcun olması müəyyən edilmişdir. Cavabdeh həmin qarşılıqlı üzləşmə aktını imzalamışdır. Daha sonra cavabdeh tərəfindən ödənişlər edildikdən sonra 56.963,08 manat məbləğində yekun borc qalıq qalmışdır. Bu barədə cavabdehə məlumat verilmiş, dəfələrlə zəng edilmiş, ona yazılı pretenziya göndərilmiş, lakin cavabdeh MMC-yə olan borcunun ödənilməsini təmin etməmişdir.

6. Tələbin azaldılması barədə ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehdən 56963,08 manat məbləğində pul tələbi ilə məhkəməyə müraciət etmişdir. Cavabdehin borcunda azalm alar müşahidə edilmişdir, belə ki, cavabdeh işdən çıxdıqdan sonra onun adına olan sistem koduna ödənişlər daxil olduqdan, silinmələr və zərərlər çıxıldıqdan sonra yekun borcu barədə hesablaşma cədvəli çıxarılmış və məlum olmuşdur ki, cavabdehin yekun borcu 53527,60 manat təşkil edir.

7. Cavabdeh iddia tələbinə qarşı etirazını bildirərək onunla əsaslandırmışdır ki, onun iddiaçıya heç bir borcu yoxdur. O, şirkətdən məhsulları alıb marketlərə təhvil verirdi. Böyük market şəbəkələri məhsul satıldıqca pulları nağdsız qaydada şirkətin hesabına ödəyirdilər, pərakəndə satışla məşğul olanlar isə dərhal nağd qaydada ödənişlərini edirdilər. Nə məhsul şirkət tərəfindən ona rəsmi qaydada təhvil verilməmişdir, nə marketlər tərəfindən qəbul edilən və geri qaytarılan məhsullar rəsmiləşdirilməmişdir. Geri qayıdan məhsulları o, şirkətə təhvil verirdi və həmin məhsullar şirkətin anbarına yerləşdirilirdi. Həmin məhsulların rəsmi hesabatı aparılmırdı. O, şirkətə borcu barədə üzləşmə aktı imzalamayıb. İmzaladığı aktlar (daha da böyük məbləğlərlə də olub) marketlər tərəfindən ödənişləri həmin ana edilməyən məbləğlərə dair olub. Ümumiyyətlə iddia müddəti ötürüldüyündən iddia tələbinin rədd edilməsini xahiş etmiş və iddia müddətinin tətbiqi barədə ərizə vermişdir.

8. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(008)-3576/2022 nömrəli iş üzrə 03 avqust 2022-ci il tarixli qətnaməsi ilə (hakim Tahirə Əsədova ) iddia tələbi rədd edilmişdir.

9. Məhkəmənin toplanmış sübutlara əsasən müəyyən etmişdir ki, tərəflər arasında bağlanmış əmək müqaviləsinə əsasən iddia çının məhsullarının ərazilərdə satışını təşkil etmək, birbaşa tabe olduğu müdirə hər günün sonunda gördüyü işlər barədə (Şirkət tərəfindən qəbul olunmuş hesabat forması blanklarında) məlumat və hesabat vermək cavabdehin vəzifəsi olmuşdur. Lakin, iddiaçı tərəfindən belə hesabat forması blanklar məhkəməyə təqdim edilməmişdir. İddiaçı tərəfindən hər ekspeditora ödəniş üçün kod verilir. Hazırki iş üzrə cavabdehə 8339 №-li kod açılmış və onun tərəfindən realizə edilən məhsulların ödənişi marketlər və digər alıcılar tərəfindən həmin koda edilirdi. xx.xx.2022-ci il tarixdə 8339 nömrəli koda 3435,48 manat ödəniş edilmişdir (iddia tələbi bu əsasla azaldılmışdır).

10. Məhkəmə hesab etmişdir ki, iddiaçı MMC cavabdeh tərəfindən ona maddi ziyanın vurulmasını sübut edə bilməmişdir. Belə ki, iddiaçı tərə findən ziyanı təsdiq edən sübut kimi yalnız xx.xx.2020-ci il tarixli üzləşmə aktı təqdim edilmişdir. Lakin həmin üzləşmə aktında göstərilən məbləğ məhz cavabdeh tərəfindən borcu təsdiqləyən akt kimi qəbul edilə bilməz. Qeyd edildiyi kimi, borc məbləği «debet» və «kredit» kimi qeyd edilmişdir. Cavabdehin izahatına əsasən həmin məbləğ alıcılar tərəfindən geri qaytarılan məhsulun dəyəridir. xx.xx.2022-ci il tarixdə, yəni cavabdeh artıq işləmədiyi tarixdə, iddia tələbinin azaldılmasına səbəb olan cavabdehin adına olan 8339 nömrəli koda edilmiş 3435,48 manat ödəniş bir daha həmin borcun cavabdehə aid olmamasına dəlalət edir.

11. Məhkəməhəmçinin müəyyən etmişdir ki, üzləşmə aktı xx.xx.2020-ci il tarixdə tərtib edilmiş, MMC isə məhkəməyə xx.xx.2022-ci il tarixdə, yəni 2 il sonra müraciət etmişdir. Bu əsasdan məhkəmə hesab etmişdir ki, Əmək Məcəllənin 296.5-ci maddəsinə əsasən MMC belə bir tələblə 1 ildən sonra müraciət edə bilməzdi və bu əsasla da iddia rədd edilməlidir.

12. Məhkəmə gəldiyi nəticəni Əmək Məcəllənin 191.1,194.1,194.2,199,202.1,296.5-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1,107,119.1-ci və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

13. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməəsini xahiş etmişdir.

14. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(103)-810/2023 nömrəli iş üzrə xx.xx.2023 -cü il tarixl i qətnaməsi ilə (hakimlər – Azad İmanov (sədrlik edən və məruzəçi), Fuad Talışınski və Qürbət Əsgərov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

15. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla mübahisələndirilən hissədə iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətində qeyd edilənlər formal mülahizələr olmaqla əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.

16. Məhkəmə gəldiyi nəticəni Əmək Məcəllənin 191.1,194.1,194.2,199,202.1,295.5-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlillə ri

17. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

18. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, xx.xx.2020-ci il tarixli “Qarşılıqlı üzləşmə Aktı”na əsasən həmin vaxtı cavabdehin 61.724 manat borcun olması müəyyən edilmiş, bundan sonra cavabdeh tərəfindən ödənişlər aparılmış, məhkəmə baxışı zamanı borc məbləği azalaraq 53.527,60 manat təşkil etmişdir. Belə olan halda isə iddia müddəti kəsilmiş, iddia müddəti yenidən hesablanmağa başlamış, buna görə də, Əmək Məcəlləsinin 296-cı maddəsinin tələblərinə əsasən 1 illik iddia müddəti keçməmişdir. Məhkəmə qərarında göstərmişdir ki, həmin üzləşmə aktında göstərilən məbləğ məhz cavabdeh tərəfindən borcu təsdiqləyən akt kimi qəbul edilə bi lməz. Qeyd edildiyi kimi, borc məbləği «debet» və « kredit» kimi qeyd edilmişdir. Məhkəmənin gəldiyi bu nəticədə göstərilən maddi hüquq normasının pozuntusu kimi qiymətləndirilməlidir.

19. Kassator Azərbaycan Respublikası MM-in 380.1-ci maddəsinə istinad etmişdir. b)

20. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Əmək Məcəlləsi

21. Maddə 191.1. Əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar.

22. Maddə 194.1. Ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsu liyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur.

23. Maddə 194.2. Ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir.

24. Maddə

199. İşçi qanunazidd hərəkətləri ilə saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır.

25. Maddə 202.1. İşəgötürənə dəymiş ziyanın məbləği faktik itkilər üzrə müəyyən edilir.

26. Maddə 296.5. İşəgötürən bu Məcəllə ilə m üəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

29. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

30. Maddə 217.1. Məhkəmən in qətnaməsi qanuni və əsaslı olmalıdır.

31. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

32. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

33. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

34. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddə sində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

35. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

36. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

37. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

38. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilm əsi üçün əsas yoxdur.

39. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri).

40. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.

41. Məhkəmə kollegiyası hesab edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan məhkəmələr tərəf indən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prossesual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır.

42. Digər tərəfdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 199-cu maddəsinin “a” və “b” bəndlərinə əsasən saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda və ya əmlakı və digər sərvətləri birdəfəlik etibarnamə və ya digər birdəfəlik hüquq müəyyən edici sənədlər əsasında işəgötürənə, y axud onun nümayəndəsinə hesabat vermək şərti ilə qəbul etdikdə işçi qanunazidd hərəkətləri ilə vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır. 202.1-ci maddəsinə əsasən, işəgötürənə dəymiş ziyanın məbləği faktiki itkilər üzrə müəyyən edilir. 205.2-ci maddəsinə əsasən, əgər ziyan işçi tərəfindən tam maddi məsuliyyət daşıdığı hallarda vurulmuşdursa, onun məbləği isə işçinin orta aylıq əmək haqqından çoxdursa və işçi onu könüllü olaraq ödəməkdən imtina edirsə, onda işəgötürənin müraciəti əsasında həmin ziyan məhkəmə qaydasında ödənilə bilər.

43. Cavabdehin konkret olaraq hansı qanunazidd hərəkətlər törətməsi, hansı hərəkətləri ilə konkret olaraq ziyan vurması barədə məhkəməyə sübut təqdim edilməmişdir. Tələb edilən məbləğ iddiaçıya məxsus malların təhvil verildiyi marketlər tərəfin dən ödənilməmiş dəyəridir və cavabdeh işdən azad edildikdən sonra həmin marketlər tərəfindən alınan mallara görə ödənişlər edilməklə, mallar naturada qaytarılmaqla borc məbləği azalmışdır.

44. Apelyasiya instansiyası məhkəməsi düzgün olaraq bu qənaətə gəlmişdir ki, hazırki işdə sübutetmə yükü iddiaçının üzərinə düşür. Yəni, işin faktiki hallarını obyektiv sürətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsi olmuşdur.

45. Kassasiya şikayətinin dəlilləri əsassızdır, borcun azalmasına səbəb olan ödənişlər cavabdeh tərəfindən edilmədiyindən iddia müddətinin kəsilməsinə səbəb olan eturafedici hərəkət hesab edilə bilməz.

46. Göstərilənlərə əsasən, kassasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

47. Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı MMC-nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-810/2023 nömrəli, 11 yanvar 2023-ci il tarixli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar